Məhkəmə qərarları › İş №e-2-2(113)-3695/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3695/2025

24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3695/2025 24.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, İddiaçı QSC-nin cavabdeh X2rşı müqaviləyə xitam verilməsi və pulun tutulması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı QSC cavabdeh X2rşı müqaviləyə xitam verilməsi və pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” AR Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. Belə ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil elektron məhkəmə sistemində iddia ərizəsinə əlavə etdiyi qəbzdən aydın olur ki, xx.xx.2025-ci il tarixdə 142.0 manat məbləğində dövlət rüsumu ödəmişdir. Lakin elektron məhkəmə sistemində qəbz haqqında məlumata asasən aydın olur ki, xx.xx.2025-ci il tarixdə ödənilən ********** saylı qəbz Abşeron rayon Məhkəməsi üçün ödənilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı QSC tərəfindən iddia ərizəsi üçün dövlət rüsumu ilkin olaraq EPUL sistemi vasitəsi ilə ödənilmişdir (qəbzdə ödənişin hansı məhkəməyə aid olması barədə qeyd (yazı) mövcud deyil). EPUL sisteminin səhvi ucbatından çıxarışda Bakı Kommersiya Məhkəməsi əvəzinə Abşeron Rayon Məhkəməsi göstərilməsi aşkar olunmuşdur və nəticədə yalnız iddia ərizəsi elektron məhkəmə sisteminə yüklənəndən sonra məlum olmuşdur ki, dövlət rüsumu Abşeron Rayon Məhkəməsinə ödənilmişdir. Səhv aşkarlandıqdan sonra iddiaçı tərəfindən həmin gün yenidən dövlət rüsumu “ASAN ödəniş” sistemi vasitəsi ilə ödənildikdən sonra iddia və ona əlavə edilmiş sənədlər yenidən Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin iş hal-hazırda Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun icraatındadır (iş-e-2-2(113)-3693/2025). Hazırki iş üzrə ödənilən dövlət rüsumu Abşeron Rayon Məhkəməsi üçün ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.2-ci maddəsinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı QSC-nin cavabdeh X2rşı müqaviləyə xitam verilməsi və pulun tutulması tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar