Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-370/2024 17.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: lizinq müqaviləsi, müqavilə öhdəliklərinin pozulması nəticəsində dəymiş zərərin ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MMC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında 29 aprel 2021-ci il tarixli MAS-3663 saylı “Daxili lizinq” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən: - “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq alanın müvəqqəti istifadə və sahibliyinə verilmiş, lzinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini (36 ay müddətinə) ödəməyi öhdəsinə götürmüşdür. - Lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş lizinq ödənişləri tam ödənildikdən sonra lizinq obyektinə mülkiyyət hüququ lizinq alana keçir. “Daxili lizinq” müqaviləsinin: - 5.2-ci bəndinə əsasən “bu Müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır”. - 14.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam icra edənə qədər qüvvədədir.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2701/2023 nömrəli xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddiaçı xx.xx.2021-ci il tarixli MAS-3663 nömrəli "Daxili lizinq müqaviləsi"nə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2022-ci il tarixə 539,04 manat gecikdirilmiş əsas borcun, 127,68 manat gecikdirilmiş mükafatın, həmin günə hesablanmış 274,62 manat dəbbə pulunun, ümumilikdə 941,34 manat pulun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.
3. AR Daxili İşlər Nazirliyinin elektron xidmətlər portalından (e-xidmet.mia.gov.az) çıxarışından görünür ki, Cavabdeh barəsində (** PY *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı) törədilmiş inzibati xətalara görə yazılmış cərimələr üzrə ümumilikdə ödənilməli məbləğ 290 manat (xx.xx.2021-ci il tarixli, EQ10689839 saylı qərar üzrə ödənilməli məbləğ 16 manat, xx.xx.2021-ci il tarixli EQ 10689848 saylı qərar üzrə ödənilməli məbləğ 16 manat, xx.xx.2021-ci il tarixli EQ 10689847 saylı qərar üzrə ödənilməli məbləğ 16 manat, xx.xx.2021-ci il tarixli EQ 10689862 saylı qərar üzrə ödənilməli məbləğ 16 manat, xx.xx.2022-ci il tarixli EQ 10689889 saylı qərar üzrə ödənilməli məbləğ 80 manat, xx.xx.2022-ci il tarixli EQ 10689892 saylı qərar üzrə ödənilməli məbləğ 16 manat, xx.xx.2022-ci il tarixli EQ 10944572 saylı qərar üzrə ödənilməli məbləğ 16 manat, xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokol üzrə ödənilməli məbləğ 96 manat, xx.xx.2022-ci il tarixli EQ 11005887 saylı qərar üzrə ödənilməli məbləğ 18 manat) təşkil edir.
4. xx.xx.2023-cü il tarixli **********, **********, **********, **********, **********, **********, **********, ********** və ********** nömrəli qəbzlərdən görünür ki, EQ10689839 saylı, EQ 10689848 saylı, EQ 10689847 saylı, EQ 10689862 saylı, EQ 10689889 saylı, EQ 10689892 saylı, EQ 10944572 saylı, EQ 11005887 saylı qərarlar üzrə və İXP ******* saylı protokol üzrə ümumilikdə 290 manat cərimə borcu Daxili İşlər Nazirliyi – BDYPİ (cərimə) hesabına ödənilmişdir.
5. "xxxx" ASC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli "xxxx" MMC-yə aid bank hesabından çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixində HOP (X2) üzərindən edilmiş ödəniş əməliyyatına görə "xxxx" MMC-nin bank hesabından 290 manat pul vəsaiti məxaric olmuşdur.
6. "xxxx" MMC tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə müraciət edilərək borcun 7 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
7. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 290 manat məbləğində pul vəsaiti, ödənilmiş 5 manat dövlət rüsumu və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 25 manat rüsumun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış 29 aprel 2021-ci il tarixli MAS-3663 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Daxili lizinq müqaviləsi və ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(008)-2701/2023 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddası qismən təmin edilərək cavabdehdən ümumilikdə 971,34 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh tərəfindən idarə edilərkən inzibati xəta ilə əlaqədar AR X3 tərəfindən inzibati qaydada cərimə olunmuşdurlar. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin protokollar aşağıdakılardan ibarətdir: EQ 11005887 saylı protokola görə 18 manat; İXP ******* saylı protokola görə 96 manat; EQ 10944572 saylı protokola görə 16 manat; EQ 10689892 saylı protokola görə 16 manat; EQ 10689889 saylı protokola görə 80 manat; EQ 10689862 saylı protokola görə 16 manat; EQ 10689847 saylı protokola görə 16 manat; EQ 10689848 saylı protokola görə 16 manat; EQ 10689839 saylı protokola görə 16 manat; Yuxarıda qeyd edilən inzibati xəta haqqında protokollara görə ümumilikdə 290 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir.
9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1099.1 və 1108.1-ci maddələrinə, eləcə də “Yol hərəkəti haqqında” AR Qanunun 85-ci maddəsinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
10. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək, işə iştirakları olmadan baxaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
12. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
13. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, nəqliyyat vasitəsini 2021-ci ilin aprel ayında lizinqə götürmüş və təxminən 1 və ya 1,5 il istifadəsində olmuşdur. Cavabdeh məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, nəqliyyat vasitəsini iddiaçıya qaytardığı tarixini dəqiq xatırlamır, yadındadır ki, yay ayları idi. Cərimələr ona aiddir, iddiaya etirazı yoxdur. Tələb edilən məbləği ödəməyə razıdır.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
14. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
15. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
16. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. - 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-7.1-ci maddəsinə görə lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
17. AR MPM-in: - 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. “Dövlət rüsumu haqqında” AR Qanununun: - 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
19. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29 aprel 2021-ci il tarixli MAS-3663 saylı Daxili lizinq müqaviləsinə əsasən lizinq verən "xxxx" MMC lizinq obyekti olan “Khazar LX” markalı, **- PY-*** dövlət qeydiyyat nişanlı avtomobili lizinq alan Cavabdeh lizinqə vermişdir. Lizinq obyekti lizinq alanın istifadəsində olduğu müddətdə Cavabdeh yol hərəkəti və nəqliyyat vasitələri istismarı qaydaları əleyhinə inzibati xətalar törətdiyinə görə cəmi 290 manat məbləğinə cərimələnmişdir.
21. Bununla bağlı qeyd edilməlidir ki, Cavabdeh məhkəmə iclasında verdiyi izahatında cərimələrin ona aid olduğunu, iddiaya etirazı olmadığını və tələb edilən məbləği ödəməyə razı olduğunu bildirməklə dolayısı ilə iddiaçının iddia tələbinin əsası kimi faktları etiraf etmişdir.
22. Digər tərəfdən məhkəmə araşdırması o da müəyyən edildi ki, lizinq müqaviləsinin 5.2-ci bəndinə əsasən lizinq obyektindən cavabdeh tərəfindən istifadə edilməsi zamanıtörədilmiş inzibati cərimələr cavabdeh tərəfindən ödənilməli olduğu halda iddiaçı tərəfindən həmin cərimələrə görə 290 manat məbləğində pul vəsaiti ödənilmiş, yəni cavabdeh tərəfindən inzibati cərimələrin ödənilməsi öhdəliyinin icra edilməməsi nəticəsində iddiaçıya maddi zərər dəymişdir.
23. Odur ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı maddi zərərin əvəzi olaraq 290 manat məbləğində pul tutulması tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməlidir.
24. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 25 manat məbləğində mediasiya (+5 manat poçt xərci) xərcləri ilə yanaşı 5 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
25. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat təşkil edir.
26. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumu mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödədiyi mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
27. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 25 manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir..
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh 290 manat məbləğində pul vəsaiti, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 25 manat məbləğində və dövlət rüsumunun əvəzi olaraq 5 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva