Məhkəmə qərarları › İş №e-2-2(113)-40/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-40/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-40/2021 29.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndə və vəkilləri Nümayəndə, Vəkil4, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının vəkili Vəkil3 iştirakları ilə, İlk iddia üzrə İddiaçı Mənzil-Tikinti Koopertivinin Cavabdehnə qarşı “pul tələbi”nə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Mənzil-Tikinti Koopertivinə qarşı “əmlakın qaytarılması və pul tələbi”nə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MTK) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə işlərin dəyəri ilə bağlı artıq ödənilmiş 185131,42 manat, işlərin vaxtında görülməməsinə, tələb olunan sənədlərin vaxtında təqdim edilməməsinə, işçilərlə bağlı öhdəliklərə, sağlamlıq, əməyin təhlükəsizliyi və mühafizəsi ilə bağlı qanunvericiliklə və müqavilə ilə müəyyən edilmiş tələblərə, prosedur qayda və təlimatlara əməl olunmamasına görə hər gecikdirilmiş gün üçün cərimə kimi hesablanmış 31200 manat, müqavilənin cavabdehin onu əhəmiyyətli dərəcədə pozması səbəbindən ləğvi nəticəsində dəyən real zərərin və əldən çıxmış faydanın əvəzi kimi 100000 manat və ödənilmiş dövlət rüsümuna görə 30,40 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sifarişçi qismində çıxış edən İddiaçı MTK ilə podratçı qismində çıxış edən Cavabdeh MMC arasında bağlanmış 04 mart 2019-cu il tarixli, PKCHR-CA-001/2019 saylı podrat müqaviləsinə (Bakı, Ağ Şəhər, BW-057 layihəsi) əsasən podratçı sifarişçinin tələb etdiyi qaydada, sifarişçinin təsdiq etdiyi və ya təqdim etdiyi layihəyə uyğun olaraq qiymətlərin və xidmətlərin razılaşma protokolunda qeyd olunan işləri yerinə yetirməyi, işi tam başa çatdırmağı və sifarişçiyə tam hazır vəziyyətdə, keyfiyyətli şəkildə tikinti norma və qaydalarına ciddi riayət etməklə bu tələblərə cavab verəcək formada təhvil verməyi, sifarişçi isə podratçının gördüyü işlərin müqabilində bu müqavilədə razılaşdırılmış şərtlər əsasında müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür (müqavilənin 1.1-ci bəndi). Müqavilədə tərəflər arasında yaranan münasibətlərin bu müqavilə və onun Əlavələri ilə tənzimlənməsi təsbit edilmişdir (bənd 1.3) Müqavilənin “qiymətlərin və xidmətlərin razılaşma protokolu” adlanan 1 saylı əlavəsinə əsasən görüləcək işlər kimil 1) qazıntı işləri; 2) qırmadaş sərilməsi və kipləşdirilməsi; 3) bünövrə altında olan izolyasiya işləri və 4) dəmir, beton və qəlib işləri razılaşdırılmaqla, müqavilənin ümumi dəyəri ƏDV xaric 6.500.000 manat müəyyən edilmiş və ödənişlərin Forma-2 və Forma-3-lər əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur (müqavilənin 2.1-ci və 2.2-ci bəndləri). Müqavilə ilə müəyyən olunan şərtlərə əsasən podratçı işləri sifarişçinin tələb etdiyi qaydada, onun təsdiq etdiyi və ya təqdim etdiyi layihəyə uyğun olaraq yerinə yetirməli və işi tam başa çatdıraraq, sifarişçiyə tam hazır vəziyyətdə, keyfiyyətli şəkildə, tikinti norma və qaydalarına ciddi riayət etməklə bu tələblərə cavab verəcək formada təhvil verməlidir. Lakin müqavilədə işə başlama tarixi kimi nəzərdə tutulan 05.03.2019-cu il tarixdən 01.07.2019-cu il tarixədək ötən müddət ərzində podratçı tərəfindən müqavilə şərtlərinin aşağıda göstərilən bir sıra əhəmiyyətli dərəcədə pozulması hallarına yol verilmişdir. Belə ki: 1) Podratçı müqavilə ilə razılaşdırılmış iş qrafikinə əməl etməmiş, işləri iş proqramında göstərilən müddətlərdə başa çatdırmamış, tikinti işləri bilərəkdən və ya podratçının maliyyə çətinliyi səbəbindən gecikdirilmiş və vaxtında yerinə yetirilməmiş, iş proqramına əsasən F binasının zirzəmisinin (B1) döşəməsini və qeyri-yaşayış sahəsinin (C0) döşəməsini cari ilin iyun ayının 15-dək, G blokunun qarajının (B1) döşəməsini və qeyri-yaşayış sahəsinin (C0) döşəməsini isə iyun ayının 30-dək təhvil verməli olduğu halda, həmin işlər podratçı tərəfindən tamamlanmamış, 1 ay ərzində 2 blok üzrə (F və G) 2 mərtəbə təhvil verəcəyinə dair sənədə qol çəkilməsinə baxmayaraq, bir blokun 1 mərtəbəsini belə təhvil verə bilməmişdir. Gecikmə günləri 15 gündən artıq olmaqla, podratçının hazırkı vəziyyətdə işləri davam etdirə və vaxtında təhvil verə bilməyəcəyi aşkardır. Təsdiq edilmiş iş qrafikinə görə podratçı tərəfindən 2019-cu ilin iyun ayı ərzində qrafikin 13, 14, 15 və 16-cı qrafalarında nəzərdə tutulan işlər görülüb başa çatdırılmalı olduğu halda, 15-16-cı qrafalardakı işlər (G blok L0 və F blok L0 qəlib, dəmir, beton işləri) ümumiyyətlə görülməmiş, 13-cü qrafadakı G blok B01 üzrə çöl pərdəsi (yan divarı) və bəzi sütunlarda armatur toxuma, qəlib qurulma və beton tökülmə işləri görülsə də, pilləkən qəfəsi və lift pərdəsinin armaturlanması aparılmış, qəlibləri tam yığılmamış və betonu tökülməmiş, döşəmə hissəsinin işləri ümumiyyətlə başlanılmamış, 14-cü qrafadakı F blok B01 üzrə isə çöl pərdə (yan divar) və sütunların artmatur toxuma, qəlib qurulma və beton tökülmə işləri görülmüş, 2 ədəd pilləkən qəfəsi və lift pərdəsindən birinin armatur toxuma, qəlib qurulma və beton işəri görülsə də, ikincisi tamamlanmamış, döşəmə hissəsinin işləri, yəni qəlib qurulması, armatur toxunması və beton tökülməsi görülüb başa çatdırılmamışdır. Eyni zamanda podratçı tərəfindən işlərin aparılması üçün tələb olunan lazımi mal-materiallar (xüsusilə qəlib materialları və onun aksessuarları, armatur) vaxtında sahəyə gətirilməmiş, dəmir konstruksiyaların yığılmasına görə tələb olunan armaturun alınması üçün sifarişçi tərəfindən avans ödənilməsinə rəğmən, podratçı öz öhdəsinə düşən armaturu da sahəyə vaxtında gətirməmişdir ki, bu da bilavasitə işlərin ləngiməsinə və yubanmasına gətirib çıxarmış, işçilərin faktiki işləmədiyi aşkar edilmişdir. Eləcə də beton qəlibləri söküldükdən sonra ciddi seqreqasiya halları müşahidə edilmişdir. Nəticədə podratçı tərəfindən müqavilənin 6.3-cü bəndinin tələbləri pozulmuşdur. Podratçı tərəfindən müqavilənin 5 saylı Əlavəsində nəzərdə tutulan və tələb edilən digər zəruri sənədlər (iş sahəsinə təhkim olunan işçilərin sayı, ixtisas səviyyələri, ştat cədvəli, əmək müqavilələrinin surəti, iş yerində istifadə edilən nəqliyyat vasitəsi, texnika və avadanlıqların siyahısı, onların sığortası, sahəyə gətirilən materiallar barədə məlumat və s.) sifarişçiyə ya ümumiyyətlə, ya da vaxtında təqdim edilməmişdir. Nəticədə podratçı tərəfindən müqavilənin 7.1-ci, 11.3-cü, 13.2-ci, 13.3-cü və 13.4-cü bəndlərinin tələbləri pozulmuşdur. Podratçı tərəfindən işə cəlb edilən yerli və əcnəbi işçi heyətinin sənədləşməsində, onların qeydiyyata alınmasında gecikmələr və uyğunsuzluqlar baş vermiş, qeydiyyatı (iş icazəsi) olmayan işçilərin tikinti ərazisinə buraxılması qadağan olduğu halda, dəfələrlə edilmiş xəbərdarlıqlara və yazılı göstərişlərə baxmayaraq, podratçı tərəfindən işçilərin müvafiq qeydiyyata alınmadan sahədə işə cəlb edildiyi müşahidə olunmuş, sifarişçinin məlumatı olmadan işçilər tikinti sahəsini özbaşına tərk etmiş, xarici vətəndaşlar iş icazəsi olmadan sahədə işə cəlb edilmişlər. Bundan başqa, sahədə aparılan işlərin həcmindən asılı olaraq işçi sayının artırılmasına ehtiyac yarandığı və işə əlavə işçilərin cəlb edilməsinin tələb edildiyi hallarda podratçı iş həcminə uyğun şəkildə ixtisaslı işçilərin sahəyə təhkim edilməsini təmin etməmiş, həmçinin sahədə tikinti-quraşdırma işlərini həyata keçirən işçilərin qeyripeşəkarlığı, bacarıqsızlığı və işi mükəmməl bilməməsi müşahidə edilmişdir ki, bu da öz növbəsində işlərin ləngiməsinə və tikinti tempinə öz mənfi təsirini göstərmişdir. Nəticədə podratçı tərəfindən Müqavilənin 13.4-cü, 13.5-ci, 13.7-ci, 13.8-ci və 16.4-cü bəndlərinin tələbləri pozulmuşdur. Podratçı sifarişçi tərəfindən verilmiş tapşırıqlara, yazılı və şifahi şəkildə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, sağlamlıq, əməyin təhlükəsizliyi və əməyin mühafizəsi (SƏTƏM) ilə bağlı tələblərə riayət etməmiş, işçilərinin sağlamlığı ilə bağlı tələb olunan arayışlar sifarişçiyə təqdim edilməmiş, işçilərin qidalanması və yuyunması üçün lazımi şərait yaratmalı olduğu halda, başlamasından 3 ay müddət keçməsinə baxmayaraq, bu işləri təşkil etməmiş və ya yarımçıq təşkil etmiş, elektrik panoları üçün yanğınsöndürmə balonlarının sahəyə gətirilməsi, ilkin tibbi yardım çantasının olması, ayaqaltıların standartlara cavab verəcək quraşdırılması təmin edilməmiş, fərdi mühafizə vasitələrindən düzgün istifadə edilməmiş və ya tam təmin edilməmiş, bununla bağlı sifarişçi və Ağ Şəhərin səlahiyyətli şəxsləri tərəfindən dəfələrlə irad tutulsa da, təhlükəsizlik tədbirləri lazımınca görülməmişdir. Nəticədə podratçı tərəfindən Müqavilənin 14.1 -ci, 14.3-cü, 14.12-ci, 14.13-cü və 16.3-cü bəndlərinin tələbləri pozulmuşdur. Layihənin icrasına başlanıldığı vaxtdan ötən müddət ərzində Sifarişçi tərəfindən podratçıya e-mail poçt vasitəsilə aşağıda göstərilən məsələlərə və pozuntulara dair rəsmi xəbərdarlıqlar olunmuşdur: 1) layihənin başlanğıc tarixi olan 04.03.2019-cu il tarixdən mobilizasiya işlərinə başlamaq, sahəyə müəyyən olunmuş sayda işçiləri texnika və avadanlıqları cəlb etmək və müvafiq olaraq onların tələb olunan sənədlərini təqdim etmək, sahədə işlər başladığı andan etibarən bütün növ təhlükəsizlik qaydalarına əməl edilməsi, risk faktorlarının minimuma endirilməsi, insan faktorunun əsas götürülməsi, mal-materialın layihəyə uyğun şəkildə istifadəsi və keyfiyyətinin standartlara tam cavab verməsi kimi amilləri layihə müddətində əsas məsələlər olaraq diqqətdə saxlamaq barədə 02.03.2019-cu il tarixli; 2) aparılan inşaat işləri ilə bağlı Bakı Ağ Şəhər layihəsi SƏTƏM qrupunun rəhbəri tərəfindən qeyd edilən SƏTƏM tələblərini diqqətə almaq, uyğunsuzluqların aradan qaldırılması üçün tez bir zamanda lazımi tədbirlər görmək barədə 11.03.2019-cu il tarixli; 3) sahədə armaturların toxunması üçün istifadə edilən ayaqaltıların işçilərin işləməsi üçün təhlükəli olması və təhlükəsizlik qaydalarına əməl edilməməsi, ayaqaltıların dayaqları və qoruyucu hissələri (məhəccərləri) tam quraşdırılmadığından işlərin aparılması üçün yetərli hesab edilməməsi və risk daşıması, bunun üçün ayaqaltıların çatışmayan hissələrinin sahəyə gətirilməsi, quraşdırılması və normal vəziyyətə gətirilməsinin tələb olunması, əks halda ayaqaltılarda görülən işlərin dayandırılması və qeyd olunan məsələlər öz həllini tapmayana, ayaqaltılar normal vəziyyətdə bərpa edilməyənə və təhlükəsizlik tədbirləri yerinə yetirilənə qədər onlardan istifadə edilməməsi, ayaqaltılar işlək vəziyyətə gətirilməyənədək istifadə edilməsi müşahidə edilərsə, müvafiq tədbirlərin görüləcəyi barədə 27.05.2019-cu il tarixli; 4) əlavə edilən siyahıdakı sənədləri və elektron hökümət portalından çıxarışı olmayan işçilərin günorta sahəni tərk etmək, eyni zamanda bütün işçilərin sağlamlıq haqqında arayışlarının, diplomlarının, elektron hökumət portalından çıxarışlarının, tərcümeyi-hallarının layihəyə və müvafiq vəzifəyə təhkim olunmağa dair əmrlərinin surətlərini göndərmək tələbi barədə 03.06.2019 və 11.06.2019-cu il tarixli; 5) artıq 3-cü gündür ki, sahədə aparılan qazıntı işlərində dayanmalar və torpağın daşınmasında ləngimələr və işlərin aparılmamasının müşahidə edilməsi, bunun plana əks-təsir etməsi, daşınma və torpağın boşaldılması üçün alternativ ərazi tapmağın podratçının üzərinə düşən öhdəlik olması, bu öhdəliyi vaxtında və layiqincə yerinə yetirə bilməməyin onu məsuliyyətdən azad etməməsi və əgər bu məsələ bu gün öz həllini tapmasa sabahdan etibarən qazıntı işlərini dayandırmaq və texnikaları sahədən çıxarmağın tələb olunması, bu tələb və müvafiq tədbirlərin görülməsinin müqavilə şərtlərinə əsasən Sifarişçinin hüququ olması, podratçının verilən tapşırıqlara və göstərişlərə qeyd-şərtsiz əməl etməyə borclu olması barədə 12.06.2019-cu il tarixli; 5) sahəyə gətirilən qəlib materiallarının tikintidə işlərin plana uyğun aparılması üçün kifayət etməməsi, bunun da öz növbəsində işlərin yubanmasına, plandan kənaraçıxmalara, işçi sayının azalmasına, işin effektivliyinə və proqresin zəifləməsinə səbəb olması və G bloklarının döşəmə və rigellərinin yığılması üçün tələb olunan dokalar, dirəklər və onların aksessuarlarının hələ də lazımi miqdarda sahəyə gətirilməməsi, sahəyə gətirilən kolon və yan pərdələrin qəlib materiallarında isə gecikmələr və material çatışmazlığının müşahidə edilməsi, buna görə də qəlib materiallarını vaxtında təmin etmək, sahədə işçi sayını artırmaq, döşəmə və rigellərin yığılması üçün tələb olunan ölçülərdə armatur sifarişi etmək, lazımi materialları tez bir zamanda sahəyə gətirmək, əks halda verilən tapşırıqları vaxtında yerinə yetirməməyə görə bunun sifarişçinin göstəriş və tələblərinə əməl edilməməsi, podratçının üzərinə götürdüyü öhdəliyi daşıya bilməməsi və müqavilə şərtlərinin pozulması kimi qiymətləndirilib lazımi addımlar atılacağı barədə 17.06.2019-cu il tarixli; 6) F və G bloklarının döşəmə və rigellərinin yığılması üçün tələb olunan və çatışmayan qəlib materiallarının 26.06.2019-cu il tarixədək gətirilməsini təmin etmək, iş planını bir daha nəzərdən keçirmək, mövcud və razılaşdırılmış iş planına əsasən cari ilin iyun ayı ərzində F və G binalarının B1 (Basement- 1) və CO (Courtyard) kolon, çol pərdə və pilləkən qəfəsinin armaturunun yığılmalı və betonu tökülməli olduğu halda, iyun ayının 19-u olmasına baxmayaraq, yalnız F blokunun çöl pərdəsi və kolonlarının betonunun sökülməsi, pilləkən pərdələrinin armaturlanması və G blokunun çöl pərdə, pilləkən qəfəsi və kolonlarının armaturlanmaması, buna görə də iş planında nəzərdə tutulan işləri vaxtında tamamlamaq, işçi qüvvəsini artırmaq, döşəmələr üçün armatur sifariş vermək və sahəyə gətirmək, eyni zamanda verilən tapşırıqlara qeydşərtsiz əməl etmək, materialların gecikdirilməsinin iş qrafikinə uyğunsuzluq, podratçının öz üzərinə düşən öhdəliyi yerinə yetirə bilməməsi kimi qiymətləndiriləcəyi, müqavilə şərtlərinə və mövcud qanunvericiliyə uyğun şəkildə müvafiq tədbirlər həyata keçiriləcəyi barədə 19.06.2019-cu il tarixli; 7) 12.06.2019, 17.06.2019 və 19.06.2019-cu il tarixli e-maillər vasitəsilə Podratçıya ünvanlanan məktublara istinadən işlərin gedişatında baş verən xoşagəlməz hallara (gecikmələr, plan-qrafıkə uyğunsuzluq, işçilərin günbəgün azalması, qəlib materiallarının sahədə tam olmaması və s.), podratçının qarşısına qoyulan tələblərə adekvat cavab verilməməsi və verilən tapşırıqlara əməl edilməməsi, dəfələrlə şifahi və yazılı şəkildə edilmiş xəbərdarlıqlara baxmayaraq, bunlara əhəmiyyət verilməməsi və Podratçının öz bildiyi qaydada işləməyə davam etməsi, sifarişçi tərəfindən podratçıya bu tələbləri (F və G bloklarının tikintisi üçün tələb olunan və çatışmayan qəlib materiallarının sahəyə gətirilməsi; Tikinti işlərinin aparılması üçün yetərli olmayan işçi sayının artırılması; F binasının çöl pərdəsində və kolonlarında qəliblərin söküntüsündən sonra müşahidə edilən seqreqasiyanın aradan qaldırılması; F və G bloklarının döşəmələrinin yığılması üçün tələb olunan armaturların sahəyə gətirilməsi; Drenaj işlərinin başlanılması; Natamam işçi siyahısının və onların qeydiyyat sənədlərinin sifarişçiyə təqdim olunması; Gizli aktların tərtib olunaraq sifarişçiyə təqdim olunması; qüllə kranın sənədlərinin surətlərinin sifarişçiyə təqdim olunması) yerinə yetirməsi üçün 3 gün vaxt verilməsi, əks təqdirdə sahədə aparılan bütün işləri tamamilə dayandırmaq və işçiləri tikinti ərazisindən çıxarmaq tələbi barədə 20.06.2019-cu il tarixli. Təsadüfi deyildir ki, Bakı Ağ Şəhər layihəsi SƏTƏM qrupunun rəhbəri tərəfindən sifarişçiyə göndərilən 04.07.2019-cu il tarixli e-maildə 03.07.2019-cu il tarixində "xxxx" MTK təşkilatına məxsus olan BW 057 tikinti obyektində SƏTƏM üzrə yoxlama işləri aparılarkən təhlükəsizlik qaydalarının ciddi şəkildə pozulması halları qeyd edilmişdir. Bütün bunlardan əlavə, görülmüş işlərə görə sifarişçinin podratçıya Forma-2-lər əsasında ödədiyi pul vəsaitləri podratçı tərəfindən düzgün istiqamətə yönləndirilməmiş, subpodratçılara borcu olmuş və ya yarımçıq ödəniş etmiş, sahədəki işçilərə guya sifarişçi tərəfindən ödəniş edilməməsi barədə yalnış məlumat verilmiş və onlar şikayət etməyə təhrik edilmiş, bu səbəblərdən yaranmış borca görə işçilərin dəfələrlə sahədə etiraz etməsi halları baş vermişdir. Göstərilənləri nəzərə alaraq, sifarişçi tərəfindən podratçıya müqavilənin 24.2ci bəndinə əsasən 03.07.2019-cu il tarixdə müqaviləyə xitam verilməsi barədə Bildiriş göndərilərək, tərəflər arasında bağlanmış podrat müqaviləsinin 18.07.2019-cu il tarixdən ləğv edildiyi və tərəflərin müqavilə üzrə bütün öhdəliklərinə xitam verildiyi diqqətə çatdırılmaqla, bilidirişin qəbul edildiyi tarixdə Podratçının bütün işləri təxirəsalınmadan dayandırması, ona məxsus olan mal-materialların tikinti sahəsindən çıxarılması və 15 gün ərzində görülmüş işlərin tikinti norma və qaydalarına uyğun şəkildə sifarişçiyə təhvil verilməsi xahiş edilmiş, əks təqdirdə müqavilənin 24.3-cü bəndinə əsasən müqaviləyə xitam verilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi, Podratçının tikinti sahəsindən çıxarılması və hüquqi yardım xərclərinin Podratçıdan tutulması tələbi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq olumuşdur. Müqavilə şərtlərinə əsasən (bənd 24.2, 24.4, 24.5) bu halda podratçı işlərin görülməsinə xitam verməli, bütün məlumat və hesablamaları münasib məlumat daşıyıcısında, işlərlə əlaqədar podratçı tərəfindən imzalanmış və ya əldə edilmiş bütün çertyoş və digər sənədlərin əsli və surətlərini təxirəsalınmadan Sifarişçiyə təqdinq etməli və xitamla əlaqədar Sifarişçinin lazımı və ya labüd bildiyi digər məsələlər üzrə bütün təlimatlarını və göstərişlərini yerinə yetirməlidir. Podratçı müqavilə ləğv edildiyinə görə tamamlamadığı işlər üçün hər hansı ödənişin ödənilməsini tələb edə bilməz. Müqavilə xitam olunduqdan sonra podratçı tərəfindən yerinə yetirilməli olan işlər tamamlanmayana və bütün xərclər sifarişçi tərəfindən qəti olaraq müəyyən edilməyənə qədər podratçı xitam tarixinədək yerinə yetirdiyi işlərin müqabilində 1 il ərzində hər hansı ödəniş almaq hüququna malik deyildir. Lakin Sifarişçi tərəfindən Podratçıya 03.07.2019-cu il tarixdə müqaviləyə xitam verilməsi və təhviltəslim edilməsi barədə bildiriş verilməsinə, 12.07.2019-cu il tarixdə isə sifarişçi ilə podratçı arasında işlərin yekunlaşması və son haqq-hesab edilməsi barədə təhvil-təslim aktı tərtib edilib göndərilməsinə baxmayaraq, podratçı tərəfindən tikinti sahəsi tərk edilməmiş və təhvil-təslim işləri Podratçının əsassız iddiaları və bəhanələri ucbatından baş tutmamışdır. Podratçının sifarişçiyə bildirişə cavab olaraq ünvanladığı 08.07.2019-cu il tarixli pretenziyada guya heç əsaslı səbəb olmadığına görə Müqavilənin ləğvini istəmədiyi, təhviltəslim aktı ilə bağlı göndərdiyi 13.07,2019-cu il tarixli e-maildə 328079 manat ödəniş olunmayacaqsa, sahənin təhvil-təslim edilməyəcəyi, heç bir akta qol çəkilməyəcəyi, bu müddət ərzində şirkətə dəyən ziyan və xərclərin sifarişçidən tələb olunacağı və 15.07.2019cu il tarixində sahədə işə başlanılacağı bildirilmişdir. Layihənin icrasına başlanılan 05.03.2019-cu il tarixdən 14.06.2019-cu il tarixədək podratçı tərəfindən layihə üzrə təsdiq olunan Forma-2-lərə görə ƏDV daxil cəmi 323030,2 manat (273754,41 manat əsas məbləğ + 49.275,79 manat Ə D V ) məbləğində işlər görülmüş və bu müddətdə sifarişçi tərəfindən podratçıya görülən işlər üçün avans daxil cəmi 508161,62 manat (430645,44 manat əsas məbləğ + 77.516,18 manat Ə D V ) ödənilmişdir. Göründüyü kimi, görülmüş işlərin dəyəri ilə ödənilmiş məbləğ arasındakı fərq 185131,42 manat (508.161,62 - 323.030,2) təşkil edir. Bununla əlaqədar, sifarişçi tərəfindən podratçıya 15.07.2019-cu il tarixdə pretenziya göndərilərək, bir daha bu pretenziyanın verdildiyi tarixdən 3 gün müddətində Tərəflər arasında bağlanmış podrat müqaviləsinin 18.07.2019-cu il tarixdən ləğv edilməsi və tərəflərin Müqavilə üzrə öhdəliklərinə xitam verilməsi ilə bağlı podratçı tərəfindən bütün işlərin dayandırılması, podratçıya məxsus olan mal-materialların, texnika və avadanlıqların tikinti sahəsindən öz hesabına çıxarılması və görülmüş işlərin tikinti norma və qaydalarına uyğun şəkildə sifarişçiyə təhvil verilməsi, həmçinin görülmüş işlərin dəyəri ilə ödənilmiş məbləğ arasındakı fərqi təşkil edən 185131,42 manat pul vəsaitinin sifarişçiyə geri qaytarılması xahiş olunmuş, lakin podratçı tərəfindən həmin pretenziyada tələblərin yerinə yetirilməsi təmin edilməmişdir. Əksinə, 16.07.2019-cu il tarixli e-maildə özünə məxsus olan və digər şirkətlərə aid icarəyə götürdüyü mal-materialları sahədən çıxarmasına guya sifarişçinin imkan verməməsi bildirilmiş və buna cavab olaraq podratçıya göndərilən istər 03.07.2019-cu il tarixli bildirişdə, istərsə də 15.07.2019 tarixli pretenziyada tərəflər arasındakı müqaviləyə 18.07.2019 tarixdən xitam verilməsi ilə əlaqədar bütün işləri dərhal dayandırmaqla və ona məxsus mal-materialları, texnika və avadanlıqları da götürməklə, tikinti sahəsini tərk etməyin xahiş olunmasına, bu məqsədlə hətta təhvil-təslim aktı da tərtib edib, qarşılıqlı üzləşdirmə aparıb imzalamağın təklif edilməsinə rəğmən, podratçı tərəfindən bütün bunlara məhəl qoyulmayaraq, tikinti sahəsini tərk edib, təhvil verilməsini və malmateriallarının ərazidən çıxarılmasını təmin etməmişdir. Əksinə şər-böhtan ataraq və tikinti sahəsində təxribat yaradaraq, əsassız iddialarla və müxtəlif bəhanələrlə heç bir sənədə imza çəkməyəcəyini və 15.07.2019 tarixdən yenidən işə başlayacağını bildirməsi və sahəyə qanunsuz olaraq işçi qüvvəsini cəlb etməsi, tikinti sahəsindən mal-materialların çıxarılmasına sifarişçi tərəfindən heç bir maneə törədilmədiyi və podratçıya qarşı hər hansı qanunsuzluğa yol verilmədiyi 17.07.2019-cu il tarixli e-maillə podratçının nəzərinə çatdırılmaqla, bir daha mal-materialları ərazidən çıxarmaqla tikinti sahəsini tərk etməyin təmin olunması xahiş edilmiş, lakin yenə də heç bir nəticəsi olmamışdır. Eyni zamanda Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin tamamilə rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, "xxxx" MTK-dan 1441253,01 (bir milyon dörd yüz qırx dörd min iki yüz əlli üç manat bir qəpik) manat məbləğində pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi və qarşılıqlı iddiada adları, miqdarı, vəziyyəti və qiyməti qeyd olunan 169 adda avadanlıq, qurğu və inşaat materiallarının "xxxx" MTK-nın qanunsuz sahibliyindən alınaraq ilkin iddia üzrə cavabdeh, qarşılqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı «Park Çinar” MMK-nın iddiası tamamilə əsassızdır. "xxxx" MTK ilə "xxxx" MMC arasında 04 mart 2019-cu il tarixdə PKCHR-CA-001/2019 saylı Podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən podratçı "xxxx" MMC sifarişçi "xxxx" MTK-ya məxsus "Ağ şəhər" BW57 layihəsi üzrə binanın tikintisini həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqavilə bağlandıqdan sonra qazma və tikinti işləri "xxxx" MMC tərəfindən həyata keçirilməyə başlanmışdır. Tikinti işlərinin aparıldığı dövr ərzində "xxxx" MMC tərəfindən tikinti norma və qaydalarına ciddi əməl olunmuşdur. "xxxx" MMC tərəfindən ciddi gecikmə halları baş verməmiş və iş zamanı yaranmış hər hansı kiçik nöqsanlar tez bir zamanda aradan qaldırılmışdır. Həmçinin "xxxx" MTK tərəfindən tələb olunan sənədlər vaxtlı-vaxtında gecikdirilmədən "xxxx" MMC tərəfindən təqdim olunmuşdur. İlkin iddia ərizəsində qeyd olunanın əksinə sahəyə təhkim olunmuş işçilər işə giriş təlimatı ilə tanış edilmiş, hər bir işçinin sənədləşməsi qanuna uyğun şəkildə aparılmışdır. Əmək müqaviləsi olmayan və müvafiq təlimatlarla təlimatlandırılmayan heç bir işçi işə cəlb edilməmişdir. Təhlükəsizlik qaydalarına əməl olunmaması barədə iddialar da absurddur. Bununla bağlı nə "Ağ Şəhər" İdarəsi SƏTƏM qrupu, nə də "xxxx" MTK tərəfindən yazılı xəbərdarlıqlar olmamışdır. Hətta 28.06.2019-cu il tarixdə sahəyə gəlmiş SƏTƏM işçiləri hər hansı bir qüsur tapa bilməmişdilər. İlkin iddia ərizəsində "xxxx" MTK işin gecikdirilməsini qeyd etsə də, bunun əslində hansı səbəblərdən baş verdiyini qeyd etməmiş, bunu yalnız "xxxx" MMC tərəfindən mal-materialın gecikdirilməsi ilə əlaqələndirmişdir. Bununla bağlı qeyd etmək istəyirlər ki, tikinti sahəsində baş verən gecikmələr əslində "xxxx" MTK-nın öz işini düzgün qurmaması və sənədləşmələrdə yol verdiyi qanunsuzluqlar üzündən baş vermişdir. Belə ki, "xxxx" MTK tərəfindən "Ağ şəhər" BW-057 layihəsinə ekspertiza rəyi alınmamışdır. Layihəyə ekspertiza rəyi almaq "xxxx" MTK-nın öhdəliyinə aid olmuşdur. Bu səbəbdən də apardıqları tikinti işləri Fövqəladə Hallar Nazirliyi tərəfindən dəfələrlə dayandırılmışdır. Bu da öz növbəsində işlərin gecikməsinə səbəb olmuşdur. Eyni zamanda, qeyd olunanın əksinə "xxxx" MMC tərəfindən işlər geçikdirilməyib, hətta nəzərdə tutulan proqramdan artıq işlər görülmüşdür. Belə ki, sahədə işçi qüvvəsinin artıq olması səbəbi ilə C, D, E bloklarındakı qazıntı, qirmataş sərilməsi, kipləşdirmə və hazırlıq beton işləri görülmüşdür. C, D, E bloklarında görülmüş qazma və digər işlər gecikdirilməsi iddia olunan işlərlə müqayisə edildiyində tikinti mərhələsi və adam/saat hesabı olaraq iş proqramından irəlidə olmuşdur. Bununla yanaşı, Programa əsasən 2020-ci ilin iyun ayında qazıntı işlərinin başlanması planlaşdırılan E blokunda hazırlıq qatı izolyasiya və bünövrə tökülmüş, B1-də isə mərtəbə sütunları belə bağlanmışdır. Bütün bu işlər "xxxx" MTK-nın lahiyə rəhbərliyinin göstərişi ilə icra edilmişdir. Bu bloka aid Forma 2-lər "xxxx" MTK-nın direktoru tərəfindən təsdiq olunmuş, imzalanmış və möhürlənmişdir. Sahədə aparılan bütün işlər nəzərə alındıqda, Podratçı tərəfindən proqramdan geri qalınmadığı və işlərdə hər hansı gecikmənin olmadığı aydın şəkildə görünür. İşin hallarından göründüyü kimi, "xxxx" MTK-nın podrat müqaviləsinin şərtlərinin əhəmiyyətli dərəcədə pozulması iddiaları tamamilə absurddur, podrat müqaviləsi ilə bağlı "xxxx" MMC tərəfindən hər hansı əhəmiyyətli bir pozuntuya yol verilməmiş, işlər vaxtlıvaxtında görülmüşdür. "xxxx" MMC tərəfindən podrat müqaviləsi üzrə öhdəliklər vaxtında icra edildiyindən iddiaçının 35000 manat cərimə və 100000 manat məbləğində real zərər və əldən çıxmış fayda kimi tələbləri də əsassızdır. Əksinə, podrat müqaviləsinə vaxtından əvvəl xitam verilməsi nəticəsində "xxxx" MMC-yə külli miqdarda maddi ziyan dəyib. İlkin iddia üzrə artıq ödənilmiş 185131,32 manat pul tələbinə münasibətdə də bildirmək istəyirlər ki, iddia tələbi həmin hissədə əsassızdır. İddia ərizəsində qeyd edilir ki, 05.03.2019-cu il tarixdən 14.06.2019-cu il tarixədək lahiyə üzrə təsdiq edilən Forma-2-lərə görə ƏDV daxil 323030,2 (273754,41 manat əsas məbləğ + 49.275,79 manat ƏDV) manat məbləğində işlər görülmüş, bu müddətdə sifarişçi tərəfindən podratçıya avans daxil cəmi 508161,62 (430645,44 manat əsas məbləğ + 77516,18 manat ƏDV) manat pul ödənilmişdir. Lakin nədənsə iddiaçı "xxxx" MTK 14.06.2019-cu il tarixdən 01.07.2019-cu il tarixədək yerinə yetirilmiş işlər haqqında hər iki tərəfin imzalayıb təsdiqlədiyi Forma-2 arayışını iddia ərizəsinə əlavə etməmiş və həmin Forma-2 üzrə ödəməli olduğu məbləği ümumi görülən işlərə münasibətdə nəzərə almamışdır. "xxxx" MMC 14.06.2019-cu il tarixdən 01.07.2019cu il tarixədək mübahisəli tikinti sahəsində 142831,40 manat dəyərində işlər yerinə yetirib. Həmin işlərin görülməsinə dair Forma-2 arayışı hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və təsdiq edilmişdir. Yuxarıda qeyd edilən Forma-2 arayışı üzrə görülmüş işlərə ƏDV daxil deyildir. Həmin məbləğin üzərinə 18% ƏDV hesablandıqda görülmüş işlərin dəyəri ƏDV daxil (142831,40+25709,65 =168540,58) 168540,58 manat təşkil edir. Belə olan halda, ilkin iddia ərizəsində qeyd olunanın əksinə Forma-2-lərə görə ƏDV daxil ödənilməli olan məbləğ 491.570,78 (323030,20+168540,58=491570,78) manat təşkil edir. Nəticə etibarilə, tərəflər arasında təsdiq olunmuş Forma-2-lərin ümumi məbləği ilə sifarişçi tərəfindən ödənilmiş məbləğ arasındakı fərq cəmi 16590,84 (508161,62- 491570,78=16590,84) manat təşkil edir. Belə olan halda yuxarıda qeyd edildiyi kimi, ilkin iddia üzrə 185131,32 manat artıq ödənilmiş pul tələbi də tamamilə əsassızdır. Buna görə də ilkin iddia tələbi tamamilə rədd edilməlidir. Qarşılıqlı iddia tələbi üzrə: A) müqavilə üzrə görülmüş işlərin əvəzinin ödənilməsi tələbinə dair: qarşılıqlı iddia üzrə idiaçı "xxxx" MMC tərəfindən həmin tikinti sahəsində görülən işlərin həcmi sifarişçinin ödədiyi məbləğdən bir neçə dəfə çoxdur. Belə ki, "xxxx" MMC tərəfindən "Ağ şəhər" BW57 layihəsində yalnız qazma işlərinin aparılması üçün 381232,80 manat pul xərclənmişdir. Qazma işləri ilə bağlı sənədlərdə hər bir maşının hansı saatda tikinti sahəsinə daxil olması, gün ərzində neçə reys daşıma etməsi ilə bağlı hər bir məlumat öz əksini tapmışdır. Həmçinin "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış beton alqı-satqı müqaviləsinə əsasən "Ağ şəhər" BW57 layihəsi üçün 2449,5 m3 həcmdə beton almış və həmin beton üçün ƏDV daxil ümumilikdə 255531,95 manat pul ödənilmişdir. Qeyd olunan həcmdə beton tikinti sahəsində təhvil verilmiş və təyinatı üzrə istifadə olunmuşdur. Beton alqı-satqısına dair təhvil-təslim aktlarında hansı avtomobil tərəfindən, hansı tarixdə, hansı həcmdə betonun tikinti sahəsinə təhvil verilməsi ilə bağlı hər bir məlumat öz əksini tapmışdır. Eyni zamanda "xxxx" MMC tərəfindən tikinti sahəsinə təxminən 500 ton armatur gətirilmiş, həmin armaturun 430 tonu tikinti işləri zamanı istifadə olunmuş, "xxxx" MMC tikinti sahəsindən məcburi çıxarıldığı zaman 66 ton istifadə olunmamış armatur tikinti sahəsində qalmışdır. 430 ton armatur hər tonu orta hesabla 1050 manatdan hesablandıqda istifadə olunmuş armaturun təxmini dəyəri 451500 manat təşkil edir. Digər xərclər nəzərə alınmadan sadəcə qeyd olunan 3 hal üzərindən hesablama aparsaq, "xxxx" MMC tərəfindən həmin tikinti sahəsində bir milyon manatdan çox iş görüldüyü aydın olur. Lakin qeyd etmək lazımdır ki, "xxxx" MMC tərəfindən həmin tikinti sahəsində görülən işlərin ümumi həcmi yuxarıda göstərilən məbləğdən 2 dəfə çoxdur. Belə ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin sifarişi əsasında Bakı Ağ şəhər BW 57 ünvanında yerləşən tikinti sahəsində "xxxx" MMC tərəfindən görülən işlərin həcmi və dəyəri barədə hesablama aparılmışdır. "xxxx" MMC tərəfindən 08 avqust 2019-cu il tarixdə aparılan hesablamalara əsasən "xxxx" MMC tərəfindən həmin tikinti sahəsində görülən içlərin həcmi və dəyəri 1949414.63 manat (bir miyon doqquz yüz qırx doqquz min dörd yüz on dörd manat, almış üç qəpik) təşkil edir. Həmçinin qeyd etmək lazımdır ki, "xxxx" MMC tərəfindən qiymətləndirmə aparılarkən real bazar qiyməti nəzərə alınmış və digər təşkilatlardan da həmin işlər və mal materiallar barədə qiymət təklifləri alınmışdır. Belə olan halda, "xxxx" MMC tərəfindən görülmüş işlərin ümumi dəyəri ilə sifarişçi tərəfindən ödənilmiş məbləğ arasındakı fərqi 1441253,01 (1949414,63 - 508161,62) manat təşkil edir. Nəticə etibarilə hazırkı vəziyyətdə "xxxx" MTK tərəfindən görülən işlərə görə Cavabdeh MMC-yə ödənilməli olan məbləğ 1441253,01 (bir milyon dörd yüz qırx bir min iki yüz əlli üç manat bir qəpik) manat təşkil edir. Belə olan halda "xxxx" MTK-nın iddialarının əksinə hər hansı bir geçikmədən, müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulmasından və.s kimi hallardan söhbət belə gedə bilməz. Cavabdeh MMC tikinti işlərinin başlandığı gündən öz üzərinə düşən öhdəlikləri vicdanla yerinə yetirmiş, hətta bəzi tikinti işlərini nəzərdə tutulan proqramdan daha öncə tamamlamışdır. Nəticə etibarilə, işin faktiki halları və görülmüş işlərin həcmi nəzərə alınaraq qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTK-dan 1441253,01 (bir milyon dörd yüz qırx dörd min iki yüz əlli üç manat bir qəpik) manat məbləğində pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Tikinti işləri başlandığı dövrdən "xxxx" MMC həmin sahədən çıxarılana qədər, mal-materialın tikinti sahəsinə zamanında gətirilməsində hər hansı problem olmamışdır. "xxxx" MTK öz öhdəliklərini lazımınca yerinə yetirməmiş, tikinti işləri müəyyən mərhələyə çatdıqdan sonra tikinti sahəsində "xxxx" MMC-yə problemlər yaratmağa başlamışdır. "xxxx" MTK sifarişçi kimi öz hüquqlarından sui-istifadə edərək, "xxxx" MMC-dən lazımından artıq mal-materialın və həmçinin gələcəkdə istifadə olunacaq dəzgahların gətirilməsini tələb etmişdir. "xxxx" MTK-nın əsas məqsədi "xxxx" MMC tərəfindən işlər müəyyən mərhələyə çatdıqdan sonra öz hüququndan sui-istifadə (Mülki Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi tərəfindən istənilən vaxt podrat müqailəsindən imtina edilə bilər) edərək podrat müqaviləsinə xitam verərək, həmin malmaterialı və tikinti üçün xüsusi hazırlanmış qəlibləri dəyər-dəyməzinə "xxxx" MMC-dən almaq olmuşdur. Bununla bağlı qeyd etmək lazımdır ki, həmin tikinti üçün "xxxx" MMC tərəfindən xüsusi ölçüdə hazırlanmış qəliblərin başqa tikintidə istifadəsi mümkün deyil, yalnız həmin binanın tikintisi üçün yararlıdır. "xxxx" MMC həmin tikinti sahəsindən çıxarıldıqdan sonra bütün avadanlıq, qurğu və inşaat materialları həmin tikinti sahəsində qalmışdır. "xxxx" MMC dəfələrlə avadanlıq, qurğu və inşaat materiallarının tikinti sahəsindən çıxarılması ilə bağlı "xxxx" MTK-ya müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Daha sonra iddianın təmin tədbiri barədə qərardadla tikinti sahəsində olan, "xxxx" MMC-yə məxsus avadanlıq, qurğu və inşaat materiallarının bir hissəsinin üzərinə həbs qoyulmuşdur. Həmin qərardad apelyasiya qaydasında qismən ləğv edilərək, icarədə olan qüllə kranı, isgələ (800 ədəd) və alt-üst ayar millərinin (650+530 ədəd) üzərindən həbs götürülmüşdür. Hətta qeyd olunan avadanlıqların üzərindən həbs götürüldükdən sonra da "xxxx" MMC tərəfindən həmin avadanlıqların tikinti sahəsindən çıxarılmasına icazə verilməmişdir. Hazırda qüllə kranı sökülü vəziyyətdə açıq şəraitdə yağış altında qalaraq məhv olur. Qeyd etmək lazımdır ki, həmin avadanlıqlar icarə müqaviləsi əsasında icarəyə götürülərək tikinti sahəsinə gətirildiyindən, "xxxx" MMC həmin əmlaklardan istifadə etmədiyi halda belə, hələ də onlara görə icarə haqqı ödəyir. Bu da öz növbəsində "xxxx" MMC-yə əlavə maddi ziyanın dəyməsinə səbəb olur. "xxxx" MMC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən mübahisəli tikinti sahəsində "xxxx" MMC-yə məxsus olan avadanlıq, qurğu və inşaat materiallarının mövcüd vəziyyətinə uyğun bazar dəyəri və siyahısı müəyyən edilmişdir. "xxxx" MMC-nin 08 avqust 2019-cu il tarixli rəyinə əsasən "xxxx" MMC tərəfindən tikinti sahəsində istifadə üçün gətirilən (faktiki orda olan) 169 (yüz altmış doqquz) adda avadanlıq, qurğu və inşaat materiallarının ümumi bazar dəyəri 1014148,22 manat təşkil edir. Qeyd olunan ekspert rəyi məhkəməyə təqdim olunmuş və ekspert rəyində 169 adda avadanlıq, qurğu və inşaat materialların hər birinin hansı miqdarda və vəziyyətdə olması ətraflı göstərilmişdir. Həmin avadanlıq, qurğu və inşaat materiallarının bir çoxunun üzərinə həbs qoyulduğu halda, "xxxx" MTK tərəfindən binanın tikintisində istifadə olunur. İstifadə olunmayan avadanlıqlar açıq havada qalaraq yararsız vəziyyətə düşür. Qeyd olunan avadanlıq, qurğu və inşaat materiallarının əksəriyyəti "xxxx" MMC-yə məxsusdur və onun mülkiyyətindədir. Bir neçəsi icarə müqaviləsi əsasında onun istifadəsindədir. İşin mübahisəsiz hallarından aydın olur ki, "xxxx" MMC-yə məxsus 1014148,22 manat dəyərində olan avadanlıq, qurğu və inşaat materialları hazırda qanunsuz olaraq "xxxx" MTK-nın istifadəsində və sərəncamındadır. Hətta bəzi əmlakların üzərində həbs olmağına baxmayaraq, "xxxx" MTK tərəfindən binanın tikintisində istifadə olunur. "xxxx" MMC tərəfindən dəfələrlə üzərində həbs olmayan avadanlıqların götürülməsi ilə bağlı müraciət edilsə də, "xxxx" MTK tərəfindən buna icazə verilməmişdir. Buna görə də həmin avadanlıqların hamısı "xxxx" MMC-yə geri qaytarılmalıdır. Daha sonra ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin artırılmasına dair” ərizə verərək, 04 mart 2019-cu il tarixli, PKCHR-CA-001/2019 saylı podrat müqaviləsi və həmin müqaviləyə əlavələrə əsasən görülmüş işlərin dəyəri ilə bağlı artıq ödənilmiş 232643 manat, işlərin vaxtında görülməməsinə, tələb olunan sənədlərin vaxtında təqdim edilməməsinə, işçilərlə bağlı öhdəliklərə, sağlamlıq, əməyin təhlükəsizliyi və mühafizəsi ilə bağlı qanunvericiliklə və müqavilə ilə müəyyən edilmiş tələblərə, prosedur qayda və təlimatlara əməl olunmamasına görə hər gecikdirilmiş gün üçün cərimə kimi hesablanmış 31200 manat, müqavilənin əhəmiyyətli dərəcədə pozulması səbəbindən ləğvi nəticəsində dəyən real zərərin və əldən çıxmış faydanın əvəzi kimi 100000 manat və ödənilmiş dövlət rüsümuna görə 30,40 manat məbləğində pul vəsaitlərinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbinin həcminin artırılmasına dair verilmiş ərizə onunla əsaslandırıılmışdır ki, “X4” MMC-nin 04.03.2021-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı MTK və Cavabdeh MMC arasında bağlanmış 04 mart 2019-cu il tarixli, PKCHR-CA-001/2019 saylı podrat müqaviləsi və həmin müqaviləyə edilən əlavələrə əsasən 03.03.2019-cu il tarixdən 18.07.2019-cu il tarixədək olan müddət ərzində Cavabdeh MMC tərəfindən “Ağşəhər” Tikinti sahəsi BW-057 layihəsi üzrə görülən işlərin dəyəri 979428,96 manat müəyyən edilir. İş materiallarına əlavə edilən ödəniş sənədlərinə əsasən dəyəri 979428,96 manat müəyyən edilən işlərə görə İddiaçı MTK tərəfindən Cavabdeh MMC-yə ümumilikdə ******* manat məbləğində pul vəsaiti ödənilmişdir. Bu vəsaitin 508161 manat məbləğində olan hissəsi bank köçürmələri vasitəsilə, 703910 manat məbləğində olan hissəsi isə nağd qaydada ödənilmişdir. Bu iş materiallarına əlavə edilmiş bank ödəniş sənədləri və kassa məxaric orderləri ilə öz təsdiqini tapır. Beləliklə, Cavabdeh MMC tərəfindən görülən işlərin dəyərinin 979429 manat olduğunu və həmin işlərə görə İddiaçı MTK tərəfindən ******* manat məbləğində pul vəsaitinin ödənildiyini nəzərə alsaq, o halda İddiaçı MTK tərəfindən Cavabdeh MMC-yə 232643 (1212072-979429) manat məbləğində pul vəsaitinin artıq ödənildiyi məlum olur. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin vəkili Vəkil2 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, İddiaçı MTK-nın Cavabdeh MMC-yə qarşı iddia tələbinin rədd edilməsinə, ilkin iddia üzrə İddiaçı MTK-dan ******* manat (üç milyon beş yüz iyirmi səkkiz min iki yüz səksən üç) manat pulun tutularaq Cavabdeh MMC-yə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MTK-nın nümayəndəsi qarşılıqlı iddiaya etiraz ərizəsini məhkəməyə təqdim etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 04.03.2019-cu il tarixdə podrat müqaviləsi bağlanmışdır. Müqavilənin ümumi dəyəri ******* manat müəyyən edilmişdir. Müqavilə üzrə görülən işlərin həcmi və dəyəri tərəflərin təsdiqlədiyi forma 2 arayışları ilə müəyyən edilmişdir. 19.04.2019-01.07.2019-cu il tarixləri əhatə edən dövr ərzində 6 ədəd forma 2 arayışı təsdiq edilmişdir. Həmin forma 2 arayışları üzrə görülən işlərə görə İddiaçı MTK tərəfindən Cavabdeh MMC-yə nağdsız qaydada 508.161,62 manat, nağd qaydada 703.910 manat olmaqla, cəmi 1.212.072 manat məbləğində pul vəsaiti ödənilmişdir. “X4” MMC-nin 04.03.2021-ci il tarixli ekspert rəyi ilə Cavabdeh MMC tərəfindən görülən işlərin dəyəri 979.428.96 manat müəyyən edilmişdir. Beləliklə, Cavabdeh MMC tərəfindən görülən işlərin dəyərinin 979.429.00 manat olduğunu və həmin işlərə görə İddiaçı MTK tərəfindən 1,212,072.00 manat məbləğində pul vəsaitinin ödənildiyini nəzərə alsaq, o halda İddiaçı MTK tərəfindən Cavabdeh MMC-yə 232.643 (1.212.072-979.429) manat məbləğində pul vəsaitinin artıq ödənildiyi məlum olur. İlk iddia tələbi ilə 232.643 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutulması məhkəmədən xahiş edilir. Qarşılıqlı iddia tələbi isə 2 hissədən ibarətdir: 1) Görülmüş işlərin dəyərinə görə 1.014.419 manat; 2) Avadanlıqların saxlanmasına görə 175.100 manat, kranın icarəsinə görə 75.000 manat, avadanlıqların dəyəri olaraq 95.167.28 manat, avadanlıqların icarəsindən əldə olunacaq gəlir olaraq 1.445.798 manat və həmin avadanlıqların dəyəri olaraq 722.899 manat məbləğində pul vəsaitinin tutulması. Qarşılıqlı iddia tələbinin cəmi 3.528.283 manat təşkil edir. Qarşılıqlı iddia tələblərini qəbul etməyərək aşağıdakılara əsasən iddia ərizəsini əsassız hesab edirlər. Cavabdeh MMC hesab edir ki, İddiaçı MTK tərəfindən Cavabdeh MMC-yə nağdsız qaydada ödənilmiş 508.161.62 manat məbləğində pul vəsaitinin 77.516.18 manat hissəsini təşkil edən ƏDV məbləği görülmüş işlərin dəyərinə aid edilə bilməz. Bununla bağlı bildirmək istəyir ki, Cavabdeh MMC ƏDV ödəyicisi olduğu halda, İddiaçı MTK ƏDV ödəyicisi deyil. Vergi Məcəlləsinin 153-cü maddəsində qeyd edilir ki, ƏDV vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Göründüyü kimi, qanunvericilikdə təsbit olunmuşdur ki, ƏDV müvafiq surətdə əvəzləşdirilməli olan vergi məbləğidir. İddiaçı MTK ƏDV ödəyicisi olmadığına görə həmin məbləği əvəzləşdirə bilmir və nəticədə ƏDV ödəyicisi olan Cavabdeh MMC tərəfindən dövlət büdcəsinə ödənilməli olan ƏDV məbləği sonuncunun əvəzindən İddiaçı MTK tərəfindən ödənilmişdir. Bir məqam da nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinin 2.1-ci bəndinə əsasən müqavilənin dəyəri ƏDV xaric müəyyən edilmişdir. Bu o deməkdir ki, ödənilən hər məbləğə görə sifarişçi podratçının ödəməli olduğu ƏDV-ni əsas məbləğdən əlavə olaraq podratçının əvəzinə dövlət büdcəsinə ödəməlidir. Digər tərəfdən ödəniş tapşırıqlarına nəzər yetirsək, görərik ki, hər forma 2 aktı üzrə 2 dəfə ödəniş həyata keçirilmişdir. Bunların birincisi əsas, ikincisi isə ƏDV məbləğinin ödənilməsi ilə bağlı olmuşdur. İddiaçı MTK ƏDV ödəyicisi olmadığına görə həmin məbləğlər ödəniş tapşırıqlarında müqavilə üzrə görülmüş işlərin dəyəri olaraq təyin edilmişdir. Buna görə də hesab edir ki, nağdsız qaydada ödənilən ödənişlər üzrə ƏDV məbləği görülmüş işlərin dəyərinə aid edilməldir. Cavabdeh MMC hesab edir ki, İddiaçı MTK tərəfindən ağırlıq qaldıran mexanizmə (kran) görə ödənilmiş 60.000 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-yə aidiyyəti olmamışdır. Bununla bağlı bildirmək istəyir ki, ağırlıqqaldıran mexanizmə (kran) görə 10.05.2019cu il tarixdə 10.000 manat, 27.05.2019-cu il tarixdə 10.000 manat, 31.05.2019-cu il tarixdə 30.000 manat olmaqla, cəmi 50.000 manat məbləğində pul vəsaiti Zehra Demirə ödənilmişdir. Göründüyü kimi, qeyd edilən məbləğlər Cavabdeh MMC-nin iddia etdiyinin əksinə Barış Demirə deyil, Zehra Demirə ödənilmişdir. Bu fakt kassa məxaric orderləri ilə öz təsdiqini tapır. Digər tərəfdən əmək müqaviləsi bildirişindən görünür ki, Barış Demir 11.03.2019cu il tarixdən direktor müavini vəzifəsində çalışır. Bir xüsusatı da qeyd etmək istəyir ki, qarşılıqlı iddia ərizəsinə əlavədə Cavabdeh MMC ilkin iddia üzrə ümumiyyətlə qəbul etmədiyi məbləğlər üzrə ödənişlərin görülmüş işlərə aidiyyətinin olmadığını göstərmişdir. Dolayısı ilə, Cavabdeh MMC öz ərizəsində İddiaçı MTK tərəfindən ödənilmiş məbləğləri almadığını iddia etməmiş, bundan imtina etməmiş, əksinə pul vəsaitlərini aldığını qəbul etmişdir, sadəcə aldığı vəsaitlərin görülmüş tikinti işlərinə aidiyyətinin olmadığını göstərmişdir. İddiaçı olaraq hesab edirlər ki, bu mövqe Cavabdeh MMC-nin görülmüş tikinti işlərinə və aldığı pul vəsaitlərinə görə məsuliyyətdən boyun qaçırmaq cəhdlərindən başqa bir şey deyildir. Qarşılıqlı iddia üzrə iddia tələbinin həcminin artırılmasına dair ərizənin 3-cü bəndində qeyd edilən hallara dair hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh MMC hesab edir ki, kassa məxaric orderləri üzrə ödənilən 129.732 manat məbləğində pul vəsaitinin barter ödənişinin alışı kimi göstərilməsinin Cavabdeh MMC-yə aidiyyəti olmamışdır. Bununla bağlı bildirmək istəyirlər ki, təqdim edilən bütün kassa məxaric orderlərindən görünür ki, ödənişlər BW-57 layihəsi üzrə həyata keçirilmişdir, hansı ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinin predmetini təşkil edir və müqavilədə qeyd edilmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş vergi orqanının arayışından və əmək müqaviləsi bildirişindən görünür ki, pul vəsaitlərini qəbul edən şəxslər Cavabdeh MMC-nin vəzifəli şəxsləri olmuşlar. O cümlədən, qarşılıqlı iddia üzrə iddia tələbinin həcminin artırılmasına dair ərizənin 2-ci səhifəsinin 6-cı abzasında görüləcək işlərin dəyərinin ödənilməsi ilə bağlı tərəflər arasında tikilən binadan mənzillərin barter yolu ilə ödənilməsinin nəzərdə tutulduğunun bildirildiyi halda, daha sonra bu yolla aparılan ödənişin qəbul edilməməsi və ya Cavabdeh MMC-yə aidiyyətinın olmamasının iddia edilməsi başa düşülən deyil. Cavabdeh MMC hesab edir ki, “X4” MMC-nin 04.03.2021-ci il tarixli ekspert rəyi ilə görülən işlərin dəyəri olaraq müəyyən edilmiş 979.428.96 manat məbləği ilə imzalanmış və möhürlənmiş forma 2 arayışları üzrə görülmüş işlərin dəyəri olaraq müəyyən edilmiş 273.754.4 manat (ƏDV xaric) məbləği toplanmalı və görülmüş işlərin dəyəri 1.420.049,31 manat müəyyən edilməlidir. Bununla bağlı bildirmək istəyirlər ki, hər iki tərəfin təqdim etdiyi forma 2 arayışları eyni tarixlidir, eyni dövrü əhatə edir, eyni layihə ilə bağlıdır. Yalnız mülki iş üzrə tərəflərin təqdim etdiyi forma 2 arayışlarında qeyd edilən həmin işlərin həcmi və dəyərləri fərqli göstərilmişdir. Məhz hazırkı mübahisənin kökündə də bu məsələ durur ki, belə olan halda tərəflərin təqdim etdikləri forma 2 arayışlarının toplanması əsassız və məntiqsizdir. Cavabdeh MMC hesab edir ki, 01.07.2019-19.07.2019-cu il dövrü əhatə edən, İddiaçı MTK-nın heç bir vəzifəli şəxsi tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmiş forma 2 arayışı üzrə ƏDV daxil cəmi 227.084 manat dəyərində işlər görülmüşdür və həmin işlərin dəyəri də İddiaçı MTK tərəfindən ödənilməlidir. Bununla bağlı bildirmək istəyirlər ki, müqavilə şərtlərinə uyğun olaraq 03.07.2019-cu il tarixdə İddiaçı MTK tərəfindən Cavabdeh MMC-yə bildiriş göndərilmiş və həmin bildirişdə qeyd edilmişdir ki, 04.03.2019-cu il tarixli podrat müqaviləsi 18.07.2019-cu il tarixdən ləğv edilir və tərəflərin müqavilə üzrə bütün öhdəliklərinə xitam verilir, o cümlədən bilidirişin qəbul edildiyi tarixdə, podratçı tərəfindən bütün işlərin təxirə salınmadan dayandırılmasını, podratçıya məxsus olan mal-materialların tikinti sahəsindən çıxarılmasını və 15 gün ərzində görülmüş işlərin tikinti norma və qaydalarına uyğun şəkildə sifarişçiyə təhvil verilməsi xahiş edilir. Sözügedən bu bildiriş Cavabdeh MMC-yə təqdim edildikdən sonra İddiaçı MTK tərəfindən hər hansı tikinti işinin aparılmasına icazə verilməmişdir. Lakin buna baxmayaraq, Cavabdeh MMC-nin vəzifəli şəxsləri öz mülahizələri əsasında və birtərəfli qaydada tərtib edilmiş, yəni İddiaçı MTK-nın heç bir vəzifəli şəxsi tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmiş 01.07.2019-19.07.2019-cu il dövrü əhatə edən forma 2 arayışını məhkəməyə təqdim etmiş, həmin işlərin görüldüyünü iddia etməklə həmin işlərin dəyərini də İddiaçı MTK-dan tələb etmişdir. Qarşılıqlı iddia üzrə iddia tələbinin həcminin artırılmasına dair ərizənin 7-ci bəndində (6-cı səhifə) qeyd edilən hallara dair bildirmək istəyirlər ki, həmin bəndlərdə göstərilən hesablamalar hər hansı bir sübuta əsaslanmır, Cavabdeh MMC-nin vəzifəli şəxslərinin öz təxəyyülü nəticəsində gəldiyi nəticələrdir və biri-biri ilə ziddiyyət təşkil edir. Belə ki, bundan əvvəlki dəlillərində İddiaçı MTK-nın iddia tələbi üzrə ƏDV-nin nəzərə alınmamalı olduğunu bildirdikləri halda, bu dəlillərində isə tələb edilən məbləğə ƏDV hesablanır və İddiaçı MTKdan tələb edilir. Qarşılıqlı iddia üzrə iddia tələbinin həcminin artırılmasına dair ərizənin 8-ci bəndində (6-cı səhifə) qeyd edilir ki, görülmüş işlərin dəyəri ƏDV daxil 1.902.576 manat təşkil edir, İddiaçı MTK tərəfindən Cavabdeh MMC-yə 888.157 manat ödənilmişdir və 1.014.419 manat məbləğində pul vəsaiti ödənilməlidir. Bununla bağlı bir daha bildirmək istəyirlər ki, görülmüş işlərə görə İddiaçı MTK tərəfindən Cavabdeh MMC-yə 1.212.072 manat (703.910 manat nağd + ƏDV daxil 508.161.62 manat nağdsız) məbləğində pul ödənilmişdir. Görülmüş işlərin dəyərini Cavabdeh MMC-nin təqdim etdiyi forma 2 arayışları üzrə müəyyən etsək, bu məbləğ 1.145.794.90 manat, “X4” MMC-nin 04.03.2021-ci il tarixli ekspert rəyi ilə müəyyən etsək, 979.428.96 manat təşkil edir. Yəni, hər bir halda görülmüş işlərdən daha artıq məbləğdə pul vəsaiti İddiaçı MTK tərəfindən ödənilmişdir. Digər tərəfdən, İddiaçı MTK tərəfindən Cavabdeh MMC-yə 888.157 manat ödənildiyi qeyd edilsə də, Xətai Rayon Prokurorluğunun 29.07.2019-cu il tarixli qərarında Cavabdeh MMC-nin qanuni nümayəndəsi Zehra Demir izahatında sözügedən tikinti layihəsi üzrə 1.040.000 manat məbləğində pul vəsaitini aldığını bildirmişdir. Ona görə də hesab edirlər ki, Cavabdeh MMC-nin müxtəlif hesablamalarla ödəniş məbləğini azaltma cəhdləri əsassızdır. Qarşılıqlı iddia üzrə iddia tələbinin həcminin artırılmasına dair ərizənin digər bir hissəsi isə avadanlıqlarla bağlıdır. Bununla bağlı bildirmək istəyirlər ki, İddiaçı MTK 19.08.2019-cu il tarixdə iş üzrə iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdeh MMC-yə məxsus hazırkı ərizəyə əlavə olunan siyahıda göstərilən tikinti mal-materiallarının və avadanlıqlarının üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmiş, 20.08.2019-cu il tarixli, e-22(81)-1087/2019 nömrəli qərardadla ərizə təmin edilmiş və mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilənədək iddianı təmini tədbiri kimi Cavabdeh MMC-nin BW057 tikinti ərazisindəki mal-materialların təsviri və miqdarı barədə siyahıda göstərilən, Cavabdeh MMC-yə məxsus avadanlıqların üzərinə həbs qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31.10.2019-cu il tarixli, e-2- 2(103)-807/19 nömrəli qərardadı ilə Cavabdeh MMC-nin şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20.08.2019-cu il tarixli, e-2-2(81)-1087/2019 nömrəli qərardadı qismən, isgələ (800 ədəd), alt-üst ayar milləri (650+530 ədəd) və qüllə kranının (1 ədəd) üzərinə həbs qoyulması hissəsində ləğv edilmiş, həmin hissədə ərizə təmin edilməmiş və qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.12.2019-cu il tarixli, e-22(81)-1087/2019 nömrəli qərardadı ilə üzərinə həbs qoyulmuş əmlakların istifadəsi İddiaçı MTK-ya qadağan edilmişdir. Bütün bu qərardadların icrası ilə bağlı tədbirlər görülmüş və bununla bağlı müvafiq aktlar (etiraza əlavə olunur) tərtib olunmuşdur. Belə ki, Nəsimi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 21.08.2019-cu il tarixdə 49 adda əmlakın üzərinə həbs qoyulmuş və İddiaçı MTK-nın saxlancına verilmişdir. Daha sonra üzərindən həbs götürülmüş əmlaklar, o cümlədən ağırlıqqaldıran mexanizm (kran) 20.05.2020ci il tarixdə təhvil aktı əsasında Cavabdeh MMC-yə təhvil verilmişdir. Yasamal Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 17.04.2020-ci il tarixdə üzərinə həbs qoyulmuş əmlakların istifadəsi İddiaçı MTK-ya qadağan edilmişdir. Göründüyü kimi, Cavabdeh MMC-nin tələb etdiyi əmlakların üzərinə mülki prosessual qanunvericiliyə uyğun olaraq həbs qoyulmuş və İddiaçı MTK-nın saxlancına verilmişdir. Üzərindən həbs götürlümüş əmlaklar da icra şöbələri tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Bu hallar da müvafiq aktlarla öz təsdiqini tapır. Qərardadlarda qeyd olunmayan və iddia tələbində İddiaçı MTK-dan tələb edilən əmlakların isə İddiaçı MTK-da olmasının təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Həmçinin hazırki mərhələdə iş üzrə yekun məhkəmə aktı qəbul edilməmiş üzərinə həbs qoyulmuş əmlaklarla bağlı vurulmuş zərərin tələb edilməsini əsassız və qanunazidd hesab edirlər. Ümumilikdə iddia ərizəsi işin hallarına aid olan və olmayan normalar sadəcə olaraq sadalanmış, lakin əlaqələndirilməmiş, əsaslandırılmamış, o cümlədən qarşılıqlı iddia üzrə iddiaçının istinad etdiyi hallar hər hansı sübutla öz təsdiqini tapmamışdır. Daha sonra Cavabdeh MMC-nin vəkili Vəkil2 yenidən iddia tələbinin dəqiqləşdirilməsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK-nın Cavabdeh MMC-yə qarşı iddia tələbinin rədd edilməsi, görülmüş işlərə görə 729657,2 manat, əlavə dəyər vergisinə görə 212707,57 manat, dəymiş zərərə görə 276365 manat, çatışmayan əmlakların dəyəri olaraq 95167 manat, əldən çıxmış fayda ******* manat, iki illik faiz borcuna görə 72965,7 manat, cəmi 3049509,47 manat məbləğində pulun İddiaçı MTK-dan alınıb Cavabdeh MMC-yə ödənilməsi, adları, miqdarı və vəziyyəti qeyd olunan 166 adda avadanlıq, qurğu, inşaat materiallarının (iddia ərizəsində qeyd olunmuşdur) İddiaçı MTK-nın qanunsuz sahibliyindən alınıb Cavabdeh MMC-yə verilməsi, qeyd edilən siyahıda göstərilən mal-materialların və avadanlıqlar verilmədiyi və ya mövcud olmadığı təqdirdə, onların dəyərinin alınıb Cavabdeh MMC-yə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi və iddia tələbinin həcminin artırılmasına dair verilmiş ərizə onunla əsaslandırılmışdır ki, təxminən 2018-ci ilin axırından başlayaraq tərəflər arasında aparılmış danışıqlardan sonra İddiaçı MTK ilə Cavabdeh MMC arasında 04 mart 2019-cu il tarixdə PKCHR-CA001/2019 saylı podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən podratçı Cavabdeh MMC sifarişçi “Park Çinar“ MTK-ya məxsus “Ağ şəhər” BW57 layihəsi üzrə binanın tikintisini həyata keçirməyi öhdəsinə götürmüşdür. Həmçinin tərəflər arasında olan razılaşmaya əsasən “Park Çinar“ MTK tərəfindən görülən işlərin dəyərinin 50%-nin pul şəkilində nağd və ya köçümə yolu ilə, qalan 50%-nin isə tikilən binadan mənzillərin barteri yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. Hətta bununla bağlı Cavabdeh MMC tərəfindən 30 ədəd mənzil seçilmişdir (elektron poçt vasitəsilə aparılmış danışıqlar məhkəməyə təqdim olunmuşdur). Lakin sifarişçinin xahişi əsasında eyni tarix, eyni nömrə ilə yalnız qiymətlər fərqli olmaqla, 2 müqavilə bağlanmış, müqavilənin birində görülən işlərin dəyəri tam olaraq 13235483 (on üç milyon iki yüz otuz beş min dörd yüz səksən üç) manat, digər müqavilədə isə görülən işlərin dəyəri ******* (altı milyon beş yüz min) manat göstərilmişdir. Yenə sifarişçinin xahişi əsasında işlər görüldükcə 2 nömrəli formalar eyni tarix və nömrə ilə olmaqla 2 nüsxə və fərqli qiymətlər göstərilməklə tərtib olunmuşdur. Hər iki nüsxə üzrə yekun rəqəmlər toplanılmaqla görülən işlərin həcmi və dəyəri müəyyən edilir. Tərəflər arasında müqavilə bağlandıqdan sonra Cavabdeh MMC tərəfindən tikinti sahəsinə mal-material, avadanlıqlar gətirilməyə və 2020-ci ilin mart ayından başlayaraq işlər görülməyə başlanıldı. Cavabdeh MMC tərəfindən “Park Çinar“ MTK-ya məxsus “Ağ şəhər” BW57 layihəsi üzrə tərtib olunmuş 2 nömrəli forma arayışlar üzrə ƏDV-siz ******* manat (bir milyon altı yüz on yeddi min səkkiz yüz on dörd) manat dəyərində işlər görülmüşdür. Görülmüş işlərin həcmi və dəyəri Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim olunmuş aşağıda göstərilən 2 nömrəli forma-arayışlarda öz əksini tapmışdır: 1.Cavabdeh MMC-nin və “Park Çinar“ MTK-nın rəhbər şəxsləri tərəfindən imzalanmış və möhürlənmiş olmaqla görülmüş işlərin dəyəri 273754,4 (iki yüz yetmiş üç min yeddi yüz əlli dörd manat qırx qəpik) manat olan 2 nömrəli formalar: 2.Cavabdeh MMCnin və “Park Çinar“ MTK-nın rəhbər şəxsləri tərəfindən imzalanmış, yalnız Cavabdeh MMCnin möhürü vurulmaqla görülmüş işlərin dəyəri ******* (bir milyon üç yüz otuz səkkiz min yeddi otuz doqquz) manat olan 2 nömrəli formalar; 3. Yalnız Cavabdeh MMC-nin rəhbər şəxsləri tərəfindən imzalanmış və Cavabdeh MMC-nin möhürü vurulmaqla görülmüş işlərin dəyəri 192304 (yüz doxsan iki min üç yüz dörd) manat olan 2 nömrəli formalar. Bundan başqa, iş materiallarında olan digər sübutlarla da Cavabdeh MMC tərəfindən “Ağ şəhər” BW57 layihəsi üzrə ƏDV daxil 1902742,4 28 manat (bir milyon doqquz yüz iki min yeddi yüz qırx iki) manat dəyərində işlərin görülməsi tam sübuta yetirilmişdir. Belə ki, tərəflər arasında mübahisə yarandıqdan və iddiaçı tərəfindən tikinti sahəsində işlər dayandırıldıqdan dərhal sonra Cavabdeh MMC tərəfindən Bakı Ağ şəhər BW 57 ünvanında yerləşən tikinti sahəsində görülən işlərin həcminin müəyyən edilməsi məqsədilə "xxxx" MMC-nin əməkdaşları dəvət olunmuş, həmin şəxslər tərəfindən tikinti sahəsində 03 iyul 2019-ci il tarixdən 17 iyul 2019-cu il tarixədək olan müddət ərzində işlərə yerində baxış keçirilmiş və görülmüş işlərin həcmi müəyyən edilmişdir. "xxxx" MMC-nin 08 avqust 2019-cu il tarixli rəyinə əsasən Cavabdeh MMC tərəfindən Bakı Ağ şəhər BW 57 ünvanında yerləşən tikinti sahəsində 1.949.414.63 (bir milyon doqquz yüz qırx doqquz min dörd yüz on dörd manat, altmış üç) manat (1652046,293 manat əsas məbləğ + 297.368,33 manat ƏDV) dəyərində mal-material işlənmiş və işlər görülmüşdür. Həmçinin qeyd etmək lazımdır ki, "xxxx" MMC tərəfindən qiymətləndirmə aparılarkən real bazar qiyməti nəzərə alınmış, ərazidə görülən digər işlər, Forma 2-də əks olmayan yarım qalan işlər də yerində ölçülüb hesablanmışdır. Bundan başqa, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29.01.2021-ci il tarixli, 10/3742 nömrəli rəyinə əsasən görülmüş işlərin dəyəri 3 variantda hesablanmış və görülmüş işlərin dəyəri aşağıdakı kimi olmuşdur: 1. 1-ci variant üzrə görülmüş işlərin dəyəri 273 754,4 manat; 2. 2ci variant üzrə görülmüş işlərin dəyəri 1 338 739,05 manat; 3. 3-cü variant üzrə görülmüş işlərin dəyəri 1 617 814,2 manat; Eyni zamanda məhkəmə araşdırması zamanı ekspert İlham Xudiyev 1-ci variantda göstərilmiş işlərin dəyərinin reallığı əks etdirmədiyini, 3-cü variantda göstərilmiş işlərin dəyərinin reallığı əks etdirdiyini bildirmişdir. Bundan başqa, iddiaçı və cavabdehin nümayəndələrinin iştirakı ilə Ekspertiza Mərkəzində yuxarıda qeyd olunan məsələlər müzakirə edilərkən, iddiaçının nümayəndəsi iş həcmi və qiymətlərlə bağlı 2-ci cədvəldə göstərilənlərlə razılaşdıqlarını, podratçı isə 3-cü cədvəldə yerinə yetirilmiş işin həcmi və qiymətinin müəyyən edilərək, hər iki əlavələrdə qeyd olunan qaimələrin toplanaraq hesablanmasının tərəflər arasında razılaşdırıldığını göstərmişdir. İlk iddiaçı məhkəmə çəkişməsi getdiyi və bu müddət ərzində Cavabdeh MMC olaraq 273754,4 manat dəyərində işlərin görüldüyünü iddia etdikləri halda, 2021-ci ildə iddia tələbinə dəqiqləşmə verərək Cavabdeh MMC tərəfindən Bakı Ağ şəhər BW 57 ünvanında yerləşən tikinti sahəsində 979428,96 manat (doqquz yetmiş doqquz dörd yüz iyirmi səkkiz) dəyərində işlərin görüldüyünü bildirmişdir. Bu zaman iddiaçı “X4”nin 04.03.2021-ci il tarixli ekspert rəyinə istinad etmişdir. Halbuki “X4” MMC-dən verilmiş 08 aprel 2021-ci il tarixli, 145 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh MMC tərəfindən Bakı Ağ şəhər BW 57 ünvanında yerləşən tikinti sahəsində görülmüş işlərin dəyəri ******* (bir milyon iki yüz qırx doqquz min dörd yüz qırx altı) manat təşkil edir. Göründüyü kimi, “X4” MMC-dən tərəfindən eyni işlərə görə iki müxtəlif rəy verilmişdir ki, hər iki rəydə görülmüş işlərin dəyəri tam olaraq əks etdirilməmişdir, yuxarıda qeyd olunan daha mötəbər sübutlarla təsdiq olunur ki, Cavabdeh MMC tərəfindən Bakı Ağ şəhər BW 57 ünvanında yerləşən tikinti sahəsində ƏDV daxil 1902742,28 (bir milyon doqquz yüz iki min yeddi yüz qırx iki) manat dəyərində işlər görülmüşdür. “Park Çinar“ MTK tərəfindən Cavabdeh MMC-yə Bakı Ağ şəhər BW 57 ünvanında yerləşən tikinti sahəsində görülən işlərə görə ödənilmiş pulların bir hissəsi nağdsız qaydada bank vasitəsilə ödənilmişdir. Belə ki, “Park Çinar“ MTK tərəfindən elektron vergi hesab fakturaları əsasında görülmüş işlərin dəyəri olaraq 430645,44 (dörd yüz otuz min altı yüz qırx beş manat qırx dörd qəpik) manat və 77516,18 (yetmiş yeddi min beş yüz on altı manat on səkkiz qəpik) ƏDV, cəmi 508161,62 (beş yüz səkkiz min yüz altmış bir manat altmış iki qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-yə ödənilmiş və bununla bağlı bütün sənədlər məhkəməyə təqdim edilmişdir. Bundan başqa, məhkəmə araşdırmasının gedişatında İddiaçı MTK-nın nümayəndələri tərəfindən məhkəməyə 18 ədəd müxtəlif tarixli kassa məxaric orderləri təqdim edilərək bank vasitəsilə edilmiş ödənişlərdən əlavə, Cavabdeh MMC-yə 703910 (yeddi yüz üç min doqquz on) manat nağd qaydada, ümumilikdə isə 1212071,62 (bir milyon iki yüz on iki min yetmiş bir) manat pul ödənildiyini bildirmişlər. “Park Çinar“ MTK tərəfindən Cavabdeh MMC-yə ödənilmiş pulların heç də hamısı görülmüş işlərə görə ödənilməmişdir ki, həmin pulların bir çoxunun təyinatı fərqli olmuşdur. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı MTK tərəfindən elektron vergi hesab fakturaları əsasında görülümüş işlərin dəyəri ilə yanaşı 77516,18 (yetmiş yeddi min beş yüz on altı manat on səkkiz qəpik) manat ƏDV ödənilmişdir ki, həmin pul görülmüş işlərin dəyərinə aid edilə bilməz. Bu zaman ödənilmiş 77 516,18 (yetmiş yeddi min beş yüz on altı manat on səkkiz qəpik) manat ƏDV İddiaçı MTK-nın ödədiyini iddia etdiyi 1 212 071 (bir milyon iki yüz iki min yetmiş bir) manat puldan (1212071-77 516,18=1134554,82) çıxılmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153-cü maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. İddiaçı MTK-nın ödədiyini iddia etdiyi ******* (bir milyon iki yüz iki min yetmiş bir) manat puldan 60000 (altmış min) manatı kran alınması üçün Barış Dəmirə verilmiş, həmin pulun görülmüş işlərə və alınmış kranın isə Cavabdeh MMC-yə heç bir aidiyyəti olmamışdır. Beləliklə, Barış Dəmirə verilmiş 60000 manat pul çıxıldıqdan sonra İddiaçı MTK tərəfindən yekunda qalan vəsait (1 212 071-77 516,18-60 000=1 074 554.82) iddia etdikləri görülmüş işlərə görə ödəniş olmuşdur. Eyni zamanda, 04.03.2021-ci il tarixli podrat müqaviləsinin 30-cu bəndinə əsasən sahədə işlərin aparılması üçün podratçını mobil kran və qüllə kranı ilə təmin etmək sifarişçinin öhdəliklərinə daxil edilmişdir. Məhkəməyə təqdim olunmuş kassa məxaric orderlərindən görünür ki, İddiaçı MTK tərəfindən 07 mart 2019-cu il tarixdən başlayaraq 10 iyun 2019-cu il tarixə kimi 483665 manat pul vəsaiti nağd qaydada Zəhra Dəmirə, Barış Dəmirə və Merve Çelikə ödənilmişdir. Eyni zamanda O.Rəcəbov tərəfindən Zəhra Dəmirə “gmail” elektron poçt vasitəsilə yazılmış məktubdan görünür ki, İddiaçı MTK tərəfindən Cavabdeh MMC-yə 367000 manat nağd pul ödənilmişdir. Bu zaman aradakı fərq (483665-367000=116665) 116665 manat təşkil edir ki, həmin məbləğin 60000 manatı kranın alınmasına, 56665 (əlli altı min altı yüz altmış beş) manatı isə digər məqsədlər üçün ödənilmişdir. Beləliklə, İddiaçı MTK tərəfindən ödənilmiş 1134554,82 manat puldan 116665 manat çıxılmalı və görülmüş işlərə görə ödənilən məbləğin (1074554,82-56665=1017889,82) 1017889,82 (bir milyon on yeddi min səkkiz yüz səksən doqquz) manat olması müəyyən edilir. İddiaçı MTK-nın ödədiyini iddia etdiyi ******* (bir milyon iki yüz iki min yetmiş bir) manat puldan yuxarıda qeyd olunan məbləğlər çıxıldıqdan sonra qalan məbləğ 1017889,82 manat olmuşdur ki, həmin puldan 129732 (yüz iyirmi doqquz min yeddi otuz iki) manat çıxılmalıdır. Çünki həmin 129732 manat pulun da Cavabdeh MMC tərəfindən görülmüş işlərə heç bir aidiyyəti olmamışdır. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş 19 iyun 2019-cu il tarixli kassa məxaric orderinə əsasən 129732 (yüz iyirmi doqquz yeddi yüz otuz iki) manat pul vəsaiti verildiyi göstərilmiş, pulun verilməsinə isə əsas kimi “müqavilə 168150 əsasında barter ödənişinin alışı” kimi göstərilmişdir. Halbuki tərəflər arasında podrat müqaviləsinin nömrəsi PKCHR-CA-001/2019 olmuşdur. Kassa məxaric orderindən də göründüyü kimi, həmin pul vəsaiti görülmüş işlərin dəyəri olaraq ödənilmədiyindən, yuxarıda qeyd olunan 1017889,82 manatdan çıxılmalıdır. Beləliklə, görülmüş işlərə görə İddiaçı MTK tərəfindən Cavabdeh MMC-yə 888157 (səkkiz yüz səksən səkkiz min yüz əlli yeddi) (1017889,82-129732=888157) manat məbləğində pul ödəninilmişdir. Ona görə də 888157 (səkkiz yüz səksən səkkiz min yüz əlli yeddi) manat pul vəsaiti görülmüş işlərə görə ödəniş kimi qəbul edilməlidir. Cavabdeh MMC tərəfindən Bakı Ağ şəhər BW 57 ünvanında yerləşən tikinti sahəsində görülən işlərin dəyərinin 1617814,2 manat olması, İddiaçı MTK tərəfindən görülmüş işlərə görə 888157 (səkkiz yüz səksən səkkiz min yüz əlli yeddi) manat ödənişin edilməsi yuxarıda qeyd olunan mötəbər sübutlarla təsdiqini tapdığından, hal-hazırda İddiaçı MTK tərəfindən Cavabdeh MMC-yə yalnız görülmüş işlərə görə (1617814,2-888157=729657,2) 729657,2 manat (yeddi yüz iyirmi doqquz min altı yüz əlli yeddi manat iyirmi qəpik) pul vəsaiti ödənilməlidir. Bundan başqa, iddiaçı tərəfindən ödənilməli olan 290223,57 ƏDV-dən 77516,18 (yetmiş yeddi min beş yüz on altı manat on səkkiz qəpik) manatın ödənilməsini nəzərə alsaq, İddiaçı MTK tərəfindən əlavə olaraq 212707,57 manat ƏDV də olmaqla, cəmi 942364,77 manat məbləğində pul Cavabdeh MMC-yə ödənilməlidir. İcarəyə götürülmüş əmlakların qaytarılmaması səbəbindən Cavabdeh MMC-yə ziyan dəymişdir. Belə ki, PKCHR-CA-001/2019 saylı podrat müqaviləsinə əsasən tikinti işlərində istifadə edilməsi üçün aylıq icarə haqqı 4000 manat olmaqla, 800 ədəd iskələ (ayaq altı), aylıq icarə haqqı 1705 manat olmaqla, 775 cüt çubuq (qayçı), aylıq icarə haqqı 1300 manat olmaqla, alt ayar mili, aylıq icarə haqqı 1750 manat olmaqla, 700 ədəd üst ayar mili fiziki şəxs Z. İsmayılovdan 15.06.2019-cu il tarixli icarə müqaviləsinə əsasən icarəyə götürülmüşdür. İddiaçı MTK tərəfindən əsassız olaraq tikinti sahəsindən çıxarılmış, çıxarılarkən də heç bir mal-materialın və avadanlıqların, o cümlədən icarəyə götürülən 800 ədədə iskələ (ayaq altı), 775 cüt çubuq (qayçının), alt ayar mili və üst ayar milinin götürülməsinə imkan verilməmişdir. Bunun nəticəsində də adları qeyd olunan avadanlıqlara görə Z. İsmayılova 17 iyul 2019-cu il tarixdən bu günədək (23ayx8755) 201365 (iki yüz bir min üç yüz altmış beş) manat borcuları yaranmışdır. Halbuki adları qeyd olunan malların üzərindən həbs götürülmüş olsa da, cavabdeh qərəzli olaraq həmin malları qaytarmamaqla onları külli miqdarda borclandırmışdır. Ona görə də 201365 (iki yüz bir min üç yüz altmış beş) manat İddiaçı MTK-dan alınıb onlara verilməlidir. Bundan başqa, tikintin işlərində istifadə edilməsi üçün Cavabdeh MMC ilə Barış Dəmir arasında 01 may 2019-cu il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən 1 ədəd Kran aylıq 7500 manat olmaqla icarəyə götürülmüşdür. İddiaçı MTK tərəfindən əsassız olaraq tikinti sahəsindən 18 iyul 2019-cu il tarixdə çıxarıldıqları halda həmin kran Cavabdeh MMC-yə 20 may 2020-ci il tarixdə qaytarılmışdır ki, bunun nəticəsində də Cavabdeh MMC-nin Barış Dəmirə (10x7500) 75000 (yetmiş beş min) manat borcu yaranmışdır ki, həmin pul da İddiaçı MTK-dan tutulmalıdır. Tikinti sahəsinə gətirilmiş, lakin bu günə kimi Cavabdeh MMC-yə təhvil verilməmiş anbardakı malların (həcmi və dəyəri iddia ərizəsində cədvəldə qeyd olunur) dəyəri olan 95167,28 manat pul vəsaiti də İddiaçı MMC-dən tutulub Cavabdeh MMC-yə ödənilməlidir. İddiaçı MTK tərəfindən Cavabdeh MMC-yə məxsus icarəyə verilə biləcək avadanlıqlar (Zakir İsmayılovun avadanlıqları və kran çıxıldıqdan sonra) da bu günə kimi Cavabdeh MMC-yə qaytarılmamışdır və həmin əmlaklar geri qaytarılmalı, çatışmayanların isə dəyəri ödənilməlidir (əmlakların siyahısı iddia ərizəsində qeyd olunur). Eyni zamanda Cavabdeh MMC əmlakları icarəyə verməklə əldə edəcəyi gəlirdən mərhum olmuşdur. Həmin əmlakların toplam dəyəri 722899,00 manat, aylıq icarə haqqı 72289,90 (əmlakların dəyərinin 1/10 hissəsi) manat təşkil edir. Beləliklə, İddiaçı MTK tərəfindən bu günə kimi onlara məxsus qeyd olunan cədvəldə göstərilən avadanlıqların üzərinə həbs qoyulması nəticəsində ümumi dəyəri 722,899 manat olan avadanlıqların aylıq 1/10 miqdarında, ayda təxminən 72289,9 manat icarə haqqından əldə edəcəyi gəlirdən mərhum olmuşlar. Belə ki, tikintiyə başlamazdan öncə Cavabdeh MMC qeyd olunan avadanlıqları icarəyə verməklə gəlir əldə edirdi ki, həmin müqavilələrə görə əmlakın dəyərinin 1/10 hissəsi icarə haqqı kimi qəbul olunurdu. (müqavilələr əlavə olunur). Cədvəldə qeyd olunan avadanlıqları iddiaçı özündə saxlamaqla, Cavabdeh MMC-nin təxminən əldə edəcəyi (23ayx72289=1662647) ******* (bir milyon altı yüz altmış iki min altı yüz qırx yeddi) manat gəlirdən məhrum etmişdir ki, həmin pul da iddiaçıdan tutulub Cavabdeh MMC-yə ödənilməlidir. Bundan başqa, Cavabdeh MMC tərəfindən görülmüş işlərin dəyəri olan 729657 (yeddi yüz iyirmi doqquz min altı yüz əlli yeddi) manat məbləğin dəfələrlə iddiaçıdan tələb edilməsinə baxmayaraq, bu günə kimi İddiaçı MTK tərəfindən ödənilməmişdir. Hesab edirlər ki, İddiaçı MTK Cavabdeh MMC-yə olan borcunu ödəmədiyinə görə həmin məbləğin illik 5 faizi tutularaq sonuncuya ödənilməlidir. Belə ki, ödənişin iki ildir gecikdirilməsini nəzərə alsaq, iki illik faiz borcu (729657x0,05x2=72965,7) 72965,7 (yetmiş iki min doqquz yüz altmış beş) manat təşkil edir. Məhkəmə iclasında İddiaçı MTK-nın nümayəndəsi və vəkili Nümayəndə ilkin iddianı müdafiə edib, iddia ərizəsi və qarşılıqlı iddiaya etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın isə əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil4 oxşar məzmunlu izahat verərək ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın isə əsassız olduğundan rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi Zehra Demir qarşılıqlı iddianı müdafiə edib, qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, qarşılıqlı iddianın təmin edilməsini və ilkin iddianın isə əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddianı müdafiə edib, qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, qarşılıqlı iddianın təmin edilməsini və ilkin iddianın isə əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında "xxxx" MMC-nin vəkili Vəkil3 qarşılıqlı iddianın təmin edilməsi və ilkin iddianın isə əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək bildirdi ki, Cavabdeh MMC tərəfindən qanuni təmsilçisi olduğu "xxxx" MMC-dən beton istənildi. Bundan sonra aralarında 2018-ci ilin aprel-may aylarında müqavilə bağladılar. Bir müddət işlədikdən sonra İddiaçı MTK ilə Cavabdeh MMC arasında mübahisə yarandı. Təxminən 215-216 min manat dəyərində beton verilmişdir. Daha sonra İddiaçı MTK razılaşmanı pozmaq niyyətində idi. Görülmüş işlərlə bağlı təxmini hesabat çıxardılar. Cavabdeh MMC həmin hesabatla razılaşsa da, İddiaçı MTK razılaşmadı. Mal materialın dəyəri isə 400000 manatdan çox idi. Beton qaimə ilə verilirdi. Cavabdeh MMC-yə 216552 manat məbləğində mal verilmiş, lakin 15000 manat ödəniş edilmişdir. Müqavilə Cavabdeh MMC ilə bağlanılmışdı, lakin beton İddiaçı MTK-nın ərazisinə boşaldılırdı. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək bildirdi ki, ərazidə 4 ay işləmişlər. Cavabdeh MMC ilə icarə müqavilələri olmuşdur. Ödənilməli olan pulun bir qismi ödənilmiş, qalan borc ödənilməmiş olaraq qalır. 381232 manat dəyərində iş görülmüş, 28342 manat ödənilib. Ərazidə maşınlar, ekskavatorlar saatla işləmişdir. Borc məbləği görülən işlərin həcminə görə hesablanmışdır. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - 04.03.2019-cu il tarixdə İddiaçı MTK ilə Cavabdeh MMC arasında PKCHR-CA- 001/2019 nömrəli podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən podratçı sifarişçinin tələb etdiyi qaydada, sifarişçinin təsdiq və ya təqdim etdiyi layihəyə uyğun olaraq qiymətlərin və xidmətlərin razılaşma protokolunda qeyd olunan işləri yerinə yetirməyi, işi tam başa çatdırmağı və sifarişçiyə hazır vəziyyətdə, keyfiyyətli şəkildə, tikinti norma və qaydalarına ciddi riayət etməklə, bu tələblərə cavab verəcək formada təhvil verməyi, sifarişçi isə podratçının gördüyü işlərin müqabilində bu müqavilədə razılaşdırılmış şərtlər əsasında müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci maddəsində müqavilə üzrə ümumi məbləğ ƏDV xaric ******* (altı milyon beş yüz min) manat təşkil edir və bu müqavilənin ayrılmaz hissəsi olan əlavələrində nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Müqavilənin 2.2-ci maddəsində tərəflər arasındakı razılaşmaya əsasən ödəmələr Forma-2 və Forma-3-lərə əsasən həyata keçiriləcəkdir. - İddiaçı MTK ilə Cavabdeh MMC arasında bağlanmış 04.03.2019-cu il tarixli PKCHR- CA-001/2019 nömrəli podrat müqaviləsinə “Qiymətlərin və Xidmətlərin Razılaşma Protokolu” adlanan 1 saylı Əlavədən görünür ki, qazıntı işləri – 110000 manat, qırmadaş sərilməsi və kipləşdirilməsi – 10000 manat, bünövrə altında olan izolyasiya işləri – 115000 manat və dəmir, beton və qəlib işləri – ******* manat olmaqla, ümumilikdə ******* (altı milyon beş yüz min) manat müəyyən edilmişdir. Əlavə hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmişdir. Əlavənin “Qeyd” hissəsində göstərilir ki, iş həcmləri faktiki ölçülərə uyğun olaraq müqavilə şərtləri əsasında hesablanacaq və qarşılıqlı razılaşdırılaraq ödəniş sertifikatlarında öz əksini tapacaqdır. - İddiaçı MTK ilə Cavabdeh MMC arasında bağlanmış 04.03.2019-cu il tarixli PKCHR- CA-001/2019 nömrəli podrat müqaviləsinə “Qiymətlərin və Xidmətlərin Razılaşma Protokolu” adlanan 1 saylı Əlavənin surətindən görünür ki, işlərin dəyəri ümumilikdə 13235483 (on üç milyon iki yüz otuz beş min dörd yüz səksən üç) manat müəyyən edilmişdir. Əlavə hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmışdır. Əlavənin “Qeyd” hissəsində göstərilir ki, iş həcmləri və müqavilə dəyəri nisbi xarakter daşıyır və faktiki ölçülərə uyğun olaraq müqavilə şərtləri əsasında hesablanacaq və qarşılıqlı razılaşdırılaraq ödəniş sertifikatlarında öz əksini tapacaqdır. - X3 (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanmış 15.06.2019-cu il tarixli, 15 R saylı icarə müqaviləsindən görünür ki, icarəyə verən müqavilənin “X1” adlanan 1 saylı əlavəsində qeyd olunmuş malları bu müqavilə şərtləri çərçivəsində istifadə üçün icarəçiyə verməyi, icarəçi isə həmin malları bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında müqaviləyə əlavədə göstərilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. - Barış Demir (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanmış 01.05.2019-cu il tarixli, 01/19-05 saylı icarə müqaviləsindən görünür ki, icarəyə verən müqavilənin “X1” adlanan 1 saylı əlavəsində qeyd olunmuş icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə üçün icarəçiyə verməyi, icarəçi isə həmin icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında müqaviləyə əlavələrdə göstərilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 36, qeyri yaşayış sahəsinin yerləşdiyi 0,8358 ha torpaq sahəsi 12.03.2022-ci il tarixədək İddiaçı MTK-nın xeyrinə hüquq yüklü edilmiş və 19 mart 2019-cu ildə Daşınmaz əmlakın dövlət reyestrində 84 nömrəli reyestr kitabının 8001 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Tərəflərin nümayəndələri tərəfindən eyni dövrü əhatə edən, sifarişçi və podratçının imzası və möhürü ilə təsdiq edilmiş, eyni zamanda təkcə sifarişçinin imzası və podratçının imzası və möhürü ilə təsdiqlənmiş, eyni zamanda təkcə podratçının imzası və möhürü olan 2 saylı formalar, həmçinin 3 saylı formalar təqdim edilmişdir. - 23.04.2019-cu il tarixli N 01 nömrəli ödəniş tapşırığından görünür ki, qeyd olunan tarixdə "xxxx" MTK tərəfindən Cavabdeh MMC-nin hesabına 110000 manat məbləğində pul ödənilmişdir. - 23.04.2019-cu il tarixli N 01/1 nömrəli ödəniş tapşırığından görünür ki, qeyd olunan tarixdə "xxxx" MTK tərəfindən Cavabdeh MMC-nin hesabına 19800 manat məbləğində pul ödənilmişdir. - 07.05.2019-cu il tarixli N 02 nömrəli ödəniş tapşırığından görünür ki, qeyd olunan tarixdə "xxxx" MTK tərəfindən Cavabdeh MMC-nin hesabına 100000 manat məbləğində pul ödənilmişdir. - 07.05.2019-cu il tarixli N 02 nömrəli ödəniş tapşırığından görünür ki, qeyd olunan tarixdə "xxxx" MTK tərəfindən Cavabdeh MMC-nin hesabına 86217,96 manat məbləğində pul ödənilmişdir. - 07.05.2019-cu il tarixli N 02/1 nömrəli ödəniş tapşırığından görünür ki, qeyd olunan tarixdə "xxxx" MTK tərəfindən Cavabdeh MMC-nin hesabına 15519,23 manat məbləğində pul ödənilmişdir. - 22.05.2019-cu il tarixli N 03 nömrəli ödəniş tapşırığından görünür ki, qeyd olunan tarixdə "xxxx" MTK tərəfindən Cavabdeh MMC-nin hesabına 84427,48 manat məbləğində pul ödənilmişdir. - 22.05.2019-cu il tarixli N 03/1 nömrəli ödəniş tapşırığından görünür ki, qeyd olunan tarixdə "xxxx" MTK tərəfindən Cavabdeh MMC-nin hesabına 15196,95 manat məbləğində pul ödənilmişdir. - 24.05.2019-cu il tarixli N 05 nömrəli ödəniş tapşırığından görünür ki, qeyd olunan tarixdə "xxxx" MTK tərəfindən Cavabdeh MMC-nin hesabına 50000 manat məbləğində pul ödənilmişdir. - 24.05.2019-cu il tarixli N 05/1 nömrəli ödəniş tapşırığından görünür ki, qeyd olunan tarixdə "xxxx" MTK tərəfindən Cavabdeh MMC-nin hesabına 9000 manat məbləğində pul ödənilmişdir. - 29.05.2019-cu il tarixli N 04/1 nömrəli ödəniş tapşırığından görünür ki, qeyd olunan tarixdə "xxxx" MTK tərəfindən Cavabdeh MMC-nin hesabına 18000 manat məbləğində pul ödənilmişdir. - 07.03.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Merve Çelikə 20000 manat pul vəsaiti verilmişdir. - 15.03.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Merve Çelikə 30000 manat pul vəsaiti verilmişdir. - 05.04.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Barış Demirə 50000 manat pul vəsaiti verilmişdir. - 09.04.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Zəhra Demirə 39404 manat pul vəsaiti verilmişdir. - 09.04.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Zəhra Demirə 17000 manat pul vəsaiti verilmişdir. - 19.04.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Barış Demirə 30000 manat pul vəsaiti verilmişdir. - 23.04.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Barış Demirə 20000 manat pul vəsaiti verilmişdir. - 26.04.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Zəhra Demirə 30000 manat pul vəsaiti verilmişdir. - 03.05.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Zəhra Demirə 20000 manat pul vəsaiti verilmişdir. - 10.05.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Zəhra Demirə 20000 manat pul vəsaiti verilmişdir. - 14.05.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Barış Demirə 55000 manat pul vəsaiti verilmişdir. - 21.05.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Zəhra Demirə 27261 manat pul vəsaiti verilmişdir. - 27.05.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Zəhra Demirə 10000 manat pul vəsaiti verilmişdir. - 31.05.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Zəhra Demirə 40000 manat pul vəsaiti verilmişdir. - 04.06.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Zəhra Demirə 75000 manat pul vəsaiti verilmişdir. - 12.06.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Zəhra Demirə 60000 manat pul vəsaiti verilmişdir. - 19.06.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Zəhra Demirə 129732 manat pul vəsaiti verilmişdir. - 06.07.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Zəhra Demirə 30513 manat pul vəsaiti verilmişdir. - "xxxx" MMC-nin 08.08.2019-cu il tarixli, AEM/A 17-776/19 saylı Cavabdeh MMC-nin BW057 tikinti ərazisindəki inşaat işlərinin, mal-materialların həcminin və dəyərinin müəyyən edilməsi barədə hesabatda (Cavabdeh MMC-nin müraciəti əsasında) qeyd olunur ki, qoyulan suallar üzrə aparılan hesablamalar və təhlillərə əsasən Bakı Ağ şəhəri ərazisindəki BW 57 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus 11 blokdan ibarət yaşayış binasının tikinti sahəsində rəsmi podratçı kimi iş görən Cavabdeh MMC tikinti şirkəti tərəfindən istifadə üçün sahəyə gətirilən, onlara məxsus avadanlıq, qurğu və inşaat materiallarının mövcud vəziyyətinə uyğun olaraq bazar dəyəri 08 avqust 2019-cu il tarixinə 1014148,22 (bir milyon on dörd min yüz qırx səkkiz manat iyirmi iki qəpik) manat təşkil edir. Bundan başqa, aparılmış ölçmə işləri, hesablamalar və təhlillərə əsasən Bakı Ağ şəhər ərazisindəki BW 057 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus 11 blokdan ibarət yaşayış binasının tikinti sahəsində rəsmi podratçı kimi iş görən Cavabdeh MMC tikinti şirkəti tərəfindən görülən işlərin həcmi və dəyəri 08 avqust 2019-cu il tarixə ƏDV daxil 1949414,63 manat təşkil edir. - "xxxx" MMC-nin (İddiaçı MTK-nın müraciəti əsasında) 20.08.2019-cu il tarixli, 92-E saylı Cavabdeh MMC-nin BW057 tikinti ərazisindəki mal-materialların siyahısının ümumi bazar dəyərinin müəyyən edilməsi barədə ekspert rəyində qeyd olunur ki, aparılan araşdırmalar, təhlillər və hesablamalar nəticəsində, Cavabdeh MMC-nin BW-057 tikinti ərazisindəki mal-materialların siyahısının 20.08.2019-cu il tarixə olan ümumi bazar dəyəri 122854 (yüz iyirmi iki min səkkiz yüz əlli dörd) manat müəyyən edilir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14.08.2020-ci il tarixli, 5/369 saylı ekspert rəyində qeyd olunur ki, 1) tədqiqata təqdim edilmiş işin ikinci cildinin 21-ci vərəqindəki “14/06/2019-01/07/2019-cu il tarixə yerinə yetirilən işlər haqqında 6 nömrəli Arayış”ın aşağı sol küncündə olan “Azərbaycan Respublikası Mənzil-Tikinti Kooperativi Park Çinar” məzmunlu möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. 2) tədiqaqata təqdim edilmiş işin ikinci cildinin 21-ci vərəqindəki “14/06/2019-01/07/2019-cu il tarixə yerinə yetirilən işlər haqqında 6 nömrəli Arayış”ın aşağı sol küncündə olan “Azərbaycan Respublikası Mənzil-Tikinti Kooperativi Park Çinar” məzmunlu möhür əksi ekspertizaya təqdim edilmiş "xxxx" Mənzil-Tikinti Kooperativinin möhürünün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29.01.2021-ci il tarixli, 10/3742 saylı ekspert rəyində qeyd olunur ki, 1-ci variant üzrə sifarişçi və podratçının imzası və möhürü ilə təsdiq edilmiş 2 saylı formalarda qeyd olunan iş həcmləri və iş həcmləri vahidinin qiymətləri nəzərə alınmaqla, aparılmış hesablamalara əsasən tədqiq olunan obyekt üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyəri 273754 manat məbləğində müəyyən edilmişdir. 2-ci variant üzrə sifarişçi və podratçının imzası və möhürü ilə təsdiq edilmiş 2 saylı formalarda qeyd olunan iş həcmləri və iş həcmləri vahidinin qiymətləri nəzərə alınmaqla aparılmış hesablamalara əsasən, tədqiq olunan obyekt üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyəri 1338739,05 manat məbləğində müəyyən edilmişdir. 3-cü variant üzrə podrat müqaviləsinə əlavə edilmiş hər iki 1 saylı əlavələrdə qeyd olunan iş həcmləri vahidinin qiymətlərinin cəmi nəzərə alınmaqla aparılmış hesablamalara əsasən, tədqiq olunan obyekt üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyəri ******* manat məbləğində müəyyən edilmişdir. - “X5” MMC-nin (Cavabdeh MMC-nin müraciəti əsasında) 01.03.2021-ci il tarixli mütəxəssis rəyində qeyd olunur ki, aparılmış araşdırmalar və təhlillərə əsasən İddiaçı MTK tərəfindən təsdiq edilmiş Forma 2-lərdə əks edilmiş həcmlərə istinadən istifadə edilmiş mal material (armatur, beton, qəlib, və sərfiyyat) və işçiliyin bazar dəyəri 1458044,6 manat təşkil edir. - Azərbaycan Respublikası X4nin (Park Çinar” MTK-nın müraciəti əsasında) 04.03.2021-ci il tarixli, 131 saylı ekspert rəyində qeyd olunur ki, ekspert iş təcrübəsinə, tikinti norma və qaydalarının tələblərinə, respublika daxili real bazar qiymətlərinə uyğun olaraq İddiaçı MTK ilə Cavabdeh MMC arasında bağlanmış 04.03.2019-cu il tarixli PKCHR- CA-001/2019 nömrəli podrat müqaviləsi və həmin müqaviləyə əlavələrə əsasən 03.03.2019-cu il tarixdən 18.07.2019-cu il tarixədək olan müddət ərzində Cavabdeh MMC tərəfindən Ağ şəhər Tikinti sahəsi BW-057 layihəsi üzrə tikinti sahəsində layihəyə uyğun görülən işlərin dəyəri iş materiallarına (təhvil-təslim aktları konkret yerinə yetirilən işlərə dair 2 sənədləri və s.) əsasən 979429 (doqquz yüz yetmiş doqquz min dörd yüz iyirmi doqquz) manat müəyyən edilir. Azərbaycan Respublikası Müstəqil X2 (Cavabdeh MMC-nin müraciəti əsasında) 08.04.2021-ci il tarixli ekspert rəyində qeyd olunur ki, ilkin ekspertiza tədqiqatı zamanı İddiaçı MTK və Cavabdeh MMC arasında bağlanmış 04 mart 2019-cu il tarixli PKCHR-CA- 001/2019 saylı Podrat müqaviləsi və həmin müqaviləyə edilən əlavələrə əsasən 03.03.2019-cu il tarixdən 18.07.2019-cu il tarixədək olan müddət ərzində "xxxx" MMC tərəfindən Ağ şəhər Tikinti sahəsi BW 57 layihəsi üzrə tikinti sahəsində layihəyə uyğun görülən işlərin dəyəri iş materiallarına (təhvil- təslim aktları konkret yerinə yetirilən işlərə dair 2 sənədləri və.s) əsasən 979429,00 (doqquz yüz yetmiş doqquz min dörd yüz iyirmi doqquz) manat müəyyən edilir. Əlavə ekspertiza tədqiqatı zamanı İddiaçı MTK tərəfindən məhkəməyə təqdim olunan “6” ədəd, Cavabdeh MMC tərəfindən imzalı və möhürlü olan, İddiaçı MTK tərəfindən imzalanmış, lakin möhürlənməmiş, Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim olunan “6” ədəd forma 2 sənədlərində əlavə qeyd olunan işlərin dəyəri bazar qiymətlərinə və forma 2 sənədlərində göstərilən iş həcmlərinə uyğun olaraq 270017 (iki yüz yetmiş on yeddi ) manat təşkil edir. Ümumilikdə görülən işlərin dəyəri ******* manat manat təşkil edir. - İddiaçı MTK tərəfindən 03.07.2019-cu il tarixdə PKCHR-CA-001/2019 nömrəli, 04.03.2019-cu il tarixli podrat müqaviləsinin ləğv edilməsinə dair bildiriş qaydasında xəbərdarlıqla Cavabdeh MMC-yə müraciət edilərək bildirişdə qeyd olunan hallar və qanunverciliyin sadalanan normaları rəhbər tutularaq İddiaçı MTK ilə Cavabdeh MMC arasında bağlanmış PKCHR-CA-001/2019 nömrəli podrat müqaviləsinin 18.07.2019-cu il tarixdən ləğv ediləcəyi və tərəflərin müqavilə üzrə öhdəliklərinə xitam veriləcəyi bildirilmişdir. - Cavabdeh MMC tərəfindən 08.07.2019-cu il tarixdə İddiaçı MTK tərəfindən Cavabdeh MMC-yə 03.07.2019-cu il tarixdə ünvanlanmış İddiaçı MTK ilə Cavabdeh MMC arasında bağlanmış PKCHR-CA-001/2019 nömrəli, 04.03.2019-cu il tarixli podrat müqaviləsinin ləğv edilməsinə dair bildirişə cavab olaraq pretenziya qaydasında xəbərdarlıqla İddiaçı MTK-ya müraciət edilərək, 03.07.2019-cu il tarixdə Cavabdeh MMC-yə ünvanlanmış bildirişdə müqavilənin ləğvi üçün əsaslı səbəblərin olmadığı, PKCHR-CA- 001/2019 nömrəli, 04.03.2019-cu il tarixli podrat müqaviləsinin ləğv edilməsinin istənilmədiyi və müqavilənin davam etdirilməsi üçün Cavabdeh MMC tərəfindən bütün səylərin göstərilməsi bildirilmişdir. - İddiaçı MTK tərəfindən 15.07.2019-cu il tarixdə pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh MMC-yə müraciət edilərək borcun ödənilməsi və bir sıra digər tələblərin icrasının təmin edilməsi xahiş edilmiş, eyni zamanda pretenziyada qeyd olunan tələblərin icra edilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqaviləyə əsasən podratçı ("xxxx" MMC) "Ağ şəhər" BW57 layihəsi üzrə sifarişçinin ("xxxx" MTK) tələb etdiyi qaydada, sifarişçinin təsdiq etdiyi və ya təqdim etdiyi layihəyə uyğun olaraq qiymətlərin və xidmətlərin razılaşma protokolunda qeyd olunan işləri yerinə yetirməyi, işi tam başa çatdırmağı və sifarişçiyə tam hazır vəziyyətdə, keyfiyyətli şəkildə tikinti norma və qaydalarına ciddi riayət etməklə bu tələblərə cavab verəcək formada təhvil verməyi, sifarişçi isə podratçının gördüyü işlərin müqabilində bu müqavilədə razılaşdırılmış şərtlər əsasında müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən tərəflər arasında yaranan münasibətlər bu müqavilə və onun Əlavələri ilə tənzimlənəcək. Müqavilədə həmçinin münasibətlərə Azərbaycan Respublikasının qanunvericiliyinin tətbiq olunması razılaşdırılmışdır. Müqavilənin “qiymətlərin və xidmətlərin razılaşma protokolu” adlanan 1 saylı əlavəsinə əsasən görüləcək işlər və müqavilənin ümumi dəyəri müəyyən edilmiş və ödənişlərin Forma-2 və Forma-3-lər əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin eyni zamanda müqavilənin 3-cü bəndində müqavilə dəyərinin nisbi xarakter daşıdığı və faktiki ölçülərə uyğun olaraq vahid qiymətlər əsasında yenidən hesablanacağı və vahid qiymətlərdə tərəflər arasında qarşılıqlı razılıq əldə edildikdən sonra dəyişiklik edilə bilməsi təsbit edilmişdir. Müqavilə üzrə podratçı tərəfindən 2019-cu ilin mart ayından başlanaraq həmin ilin iyul ayının əvvəllərinədək müəyyən işlər görülmüş, sifarişçi tərəfindən podratçıya həmin işlərə görə müəyyən ödənişlər edilmişdir. Lakin podratçının işi sifarişçini qane etməmiş və sifarişçi tərəfindən podratçıya müqavilənin 24.2ci bəndinə əsasən 03.07.2019-cu il tarixdə müqaviləyə xitam verilməsi barədə bildiriş göndərilərək, tərəflər arasında bağlanmış podrat müqaviləsinin 18.07.2019-cu il tarixdən ləğv edildiyi və tərəflərin müqavilə üzrə bütün öhdəliklərinə xitam verildiyi diqqətə çatdırılmaqla, bilidirişin qəbul edildiyi tarixdə podratçının bütün işləri təxirəsalınmadan dayandırması, ona məxsus olan mal-materialların tikinti sahəsindən çıxarılması və 15 gün ərzində görülmüş işlərin tikinti norma və qaydalarına uyğun şəkildə sifarişçiyə təhvil verilməsi xahiş edilmişdir. Podratçının sifarişçiyə bildirişə cavab olaraq ünvanladığı 08.07.2019-cu il tarixli pretenziyada heç əsaslı səbəb olmadığına görə Müqavilənin ləğvinin istənilmədiyi bildirilmişdir. Bundan sonra tərəflər arasında münasibətlərə son qoyulmuş və daha sonra tikinti sahəsində işlər başqa podratçı tərəfindən görülərək tamamlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vax4nda icra edilməməsi, mallarda, işlərdəvəxidmətlərdə qüsurlarla vəya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-cimaddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nətcəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İlkin iddia tələbinin birinci hissəsini 04 mart 2019-cu il tarixli, PKCHR-CA-001/2019 saylı podrat müqaviləsi və həmin müqaviləyə əlavələrə əsasən görülmüş işlərin dəyəri ilə bağlı artıq ödənilmiş 232643 manat məbləğində pulun cavabdehdən tutulması, qarşılıqlı iddia tələbinin birinci hissəsini görülmüş işlərə görə ödənilməmiş 729657,2 manat məbləğində pulun cavabdehdən tutulması təşkil edir. Hər iki tələbin həmin hissələri ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Görülmüş işlərin dəyərini müəyyən etmək üçün məhkəmə tərəfindən tikinti-texniki ekspertiza təyin edilmiş, lakin mübahisəli ərazidə tikinti işlərinin başa çatması səbəbindən görülmüş işlərinin həcminin müəyyən edilə bilməməsi səbəbindən ekspertizanın keçirilməsindən imtina edilmişdir, daha sonra iş materiallarında olan sənədlər əsasında yuxarıda qeyd edilən 29.01.2021-ci il tarixli, 10/3742 saylı ekspert rəyi (Məhkəmə Ekspertizası Mərkəzi) verilmişdir. Həmin rəy təqdim olunan sənədlər əsasında ekpert tərəfindən riyazi hesablamalar aparılaraq tərtib edilmiş, görülmüş işlərin dəyəri 3 variantda hesablanaraq müəyyən edilmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, 1-ci variant üzrə sifarişçi və podratçının imzası və möhürü ilə təsdiq edilmiş 2 saylı formalarda qeyd olunan iş həcmləri və iş həcmləri vahidinin qiymətləri nəzərə alınmaqla, aparılmış hesablamalara əsasən tədqiq olunan obyekt üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyəri 273754 manat məbləğində müəyyən edilmiş, 2-ci variant üzrə sifarişçi və podratçının imzası ilə təsdiq edilmiş 2 saylı formalarda qeyd olunan iş həcmləri və iş həcmləri vahidinin qiymətləri nəzərə alınmaqla, aparılmış hesablamalara əsasən tədqiq olunan obyekt üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyəri 1338739,05 manat məbləğində müəyyən edilmiş, 3-cü variant üzrə podrat müqaviləsinə əlavə edilmiş hər iki əlavələrdə qeyd olunan iş həcmləri vahidinin qiymətlərinin cəmi nəzərə alınmaqla, aparılmış hesablamalara əsasən tədqiq olunan obyekt üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyəri ******* manat məbləğində müəyyən edilmişdir. İlk iddia üzrə cavabdeh ekspertin 3-cü variantda hesablaması ilə razı olduğunu bildirmişdir. İlk iddia üzrə iddiaçının nümayəndəsinin həmin hesablamalara etirazının əsaslarından biri ondan ibarət olmuşdur ki, ekspert ikinci variant üzrə hesablama apararkən İddiaçı MTKnın nümayəndəsi tərəfindən imzalanmamış, yalnız Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanmış 2 saylı forma arayışlar üzrə rəqəmləri də həmin məbləğə daxil etmişdir, halbuki həmin arayışlar onlar tərəfindən imzalanmamış, onlara işlər təhvil verilməmişdir, həmin arayışlar əhatə olunan dövr üzrə onlar tərəfindən müqaviəyə xitam verilmişdir. Etirazın əsaslarından biri də ondan ibarət olmuşdur ki, 3-cü variant üzrə hesablamanı ümumiyyətlə qəbul etmir, onu məntiqsiz, əsassız hesab edirlər. Rəydən görünür ki, həmin rəy tərtib edilərkən ekspert tərəflərin iştirakı ilə müzakirə zamanı podratçının nümayəndəsinin verdiyi izahatı əsas götürərək, 3-cü variant üzrə göstərilən nəticəyə gəlmişdir. Həmin izahatda yerinə yetirilmiş iş həcmləri vahidinin qiyməti müəyyən edilərkən, hər iki müqaviləyə Əlavələrdə qeyd olunan qiymətlərin toplanaraq hesablanmasmin tərəflər arasında razılaşdırıldığı göstərilmiş, yəni qazıntı işlərinin qiymətinin (4,5+1)= 5,5 AZN, təməlaltı şeben qatının sərilməsi kipləşdirilməsi işlərinin qiymətinin (22+5,56)= 27,56 AZN, təməlaltı və üstü su depolarının izolyasiya işlərinin qiymətinin (22+10)= 32 AZN, dəmir, beton və qəlib işlərinin qiymətinin (70+36)= 106 AZN və s.. Rəydə sifarişçinin nümayəndəsinin iş həcmləri vahidinin qiymətinin 2-ci Cədvəldə göstərilən qiymətlərlə razılaşdırıldığını bildirməsi qeyd edilmişdir. Hər iki müqaviləyə Əlavələrdə qeyd olunan qiymətlərin toplanaraq hesablanmasının tərəflər arasında razılaşdırıldığına dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Bundan başqa, podrat müqaviləsinin 3-cü bəndində vahid qiymətlərdə tərəflər arasında qarşılıqlı razılıq əldə edildikdən sonra dəyişiklik edilə bilməsi imkanından bəhs edilir. Ona görə də məhkəmə yalnız podratçının nümayəndəsinin izahatına əsaslanaraq, 3cü variant üzrə hesablamaya tənqidi yanaşaraq, qəbul etmir. Məhkəmənin qənaətinə əsasən 1-ci variant üzrə alınan rəqəm də reallığı əks etdirmir. 2-ci variant üzrə aparılmış hesablamalara əsasən yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyəri 1338739,05 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğə İddiaçı MTK-nın nümayəndəsi tərəfindən imzalanmamış, yalnız Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanmış və möhür vurulmuş 2 saylı forma arayışlar üzrə görülmüş işlərin (01.07.2019-19.07.2019-cu il tarix üzrə) dəyəri kimi 192304 manat məbləğ də daxil edilmişdir. Məhkəmənin qənaətinə görə göstərilən məbləğ görülmüş işlərin dəyərinə daxil edilməməlidir. Belə ki, əvvəla, həmin 2 saylı formalar birtərəfli qaydada imzalanmışdır və həmin arayışlarda göstərilən işlərin görülməsi, təhvil verilməsi ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim olunmamışdır. Bundan başqa, eyni zamanda İddiaçı MTK tərəfindən Cavabdeh MMC-yə ünvanlanan 03.07.2019-cu il tarixli bildirişdən görünür ki, müqaviləyə xitam verilməsi bildirilərək, podratçı tərəfindən bütün işlərin təxirəsalınmadan dayandırılması, podratçıya məxsus olan mal-materialların tikinti sahəsindən çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; 103.2ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə Ekspertizası Mərkəzinin yuxarıda qeyd edilən 29.01.2021-ci il tarixli, 10/3742 saylı ekspert rəyindəki mübahisəli məqamları nəzərə alaraq, məhkəmə həmin rəylə razılaşmır. Bundan başqa, görülmüş işlərin, mal-materialların dəyəri ilə bağlı tərəflər özləri də məhkəməyə yuxarıda qeyd edilən rəylər təqdim etmişlər. Belə ki, "xxxx" MMC-nin 08 avqust 2019-cu il tarixli rəyinə (Cavabdeh MMC tərəfindən təqdim edilən) əsasən Cavabdeh MMC tərəfindən Bakı Ağ şəhər BW 57 ünvanında yerləşən tikinti sahəsində 1949414,63 (bir milyon doqquz yüz qırx doqquz min dörd yüz on dörd manat, altmış üç) manat (1652046,293 manat əsas məbləğ + 297368,33 manat ƏDV) dəyərində mal-material işlənmiş və işlər görülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 99.1-ci maddəsinə əsasən ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Məhkəmə qeyd olunan ekspertizanın çəkişmə prinsipinə əməl edilmədən birtərəfli qaydada keçirilməsini və qarşı tərəfin həmin rəylə razılaşmamasını nəzərə alaraq, həmin rəyi mötəbər sübut kimi qəbul etmir. Bundan başqa, əvvəlcə İddiaçı MTK-nın nümayəndəsi tərəfindən məhkəməyə “X4” MMC-nin 04.03.2021-ci il tarixli ekspert rəyi təqdim olunmuşdur. Həmin rəydən görünür ki, İddiaçı MTK və Cavabdeh MMC arasında bağlanmış 04 mart 2019-cu il tarixli, PKCHR-CA- 001/2019 saylı podrat müqaviləsi və həmin müqaviləyə edilən əlavələrə əsasən Cavabdeh MMC tərəfindən “Ağşəhər” Tikinti sahəsi BW-057 layihəsi üzrə görülən işlərin dəyəri 979428,96 manat müəyyən edilir. Daha sonra Cavabdeh MMC tərəfindən məhkəməyə “X4” MMC-nin 08.04.2021-ci il tarixli ekspert rəyi təqdim olunmuşdur. Hər iki rəy ekspert Ş.Hüseynov tərəfindən tərtib olunmuşdur. Rəydən müəyyən olunur ki, ekspert tərəfindən əlavə ekspertiza tədqiqatı aparılmışdır. Rəydə belə nəticəyə gəlinmişdir ki, ilkin ekspertiza tədqiqatı zamanı İddiaçı MTK və Cavabdeh MMC arasında bağlanmış 04 mart 2019-cu il tarixli PKCHR-CA-001/2019 saylı Podrat müqaviləsi və həmin müqaviləyə edilən əlavələrə əsasən 03.03.2019-cu il tarixdən 18.07.2019-cu il tarixədək olan müddət ərzində "xxxx" MMC tərəfindən Ağ şəhər Tikinti sahəsi BW 57 layihəsi üzrə tikinti sahəsində layihəyə uyğun görülən işlərin dəyəri iş materiallarına (təhvil- təslim aktları konkret yerinə yetirilən işlərə dair forma 2 sənədləri və.s) əsasən 979429,00 (doqquz yüz yetmiş doqquz min dörd yüz iyirmi doqquz) manat müəyyən edilir. Əlavə ekspertiza tədqiqatı zamanı İddiaçı MTK tərəfindən məhkəməyə təqdim olunan “6” ədəd, Cavabdeh MMC tərəfindən imzalı və möhürlü olan, İddiaçı MTK tərəfindən imzalanmış, lakin möhürlənməmiş Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim olunan “6” ədəd forma 2 sənədlərində əlavə qeyd olunan işlərin dəyəri bazar qiymətlərinə və forma 2 sənədlərində göstərilən iş həcmlərinə uyğun olaraq 270017 (iki yüz yetmiş on yeddi) manat təşkil edir. Gəlinən nəticə ondan ibarət olmuşdur ki, ümumilikdə görülən işlərin dəyəri 1249446,00(bir milyon iki yüz qırx doqquz min dörd yüz qırx altı) manat (979429+270017) təşkil edir. Məhkəmə 08.04.2021-ci il tarixli ekspert rəyini ümumilikdə görülən işlərin dəyərini müəyyən edən sübut kimi qəbul edir. Belə qənaətə gələrkən nəzərə alınır ki, ilkin olaraq ilk iddia üzrə iddiaçı qeyd olunan mərkəzə müraciət etmiş, həmin rəyi sübut kimi məhkəməyə təqdim etmişdir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı həmin mərkəzə müraciət edərək, əlavə sənədlər təqdim etmiş və əlavə ekspertiza aparılaraq müvafiq rəy verilmişdir. Qeyd olunanlar nəzərə alınaraq məhkəmə hesab edir ki, çəkişmə prinsipinə əməl edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Məhkəmə Ekspertizası Mərkəzinin yuxarıda qeyd edilən 29.01.2021-ci il tarixli, 10/3742 saylı rəyi və "xxxx" MMC-nin rəylərində göstərilən məbləğlərin görülən işlərin dəyəri kimi qəbul edilməli olduğu qənəatində olsa da, məhkəmə yuxarıda qeyd olunan səbəblərə görə “X4” MMC-nin 08.04.2021-ci il tarixli ekspert rəyini ümumilikdə görülən işlərin dəyərini müəyyən edən sübut kimi qəbul edir. Tərəflər arasında bağlanan müqavilənin 18.10-cu bəndinə əsasən bütün ödənişlərin bank köçürmə yolu ilə və ya nağd qaydada aparılması təsbit olunmuşdur. İddiaçı MTK tərəfindən Cavabdeh MMC-yə forma 2 arayışları üzrə nağdsız qaydada 508161,62 manat (430645,44 manat əsas məbləğ+77.516,18 manat Ə D V ) məbləğin ödənilməsi işin mübahisəsiz halıdır. Mübahisəli məqam ondan ibarətdir ki, ilk iddia üzrə iddiaçının qənaətinə əsasən 508161,62 manat bütövlükdə görülmüş işlərin dəyərindən çıxılmalıdır, qarşılıqlı iddia üzrə iddiaçının qənaətinə əsasən isə görülmüş işlərin dəyərindən ödənilmiş məbləğlər çıxılarkən 77516,18 manat Ə D V ödənişi olduğuna görə çıxılmamalıdır. Məhkəmə ilk iddia üzrə iddiaçının mövqeyi ilə razılaşaraq hesab edir ki, 508161,62 manat bütövlükdə görülmüş işlərin dəyərindən çıxılmalıdır. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin 28-ci maddəsinə əsasən bu podrat müqaviləsinin imzalanmasından irəli gələn bütün vergi, rüsum və digər xərclər, həmçinin bu podrat müqaviləsi ilə başqa məsrəflər Podratçıya aiddir. Digər mübahisəsiz hal İddiaçı MTK tərəfindən nağd qaydada 703910 manat məbləğin ödənilməsidir. Həmin ödəmə ilə bağlı mübahisəli hal ondan ibarətdir ki, Cavabdeh MMC-nin nümayəndəsinin qarşılıqlı iddia ərizəsinə dair son dəqiqləşdirməsinə dair ərizəsində göstərilən səbəblərə görə həmin məbləğin yalnız bir hissəsi (qarşılıqlı iddia ərizəsində qeyd olunmuşdur) görülmüş işlərə görə ödəniş kimi qəbul edilməlidir. İddiaçı MTK-nın nümayəndəsi bildirmişdir ki, 703910 manat məbləğində pul BW 57 layihəsi üzrə görülmüş işlərə görə ödənilmişdir, ona görə də həmin məbləğ görülmüş işlərə görə ödəniş kimi qəbul edilməlidir. Məhkəmə qənaətinə əsasən 703910 manat məbləğində pul vəsaiti kassa məxaric orderlərinə əsasən BW 57 layihəsi üzrə ödənildiyindən həmin ödənişlər görülmüş işlərin dəyəri olaraq qəbul edilməlidir. Müəyyən edilir ki, İddiaçı MTK tərəfindən Cavabdeh MMC-yə görülmüş işlərə görə ümumilikdə 1212071,62 manat (508161,62+703910=1212071,62 manat) ödəniş edilmişdir. Beləliklə, müəyyən edilir ki, İddiaçı MTK tərəfindən Cavabdeh MMC-yə görülmüş işlərə görə 37374,38 manat (1249***-*******,62=37374,38) ödənilməmiş məbləğ qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, görülmiş işlərin dəyəri tam ödənilmədiyindən ilkin iddia tələbi artıq ödənilmiş 232643 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində təmin edilməməli, qarşılıqlı iddia tələbi görülmüş işlərə görə ödənilməmiş 729657,2 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində qismən, 37374,38 manat hissədə təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Qarşılıqlı iddiaçı ödənilməmiş məbləğə əlavə dəyər vergisinin də tutulmasını xahiş etmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara və müqavilə şərtlərinə əsasən hesab edir ki, həmin hissədə qarşılıqlı iddia təmin edilməməlidir. İlk iddianın bir hissəsini də tələb olunan işlərin vaxtında görülməməsinə, sənədlərin vaxtında təqdim edilməməsinə, işçilərlə bağlı öhdəliklərə, sağlamlıq, əməyin təhlükəsizliyi və mühafizəsi ilə bağlı qanunvericiliklə və müqavilə ilə müəyyən edilmiş tələblərə, prosedur qayda və təlimatlara əməl olunmamasına görə hər gecikdirilmiş gün üçün cərimə kimi hesablanmış 31200 manat məbləğində pulun ilk iddia üzrə cavabdehdən tutulması təşkil edir. Tərəflər arasında bağlanmış podrat müqaviləsinə 4 saylı Əlavədə cərimə cədvəli öz əksini tapmışdır. Həmin əlavədə tərəflər müqavilənin aşağıdakı 10 bəninin pozuntusuna görə cərimə tətbiq olunması barədə razılaşmışlar: 7.2, 8.1, 13.5, 13.9, 14.3, 14.4, 14.8, 14.15, 14.19, 15.5. İlk iddiaçı həmin bəndlərdən 7.2, 8.1, 13.5, 13.9 və 14.3-cü bəndlərin pozuntusuna istinad etmişdir. 7.2-ci bəndə əsasən tələb olunan sənədlər vaxtında təqdim olunmadıqda, Sifarişçi Podratçının işə başlamasına razılıq verməməkdə, Podratçının ödənişini ödəməməkdə, işi müvəqqəti və tam qəbul etməməkdə, Podratçının təminatlarını qaytarmamaqda, 4 saylı Əlavədə göstərilmiş cərimə cədvəlindəki cərimələri tətbiq etməkdə (hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0,01 %-i miqdarında) və Podrat Müqaviləsini hər hansı xəbərdarlıq etmədən ləğv etməkdə haqlıdır. Məhkəmənin qənaətinə əsasən müqavilənin həmin bəndinin cavabdeh tərəfindən pozuntusu iddia ərizədində ümumi şəkildə göstərilmiş, həmin pozuntunun baş verməsi sübuta yetirilməmişdir. Ona görə həmin hissədə cərimə tətbiq olunmasl barədə iddia təmin olunmamalıdır. Müqavilənin 13.5-ci və 13.9-cu bəndlərinə əsasən işçinin işçi pasportu olmadan və ya başqasının işçi pasportu ilə işlədildiyinin müəyyənləşdirildiyi halda (13.5-ci bənd), Podratçının sığortasız işçi işlətdiyi aşkar edildikdə (13.9-cu bənd), Sifarişçi həmin işçini iş yerindən uzaqlaşdırdıqdan sonra 4 saylıƏlavədə göstərilən cərimələri və ya 24-cü maddəni tətbiq edə bilər. Göründüyü kimi, həmin bəndlərin pozuntusuna istinad etməklə cavabdehdən cərimə ən azı ona görə tutulmamalıdır ki, sifarişçi artıq 24-cü maddəni tətbiq etmişdir. 14.3-cü bəndə əsasən Podratçı bu Müqavilə çərçivəsində işlədəcyi bütün işçilərini qüvvədə olan qanunvericiliyə uyğun olaraq tibbi müayinədən keçirməli və bu müayinələri sənədləşdirməlidir. Lazım gəldikdə, işçilərin tibbi müayinəsi Sifarişçinin göstərişinə və tələbinə əsasən edilə və ya etdirilə bilər. Bu halda Sifarişçi tərəfindən edilən və ya etdirilən tibbi müayinələrin nəticələri etibarlı sayılır. Tibbi müayinələr aparılmadan Podratçı işçisini işə başlamasına icazə verə bilməz. Əks təqdirdə, bu Qaydalarda və Podrat Müqaviləsinin 4 saylı Əlavəsində göstərilən cərimə müddəaları tətbiq ediləcəkdir. Məhkəmənin qənaətinə həmin bəndin pozuntusu sübuta yetirilmədiyindən həmin pozuntuya görə cərimənin tutlmasına dair iddia təmin olunmamalıdır. Müqavilənin 6.3-cü bəndinə əsasən Podratçı işi Podrat Müqaviləsinin 6 saylı Əlavəsindəki İşlərin icrası qrafikinə uyğun olaraq icra edəcəkdir; 8.1-ci bəndinə əsasən podratçı işi İş Proqramında göstərilən müddətlərdə başa çatdırmadıqda və ya Podrat Müqaviləsində qeyd edilən digər müddətli işləri vaxtında yerinə yetirmədikdə Podratçı Sifarişçiyə müəyyənləşdirilmiş müddəti keçən hər gün üçün 4 saylı Əlavədə göstərilən məbləğdə cərimə ödəməlidir; 8.3-cü bəndinə əsasən gecikmə 15 (on beş) gündən artıq davam etdikdə və ya Podratçının vəziyyətindən (iqtisadi, hüquqi və sair səbəbdən) onun işi vaxtında başa çatdıra bilməyəcəyi aydın olduqda, Sifarişçi həmin günlər üçün hesablanmış cərimə məbləğini tələb etməklə yanaşı, Podrat Müqaviləsini də ləğv edə bilər. İddiaçı işlərin icrasında gecikmələrin olmasını iddia etmiş, ilk iddia üzrə cavabdeh bəzi işlərin gecikdirilməsinin obyektiv, onlardan asılı olmayan səbəblərdən (müvafiq rəyin alınması və s.) baş verdiyini bildirərək, gecikdirilmə il bağlı halların onların təqsiri üzündən baş vermədiyini bildirmişdir. Məhkəmənin qənaətinə əsasən gecikmə halları ilə bağlı cavabdehdən cərimənin tutlması hissəsində də iddia təmin olunmamalıdır. Belə ki, iddiaçı tərəfindən müəyyənləşdirilmiş müddəti keçən günlərin sayı, məhz 8-ci maddə ilə bağlı hesablanmış cərimə məbləğləri ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, 31200 manat məbləğində cərimənin cavabdehdən tutlması hissəsində hissəsində də iddia tələbi təmin olunmamalıdır. Belə qənaətə gələrkən məhkəmə həmçinin podrat müqaviləsinin 18.5-ci maddəsinin tələblərini nəzərə alır. Həmin bəndə əsasən Forma 2 hər iki tərəfdən təsdiq edildikdən sonra Podrat Müqaviləsinin 3 sayh Əlavəsində göstərilən nüımməvə uyğun Sifarişçi tərəfindən 2 nüsxədə Forma 3 hazırlanır və orada aylıq görülmüş işə görə ödənilməli olan məbləğ müvafiq cərimələr, tutulmalar və digər maliyyə sanksiyaları, Podrat Müqaviləsindən və qanunvericilikdən irəli gələn digər tutulmalar çıxılmaqla hesablanaraq, işlərin görüldüyü ayın sonuncu günündən etibarən 28 (iyirmi səkkizı təqvim günü ərzində Forma 2 və Forma 3-də ödənilmə üçün müəyyən edilmiş məbləğə uyğun Podratçı tərəfindən təqdim edilən hesab və hesab-faktura əsasında ödənilir. İlkin iddia üzrə iddiaçı müqavilənin əhəmiyyətli dərəcədə pozulması səbəbindən ləğvi nəticəsində dəyən real zərərin və əldən çıxmış faydanın əvəzi kimi 100000 manat məbləğində pulun cavabdehdən tutulmasının xahiş etsə də, həmin tələbi, çəkdiyi və ya çəkməli olduğu xərcləri, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirləri (əldən çıxmış fayda) təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə həmin hissədə də iddia təmin olunmamalıdır. Qarşılıqlı iddia tələbinin bir hissəsini dəymiş zərərə görə 276365 manat (201365+75000) pulun cavabdehdən tutulması təşkil edir. Ərizədə qeyd olunur ki, İddiaçı MTK ilə Cavabdeh MMC arasında bağlanmış 04.03.19-cu il tarixdə PKCHR-CA-001/2019 saylı podrat müqaviləsinə əsasən tikinti işlərində istifadə edilməsi üçün aylıq icarə haqqı 4000 manat olmaqla 800 ədəd iskələ (ayaq altı), aylıq icarə haqqı 1705 manat olmaqla 775 cüt çubuq (qayçı), aylıq icarə haqqı 1300 manat olmaqla alt ayar mili, aylıq icarə haqqı 1750 manat olmaqla 700 ədəd üst ayar mili fiziki şəxs Z. İsmayılovdan 15.06.2019-cu il tarixli icarə müqaviləsinə əsasən icarəyə götürülmüşdür. Həmin icarə müqaviləsi məhkəməyə təqdim edilmişdir. Qarşılıqlı iddiaçı iddia edir ki, İddiaçı MTK tərəfindən onlar əsassız olaraq tikinti sahəsindən çıxarılmış, çıxarılarkən də heç bir mal-material və avadanlıqların, o cümlədən Z. İsmayılovdan icarəyə götürülən 800 ədədə iskələnin (ayaq altı), 775 cüt çubuğun (qayçının), alt ayar milinin və üst ayar milinin götürülməsinə imkan verilməmişdir. Bunun nəticəsində də adları qeyd olunan avadanlıqlara görə Z. İsmayılova 17 iyul 2019-cu il tarixdən bu günədək (23x8755) 201365 (iki yüz bir min üç yüz altmış beş) manat borcları yaranmışdır. Halbuki Bakı Apellyasiya Məhkəməsi adları qeyd olunan malların üzərindən həbsi götürmüş olsa da, cavabdeh qərəzli olaraq həmin malları qaytarmamaqla onları külli miqdarda borclandırmışdır. Ona görə 201365 (iki yüz bir min üç yüz altmış beş) manat İddiaçı MTK-dan alınıb onlara verilməlidir. Bundan başqa, tikinti işlərində istifadə edilməsi üçün Cavabdeh MMC ilə fiziki şəxs Barış Dəmirlə 01 may 2019-cu il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən 1 ədəd Kran aylıq 7500 manat olmaqla icarəyə götürülmüşdür. İddiaçı MTK tərəfindən əsassız olaraq tikinti sahəsindən 18 iyul 2019-cu il tarixdə çıxarıldıqları halda həmin kran Cavabdeh MMC-yə 20 may 2020-ci il tarixdə qaytarılmışdır ki, bunun nəticəsində də, Cavabdeh MMC-nin Barış Dəmirə (10x7500) 75000 (yetmiş beş min) manat borcu yaranmışdır ki, həmin pul da İddiaçı MTK-dan alınıb verilməlidir. Müəyyən olunur ki, mübahisəli kran 20 may 2020-ci il tarixdə qaytarılsa da, digər yuxarıda icarəyə verilən malmaterialların Cavabdeh MMC-yə qaytarılması müəyyən edilməmişdir. Qarşılıqlı iddia tələbinin həmin hissəsinə münasibətdə gəlinən qənaətə əsasən qarşılıqlı iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, müqavilənin ləğvi barədə göndərilən bildirişdən, e-mail yazışmalardan müəyyən olunur ki, qarşılıqlı iddiaçıya müqavilənin 18.07.2019-cu il tarixdən ləğv edildiyi və tərəflərin müqavilə üzrə bütün öhdəliklərinə xitam verildiyi diqqətə çatdırılmaqla, bilidirişin qəbul edildiyi tarixdə Podratçının bütün işlərin təxirəsalınmadan dayandırması, ona məxsus olan mal-materialların tikinti sahəsindən çıxarılması və 15 gün ərzində görülmüş işlərin tikinti norma və qaydalarına uyğun şəkildə sifarişçiyə təhvil verilməsi xahiş edilsə də, həmin müddət ərzində göstərilən mal-materiallar tikinti sahəsindən çıxarılmamışdır. Sonradan məhkəmə prosesi zamanı ilk iddiaçı tərəfindən həmin mal-materialların da daxil olduğu, Cavabdeh MMC-yə məxsus əmlakların siyahısı məhkəməyə təqdim olunmuş və məhkəmə qərarları ilə qeyd olunan icarəyə götürülən əmlaklar istisna olmaqla, digər əmlaklar üzərinə həbs qoyulmuşdur. Bundan başqa, podrat müqaviləsinin 15.2-ci bəndinə əsasən podratçı onun mülkiyyətində yaxud istifadəsində olan, o cümlədən icarəyə götürülmüş, lizinq ilə əldə olunmuş və ya digər vasitə ilə Podratçı tərəfindən təqdim edilmiş əmlakın bu Müqavilənin yerinə yetirilməsindən irəli gələn və ya bununla əlaqədar olan itkisi və va zərərə məruz qalması ilə əlaqədar olaraq Sifarişçiyə münasibətdə bütün iddia, itki, zərər, xərc (o cümlədən hüquq xidmətlərinin göstərilməsi ilə əlaqədar olan xərclər), məsrəf və məsuliyyət üzrə öhdəlik daşıyır və bunlardan Sifarişçini müdafiə edir və qoruyur və Sifarişçinin müvafiq məsuliyyətini ödəyir: Beləliklə, yuxarıda qeyd olunanlar və müqavilə şərtlərinə əsasən məhkəmə belə qənaətə gəlir ki, qarşılıqlı iddiaçı başqa şəxslərlə aralarında olan icarə müqavilə münasibətləri üzrə yerinə yetirilməmiş öhdəliklərinin icrasını iddiaçıdan tələb etməkdə haqlı deyil. Ona görə də məhkəmə həmin hissədə qarşılıqlı iddianı əsassız sayır. Qarşılıqlı iddia tələbinin bir hissəsi də çatışmayan, cədvəldə qeyd edilən əmlakların dəyəri olan 95167,28 manat pul vəsaitinin İddiaçı MMC-dən tutulub Cavabdeh MMC-yə ödənilməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin qənaətinə əsasən qarşılıqlı iddia həmin hissədə də əsassız olduğundan rədd edilməlidir. Belə ki, qarşılıqlı iddiaçı həmin əmlakların mövcudluğu ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Qarşılıqlı iddianın digər bir hissəsini avadanlıqların və mal-materialın geri qaytarılması, həmin avadanlıq və mal-materiala görə əldən çıxmış faydanın cavabdehdən tutulması təşkil edir. Qarşılıqlı iddia ərizəsində göstərilir ki, İddiaçı MTK tərəfindən Cavabdeh MMC-yə məxsus icarəyə verilə biləcək avadanlıqlar (Z. İsmayılovun avadanlıqları və kran çıxıldıqdan sonra) da bu günə kimi Cavabdeh MMC-yə qaytarılmamışdır, həmin əmlaklar geri qaytarılmalı, çatışmayanların isə dəyəri ödənilməlidir, eyni zamanda Cavabdeh MMC həmin əmlakları icarəyə verməklə əldə edəcəyi gəlirdən mərhum olmuşdur. Qarşılıqlı iddia tələbinin həmin hissəsinə münasibət bildirərək məhkəmə qeyd edir ki, avadanlıqların və mal-materialın geri qaytarılması hissəsində iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışının gedişində İddiaçı MTK-nın nümayəndəsi tərəfindən işlərin görüldüyü ərazidə olan və Cavabdeh MMC-yə məxsus 49 adda mal-materialın siyahısı təqdim olunmuş və icarəyə götürülən əmlaklar istisna olunmaqla, digər əmlakların üzərinə həbs qoyulmuşdur. 49 adda əmlakdan qüllə kran Cavabdeh MMC-yə təhvil verilmiş, digər əmlaklar isə təhvil verilməmişdir. Həmin əmlaklardan başqa əmlakların İddiaçı MTKda olması ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Ona görə də məhkəmənin qənaətinə əsasən qarşılıqlı iddia qeyd olunan hissədə qismən təmin olunaraq, İddiaçı MTK-nın təqdim etdiyi 48 adda mal-material Cavabdeh MMC-yə qaytarılmalıdır. Bundan başqa, qarşılıqlı iddiaçı ərizəsində göstərir ki, İddiaçı MTK-da olduğunu iddia etdiyi əmlakların dəyəri kimi göstərdiyi 722,899 manat məbləğin 1/10 hissəsi qədər, ayda təxminən 72289,9 manat icarə haqqından əldə edəcəyi gəlirdən mərhum olmuşdur. Belə ki, tikintiyə başlamazdan öncə Cavabdeh MMC-nin qeyd olunan avadanlıqları icarəyə verməklə gəlir əldə edirdi ki, həmin müqavilələrə görə əmlakın dəyərinin 1/10 hissəsi icarə haqqı kimi qəbul olunurdu (müqavilələr əlavə olunur). Cədvəldə qeyd olunan avadanlıqları iddiaçı özündə saxlamaqla Cavabdeh MMC-nin təxminən əldə edəcəyi (23 ayx72289=1662647) ******* (bir milyon altı yüz altmış iki min altı yüz qırx yeddi) manat gəlirdən məhrum etmişdir ki, həmin pul da iddiaçıdan tutulub Cavabdeh MMC-yə ödənilməlidir. Qeyd olunduğu kimi, İddiaçı MTK tərəfindən əmlakların siyahısı məhkəməyə təqdim olunmuş, həmin əmlakların (bir qismi istisna olmaqla) üzərinə həbs qoyularaq, İddiaçı MTKnın saxlancına verilmişdir. Digər əmlakların İddiaçı MTK-da olmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. İstənilən halda, əmlakların kimin saxlancında olmasından asılı olmayaraq, bütün bu müddətdə həmin əmlaklar üzərində həbs olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəinə əsasən iddianın rədd edilməsi haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfindən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməyə haqlıdır. Qeyd olunan halları və MPM-in müvafiq maddəsinin tələbləri nəzərə alınaraq məhkəmə əldən çıxmış fayda kimi ******* (bir milyon altı yüz altmış iki min altı yüz qırx yeddi) manat məbləğin cavabdehdən tutulması hissəsində də iddianı əsassız sayır və hesab edir ki, həmin hissədə də iddia rədd olunmalıdır. Qarşılıqlı iddianın digər hissəsini İddiaçı MTK-nın Cavabdeh MMC-yə olan borcunu ödəmədiyinə görə gecikdirilmiş ödəniş məbləğinin illik 5 faizinin tutularaq sonuncuya ödənilməsi təşkil edir. Qarşılıqlı iddiaçı ödənişin iki illik gecikdirilməsini nəzərə alaraq, cavabdehdən iki illik faiz borcunun tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, pul məbləğinin ödənilməsi gecikdirildiyindən qarşılıqlı iddiaçı cavabdehdən gecikdirilmiş ödəniş məbləğinin illik 5 faizinin tutulmasını tələb etməkdə haqlıdır. Lakin məhkəmənin qənaətinə əsasən həmin faiz məbləği iki il yox, bir il üçün hesablanmalıdır. Bu qənaətə gələrkən məhkəmə tərəflər arasında bağlanmış müqavilənin 24.4-cü bəndinin tələblərini nəzərə alır. Həmin bəndə əsasən bu Qaydaların 24.1 və ya 24.2-ci maddələrinə müvafiq olaraq Podrat Müqaviləsi xitam olunduqdan sonra podratçı tərəfindən yerinə yetirilməli olan işlər tamamlanmayana qədər və bütün xərclər Sifarişçi tərəfindən qəti olaraq müəyyən edilməyənə qədər Podratçı xitam tarixinə qədər yerinə yetirdiyi işlərin müqabilində 1 (bir) il ərzində hər hansı ödəniş almaq hüququna malik deyildir. Ona görə də qarşılıqlı iddia qeyd olunan hissədə qismən təmin olunaraq, cavabdehdən gecikdirilməyə görə illik 5 % hesablanmaqla 1868,70 manat məbləğində pul qarşılıqlı iddiaçının xeyrinə tutulmalı, qalan hissədə rədd olunmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia təmin olunmamalı, qarşılıqlı iddia qismən təmin olunmalı, İddiaçı Mənzil-Tikinti Koopertivindən görülmüş işlərə görə 37374,38 manat (otuz yeddi min üç yüz yetmiş dörd manat otuz səkkiz qəpik), illik 5 %-lə hesablanmaqla 1868,70 (min səkkiz yüz altmış səkkiz manat yetmiş qəpik) manat olmaqla, cəmi 39243,08 (otuz doqquz min iki yüz qırx üç manat səkkiz qəpik) manat məbləğində pul Cavabdeh Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalı, BW57 tikinti ərazisində olmuş aşağıdakı alət və avadanlıqlar (adlar məhkəməyə təqdim olunan siyahıda olduğu kimi qeyd olunur): 1. EYME BUKME MAKİNA 2 ədəd; 2. KESME MAKİNA 2 ədəd; 3. SU DİSPENSERİ 1 ədəd; 4. ETREQOL EYME UCUN 1 ədəd; 5. SLANQBAUN 1 ədəd; 6. QELİB 40 -2M 9 ədəd; 7. QELİB35 -2 M 5 ədəd; 8. QELİB 40 – İM 17 ədəd; 9. QELİB 35-1M 5 ədəd; 10. QELİB KUNC 3M - 20SM 5 ədəd; 11. LESA1.20 - 1.45 (çalışma iskələsi dəst) 30 ədəd; 12. DORD YOL BAŞLİQLİ REZBA (başlıq nipel) 88 ədəd; 13. ALT AYAR MİLİ 260 ədəd; 14. QELİB 50 –İM 187 ədəd; 15. QELİB 50-2 M 75 ədəd; 16. SALYANQOZ 1500 ədəd; 17. PAYANDA ALTLİQİ 40 ədəd; 18. QURSAQ UCUN PAYANDA BAQLAYİCİ 41 ədəd; 19. SANCAQ PİM 25 ədəd; 20. PAYANDA 17 ədəd; 21. QELİB UCUN KORKULUQ 15 ədəd; 22. BADYA 1 ədəd; 23. DEMİR QELİB 50 1 M 105 ədəd; 24. DEMİR QELİB 50 1 M 75 ədəd; 25. UQOLNİK 3 M 30 ədəd; 26. UST AYAR MİLİ 280 ədəd: 27. ALT AYAR MİLİ 700 ədəd; 28. İSKELE DEST 150-180 446 ədəd; 29. ELEKTRİK PANOSU BOYUK 1 ədəd; 30. AYAQ ALTİQİ İSKELE UCUN 76 ədəd; 31. İSKELE 1.10 -150 124 ədəd; 32. İSKELE 120-150 140 ədəd; 33. İSKELE 150-180 159 ədəd; 34. CARPASLAR İSKELE UCUN 150 ədəd; 35. İSKELE 150- 180 33 ədəd; 36. FLYANSL1 DİREK 3M 72 ədəd; 37. DİREK QOLU 3M (flyanslı iskələ qolu 3 m) 133 ədəd;

38. ALT MİL48 45 ədəd; 39. BAŞLİQ NİPEL 200 ədəd; 40. AYAQ ALTİ DEMİR 32 ədəd; 41. İSKELE 150-180 dest 462 ədəd; 42. DOKA 4 M 160 ədəd; 43. Ust ayar mili 250 ədəd; 44. Teleskopikdirek 40 ədəd; 45. taxta 5*10 5 m3; 46. dikt 18 mm 100 ədəd; 47. Taxta Azman (5x20) 1000 metr; 48. Plywood 550 ədəd İddiaçı Mənzil Tikinti Koopertivindən alınaraq Cavabdehnə qaytarılmalı, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumları ilkin iddia rədd edildiyindən və qarşılıqlı idda üzrə tələb olmadığından hər iki hər iki iddia üzrə iddiaçılara aid edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 161,52 manat (yüz altmış bir manat əlli iki qəpik) pulun 110 (yüz on) manat hissəsi İddiaçı Mənzil-Tikinti Koopertivindən, 51,52 manat (əlli bir manat əlli iki qəpik) hissəsi Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidiir.

Nəticə hissəsi:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı Mənzil-Tikinti Koopertivindən görülmüş işlərə görə 37374,38 manat (otuz yeddi min üç yüz yetmiş dörd manat otuz səkkiz qəpik), illik 5 %-lə hesablanmaqla 1868,70 (min səkkiz yüz altmış səkkiz manat yetmiş qəpik) manat olmaqla, cəmi 39243,08 (otuz doqquz min iki yüz qırx üç manat səkkiz qəpik) manat məbləğində pul Cavabdeh xeyrinə tutulsun. BW57 tikinti ərazisində olmuş aşağıdakı alət və avadanlıqlar: 1. EYME BUKME MAKİNA 2 ədəd; 2. KESME MAKİNA 2 ədəd; 3. SU DİSPENSERİ 1 ədəd; 4. ETREQOL EYME UCUN 1 ədəd; 5. SLANQBAUN 1 ədəd; 6. QELİB 40 -2M 9 ədəd; 7. QELİB35 -2 M 5 ədəd; 8. QELİB 40 – İM 17 ədəd; 9. QELİB 35-1M 5 ədəd; 10. QELİB KUNC 3M - 20SM 5 ədəd; 11. LESA1.20 -1.45 (çalışma iskələsi dəst) 30 ədəd; 12. DORD YOL BAŞLİQLİ REZBA (başlıq nipel) 88 ədəd; 13. ALT AYAR MİLİ 260 ədəd; 14. QELİB 50 –İM 187 ədəd;

15. QELİB 50-2 M 75 ədəd; 16. SALYANQOZ 1500 ədəd; 17. PAYANDA ALTLİQİ 40 ədəd;

18. QURSAQ UCUN PAYANDA BAQLAYİCİ 41 ədəd; 19. SANCAQ PİM 25 ədəd; 20. PAYANDA 17 ədəd; 21. QELİB UCUN KORKULUQ 15 ədəd; 22. BADYA 1 ədəd; 23. DEMİR QELİB 50 1 M 105 ədəd; 24. DEMİR QELİB 50 1 M 75 ədəd; 25. UQOLNİK 3 M 30 ədəd; 26. UST AYAR MİLİ 280 ədəd: 27. ALT AYAR MİLİ 700 ədəd; 28. İSKELE DEST 150- 180 446 ədəd; 29. ELEKTRİK PANOSU BOYUK 1 ədəd; 30. AYAQ ALTİQİ İSKELE UCUN 76 ədəd; 31. İSKELE 1.10 -150 124 ədəd; 32. İSKELE 120-150 140 ədəd; 33. İSKELE 150- 180 159 ədəd; 34. CARPASLAR İSKELE UCUN 150 ədəd; 35. İSKELE 150- 180 33 ədəd;

36. FLYANSL1 DİREK 3M 72 ədəd; 37. DİREK QOLU 3M (flyanslı iskələ qolu 3 m) 133 ədəd; 38. ALT MİL48 45 ədəd; 39. BAŞLİQ NİPEL 200 ədəd; 40. AYAQ ALTİ DEMİR 32 ədəd; 41. İSKELE 150-180 dest 462 ədəd; 42. DOKA 4 M 160 ədəd; 43. Ust ayar mili 250 ədəd; 44. Teleskopikdirek 40 ədəd; 45. taxta 5*10 5 m3; 46. dikt 18 mm 100 ədəd; 47. taxtaAzman (5x20) 1000 metr; 48. Plywood 550 ədəd İddiaçı MənzilTikinti Koopertivindən alınaraq Cavabdehnə qaytarılsın. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu hər iki iddia üzrə iddiaçılara aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 161,52 manat (yüz altmış bir manat əlli iki qəpik) pulun 110 (yüz on) manat hissəsi İddiaçı Mənzil-Tikinti Koopertivindən, 51,52 manat (əlli bir manat əlli iki qəpik) hissəsi Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar