Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3915/2022 01.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X4 qızının katibliyi ilə, İddiaçı X1 Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 27404,21 manat borcun və 200 manat mediasiya xərcinin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddiaçı X2 məhkəməyə ünvanladığı ərizədə iddia tələbindən imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsində göstərilir ki, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı X1 iddiadan imtina etməsi onun sərbəst iradə ifadəsini əks etdirir və həmin imtinanın məhkəmə tərəfindən qəbul edilməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Odur ki, iddiaçı X1 iddiadan imtina etməsi qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı X1 Cavabdeh MMC-yə qarşı xx.xx.2021-ci il tarixli 15/01 nömrəli müqaviləyə əsasən 27404,21 manat borcun və 200 manat mediasiya xərcinin tutulması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə iddiaçı X1 iddiadan imtina etməsi qəbul olunsun və hazırki iş üzrə icraata xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3915/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3915/2022
01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver