Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3896/2021 09.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 114433 ABŞ dollarında məbləğ borcu və eləcə də 35990,3 ABŞ ABŞ dolları məbləğində dəbbə pulunu, 30 manat dövlət rüsumu olmaqla cəmi 150423,3 ABŞ dolları və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə Cavabdeh MMC-yə məhkəmə hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbinin üzürlü olması barədə sübutlar təqdim etməmişdir. Məhkəmənin hazırlıq iclası onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında vəsatət verərək Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-3896/2021 saylı işlə, e-2-2(113)- 3633/2021 saylı işin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsaəsn əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə qeyd edir ki, hər iki iddia ərizəsinin məzmunundan görünür ki, mübahisə İndesco” MMC ilə Cavabdeh MMC arasında yaranmış olan müqavilə münasibətlərindən yaranmışdır. Məhkəmə hesab edir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün, həmçinin prossesual qənaət prinsipi baxımından onlara birgə baxılması zəruri olduğundan həmin işlər bir icraatda birləşdirilməli, hazırkı kommersiya mübahisəsi üzrə iş daha sonra icraata qəbul olunduğundan e-2-2(113)-3896/2021 saylı iş e-2-2(113)-3633/2021 saylı işə birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair e-2-2(113)-3896/2021 saylı iş, iddiaçı Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair e-2-2(113)- 3633/2021 saylı işlə bir icraatda birləşdirilsin və baxılması üçün Bakı Kommersiya Məhkəməsinin hakimi X1 verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3896/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3896/2021
09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver