Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-390/2022 08.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X3 Fərzalı oglunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil1 oglunun və nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 oglunun iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı cavabdehin hesabından 47200 manat əsas borcun və 232 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehin hesabından 47200 manat əsas borcun və 232 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh (keçmiş Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti) arasında “Hündürmərtəbəli yaşayış binalarının dam örtüyünün vurulması işlərinin yerinə yetirilməsinə dair” 12 sentyabr 2018-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin 1, 2.6, 2.7, 2.8-cı bəndlərinə əsasən iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh MTK-ya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev və Xətai prospektinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binalarının dam örtüyünün vurulması işlərinin yerinə yetirilməsi öhdəliyi götürülmüşdür. Müqavilədən irəli gələn öhdəliklər İddiaçı "xxxx" MMC tərəfindən vaxtlı-vaxtında icra edilmişdir. Bunun müqabilində Cavabdeh MTK tərəfindən müqavilənin 2.2, 2.4-ci bəndlərində göstərilən öhdəliklərin götürülməsinə baxmayaraq öhdəliklər icra edilməmişdir. Belə ki, MTK-ya təqdim edilən 14 oktyabr 2020-ci il tarixli görülmüş işlərin təhvil-təslim aktı və tərəflər arasında 30 avqust 2021-ci il tarixə olan borcların üzləşdirmə aktı MTK tərəfindən (nümayəndə) imzalanmamışdır. Eyni zamanda görülmüş işlərin ümumi dəyəri 187200 manat təşkil edir. Qeyd edilən borc məbləğinin 143000 manat hissəsi MTK tərəfindən ödənilmişdir. Lakin borc məbləğinin qalan 47200 manat hissəsi bu günə kimi ödənilməmiş qalmaqdadır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 oglu məhkəmə iclasında iddia ərizəsinin məzmununa uygun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 oglu məhkəmə iclasında iddiaya etiraz edərək izahatında bildirdi ki, cavabdeh tərəfindən iddiaçıya 143000 manat məbləgində pul ödənilmişdir, həmin məbləgin 139000 manatı görülmüş işlərə görə, 4000 manatı isə işçilərə avans verilməsi üçün ödənilmişdir. İddiaçı tərəfindən işlər tam görülməmiş, görülmüş işlər isə keyfiyyətsiz görülmüşdür. Buna görə də başqa şəxslə müqavilə bağlayaraq qalan işləri həmin şəxsə gördürmüşlər. İddiaçı 47000 manat pul tələb etsədə bu məbləgin haradan götürülməsi və işlərin görülməsi barədə hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir. Hətta hazırda da həmin binada natamam işlərin görülməsi davam etdirilir. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X6 oglu ifadəsində bildirdi ki, Poleks Mənzil tikinti kooperativində iş icraaçısı və mühəndis vəzifəsində çalışmışdır. Cavabdeh tərəfindən altı bina inşa edilmiş, beş binanın inşasında iştirak etmiş, altıncı binanın inşaası zamanı işdən çıxmışdır. Metalquraşdırma məhdud məsuliyyətli cəmiyyəti həmin binaların dam örtüyünü vurmuşdur. Görülən işlərin dəyəri barədə heçbir məlumatı yoxdur. Məhkəmə iclasında dindirilmiş şahid X7 oglu ifadəsində bildirdi ki, Poleks Mənzil Tikinti Kooperativi ilə 4-5 ildir ki, işləyir. Onların inşa etdiyi binalarda dam örtüyünün vurulması, dəmir konstruksiyaların hazırlanması işlərini görmüşlər. Ümumilikdə yeddi blok üzrə işləri həyata keçirmişlər. Həmin işlərin görülməsi üçün cavabdehlə müqavilə baglamışdır. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında baglanmış 12 sentyabr 2018-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh MTK-ya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev və Xətai prospektinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binalarının dam örtüyünün vurulması işlərinin yerinə yetirilməsi öhdəliyi götürülmüşdür. 14 oktyabr 2020-ci il tarixli təhvil təslim aktından və 30 avqust 2021-ci il tarixli üzləşdirmə aktından görünür ki, həmin sənədlər iddiaçı tərəfindən təsdiq olunmuş, cavabdeh tərəfindən təsdiq olunmamışdır. Mansardda dəmir qaynaq və dam örtüyünün tamamlanması barədə 25 iyun 2021-ci il tarixli müqavilədən görünür ki, sifarişçi Poleks MTK ilə icraçı X7 oglu arasında müqavilə baglanmış, həmin müqaviləyə əsasən sifarişçi ünvan 1 ünvanlarında yeni tikiləcək hündürmərtəbəli binada dəmir qaynaq və dam örtüyünün tamamlanması işlərinin görülməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqını ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada yuxarıda göstərilən ünvanlarda dəmir qaynaq və dam örtüyünün tamamlanması işlərini görməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında “Hündürmərtəbəli yaşayış binalarının dam örtüyünün vurulması işlərinin yerinə yetirilməsinə dair” 12 sentyabr 2018-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin 1, 2.6, 2.7, 2.8-cı bəndlərinə əsasən iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh MTK-ya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev və Xətai prospektinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binalarının dam örtüyünün vurulması işlərinin yerinə yetirilməsi öhdəliyi götürülmüşdür. Görülmüş işlərin dəyəri olaraq 143000 manat cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Məhkəmə qeyd edir ki, Podrat müqaviləsi iki tərəfin Podratçının və sifarişçinin birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İddiaçı görülmüş işlərin dəyərindən 47200 manat tələb etsədə həmin məbləği haradan müəyyən etməsini əsaslandıra bilməmiş, həmin məbləğdə işlərin görülməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 14 oktyabr 2020-ci il tarixli təhvil təslim aktı və 30 avqust 2021-ci il tarixli üzləşdirmə aktı isə yalnız iddiaçı tərəfindən birtərəfli qaydada təsdiq olundugundan mötəbər sübut kimi qəbul edilə bilməz. Həmçinin məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə də, cavabdehin iddiaçıya 47200 manat borclu olması təsdiq olunmur. Bundan başqa Mansardda dəmir qaynaq və dam örtüyünün tamamlanması barədə 25 iyun 2021-ci il tarixli müqavilədən görünür ki, cavabdeh dam örtüyünün tamamlanması işlərinin görülməsi ilə baglı X5 ilə müqavilə bağlamış, məhkəmə iclasında şahid kimi dindirilmiş X5 dam örtüyünün vurulması və tamamlanması işlərinin onun tərəfindən yerinə yetirildiyini təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı öz tələbini əsaslandıran halları sübut edə bilmədiyindən iddia rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 232 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı cavabdehin hesabından 47200 manat əsas borcun və 232 manat dövlət rüsumunun tutulması barədə iddiası rədd edilsin. Ödənilmiş 232 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-390/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-390/2022
08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver