Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3764/2022 27.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, “Birlik Yapı" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borc məbləğinin ödənilməsi, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 27100 manat əsas borc, 5691 manat faiz, 188,30 manat dövlət rüsumu olmaqla ümumilikdə 32979,30 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında imzalanan 14 avqust 2020-ci il tarixli, ***-**** №-li müqaviləyə əsasən sonuncunun sifarişinə uyğun olaraq, iddiaçı tərəfindən Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən cavabdehə məxsus obyektdə beton işçiliyi həyata keçirilmişdir. 1 kv.m 19 manat dəyərində razılaşdırılan 1900 kv.m sahəsi olan obyektdə görüləcək işlərə səthin sərtləşdirilməsi, dəmir lif və beton işçiliyi daxil olmuşdur. İşçilik zamanı istifadə olunan betonun təşkili cavabdeh tərəfindən təmin olunmuşdur. 07 sentyabr 2020-ci il tarixli, 633345 №-li elektron qaimə əsasında cavabdeh tərəfindən 08 sentyabr 2020-ci il tarixdə iddiaçının bank hesabına 9000 manat həcmində köçürülmə həyata keçirilmişdir. 15 oktyabr 2020-ci il tarixdə göndərilən 15000 manat dəyərində olan elektron qaimənin ödəməsi həyata keçirilməmişdir. Ümumi məbləğin 12100 manat hissəsinin elektron qaiməsi isə 20 iyun 2022-ci il tarixdə göndərilmiş, lakin cavabdeh tərəfindən rədd olunmuşdur. 20 aydan artıq müddətdir ki, ümumilikdə 27100 manat həcmində borc məbləği cavabdeh tərəfindən ödənilməmiş qalır. Həmçinin, cavabdeh aralarında imzalanan müqavilənin bizə çatmalı olan nüsxəsini təqdim etməməklə qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Bank köçürməsi yolu ilə həyata keçirilmiş 9000 manat həcmində ödəmənin qəbzi aralarındakı müqavilənin mövcudluğunu təsdiqləyir və tərəflər arasında baş verən mübahisə zamanı bank sistemi üzrə əks olunan məlumatlar əsas götürülür. Cavabdeh MMC müqavilə üzrə yaranan borcu ödəməkdən boyun qaçırır və öhdəliyinin icrasından birtərəfli qaydada imtina edir. Cavabdeh ödəməli olduğu 27100 manat məbləğində xidmət haqqını 20 aydır ödəmədiyindən Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, 2222,2 manat məbləğində faiz borcu da ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən18 mart 2022-ci il tarixdən illik bank uçot faiz dərəcəsi 7.75% olaraq müəyyən edilmişdir. Buna görə də 3468,8 manat faiz borcu da əsas borc məbləğinin üzərinə gəlinərək iddiaçıya ödənilməlidir. Cavabdeh MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hüquqi ünvanı olan ünvan 1rlik Yapı” MMC tərəfindən müəyyən təmir – bərpa işlərinin həyata keçirilməsi üçün 08 sentyabr 2020-ci il tarixdə avans qismində ödənilmiş 10620 manat, 200 manat mediasiya xərci olmaqla ümumilikdə 10820 manat məbləğində pul vəsaitinin sonuncudan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə "xxxx" MMC arasında olan şifahi razılaşmaya əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMCnin hüquqi ünvanı olan ünvan 2yyən təmir – bərpa işlərinin həyata keçirilməsi üçün 08 sentyabr 2020-ci il tarixdə 10620 manat məbləğində pul vəsaiti avans qismində "xxxx" MMC-yə ödənilmişdir. Lakin razılaşmanın şərtləri icra edilməmiş və pul vəsaiti Cavabdeh MMC-yə qaytarılmamışdır. Bakı Kommersiya Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, e-2-2(113)-4344/2022 nömrəli qərardadı ilə (sədrlik edən – hakim Emin Əliyev) Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə iş e-2-2(113)-3764/2022 nömrəli kommersiya mübahisəsi ilə bağlı işlə bir icraatda birləşdirilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini, Cavabdeh MMC-nin iddiasını isə qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən obyektin cavabdehə məxsus olmasını təsdiq edən sənəd onlara təqdim olunmamışdır. Elektron qaimənin sistem tərəfindən təsdiq olunması da təsdiq edir ki, işlər görülmüşdür. İşlərin görülməsi ilə bağlı hər hansı bir akt da mövcud deyildir. Danışıqlar və razılaşmalar "xxxx" MMC-nin direktoru Mehmet Göklə Cavabdeh MMC-nin direktoru Babək adlı şəxs arasında mövcud olmuşdur. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədiyini, Cavabdeh MMC-nin iddiasını müdafiə etdiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, tərəflər arasında müqavilə bağlanmamışdır. Cavabdeh MMC-nin Buzovna qəsəbəsində hər hansı mülkü, qeyri yaşayış sahəsi yoxdur. Cavabdeh MMC-nin hüquqi ünvanının olduğu ünvanda xidmət göstərilməsi üçün avans ödəniş həyata keçirilmiş, ödənişin həyata keçirilməsinin məqsədi mal və materialların alınması olmuşdur. Lakin "xxxx" MMC tərəfindən heç bir iş görülməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Adəm Çetinkaya ifadəsində göstərdi ki, 2017-ci ilin aprel ayından 2022-ci ilədək "xxxx" MMC-də işləmişdir. Cavabdeh MMC-də çalışan Azər adlı şəxs onlara müraciət etdikdən sonra onlar obyektə baxış keçirmiş və aralarında razılaşma olmuşdur. Sonradan material lazım olmuş, betonu Cavabdeh MMC özü almış, lakin betonun içinə qoyulan materiallar "xxxx" MMC tərəfindən təmin olunmuşdur. İşləri görüb bitirdikdən sonra, Cavabdeh MMC-nin Tahir adlı səlahiyyətli şəxsi onlara müraciət edərək betonda çatlar yaranmasını bildirmişdir. Lakin çatların yaranması betonun keyfiyyət ilə bağlı olsa da, Cavabdeh MMC-dən onlara bildirilmişdir ki, qüsurlar onların işi keyfiyyətsiz görməsinə görə yaranmışdır. İş materiallarında olan: 07 sentyabr 2020-ci il tarixli, EBAP seriyalı, 633345 saylı elektron qaiməyə əsasən 10620 manat, 15 oktyabr 2020-ci il tarixli, EBAR seriyalı, 326617 saylı elektron qaiməyə əsasən 17700 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC tərəfindən "xxxx" MMCyə ödənilməli olduğu qeyd olunmuşdur. 07 sentyabr 2020-ci il və 08 sentyabr 2020-ci il tarixli ödəniş qəbzlərinin surətindən görünür ki, 9000 manat məbləğində pul və 1620 manat məbləğində ƏDV Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Göründüyü kimi, "xxxx" MMC tərəflər arasında podrat müqaviləsinin bağlandığını, müqavilə üzrə podratçı kimi üzərinə düşən öhdəliklərini lazımınca icra etdiyini və cavabdehin pul öhdəliyinin yarandığını iddia edir. Cavabdeh MMC isə "xxxx" MMC tərəfindən hər hansı podrat işinin görülməsini inkar edir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mübahisənin obyektiv həlli üçün ilk növbədə tərəflər arasında podrat müqaviləsinin bağlanıb - bağlanmamasının müəyyənləşdirilməsi zəruridir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsində podrat müqaviləsinin yazılı şəkildə bağlanılmasına dair imperativ göstəriş mövcud deyil. Bu baxımdan podrat müqaviləsinin şifahi formada bağlanılması mümkünlüyü istisna edilmir. Lakin nəzərə almaq lazımdır ki, MM-in 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. MM-in 389.1-i maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Sadalanan maddələrin dispozisiyasından aydın olur ki, müqavilənin bağlana bilməsi, hüquqi nəticələr doğurması üçün bəzi ünsürlərin (elementlərin) mövcud olması tələb edilir. Bu ünsürlər əsasən, müqavilənin tərəfləri, bir-birinə uyğun və qarşılıqlı iradə ifadələridir. Bu baxımdan müqavilənin bağlanması üçün tərəflərin müqavilənin mühüm şərtləri barədə lazımı formada razılığa gəlmələri tələb edilir. Bu tələb MM-in 405.1-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. MM-in 752.1-ci maddəsində podrat müqaviləsinə verilmiş anlayışdan göründüyü kimi, ("Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.") "müqavilənin predmeti” "müddət" “muzd” podrat müqaviləsinin mühüm şərtlərini təşkil edir. "İşi icra etmə" şərti podratçıya, "muzd" şərti isə sifarişçiyə işarə edir. Hazırkı mübahisə üzrə tərəflər arasında yazılı podrat müqaviləsi olmasa da, işlərin görülməsi üçün razılığa gəlinməsi "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə elektron qaimələrin göndərilməsi və bu qaimələrdən biri ilə ödəniş aparılması ilə təsdiqini tapır. "xxxx" MMC podrat müqaviləsi üzrə işləri gördüyünü iddia etdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbləri baxımından işlərin görülməsini sübut etmək yükü iddiaçının üzərinə düşür. Lakin "xxxx" MMC tərəfindən işlərin görülməsi ilə bağlı hər hansı sübut (məsələn, əgər podratçı işin icrasında öz materiallarından da istifadə edibsə, həmin materialların alınmasına dair sənədlər, forma 2, forma 3 aktlar və s.) məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə, "xxxx" MMC işlərin görülməsini və Cavabdeh MMC-nin muzd ödəmək öhdəliyinin əmələ gəldiyini sübut edə bilməmişdir. Halbuki görülmüş işlər və onların dəyəri yazılı sübutlarla öz təsdiqini tapmalı idi. Digər konsensual müqaviələrdən fərqli olaraq, podrat müqaviləsi bağlandığı anda icra edilə bilməz, çünki işlərin görülməsi ilə bağlı müəyyən vaxt sərf etmək lazımdır ki, tələb olunan nəticə əldə edilsin. Podrat müqaviləsinin predmetini görülmüş işlərin nəticələri təşkil edir. İşlərin görülməsi, podratçının öz vəzifəsinin icra edilməsi üçün ilk öncə müqavilə bağlanılır, burada hansı işlərin görülməsi (podratla bağlı smetanın tərtibi) və müddəti müəyyən edilir. MM-nin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-nin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. MM-nin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Digər tərəfdən tərəflər arasında mübahisəli hal olan əsas xüsusat işlərin görüldüyü ünvanla bağlıdır. "xxxx" MMC Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən cavabdehə məxsus obyektdə beton işçiliyi həyata keçirildiyini iddia edir, Cavabdeh MMC isə ümumiyyətlə həmin ünvanda ona məxsus hər hansı bir obyektin olmadığını bildirir. Bu baxımdan da sübutetmə yükü ilə bağlı "xxxx" MMC-nin üzərinə düşən digər məsələ işlərin görüldüyü obyektin Cavabdeh MMC-yə məxsusluğu ilə bağlıdır və sonuncu bününla bağlı da məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. "xxxx" MMC-nin iddianın əsaslandığı hal kimi istinad etdiyi yeganə xüsusat ondan ibarətdir ki, tərəfindən göndərilən 2 elektron qaimə rədd edilməmiş və 1 elektron qaimə üzrə ödəniş aparılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": - 1.2-ci bəndinə əsasən elektron qaimə – faktura həmin qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdimi edilən ilkin uçot sənədidir. - 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” Plenum qərarında əks olunmuş mövqeyə görə elektron vergi-hesab fakturaları işlərin görülməsini təsdiq etmir və öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Lakin yuxarıda qeyd olunduğu kimi sübut olaraq elektron qaimələrdən başqa məhkəməyə heç bir sənəd təqdim olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, elektron qaimələr işlərin görülməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Cavabdeh MMC-nin hüquqi ünvanı olan ünvan 1rlik Yapı” MMC tərəfindən müəyyən təmir – bərpa işlərinin həyata keçirilməsi üçün ödənilmiş 10620 manat pul vəsaitinin qaytarılmasına dair iddiası ilə bağlı məhkəmə onu qeyd edir ki, həmin pul vəsaitinin ödənilməsi rəsmi sənədlərlə təsdiqini tapdığından və işdə işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmədiyindən işin mübahisələndirilməyən halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 770-ci maddəsinə əsasən işi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Normanın məzmununa görə sifarişçinin muzd ödəmək öhdəliyi işi qəbul etdikdə yaranır. Lakin yuxarıda qeyd olunduğu kimi hər hansı bir işin görülməsi təsdiqini tapmadığından məhkəmə hesab edir ki, ödənilmiş 10620 manat pul vəsaiti "xxxx" MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin dövlət rüsumundan həmin hissədə azad olunması nəzərdə tutulduğuna görə həmin Məcəllənin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin iddiası üzrə ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 200 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “Birlik Yapı" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borc məbləğinin ödənilməsi barədə iddiası rədd edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə iddiası təmin edilsin. 10620 manat məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Cavabdehnə ödənilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 200 manat məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Cavabdehnə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3764/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3764/2022
27.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver