Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3701/2023 26.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi, vəkil Nümayəndə, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli “Sement satışı barədə” 15 saylı müqaviləyə əsasən “X1” MMC-nin aldığı sementə görə ödəməli olduğu qalıq 57494,02 manat məbləğində pulun və bank uşot dərəcəsinə görə hesablanmış 8911,20 manat məbləğində pulun, cəmi 66405,22 manat məbləğində pulun, mediasiya prosesi üçün ödənilmiş 400 manat pulun və hüquqi yardıma görə vəkilə ödənilmiş xidmət haqqı 510 manat pulun “X1” MMC-dən alınaraq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2019-cu il tarixdə “Sement satışı barədə” 15 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, Satıcı satış üçün nəzərdə tutulmuş "xxxx" MMC və digər istehsalçılardan daxil olan sementi alıcıya “X1” MMC-yə satmağı və çatdırmağı, alıcı isə öz növbəsində hazırki müqavilədə göstərilən müddət və şərtlər əsasında Məhsulun dəyərini ödəməyi və Məhsulu qəbuletməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1.1-ci bəndinə əsasən, “Norm Klass C500” tonu 121,54 manata razılaşdırılmışdır. Müqavilə 31 dekabr 2019-cu il tarixi daxil olmaqla müddətə bağlanmışdır. Göstərilən müddət ərzində satıcı tərəfindən alıcıya 634354,44 manat dəyərində sement verilmiş, alıcı tərəfindən isə satıcıya verdiyi sementə görə 576860,42 manat ödənilmişdir. Alıcının satıcıya 57494,02 manat borcu qalmışdır. “X1” MMC tərəfindən müqavilə üzrə satın alınmış sementə görə axırıncı ödəniş 18 mart 2021-ci il tarixdə olmuşdur. Həmin tarixdən bu günə kimi heç bir ödəniş edilməmişdir. İddiaçı QSCnin ( VÖEN: ********** ) fəaliyyət göstərdiyi tarixdən xx.xx.2022-ci il tarixədək yaranan Debitor borcları barədə Məlumat Cədvəlindən görünür ki, “X1” MMC-yə aid qalıq borc 57494,02 manatdır. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi, vəkil Nümayəndə izahatında tərəflərin arasında xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalandığını bildirərək, məhkəmədən sözügedən barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edərək, müvafiq ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 izahatında tərəflərin arasında xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalandığını bildirərək, məhkəmədən sözügedən barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edərək, müvafiq ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır:
1. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh "X1" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2019-cu il tarixli " Sement sazişi barədə" 15 saylı miiqaviləyə əsasən "X1" MMC-nin aldığı sementə görə ödəməli olduğu qalıq 57494,02 manat məbləğində pulun ve bank uçotu dərəcəsinə gorə hesablanmış 8911,2 manat məbləğində pulun, cemi 66405,22 manat məbləğində pulun, mediasiya prosesi üçün ödəmilmiş 400 manat pulun ve hüquqi yardıma gorə vəkilə ödənilmiş xidmət haqqı 510 manat pulun "X1" MMC-den alınaraq "xxxx" QSC-ye odənilməsi barədə iddia tələbi ilə əlaqədar, iddiaçı "xxxx" QSC olaraq cavabdeh "X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əsas məbləğdən 20.000 manat odənilməsini qəbul edir və əsas məbləğdən qalmış 37494,02 manatın bir il ərzində hər rübdə bərabər olaraq ödəyəcəyi barədə götürdüyü öhdəliklə razılaşır.
2. Cavabdeh "X1" MMC "xxxx" QSC-yə əsas məbləğdən 20000 manat ödənilməsini çıxmaqla əsas məbləğdən qalmış 37494,02 manatın bir il ərzində hər rübdə bərabər olaraq, 2023-cü ilin dekabr ayının 31-dək 9373,5 manat, 2024-cü ilin mart ayının 31-dək 9373,5 manat, 2024-cü ilin iyun ayının 30-dek 9373,5 manat ve 2024-cü ilin sentyabr ayının 26-dek 9373,5 manat ödəməyi öhdəsinə götürür.
3. İddiaçı "xxxx" QSC cavabdeh "X1" MMC-nin iddianı etiraf etməsini ve əsas məbləğdən qalmış 37494,02 manatın 21 sentyabr 2024-cü il tarixinədək bir il ərzində hər rübdə bərabər olaraq, 2023-cü ilin dekabr ayının 31-dək 9373,5 manat, 2024-cü ilin mart ayının 31-dək 9373,5 manat, 2024-cü ilin iyun ayının 30-dək 9373,5 manat və 2024-cü ilin sentyabr ayının 21-dək 9373,5 manat ödəməyi öhdəsinə götürməsini qəbul edir.
4. Tərəflər razılığa gəlirlər ki, əgər cavabdeh " X1” MMC əssa məbləğdən qalmış 37494,02 manatın ödənilməsində qrafikə əməl etməzsə, onda barışıq sazişi pozulur ve iddia tələbi icraya yönəldiləcəkdir.
5. Tərəflər barışıq sazişini təsdiq etməyi və iş üzrə icraata xitam verməyi məhkəmədən xahiş edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Məhkəmə iş üzrə materialları araşdırıb və yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürərək, hesab edir ki, tərəflərin xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə
Q Ə R A R A A L D İ:
İddiaçı QSC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü tarixli barışıq sazişi təsdiq edilsin. e-2-2(113)-3701/2023 nömrəli iş üzrə icraata xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Emin Əliyev