Məhkəmə qərarları › İş №e-2-2(113)-394/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-394/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-394/2021 15.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, “xxxx” Şirkətinin “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X1rşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “xxxx” Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ******* qalıq borcun və ******* manat zərərin cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "xxxx" Departamenti “xxxx” şirkəti ilə Bakı şəhərinin Ziya Bünyadov prospekti ilə Azadlıq prospektində 3 saylı yol kəsişməsinin tikintisi üçün xx xxxx 2006-cı il tarixli razılıq müqaviləsi bağlamışdır. xx xxxxxx 2007-ci il tarixdə sifarişçi ilə podratçı arasında Ziya Bünyadov prospekti ilə Azadlıq prospektində 3 saylı yol kəsişməsinin tikintisi üçün xx xxxxxx 2007-ci il tarixli SW/COA/2006/3 saylı razılıq müqaviləsi bağlanmışdır. Müqavilənin dəyəri 39182265 manat təşkil etmişdir. xx xxxxxx 2007-ci il tarixdə AR Nəqliyyat Nazirliyinin “xxxx” Departamenti MMC-nin təşkilati–hüquqi forması dəyişdirilərək Nəqliyyat Nazirliyinin tabeliyində “xxxx” ASC yaradılmışdır. xx xxxxxxxx 2008-ci il tarixdə podratçı ilə “xxxx” ASC arasında xx xxxxxx 2007-ci il tarixli müqaviləyə 1 №-li “Əlavə Razılaşma” bağlanmışdır. Həmin razılaşmada qeyd olunmuşdur ki, “Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yol qovşağının tikintisi üzrə bağlanmış Müqavilələrdən keçən müddət ərzində Azərbaycan Respublikası Tarif Şurasının qərarına əsasən enerji daşıyıcılarının, neft və neft məhsullarının və bunun nəticəsi olaraq inşaat materiallarının qiymətlərinin, nəqliyyat xərclərinin artması ilə əlaqədar olaraq Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yol qovşağının tikintisi üzrə yeni vahid qiymətlər tətbiq edilmişdir”. Əlavə razılaşmaya əsasən Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yol qovşağının tikintisi üzrə əlavə müqavilə dəyəri 45434707 manat təşkil etmişdir. xx xxx 2019-cu il tarixdən Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yol qovşağının tikintisi üzrə 2 №-li “Əlavə Razılaşma” bağlanmışdır. Həmin razılaşma ilə layihədə edilən dəyişikliklər nəzərə alınaraq müqavilə qiymətinə azalma edilmiş, Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yol qovşağının tikintisi üzrə azalmış müqavilə dəyəri 28817035 manat təşkil etmişdir. Beləliklə xx xxxxxx 2007-ci il tarixli razılıq müqaviləsinin dəyəri 39182965 manat olmuşdur. Əlavə müqavilənin dəyəri 28817035 manat təşkil etmişdir. Beləliklə, layihənin ümumi dəyəri 68000000 manat təşkil etmişdir. Podratçı “xxxx” şirkəti tərəfindən Bakı şəhəri Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yol qovşağının tikintisi uğurla başa çatdırılmışdır. Müqavilələrə uyğun olaraq Ziya Bünyadov prospekti üzərində bir körpü tikilmiş və tikinti 2007-ci ilin sentyabr ayında başa çatmışdır. Azadlıq prospekti üzərində bir tunel tikintisi həyata keçirilmiş, tikinti 2009-cu ilin dekabr ayında başa çatdırılmışdır. 60955000 manat podratçıya ödənilmişdir. Lakin qalıq ******* manat borc bu günə kimi ödənilməmişdir. xx xxxxxxx 2017-ci il tarixli Fərman ilə “xxxx” ASC-nin hüquqi-təşkilati forması dəyişdirilərək “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” yaradılmışdır. “xxxx” şirkətinin rəhbərliyi tərəfindən dəfələrlə “xxxx” ASC-nin, “Azəravtoyol” Dövlət Agentliyinin rəhbərliyinə müraciət edilməsinə baxmayaraq hal – hazıra kimi ******* manat qalıq borc podratçıya ödənilməmişdir. Bundan başqa, 2015-ci ilin dekabrında və 2016-cı ilin fevralında Azərbaycan manatı ABŞ dolları qarşısında iki dəfə devalvasiyaya uğramışdır. Bunun nəticəsində Azərbaycan manatının ABŞ dolları qarşısında məzənnəsi 1,70 manat olmuşdur. Bu hal podratçının zərər çəkməsinə səbəb olmuşdur. Podratçıya dəyən zərər ******* manat təşkil edir. Beləliklə, cavabdeh müqavilə üzrə öz öhdəliyini tam şəkildə yerinə yetirməkdən imtina edir və şirkətə ******* manat pulu bu günə kimi ödəməmişdir. İddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddianın əsasını xx xxxxxx 2007-ci il tarixli müqavilə təşkil edir və həmin müqavilə üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür. Bundan başqa, görülmüş işlərin dəyəri tam olaraq iddiaçıya ödənilmişdir. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İş materiallarında olan: - xx.xx.2006-cı il tarixli CW/GOA/2006/3 saylı Bakı şəhəri Ziya Bünyadov-Azadlıq prospektində 3 saylı yol kəsişməsinin tikintisi müqaviləsi ilə Bakı şəhəri Ziya Bünyadov- Azadlıq prospektində 3 saylı yol kəsişməsinin tikintisi 15713065 manat dəyərində müəyyən edilmişdir. - xx.xx.2007-ci il tarixli razılıq müqaviləsi ilə qarşılıqlı razılıq əsasında “Yapılar” şirkəti 39182965 manat məbəğində 3 saylı Bakı şəhəri Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yol qovşağının tikintisini həyata keçirməyi öhdəsinə götürmüşdür. Bu müqavilə hüquqi qüvvəyə mindiyi gündən etibarən xx.xx.2006-cı il tarixli müqavilə hüquqi qüvvəsini itirilmiş hesab edilmişdir. - xx.xx.2008-ci il tarixli “Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yol qovşağının tikintisi” üzrə x xxxxxx 2007-ci il tarixli müqaviləyə 1 saylı əlavə razılaşma ilə Ziya Bünaydov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yol qovşağının tikintisi üzrə müqavilə dəyəri 45434707 manat təşkil etmişdir. - xx.xx.2009-cu il tarixli “Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yol qovşağının tikintisi” üzrə x xxxxxx 2007-ci il tarixli müqaviləyə və xx xxxxxxxx 2008-ci il tarixli əlavə razılaşmaya 2 saylı əlavə razılaşma ilə Ziya Bünaydov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yol qovşağının tikintisi üzrə azalmış müqavilə dəyəri 28817035 manat təşkil etmişdir. - xx.xx.2010-cu il tarixli “Bakı şəhərində yol qovşaqları, avtomobil yolları və piyada keçidlərinin tikintisi üzrə” layihə idarəetmə qrupunun layihənin tamamlanması haqqında bildiriş ilə Bakı şəhəri, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində müxtəlif səviyyəli yol qovşaqları layihəsinin ümumi dəyəri 68000000 manat, müqavilənin tarixi xx xxxxxx 2007-ci il, işin başlanma tarixi xx xxxxxx 2007-ci il bitmə tarixi xx xxxxxx 2009-cu il qeyd olunmuşdur. İddia ərizəsinin məzmunundan və əsaslandırmasından görünür ki, iddianın faktiki əsası kimi tərəflər arasında müqavilə üzrə yaranmış öhdəliklərin yerinə yetirilməməsinə, hüquqi əsas kimi isə mülki qanunvericiliyin öhdəliklər bölməsi ilə bağlı müddəalarına istinad edilmişdir. İşin faktiki hallarından görünür ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2010-cu il tarixli “Bakı şəhərində yol qovşaqları, avtomobil yolları və piyada keçidlərinin tikintisi üzrə” layihə idarəetmə qrupunun layihənin tamamlanması haqqında bildiriş ilə Bakı şəhəri, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində müxtəlif səviyyəli yol qovşaqları layihəsinin ümumi dəyəri 68000000 manat, müqavilənin tarixi xx xxxxxx 2007-ci il, işin başlanma tarixi xx xxxxxx 2007-ci il bitmə tarixi xx xxxxxx 2009-cu il qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ərizə verilmişdir. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. İddiaçı tərəfindən təqdim olunmuş sübutlarla təsdiq olunur ki, “xxxx” Limited Şirkətinin hazırkı iddia tələbini irəli sürməkdə subyektiv hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Tərəflər arasında xx.xx.2007-ci il tarixdə bağlanmış müqavilə üzrə müddət xx xxxxxx 2009-cu il tarixdə bitmişdir” Yəni, həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi barədə tələblər üzrə iddia müddətinin axımı xx xxxxxx 2009-cu il tarixdə başlanmış, xx xxxxxx 2012-ci il tarixdə isə başa çatmışdır. İddiaçı isə məhkəməyə iddia ərizəsi ilə xx xxxxxxx 2020-ci il tarixdə, yəni, iddia müddəti başa çatdıqdan 7 il 10 ay sonra müraciət etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Məhkəmə qeyd olunan xüsusatları nəzərə alaraq hesab edir ki, iddia müddəti keçdiyinə iddia rədd olunmalı, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” Şirkətinin “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X1rşı pul tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar