Məhkəmə qərarları › İş №e-2-2(113)-3791/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3791/2022

21.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3791/2022 21.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və geologiya İdarəsinin nümayəndəsi Nümayəndə1, Cavabdeh "xxxx" şirkətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və geologiya İdarəsinin cavabdeh "xxxx" şirkətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və geologiya İdarəsi cavabdeh "xxxx" şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi ilə “X2 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filalı arasında bağlanmış müqavilələrə əsasən göstərilmiş xidmətlərə görə xx.xx.2022-ci il tarixinə yaranmış 368.930,37 manat borcun, 37.003,22 dəbbə pulunun və dövlət rüsumunun ödənilməsi ilə əlaqədar və digər məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirik. İddia ərizəsi onunla əsaslandırımışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Geofizika və geologiya” İdarəsi ilə “X2 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında Partlayıcı və radioaktiv maddələrin saxlanması və daşınması sahəsində servis xidmətlərin göstərilməsi haqqında və Neft-qaz quyularında nəzərdə tutulmuş birgə atma-perforasiya işlərinin aparılması haqqında xx.xx.2018-ci il tarixli SOCAR**********20180066X00070 nömrəli, 29 noyabr 2018-ci il tarixli SOCAR**********20160350X00040 nömrəli, 05 noyabr 2019-cu il tarixli SOCAR**********20160350X00025 nömrəli, 03 iyul 2020-ci il tarixli SOCAR**********20160350X00031 nömrəli və 15 dekabr 2021-ci il tarixli SOCAR**********20160350X00038 nömrəli müqavilələr bağlanmışdır. Həmin müqavilələrin 1.1-ci bəndinə əsasən, müqavilə üzrə “İcraçı” olan Geofizika və Geologiya İdarəsi, “Sifarişçi” “X2 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının tapşırığı ilə Partlayıcı və radioaktiv maddələrin saxlanması və daşınması sahəsində servis xidmətlərin göstərilməsi haqqında və Neft-qaz quyularında nəzərdə tutulmuş birgə atma-perforasiya işlərinin aparılmasını, “Sifarişçi” isə həmin işlərin və xidmətlərin dəyərinin “İcraçı”ya ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.2. və 2.3-cü bəndlərinə görə, “Ödəniş “İcraçı” tərəfindən servis xidmətləri təhvil-qəbul aktı əsasında təhvil verildikdən və qanunvericilikdə, müəyyən edilən maliyyə sənədləri təqdim etdikdən sonra, Azərbaycan manatı ilə “İcraçı”nın bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Müqavilə üzrə yerinə yetirilən işlər həmin müqavilənin 2.3-ci bəndinə uyğun olaraq tərəflərin imzası ilə akt vasitəsilə rəsmiləşdirilmişdir. Sözügedən müqavilələr üzrə, “X3 LTD ” Şirkətinin Azərbaycan Respublikasındakı filalının Geofizika və Geologiya İdarəsinə göstərilmiş xidmətlərə görə, İddia ərizəsinə əlavə olunmuş cədvələ görə 368930,37 (üç yüz altmış səkkiz min doqquz yüz otuz manat, 37 qəpik) manat borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" şirkətinin nümayəndəsi Nümayəndə2 izahat verərək, borcla razı olduğunu, ancaq hal-hazırda maliyyə çətinliyi olduğundan borcun ödənilə bilmədiyini bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2021-ci il tarixlərdə “Partlayıcı və radioaktiv maddələrin saxlanılması və daşınması sahəsində servis xidmətlərinin göstərilməsi” haqqında müqavilələr bağlanmışdır. Müqavilələrin 1.1-ci bəndinə əsasən hazırki müqavilə servis xidmətlərinin göstərilməsindən ibarətdir-partlayıcı və radioaktiv maddələrin saxlanılması və xüsusiləşdirilmiş nəqliyyat vasitələri ilə daşınması barədə tərtib edilmişdir. Servis xidmətlərinin adı, qiyməti hər üç müqavilənin 1 nömrəli əlavəsində tərəflər arasında razılaşdırılmışdır. Müqavilələr və əlavələr tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Bundan əlavə tərəflər arasında xx.xx.2018-ci il və xx.xx.2020-ci il tarixlərdə “Neft-qaz quyularında nəzərdə tutulmuş birgə atma-perforasiya işlərinin aparılması” haqqında müqavilələr imzalanmışdır. Müqavilələrin 1.1-ci bəndinə əsasən hazırki müqavilə neft-qaz quyularında “İcraçı”ya məxsus 153 (yüz əlli üç) metr “Detcord 80gr HMX” detonasiya qaytanından istifadə etməklə, birgə atma-perforasiya işlərinin aparılması barədə tərtib edilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən hazırki müqavilənin şərtlərinə uyğun olaraq “Det cord 80gr HMX” detonasiya qaytanının 1 (bir) metr üçün qiyməti 60 (altmış) manat təşkil edir. 1 (bir) nəfər partladıcının 1 (bir) günlük xidmət haqqı dənizdə 250 (iki yüz əlli) manat, quruda 170 (yüz yetmiş) manat, 1 (bir) avtomobilin 1 (bir) günlük tarifi 270 (iki yüz yetmiş) manat təşkil edir. İş materiallarına əlavə edilmiş 20 dekabr 2019-cu il tarixli, 19 yanvar 2021-ci il tarixli, 31 dekabr 2021-ci il tarixli və 07 aprel 2022-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktlarına əsasən müvafiq olaraq tərəflər arasında borc qalığının xx.xx.2018-ci il tarixə 101.229,30 manat, xx.xx.2020-ci il tarixə 224.544,79 manat, xx.xx.2021-ci il tarixə 322.71,78 manat, xx.xx.2022-ci il tarixə 357.649,94 manat olduğu müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilələr üzrə “icraçı (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və geologiya İdarəsi) sifarişçinin ("xxxx" şirkəti) tapşırığına əsasən, “sifarişçiyə məxsus partlayıcı və radioaktiv maddələrin saxlanılması və xüsusiləşdirilmiş nəqliyyat vasitələri ilə daşınmasına dair servis xidmətlərinin göstərilməsini” və “neft-qaz quyularında İcraçıya məxsus 153 (yüz əlli üç) metr “Det cord 80gr HMX” detonasiya qaytanından istifadə etməklə, atma-perforasiya işlərinin aparılmasını” öz öhdəsinə, sifarişçi isə görülmüş işlərin haqqını müvafiq qaydada İcraçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 783.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. İş materiallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, tərəflər arasında 2018-ci ilin dekabr ayından 2022-ci ilin aprel ayına qədər müvafiq aylar üzrə hesabat, məlumat tərtib olunaraq görülmüş işlərlə bağlı hesab-faktura verilmiş və qeyd olunan sənədlər tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş 07 aprel 2022-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi” aktı ilə Cavabdehycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və geologiya İdarəsinə xx.xx.2022-ci il tarixə olan borcu 357.649,94 manat müəyyən olunmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və geologiya İdarəsi görülmüş işlərin təqdim edilməsi ilə bağlı Caspian Wireline Services LTD” şirkətinə 11.280,43 manat məbləğində xx.xx.2022-ci il tarixli EBBV seriyalı 400228 nömrəli elektron qaimə göndərmişdir. Həmin məbləğdə görülmüş işlərlə bağlı tərtib olunmuş hesabat və məlumat tərəflərin imzası və Caspian Wireline Services LTD” şirkətinin möhürü ilə təsdiq olunmuşdur. Yuxarıda qeyd olunanları və bundan əlavə də, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsinin əsas borc üzrə 368.930,37 (357.649,94+11.280,43) manat borcun olduğunu qəbul etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, 368.930,37 manat pulun tələb edilməsi hissəsində iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddianın 37.003,22 manat cərimə borcunun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. İlk növbədə qeyd edilməlidir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış “Partlayıcı və radioaktiv maddələrin saxlanılması və daşınması sahəsində servis xidmətlərinin göstərilməsi” haqqında müqavilələrin 6.3-cü bəndində və “Neft-qaz quyularında nəzərdə tutulmuş birgə atma-perforasiya işlərinin aparılması” haqqında müqavilələrin 6.2-ci bəndində öz əksini tapmışdır. Həmin bəndə əsasən bir tərəfin digər tərəfə qarşı bu müqavilənin mövzusuna uyğun olaraq həyata keçirəcəyi əməliyyatın başa çatdırılmasının gecikdirilmiş hər günü üçün ümumi məbləğin 0.5% miqdarında cərimənin tətbiq etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin mübahisəli olmayan 368.930,37 manat əsas borcuna münasibətdə iddiaçı tərəfindən tələb edilən cərimənin məbləği 20.000 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 400 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçı tərəfindən Bakı 11 saylı Mediasiya Təşkilatına 400 manat məbləğində pul ödənilmişdir. Belə olan halda, 400 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 296 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 368.930 (üç yüz altmış səkkiz min doqquz yüz otuz) manat 37 (otuz yeddi) qəpik məbləğində əsas borc və 20.000 (iyirmi min) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 388.930 (üç yüz səksən səkkiz min doqquz yüz otuz) manat 37 (otuz yeddi) qəpik manat məbləğində pul Cavabdehycan Respublikasındakı filialından tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və geologiya İdarəsinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 296 (iki yüz doxsan altı) manat məbləğində pul Cavabdehycan Respublikasındakı filialından tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və geologiya İdarəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar