Məhkəmə qərarları › İş №e-2-2(113)-3802/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3802/2020

04.12.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3802/2020 04.12.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədirliyi ilə, X1 Bağman qızının katibliyi ilə, Kreditor Tələbkar borclu Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinə qarşı əmr verilməsinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor borcluya qarşı əmr verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən məhkəmə əmrinin verilməsinə dair ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəllənin 279.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir. 279.2. Bundan başqa, aşağıdakı hallar da imtina üçün əsasdır: 279.2.1. verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa; 279.2.2. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa; 279.2.3. ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa. Ərizənin məzmunundan müəyyən olunur ki, ərizə üzrə mübahisə müəyyən pul məbləğinin ödənilməsi və ya əmlakın tələb edilməsi ilə bağlı deyil, icra məmurunun hərəkət və ya hərəkətsizliyinə dair şikayətlə bağlıdır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə üzrə verilmiş tələb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276-cı maddəsi ilə nəzərdə tutulmadığından ərizənin qəbul olunmasından imtina edilməlidir. Bundan başqa, kreditora izah olunmalıdır ki, icra məmurunun hərəkət və ya hərəkətsizliyindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinin tələblərinə əsasən məhkəməyə şikayət vermək hüququ vardır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 279-cu maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Kreditor Tələbkar borclu Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinə qarşı məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar