Məhkəmə qərarları › İş №e-2-2(113)-3655/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3655/2021

02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3655/2021 02.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçılar “X1 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialının və “X1 Sistemləri Anonim” Şirkətinin Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar “X1 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialı və “X1 Sistemləri Anonim” Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 696 795 (altı yüz doxsan altı min yeddi yüz doxsan beş) manat əsas borcun və faizlərin, habelə işgüzar nüfuza vurduğu zərərə görə 100 000 (bir yüz min) manat vəsaitin tutularaq, toplam 796 795 (yeddi yüz doxsan altı min yeddi yüz doxsan beş) manat vəsaitin 1-ci iddiaçıya ödənilməsi, Cavabdeh MMC-dən 1 283 529 (bir milyon iki yüz səksən üç min beş yüz iyirmi doqquz) ABŞ dolları, işgüzar nüfuza vurduğu zərərə görə100 000 (bir yüz min) ABŞ dolları vəsaitin tutularaq, toplam 1 383 529 (bir milyon üç yüz səksən üç min beş yüz iyirmi doqquz) ABŞ dollarının 2-ci iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinin cavabdehə verilmədiyə və həmçinin də iddiaçı tərəfin məhkəmə baxışı iclasına gəlmədiyi üçün ərizənin baxılmamış saxlanmasını xahiş etdi. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0 və 150.0.4-cü maddəsinə əsasən iddia ərizəsinə kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. Hazırki işdə isə Cavabdeh MMC tərəfindən iddia ərizəsinin alınmasına dair hər hansı bir sənəd (qəbz) işə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.7-ci maddələrnə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X1 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialının və “X1 Sistemləri Anonim” Şirkətinin Cavabdehnə “pul” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar