Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3668/2022 05.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X3 qızının katibliyi, iddiaçı "xxxx" QSCnin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ADY”-yə məxsus icarə obyekti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X5 küçəsi (Biləcəri stansiyası) ünvanında yerləşən sahəsi 4110,46 m2 olan qeyri-yaşayış sahəsindən qeyriqanuni istifadəsinə görə əldən çıxmış faydaya görə 120000 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 410 manat, ümumilikdə 120410 manat məbləğində pul Cavabdeh MMC-dən alınaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (ADY) ilə Cavabdeh MMC arasında xx.xx.2016-cı il tarixli hüq. 804 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 4110,46 m2 olan icarə obyekti iddiaçı Cavabdeh MMC-yə icarəyə verilmişdir. Müqavilənin 5.1-ci maddəsinə əsasən həmin müqavilənin son müddəti xx.xx.2016-cı il tarixinə müəyyən edilmişdir. Müqavilənin müddəti bitdikdən sonra Cavabdeh MMC-yə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq sonuncu icarə obyektini təhvil verməkdən imtina etmişdir. Cavabdeh MMC müqavilə üzrə icra haqqını ödəmədiyi və icarə obyektindən çıxmadığı üçün ADY tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e- 2-2(113)-317/2020 saylı qətnaməsi ilə 24000 manat məbləğində əsas borc, 2000 manat dəbbə pulu olmaqla ümumilikdə 26000 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ADY-yə ödənilməsi və icarə obyektinin boşaldılması öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmuşdur. Sözügedən qətnamənin icrası məqsədilə xx.xx.2022-ci il tarixində Cavabdeh MMC icarə obyektindən məcburi qaydada çıxarılmışdır. Qeyd olunanlardan göründüyü kimi icarə müqaviləsi xx.xx.2016-cı il tarixində bitməsinə baxmayaraq Cavabdeh MMC icarə obyektini boşaldaraq icarəyəverənə təhvil verməmiş, faktiki olaraq xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək (məcburi qaydada icarə obyektindən çıxarıldığı tarixədək) icarə obyekti onun istifadəsində olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək keçən 5 il müddət ərzində icarə obyekti Cavabdeh MMC-nin istifadəsində olduğundan ADY-nin hüquqları pozulmuş, həmin obyektdən səmərəli istifadəsi mümkün olmamış, həmin icarə obyektindən əldə edəcəyi gəlirlərdən məhrum olunmuşdur. Hesab edirik ki, icarə müqaviləsi üzrə icarə obyektinin icarə haqqı 2000 manat müəyyən olunduğundan və həmin icarə obyekti 60 ay ərzində Cavabdeh MMC-nin qeyri-qanuni istifadəsində olduğundan, ADY-nin məhrum olunduğu gəlirin dəyəri olaraq 120000 manat (60*2000=120000) Cavabdeh MMC-dən alınaraq ADY-yə ödənilməlidir. Cavabdeh MMC-nin nümayəndəsi Vəkil iddia ərizəsinə etiraz vermiş, etirazında bildirmişdir ki, məlumat üçün bildirmək istəyirəm ki, həmin iddia tələbinin yaranma səbəbi öz ərizələrində də göstərdikləri kimi tərəflər arasında bağlanmış müqavilədir. Buda öz növbəsində iddia tələbini müqavilələrdən irəli gələn öhdəliklər kateqoriyasına aid edir ki, bu halda iddia tələbinə iddia müddətin tətbiq edilməsi zərurətini yaranır. Azərbaycan Respublikası MPM-nin 373.2-ci maddəsinin tələblərinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Bundan əlavə vaxtaşırı icra edilməli olan öhdəlilərdən irəli gələn tələblərə iddia müddəti 3 ildir. Qeyd olunanları nəzərə alaraq iddia müddətinin keçməsini nəzərə alaraq iddanın rədd edilməsi barədə qərar qəbul etməyinizi xahiş edirəm. İddiaçı iddia müddətinin tətbiqi barədə ərizəyə etiraz vermiş və etirazında bildirmişdir ki, cavabdehin ərizəsində göstərdiyi kimi hazırki iddia tələbi ADY ilə "Əlincə-A” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli hüq. 804 nömrəli icarə müqaviləsindən irəli gəlmir. Belə ki, həmin müqavilə üzrə Cavabdeh MMC öz öhdəlikklərini yerinə yetirmədiyi üçün məhkəməyə müraciət olunmuş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-317/2020 saylı qətnaməsi ilə 24000 manat məbləğində əsas borc, 2000 manat dəbbə pulu olmaqla ümumilikdə 26000 manat pul vəsaitinin “Əlincə-A" MMC-dən tutularaq ADY-yə ödənilməsi və icarə obyektinin boşaldılması öhdəliyi “Əlincə-A" MMC-nin üzərinə qoyulmuşdur. Göründüyü kimi cavabdehin istinad etdiyi müqavilə üzrə Cavabdeh MMC öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün məhkəməyə müraciət olunmuş və həmin iş üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Hazırki iddia isə müqavilədən irəli gələn hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı deyildir. Belə ki, hazırki iddianın mahiyyəti ondan ibarətdir ki, xx.xx.2017-ci il tarixindən xx.xx.2022ci il tarixinədək keçən 5 il müddət ərzində icarə obyekti Cavabdeh MMC-nin istifadəsində olduğundan ADY-nin hüquqları pozulmuş, həmin obyektdən səmərəli istifadəsi mümkün olmamış, həmin icarə obyektindən əldə edəcəyi gəlirlərdən məhrum olunmuşdur. Hazırda iddiaçı ADY 5 il ərzində əldən çıxmış faydanı cavabdeh "Əlincə-A” MMC-dən tələb edir.Göründüyü kimi hazırki iddianın iddiaçı ADY ilə cavabdeh "xxxx" MMC arasında olan xx.xx.2016-cı il tarixli hüq. 804 nömrəli icarə müqaviləsinə heç bir aidiyyəti yoxdur.Göstərilənlərə əsasən, cavabdeh “Əlincə-A" MMC-nin nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizənin təmin olunmamasını xahiş edirik. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi, vəkil məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi, Vəkil iddianı qəbul etməyərək etiraza uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, xüsusi karantin rejimi tədbiq edilən dövrdə mübahisəli obyektdə ümumiyyətlə fəaliyyəti dayanmışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2016-cı il tarixli hüq. 804 nömrəli "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (ADY) ilə Cavabdeh MMC arasında bağlanan icarə müqaviləsindən görünür ki, bu müqaviləyə görə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (ADY) Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi, Biləcəri stansiyası ərazisində yerləşən, 546808-X-004 saylı icarə obyektini (qeyri-yaşayış sahəsini) kənd təsərrüfatı malları və gündəlik istifadə mallarının satışının təşkili məqsədilə Cavabdeh MMC-yə icarəyə verir. Cavabdeh MMC isə icarə obyektini "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən icarəyə götürür və bunun əvəzində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə icarə haqqı ödəyir. İcarə obyektinin sahəsi 4110,46 m2-dır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-317/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı icarə haqqının ödənilməsi və qeyri - yaşayış sahəsinin boşaldılması vəzifəsinin üzərinə qoyulması barədə iddiası qismən təmin edilməsi, 24000 manat məbləğində əsas borc, 2000 manat dəbbə pulu olmaqla ümumilikdə 26000 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X5 küçəsi, (Biləcəri stansiyası) ünvanında yerləşən, sahəsi 4110,46 m2 olan qeyri-yaşayış sahəsinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli tərtib olunmuş aktdan görünür ki, icra sənədi qeyri-yaşayış sahəsinin təhvil verilməsi hissəsində tam icra olunmuş, Cavabdeh Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X5 küçəsi, (Biləcəri stansiyası) ünvanında yerləşən, sahəsi 4110,46 m2 olan qeyri-yaşayış sahəsindən çıxarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, "xxxx" QSC ilə Cavabdeh MMC arasında xx.xx.2016-cı il tarixdə icarə müqaviləsi bağlanaraq xx.xx.2016-cı il tarixədək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi ünvanında yerləşən, ümumi sahəsi 4110,46 m2 olan icarə obyekti iddiaçı Cavabdeh MMC-yə icarəyə verilmişdir. Lakin müqavilədə göstərilən icarə müddətinin bitməsinə baxmayaraq Cavabdeh MMC icarə obyektindən çıxmamış və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq həmin icarə obyektini təhvil verməkdən imtina etmişdir. "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bir neçə tələblə yanaşı Cavabdeh MMC-nin həmin obyekti boşaltmasını məhkəmədən xahiş etmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-317/2020 saylı qətnaməsi ilə digər tələblərlə yanaşı icarə obyektinin boşaldılması öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmuşdur. Lakin buna baxmayaraq mübahisəli obyektdən Cavabdeh MMC məhz xx.xx.2022-ci il tarixində qətnamənin icrası vaxtı icra məmurları tərəfindən məcburi qaydada çıxarılmış, icarə müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixində bitməsinə baxmayaraq icarə obyekti heç bir qanuni əsaslar olmadan xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixədək Cavabdeh MMC-nin istifadəsində olmuşdur. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia zərər tələbi hissəsində əsaslıdır, belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi ünvanında yerləşən, ümumi sahəsi 4110,46 m2 olan obyekt xx.xx.2017-ci il tarixində "xxxx" QSC-yə təhvil verilsəydi, sonuncu həmin obyekti başqa icarəçiyə eyni şərtlərlə icarəyə verməklə gəlir əldə bilərdi, lakin mübahisəli obyekt onun istifadəsində olmadığından həmin icarə obyektindən əldə ediləcəyi gəlirlərdən məhrum olmuşdur. Göründüyü kimi xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək, yəni 60 ay müddət ərzində obyekt Cavabdeh MMC-nin qeyri-qanuni istifadəsində olduğu müddət ərzində "xxxx" QSC-yə 120000 manat (60 ay x 2000 manat aylıq icarə haqqı) məbləğində əldən çıxmış fayda kimi zərər dəymişdir. Lakin qeyd olunanlarla yanaşı məhkəmə qeyd edir ki, icarəyə götürülən obyekt bazar kimi fəaliyyət göstərsə də, məlum olduğu kimi 2020-ci ildə dünyada pandemiya elan edilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (1 ay 10 gün), xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (2 ay 14 gün) Bakı şəhərində bir çox fəaliyyət sahələri ilə yanaşı bazarların da fəaliyyəti dayandırılmışdır. Göründüyü kimi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi ünvanında yerləşən, ümumi sahəsi 4110,46 m2 olan obyektdə 2020-ci il ildə 3 ay 24 gün ərzində fəaliyyətin göstərilməsi mümkün olmamış və buna görə sözügedən müddət üçün aylıq 2000 manat olmaqla 3 ay üçün 6000 manat, 24 gün üçün 1600 (2000:30x24) manat cəmi 7600 manat məbləğində vəsait tələb olunan 120000 manatdan çıxılmaqla qalan 112400 manat məbləğində vəsait əldən çıxmış fayda kimi müəyyən edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, dövlət rüsumu kimi ödənilmiş 410 manat tələbi də təmin olunmaldır, belə ki, sözügedən vəsaitin 400 manatı mediasiya xərci kimi ödənilsə də, sözügedən vəsait məhz dövlət rüsumunun əvəzi kimi ödənilmiş, buna görə də tələb həmin hissədə də təmin edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları, həmçinin hazırki tələb üzrə iddia müddətinin keçmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh MMCdən əldən çıxmış fayda kimi 112400 manat və dövlət rüsumu əvəzi kimi ödənilmiş 410 manat cəmi 112810 manat məbləğində pul tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən əldən çıxmış fayda kimi 112400 manat və dövlət rüsumu əvəzi kimi ödənilmiş 410 manat cəmi 112810 manat məbləğində pul tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3668/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3668/2022
05.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver