Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3758/2021 21.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" kiçik müəssisəsinin cavabdeh "xxxx" müstəqil şirkətinə qarşı «müqavilə üzrə pul» tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" kiçik müəssisəsi cavabdeh "xxxx" müstəqil şirkətinə qarşı «müqavilə üzrə pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Müstəqil Şirkətdən 4.083.922,98 manat əsas borc, 612.588,44 manat dəymiş ziyanın əvəzi olmaqla cəmi 4.696.511,42 (dörd milyon altı yüz doxsan alt min beş yüz on bir) manat tutularaq, iddiaçı "xxxx" Kiçik Müəssisəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" müstəqil şirkəti "xxxx" kiçik müəssisəsi ilə müqavilədən irəli gələn münasibətdən yaranmış öhdəliyin ardıcılıqlı icrasının nəticəsində sifarişçi olaraq cavabdeh "xxxx" MŞ, icraçı olan "xxxx" KM-nə son olaraq borclu qaldığı ƏDV-siz 3.461.011 manat məbləğinin vaxtında ödənilməsini təmin etməmişdir. Belə ki, cavabdeh "xxxx" Müstəqil şirkəti sifarişçi olaraq, icraçı "xxxx" KM arasında 03 yanvar 2019-cu il tarixdə bağlanmış mövcud 18 saylı Xidmət Müqaviləsi və 10 may 2020-ci il tarixdə bağlanmış mövcud 6F/2020/08/02 saylı Alqı satqı müqaviləsinə əsasən sifarişçi tərəfindən verilən sifarişlər icraçı tərəfindən tam şəkildə və vaxtında yerinə yetirilmişdir. Sifarişə əsasən yerinə yetirilmiş işlər və verilmiş mallara görə iradlar olmamışdır. Tərəflər arasında bağlanmış adı çəkilən 03 yanvar 2019-cu il tarixli 18 saylı Xidmət Müqaviləsinə əlavə olan 03.01.2019-cu il tarixli qiymət razılaşdırma protokolu və 10 may 2020-ci il tarixli 6F/2020/08/02 saylı Alqı satqı müqaviləsinə tərtib edilmiş əlavə olan 10.05.2020-ci il tarixli Qiymət razılaşma protokoluna əsasən sifarişçi tərəfindən verilən sifariş əsasında icraçı tərəfindən göstərilmiş xidmətlər və satılmış mallarla bağlı görülmüş işlərin qiymət razılaşması ilə müəyyən edilən məbləğin bir hissəsi ödənilmişdir. Yerdə qalan 3.052.487 manat məbləğin ödənilməsini isə hər dəfə bir bəhanə ilə yayınmaqla, ödənişini təmin edilməmişdir. Halbu ki, qeyd olunan 03.01.2019-cu il tarixli 18 saylı müqaviləsinin 14.2-ci bəndinin tələbinə əsasən obyektdə yerinə yetirilmiş işlərin 90 faizini işlər yekunlaşanadək, qalan 10 faizini isə bütün işlərin keyfiyyəti və həcmi yoxlanılandan sonra 30 gün müddətinə Sifarişçi tərəfindən ödəniləcəkdir. 10 may 2020-ci il tarixli 6F/2020/08/02 saylı Alqı satqı müqaviləsinin 3.1-ci bəndinə əsasən isə çatdırılmış malın hesab-fakturası təqdim edildikdən sonra ödənilməsi nəzərədə tutulmuşdur. Lakin müqavilənin qeyd olunan bəndinə zidd olaraq, göstərilmiş xidmətlərin son tarixindən 90 gündən və son mal qəbulu fakturaların təqdim edilməsindən sonra uzun müddət ötməsinə baxmayaraq, cavabdeh tərəfindən malların dəyərinin ödənilməsi təmin edilməmişdir. Ödənişlə bağlı cavabdehə prenteza verilmiş, lakin məsələ həllini tapmadığndan, mübahisəyə yaranmışdır. Ona görə də işin həcminə görə mövcud ödənilməmiş məbləğə ƏDV hesablanmaqla 4.083.922,98 manat cavabdehdən tam şəkildə iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, tərəflər arasında mövcud müqavilələrin ödənişlə bağlı şərtlərin tələbinə görə artıq 2 ildir ki, cavabdeh iddiaçıya ödəməli olduğu ümumilikdə 4.083.922,98 manat pulu özündə saxlamaqla, ondan iddiaçının iradəsinə zidd istifadə edir və gəlir əldə edərək, ondan faydalanır, iddiaçının hesabına əsassız olaraq varlanır. İddiaçı isə gördüyü işlərə görə çəkdiyi xərclərə görə ziyanlarla üzləşmişdir. Bu ziyan bank uçot dərəcəsi ilə hesablanmalıdır. Cavabdeh tərəfindən pulun istifadəsində saxlanılmaqla, ondan faydalanmaqda davam etdiyindən, son iki il üçün Mərkəzi bankın bank uçot faiz dərəcəsinə uyğun məbləğ hesablanmalıdır ki, bu da 612.588,44 (4.083.922,98 x 15%) manat təşkil edir. Ona görə də borc məbləği ilə yanaşı, puldan razılaşma müddətindən artıq istifadəsinə görə hesablanmış faiz məbləği olaraq 612.588,44 manat da tam şəkildə cavabdehdən iddiaçının xeyrinə tələb olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı “Mavi işıq" KM-in iddia tələbi tam qanunsuz və əsassızdır, ona görə təmin oluna bilməz. Belə ki, sifarişçi olaraq “6-cı Mərtəbə" Şirkəti ilə icraçı “Mavi işıq" KM arasında bağlanmış 18 nömrəli, 03.01.2019-cu il tarixli müqavilənin 1.1-ci bəndində göstərilmişdir ki, “İcraçı Gəncə şəhərində inşa olunan X4 Deposunun ərazisində torpaq qazma işlərinin, dolğu işlərinin, inşaat materialları ilə çirklənmiş torpağın emal edilməsi və landşaft işlərini icra edir və Sifarişçi bu işlər müqabilində İcraçıya müvafiq haqq ödəyir." Müqavilənin 2.2-ci bəndinə əsasən, “İş həcmlərini əks etdirən aktları tərəflər imzaladıqdan sonra xidmət haqqı 5 gün ərzində ödənilir." Müqavilənin 4.1-ci bəndində göstəriİmişdir ki, “İşlərin təhvil verilməsi hər iki tərəfdən ən azı 2 (iki) nəfər səlahiyyətli şəxsin imzası (möhürü) ilə təsdiq edilən Təhvil-Təslim Aktına əsasən həyata keçirilir.” Bundan əlavə, tərəflər arasında imzalanmış 10.05.2020-ci il tarixli, 6F/2020/08/02 saylı alqı-satqı müqaviləsində, “Təchizatçı" “Mavi İşıq" KM tərəfindən "Sifarişçi” “6-cı Mərtəbə" Şirkətinin beton məhlulu və tikinti materialları ilə təmin olunması və “Təchizatçı'nın malları təchiz etməsi, “Sifarişçinin isə həmin mallara görə müqavilənin şərtlərinə uyğun surətdə ödəniş etməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 3.1-ci və 3.2-ci bəndlərində göstərilmişdir ki, “Bu müqavilə çərçivəsində ödəniş hər bir partiya üçün hər bir hesabfakturadan çıxmaqla həyata keçirilir və “Sifarişçi” tərəfindən alınmış beton məhlulunun faktiki qəbul edilmiş miqdara görə köçürmə yolu ilə ödənilir. Yuxarıda qeyd edilən hər iki müqavilə üzrə “Mavi İşıq" KM tərəfindən görülmüş bütün işlərin dəyəri cavabdeh tərəfindən tam şəkildə ödənilmişdir. Belə ki, görülmüş iş həcmləri tərəflərin nümayəndəsinin imzası və möhürü ilə təsdiq edildikdən, o cümlədən müvafiq qaydada elektron qaimələr təqdim edildikdən sonra cavabdeh tərəfindən köçürmə yolu ilə “Mavi İşıq" KM-in bank hesabına ödənilmişdir. Görülmüş iş həcmlərinə uyğun olaraq ümumilikdə 2.990.284.79 manat (ƏDV daxil) “Mavi İşıq" KM-ə ödəniş edilmişdir. Həmin ödənişlərin açıqlaması etiraza əlavə olunmuş cədvəldə əks olunmuşdur. Hazırda iddiaçı heç bir hüquqi əsas və sübut olmadan “6-cı Mərtəbə" Şirkətindən əlavə olaraq 4.696.511,42 manat məbləğində pulun ödənilməsini tələb edir. İddiaçı tərəfin təqdim etdiyi məbləğin əsassız olması onunla təsdiq olunur ki, iddiaçının məhkəməyə təqdim etdiyi təhvil-təslim aktları tərəflər arasında bağlanmış 18 nömrəli, 03.01.2019-cu il tarixli müqavilənin 4.1. bəndinin tələblərinə cavab vermir. Belə ki, həmin bəndin tələbində “İşlərin təhvil verilməsi hər iki tərəfdən ən azı 2 (iki) nəfər səlahiyyətli şəxsin imzası (möhürü) ilə təsdiq edilən Təhvil-Təslim Aktına əsasən həyata keçirilməsi" göstərildiyi halda, iddiaçının məhkəməyə təqdim etdiyi aktların böyük əksəriyyəti yalnız “Mavi İşıq'’ KM-nin nümayəndəsi tərəfindən imzalanmış və qarşı tərəfdən hər hansı bir imza və möhür mövcud deyildir. İddiaçının təqdim etdiyi aktların az qismində isə qarşı tərəfdən imzalanması iddia edilən biri-birinə uyğun gəlməyən, şübhəli imzalar olsa da, həmin aktlar “6-cı Mərtəbə" Şirkətinin möhürü ilə təsdiq olunmamışdır. Bu fakt birmənalı şəkildə onu təsdiq edir ki, görülməsi iddia olunan və əvəzində əsassız olaraq külli miqdarda məbləğ tələb olunan işlər “6-cı Mərtəbə" Şirkəti tərəfindən qəbul ediməmişdir. Qeyd edilən faktla yanaşı, o da qeyd edilməlidir ki, həmin işlər ümumiyyətlə mövcud olmamışdır. Həmin işlərin ümumiyyətlə mövcud olmaması onunla təsdiq olunur ki, tərəflər arasında olan müqaviləyə əsasən, 2019-cu ilin aprel-may aylarında görülmüş işlər üzrə hər iki tərəfin imza və möhürü ilə təsdiq edilən akta əsasən "xxxx" KM-ya 109.027.40 manat (ƏDV daxil) ödənildiyi halda, “Mavi İşıq’’ KM yenidən əsassız olaraq həmin aylar üçün 311.818,54 manat pulun ödənilməsini tələb edir. Eyni ilə, müqavilə üzrə nəzərdə tutulmuş işlər üzrə 2019-cu il oktyabr, noyabr, həmçinin 2020-ci il yanvar ayları üzrə görülmüş işlərin məbləği hər iki tərəfdən müqaviləyə uyğun qaydada təsdiqlənərək, ödənildiyi halda, hazırda iddiaçı həmin aylar üzrə tərəflər arasında təsdiq edilmiş aktlardakı məbləğlərdən fərqli olan məbləğləri heç bir rəsmi sənədləşdirmə olmadan tələb etməkdədir. Bundan başqa, iddiaçı “Mavi İşıq" KM iddia ərizəsinə əlavə etdiyi və cavabdeh tərəfindən təsdiq edlməyən aktlar üzrə 2018-ci ilin may-iyun aylarında görülmüş işlər üzrə 483.033 manat məbləğin ödənilməsini tələb edir. Lakin tərəflər arasında müqavilə 03 yanvar 2019-cu il tarixdə bağlanmış və həmin tarixdən sonra işlərə başlanmışdır. Belə olan halda müqavilənin bağlanmasından əvvəl 2018-ci ilin may-iyun aylarında işlərin görülməsi və üstəlik bu işlərə görə 2019-cu ilin fevral ayında akt tərtib edilməsi qeyri-mümkün olmaqla, tamamilə istisna olunur. Bundan əlavə, 01 yanvar 2018-ci ildən 01 aprel 2020-ci ilə qədər təhvil verildiyi iddia olunan və pulu ödənilmədiyi malmaterialların siyahısı və dəyərini əks etdirən arayış cavabdehin imza və möhürlə təsdiqlənməmişdir. Eyni ilə də tərəflər arasında müqavilə bağlanmasından əvvəl 2018-ci ilin yanvar ayı üzrə görülmüş işlər üçün tərtib edilmiş akt tamamilə əsassızdır. Göstərilənlərlə yanaşı, ümumiyyətlə qeyd edilən 4.083.992,98 manat məbləğində işlər görülmədiyindən, həmin məbləğlə əlaqədar irəli sürülən 612.588,44 manat cərimə məbləği də tamamilə əsassızdır və cavabdeh qəbul olunmur. Göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbində qeyd edilənlərlə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamış və ümumiyyətlə belə bir sübutlar mövcud deyildir. Cavabdehin nümayəndəsi qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" kiçik müəssisəsi ilə "xxxx" müstəqil şirkəti arasında 03.01.2019-cu il tarixli 18 saylı xidmət müqaviləsindən görünür ki, Bu Müqaviləyə əsasən icraçı Gəncə şəhərində inşa olunan X4 Deposunun ərazisində torpaq qazma işlərini, dolğu işlərini, inşaat materialları ilə çirklənmiş torpağın emal edilməsi və landşaft işlərini icra edir və Sifarişçi bu İşlər müqabilində İcraçıya müvafiq haqq ödəyir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən Görüləcək işlərin həcmi Sifarişçinin nümayəndəsi (Mühəndis) tərəfindən görülən işlərin həcminə uyğun müəyyənləşdirlir və İcraçıya təqdim olunur. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, Hazırki müqavilə hər iki tərəfdən imzalandığı və möhürlə təsdiq edildiyi andan etibarən qüvvəyə minir və müqavilə üzrə görüləcək işlərin icrası başa çatanadək qüvvədə olacaq. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən Göstəriləcək xidmətlərin haqqı tərəflər arasında imzalanan və bu müqaviləyə əlavə edilən Qiymət razılaşma protokolu əsasında həyata keçirilir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən İş həcmlərini əks etdirən aktları tərəflər imzaladıqdan sonra xidmətin haqqı 5 gün ərzində ödənilir. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən Müqavilə üzrə ödəmələr bank köçürmə yolu ilə həyata keçirilir. Həmin Müqavilənin 3.1.1-ci bəndinə əsasən İcraçıya görüləcək işlərin cizgilərini və həcmini təqdim etmək. Həmin Müqavilənin 3.1.2-ci bəndinə əsasən İşin qrafıkə uyğun gedişinə və keyfiyyətinə nəzarət etmək. Keyfiyyətsiz görülən işlərin aradan qaldıdırılmasım İcraçıdan tələb etmək. Həmin Müqavilənin 3.1.3-cü bəndinə əsasən Bu müqavilə üzrə icra edilən iş həcmlərini İcraçının tərtib etdiyi akt əsasında qəbul etməklə dəyərini ödəmək. Həmin Müqavilənin 3.2.1-ci bəndinə əsasən sifarişçinin təqdim etdiyi cizgi və qrafıkə uyğun işlərin keyfiyyətlə yerinə yetirməyi və görülən işlərin nəticələrini'sənədləşdirib Sifarişçiyə təqdim etmək. Həmin Müqavilənin 3.2.2-ci bəndinə əsasən bu müqaviləyə əlavə edilən və müqavilənin ayrılmaz tərkib hissəsi olan “Qiymət razılaşdırma protokolunda göstərilən işləri yerinə yetirmək. Həmin Müqavilənin 3.2.3-cü bəndinə əsasən iş həcmlərinə və qrafıkə uyğun fasadın keyfiyyətli hazırlanmasını təmin etmək. Həmin Müqavilənin 3.2.4-cü bəndinə əsasən keyfiyyətsiz işləri vaxtında aradan qaldırmaqdır. Həmin Müqavilənin 3.2.5-ci bəndinə əsasən işçilərini fərdi forma və mühafizə vasitələri (işçi forması, dəbilqə, ayaqqabı, əlcək, kəmərlər və s.) ilə təmin etməkdir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən işlərin təhvil verilməsi hər iki tərəfdən ən azı 2 (iki) nəfər səlahiyyətli şəxsin imzası (möhürü) ilə təsdiq edilən Təhvil-Təslim Aktına əsasən həyata keçirilir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən Təhvil-Təslim Aktının imzalanmasına baxmayaraq təhvil alınmış İşlərdə sonradan yaranan və/və ya sonradan aşkarlanan qüsür və/ ya gizli qüsurlara və bunların gətirdiyi nəticələrə görə İcraçı həm Sifarişçi və həmçinin üçüncü şəxslər qarşıdında tam məsuliyyət daşıyır və İcraçı belə güsürları öz hesabına ən qısa vaxt və ya Sifarişçinin müəyyən etdiyi vaxt ərzində aradan qaldırmalıdır. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən işlərin müvafiq standartlara cavab verməməsi Sifarişçi tərəfindən Müqavilənin birtərəfli qaydada ləğv olunması üçün əsasdır və bunun nəticəsində Sifarişçiyə və üçüncü şəxslərə vurulmuş zərər İcraçı tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən hazırkı Müqavilədən irəligələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar. İş materiallarına əlavə edilmiş "xxxx" müstəqil şirkətinin direktoru Yunis Nəbiyev və "xxxx" kiçik müəssisəsinin direktoru Qanuni nümayəndə tərəfindən imzalanmış və möhürlənmiş 03.01.2019-cu il tarixli 18 nömrəli qiymətdə razılaşma protokolundan görünür ki, tərəflər yeni DEPO-nun tikintisi ilə əlaqədar olaraq “Sifarişçi”nin tapşırığı əsasında “İcraçı” tikinti sahəsində göstərəcəyi xidmət, görüləcək iş və veriləcək mal-materialın adı, qiyməti aşağıdakı siyahıda göstərilmiş (Torpağın qazılması və daşınması - 1 m3 - 5 manat; Tikinti sahəsindən qazılan balansın qazılması və daşınması qiymətə daxildir Qazıntıdan əmələ gələn material “Sifarişçi”nin müəyyən etdiyi əraziyə daşınır və çeşidlənərək ləğv edilməsi “Sifarişçi”nin hesabınadır; Qazılmış Yeni DEPO Ərazisinin və ərazidən kənar sahənin planirovkası və sulanaraq kipləşdirilməsi - İm2- 3 manat; Bütün Texnikanı İcraçı özü təmin edir; Dolğu materialının Tikinti ərazisinə daşınması və kipləşdirilməsi (DEPO ərazisi və DEPO-dan kənar) - 1 m3 - 10 manat; Kipləşmədə istifadə edilən texnikanı İcarədar təmin etməlidir; Tikinti sahəsi ilə və Tikintidən kənar əraziyə veriləcək Dolğu materialının 1 m3-nin qiyməti 10 manat razılaşdırılır; Ancaq Dolğu materialı kipləşdirildikdən sonra 1.2 əmsala vurularaq sahəyə verilmiş Dolğu materialının 1 m3 -nin cəmi 10 manata vurularaq hesablanacaq; Balans əsaslı Dəmir Yol kənar ərazinin təmizlənməsi Qreyderlə planirovkası və material verərək düzəldilməsi - 1 m2 - 5 manat) qaydada müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" müstəqil şirkətinin layihə rəhbəri M.Bilalov tərəfindən imzalanmış və "xxxx" kiçik müəssisəsinin nümayəndəsi V.Novruzov tərəfindən imzalanmış və möhürlənmiş 05.01.2019-cu il tarixli qiymətdə razılaşma protokolundan görünür ki, tərəflər X6 tikinti sahəsinin dolğu işlərinin icra edilməsində istifadə edilən texnikaları “Mavi İşıq“ kiçik müəssisəsi təmin edəcək, amma texnikaların hər biri üçün, aylıq icarə qiymətlərinə uyğun “ 6 cı Mərtəbə” MŞ tərəfindən ödənilməsi aşağıda göstərilən məbləğdə razılaşdırıldı. ƏDV daxil 54280 manat aylıq İcarə haqqı “6-cı mərtəbə MŞ - ti tərəfindən “Mavi İşıq“ kiçik müəssisəsinə ödənilməsi razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" müstəqil şirkətinin layihə rəhbəri M.Bilalov tərəfindən imzalanmış və "xxxx" kiçik müəssisəsinin direktoru Qanuni nümayəndə tərəfindən imzalanmış və möhürlənmiş 02.05.2019-cu il tarixli qiymətdə razılaşma protokolundan görünür ki, tərəflər X6 tikintisi ilə əlaqədar olaraq, dəmir yolun kənarlarında Küveytin çəkilməsinin metrəsi 3 manat, X6 tikintisi ilə əlaqədar olaraq Şərab zavodu yolunun sökülməsinin 1 metr 20 manat olmasına razılaşmışlar. İş materiallarına əlavə edilmiş "xxxx" müstəqil şirkətinin direktoru Y.N.Nəbiyev və "xxxx" kiçik müəssisəsinin direktoru Qanuni nümayəndə tərəfindən imzalanmış və möhürlənmiş 1 nömrəli Əlavədən görünür ki, tərəflər 03.01.2019-cu il tarixli xidməti müqaviləsinin 1.1-ci bəndinə müəyyən edilmiş işlərin həyata keçirilməsi üçün zəruri texnikanın iş prosesinə cəlb edilmiş texnikasının iş günləri üzrə günlük qiymətləri ƏDV daxil 112524,8 manat olması razılaşdırılmışdır. "xxxx" kiçik müəssisəsi ilə "xxxx" müstəqil şirkəti arasında bağlanan 10.05.2020-ci il tarixli 6F/2020/08/02 saylı alqı-satqı müqaviləsindən görünür ki, bu Müqavilədə “Təchizatçı” tərəfindən “Sifarişçi”yə beton məhlulu və tikinti materialları ilə təmin olunması üçün ümumi şərt və müddəalar müəyyənləşdirilir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqavilədə “Təchizatçı” tərəfindən “Sifarişçi”yə beton məhlulu və tikinti materialları ilə təmin olunması üçün ümumi şərt və müddəalar müəyyənləşdirilir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə tərəflərin hər ikisi tərəfindən imzalandıqdan sonra “Sifarişçi” tələb olunan beton məhlulunu sifariş verir. “Təchizatçı”nın məsuliyyəti mallar “Sifarişçi” tərəfindən alındıqdan və qəbul edildikdən sonra başa çatır. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən “Təchizatçı” Mallann təchiz edir və “ Sifarişçi” həmin mallara görə bu Müqavilənin şərtlərinə uyğun surətdə ödəniş edir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən bu Müqavilə malların yazılı sifarişində və ya tədarük sifarişlərdə razılaşdırmadan “Sifarişçi”ni hər hansı malları “Təchizatçıdan” almağa məcbur etmir, nə də “Təchizatçı ”nı hər hansı malları “Sifarişçi” üçün təchiz elməyə məcbur etmir. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən “Təchizatçı” beton məhlulunu “Sifarişçi”yə təhvil verilməsinə qədər yükün təhlükəsizliyi və toxunamazlığına görə məsuliyyət daşıyır. Mala dəymiş hər hansı bir zərərin dəyəri məhsulun qiymətindən çıxılacaqdır. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən bu Müqavilə çərçivəsində ödəniş hər bir partiya üçün hər bir hesab-fakturadan çıxılmaqla həyata keçirilir. “Təchizatçı”yə təqdim edildikdən sonra ödəniş icra ediləcək. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən "Sifarişçi” tərəfindən alınmış beton məhlulunun faktiki qəbul edilmiş miqdara görə köçürmə yolu ilə ödənilir. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən ödəniş müddəti aşağıdakı kimi razılaşdırılır. “Sifarişçi” hər bir töküm üçün faktiki qəbul etdiyi beton məhlulunun dəyərini qəbul etmə günündən sonra, iki tərəfin razılaşma yolu ilə həyata keçirilməsi köçürmə yolu ilə ödəyir. Əgər qəbul edilmiş beton məhlulunun keyfiyyətinə labaratoriya rəyi ilə uyğun markanın DUST göstəricisi arasında kənarlaşma olarsa onda həmin partiyanın dəyəri “Təchizatçı”ya” ödənilir. İş materiallarına əlavə edilmiş "xxxx" müstəqil şirkətinin direktoru Yunis Nəbiyev və "xxxx" kiçik müəssisəsinin direktoru Qanuni nümayəndə tərəfindən imzalanmış və möhürlənmiş 6F/2020/08/02 saylı alqı-satqı müqaviləsinə 10.05.2020-ci il tarixli qiymət razılaşdırma protokolu olan 1 nömrəli əlavədən görünür ki, müqavilənin şərtlərinə əsasən C25 B30 və C15 B15 markalı beton məhlulunun alınması və qiyməti razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" kiçik müəssisəsi tərəfindən X6 tikintisi ilə əlaqədar "xxxx" müstəqil şirkəti ilə müqaviləyə əsasən, "xxxx" kiçik müəssisəsi tərəfindən 01.01.2018-ci il tarixdən 01.04.2020-ci il tarixədək görülmüş və təqdim edilən dəyəri ödənilməyən mal-materialın siyahısına (siyahıya verilmiş beton məhlulu daxil edilməmişdir) dair arayışdan görünür ki, X6 tikintisi ilə əlaqədar olaraq (ümumi kipləşmə işləri üzrə 283668 manat, ümumi qazma işləri üzrə 168655 manat, dolğu işləri üzrə ******* manat, Otsep layı üzrə 10320 manat, Qum layı üzrə 33474 manat, Çınqıl üzrə 1650 manat, Subbalans üzrə 16340 manat, Beton piltələr üzrə 31000 manat, Metal boru üzrə 5740 manat, Şərab zavodu dəmir yolunun sökülməsi üzrə 4620 manat, YD gələn yolun planirovkası 72000 manat, YD gələn yolun hamarlanması 20850 manat, D/Y kənarında küveytin çəkilməsi üzrə 4290 manat, Texnikaların icarə haqqı üzrə ******* manat, Balans əsaslı D/Y planın düzəldilməsi 36235 manat olmaqla) ƏDV-siz ******* manat + 556098,96 manat ƏDV =3645340,96 manat təşkil etmişdir. Həmin arayışda 2020-ci ilin fevral ayından 2021-ci ilin fevral ayınadək görülmüş işlər nəzərə alınmamışdır. İş materiallarına əlavə edilmiş "xxxx" müstəqil şirkəti ilə "xxxx" MMC arasında bağlanmış 02.06.2019-cu il tarixli Sazişdən görünür ki, “Şah-Tac E.A.F" MMC-nin direktoru X2 və "Mavi işıq” KM-nin direktoru bu sazişi tərtib edirik, ondan ötəri ki, “Şah-Tac E.A.F" MMC ilə "6-cı Mərtəbə' MŞ-ti arasında bağlanmış 01 mart 2018-ci il tarixdə Podrat müqaviləsi və 16 mart 2018-ci il tarixli alqısatqı müqaviləsinə əsasən, X7 ərazisində icra etdiyi 2018-ci ilin may-iyun aylarına kimi yeni dəmir yol xəttinin altındakı metal borunun qazılıb çıxarılması, torpağın kənar əraziyə daşınması, həmin sahənin təkrar dolğu materialı ilə doldurulması, tikinti sahəsınaən kanalizasiya xəttinin çıxarılması, həmin sahənin torpağının kənar sahəyə daşınmasının və əvəzinə dolğu verilməsi işlərinin, yeni Depoya gələn avtomobil yolunun planirovkası, yeni Depo yolunun dolğu materialı ilə doldurularaq bir neçə dəfə hamarlanması işlərindən "xxxx" müstəqil şirkətinin 488033 manat borcu yaranmışdır. Hal-hazırda “6-cı Mərtəbə MŞ-ti ödəmə qabiliyyətinin olmamasına, "xxxx" MMC-nin fəaliyyətini dayandırmaq niyyəti olduğu üçün, "xxxx" MŞ -nə yazılmış 02.06.2019-cu il tarixli məktubuna əsasən, "xxxx" MŞ-nin layihə rəhbəri də şirkətlərinin "Şah-Tac E.A.F” MMC-yə olan 488 033 manat borclarını yeni akt yazaraq, "xxxx" KM-nin gördüyü iş kimi qəbul edib, ödəmə etməyə razılıq verdiyi üçün, "Şan-Tac E.A.F” MMC-nin "6-cı Mərtəbə” MŞ-dən alacağı 488 033 manat borcun "Mavi işıq” KM-nə verməsinə razılaşmışlar. "xxxx" kiçik müəssisəsi 488 033 manatı qəbul etdikdən sonra "Şah- Tac E.A.F” MMC-yə ödənməsinə dair öhdəliyi qəbul etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" müstəqil şirkətinin layihə rəhbəri M.Bilalov və "xxxx" kiçik müəssisəsinin direktor Qanuni nümayəndə tərəfindən imzalanmış "xxxx" kiçik müəssisəsi tərəfindən may-iyun aylarında 2018-ci il tarixinə kimi görülmüş torpaq iş həcmlərinin fevral 2019-cu il tarixində təsdiqinə dair aktan görünür ki, qeyd olunan müddət ərzində "xxxx" kiçik müəssisəsi tərəfindən görülmüş işlərin dəyəri ƏDV daxil 483033 manat hesablanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" müstəqil şirkətinin layihə rəhbəri M.Bilalov və "xxxx" kiçik müəssisəsinin direktor Qanuni nümayəndə tərəfindən imzalanmış "xxxx" kiçik müəssisəsi tərəfindən mart-aprel-may aylarında 2019-cu il tarixində qazmadan sonra kipləşdirilmiş sahələrə dair aktan görünür ki, qeyd olunan müddət ərzində "xxxx" kiçik müəssisəsi tərəfindən görülmüş işlərin dəyəri ƏDV daxil 295711,54 manat hesablanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" müstəqil şirkətinin layihə rəhbəri M.Bilalov və "xxxx" kiçik müəssisəsinin direktor Qanuni nümayəndə tərəfindən imzalanmış "xxxx" kiçik müəssisəsi tərəfindən aprel aylarında 2019-cu il tarixində görülmüş bina və qurğuların qazmadan sonra bünövrə kipləşdirilmə işlərinə dair aktan görünür ki, qeyd olunan müddət ərzində "xxxx" kiçik müəssisəsi tərəfindən görülmüş işlərin dəyəri ƏDV daxil 16107 manat hesablanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" müstəqil şirkətinin layihə rəhbəri M.Bilalov və "xxxx" kiçik müəssisəsinin direktor Qanuni nümayəndə tərəfindən imzalanmış "xxxx" kiçik müəssisəsi tərəfindən aprel –may aylarında 2019-cu il tarixində yerinə yetirlimiş qazmadolğu işlərinin qəbuluna dair aktan görünür ki, qeyd olunan müddət ərzində "xxxx" kiçik müəssisəsi tərəfindən görülmüş işlərin dəyəri ƏDV daxil 161619.88 manat hesablanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" müstəqil şirkətinin layihə rəhbəri M.Bilalov və "xxxx" kiçik müəssisəsinin direktor Qanuni nümayəndə tərəfindən imzalanmış "xxxx" kiçik müəssisəsi tərəfindən 01 iyun –01 iyul aylarında 2019-cu il tarixində görülmüş torpaq işlərinin həcminə dair aktan görünür ki, qeyd olunan müddət ərzində "xxxx" kiçik müəssisəsi tərəfindən görülmüş işlərin dəyəri ƏDV daxil 100645,28 manat hesablanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" müstəqil şirkətinin layihə rəhbəri İbadov İbad, layihənin xəritə mühəndisi V.Əliyev və "xxxx" kiçik müəssisəsinin direktor Qanuni nümayəndə tərəfindən imzalanmış "xxxx" kiçik müəssisəsi tərəfindən 01 iyul - 01 avqust aylarında 2019-cu il tarixinə kimi görülmüş torpaq işlərinin həcminə dair aktan görünür ki, qeyd olunan müddət ərzində "xxxx" kiçik müəssisəsi tərəfindən görülmüş işlərin dəyəri ƏDV daxil 97746,36 manat hesablanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" müstəqil şirkətinin layihənin xəritə mühəndisi V.Əliyev və "xxxx" kiçik müəssisəsinin direktor Qanuni nümayəndə tərəfindən imzalanmış "xxxx" kiçik müəssisəsi tərəfindən 01.12.2019 – 01.02.2020-ci il tarixinə kimi görülmüş torpaq işlərinin həcminə dair aktan görünür ki, qeyd olunan müddət ərzində "xxxx" kiçik müəssisəsi tərəfindən görülmüş işlərin dəyəri ƏDV daxil 100802,68 manat hesablanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" müstəqil şirkətinin layihənin xəritə mühəndisi V.Əliyev və "xxxx" kiçik müəssisəsinin direktor Qanuni nümayəndə tərəfindən imzalanmış "xxxx" kiçik müəssisəsi tərəfindən 01 sentyabr - 01 oktyabr 2019-cu il tarixinə kimi görülmüş torpaq işlərinin həcminə dair aktan görünür ki, qeyd olunan müddət ərzində "xxxx" kiçik müəssisəsi tərəfindən görülmüş işlərin dəyəri ƏDV daxil 244816,81 manat hesablanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" müstəqil şirkətinin layihə rəhbəri İbadov İbad, layihənin xəritə mühəndisi V.Əliyev və "xxxx" kiçik müəssisəsinin direktor Qanuni nümayəndə tərəfindən imzalanmış "xxxx" kiçik müəssisəsi tərəfindən 01 sentyabr - 01 oktyabr aylarında 2019-cu il tarixinə kimi görülmüş torpaq işlərinin həcminə dair aktan görünür ki, qeyd olunan müddət ərzində "xxxx" kiçik müəssisəsi tərəfindən görülmüş işlərin dəyəri ƏDV daxil 33896,53 manat hesablanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" müstəqil şirkətinin layihənin xəritə mühəndisi V.Əliyev və "xxxx" kiçik müəssisəsinin direktor Qanuni nümayəndə tərəfindən imzalanmış "xxxx" kiçik müəssisəsi tərəfindən 01 sentyabr - 01 oktyabr 2019-cu il tarixinə kimi görülmüş torpaq işlərinin həcminə dair aktan görünür ki, qeyd olunan müddət ərzində "xxxx" kiçik müəssisəsi tərəfindən görülmüş işlərin dəyəri ƏDV daxil 229809.96 manat hesablanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" müstəqil şirkətinin layihə rəhbəri İbadov İbad, layihənin xəritə mühəndisi V.Əliyev və "xxxx" kiçik müəssisəsinin direktor Qanuni nümayəndə tərəfindən imzalanmış "xxxx" kiçik müəssisəsi tərəfindən oktyabr - noyabr 2019-cu il tarixinə kimi görülmüş torpaq işlərinin həcminə dair aktan görünür ki, qeyd olunan müddət ərzində "xxxx" kiçik müəssisəsi tərəfindən görülmüş işlərin dəyəri ƏDV daxil 207525,42 manat hesablanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" müstəqil şirkətinin layihə rəhbəri İbadov İbad və "xxxx" kiçik müəssisəsinin direktor Qanuni nümayəndə tərəfindən imzalanmış "xxxx" kiçik müəssisəsi tərəfindən 2020-ci ilin fevral ayında B30 beton-divar və bünövrələrin betonlanması, armatur karkasının düzəldilməsi işlərinin həcminə dair aktan görünür ki, qeyd olunan müddət ərzində "xxxx" kiçik müəssisəsi tərəfindən görülmüş işlərin dəyəri ƏDV daxil 305356.2 manat hesablanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" müstəqil şirkətinin layihənin xəritə mühəndisi V.Əliyev tərəfindən imzalanmış "xxxx" kiçik müəssisəsi tərəfindən 01 avqust - 01 sentyabr 2019-cu il tarixinə kimi görülmüş torpaq işlərinin həcminə dair aktan görünür ki, qeyd olunan müddət ərzində "xxxx" kiçik müəssisəsi tərəfindən görülmüş işlərin dəyəri ƏDV daxil 214511,5 manat hesablanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" müstəqil şirkətinin layihə rəhbəri İbadov İbad və "xxxx" kiçik müəssisəsinin direktor Qanuni nümayəndə tərəfindən imzalanmış "xxxx" kiçik müəssisəsi tərəfindən 01 avqust - 01 sentyabr aylarında 2019-cu il tarixinə kimi görülmüş torpaq işlərinin həcminə dair aktan görünür ki, qeyd olunan müddət ərzində "xxxx" kiçik müəssisəsi tərəfindən görülmüş işlərin dəyəri ƏDV daxil 253123,57 manat hesablanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" müstəqil şirkətinin layihə rəhbəri İbadov İbad və "xxxx" kiçik müəssisəsinin direktor Qanuni nümayəndə tərəfindən imzalanmış 2019-cu ilin iyul ayı üzrə "xxxx" kiçik müəssisəsi tərəfindən "xxxx" müstəqil şirkətinə icarəyə verilən xüsusi texnikaların təhvil-təsliminə dair aktdan görünür ki, qeyd olunan tarixdə "xxxx" kiçik müəssisəsi tərəfindən aylıq icarə dəyəri ƏDV daxil 78186,8 manat təşkil edən texnikalar verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" müstəqil şirkətinin layihə rəhbəri İbadov İbad və "xxxx" kiçik müəssisəsinin direktor Qanuni nümayəndə tərəfindən imzalanmış 2019-cu ilin iyul ayı üzrə "xxxx" kiçik müəssisəsi tərəfindən "xxxx" müstəqil şirkətinə icarəyə verilən xüsusi texnikaların iş günlərinin təhvil-təsliminə dair aktdan görünür ki, qeyd olunan tarixdə "xxxx" kiçik müəssisəsi tərəfindən aylıq icarə dəyəri ƏDV daxil 17629,2 manat təşkil edən texnikalar verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" müstəqil şirkətinin layihə rəhbəri İbadov İbad və "xxxx" kiçik müəssisəsinin direktor Qanuni nümayəndə tərəfindən imzalanmış 2019-cu ilin iyul ayı üzrə "xxxx" kiçik müəssisəsi tərəfindən "xxxx" müstəqil şirkətinə icarəyə verilən xüsusi texnikaların iş günlərinin təhvil-təsliminə dair aktdan görünür ki, qeyd olunan tarixdə "xxxx" kiçik müəssisəsi tərəfindən aylıq icarə dəyəri ƏDV daxil 80110,2 manat təşkil edən texnikalar verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" müstəqil şirkətinin layihə rəhbəri İbadov İbad və "xxxx" kiçik müəssisəsinin direktor Qanuni nümayəndə tərəfindən imzalanmış 2019-cu ilin avqust ayı üzrə "xxxx" kiçik müəssisəsi tərəfindən "xxxx" müstəqil şirkətinə icarəyə verilən xüsusi texnikaların iş günlərinin təhvil-təsliminə dair aktdan görünür ki, qeyd olunan tarixdə "xxxx" kiçik müəssisəsi tərəfindən aylıq icarə dəyəri ƏDV daxil 20744,4 manat təşkil edən texnikalar verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" müstəqil şirkətinin layihə rəhbəri İbadov İbad və "xxxx" kiçik müəssisəsinin direktor Qanuni nümayəndə tərəfindən imzalanmış 2019-cu ilin avqust ayı üzrə "xxxx" kiçik müəssisəsi tərəfindən "xxxx" müstəqil şirkətinə icarəyə verilən xüsusi texnikaların iş günlərinin təhvil-təsliminə dair aktdan görünür ki, qeyd olunan tarixdə "xxxx" kiçik müəssisəsi tərəfindən aylıq icarə dəyəri ƏDV daxil 106200 manat təşkil edən texnikalar verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" müstəqil şirkətinin layihə rəhbəri İbadov İbadın adı qeyd olunmuş imza edilməmiş və "xxxx" kiçik müəssisəsinin direktor Qanuni nümayəndə tərəfindən imzalanmış 2019-cu ilin iyul ayı üzrə "xxxx" kiçik müəssisəsi tərəfindən "xxxx" müstəqil şirkətinə icarəyə verilən xüsusi texnikaların iş günlərinin təhviltəsliminə dair aktdan görünür ki, qeyd olunan tarixdə "xxxx" kiçik müəssisəsi tərəfindən aylıq icarə dəyəri ƏDV daxil 15753 manat təşkil edən texnikalar verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" müstəqil şirkətinin layihə rəhbəri İbadov İbadın adı qeyd olunmuş imza edilməmiş və "xxxx" kiçik müəssisəsinin direktor Qanuni nümayəndə tərəfindən imzalanmış və möhürlənmiş 2019-cu ilin iyul ayı üzrə "xxxx" kiçik müəssisəsi tərəfindən "xxxx" müstəqil şirkətinə icarəyə verilən xüsusi texnikaların iş günlərinin təhvil-təsliminə dair aktdan görünür ki, qeyd olunan tarixdə "xxxx" kiçik müəssisəsi tərəfindən aylıq icarə dəyəri ƏDV daxil 3469.2 manat təşkil edən texnikalar verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" müstəqil şirkətinin layihə rəhbəri İbadov İbadın adı qeyd olunmuş imza edilməmiş və "xxxx" kiçik müəssisəsinin direktor Qanuni nümayəndə tərəfindən imzalanmış və möhürlənmiş 2019-cu ilin iyul ayı üzrə "xxxx" kiçik müəssisəsi tərəfindən "xxxx" müstəqil şirkətinə icarəyə verilən xüsusi texnikaların iş günlərinin təhvil-təsliminə dair aktdan görünür ki, qeyd olunan tarixdə "xxxx" kiçik müəssisəsi tərəfindən aylıq icarə dəyəri ƏDV daxil 11398,8 manat təşkil edən texnikalar verilmişdir. İş materiallarına əlavə edilmiş 01.08.2019-cu il tarixli "xxxx" müstəqil şirkətinin layihə rəhbəri İbadov İbad və "xxxx" kiçik müəssisəsinin direktor Qanuni nümayəndə, mühasib Ş.M.Vəliyeva tərəfindən imzalanmış "xxxx" kiçik müəssisəsinin Gəncə şəhərində inşa olunan X4 Deposuna aid 2019-cu ilin iyul ayında yerinə yetirilmiş işlərinə, təchiz etdiyi mal-material, nəqd pula və xüsusi texnikaların icarəsinə dair arayışdan görünür ki, qeyd olunan tarixdə "xxxx" kiçik müəssisəsinə ödənilməli vəsait ümüumilikdə ƏDV daxil 123440,9 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş 01.10.2019-cu il tarixli "xxxx" müstəqil şirkətinin layihə rəhbəri İbadov İbad və "xxxx" kiçik müəssisəsinin direktor Qanuni nümayəndə, mühasib Ş.M.Vəliyeva tərəfindən imzalanmış "xxxx" kiçik müəssisəsinin Gəncə şəhərində inşa olunan X4 Deposuna aid 2019-cu ilin iyul ayında yerinə yetirilmiş işlərinə, təchiz etdiyi mal-material, nəqd pula və xüsusi texnikaların icarəsinə dair arayışdan görünür ki, qeyd olunan tarixdə "xxxx" kiçik müəssisəsinə ödənilməli vəsait ümüumilikdə ƏDV daxil 50000 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş 01.09.2019-cu il tarixli "xxxx" müstəqil şirkətinin layihə rəhbəri İbadov İbad və "xxxx" kiçik müəssisəsinin direktor Qanuni nümayəndə, mühasib Ş.M.Vəliyeva tərəfindən imzalanmış "xxxx" kiçik müəssisəsinin Gəncə şəhərində inşa olunan X4 Deposuna aid 2019-cu ilin iyul ayında yerinə yetirilmiş işlərinə, təchiz etdiyi mal-material, nəqd pula və xüsusi texnikaların icarəsinə dair arayışdan görünür ki, qeyd olunan tarixdə "xxxx" kiçik müəssisəsinə ödənilməli vəsait ümüumilikdə ƏDV daxil 220902,5 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş 01.10.2019-cu il tarixli "xxxx" müstəqil şirkətinin layihə rəhbəri İbadov İbadın adı qeyd olunmuş imza edilməmiş və "xxxx" kiçik müəssisəsinin direktor Qanuni nümayəndə, mühasib Ş.M.Vəliyeva tərəfindən imzalanmış "xxxx" kiçik müəssisəsinin Gəncə şəhərində inşa olunan X4 Deposuna aid 2019-cu ilin iyul ayında yerinə yetirilmiş işlərinə, təchiz etdiyi mal-material, nəqd pula və xüsusi texnikaların icarəsinə dair arayışdan görünür ki, qeyd olunan tarixdə "xxxx" kiçik müəssisəsinə ödənilməli vəsait ümüumilikdə ƏDV daxil 230689,87 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş 01.12.2019-cu il tarixli "xxxx" müstəqil şirkətinin layihə rəhbəri İbadov İbadın adı qeyd olunmuş imza edilməmiş və "xxxx" kiçik müəssisəsinin direktor Qanuni nümayəndə, mühasib Ş.M.Vəliyeva tərəfindən imzalanmış "xxxx" kiçik müəssisəsinin Gəncə şəhərində inşa olunan X4 Deposuna aid 2019-cu ilin iyul ayında yerinə yetirilmiş işlərinə, təchiz etdiyi mal-material, nəqd pula və xüsusi texnikaların icarəsinə dair arayışdan görünür ki, qeyd olunan tarixdə "xxxx" kiçik müəssisəsinə ödənilməli vəsait ümüumilikdə ƏDV daxil 402243,8 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş 01.12.2019-cu il tarixli "xxxx" müstəqil şirkətinin layihə rəhbəri İbadov İbadın adı qeyd olunmuş imza edilməmiş və "xxxx" kiçik müəssisəsinin direktor Qanuni nümayəndə, mühasib Ş.M.Vəliyeva tərəfindən imzalanmış "xxxx" kiçik müəssisəsinin Gəncə şəhərində inşa olunan X4 Deposuna aid 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar aylarında yerinə yetirilmiş işlərinə, təchiz etdiyi mal-material, nəqd pula və xüsusi texnikaların icarəsinə dair arayışdan görünür ki, qeyd olunan tarixdə "xxxx" kiçik müəssisəsinə ödənilməli vəsait ümüumilikdə ƏDV daxil 135178.5 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş 01.09.2019-cu il tarixli "xxxx" müstəqil şirkətinin layihə rəhbəri İbadov İbad və "xxxx" kiçik müəssisəsinin nümayəndəsi Məmmədəli Novruzo, iştirak edənlər Pərvin Nəbiyev və Vüqar Qəhrəmanov tərəfindən imzalanmış tikinti ərazisində icarəyə götürülən texnikaların səalhiyyətli şəxsi şəxsi tərəfindən yemekxananın göstərdiyi xidmətinə dair aktdan görünür ki, qeyd olunan tarixdə "xxxx" kiçik müəssisəsinə ödənilməli vəsait ümüumilikdə ƏDV daxil 3221 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" kiçik müəssisəsinin "xxxx" ASC-olan AZ33NİCB**********0001A40020 nömrəli hesabına dair edilmiş 10-328552-1 nömrəli 23.08.2019-cu il tarixli hesabdan çıxarışdan görünür ki, "xxxx" müstəqil şirkəti tərəfindən "xxxx" kiçik müəssisəsinin qeyd olunan hesabına ümumilikdə 2887806,83 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" kiçik müəssisəsi ilə "xxxx" müstəqil şirkəti arasında 03.01.2019-cu il tarixli 18 saylı xidmət və 10.05.2020-ci il tarixli 6F/2020/08/02 saylı alqı-satqı müqavilələri bağlanmışdır. "xxxx" Kiçik Müəssisəsi ilə "xxxx" müstəqil şirkəti arasında bağlanan 03.01.2019-cu il tarixli 18 saylı xidmət müqaviləsinə əsasən, icraçı Gəncə şəhərində inşa olunan X4 Deposunun ərazisində torpaq qazma işlərinin, dolğu işlərinin, inşaat materialları ilə çirklənmiş torpağın emal edilməsi və landşaft işlərini icra edir və Sifarişçi bu işlər müqabilində İcraçıya müvafiq haqq ödəyir. "xxxx" kiçik müəssisəsi ilə "xxxx" müstəqil şirkəti arasında bağlanan 10.05.2020-ci il tarixli 6F/2020/08/02 saylı alqı-satqı müqaviləsi üzrə isə icraçının Şirkətinin beton məhlulu və tikinti materialları ilə təmin olunması və “Təchizatçı”nın malları təchiz etməsi, “Sifarişçinin isə həmin mallara görə müqavilənin şərtlərinə uyğun surətdə ödəniş etməsi nəzərdə tutulmuşdur. Qeyd oluna müqavilələr üzrə iddiaçı tərəfindən üzərinə götürülmüş öhdəliklər mübahisə predmetini təşkil edən borcun yarandığı tarixə qədər yerinə yetirilməsinə baxmayaraq cavabdeh tərəfindən müqavilə öhdəlikləri tam olaraq yerinə yetirilməmişdir. Bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə ilk növbədə tərəflər arasında bağlanmış xidməti və alqı-satqı müqavilələrin bağlanmasını, hər iki müqavilə üzrə tərəflərin müvafiq öhdəlikləri qəbul etməsini işin mübahisəsiz halları olduğunu müəyyən etmişdir. Belə olan halda tərəflər üçün müvafiq öhdəlikləri ehtiva edən bu əqdlərin qanuniliyinin müəyyən edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 756.1-ci maddəsinə əsasən əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 756.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi tərəflər arasında bağlanmış xidməti və alqı-satqı müqaviləsi qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bağlanmışdır. Belə olan halda hazırda qeyd olunan müqavilələrdə nəzərdə tutulan tərəflərin öhdəlik və hüquqları qanuni hesab edilməlidir. Mübahisə predmeti üzrə cavabdehin iddiaçı tərəfindən tələb edilən vəsaitlərin mübahisələndirilməsinə əsas olaraq, görülmüş işlərin həcminə dair təhvil-təslim aktlarının müqavilənin şərtlərinə uyğun qaydada təsdiq edilməməsi və bunula əlaqədar olaraq iddiaçı tərəfindən görülmüş işlərin həcminin suni şəkildə artırılması göstərilmişdir. İlk növbədə məhkəmə tərəflər arasında bağlanmış müqavilələrin təyinatının fərqli olması səbəbindən hər iki müqavilə təhvil-təslim qaydalarına ayrı-ayrılıqda araşdırılmasını məqsədə müavfiq hesab edir. Belə ki, "xxxx" kiçik müəssisəsi ilə "xxxx" müstəqil şirkəti arasında bağlanmış 03.01.2019-cu il tarixdə 18 saylı xidmət müqaviləsinin 2.1, 2.2, 3.1.3, 3.2.2 və 4.1-ci bəndlərində icraçı tərəfindən görüləcək işlərin növləri habelə onları dəyəri, eyni zamanda həmin işlərin təhvil-təslim qaydaları müəyyən edilmişdir. Cavabdeh tərəfindən qeyd olunan müqavilənin 4.1-ci bəndinə istinad edilərək (işlərin təhvil verilməsi hər iki tərəfdən ən azı 2 (iki) nəfər səlahiyyətli şəxsin imzası (möhürü) ilə təsdiq edilən Təhvil-Təslim Aktına əsasən həyata keçirilir), iddiaçı tərəfindən məhkəməyə maddi sübut olaraq təqdim edilmiş təhviltəslim aktlarının müqavilənin müvafiq bəndinin şərtinə əsasən tərəflər arasında təsdiq edilməmədiyindən qeyd olunan aktlar üzrə görülmüş işlərin əslində mövcud olmaması bildirilmişdir. Məhkəmə cavabdeh tərəfindən göstərilmiş əsasla razılaşmır. Belə ki, iş materiallarına əlavə edilmiş 05.01.2019-cu və 02.05.2019-cu il tarixli qiymətdə razılaşma protokolundan müəyyən olunur ki, qeyd olunan müqavilənin tərkib hissəsi sayılan sənədlər möhürsüz yalnız cavabdeh "xxxx" müstəqil şirkətinin layihə rəhbəri M.Bilalov tərəfindən imza edilməklə təsdiq edilmişdir. Halbuki həmin sənədlər əsasında xidməti müqavilə üzrə görüləcək işlər, habelə həmin işlərin çeşidi və işlərin dəyərinin hesablanması zamanı istinad olunacaq qiymətləri müəyyən edilmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən əvvəlki tarixlərdə iddiaçıya ödəniş edilməsi üçün əsas olmuş və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 2 nömrəli forma üzrə 2019-cu ilin aprel-may aylarında yerinə yetirilmiş 109027,39 manat dəyərində işlərə dair, 2 nömrəli forma üzrə 2019-cu ilin iyun ayında yerinə yetirilmiş 127591,04 manat dəyərində işlərə dair, 2 nömrəli forma üzrə 2019-cu ilin iyul ayında yerinə yetirilmiş 145586,75 manat dəyərində işlərə dair, 2 nömrəli forma üzrə 2019-cu ilin avqust ayında yerinə yetirilmiş 260668,61 manat dəyərində işlərə dair, 2 nömrəli forma üzrə 2019-cu ilin oktyabr ayında yerinə yetirilmiş 59011,21 manat dəyərində işlərə dair, 2 nömrəli forma üzrə 2019-cu ilin noyabr ayında yerinə yetirilmiş 1383141,9 manat dəyərində işlərə dair, 2 nömrəli forma üzrə 2020-ci ilin iyul-avqust aylarında yerinə yetirilmiş 157282,55 manat dəyərində işlərə dair, 3 nömrəli forma üzrə 2019-cu ilin oktyabr ayında yerinə yetirilmiş 59010,86 manat dəyərində işlərə dair, 3 nömrəli forma üzrə 2019-cu ilin noyabr ayında yerinə yetirilmiş 1383141.9 manat dəyərində işlərə dair, 3 nömrəli forma üzrə 2020-ci ilin yanvar ayında yerinə yetirilmiş 413071,35 manat dəyərində işlərə dair arayışı, 2020-ci ilin mart-iyun aylarında yerinə yetirilmiş işlərinə, təchiz etdiyi mal-material, nəqd pula və xüsusi texnikaların icarəsinə 179184,5 manat dəyərində işlərə dair, 2020-ci ilin iyul-avqust aylarında yerinə yetirilmiş 133290,5 manat dəyərində işlərin qəbuluna dair, arayış və aktlarından görünür ki, 05.01.2019-cu və 02.05.2019-cu il tarixli qiymətdə razılaşma protokolları üzrə müəyyən edilən işlərə dair müvafiq ödənişlər edilmişdir. Bundan başqa cavabdeh tərəfindən təqdim edilmiş sözügedən aktlarda tərəflər arasında bağlanmış xidməti müqavilənin 4.1-ci bəndinin “işlərin təhvil verilməsi hər iki tərəfdən ən azı 2 (iki) nəfər səlahiyyətli şəxsin imzası” təsdiq edildikdən sonra təhvil alınmış hesab edilməsi ilə bağlı şərtinə də əməl olunmamışdır. Yuxarıda qeyd olunan cavabdeh tərəfindən təqdim edilmiş aktların iddiaçıda qalan nüsxələrində uyğunsuzluqlar mövcuddur. Belə ki, qeyd olunan arayış və aktların iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 2020-ci ilin iyulavqust aylarında yerinə yetirilmiş 133290,5 manat dəyərində işlərin qəbuluna dair, 3 nömrəli forma üzrə 2019-cu ilin noyabr ayında yerinə yetirilmiş 1383141.9 manat dəyərində işlərə dair, 3 nömrəli forma üzrə 2020-ci ilin yanvar ayında yerinə yetirilmiş 413071,35 manat dəyərində işlərə dair arayışı, 2020-ci ilin mart-iyun aylarında yerinə yetirilmiş işlərinə, təchiz etdiyi mal-material, nəqd pula və xüsusi texnikaların icarəsinə 179184,5 manat dəyərində işlərə dair, 3 nömrəli forma üzrə 2019-cu ilin oktyabr ayında yerinə yetirilmiş 59010,86 manat dəyərində işlərə dair, 2 nömrəli forma üzrə 2019-cu ilin oktyabr ayında yerinə yetirilmiş 59011,21 manat dəyərində işlərə dair, 2 nömrəli forma üzrə 2019-cu ilin noyabr ayında yerinə yetirilmiş 1383141,9 manat dəyərində işlərə dair arayış və aktlar ümumiyyətlə cavabdeh "xxxx" müstəqil şirkətinin nümayəndəsi tərəfindən imzalanmadığı yəni müqavilənin 4.1-ci bəndinə uyğun təsdiq edilmədiyi halda belə cavabdeh tərəfindən ödənilmiş aktlar sırasında olmuşdur. Belə ki, "xxxx" kiçik müəssisəsinin "xxxx" ASC-olan AZ33NİCB**********0001A40020 nömrəli hesabına "xxxx" müstəqil şirkəti tərəfindən ödnilmiş ümumi məbləğ hər iki tərəfin artıq edilmiş ödənişlər üzrə təqdim etdiyi arayış və aktlarda göstərilən məbləğlərin cəminə uyğundur. Eyni zamandan həmin hesab üzrə edilmiş müvafiq ödənişlərin təqdim edilən arayış və aktlarda göstərilən məbləğlərlə eynilik təşkil edir. Qeyd olunan hal üzrə 3 nömrəli forma üzrə 2020ci ilin yanvar ayında yerinə yetirilmiş 413071,35 manat dəyərində işlərə görə 28.02.2020-ci il tarixində "xxxx" müstəqil şirkəti (***-*******-9001 hesab nömrəsi) tərəfindən edilmiş, 2020-ci ilin iyul-avqust aylarında yerinə yetirilmiş 133290,5 manat dəyərində işlərə görə 30.09.2020-ci il tarixində "xxxx" müstəqil şirkəti (***-*******-9001 hesab nömrəsi) tərəfindən edilmiş, 2020-ci ilin mart-iyun aylarında yerinə yetirilmiş işlərinə, təchiz etdiyi mal-material, nəqd pula və xüsusi texnikaların icarəsinə 179184,5 manat dəyərində işlərə görə 31.08.2020-ci il tarixində "xxxx" müstəqil şirkəti (***-*******-9001 hesab nömrəsi) tərəfindən edilmiş ödənişlər bunu təsdiq edir. Tərəflər arasında bağlanmış 10.05.2020-ci il tarixli 6F/2020/08/02 saylı alqı-satqı müqaviləsi üzrə tərəflər arasında təhvil-təslim prosesi üzrə razılaşma müqavilənin 3.1–ci bəndində müəyyən edilmişdir. Hazırda cavabdeh tərəfindən tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə yerinə yetirilmiş işlərin dəyərinin ödənilməsinə dair müəyyən edilmiş sənədlərin təqdim edilməsi mübahisələndirilməmişdir. Belə ki, qeyd olunan müqaviləni 3.1-ci bəndinə əsasən bu Müqavilə çərçivəsində ödəniş hər bir partiya üçün hər bir hesab-fakturadan çıxılmaqla ödənilməsi nəzərdə tutulduğundan cavabdeh tərəfindən yalnız qəbul edilmiş beton məhlulunun dəyərinin ödənilməsi mübahisə predmeti olmamışdır. Göründüyü kimi tərəflər arasında bağlanmış xidməti müqavilə üzrə hər iki tərəfin birgə fəaliyyət dövründə işgüzar adətləri meydana gəlmişdir. Qeyd olunan hal üzrə hər iki tərəfin bağlanmış müqavilənin qəti şərtləri üzrə öhdəlik yaratmayan sənədlərə dair vəzifələrini yerinə yetirməklə aralarında işgüzar adət formalaşdırmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 10.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir. Həmin Məcəllənin 390.7-ci maddəsinə əsasən əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi tərəflər arasında əvvəlcədən müqavilə əsasında tənzimlənmiş müəyyən hərəkət ardıcıllığı, öhdəliklərin yerinə yetirilməsi zamanı təbii yolla formalaşan müqavilə bəndlərinə tam uyğun olmayan, lakin müqavilə və qanunvericiliyə zidd olmayan işgüzar adətlərin yaranması mümkündür. İşin hallarından göründüyü kimi tərəflər arasında bağlanmış 03.01.2019-cu il tarixdə 18 saylı xidmət müqaviləsi bağlandıqdan dərhal sonra tərəflər arasında təbii yolla işgüzar adətlər formalaşmışdır. Belə ki, qeyd olunan müqavilənin tərkib hissəsi olan qiymətdə razılaşma protokolları, habelə iddiaçı tərəfindən müəyyən vaxtlarda təqdim edilmiş aktların təsdiq etmə forması müqavilənin bəndlərində göstərilən qaydada deyil tərəflər arasında formalaşan işgüzar adət üzrə həyata keçirilməsinə baxmayaraq həmin sənədlər üzrə cavabdehə münasibətdə yaranmış öhdəliklər sonuncu tərəfindən mübahisələndirilmədən yerinə yetirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Göründüyü kimi qanunverici tərəflər arasında müqavilənin bağlandığı zaman müəyyən edilmiş müvafiq şərtlərinin, həmin müqavilə üzrə münasibətlərin başlanmasından sonra, müqavilə və qanunvericiliyə ziddi olmayan qaydada işgüzar adət formasında dəyişdirilməsini qanuni hesab etmişdir. Belə olan halda tərəflər arasında yaranmış işgüzar adət üzrə yerinə yetirilən hərəkətlər nəticəsində meydana gəlmiş öhdəliyin icra edilməməsi üçün artıq işgüzar adət üzrə yerinə yetirilən müqavilənin şərtlərinin əsas gətirilməsi öhdəliyin yerinə yetirilməsi prinsiplərinə ziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bundan başqa "xxxx" kiçik müəssisəsi tərəfindən may-iyun aylarında 2018-ci il tarixinə kimi görülmüş torpaq işi həcmlərinin fevral 2019-cu il tarixində təsdiqinə dair akt üzrə hesablanmış 483033 manat vəsaitin cavabdeh tərəfindən mübahisələndirməsinə əsas qeyd olunan akt üzrə görülmüş işlərin tarixinin 03.01.2019-cu il tarixdə 18 saylı xidmət müqaviləsindən əvvəl olması olmuşdur. Lakin iş hallarından göründüyü kimi həmin akt "xxxx" müstəqil şirkəti ilə "xxxx" MMC arasında bağlanmış 02.06.2019-cu il tarixli Saziş üzrə müəyyən edilmiş tələb etmə hüququnun ötürülməsinə dair gəlinmiş razılıq əsasında tərtib edilmişdir. Qeyd olunan akt "xxxx" müstəqil şirkətinin layihə rəhbəri M.Bilalov və "xxxx" kiçik müəssisəsinin direktor Qanuni nümayəndə tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Bu isə cavabdeh tərəfin həmin pul vəsaitinin yaranma səbəbindən məlumatlı olmasını təsdiq edir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, qeyd olunan sazişin tərəfi olan "xxxx" MMC ilə "xxxx" müstəqil şirkəti arasında aktda qeyd olunan tarixlərdə X4 Deposunun tikintisi üzrə xidməti və alqı satqı müqavilələri olmuşdur. "xxxx" MMC-nin fəaliyyətini dayandırması səbəbindən onun gördüyü işlər üzrə "xxxx" müstəqil şirkətində ödənilməli olan 483033 manat tələb etmə hüququnu "xxxx" kiçik müəssisəsinə vermişdir. Tərəflər arasında tərtib edilmiş aktlar üzrə ümumi borc məbləği 4243873.9 manat təşkil etmişdir. Buna baxmayaraq iddiaçı tərəfindən tərəflər arasında bağlanmış müqavilələr üzrə görülmüş işlər və satılmış mallara görə ödənilməmiş 4.083.922,98 manat əsas borc məbləği tələb edildiyindən məhkəmə cavabdehdən yalnız iddiaçı tərəfindən tələbdə göstərilən məbləğin tutulmasını məqsədəmüvafiq hesab edir. Qeyd olunan hallar cavabdeh tərəfindən əsassız olduğu bildirilsə də sonuncu etirazının hüquqi əsasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə iddiaçı tərəfindən əsas borc üzrə ödənişlərin gecikdirilməsi səbəbindən cavabdehdən 612.588,44 manat dəymiş ziyanın əvəzinin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən tələbdə göstərilən maddi ziyanın dəyməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Həmin qərarda faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Göründüyü kimi yuxarıda qeyd olunan maddi hüquq normalarının şərtləndirdiyi hal, qarşı tərəfin ona vurulmuş ziyana dair müvafiq sübutların təqdim etməsindən ibarətdir. Hazırda iddiaçı tərəfindən yuxarıda göstərilən hallara dair sübutlar məhkəməyə təqdim edilmədiyindən tələb üzrə göstərilən ziyanın vurulmasının müəyyən etməyi mümkünsüz edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə sadalanan qanunvericilik normalarını, məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara tətbiq edərək bildirir ki, iddiaçı tərəfindən iddia tələbi üzrə tələb edilən hallara dair sübutlar təqdim edilməmişdir. Halbuki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Bundan başqa Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" müstəqil şirkətidən ƏDV daxil 4.083.922,98 (dörd milyon səksən üç min doqquz yüz iyirmi iki min manat doxsan səkkiz qəpik) manat əsas borc, tutularaq, iddiaçı "xxxx" Kiçik Müəssisəsinin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" müstəqil şirkətidən ƏDV daxil 4.083.922,98 (dörd milyon səksən üç min doqquz yüz iyirmi iki min manat doxsan səkkiz qəpik) manat əsas borc, tutularaq, iddiaçı "xxxx" Kiçik Müəssisəsinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3758/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3758/2021
21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver