Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-402/2023 12.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, iddiaçının nümayəndəsi X4, iddiaçının qanuni təmsilçisi X3, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh Şirkətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh Şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Baker Huges Services İnternational LLC” şirkətindən İddiaçı MMC-nin xeyrinə kimyəvi saxlama anbarı üçün quraşdırılmış 11 ədəd sürüşmə qapılarına görə yaranmış 86.152 manat əsas borcun və hesablanmış 10.473,1 manat faiz borcunun, cəmi 96.625,1 manat pulun; X8 kimyəvi anbarın (66x15x5m) tikintisinə görə yaranmış 65.056 manat əsas və 8.552,9 manat faiz borcunun, cəmi 73.608,9 manat pulun; emalatxana arxasına beton plitələrin (33x25m) qurşadırılmasına görə yaranmış 60.425 manat əsas və 9.478,7 manat faiz borcunun,cəmi 69.903,7 manat pulun; anbar və emalatxana arasında beton plitələrin (17x21m) quraşdırılmasına görə yaranmış 26.405 manat əsas və 3.598,1 manat faiz borcunun, cəmi 30.003,1 manat pulun; ehtiyat hissələri anbarının (15x15m) inşasına görə yaranmış 45.717 manat əsas və 6.229,5 manat faiz borcunun, cəmi 51.946,5 manat pulun; kimyəvi anbar üçün əlavə sahənin (15x15m) inşasına görə yaranmış 37.625 manat əsas və 5.126 manat faiz borcunun,cəmi 42.751 manat pulun; kimya anbarının (24x20m) inşasına görə yaranmış 64.282 manat əsas və 9.006.5 manat faiz borcunun,cəmi 73.288,5 manat pulun; yeni sementləmə sahəsində beton plitələrin (4387 kv.m.) quraşdırılmasına görə yaranmış 353.575 manat əsas və 43.711 manat faiz borcunun, cəmi 397.286 manat pulun; yeni yuyucu üçün (81x30m) kimyəvi anbarın arxasında beton plitələrin və kanalizasiya sisteminin (2.430 kv.m.) quraşdırılmasına görə yaranmış 182.230 manat əsas və 22.528,4 manat faiz borcunun, cəmi 204.758,4 manat pulun; yeni yuma sahəsi arxasında çınqılların (81x81m) döşənməsinə görə yaranmış 15.240 manat əsas və 1.800 manat faiz borcunun,cəmi 17.040 manat pulun; yerləşdirmə sahəsində (“Lay down area”) çınqılların (5.008 kv.m.) döşənməsinə görə yaranmış 114.840 manat əsas və 14.197,4 manat faiz borcunun,cəmi 129.037,2 manat pulun; yeni yuma sahəsi hasarının (60x3m) quraşdırılmasına görə yaranmış 15.128 manat əsas və 2.061 manat faiz borcunun,cəmi 17.189 manat pulun; icarəyə verilmiş konteynerlərin qaytarılmamasına görə hesablanmış 525.528 manat borcun, cəmi 1.736.785,8 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh “Baker Huges Services İnternational LLC” şirkəti arasında 10 ilə yaxın müddəti əhatə edən etibarlı əməkdaşlıq münasibətləri mövcud olmuşdur. Sonuncu dəfə, 2019-2020-ci illərdə cəmiyyət tərəfindən şirkət üçün müxtəlif xarakterli işlər görülmüş, 9 ədəd konteyner icarəyə verilmişdir. Lakin podrat işlərin əvəzi bu günədək ödənilməmiş, icarəyə götürülmüş konteynerlərin özü qaytarılmamış və bu müddət üçün icarə haqqı ödəməkdən də imtina edilmişdir. Cəmiyyətin Şirkətə qarşı iddia tələbləri ilə bağlı aşağıdakıları məhkəmənin diqqətinə çatdırmaq istəyirlər. İ. Şirkətin müvafiq təhvil-qəbul aktları imzalamaqla görüldüyünü təsdiq etdiyi işlər A. Kimyəvi saxlama anbarı üçün sürüşmə qapılarının çatdırılması və quraşdırılması. Tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən, cəmiyyət tərəfindən şirkət üçün 13 ədəd sürüşmə qapısının quraşdırılması həyata keçirilməli idi. Buna görə, şirkət tərəfindən cəmiyyətə 27 mart 2020-ci ildə 2 sifariş orderi (********** və ********** nömrəli) təqdim edilmişdir. Həmin sifariş orderləri 1 və 2 saylı qapılar üçün verilmişdir; hər bir qapıya görə ödənilməli olan məbləğ, 7.832 manat təşkil etmişdir. Qeyd edilən qapılar şirkətə məxsus ərazidə quraşdırılmış və dəyəri də ödənilmişdir. Digər 11 ədəd qapı (3-13 saylı) üzrə də cəmiyyət öz üzərinə düşən öhdəliyi lazımınca icra etmişdir. Belə ki, tərəflər arasında imzalanmış DR110920 saylı, xx.xx.2020-ci il tarixli təslim aktı ilə 3-6 saylı qapıların; DR130920 saylı, xx.xx.2020-ci il tarixli təslim aktı ilə cavabdeh 7- 13 saylı qapıların şirkətə məxsus binada quraşdırılmasını təsdiq etmişdir. Göründüyü kimi, 13 ədəd qapının quraşdırılması həyata keçirilmiş olsa da, şirkət yalnız 2 qapının dəyərini ödəmişdir. Qapılara görə cavabdehin iddiaçıya olan əsas borcu 86.152 (11 ədəd x 7.832 manat) manat təşkil edir. Bundan başqa, dəfələrlə şifahi qaydada tələb etmələrinə baxmayaraq şirkət heç əsas olmadan pulun ödənilməsini gecikdirmişdir. Tərəflər arasındakı işgüzar münasibətlərə əsasən, pulun ödənilməsi işlərin təhvil verilməsindən sonra 120 gün ərzində həyata keçirilməli idi. Qapılar 14 mart 2020-ci ildə quraşdırıldığından ən geci 15 iyul 2020ci il tarixinədək ödəniş olunmalı idi. Deməli, gecikdirmə müddəti, 15 dekabr 2020-ci ildən bu günədək 885 günə bərabərdir. Faiz məbləği aşağıdakı kimi hesablanır: Gecikdirilmiş məbləğin (86.152 manat) illik 5 faizi 4307 manat, günlük 5 faizi 11,8 manat edir. Deməli, 885 günlük gecikməyə görə, Şirkət MM m. 445.7-yə əsasən, 10.473,1 manat faiz ödəməlidir. Beləliklə, kimyəvi saxlama anbarı üçün sürüşmə qapılarının çatdırılması və quraşdırılması işlərinə görə, Cavabdehdən 86.152 manat əsas və 10.473,1 manat faiz məbləğinin ödənilməsi tələb edilir. B. X8 kimyəvi anbarın tikintisi (66x15x5m) Tərəflər arasında imzalanmş DR0120CS saylı təslim aktı vardır. Həmin təslim aktı ilə təsdiq edilir ki, 2019-cu ilin dekabr ayında cəmiyyət tərəfindən şirkət üçün X8 kimyəvi anbarın tikintisi (66x15x5m) həyata keçirilmiş və Şirkət bu işləri təhvil almışdır. Görülmüş işlərin dəyəri 65.056 manat təşkil edir. Lakin keçən dövr ərzində Cavabdeh həmin işlərin dəyərini İddiaçıya ödəməmişdir. Cavabdeh 65.056 manat pulun ödənilməsini 2020-ci ilin 1 aprelindən etibarən gecikdirir: gecikmə müddəti 961 günə bərabərdir. İşlərin dəyərinin (65.056 manatın) illik 5 faizi 3.252 manat, günlük 5 faizi isə, 8,9 manat təşkil edir. Deməli, 961 gün üçün həmin məbləğ – 8.552,9 manata bərabərdir. Beləliklə, cavabdehdən X8 kimyəvi anbarın tikintisi (66x15x5m) ilə bağlı yaranmış 65.056 manat əsas və 8.552,9 manat faiz borcunun ödənilməsi tələb edilir. İİ. Şirkətin faktiki qəbul etdiyi, lakin heç bir əsas olmadan təhvil-qəbul aktlarını imzalamaqdan imtina etdiyi işlər Burada sadalanan işlərin hamısı iddiaçı tərəfindən 2019-cu ilin sonlarında və 2020- ci ildə görülmüş və cavabdehə təhvil verilmişdir. Hazırda cavabdeh həmin işlərin nəticələrindən faydalanmaqdadır. Keçən dövr ərzində bu işlərin qüsurları ilə bağlı heç bir irad bildirilməmiş, lakin təhvil-qəbul aktlarının imzalanmasından boyun qaçırılmışdır. MM m. 770-ə görə,“Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır”. Bu işlər aşağıdakılardır: C. Emalatxana arxasına beton plitələrin quraşdırılması (33x25m) Cəmiyyət 825 kv.m. sahədə beton plitələrin quraşdırılmasını təmin etmişdir. İşlər 2019-cu ilin may ayında təhvil verilmişdir. İşlərin dəyəri, 60.425 manat təşkil etmişdir. Tərəflər arasındakı işgüzar əlaqələrə görə, işin dəyəri (Cəmiyyətin muzdu) 120 gün ərzində, yəniən geci 1 oktyabr 2019-cu ilədək ödənilməli idi. Lakin ödəmə həyata keçirilməmişdir. Gecikdirilən məbləğin illik 5 faizi 3.021,25 manat, günlük 5 faizi isə, 8,3 manat təşkiledir. Gecikdirilən dövr (01 oktyabr 2019-17 noyabr 2022) 1.142 günə bərabərdir. Deməli, gecikdirilən müddət üçün MM m. 445.7-ə əsasən hesablanan faiz məbləği, 9.478 manat təşkil edir. Beləliklə, Cavabdehdən emalatxana arxasına beton plitələrin quraşdırılması (33x25m) işləri ilə bağlı yaranmış 60.425 manat əsas və 9.478.7 manat faiz borcunun ödənilməsi tələb edilir. D. Anbar və emalatxana arasında beton plitələrin quraşdırılması (17x21m) Cəmiyyət 357 kv.m. sahədə beton plitələrin quraşdırılmasını təmin etmişdir. İşlər 2019-cu ilin may ayında təhvil verilmişdir. İşlərin dəyəri, 26.405 manat təşkil etmişdir. Tərəflər arasındakı işgüzar əlaqələrə görə, işin dəyəri (Cəmiyyətin muzdu) 120 gün ərzində, yəniən geci 1 oktyabr 2019-cu ilədək ödənilməli idi. Lakin ödəmə həyata keçirilməmişdir. Gecikdirilən məbləğin illik 5 faizi 1320,25 manat, günlük 5 faizi isə, 3,63 manat təşkiledir. Gecikdirilən dövr (01 oktyabr 2019-17 noyabr 2022) 1.142 günə bərabərdir. Deməli, gecikdirilən müddət üçün MM m. 445.7-ə əsasən hesablanan faiz məbləği, 3.598,1 manat təşkil edir. Beləliklə, Cavabdehdən anbar və emalatxana arasında beton plitələrin quraşdırılması (17x21m) işləri ilə bağlı yaranmış 26.405 manat əsas və 3.598,1 manat faiz borcunun ödənilməsi tələb edilir. E. Ehtiyat hissələri anbarının inşası (15x15m) Cəmiyyət 225 kv.m. sahədə ehtiyat hissələri anbarı inşa etmişdir. İşlər 2019-cu ilin noyabr ayında təhvil verilmişdir. İşlərin dəyəri, 45.717 manat təşkil etmişdir. Tərəflər arasındakı işgüzar əlaqələrə görə, işin dəyəri (Cəmiyyətin muzdu) 120 gün ərzində, yəni ən geci 1 mart 2020-ci ilədək ödənilməli idi. Lakin ödəmə həyata keçirilməmişdir. Gecikdirilən məbləğin illik 5 faizi 2.285,8 manat, günlük 5 faizi isə, 6,25 manat təşkil edir. Gecikdirilən dövr (01 mart 2020-17 noyabr 2022) 992 günə bərabərdir. Deməli, gecikdirilən müddət üçün MM m. 445.7-ə əsasən hesablanan faiz məbləği, 6.229,5 manat təşkiledir. Beləliklə, Cavabdehdən ehtiyat hissələrianbarı inşası (15x15m) ilə bağlı yaranmış 45.717 manat əsas və 6.229,5 manat faiz borcunun ödənilməsi tələb edilir. F. Kimyəvi anbar üçün əlavə sahənin inşası (15x15m) Cəmiyyət 255 kv.m. sahədə kimyəvi anbar üçün əlavə sahə (bina) inşa etmişdir. İşlər 2019-cu ilin noyabr ayında təhvil verilmişdir. İşlərin dəyəri, 37.625 manat təşkil etmişdir. Tərəflər arasındakı işgüzar əlaqələrə görə, işin dəyəri (Cəmiyyətin muzdu) 120 gün ərzində, yəni ən geci 1 mart 2020-ci ilədək ödənilməli idi. Lakin ödəmə həyata keçirilməmişdir. Gecikdirilən məbləğin illik 5 faizi 1.881 manat, günlük 5 faizi isə, 5.16 manat təşkiledir. Gecikdirilən dövr (01 mart 2020-17 noyabr 2022) 992 günə bərabərdir. Deməli, gecikdirilən müddət üçün MM m. 445.7-ə əsasən hesablanan faiz məbləği, 5.126 manat təşkiledir. Beləliklə, Cavabdehdən ehtiyat hissələri anbarı inşası (15x15m) ilə bağlı yaranmış 37.625 manat əsas və 5.126 manat faiz borcunun ödənilməsi tələb edilir. G. Kimya anbarının inşası (24x20m) Cəmiyyət 480 kv.m. sahəyə malik kimya anbarı inşa etmişdir. İşlər 2019-cu ilin oktyabr ayında təhvil verilmişdir. İşlərin dəyəri, 64.282 manat təşkil etmişdir. Tərəflər arasındakı işgüzar əlaqələrə görə, işin dəyəri (Cəmiyyətin muzdu) 120 gün ərzində, yəni ən geci 1 fevral 2020-ci ilədək ödənilməli idi. Lakin ödəmə həyata keçirilməmişdir. Gecikdirilən məbləğin illik 5 faizi 3.214 manat, günlük 5 faizi isə, 8.8 manat təşkil edir. Gecikdirilən dövr (01 fevral 2020-17 noyabr 2022) 1.020 günə bərabərdir. Deməli, gecikdirilən müddət üçün MM m. 445.7-ə əsasən hesablanan faiz məbləği, 9.006,5 manat təşkil edir. Beləliklə, Cavabdehdən kimya anbarının (24x20m) inşası ilə bağlı yaranmış 64.282 manat əsas və 9.006.5 manat faiz borcunun ödənilməsi tələb edilir. H. Yeni sementləmə sahəsində beton plitələrin quraşdırılması (4387 kv.m.) Cəmiyyət 4387 kv.m. sahədə beton plitələrin quraşdırılmasını həyata keçirmişdir. İşlər 2020-ci ilin fevral ayında təhvil verilmişdir. İşlərin dəyəri, 353.575 manat təşkil etmişdir. Tərəflər arasındakı işgüzar əlaqələrə görə, işin dəyəri (Cəmiyyətin muzdu) 120 gün ərzində, yəni ən geci 1 iyun 2020-ci ilədək ödənilməli idi. Lakin ödəmə həyata keçirilməmişdir. Gecikdirilən məbləğin illik 5 faizi 17.678,75 manat, günlük 5 faizi isə, 48,5 manat təşkiledir. Gecikdirilən dövr (01 iyun 2020-17 noyabr 2022) 900 günə bərabərdir. Deməli, gecikdirilən müddət üçün MM m. 445.7-ə əsasən hesablanan faiz məbləği, 43.711 manat təşkiledir. Beləliklə, Cavabdehdən yeni sementləmə sahəsində beton plitələrin quraşdırılması (4387 kv.m.) ilə bağlı yaranmış 353.575 manat əsas və 43.711 manat faiz borcunun ödənilməsi tələb edilir. İ. Yeni yuyucu üçün (81x30m) kimyəvi anbarın arxasında beton plitələrin və kanalizasiya sisteminin quraşdırılması (2.430 kv.m.) Cəmiyyət bu işləri görmüş və 2020-ci ilin yanvar ayında təhvil verilmişdir. İşlərin dəyəri, 182.230 manat təşkil etmişdir. Tərəflər arasındakı işgüzar əlaqələrə görə, işin dəyəri (Cəmiyyətin muzdu) 120 gün ərzində, yəni ən geci 01 iyun 2020-ci ilədək ödənilməli idi. Lakin ödəmə həyata keçirilməmişdir. Gecikdirilən məbləğin illik 5 faizi 9.115 manat, günlük 5 faizi isə, 25 manat təşkil edir. Gecikdirilən dövr (01 iyun 2020-17 noyabr 2022) 900 günə bərabərdir. Deməli, gecikdirilən müddət üçün MM m. 445.7-ə əsasən hesablanan faiz məbləği, 22.528,4 manat təşkil edir. Beləliklə, Cavabdehdən beton plitələrin və kanalizasiya sisteminin quraşdırılması (2.430 kv.m.) işlərinin görülməsilə bağlı yaranmış 182.230 manat əsas və 22.528,4 manat faiz borcunun ödənilməsi tələb edilir. J. Yeni yuma sahəsi arxasında çınqılların döşənməsi (81x8m) Ümumilikdə, 648 kv.m. sahənin çınqıllarla döşənməsi işləri 2020-ci ilin fevralayında görülmüş və Şirkətə təhvil verilmişdir. Bu işlərin dəyəri, 15.240 manat təşkiledir. Pulun ödənilməsi 01 iyun 2020-ci il tarixdən gecikdirilir. Gecikdirilən məbləğin illik 5 faizi 762 manat, günlük 5 faizi isə, 2 manat təşkil edir. Gecikdirilən dövr (01 iyun 2020-17 noyabr 2022) 900 günə bərabərdir. Deməli, gecikdirilən müddət üçün MM m. 445.7-ə əsasən hesablanan faiz məbləği, 1800 manat təşkiledir. Beləliklə, adıçəkilən işlərinin görülməsilə bağlı yaranmış 15.240 manat əsas və 1800 manat faiz borcunun ödənilməsi tələb edilir. K. Yerləşdirmə sahəsində (“Lay down area”) çınqılların döşənməsi (5.008 kv.m.) Bu işlərin görülməsi 2020-ci ilin fevralında tamamlanmışdır. İşlərin dəyəri114.840 manat təşkil edir və ən geci, 01 iyun 2020-ci ilədək ödənilməli idi. Gecikdirilən məbləğin illik 5 faizi 5.742 manat, günlük 5 faizi isə, 15.7 manat təşkil edir. Gecikdirilən dövr (01 iyun 2020-17 noyabr 2022) 900 günə bərabərdir. Deməli, gecikdirilən müddət üçün MM m. 445.7-ə əsasən hesablanan faiz məbləği, 14.197.4 manat təşkil edir. Beləliklə, Cavabdehdən adı çəkilən işlərinin görülməsilə bağlı yaranmış 114.840 manat əsas və 14.197,4 manat faiz borcunun ödənilməsi tələb edilir. L. Yeni yuma sahəsi hasarının quraşdırılması (60x3m) Bu işlərin görülməsi 2019-cu ilin noyabrında tamamlanmışdır. İşlərin dəyəri 15.128 manat təşkil edir və ən geci, 01 mart 2020-ci ilədək ödənilməli idi. Gecikdirilən məbləğin illik 5 faizi 756.4 manat, günlük 5 faizi isə, 2,08 manat təşkil edir. Gecikdirilən dövr (01 mart 2020-17 noyabr 2022) 992 günə bərabərdir. Deməli, gecikdirilən müddət üçün MM m. 445.7-ə əsasən hesablanan faiz məbləği, 2061 manat təşkil edir. Beləliklə, Cavabdehdən sözü gedən hasarın inşası (60x3m) ilə bağlı yaranmış 15.128 manat əsas və 2061 manat faiz borcunun ödənilməsi tələb edilir. İİİ. İcarəyə verilmiş konteynerlərin qaytarılmamasına görə hesablanmış icarə haqqı borcunun ödənilməsi tələbi Cavabdeh, İddiaçıdan 9 ədəd müxtəlif ölçülü konteynerləri icarəyə götürmüşdür. Konteynerlər üzrə sonuncu icarə haqqı 2018-ci ilin mart ayında ödənilmişdir. Cavabdeh həmin konteynerləri bu günədək İddiaçıya qaytarmamışdır. Dəfələrlə müraciət etmələrinə və hətta konteynerləri götürmək üçün cavabdehin ərazisinə getsələr də, mühafizə onlara konteynerləri götürməyə maneə olmuşdur. Sözü gedən 9 konteyner üzrə aylıq icarə haqqı, cəmi 9.732 manat təşkil etmişdir. Gecikmə müddəti, 54 aya (aprel 2018-noyabr 2022) bərabərdir. Bu müddət üzrə ödənilməmiş icarə haqqı məbləği, 525.528 manat (9732 AZN x 54ay) təşkil edir. Tələbin hüquqi əsasını, MM m. 697.1/c. 1(“Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. “) və m. 697.2/c. 1 (“Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər ... .”) təşkil edir. Beləliklə, Cavabdehdən konteynerləri özündə saxlayaraq İddiaçıya qaytarmadığına görə, 525.528 manat pul tələb edilir. xx.xx.2022-ci il tarixdə Cavabdeh Şirkəti iddaya qarşı etiraz verərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki: Kimyəvi saxlanma anbarı üçün 11 ədəd sürüşmə qapılarının çatdırılması və quraşdırılması üçün xidmət haqqının və faizin ödənilməsi ilə bağlı; İddiaçı iddia edir ki, cavabdeh ona 11 ədəd sürüşmə qaplarının çatdırılması və qurşadırılmasına görə 86.152 manat xidmət haqqını və bu xidmət haqqının ödənilməsinin 885 gün (15 dekabr 2020 - 18 noyabr 2022) gecikdirilməsinə görə 10.473,10 manat məbləğində faiz ödəməlidir. Bununla əlaqədar məhkəməyə aşağıdakıları bildirmək istəyirlər: Xidmət haqqı ilə əlaqədar; İddiaçı həqiqətən də cavabdehin sifarişləri əsasında iddia ərizəsində qeyd edilən 11 ədəd sürüşmə qapısını çatdırmış və quraşdırmışdır. Lakin, iddiaçının çatdırdığı və quraşdırdığı bu qapılar keyfiyyətsiz olmuşdur. Belə ki, həmin qapılar quraşdırıldıqdan qısa müddət sonra baş vermiş küləyin təsiri nəticəsində tamamilə yararsız hala düşmüşlər. Bu barədə cavabdeh iddiaçıya qapıların keyfiyyətsiz olması barədə öz iradlarını bildirmişdir. İddiaçı müxtəlif bəhanələrlə qapıların keyfiyyəti barədə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Yaranmış belə bir vəziyyətdə cavabdeh öz vəsaiti hesabına həmin qapıları lazımı keyfiyyətli qapılar ilə əvəz etmişdir. Beləliklə, iddiaçı tərəfindən işin keyfiyyətsiz aparılması səbəbindən cavabdeh əlavə xərclər çəkməli olmuşdur. AR Mülki Məcəllənin 436-cı maddəsinə görə "Əgər icranın keyfiyyəti müqavilədə müfəssəl müəyyənləşdirilməyibsə, borclu ən azı orta keyfiyyətli iş görməli və orta keyfiyyətli əşya verməlidir." Həmin Məcəllənin 581.2-ci maddəsinə görə "Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur." Həmin Məcəllənin 587.1.3-ci maddəsinə görə lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin. Qeyd edilənlərə görə də hesab edirlər ki, 11 ədəd sürüşmə qapısının çatdırılması və quraşdırılmasına görə iddiaçının tələb etdiyi 86.152 manat xidmət haqqının məbləğindən cavabdehin həmin qapıların qüsurlarının aradan qaldırılması üçün çəkdiyi xərclərinin məbləği çıxılmalıdır. Faiz ilə əlaqədar; İddiaçı iddia edir ki, guya cavabdeh 86.152 manat xidmət haqqının ödənilməsini 885 gün (15 dekabr 2020-dan 18 noyabr 2022-dək olan müddət) gecikdirmişdir. İddiaçının bu iddiası tamamilə əsassızdır. Məsələ orasındadır ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış 26 noyabr 2012-ci il tarixli BHİ-FM/2012/01 saylı müqavilənin (30 oktyabr 2017-ci il tarixli 5 saylı Əlavə ilə dəyişiklik edilmiş) 2.2-ci bəndinə görə "Podratçı tərəfindən göstərilən xidmətə görə Şirkət hər işə aid olan təkliflərdə göstərilmiş və Şirkət tərəfindən öncədən razılaşdırılmış tariflər üzrə ödəniş edir". Həmin Müqavilənin 2.3 bəndinə görə "Şirkət Müqavilə üzrə ödənişlərini düzgün hazırlanmış hesabın Şirkət mühasibatlığı tərəfindən alınmasından doxsan (90) təqvim günü edir". Müqavilədən aydın görünür ki, müqavilə üzrə cavabdehin sifariş etdiyi işlərə görə iddiaçıya xidmət haqqı ödəmək öhdəliyi həmin işlərə görə "düzgün hazırlanmış hesabın" (yəni, cavabdeh tərəfindən öncədən razılaşdırılmış tariflərə uyğun olaraq tərtib edilmiş hesabı) cavabdehə təqdim edilməsi anından yaranır və cavabdeh bu öhdəliyini 90 təqvim günü ərzində icra etməlidir. Lakin, iddiaçı qeyd edilən qapıların çatdırılması və quraşdırılmasına görə hesabı cavabdehə yalnız və yalnız 14 iyul 2022-ci il tarixdə, yəni hazırkı mübahisənin mediasiyada olduğu vaxt təqdim etmişdir. İddiaçının bu xidmətə görə təqdim etdiyi e- qaimə və elektron vergi hesab-fakturası əlavə edilir. Hesab 14 iyul 2022-ci il tarixdə təqdim edildiyindən, həmin hesabın ödənilməsi üçün 90 təqvim günlük müddətin axımı 15 iyul 2022-ci il tarixdə başlamış və 12 oktyabr 2022-ci il tarixdə bitmişdir. İddiaçı ödəniş üçün bu müddətin bitməsini gözləmədən mediasiya prosesinə başlamışdır. Yuxarıda qeyd edilənlərdən aydın görünür ki, faizin 15 dekabr 2020-ci il tarixdən hesablanması əsassızdır və cavabdeh xidmət haqqının ödənilməsini 885 gün gecikdirməmişdir. B - L başlığı altında olan tələblər ilə bağlı; Bu tələblər ilə bağlı məhkəməyə bildirmək istəyirlər ki, cavabdehin mühasibatlığında olan sənədlərin təhlili göstərir ki, cavabdehin sifarişləri əsasında gördüyü işlərə görə iddiaçı tərəfindən təkcə 01 dekabr 2019 - 31 dekabr 2021-ci il tarixləri ərzində ümumi məbləği 1.646.520 manat olan 29 ədəd hesab-faktura təqdim etmişdir. Cavabdeh bu hesab-fakturaları tam olaraq ödəmişdir. Həmin hesab-fakturaların ilkin təhlilindən məlum olmuşdur ki, 01 dekabr 2019 - 31 dekabr 2021- cı il tarixlərdə iddiaçının təqdim etdiyi hesab fakturalar - ərazidə müxtəlif təyinatlı obyektlərin tikintisi, müxtəlif növ tikintiquraşdırma və abadlıq işlərinin ararılmasına görə olmuşdur. Hesab-fakturaların ilkin təhlili ona deməyə əsas verir ki, iddiaçının hazırda B-L başlıqlı iddiaları ilə tələb etdiyi məbləğlər tam və ya qismən cavabdeh tərəfindən artıq ödənilmişdir və hazırda iddiaçı artıq ödənilmiş işlərə görə cavabdehdən təkrar ödəniş tələb edir. Cavabdeh hal-hazırda bütün ödəniş sənədlərinin (satınalma sifarişləri, hesab-fakturalar və sair) toplanılmasını və təhlilini davam etdirir və bu prosesin yaxın zamanda yekunlaşması gözlənilir. Sənədlərin toplanılması və təhlili yekunlaşdıqdan sonra cavabdeh məhkəməyə B-L başlığı altında olan iddialar ilə əlaqədar öz yekun mövqeyini bildirəcəkdir. C. Kontenyerlərin icarə haqqı tələbi ilə bağlı; İddiaçı iddia edir ki, cavabdeh ondan icarə götürdüyü 9 ədəd konteyneri qaytarmamış və bu səbəbdən konteynerlərin 54 ay müddəti ərzində qaytarılmamasına görə 525.528 manat məbləğində icarə haqqı tələb edir. İddiaçının bu tələbi də əsassızdır. Cavabdeh icarəyə götürüdüyü 9 ədəd konteyneri iddiaçıya hələ 2018-ci ilin aprel ayında geri qaytarmışdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, 9 ədəd konteyner "Sangachal landfall" adlanan ərazidə istifadə edilməsi üçün icarəyə götürmüşdür. Məlumat üçün qeyd edirik ki, "Sangachal landfall" adlanan ərazi BP şirkətinə məxsus olan ərazidir. Cavabdeh 2018-ci ilin mart-aprel aylarında "Sangachal landfall" adlı ərazidən çıxmağa (təxris etmə prosesi) başlamışdır. "Sangachal landfall" adlı ərazidən çıxma prosesinin tərkib hissəsi kimi cavabdeh 2018-ci ilin mart ayında iddiaçıdan 9 ədəd konteynerin sökülməsi və ərazidən götürülməsi xidmətləri barədə qiymət təklifi almışdır. İddiaçı cavabdehə Q026/BH18 nömrəli xx.xx.2018-ci il tarixli qiymət təklifi göndərmişdir. Qiymət təklifində iddiaçı "Sangachal landfall" adlı ərazidən təxrisedilmə prosesi çərçivəsində 9 ədəd konteynerin sökülməsi və ərazidən götürülməsi xidmətlərinin qiymətini göstərmişdir. Adı çəkilən qiymət təklifi əsasında cavabdeh "Sangachal landfall" adlı ərazidən təxrisedilmə prosesi çərçivəsində 9 ədəd konteynerin sökülməsi və ərazidən götürülməsi xidmətləri üçün iddiaçıya ********** nömrəli 6 aprel 2018-ci il tarixli satınalma sifarişi vermişdir. İddiaçı cavabdehin adıçəkilən satınalma sifarişini yerinə yetirmiş və 9 ədəd konteyneri söküb "Sangachal landfall" adlı ərazidən götürmüşdür. Satınalma sifarişi üzrə işlərin icra edilməsi faktı hər iki tərəfin imzaladığı DR050418 nömrəli təslim aktı ilə təsdiq edilir. Beləliklə, yuxarıda qeyd edilən sənədlərdən görünür ki, cavabdeh icarəyə götürdüyü 9 ədəd konteyneri iddiaçıya qaytarmışdır. Bütün bunlara əlavə olaraq qeyd etmək istəyirlər ki, iddiaçının 2018-ci ilin aprel ayından sonrakı davranışı da 9 ədəd konteynerin cavabdeh tərəfindən iddiaçıya qaytarılmış olduğunu sübut edir. Belə ki, əgər 9 ədəd konteyner 2018-ci ilin aprel ayında iddiaçıya qaytarılmamış olsaydı, iddiaçı konteynerlərin qaytarılmaması barədə 2018, 2019, 2020 və 2021-ci illərdə bildiriş göndərib konteynerlərin qaytarılmasını tələb edə bilərdi. İddiaçı 2018, 2019, 2020 və 2021-ci illərdə konteynerlər barədə iddiaçıya ümumiyyətlə heç tələb bildirməyibdir. İddiaçı bu tələbini yalnız 2022-ci il ortalarında irəli sürmüşdür. Bundan əlavə, əgər 9 ədəd konteyner 2018-ci ilin aprel ayında iddiaçıya qaytarılmamış olsaydı, iddiaçı həmin konteynerlərə görə 2018, 2019, 2020 və 2021-ci illərdə icarə haqqını tələb edərdi. Lakin, iddiaçı 2018, 2019, 2020 və 2021-ci illərdə konteynerlərin icarə haqqısı barədə cavabdehə heç bir tələb bildirməmiş və icarə haqqı barədə cavabdehə heç bir hesab belə təqdim etməmişdir. Halbuki, 2018-ci ilin aprel ayinədək olan müddət üçün iddiaçı aylıq olaraq icarə haqqının ödənişi üçün cavabdehə hesab-fakturalar təqdim edirdi. İddiaçı 2018-ci ilin aprel ayından başlayaraq heç bir ayın icarə haqqısı üçün cavabdehə heç bir hesab-faktura təqdim etməmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh Şirkəti iddiaya qarşı əlavə etiraz verərək, əlavə etirazı onunla əsaslandırmışdır ki: İddia ərizəsində B - L başlığı altında olan tələblər ilə bağlı; Cavabdeh bu tələblərin heç birini qəbul etmir. Məhkəməyə bildirmək istəyirlər ki, cavabdehin elektron qaydada məhkəməyə təqdim etdiyi sənədlərdən (yəni hesab-fakturalardan, elektron qaimələrdən, həmin hesabfakturalara qoşulmuş olan iddiaçının qiymət təkliflərindən, cavabdehin satınalma sifarişlərindən, tərəflər arasında imzalanmış təhvil təslim aktlarından və elektron bank ödəniş sənədlərindən) görünür ki, cavabdeh həmin sənədlərdə təsvir edilən təmir-tikinti və abadlıq işlərinin görülməsini iddiaçıya sifariş etmiş və həmin işlərin dəyərini də tərəflər arasında razılaşdırılmış qiymətlər arasında tam şəkildə ödəmişdir. İddiaçı hazırda bildirir ki, cavabdeh həmin sənədlərdə nəzərdə tutulmayan "əlavə işlərin" görülməsini də iddiaçıya sifariş etmişdir və həmin "əlavə işlərin" dəyərini iddiaçıya ödəməmişdir. Başqa sözlə, iddiaçı iddia edir ki, iddia ərizəsində göstərilən işlər cavabdeh tərəfindən sifariş edilmiş və dəyəri ödənilməmiş "əlavə işlərdir". Bununla bağlı qeyd etmək istəyirlər ki, iddiaçı iddia etdiyi "əlavə işlərin" cavabdeh tərəfindən nə sifariş edildiyinə, nə "əlavə işlərə" görə muzdun tərəflər arasında razılaşdırıldığına dair və nə də ki "əlavə işlərin" faktiki görüldüyünə dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəllənin 752.1-ci maddəsinə görə "Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür." Həmin Məcəllənin 753.1-cü maddəsinə görə "Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Həmin Məcəllənin 769- cu maddəsinə görə "Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir." Analoji olaraq, tərəflər arasında imzalanmış 26 noyabr 2012-ci il tarixli BHİFM/2012/01 saylı müqavilənin (30 oktyabr 2017-ci il tarixli 5 saylı Əlavə ilə dəyişiklik edilmiş) 2.2-ci bəndinə görə "Podratçı tərəfindən göstərilən xidmətə görə Şirkət hər işə aid olan təkliflərdə göstərilmiş və Şirkət tərəfindən öncədən razılaşdırılmış tariflər üzrə ödəniş edir". Həmin Müqavilənin 2.3-cü bəndinə görə "Şirkət Müqavilə üzrə ödənişlərini düzgün hazırlanmış hesabın Şirkət mühasibatlığı tərəfindən alınmasından doxsan (90) təqvim günü edir". Vergi Məcəlləsinin 71-1.1.3-ci maddəsinə görə malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən şəxs işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə elektron qaimə-fakturanı işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində tərtib (təqdim) etməlidir. Yuxarıda qeyd edilən normalardan görünür ki, iddiaçı iş əhəmiyyəti olan aşağıdakı halların hər birinin mövcudluğuna dair məhkəməyə sübut etməlidir: iddiaçının iddia etdiyi hər bir "əlavə işlərin" faktiki olaraq cavabdeh tərəfindən sifariş edilmiş olması; hər bir "əlavə işlərə" görə muzdun tərəflər arasında razılaşdırılmış olması; hər bir "əlavə işlərin" iddiaçı tərəfindən faktiki olaraq yerinə yetirilmiş olması; hər bir "əlavə işlərə" görə tərəflər arasında razılaşdırılmış muzd əsasında hesab-fakturanın (elektron qaimənin) təqdim edilməsi. Lakin iddiaçı iş üçün əhəmiyyəti olan bu dörd halın hər birinin mövcudluğuna dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı yalnız məhkəməyə aşağıdakı iki sənədi təqdim etmişdir. Birinci sənəd - X8 kimyəvi anbarın (66xl5x5m) tikintisinə dair təhvil-təslim aktı və elektron qaimə-faktura. İddiaçı iddia ərizəsində X8 kimyəvi anbarın (66xl5x5m) tikintisinə görə 65.056 manat xidmət haqqı, təqdim etdiyi xx.xx.2022-ci il tarixli EBBZ №: 882616-li elektron qaimədə isə 67.557,60 manat tələb edir. Lakin iddiaçı nə 65.056 manatın, nə də ki 67.557,60 manatın tərəflər arasında razılaşdırılmış olmasına dair heç bir sübut məhkəməyə təqdim etməyibdir. Bundan əlavə, iddiaçı iddia edir ki, guya cavabdeh 01 aprel 2020-ci il tarixindən etibarən həmin anbarın tikintisinə görə xidmət haqqının ödənilməsini 961 gün gecikdirir. Bu tamamilə əsassızdır. Bununla bağlı qeyd etmək istəyirlər ki, tərəflər arasında imzalamış Müqavilənin 2.2 və 2.3-cü maddəsinə görə cavabdehin iddiaçıya ödəniş etmək öhdəliyi - öncədən razılaşdırımış tariflər əsasında düzgün hazırlanmış hesabın cavabdehə təqdim edilməsindən sonra yaranır. İddiaçı 01 aprel 2020-ci il tarixdə öncədən razılaşdırımış tariflər əsasında düzgün hazırlanmış hesabın cavabdehə təqdim edilməsinə dair heç bir sübut təqdim etməyibdir. İkinci sənəd - iddia ərizəsində C-L başlığı altında olan işlərə görə elektron-qaimə faktura. İddiaçı iddia etdiyi "əlavə işlər" ilə bağlı iş materiallarına xx.xx.2022-ci il tarixli EBCG N°: 763824 elektron qaimə əlavə etmişdir. Lakin, iddiaçı həmin qaimədə göstərilmiş məbləğlərin tərəflər arasında razılaşdırılmış olmasına dair heç bir sübut məhkəməyə təqdim etməyibdir. Konteynerlərin icarə tələbi ilə bağlı: İddiaçının bu tələbi ilə bağlı mövqeylərini ətraflı olaraq artıq təqdim etdikləri etirazda ifadə etmişlər. Əlavə olaraq aşağıdakıları bildirmək istəyirlər. İddiaçı iddia ərizəsində göstərdiyi 9 ədəd konteynerin cavabdehin hazırda olduğu bazada olmasını iddia edir. Lakin iddiaçı həmin konteynerlərin cavabdehin hazırkı bazasında olduğuna dair heç bir sübut məhkəməyə təqdim etməyibdir. Bundan əlavə, iddiaçı iddia ərizəsində göstərdyi konteynerlərin identifikasiya nömrələrini belə məhkəməyə təqdim etməyibdir. Nəhayət, iddiaçı konteynerlərə görə 54 ay üçün 525.528 manat icarə haqqı tələb edir. Cavabdehin mövqeyi ondan ibarətdir ki, konteynerlər iddiaçıya hələ 2018-ci iln aprel ayında qaytarılmışdır. Ümumiyyətlə, konteynerləri iddiaçıya qaytarmamağın və onları 54 ay özündə saxlamağın cavabdeh üçün heç bir iqtisadi faydası olmamışdır. Belə ki, yeni kontenyerlərin satış bazar qiyməti 16382 manat (20 funt ölçülü konteyner üçün) və 21087 manat (40 funt ölçülü konteyner üçün) təşkil edir (qiymət təklifi əlavə edilir). Əgər cavabdehə 54 ay ərzində konteyner lazım olsaydı, onda cavabdehə konteyneri satın almaq (nəinki onu icarə götürmək) sərf edərdi. Odur ki, iddiaçının o arqumenti ki, cavabdeh konteynerləri özündə 54 ay saxlamış və onu geri qaytarmamışdır, iqtisadi baxımdan belə məntiqsiz görünür. xx.xx.2023-cü il tarixdə Cavabdeh Şirkəti iddaya qarşı əlavə etiraz verərək, əlavə etirazı onunla əsaslandırmışdır ki: Tikinti işlərinin açıqlaması və onların dəyəri (iddia ərizəsində C-L başlıqlı işlər)
1. İddiaçı məhkəməyə görülməsini iddia etdiyi tikinti işlərinin açıqlamasını ("Açıqlama") təqdim etdmişdir. Açıqlamada görülməsi iddia edilən tikinti işləri və onların iddia edilən dəyəri qeyd edilmişdir.
2. Aşağıdakı səbəbələrə görə açıqlamada göstərilənlər ilə razı deyillər.
3. Birincisi, artıq dəfələrlə qeyd etmişlər ki, cavabdeh iddiaçıya sifariş etdiyi və iddiaçının görüdüyü işlərin dəyərini ödəmişdir.
4. İkincisi, iddiaçı açıqlamada görülməsi iddia etdiyi işlər və alınması iddia etdiyi materiallar ilə bağlı heç bir təsdiqedici sənəd məhkəməyə təqdim etməmişdir.
5. Üçüncüsü, 22 may 2023-cü il tarixdə iddiaçının nümayəndələri ilə cavabdehin nümayəndələri cavabdehin bazasında görüşüb, tikinti işlərinə baxış keçirmişlər. Baxış zamanı müəyyən edilmişdir ki, Açıqlamada qeyri-dəqiqliklər mövcuddur. İddia ərizəsində B başlıqlı iş
6. İddiaçı iddia ərizəsində B başlığı altında olan tikinti işinə görə 65.056 manat tələb edir. Lakin iddiaçı bu məbləğin necə hesablanması barədə məhkəməyə heç bir sənəd təqdim etməyibdir.
7. Cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, bu tikinti işinə görə iddiaçının cavabdehə təqdim etdiyi hesab-faktura ödənilmişdir. Elektron yazışmalar
8. İddiaçı məhkəməyə 2017-ci ildə konteyner ilə bağlı cavabdehin bəzi elektron yazışmalarını təqdim etmişdir. Həmin yazışmaların heç birinin hazırkı işə aidiyyatı yoxdur. Belə ki, hazırkı işdə mübahisə icarə müddəti 2018-ci ilin mart ayında bitmiş konteynerlərin cavabdeh tərəfindən iddiaçıya qaytarılıb-qaytarılmaması məsələsidir. 2017-ci ilə konteyner ilə bağlı aparılmış yazışmaların bu məsələyə heç bir aidiyyatı yoxdur. Konteynerlərin seriya nömrələrini göstərən yoxlama aktları
12. İddiaçı məhkəməyə 2 konteynerə aid yoxlama aktlarını məhkəməyə təqdim etmişdir və bildirmişdir ki, yoxlama aktlarında seriya nömrəsi göstərilmiş 2 ədəd konteynerin yerli baxışın keçirilməsi zamanı cavabdehin ərazisində olması müəyyən edilmişdir.
13. Bununla bağlı ilk olaraq qeyd etmək istəyirlər ki, yoxlama aktı hüquqmüəyyənedici sənəd deyildir və həmin aktda konteynerin kimə məxsus olması barədə heç bir qeyd yoxdur. Bu səbəbdən yoxlama aktına istinad edib, konteynerin iddiaçıya məxsus olmasını bildirmək mümkün deyil.
14. İkincisi, cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, cavabdeh təkcə 2018-2019-cu illərdə iddiaçıdan ən azı 3 ədəd konteyner satın almışdır. Odur ki, bir zamanlar iddiçıaya məxsus olan konteynerin hazırda cavabdehin bazasında olması tam təbiidir, çünki cavabdeh konteyneri iddiaçıdan satın almışdır.
15. Belə ki, iddiaçının cavabdehə təqdim etdiyi 05 mart 2018-ci il tarixli 002/BH18 nömrəli invoysun 4 və 5-ci bəndlərində qeyd edilir ki, iddiaçı cavabdehə 3840 manat və 6904 manat dəyərində 2 ədəd konteyner təchiz etmişdir (satmışdır).
16. Bundan əlavə, iddiaçının cavabdehə təqdim etdiyi 26 mart 2019-cu il tarixli 006/BH19 nömrəli invoysun 7-ci bəndində qeyd edilir ki, iddiaçı cavabdehə 5840 manat dəyərində 1 ədəd konteyner təchiz etmişdir (satmışdır). Konteynerlərin dəyəri
17. İddiaçı konteynerlərə görə 54 ay üçün 525.528 manat icarə haqqı tələb edir. Cavabdehin mövqeyi ondan ibarətdir ki, konteynerlər iddiaçıya hələ 2018-ci iln aprel ayında qaytarılmışdır. Ümumiyyətlə, konteynerləri iddiaçıya qaytarmamağın və onları 54 ay özündə saxlamağın cavabdeh üçün heç bir iqtisadi faydası olmamışdır.
18. Belə ki, iddiaçının cavabdehə təqdim etdiyi invoyslardan (5 mart 2018-ci il tarixli 002/BH18, 26 mart 2019-cu il tarixli 006/BH19) görünür ki, tam təchiz edilmiş konteynerin satış qiyməti ortalama olaraq 5528 manat olmuşdur (3840 + 6904 + 5840 / 3 = 5528).
19. Əgər cavabdehə 54 ay ərzində konteyner lazım olsaydı, onda cavabdehə konteyneri satın almaq (nəinki onu icarə götürmək) iqtisadi olaraq sərf edərdi. Odur ki, iddiaçının o arqumenti ki, cavabdeh konteynerləri özündə 54 ay saxlamış və onu geri qaytarmamışdır iqtisadi baxımdan belə məntiqsiz görünür. Vəkil sorğusuna cavab
20. İddiaçının 21 fevral 2023-cü il tarixli vəkil sorğusuna cavab olaraq aşağıdakıları qeyd edirlər.
21. Vəkil sorğusunun giriş hissəsində (bax 1-ci abzas) işin mübahisəli hallarına toxunulur. Həmin hallar ilə onlar razılaşmırlar.
22. Vəkil sorğusunda qeyd edilmiş 1-ci suala cavab olaraq bildirirlər ki, 2017-ci avqust ayında və ya hər hansı digər tarixdə konteynlərin Sangachal Landfall ərazisinə kimin daşımasının hazırkı işə heç bir aidiyyəti yoxdur. Belə ki, hazırkı işdə mübahisə icarə müddəti 2018-ci ilin mart ayında bitmiş konteynerlərin cavabdeh tərəfindən iddiaçıya qaytarılıb- qaytarılmaması məsələsidir. Bu konteynerlərin 2017-ci ildə kimin daşımasının hazırkı iş ilə heç bir əlaqəsi yoxdur.
23. Vəkil sorğusunda qeyd edilmiş 2-ci suala cavab olaraq bildirirlər ki, iş materiallarında olan sənədlərdən görünür ki, icarə müddəti 2018-ci ilin mart ayında bitmiş X1 ərazisindən çıxarılması iddiaçı tərəfindən həyata keçirilmişdir.
24. Belə ki, Sangachal Landfall adlı ərazidən təxris etmə işlərinin tərkib hissəsi kimi cavabdeh iddiaçıya ********** nömrəli 6 aprel 2018-ci il tarixli satınalma sifarişi əsasında 9 ədəd konteynerin "sökülməsini və yerləşməsini" (azərbaycan dilinə tərcümə edilmiş mətnə görə) tapşırmışdır. İddiaçı qeyd edilən işləri yerinə yetirmiş və bu fakt DR050418 nömrəli təslim aktı ilə təsdiq edilir.
25. ********** nömrəli 6 aprel 2018-ci il tarixli satınalma sifarişinin mətni yalnız ingilis dilində olmuşdur. İngilis dilində olan mətndə konteynerlərin "disassemble and locate" olunması iddiaçıya tapşırılmışdır. "Dissassemble" sözü - "sökmək” kimi azərbaycan dilinə tərcümə edilir. "Locate" sözü - "yerləşdirmək" kimi azərbaycan dilinə tərcümə edilir.
26. Düzdür, satınalma sifarişində konteynerlərin harada "yerləşdirilməli" olması göstərilmir. Nəzəri olaraq "yerləşmə" sözü konteynerlərin aşağıdakı üç yerdən birində yerləşdirilməsini ifadə edə bilərdi: (1) Sangachal Landfall ərazisində; (2) Baker Hughes-in bazasında və (3) iddiaçının bazasında.
27. X1 ərazisində yerləşdirilməsi məntiqə uyğun görünmür, çünki həmin ərazidən cavabdeh çıxırdı (təxris edilmə).
28. X5-in bazasında yerləşdirilmiş olsaydı, onda iddiaçı cavadehə 2018-ci ilin mart ayından sonrakı aylar üçün icarə haqqı hesablayıb invoys təqdim edərdi. Lakin iddiaçı belə bir invoys təqdim etməmişdir. Odur ki, konteynerlərin Baker Hughes bazasında yerləşdirilməsi əsaslı görünmür.
29. Qalır yeganə variant - konteynerlərin iddiaçının bazasında yerləşdirilməsi. Bu variant tam əsaslı və məntiqi görünür. Belə ki, 2018-ci ilin mart ayından sonra iddiaçı cavabdehə icarə haqqı tələb etməyib və bu barədə heç bir invoys verməmişdir. İkincisi, 2018-ci ilin mart ayından sonra iddiaçı cavabdehdən konteynerlərin qaytarılmasını tələb etməyib. Bu da onu göstərir ki, konteynerlər artıq iddiaçının bazasında yerləşdirilmişdir və buna görə də o, nə cavabdehdən icarə haqqı tələb etməmişdir və nə də ki, konteynerlərin qaytarılmasını tələb etməmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdeh “Baker Huges Services İnternational LLC” şirkətindən İddiaçı MMC-nin xeyrinə:
1. Kimyəvi saxlama anbarı üçün quraşdırılmış 11 ədəd qapı üçün 86.152 manat əsas borc və 12.755,8 manat faiz borcu, cəmi 98.907,8 manat;
2. X8 Kimyəvi anbarın tikintisi (66x15x5m) işlərinə görə, 108.820 manat əsas borc və 19.235,9 manat faiz borcu, cəmi 128.055,9 manat;
3. Emalatxana arxasına beton plitələrin quraşdırılması (33x25m) işlərinə görə, 60.425 manat və 11.849 manat faiz borcu, cəmi 72.274 manat;
4. Anbar və emalatxana arasında beton plitələrin quraşdırılması (17x21m) işlərinə görə, 26.405 manat əsas borc və 5.202 manat faiz borcu, cəmi 31.607 manat;
5. Ehtiyat hissələri anbarının inşası (15x15 m) işlərinə görə, 45.622 manat əsas borc və 8.190 manat faiz borcu, cəmi 53.812 manat;
6. Kimyəvi anbar üçün əlavə sahənin inşası (15x11m) işlərinə görə, 27.305 manat əsas borc və 4.776,7 manat faiz borcu, cəmi 32.081,7 manat;
7. Kimya anbarının inşası (24x20m) işlərinə görə, 67.586 manat əsas borc və 12.429,2 manat faiz borcu, cəmi 80.015,2 manat;
8. Yeni sementləmə sahəsində beton plitələrin quraşdırılması (106,6m x42m=4387 kv.m.) işlərinə görə 358.955 manat əsas borc və 60.319 manat faiz borcu, cəmi 419.274 manat;
9. Yeni yuyucu üçün (81x30m) kimyəvi anbarın arxasında beton plitələrin və kanalizasiya sisteminin quraşdırılması (2.430 kv.m.) işlərinə görə, 160.350 manat əsas borcu və 27.615,9 manat faiz borcu, cəmi 187.965,9 manat;
10. Yeni yuma sahəsi arxasında çınqılların döşənməsi (81x8m) işlərinə görə, 15.240 manat əsas borc və 2.462 faiz borcu, cəmi 17.702 manat;
11. Yerləşdirmə sahəsində (“Lay down area”) çınqılların döşənməsi (107mx51m=5.457 kv.m.) işlərinə görə 115.340 manat əsas borc və 19.449,8 manat faiz borcu, cəmi 134.789,8 manat;
12. Yeni yuma sahəsi hasarının quraşdırılması (60x3m) işlərinə görə 16.236 manat əsas borc və 2.906,2 manat faiz borcu, cəmi 19.142,2 manat;
13. İcarəyə verilmiş konteynerlərin qaytarılmamasına görə 642.312 manat əsas borc, ümumilikdə, ƏDV-siz 1.917.939,5 manat məbləğində pulun tutulması;
14. Ödənilmiş dövlət rüsumu və vəkil xidmət haqqının cavabdehə aid edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin məlum qərardadı əsasında ekspertiza tədqiqatı aparılmış və ekspert rəyi iş materiallarına əlavə olunmuşdur. Ekspert rəyində göstərilənləri, habelə iddia ərizəsinin məhkəməyə daxil olmasından təxminən 1 il vaxt keçdiyini diqqətə alaraq hazırkı ərizənin məhkəməyə təqdim etmək zərurəti meydana çıxmışdır. İ. İddia tələbinin həcmi ilə bağlı dəyişikliklər A. Əsas borc hissəsində
1. Şirkətin rəsmi qaydada təhvil aldığı, ancaq ödənişindən qanunsuz olaraq imtina etdiyi işlər 1.1. Kimyəvi saxlama anbarı üçün quraşdırılmış 11 ədəd qapı üçün 86.152 manat (11 ədəd x 7.382 manat) pul tələb edilir. Qeyd: Bu hissədə iddia tələbinin həcmi dəyişdirilməmiş qalır. 1.2. X8 kimyəvi anbarın tikintisinə (66x15x5m) görə, 108.820 manat tələb edirlər. Qeyd: Bu hissədə iddia tələblərinin həcmini artırırlar. Belə ki, iddia ərizələrində bu işə görə, 65.056 manat tələb etmişdilər. Yerli baxış və ekspertiza tədqiqatı zamanı görülən işlərin həcminin əslində, 108.820 manat təşkil etdiyi öz təsdiqini tapmışdır. Beləliklə, iddia tələbləri bu hissədə 43.764 manat artırlar. Bu hissədə ümumi (1.1 + 1.2) əsas borc: 194.972 manat
2. Şirkətin faktiki qəbul etdiyi, lakin heç bir əsas olmadan təhvil-qəbul aktlarını imzalamaqdan imtina etdiyi işlər 2.1. Emalatxana arxasına beton plitələrin quraşdırılması (33x25m) işlərinə görə, 60.425 manat pul tələb edirlər. Qeyd: Bu hissədə iddia tələbləri dəyişdirilməmiş qalır. 2.2. Anbar və emalatxana arasında beton plitələrin quraşdırılması (17x21m) işlərinə görə, 26.405 manat pul tələb edirlər. Qeyd: Bu hissədə iddia tələbləri dəyişdirilməmiş qalır. 2.3. Ehtiyat hissələri anbarının inşası (15x15 m) işlərinə görə, 45.622 manat tələb edirlər. Qeyd: Bu hissədə iddia tələblərinin həcmi azaldılır. Belə ki, iddia ərizələrində 45.717 manat tələb edirdilər, ekspert rəyindəki hesablamaya əsasən, işlərin dəyəri 45.622 manat təşkil edir. Beləliklə də, bu hissədəki tələbləri 95 manat azaldılır. 2.4. Kimyəvi anbar üçün əlavə sahənin inşası (15x11m) işlərinə görə, 27.305 manat tələb edirlər. Qeyd: Bu hissədə iddia tələblərinin həcmi azaldılır. Belə ki, iddia ərizəsində əlavə anbar sahəsinin ölçüsünün 15m x 15m olduğu qeyd edilmişdi. Ancaq ekspert baxışı zamanı bunun 15mx11m ölçüdə olduğu müəyyənləşdirilmişdir. Nəticə etibarı ilə, işlərin dəyəri də azalmışdır. Beləliklə, bu işlərə görə tələblərinin həcmi 10.320 manat azaldılır. 2.5. Kimya anbarının inşası (24x20m) işlərinə görə, 67.586 manat tələb edirlər. Qeyd: Bu hissədə tələblərini artırırlar. Belə ki, iddia ərizəsində 64.282 manat tələb edirdilər, ekspertiza tədqiqatı zamanı görülən işlərin dəyərinin 67.586 manat təşkil etdiyi öz təsdiqini tapmışdır. Beləliklə, tələblərini 3.304 manat artırırlar. 2.6. Yeni sementləmə sahəsində beton plitələrin quraşdırılması (106,6m x42m=4387 kv.m.) işlərinə görə 358.955 manat tələb edirlər. Qeyd: Bu hissədə tələbləri dəyişdirilməmiş qalır. 2.7. Yeni yuyucu üçün (81x30m) kimyəvi anbarın arxasında beton plitələrin və kanalizasiya sisteminin quraşdırılması (2.430 kv.m.) işlərinə görə, 160.350 manat tələb edirlər. Qeyd: İddia tələbləri bu hissədə azaldılır. Belə ki, iddia ərizələrində 182.230 manat tələb edirdilər, ekspert rəyinə görə bu işlərin dəyəri 160.350 manat təşkil edir. Beləliklə, bu hissədə tələblərinin həcmi 21.880 manat azaldılır. 2.8. Yeni yuma sahəsi arxasında çınqılların döşənməsi (81x8m) işlərinə görə, 15.240 manat tələb edirlər. Qeyd: Bu hissədə tələblərinin dəyişdirilməmiş qalır. 2.9. Yerləşdirmə sahəsində (“Lay down area”) çınqılların döşənməsi (107mx51m=5.457 kv.m.) işlərinə görə 115.340 manat tələb edirlər. Qeyd: Bu hissədə tələblərini artırırlar. Belə ki, iddia ərizəsində 114.840 manat tələb edirdilər, ekspertiza tədqiqatı zamanı görülən işlərin dəyərinin 115.340 manat təşkil etdiyi öz təsdiqini tapmışdır. Beləliklə, tələblərini 500 manat artırırlar. 2.10. Yeni yuma sahəsi hasarının quraşdırılması (60x3m) işlərinə görə 16.236 manat tələb edirlər. Qeyd: Bu hissədə tələblərini artırırlar. Belə ki, iddia ərizəsində 15.128 manat tələb edirdilər, ekspertiza tədqiqatı zamanı görülən işlərin dəyərinin 16.236 manat təşkil etdiyi öz təsdiqini tapmışdır. Beləliklə, tələblərini 1.108 manat artırırlar. Bu hissədə ümumi (2.1-2.10-cu bəndlərin cəmi) əsas borc: 893.464 manat
3. İcarəyə verilmiş konteynerlərin qaytarılmamasına görə İcarəyə verilmiş konteynerlərin qaytarılmamasına görə (aprel 2018-noyabr 2023-ci ili əhatə edən 66 aylıq dövr üçün) 642.312 manat (9.732 manat x 66 ay) tələb edirlər. Qeyd: Bu hissədə tələblərinin həcmini artırırlar. Belə ki, iddia ərizəsində 54 ay üçün 525.528 manat tələb edirdilər. Ancaq işin məhkəməyə daxil olduğu tarixdən 1 il vaxt keçib və buna görə də, daha 12 ay üçün dəymiş zərəri tələb etmək hüququna malikdilər. Beləliklə, tələblərini 116.784 manat artırırlar. Bu hissədə ümumi əsas borc: 642.312 manat B. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu Faiz borcuna görə, ümumilikdə, 187.191,7 manat tələb edirlər. İşlərin görüldüyü tarixlə faizin hesablanmağa başladığı tarix arasında 150 günlük bir fərq vardır. Bunun səbəbi ondan ibarətdir ki, işlərin görülməsinin bitdiyi tarixlə onların təhvil-təslim sənədlərinin (delivery note) tərtibi tarixləri arasında, adətən, təxminən 2 aya yaxın vaxt keçirdi. Buna görə də, gecikdirilmə faizlərinin hesablanması zamanı işlərin görüldüyü tarix deyil, həmin tarixdən 150 (90 gün + 60 gün) gün sonrakı tarix əsas götürülmüşdür. 2. İşlərin faktiki təhvil verildiyi tarix müvafiq ayın fərqli günlərinə təsadüf edə bilər. Buna görə də, ədalət naminə, müvafiq ayın ortası (15-ci günü) əsas götürülmüşdür. Daha sonra xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə çıxışını (ümumi qeydlər, xüsusilə konteynerlərə görə zərər tələbi ilə bağlı) yazılı şəkildə təqdim edərək iddia tələblərinin tam təmin edilməsini xahiş etmiş və çıxışında qeyd etmişdir ki: İ. Ümumi qeydlər: Cavabdeh “Baker Huges Services İnternational LLC” şirkətinin müqavilə pozuntuları və hazırkı məhkəmə işi çərçivəsindəki prosessual hüquqlardan sui-istifadəsi ilə bağlı
1. Şirkət, sifariş etdiyi və təhvil aldığı işlərin dəyərini ödəməkdən heç bir əsas gətirə bilmədən imtina edir. Bu halın, tikinti işləri sahəsində fəaliyyət göstərən İddiaçı MMC-nin maliyyə vəziyyəti üzərində dağıdıcı təsirini təsəvvür etmək elə də çətin deyildir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, iddiaçı öz hesabına, yəni cavabdehdən 1 qəpik almadan 1.002.284 manat (ƏDV xaric) dəyərində işi lazımınca icra edib təhvil verib. Başqa sözlə, layihəni tamamilə özü maliyyələşdirib və artıq 3 ildir ki, həmin vəsaiti ala bilmir. Üstəgəl, həmin vəsaiti ala bilmədiyi üçün iddiaçı heç bir layihədə iştirak edə bilməmiş, nəticədə öz fəaliyyətini dayandırmağa məcbur olmuşdur.
2. Diqqət edilsin ki, cavabdeh ona qarşı irəli sürdükləri tələblərə qarşı etirazını əsaslandıra bilmir. Cavabdeh təqdim etdiyi sənədlərlə yalnız məhkəməni səhv istiqamətləndirməyə, ədalətli məhkəmə araşdırmasına mane olmağa, beləliklə də, həqiqəti örtbasdır etməyə çalışır. Burada qeyd etdiklərinin hər hansı pafoslu çıxış kimi qiymətləndirilməyəcəyini ümid edirlər. Çünki aşağıda bəndlər halında Cavabdehin bu cür davranışlarına dair bəzi nümunələri açıq şəkildə ortaya qoymuşlar. a. Qapılar hissəsində Cavabdeh, quraşdırılmış qapıların keyfiyyətsiz olduğunu iddia edərək təhvil aldığı 13 ədəd qapının quraşdırılması işlərinə görə muzdun əsas hissəsini (2 ədəd qapıya görə ödəniş edilmişdir; 11 ədəd qapıya görə isə, yox!) ödəməkdən imtina edir. Cavabdeh bu barədə (qapıların və ya onların quraşdırılması işlərinin keyfiyyətsizliyinə dair) mövqeyini təsdiqləyən heç bir sübutu məhkəməyə təqdim edə bilmir. Burada diqqət edilməli məqam ondan ibarətdir ki: (1) 13 ədəd qapı 2019-cu ilin dekabr ayında quraşdırılmışdır; keyfiyyət sertifikatları məhkəməyə təqdim edilmişdir; (2) İş materiallarında həmin tarixlərdə (7-10 fevral 2020) küləyin gücünün kifayət qədər (güclü fırtına, qasırğa) yüksək olduğu müvafiq arayışla təsdiqlənir; (3) Cavabdehin öz işçilərinin səhlənkarlığı (bu barədə kamera görüntüləri Cavabdehin özündə vardır!), yəni qapıları tam şəkildə bağlamaması nəticəsində 2020-ci ilin fevralında baş vermiş güclü fırtına səbəbindən həmin qapılara zərər dəymişdir. Fotoşəkillərdən aydın olur ki, qapılar çöldən içəriyə doğru deyil, içəridən çölə doğru qırılmışdır. Əgər qapılar iddia edildiyi kimi keyfiyyətsiz olsaydı, qapılar çöldən içəriyə doğru qırılardı; (4) Qapıların təhvil-təslim aktlarının tarixi: 14 mart 2020-ci ildir. Yəni qapıların qırıldığı tarixdən ən azı 1 ay sonra. (5) Cavabdeh keyfiyyətsiz olduğunu iddia etdiyi qapılardan ikisinin dəyərini isə, 11 yanvar 2021-ci il tarixdə ödəmişdir. Göründüyü kimi, qapıların keyfiyyətsizliyindən söhbət belə gedə bilməz. Çünki Cavabdeh 13 ədəd qapının təhvil-təslimi aktlarını qapıların zədələnməsindən sonra imzalamış, bunlardan ikisinin pulunu isə, təxminən qapıların quraşdırılmasından 1 il sonra ödəmişdir. Əgər qapılar keyfiyyətsiz idisə, onda təhvil-təslim aktları niyə imzalanır, 2 qapıya görə pul niyə ödənilirdi? b. Təhvil alınmış işlər hissəsində (1) Diqqət edilsin ki, mediasiya zamanı və ilk məhkəmə hazırlıq iclaslarında Cavabdeh ümumi dəyəri 1.002.284 manat (ƏDV xaric) olan bu işlərin əvəzini İddiaçıya ödənildiyini bildirirdi. Bununla bağlı çoxsaylı satınalma sifarişləri (PO), təhvil-təslim, ödəniş sənədlərini məhkəməyə təqdim etmişdir. Ancaq məhkəməyə təqdim etdikləri yazılı izahatlarla cavabdehin həqiqəti açıq-aşkar təhrif etməyə çalışdığı ifşa edilmişdir. Şübhəsiz, cavabdeh təqdim etdiyi sənədlərin iddiaçının əvəzinin ödənilməsini tələb etdiyi podrat işlərilə bağlı olmadığını çox yaxşı bilirdi. Ancaq cavabdeh, məhkəməni yanıltmağa çalışması azmış kimi, iddiaçını əvəzini aldığı işlərə görə yenidən/təkrarən pul tələb etməkdə də “ittiham etmişdir”. Hesab edirlər ki, təqdim etdikləri izahatlarla bu məsələyə qəti nöqtə qoyulmuşdur. (2) Cavabdeh daha sonra, mövqe dəyişikliyinə getmiş, bu dəfə, tələb edilən işlərin dəyərinin həqiqətən də, iddiaçının iddia etdiyi həddə olub-olmadığına dair etirazla çıxış etmişdir. Məhkəmə bu hala aydınlıq gətirmək məqsədilə ekspertiza təyin etmişdir. Ekspert, görülən işlərin dəyərinin 1.002.284 manat (bazar qiymətləri ilə: 994.351 manat) təşkil etdiyini təsdiqləmişdir. Bununla da, bir daha, Cəmiyyət tərəfindən Şirkətdən 1 manat artıq pul tələb edilmədiyi, iddiaçının öz haqqını tələb etdiyi öz təsdiqini tapmışdır. İİ. Konteynerlərlə bağlı İşin mübahisəsiz halıdır ki, 9 ədəd konteyner avqust 2017-mart 2018-ci il tarixləri arasında BP şirkətinin bilavasitə nəzarəti və idarəetməsi altında olan “Sangachal Landfall” ərazisində Cavabdeh tərəfindən istifadə edilmişdir. A. Cavabdehin bu hissədəki etirazının əsası Cavabdeh həmin konteynerlərin İddiaçıya qaytarıldığını iddia edir. Bununla bağlı “Etiraz- 4”də göstərilir ki:
1. ********** nömrəli 6 aprel 2018-ci il tarixli satınalma sifarişi (PO) əsasında 9 ədəd konteynerin “sökülməsi və yerləşməsi” işlərinin icrası İddiaçıya tapşırılmış, İddiaçı bu işləri icra etmiş və bu barədə DR050418 nömrəli Təslim aktı tərtib edilmişdir;
2. Satınalma sifarişinin (PO) mətni yalnız ingiliscə olmuş, mətndəki “Locate” kəlməsi Azərbaycan dilində “yerləşdirmək” mənasına gəlir, ancaq konteynerlərin harada “yerləşdirilməli” olduğu göstərilməmişdir.
3. Cavabdeh məntiqi mühakimə yürüdür və belə bir nəticəyə gəlir ki, konteynerlərin yalnız 3 yerdən birində yerləşdirilməsi mümkün ola bilərdi: 1) “Sangachal Landfall” ərazisində; 2) Cavabdehin bazasında; 3) İddiaçının bazasında. 3.1. Cavabdeh “Sangachal Landfall” ərazisindən çıxdığına görə, konteynerlərin orada yerləşdirilməsi mümkün deyildi; 3.2. Konteynerlər Cavabdehin bazasında yerləşdirilmiş olsaydı, İddiaçı Cavabdehə 2018ci ilin mart ayından sonra da hesab-fakturalar təqdim edərdi. Ancaq belə bir hesab-faktura təqdim edilməmiş, deməli konteynerlərin Cavabdehin bazasında yerləşdirilməsi əsaslı görünmür; 3.3. Qalır yeganə ehtimal – konteynerlər İddiaçının öz bazasında yerləşdirilmişdir. Bu ehtimal tam əsaslı və məntiqli görünür. Təsadüfi deyildir ki, İddiaçı 2018-ci ilin martından sonra icarə haqqı tələb etmədiyi kimi, konteynerlərin də qaytarılmasını istəməmişdir. B. Cavabdehin etirazının əsassızlığına dair mövqeləri
1. Bu ilin 4 aprel tarixində keçirilmiş yerli baxış zamanı məhkəmə bilavasitə özü azı 2 ədəd konteynerin üzərilərindəki fərdiləşdirmə nömrələri, birini isə, fotoşəkil əsasında Cavabdehin bazasında olduğunu təsbit etmişdir. Fərdiləşdirmə nömrələri aşağıdakı kimidir: 1.1. 10-462402 5 (20 funt ölçüdə) seriyalı konteyner. Sertifikat (NDT Report) tarixi və nömrəsi: T.: xx.xx.2017; № MT-373/01. 1.2. C280894 (20 funt ölçüdə)/tualet qismində istifadə edilən konteyner. Sertifikat (NDT Report) tarixi və nömrəsi: T.: xx.xx.2017; № MT-320/07. Göründüyü kimi, yerli baxışda iki konteynerin cavabdehdə olduğu öz təsdiqini tapmışdır. Bu, cavabdehin guya konteynerlərin İddiaçı tərəfindən aparıldığına dair mövqeyinin tamamilə əsassızlığının dəlilidir.
2. Sual: İddiaçı bu konteynerlərin məhz ona məxsus olduğunu necə müəyyənləşdirir? Cavab: 2.1. İddiaçı, “İzahat-4”ə yuxarıda istinad etdikləri iki sertifikat (NDT Report) əlavə etmişdir. Həmin sertifikatlarda konteynerlərin seriya nömrələri (10-462402 5 və C280894) öz əksini tapmışdır. Sertifikatlar həm kağız daşıyıcıda təqdim edilmiş, həm də, elektron poçt vasitəsilə cavabdehin səlahiyyətli şəxsi Nərgiz Qasımovaya (Elektron ünvan 1) 5 və 13 oktyabr 2017-ci il tarixlərində göndərilmişdir. Həmin “e-mail”lərə və göndərilən sənədlərə məhkəmə iclasında baxış keçirilmişdir. cavabdeh sözügedən “e-mail”in Nərgiz Qasımovaya göndərildiyini və sonuncu tərəfindən alındığını mübahisələndirməmişdir. 2.2. Digər bir konteynerin iddiaçıya məxsusluğu fotoşəkillər əsasında asanlıqla təsbit edilmişdir. Belə ki, eyni konteynerin həm “Sangachal Landfall” ərazisində, həm də, cavabdehin bazasında çəkilmiş fotosu vardır. Həmin fotoların eyni konteyneri əks etdirdiyini anlamaq üçün xüsusi biliyə ehtiyac yoxdur.
3. Sual: Cavabdeh, məhkəməyə 3 ədəd konteynerin satışı ilə bağlı sənədlər (hesabfaktura, e-qaimə, təslim aktı) təqdim etmişdir. Məhkəmənin yerli baxış zamanı aşkar etdiyi konteynerlər məhz bu konteynerlər ola bilərmi? Cavab: Xeyr! Ola bilməz. Niyə? Ona görə ki: 3.1. Hər şeydən əvvəl, diqqət edilməlidir ki, Cavabdeh, podrat işlərində olduğu kimi burada da məhkəməni yalnış istiqamətləndirməyə, həqiqəti təhrif etməyə çalışır. Təsadüfi deyildir ki, cavabdeh məqsədli şəkildə sözügedən 3 konteynerə dair satınalma sifarişlərini (PO) və İddiaçının qiymət təkliflərini (Quotation) məhkəməyə təqdim etməmişdir. Onlar bu təhlükəni sezdikləri üçün həmin satınalma sifarişlərini (PO) və qiymət təkliflərini 20 noyabr 2023-cü il tarixində “e-məhkəmə sistemi”nə (sıra nömrələri: 129 və 130) əlavə etmişlər. 3.2. Satılmış 3 konteynerə dair satınalma sifarişləri (PO) əsasında aşağıdakılar müəyyən edilir: 3.2.1. 11 yanvar 2018-ci il tarixli, ********** nömrəli satınalma sifarişi: 20 futluq konteynerin PPS bazasına təchizi. Konteynerə dair təslim aktının tarixi: 13 fevral 2018-ci ildir. 3.2.2. 15 yanvar 2018-ci il tarixli, **********3 nömrəli satınalma sifarişi: 20 futluq konteynerin PPS bazasına təchizi. Konteynerə dair təslim aktında ay və günün tarixi dəqiq görünmür. Ancaq ödəniş sənədləri əsasında, habelə təslim aktının nömrələnməsindən hərəkətlə bu təslim aktının da 2018-ci ilin fevralına təsadüf etdiyini demək mümkündür. 3.2.3. 19 mart 2019-cu il tarixli, ********** nömrəli satınalma sifarişi: 20 futluq konteynerin təchizi. Təslim aktında tarix olmasa da, ödəniş sənədləri əsasında bunun 2019-cu ilin mart ayı olduğunu deyə bilərik. 3.3. Göründüyü kimi, bu satınalma sifarişləri üzrə satılmış konteynerlərin “Sangachal Landfall” ərazisində icarədə olmuş konteynerlərlə heç bir əlaqəsi yoxdur. Bunu çox asanlıqla müəyyənləşdirə bilərlər: 3.3.1. 2018-ci ilin yanvarında satılmış 2 ədəd konteyner üzrə iddiaçının qiymət təkliflərinin tarixləri 2017-ci ilin oktyabr ayına, cavabdehin satınalma sifarişlərinin tarixləri isə, 2018-ci ilin yanvar ayına təsadüf edir. Aydındır ki, bu dövrdə artıq 9 ədəd konteyner icarədə idi. Deməli, bu konteynerlərin “Sangachal Landfall” ərazisi ilə heç bir əlaqəsi yoxdur. Əks halda, belə çıxır ki, cavabdeh satın aldığı konteynerlərə görə həm də icarə haqqı ödəyib? Bu isə, tam məntiqsizdir! 3.3.2. Digər 1 ədəd konteyner üzrə isə, İddiaçının qiymət təklifi 12 sentyabr 2018-ci, satınalma sifarişi isə, 19 mart 2019-cu ildə verilmişdir. “Sangachal Landfall” ərazisi 2018-ci ilin mart ayının ortasından etibarən Cavabdeh tərəfindən boşaldılmağa başlanılmışdır. 3.3.3. Diqqət edilsin ki, yuxarıda (Çıxışın B bəndinin 2.1-ci yarım-bəndində) konkret sübuta istinadən qeyd etdikləri kimi, müvafiq sertifikatlar BP şirkətinin tələbi əsasında hazırlanmış və təqdim edilmişdir. Başqa sözlə, BP-nin standartlarına görə “Sangachal Landfall” ərazisində istifadə edilən bütün konteynerlər müvafiq sertifikatlaşdırmadan keçməli idi. Buna görə də, Cavabdehə həmin 9 ədəd konteynerə dair sertifikat təqdim edilmişdir. Əks halda, 9 ədəd konteynerin “Sangachal Landfall” ərazisində Cavabdeh tərəfindən istifadəsi mümkün olmazdı. Cavabdeh özü isə, satın aldığı konteynerlər üçün belə bir sertifikat tələb etməmişdir. Beləliklə, Cavabdehin əməkdaşı N.Qasımovaya göndərilmiş sertifikatlar məhz “Sangachal Ladfall” ərazisində icarə əsasında Cavabdehin istifadə etdiyi konteynerlərlə bağlı olmuşdur. Bunun üçün göndərilmiş “e-mail”in başlığına nəzər salmaq kifayətdir.
4. ********** nömrəli 6 aprel 2018-ci il tarixli satınalma sifarişi (PO) və DR050418 nömrəli təslim aktının məzmununun düzgün (təhrif edilmədən) başa düşülməsi üçün bəzi məqamların Məhkəmənin diqqətinə çatdırmaqda fayda görürlər: Sual: Konteynerlər, “Sangachal Landfall” ərazisinə iddiaçı, yoxsa cavabdeh tərəfindən aparılmışdır? Cavab: Şirkət, “Etiraz-4”də bu sualı cavablandırmaqdan qəsdən yayınmışdır. Cavabdehə görə, bu məsələnin hazırkı işlə heç bir əlaqəsi yoxdur. Cavabdeh Halbuki bu məsələnin hazırkı işlə bilavasitə əlaqəsi vardır. Niyə? Ona görə ki, konteynerləri “Sangachal Landfall” ərazisinə kim aparıbsa, o da çıxarmışdır. İddiaçının “Sangachal Landfall” ərazisinə konteyner daşımaq və orada yerləşdirmək səlahiyyəti olmamışdır. Diqqət edilsin ki, “Sangachal Landfall” ərazisi strateji obyekt olmaqla BP şirkətinin idarəetməsi və nəzarəti altında olmuşdur. Cavabdeh, BP şirkəti ilə bağladığı müqavilə əsasında həmin ərazidə fəaliyyət göstərmişdir. İddiaçı ilə BP şirkəti arasında heç bir müqavilə münasibətləri olmamışdır. Hətta İddiaçının həmin ərazidəki konteynerlərdə müxtəlif quraşdırma (kondisioner, mebel vs.) işləri görəcək işçiləri (fəhlə, usta) belə BP şirkətinə birbaşa müraciət etmək imkanına malik olmamışlar. Əvəzində, cavabdeh bu icazəni alaraq iddiaçının işçilərinin girişini təmin etmişdir. Bu fakt/konteynerlərin “Sangachal Landfall” ərazisinə cavabdeh tərəfindən aparılması işdəki “e-mail” yazışmaları ilə də təsdiqlənir. Belə ki: a. 10 iyul 2017-ci il tarixində cavabdehin səlahiyyətli şəxsi Binu Joseph, digər əməkdaş Nərgiz Qasımovaya “e-mail” yazaraq “Sangachal Landfall” ərazisinə giriş icazəsi almaq üçün İddiaçının müvafiq işçisinin/işçilərinin şəxsiyyət vəsiqəsinin/vəsiqələrinin surətlərinin təqdim olunmasının təmin edilməsini xahiş edir. Nərgiz Qasımova, müvafiq sənədlərin təqdim edilməsi barədə İddiaçının direktoru Elşən İbrahimova 11 iyul 2017-ci il, saat 09:09-da “e-mail” yazır. Elşən İbrahimov həmin tarixdə, saat 09:23-də işçisinin şəxsiyyət vəsiqəsi (pdf formatda) qoşulmuş “e-mail”i Nərgiz Qasımovaya göndərir. “E-mail”lər “eməhkəmə sistemi”nə 02 may 2023-cü il tarixində yüklənmişdir; sistemdəki sıra nömrəsi: 100. Qeyd: Bu e-mail nəyi təsdiqləyir? – Hətta iddiaçı öz işçisinin belə “Sangachal Landfall” ərazisinə giriş icazəsini BP şirkətindən bilavasitə/birbaşa əldə etmək imkanına malik olmayıb, o ki qaldı, həmin əraziyə konteyner daşısın və konteyner yerləşdirsin! b. Cavabdehin əməkdaşı George Thomas, digər əməkdaş Nərgiz Qasımovaya 28 avqust 2017-ci il tarixdə, saat 21:00-da “e-mail” yazaraq iki ədəd 40 və 20-lik deponu/çəni təhvil almaq məqsədilə (mətndə “take delivery of ...” ifadəsi işlədilmişdir) iki yük maşınını göndərdiyini bildirmişdir. Eyni zamanda, həmin “e-mail”də tualet bloklarının isə, cümə axşamı (31-i) təhvil alınacağı vurğulanmışdır. Cavabdehin əməkdaşı Nərgiz Qasımova 29 avqust 2017-ci ildə, saat 17:04-də İddiaçının direktoru E. İbrahimova “e-mail” yazaraq 30 avqust 2017-ci il tarixində, səhər 08:30-da Sahə nəzarətçisi Tural bəy və komandasının təlimatın keçirilməsi məqsədilə “Sangachal Landfall” ərazisinə göndərilmələrini və bəzi işlərin görülməsinə başlanılmasını xahiş etmişdir. “E-mail”lər “e-məhkəmə sistemi”nə 02 may 2023-cü il tarixində yüklənmişdir; sistemdəki sıra nömrəsi: 101. Qeyd: Bu e-mail nəyi təsdiqləyir? – Depoların və tualet bloklarının “Sangachal Landfall” ərazisinə daşınması və yerləşdirilməsi bilavasitə cavabdeh tərəfindən həyata keçirilmişdir. İddiaçının işçiləri həmin əraziyə daxil olma icazələri cavabdeh tərəfindən alınmışdır. İşçilər yalnız həmin ərazidəki konteynerlərdə quraşdırma işlərini görmək imkanına malik olmuşlar. c. Cavabdehin əməkdaşları George Thomas və Nərgiz Qasımova arasındakı 28 avqust 2017- ci il tarixdə, saat 08:12-də baş tutmuş təsdiqləmə/yeniləmə xarakterli “e-mail” yazışmasının bəzi bölmələri aşağıdakı kimidir: “2 ədəd 20-lik konteyneri qaldırdıq (lifting); Bu axşam, 40-lıq və 20-likdən birini qaldıra bilərikmi – təsdiq edildikdən sonra yük maşınları (trailers) göndəriləcək – Bəli, əlbəttə, qalan konteynerləri 1 saat qabaqcadan xəbər verməklə təhvil alına bilər”. “E-mail”, “e-məhkəmə sistemi”nə 02 may 2023-cü il tarixində yüklənmişdir; sistemdəki sıra nömrəsi: 102. Qeyd: Bu e-mail nəyi təsdiqləyir? – Konteynerlərin “Sangachal Landfall” ərazisinə daşınması və qaldırılması (liftinqi) cavabdeh tərəfindən həyata keçirilmişdir. d. Cavabdehin əməkdaşları George Thomas tərəfindən Nərgiz Qasımovaya yazılmış 30 avqust 2017-ci il tarixli (saat 15:35) “e-mail” yazışmasının mətni aşağıdakı kimidir: “Nərgiz, Zəhmət olmasa aşağıdakıları təsdiqləyə bilərsiniz, çünki BP çatdırılma tarixləri ilə bağlı cavab verməyimizi xahiş edib: 1. Generatorun təhvil verilməsi – 30 – avqust 2. Tualet blokunun tamamlanması – 31 avqust 3. Tualet blokunun Əraziyə çatdırılması – 1 sentyabr
4. Dizel çəni/su çəninin təhvil verilməsi – 5 sentyabr 5. Generator üçün mühafizə – 5 sentyabr 6. 40' Dəyişmə otağı / yeməkxana - 6 sentyabr 7. Naqillərin/santexnika işlərinin tamamlanması – 6 sentyabr 8. Ofis təsisatının istifadəyə hazır olması - 7 sentyabr 9. Ofis ləvazimatlarının çatdırılması – 7 sentyabr (təqdim olunan siyahıya uyğun olaraq) 10. Dizel çəni üçün mühafizə – 10 Sentyabr Təhvil alma (qəbul) məntəqəsi barədə məlumat versəniz, biz yük maşınlarını (“trailers”) təşkil edəcəyik. Hörmətlə, George” “E-mail”, “eməhkəmə sistemi”nə 02 may 2023-cü il tarixində yüklənmişdir; sistemdəki sıra nömrəsi: 102. Qeyd: Bu e-mail nəyi təsdiqləyir? – İstənilən əşyalar, o cümlədən konteynerlərin “Sangachal Landfall” ərazisinə daşınması Cavabdeh tərəfindən həyata keçirilmişdir. e. Cavabdehin əməkdaşı Nərgiz Qasımova tərəfindən digər əməkdaş George Thomas-a ünvanlanmış 01 sentyabr 2017-ci il tarixli (saat 20:47) “e-mail”də deyilir: “Razılaşdığımız kimi, bu gün onu kiçik aksessuarlarla Ərazidə təhvil verməyi planlaşdırırdıq, lakin külək səbəbindən ləğv edildi. 40-lıq konteyner və tütünçəkmək üçün ayrılmış qapalı qurğu kimi tam hazırdır və külək səbəbindən çatdırılmamışdır. Sergey bu gün ərazidə heç bir qaldırma (lifting) əməliyyatına icazə verilmədiyini bildirdi”. “E-mail”, “e-məhkəmə sistemi”nə 02 may 2023-cü il tarixində yüklənmişdir; sistemdəki sıra nömrəsi: 102. Qeyd: Bu e-mail nəyi təsdiqləyir? – “Sangachal Landfall” ərazisində konteyner daşınması və qaldırma (lifting) işləri əvvəlcədən planlaşdırılır. BP şirkətinin icazəsi olmadan orada heç bir iş görülə bilməz. f. Cavabdehin əməkdaşı Nərgiz Qasımova tərəfindən digər əməkdaş George Thomas və İddiaçının direktoru E. İbrahimova ünvanlanmış 02 sentyabr 2017-ci il tarixli (saat 18:29) “e-mail” mətni aşağıdakı kimidir: “George, Məmnuniyyətlə. Müzakirə edildiyi kimi, tualet bloku bu gün təhvil alınmağa hazırdır. Mən bu “e-mail”in surətini konteyner və işçi qüvvəsini təmin edən şirkətin sahibi olan Elşən bəyə göndərirəm. Mübariz, Tural, konteynerlər və s. ilə bağlı hər hansı bir problem varsa, onu da məlumatlandırın ki, çatdırılma vaxtı və s. ilə əlaqəli yalnış anlaşılmaların qarşısını ala bilək. Mübarizdən xahiş etdim ki, Sergeyə zəng etsin və mobilizasiya üçün sabah səhər saatını razılaşdırsın. Təşəkkürlər Nərgiz” “E-mail”, “e-məhkəmə sistemi”nə 02 may 2023-cü il tarixində yüklənmişdir; sistemdəki sıra nömrəsi: 102. Qeyd: Bu e-mail nəyi təsdiqləyir? – Cavabdeh konteynerləri İddiaçıdan təhvil alaraq “Sangachal Landfall” ərazisinə özü daşımışdır.
5. ********** nömrəli 6 aprel 2018-ci il tarixli satınalma sifarişi (PO) və DR050418 nömrəli Təslim aktının konteynerlərin İddiaçıya qaytarıldığını təsdiq edən sənəd kimi qələmə verilməsi qəbulolunmazdır. Ona görə ki: 5.1. Həmin sənədlərin məzmunu özü buna mane olur. Diqqət edilsin ki, sözügedən sənədlərin mətnində istifadə edilmiş ifadələr (“disassemble”/”sökmək, hissələrə ayırmaq”; “removal”/”sökmək, çıxarmaq”; “locate”/”yerləşdirmək”) konteynerlərin da daşınma və qaldırma (lifting) üçün hazır hala gətirilməsini ehtiva edir. Sənədlərin mətnindən açıq-aydın görünür ki, iddiaçının əməkdaşları yalnız və yalnız konteynerlərdə müvafiq sökmə, hissələrə ayırma işlərini görüblər. Burada hər hansı konteynerin daşınması və qaldırılmasına dair 1 söz belə yoxdur. 5.2. Məhkəməyə 20 noyabr 2023-cü il tarixində cavabdehin əməkdaşı Binu Joseph tərəfindən digər əməkdaşlar Simon J Hartley və Nərgiz Qasımovaya ünvanlanmış 6 mart 2018-ci il tarixli “email” təqdim edilmişdir. Həmin “e-mail”də Binu Joseph “Demobilizasiyanın bir hissəsi olaraq, 08- 18 mart tarixlərində şəxslərin (mənə deyildiyinə görə, Dominant şirkətinin) su çənləri və tualet bloklarının izolyasiyasını sökmə işlərini görməsinin təşkilini” xahiş etmişdir. Göründüyü kimi, “Sangachal Landfall” ərazisinə yalnız İddiaçının müvafiq əməkdaşları daxil olmuş və orada yalnız sökmə işlərini görmüşlər. “Sangachal Landfall” ərazisindən tərxisetmənin icrası bütövlükdə, BP ilə müqavilə münsibətlərində olan Cavabdehin öhdəliyi olmuşdur. Nəzərə alınmalıdır ki, İddiaçı “Sangachal Landfall” ərazisinə hər hansı konteyner gətirmədiyi kimi, oradan da çıxara bilməzdi. Hətta belə bir hal olmuş olsaydı belə, Cavabdeh lazımi icazələri BP şirkətindən almalı idi. İş materiallarında bu barədə heç bir sübut yoxdur və ola da bilməz. Çünki iddiaçı konteynerləri “Sangachal Landfall” ərazisindən çıxarmamışdır. 5.3. “Locate” kəlməsindən hərəkətlə Cavabdehin yürütdüyü mühakimənin yalnışlığı ortadadır. Əvvəlcə qeyd edir ki, konteynerlərin İddiaçıya təhvil verildiyinə dair işdə heç bir sübut olmadığından, konteynerlərin “Sangachal Landfall” ərazisinə gətirilməsi və çıxarılması işləri Cavabdeh tərəfindən görüldüyündən və bu azmış kimi, konteynerlərin ən azı 3 ədədi Cavabdehin ərazisində tapıldığından mühakimənin həqiqətə uyğun olmadığı ortaya çıxmışdır. Bununla belə, yenə də öz mövqelərini bildirməkdə fayda görürlər. 5.3.1. “Locate” kəlməsi sökülmüş konteynerin daşınmasını və qaldırılmasını (liftinqini) nəzərdə tutmur. Əgər tutsaydı, buna görə ayrıca xidmət haqqı ödənilərdi. Diqqət edilsin ki, bu, obyektiv olaraq da mümkün deyil. Ona görə ki, “Sangachal Landfall” ərazisində daşıma və liftinq işlərini yalnız bunun üçün xüsusi icazəsi olan şirkət edə bilər. İddiaçının belə bir icazəsinin olmadığı mübahisəsizdir. 5.3.2. Deməli, “Locate” kəlməsi sökülmüş konteynerin olduğu yerdə qalmasını nəzərdə tutur. Beləliklə də, İddiaçının həmin satınalma sifarişi üzrə işləri yekunlaşmış olur. Cavabdehin BP şirkəti ilə olan layihəsinin bitməsinə görə “Sangachal Landfall” ərazisini boşaltmalı olmasının isə, İddiaçıya heç aidiyyəti yoxdur. Şübhəsiz, Cavabdehin həmin ərazidə istifadə etdiyi çoxsaylı texnikası, avadanlığı, konteyneri ola bilər. Cavabdeh həmin əşyaların çıxarılmasını özü təmin etməlidir. Dolayısı ilə, “Locate” kəlməsi konteynerlərin söküldükdən (yəni daşınmağa və liftinqə hazır vəziyyətə gətirildikdən) sonra məhz “Sangachal Landfall” ərazisində qaldığına dəlalət etməkdədir. Əlbəttə, həmin konteynerlər sonsuzadək orada qalası deyildirlər. Cavabdeh həmin konteynerləri oradan çıxararaq öz bazasına gətirmişdir. Bunun məntiqi nəticəsi kimi, Məhkəmə də ən azı 3 konteyneri həmin ərazidə aşkar etmişdir.
6. Cavabdehin konteynerlərə görə hesab-faktura verilməməsinin onların qaytarıldığının dəlili olmasına dair mövqeyi də əsaslı deyildir. Əvvəla, Cavabdeh konteynerləri qaytardığını sübuta yetirməlidir. Bu barədə heç bir sübut işdə yoxdur. Əksinə, onların məhkəmə yolu ilə təsbit edə bildikləri qədəri ilə 3 ədəd konteyner cavabdehin bazasındadır; Cavabdeh həmin konteynerlərdən istifadə etməkdədir. Onlarda olan məlumata görə, digər 6 ədəd konteyner də, Cavabdeh tərəfindən hazrda davam edən müxtəlif layihələrdə istifadə edilir. Sadəcə, həmin layihələrin həyata keçirildiyi sahələrə İddiaçının girişi yoxdur. İkincisi, İddiaçı, aylıq icarə haqqı tələb etmir. Mülki Məcəllənin 697.2-ci maddəsini rəhbər tutmaqla kompensasiya tələb edir. Konteynerləri qaytarmaq öhdəliyi cavabdehin üzərindədir. Üçüncüsü, İddiaçının əməkdaşları dəfələrlə konteynerlərin qaytarılması məqsədilə Cavabdehin bazasına getmişlər. Ancaq Cavabdehin qapılar və podrat işlərindəki mövqeyi bu məsələdə də təkrarlanmışdır: Cavabdeh konteynerlərin onda olduğunu inkar etmişdir. Daha bir mühüm məqam: 2019-cu ildən başlayaraq Cavabdehdə mütəmadi olaraq menecer dəyişikliyi yaşanmış, 2020-ci ildən sonra isə, COVİD-19 səbəbiylə İddiaçının öz konteynerlərini Cavabdehin bazasında aşkar etməsi və götürməsi kifayət qədər çətinləşmişdir. Belə ki, Cavabdehin durmadan dəyişən idarəedici əməkdaşları öz aralarında lazımı təhvil-təslimi yerinə yetirməmiş, yeni gələn menecer konteynerlərlə bağlı məlumata malik olmadığını bildirmişdir. Eyni vəziyyət, qapılarla bağlı (“E-mail” yazışmalarından açıq-aşkar görünür) məsələdə də yaşanmışdır. Bu azmış kimi, pandemiyanın mənfi təsiri də İddiaçının konteynerlərini tələb etməsini çətinləşdirmişdir.
7. Cavabdehin konteynerlərin icarəsindənsə, onların kirayə götürülməsinin iqtisadi cəhətdən faydalı olduğuna dair dəlili də yetərsizdir. 7.1. Hər hansı əşyanı satın almaq və ya icarəyə götürmək imkanı Cavabdehin özünə aid olan bir məsələdir. Bununla belə, icarənin sanki iqtisadi baxımdan zərərli bir addım kimi qələmə verilməsini qəbul edilə bilməz. Niyə? Ona görə ki, Cavabdeh bu konteynerlərdən müxtəlif layihələrdə istifadə edir. Şübhəsiz, layihələrdə işi müəyyən muzd müqabilində görür. Muzdu formalaşdırarkən gördüyü işin maya dəyəri və əldə edəcəyi mənfəəti diqqətə alır. Bu halda, konteynerə görə ödədiyi icarə haqqı məbləğləri həmin maya dəyərinə aid olur; deməli, icarə haqlarını əslində, Cavabdeh deyil, onun sifarişçisi ödəmiş olur. Üstəgəl, Cavabdeh bu icarəyə götürdüyü konteynerlərin icarə haqlarını öz sifarişisindən alarkən bizdən icarəyə götürdüyü qiymətdən kifayət qədər artıq qiyməti əsas götürür (yəni deyim yerindəysə, daha yüksək qiymətə icarəyə vermiş olur). 7.2. Diqqət edilsin ki, onlara məxsus 3 ədəd konteyner Cavabdehin bazasında açıq havada və ya qapalı yerdə istifadəsiz olaraq qalmamışdır. Əksinə, hər 3 konteynerdən Cavabdeh 5 ildir ki, istifadə edir. Deməli, konteynerlər işlək/istismara yararlı vəziyyətdədir. Bunun iki nəticəsi var: a. Həmin konteynerlər olmasaydı, Cavabdeh onlara olan ehtiyacını qarşılamaq üçün yenə konteyner icarəyə götürəcəkdi. Bunun üçün də, icarə haqqı ödəyəcəkdi. b. Həmin konteynerlər vaxtında İddiaçıya qaytarılmış olsaydı, İddiaçı onların icarəsindən gəlir əldə edə biləcəkdi.
8. Konteynerlər məsələsində Cavabdehin davranışı (əslində, hərəkətsizliyi) ortadadır. Cavabdeh həqiqətin ortaya çıxarılmasına deyil, gizlədilməsinə çalışmışdır. Əslində bu hal, İddiaçının tələbinin konteynerlərlə bağlı hissədə də tamamilə haqlı olduğunu bir daha təsdiqləyir. Niyə? – Ona görə ki, İddiaçı konteynerlərlə bağlı Cavabdehin öz əməkdaşları və Cavabdehin əməkdaşları ilə İddiaçının direktoru arasındakı “e-mail” yazışmalarını məhkəməyə təqdim etmişdir. Cavabdeh bu yazışmaların mötəbərliyinə qarşı heç bir etiraz irəli sürə bilməmişdir. Əgər Cavabdehdə bunların əleyhinə hər hansı yazışma, sənədləşmə olsaydı, onlar çoxdan məhkəməyə təqdim edilmiş olardı. Bir daha vurğulayırlar ki, konteynerlərin daşınması və liftinqi ilə bağlı bütün sənədləşmə Cavabdehdə vardır. Çünki Cavabdeh bu işləri öz kontragentlərinə (onlarda olan məlumata görə, Shinkar və AGL adlı şirkətlərə) gördürmüşdür. Şübhəsiz, bütün sənədləşmələr (“e-mail” yazışmalarından tutmuş e-qaimələrə və bank ödənişlərinə qədər) də saxlanılmışdır. Digər yandan, məhkəmənin iştirakı ilə keçirilmiş yerli baxışdan bir neçə gün sonra (07 aprel 2023-cü ildə) tərəflərin nümayəndələrinin iştirakı ilə Cavabdehin bazasında təkrar baxış keçirilmişdir. Bu zaman, bazanın qapalı hissəsində bir neçə konteyner aşkar edilmişdir. Ancaq həmin anda orada işlərin görülməsi və konteynerlərin yerləşmə şəklinin imkan verməməsi səbəbindən tərəflər razılığa gəlmişlər ki, Cavabdeh həmin konteynerlərin üzərindəki eyniləşdirmə kodlarının fotosunu çəkərək İddiaçıya və Məhkəməyə təqdim edəcəkdir. Yerli baxışdan 8 ay keçib, ancaq həmin fotolar bu günə qədər hələ də təqdim edilməyib. Şübhəsiz, Cavabdehin öz əleyhinə (ancaq həqiqətin lehinə) olan bu sənədləri Məhkəməyə təqdim edəcəyini düşünmək sadəlövhlük olardı. Ancaq onların burada demək istədikləri fərqli haldır: əgər təqdim edilmirsə, deməli, gizlədiləsi nə isə var. Məhkəmə öz qiymətləndirməsində bu mühüm məqamı da diqqətə almalıdır. Şübhəsiz, məhkəmə işdəki sənədləri və qanunu rəhbər tutaraq qərar qəbul edir. Ancaq məhkəmə prosesinin gedişindəki çıxışlar, tərəflərin davranışları və s. Məhkəmənin daxili inamının formalaşmasında xüsusi rol oynayır. Bu günədək məhkəməyə təqdim etdikləri sənədlərdə və izahatlarda hər hansı təhrifə (riyazi hesablama səhvləri istisnadır; bunları aşkar edən kimi düzəltmişlər) yol verməmişlər. Buna müqabil, Cavabdeh prosesin hər mərhələsində işin əsassız uzadılmasına, məhkəmə araşdırmasının səhv istiqamətdə aparılmasına çalışmış, işə heç bir aidiyyəti olmayan çoxsaylı sənədləri məhkəməyə təqdim etməklə Məhkəmənin diqqətini iddianın predmetini təşkil edən mövzudan yayındırmağa cəhd etmişdir. Tərəflər arasında uzun illər ərzində formalaşmış qarşılıqlı etimad mühitində belə bir ağır layihəni öz hesablarına təkbaşına maliyyələşdirmələrinin qarşılığında əməklərinin əvəzini ala bilmədikləri kimi, Cavabdehin əsassız ittihamlarının (“eyni işə görə təkrar pul tələb edirlər”; “konteynerləri təhvil aldıqları halda, pul tələb edirlər”; “qapılar keyfiyyətsiz olub” kimi) hədəfinə də çevrilmişlər. Hesab edirlər ki, işdəki sənədlər və verdikləri açıqlamalar iddia tələblərinin tam haqlı olduğunu təsdiq etdiyi kimi Cavabdehin də təhrifedici davranışlarını zərərsizləşdirməyə lazımi töhfəni vermişdir. Sonradan xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 ikinci məhkəmə çıxışını (cərimə məbləğinin hesablanması, konteynerlərə görə kompensasiya tələbi) yazılı şəkildə təqdim edərək iddia tələblərinin tam təmin edilməsini xahiş etmiş və çıxışında qeyd etmişdir ki: İ. Cərimə məbləğinin hesablanması Hazırkı iş üzrə 4 dekabr 2023-cü il tarixində keçirilmiş məhkəmə iclasında cavabdeh “Baker Huges Services İnternational LLC” şirkəti (bundan sonra – Cavabdeh/Şirkət) cərimə məbləğinin hesablanmasına dair belə bir etiraz irəli sürmüşdür: tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli Müqavilənin 2.3-cü bəndinə əsasən, Cavabdehin pul ödəmək öhdəliyi düzgün hazırlanmış hesabın Cavabdehin mühasibatlığı tərəfindən alınmasından sonra yaranır və Cavabdeh məbləği 90 gün ərzində ödəyə bilər. Belə bir dəlillə razılaşmaq mümkün deyildir.
1. Sual: Müqavilənin 2.3-cü bəndinə əsasən, İddiaçının hesabı düzgün hazırlaması üçün Cavabdehin imzalamalı olduğu hansı sənədlərə ehtiyacı vardı? Cavab: Cavabdehin satınalma sifarişi (PO) + işlərin görülməsini təsdiqləyən hər iki tərəfin imzaladığı Təhvil-təslim aktı (Delivery note). Bu iki sənəd olmadan, İddiaçı istəsə də, hesab təqdim edə bilməzdi. Üstəgəl, təqdim etmiş olsaydı belə, Cavabdeh asanlıqla (“düzgün hazırlanmayıb” bəhanəsiylə) bunların ödənişindən imtina edəcəkdi.
2. Sual: Cavabdehin faktiki olaraq sifariş verməsinə baxmayaraq, lazımı sənədləri təqdim etmədiyi iş materialları ilə təsdiq edilibmi? Cavab: Bəli, edilib. Necə? Fakt 1: Qapılar Qeyd edək ki, 2019-cu ilin dekabrında 13 ədəd qapının quraşdırılması işi görülmüş, bunlardan yalnız 2 ədədi barəsində Cavabdeh satınalma sifarişi (PO) vermişdir. Qalan 11 ədəd qapı barəsində satınalma sifarişi verilməsindən əsassız olaraq imtina edilmişdir. Halbuki 2020-ci ilin mart ayında 13 ədəd qapıya görə təhvil-təslim aktları imzalanmışdır. Dəfələrlə tələb etmələrinə baxmayaraq Cavabdeh 11 ədəd qapıya görə satınalma sifarişi verməkdən əsassız boyun qaçırmışdır. İş materiallarında 18 yanvar 2021-ci il tarixində Cavabdehə yazdıqları “e-mail”lər vardır. Heç bir faydası olmamışdır. Qeyd edirlər ki, bu məzmunlu “e-mail”ləri onlar 2020-ci ilin sonlarında da yazmışdılar. Fakt 2: Podrat işləri (1.002.284 manat dəyərində) Podrat işləri iyul 2019-fevral 2020-ci illəri əhatə edən dövr ərzində Cavabdehin bazasında görülmüşdür. Şübhəsiz, orada hansı işlərin görülməsini (ölçü, yer, işin növü, miqyası vs.) Cavabdeh sifariş etmişdir. İşlər yüksək keyfiyyətdə görülmüşdür; bunu yerli baxış zamanı asanlıqla müəyyənləşdirmək mümkün olmuşdur. Keçən müddət ərzində Cavabdeh həmin işlərin nəticələrindən (anbarlardan və betonlama, çınqıllama işlərindən) faydalanmışdır. Yəni işləri faktiki olaraq qəbul etmişdir. Hətta onlar məcbur qalıb, təhvil-təslim aktlarını imzalayaraq 14, 15 və 21 iyul 2022-ci il tarixlərində Cavabdehin səlahiyyətli şəxslərinə imzalanmaq və təsdiq üçün “e-mail” (AElektron ünvan 2; Zaur.AElektron ünvan 3) vasitəsilə göndərmişlər. Ancaq bunun da heç bir nəticəsi olmamışdır. Çünki təxminən 1 il ərzində Cavabdehin işçi (idarəetmə) heyəti ən azı, 3-4 dəfə dəyimişdir. Yeni gələn və vəzifədən gedən işçilər arasında heç bir təhvil-təslim əməliyyatı olmamışdır. Bu hal, Cavabdehin idarəetmə sistemindəki qüsuru göstərməsinə baxmayaraq Cavabdeh işçi heyətinin dəyişdiyini, köhnə işçilərlə yeni işçilər arasında şirkət daxili təhvil-təslim əməliyyatlarının aparılmadığını bəhanə edərək podrat işlərinə dair təhvil-təslim aktını (delivery note) imzalamaqdan imtina etmişdir.
3. Sual: Cavabdeh, istər məhkəmə prosesindən əvvəl, istərsə də, məhkəmə prosesinin gedişində podrat işlərinə görə ödənişi gecikdirmələrini qəbul etmişdirmi? Cavab: Xeyr! Əksinə, Cavabdeh qapılara görə ödənişi onların keyfiyyətsiz olmaları səbəbindən etmədiklərini irəli sürmüş; 1.002.284 manat dəyərində podrat işlərinə görə isə, borclarının olmadığını (artıq bu işlərin əvəzini ödədiklərini) bildirmişlər. Göründüyü kimi, Cavabdeh ümumiyyətlə, öhdəliyinin olmadığını irəli sürmüşdür. Aydındır ki, öhdəliyin olmaması və gecikməyə düşməmə fərqli və biri digərini istisna edən dəlillərdir. Çünki yalnız var olan bir öhdəlik üzrə gecikməyə düşmə məsələsi müzakirə predmetini təşkil edə bilər. Ancaq Cavabdeh öhdəliyini vicdanla icra etmək əvəzinə başqa (əsassız yerə kütləvi inkaretmə) yolu seçmişdir; əsas öhdəliyinin varlığı və həcmi məhkəmədə tam təsdiqini tapdıqdan sonra, Cavabdehin “hesabın düzgün hazırlanmadığı”na dair dəlillə çıxış etməsi, yəni “öhdəliyim var, ancaq İddiaçı vaxtında düzgün hesab təqdim etmədiyinə görə ödəməmişəm” deməsinin tamamilə əsassızlığı ortadadır. Xüsusilə qeyd edilməlidir ki, hazırkı işə məhkəmədə baxıldığı 18 ay ərzində Cavabdeh satınalma sifarişlərini və təhviltəslim aktlarını hansı səbəbdən imzalamadığına (təqdim etmədiyinə) dair heç bir dəlil irəli sürə bilməmişdir. Şübhəsiz, əgər Cavabdeh öhdəliyinin varlığını vaxtında qəbul etmiş olsaydı, iş məhkəməyə belə gəlib çıxmaya bilərdi.
4. Müqavilə şərtlərinə əməl etməyərək podrat işlərinin əvəzini heç bir əsas olmadan 3 ildən çox müddətdir ödəməyən Cavabdehin Müqavilənin 2.3-cü bəndinə istinadən Mülki Məcəllənin 445.7-ci maddəsinin məsuliyyətdən qaçma cəhdi yolverilməzdir. Eyni zamanda, bu cür davranışın Mülki Məcəllənin 560-cı maddəsinə zidliyi də şübhəsizdir. İİ. Konteynerlər Cavabdehin konteynerlərə görə kompensasiya tələbinə qarşı etirazlarından biri ondan ibarətdir ki, “hətta konteynerlər Cavabdehdə olduğu qəbul edilsə belə, İddiaçı onları bilərəkdən geri tələb etməmişdir. Bu isə o deməkdir ki, İddiaçı hüquqdan sui-istifadə etmiş, ona dəymiş zərərin artmasına səbəb olmuşdur”. Cavabdehin bu dəlillərini əsassız hesab edirlər.
5. Sual: İddiaçı, konteynerləri geri tələb etməyə borclu idimi? Cavab: Xeyr! Əksinə, Mülki Məcəllənin 697.2-ci maddəsinə görə, konteynerləri qaytarmaq öhdəliyi məhz Cavabdehin üzərindədir. Belə çıxır ki, Cavabdehin öz öhəliyini icra etməməsinə görə məsuliyyəti Cavabdeh özü deyil, İddiaçı daşımalıdır?!
6. Sual: Cavabdehin konteynerləri qaytarmamasının səbəbi nə olmuşdur? Cavab: Bu sualı, əlbəttə ki, Cavabdeh özü dəqiq cavablandıra bilər. Bununla belə, iş materiallarından, Cavabdehin davranışlarından hərəkətlə əqli mühakimə yürüdərək belə bir nəticəyə gələ bilərlər ki, konteynerlərin qaytarılmamasının bir səbəbi vardır: Cavabdehin həmin konteynerlərdən istifadəyə davam etməsi. Bu qənaətə necə gəlirlər? – Çox sadə: 6.1. Konteynerlərdən üçü Cavabdehin bazasında aşkar edilmişdir. Cavabdeh həmin konteynerlərdən indi də, istifadə edir. Məsələn: fotosu təqdim edilən konteynerin içərisində Cavabdeh məxsus arxiv yerləşdirilmişdir. 6.2. Qalan 6 ədəd konteyneri Cavabdehin bazasında aşkar edə bilmədilər. Bu o deməkdir ki, Cavabdeh həmin konteynerləri hazırda icra etdiyi müxtəlif layihələrdə istifadə etməkdədir. 6.3. Cavabdeh konteynerlərin istifadə edilməməsi ilə bağlı heç bir açıqlama vermədiyi kimi, sübut da təqdim etmir. Bu barədə sübut yalnız Cavabdeh tərəfindən təqdim edilə bilər. Çünki konteynerlər faktiki olaraq onun sahibliyindədir və İddiaçının onlar üzərində nəzarət imkanı yoxdur.
7. Sual: İddiaçı, hüquqdan sui-istifadə etmişdirmi? Cavab: Xeyr! Niyə? – Məhkəmə baxış iclasında “Konteynerləri niyə geri istəmirdiniz” sualı qarşısında ifadə etdikləri mövqe bu olmuşdur: Konteynerləri geri vermək İddiaçı deyil, Cavabdehin mənfəətindədir. Dolayısı ilə, bu sualı İddiaçı deyil, Cavabdeh cavablandırmalıdır. Digər tərəfdən, nəzərə alınmalıdır ki, Cavabdehin konteynerləri qaytarmaması təsadüfən baş vermiş bir hal deyildir. Əksinə, Cavabdeh “Sangachal Landfall” ərazisindən çıxdığı gündən etibarən konteynerlərən faydalanmaqdadır (bu barədə yuxarıda 6-cı bənddə ətraflı izahat verilib). Deməli, Cavabdehin konteynerləri özündə saxlaması elə onun mənfəətinə xidmət etmişdir. Başqa sözlə, Cavabdeh 9 ədəd konteynerdən istifadəyə öz bazasında və/və ya icra etdiyi layihələrdə davam etmiş, ancaq icarə haqqı ödəməkdən yayınmağa çalışmışdır. Dolayısı ilə, podrat işlərində gördüklərinə bənzər bir mənzərə ilə qarşı-qarşıyadılar. Bir daha qeyd edirlər ki, dəfələrlə konteynerlərin qaytarılması tələb edilmiş, hətta İddiaçının şçiləri məqsədlə Cavabdehə məxsus bazaya getmiş, ancaq içəri buraxılmamışdır. Cavabdehin tez-tez dəyişən işçilərinin cavabı isə, eyni olmuşdur: “konteynerlər barəsində bizdə heç bir məlumat yoxdur”.
8. Sual: Mülki Məcəllənin 21.3-cü maddəsinin tətbiqi mümkündürmü? Cavab: Xeyr! Niyə? Ona görə ki, əsas yoxdur. Mülki Məcəllənin 21.3-cü maddəsinin təyinatı diqqətə alınmalıdır. Belə ki, həmin maddə öhdəliyi deyil, vəzifəsi (Azərbaycan hüquq terminologiyasında bunu ifadə etmək üçün uyğun anlayış yoxdur) olan şəxsin bu vəzifəsini yerinə yetirməməsi səbəbindən ortaya çıxan təzminat tələbinin tam və ya qismən təmin olunmamasını nəzərdə tutur. Məsələn, sığortalının sığorta təşkilatına vaxtında məlumat verməməsi (MM m. 935.1) bunun ənənəvi nümunəsidir. Göründüyü kimi, m. 21.3 yalnız o halda tətbiq edilə bilərdi ki, İddiaçının konteynerlərin geri verilməsini tələb etmək vəzifəsi olardı. İddiaçının belə bir vəzifəsi olmadığı ortadadır. Belə olan halda, m. 21.3-ün tətbiqi istisna edilir. Öz növbəsində Cavabdeh Şirkəti xx.xx.2023-cü il tarixdə məhkəməyə yazılı izahat verərək, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və izahatında qeyd etmişdir ki: Əraziyə keçirilmiş məhkəmə baxışı zamanı "aşkar edilmiş" konteynerlər ilə bağlı: İddiaçı iddia edir ki, guya o, cavabdehin ərazisinə keçirilən məhkəmə baxışı zamanı iddiaçının icarəyə verdiyi həmin 9 konteynerdən 3 konteyner cavabdehin ərazisində olduğunu müəyyən etmişdir. Bununla bağlı qeyd edirlər ki, cavabdehin ərazisinə keçirilmiş məhkəmə baxışı zamanı iddiaçı yalnız 1 konteyneri müəyyən etdiyini baxış zamanı bildirmişdir. Həmin konteyner istifadəsiz (atılmış) vəziyyətdə olmuşdur, yəni cavabdeh tərəfindən heç bir fayda əldə etmirdi. Lakin, iddiaçı həmin konteynerin ona məxsus olduğunu sübut edən heç bir mötəbər sənədi məhkəməyə təqdim etməmişdir. Bununla əlavə, hətta fərz etsələr ki, məhkəmə baxışı zamanı vaxtı ilə cavabdehin iddiaçıdan icarəyə götürdüyü konteyner aşkar edilmişdir, bu o demək deyil ki, cavabdeh həmin konteyneri qanunsuz olaraq özündə saxlamışdır. Belə ki, cavabdeh təkcə 2018-2019-cu illərdə iddiaçıdan ən azı 3 ədəd konteyner satın almışdır. Odur ki, bir zamanlar iddiçıaya məxsus olan konteynerin hazırda cavabdehin bazasında olması tam təbiidir, çünki cavabdeh konteyneri iddiaçıdan satın almışdır. Belə ki, iddiaçının cavabdehə təqdim etdiyi 05 mart 2018-ci il tarixli 002/BH18 nömrəli invoysun 4 və 5-ci bəndlərində qeyd edilir ki, iddiaçı cavabdehə 3840 manat və 6904 manat dəyərində 2 ədəd konteyner təchiz etmişdir (satmışdır). Bundan əlavə, iddiaçının cavabdehə təqdim etdiyi 26 mart 2019-cu il tarixli 006/BH19 nömrəli invoysun 7-ci bəndində qeyd edilir ki, iddiaçı cavabdehə 5840 manat dəyərində 1 ədəd konteyner təchiz etmişdir (satmışdır). Konteynerləri qaytarmamaqda cavabdehin iqtisadi marağının olmaması barədə: İcarə müddəti bitdikdən sonra 9 ədəd konteyneri iddiaçıya qaytarmamaqda və özündə saxlamaqda cavabdehin heç bir iqtisadi marağı olmamışdır və ola da bilməzdi. Belə ki, iş materiallarından görünür ki, həmin konteynerlər "Sangachal landfall" adlı ərazidə (BP şirkətinin ərazisi) cavabdehin BP şirkəti üçün gördüyü layihənin yerinə yetirilməsi üçün icarəyə götürülmüşdür. Layihə bitməsi ilə əlaqədar cavabdeh bütün əmlakını həmin ərazidən çıxarmışdır. 9 ədəd konteynerin aylıq icarə haqqısı 9732 manat olmuşdur. 1 ədəd konteynerin satış qiyməti isə orta hesabla 5840 manat təşkil etmişdir. Cavabdehin nə marağı ola bilərdi ki, 2018-ci ilin mart ayından bugünədək aylıq icarə haqqı 9732 manat olan konteyneri özündə saxlasın və bütün bu müddət üçün 642.312 manat ödəməli olsun. Əgər cavabdehə həmin 9 ədəd konteyner lazım olmuş olsaydı, cavabdeh orta hesabla cəmi 52.560 manat (5840 manat x 9) ödəməklə həmin konteynerləri iddiaçıdan satın alardı. Ekspertiza rəyi ilə əlaqədar: İş üzrə keçirilmiş məhkəmə ekspertiza rəyi ilə bağlı qeyd etmək istəyirlər ki, rəydə göstərilən qiymətləri əsaslı hesab edilə bilməz. Belə ki, ekspertiza rəyində həmin qiymətlərin hansı mənbədən götürülməsi və necə müəyyən olunması göstərilmir. Bundan əlavə, ekspertiza rəyinin 6-cı səhifəsində göstərilmiş sonuncu cədvəlin (X8 kimyəvi anbarın tikintisi (66x15x5m)) 7-ci sətrində tərəflər arasında təhvil təslim aktı ilə təsdiq edilməyən iş (profnastil vərəqələrinin çatdırılması) əlavə edilmişdir. Belə ki, X8 kimyəvi anbarın tikintisi ilə bağkı tərəflər arasında DR0120CS nömrəli təhvil-təslim aktı mövcuddur və bu təhvil-təslim aktında iddiaçının gördüyü işlərin siyahısı göstərilmişdir. Həmin bu təhvil-təslim aktında ekspertin qeyd etdiyi - profnastil vərəqələrinin çatdırılması mövcud deyil. Eyni zamanda xx.xx.2023-cü il tarixdə Cavabdeh Şirkəti iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, ərizəsində qeyd etmişdir ki, iddiaçı icarəyə verilmiş 9 ədəd konteynerin qaytarılmamasına görə cavabdehdən 642.312 manat pul tələb edir. Cavabdehin bu tələb ilə bağlı mövqeyi ondan ibarətdir ki, həmin 9 ədəd konteyner icarə müddətinin sonunda iddiaçıya qaytarılmışdır və bu səbəbdən bu tələb əsassızdır. Cavabdeh bu mövqeyini məhkəməyə təqdim etdiyi etirazlarda və şifahi məhkəmə iclaslarında dəfələrlə bildirmişdir. Lakin hər hansı bir səbəbdən məhkəmə 9 ədəd konteynerin icarə müddətinin sonunda cavabdehin iddiaçıya qaytarılmadığı qənaətinə gələrsə (amma əslində konteynerlər qaytarılmışdır) bu halda iddiaçının bu tələbinə iddia müddəti tətbiq edilməlidir. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, 9 ədəd konteynerin icarə müddəti 2018-ci mart ayında bitmişdir. İddiaçı konteynerlərin qaytarılmaması barədə iddianı ərizəsini məhkəməyə 21 noyabr 2022-ci il tarixdə təqdim etmişdir. Buna görə məhkəmə iddiaçının tələbinin əsaslı olması qənaətinə gələrsə (amma tələb əsaslı deyildir), iddiaçı yalnız noyabr 2019-ci il tarixdən başlayan müddət üçün konteynerlərə görə pul tələb edə bilər. Belə ki, Mülki Məcəllənin 373.3-ci maddəsinə görə "Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir." Beləliklə, qeyd edilənləri nəzərə alaraq xahiş edirlər ki, əgər hansı bir səbəbdən məhkəmə 9 ədəd konteynerin icarə müddətinin sonunda cavabdehin iddiaçıya qaytarılmadığı qənaətinə gələrsə (amma əslində konteynerlər qaytarılmışdır) bu halda iddiaçının bu tələbinə iddia müddəti tətbiq edilsin. Heç bir şübhənin olmaması üçün bildirirlər ki, cavabdeh iddiaçının tələbinin və iddiaçının tələbinin əsasında duran hallar ilə razılaşmır və onları qəbul etmir və buna görə də hazırkı ərizə həmin tələb və hallar ilə cavabdehin razılaşması kimi təfsir edilməməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsində, tələbin həcminin artırılması barədə ərizədə, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli yazılı məhkəmə çıxışlarında göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 və iddiaçının qanuni təmsilçisi X6 da iddia tələbini müdafiə etdiklərini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddiaya qarşı vermiş olduqları etirazlara, eləcə də xx.xx.2023-cü il tarixli yazılı izahatında o cümlədən iddia müddətinin tətbiqi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbini qəbul etmədi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı (podratçı) ilə Cavabdeh Şirkəti (şirkət) arasında bağlanmış xx.xx.2012-ci il tarixli BHİ-FM/2012/01 saylı müqaviləyə əsasən müəyyən edilir ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən podratçı, şirkətə məxsus olan obyektlərdə modifıkasiya, təmir və abadlıq işlərini öz üzərinə götürür, 1.2-ci bəndinə əsasən isə podratçı, müəyyən edilmiş dövlət standartları da daxil olmaqla bütün keyfiyyət standartlarına uyğun olan Xidmətlə Şirkəti təmin edir, Şirkət isə göstərilmiş Xidmətin Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən xidmət, şirkətin obyektində podratçı tərəfindən təchiz edilir. 2.2-ci bəndinə əsasən podratçı tərəfindən göstərilən xidmətə görə şirkət hər işə aid olan təkliflərdə göstərilmiş və şirkət tərəfindən öncədən razılaşdırılmış tariflər üzrə ödəniş edir. 2.3-cü bəndinə əsasən şirkət, müqavilə üzrə ödənişlərini hər ay ötən ay üçün faktiki icarəyə verilmiş avadanlığın, nəqlin və utilizasiya edilən tullantıların həcminə əsasan imzalanmış qaimələrlə birlikdə düzgün hazırlanmış hesabın Şirkət mühasibatlığı tərəfindən alınmasından altmış (60) təqvim günü edir. 2.4-cü bəndinə əsasən ödəniş podratçıya bank köçürməsi yolu ilə həyata keçirilir. 2.5-ci bəndinə əsasən ödəmə Azərbaycan manatı ilə həyata keçirilir. 3.1-ci bəndinə əsasən bu müqavilə əsasında göstəriləcək xidmət, tərəflər arasında razılaşdırılaraq tələb edilərsə, podratçı digər əlaqəli xidmətləri əlavə razılaşmalarda göstərilmiş tarix, miqdar, yer, kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun təmin etməlidir. 6.2-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və bir il - 24 noyabr 2013-cü ilə qədər qüvvədə qalır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2012-ci il tarixli BHİ-FM/2012/01 nömrəli müqavilənin xx.xx.2017-ci il tarixli 5 saylı əlavəsinə əsasən tərəflər aralarında müqaviləyə aşağıdakı dəyişikliklər barədə razılaşmışlar:
1. “X10 İnt.İnk.” Şirkətinin adı müqavilə və ona edilən əlavə və dəyişikliklərdə “Baker Hughes Services İntemational LLC” şirkətinin Azərbaycandakı Nümayəndəliyi adına dəyişdirilsin.
2. Müqavilənin müddəti 27 noyabr 2018-ci il tarixinə qədər uzadılsın.
3. Müqavilənin 2.3-cü bəndində - Şirkət, Müqavilə üzrə ödənişlərini düzgün hazırlanmış hesabın Şirkət mühasibatlığı tərəfindən alınmasından doxsan (90) təqvim günü edir.
4. Müqavilənin hazırkı Əlavə ilə ziddiyyət təşkil etməyən digər şərt və müddəaları dəyişdirilmədən öz qüvvəsində qalır. 5 saylı Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2012-ci il tarixli BHİ-FM/2012/01 nömrəli müqavilənin xx.xx.2018-ci il tarixli 6 saylı əlavəsinə əsasən tərəflər aralarında müqavilənin müddətinin bir il - 27 noyabr 2019cu il tarixində bitmək şərti ilə uzadılması və müqavilənin hazırkı Əlavəylə ziddiyyət təşkil etməyən digər şərt və müddəaları dəyişdirilmədən öz qüvvəsində qalması barədə razılaşmışlar. 6 saylı Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2017-ci il tarixli Q085/BH17 nömrəli qiymət təklifindən (quotation) görünür ki, 25.08-25.09 tarixlərində İddiaçı tərəfindən Cavabdeh Şirkətinə Sanqaçal Landfall ərazisindəki icarəyə verilmiş ofis üçün konteynrlərin ümumilikdə icarə haqqı dəyəri (3825 manat + 3185 manat + 850 manat = 7860 – 1572 ƏDV xaric) 6288 manat təşkil edir. xx.xx.2017-ci il tarixli ********** sifariş əmrindən (puchase order) görünür ki, (3825 manat + 3185 manat + 850 manat = 7860 – 1572 ƏDV xaric) 6288 manat dəyərində ofis üçün konteynrlərin icarəyə verilməsi Cavabdeh Şirkəti tərəfindən sifariş edilmişdir. DR051117 nömrəli təslim aktından (delivery note) görünür ki, İddiaçı ilə Cavabdeh Şirkəti arasında xx.xx.2017-xx.xx.2017-ci il tarixləri arası dövrdə Sanqaçal Landfall ərazisi üçün konteynerlərin icarəsi ilə bağlı təhvil aktı imzalanmış, akt Cavabdeh Şirkətinin adından Paul Harvey tərəfindən imzalanmışdır. xx.xx.2017-ci il tarixli Q095/BH17 nömrəli qiymət təklifindən (quotation) görünür ki, 25.09.-25.10 tarixlərində İddiaçı tərəfindən Cavabdeh Şirkətinə Sanqaçal Landfall ərazisindəki icarəyə verilmiş ofis üçün konteynrlərin ümumilikdə icarə haqqı dəyəri (5740 manat + 4250 manat + 1700 manat = 11690 – 2338 ƏDV xaric) 9352 manat təşkil edir. xx.xx.2017-ci il tarixli ********** sifariş əmrindən (puchase order) görünür ki, (5740 manat + 4250 manat + 1700 manat = 11690 – 2338 ƏDV xaric) 9352 manat dəyərində ofis üçün konteynrlərin icarəyə verilməsi Cavabdeh Şirkəti tərəfindən sifariş edilmişdir. DR101117 nömrəli təslim aktından (delivery note) görünür ki, İddiaçı ilə Cavabdeh Şirkəti arasında xx.xx.2017-xx.xx.2017-ci il tarixləri arası dövrdə Sanqaçal Landfall ərazisi üçün konteynerlərin icarəsi ilə bağlı təhvil aktı imzalanmış, akt Cavabdeh Şirkətinin nümayəndəsi tərəfindən imzalanmışdır. xx.xx.2017-ci il tarixli Q088/BH17 nömrəli qiymət təklifindən (quotation) görünür ki, İddiaçı tərəfindən Cavabdeh Şirkətinə sürücülər üçün 20 futluq konteynerin təchiz edilməsinin ümumi dəyəri (4500 manat + 300 manat = 4800 – 960 ƏDV xaric) 3840 manat təşkil edir. xx.xx.2018-ci il tarixli ********** sifariş əmrindən (puchase order) görünür ki, (4500 manat + 300 manat = 4800 – 960 ƏDV xaric) 3840 manat dəyərində sürücülər üçün 20 futluq konteynerin təchiz edilməsi Cavabdeh Şirkəti tərəfindən sifariş edilmişdir. xx.xx.2017-ci il tarixli Q089/BH17 nömrəli qiymət təklifindən (quotation) görünür ki, İddiaçı tərəfindən Cavabdeh Şirkətinə 20 futluq konteynerin təchiz edilməsinin ümumi dəyəri (4300 manat + 450 manat + 180 manat + 1560 manat + 320 manat + 520 manat + 450 manat + 550 manat + 300 manat = 8630 – 1726 ƏDV xaric) 6904 manat təşkil edir. xx.xx.2018-ci il tarixli ********** sifariş əmrindən (puchase order) görünür ki, (4300 manat + 450 manat + 180 manat + 1560 manat + 320 manat + 520 maant + 450 manat + 550 manat + 300 manat = 8630 – 1726 ƏDV xaric) 6904 manat dəyərində 20 futluq konteynerin təchiz edilməsi Cavabdeh Şirkəti tərəfindən sifariş edilmişdir. xx.xx.2018-ci il tarixli 002/BH18 saylı invoysdan (invoice) görünür ki, İddiaçı tərəfindən görülmüş işlərin (o cümlədən DR010118 nömrəli nömrəli təslim aktına (delivery note) əsasən 3840 manat dəyərində 20 futluq konteynerin təchiz edilməsi və DR040118 nömrəli təslim aktına (delivery note) əsasən 6904 manat dəyərində sürücülər üçün 20 futluq konteynerin təchiz edilməsi, DR030118 nömrəli nömrəli təslim aktına (delivery note) əsasən 9732 manat dəyərində xx.xx.2017-xx.xx.2018-ci il tarixlərində Sanqaçal Landfall ərazisi üçün konteynerlərin icarəsi haqqısı daxil) ümumi dəyəri 53680 manat təşkil edir (müştəri Cavabdeh Şirkətidir (BHİ). xx.xx.2017-ci il tarixli Q096/BH17 nömrəli qiymət təklifindən (quotation) görünür ki, 25.10-25.11 tarixlərində İddiaçı tərəfindən Cavabdeh Şirkətinə Sanqaçal Landfall ərazisindəki icarəyə verilmiş ofis üçün konteynerlərin ümumilikdə icarə haqqı dəyəri (5740 manat + 4250 manat + 2175 manat = 12165 – 2433 ƏDV xaric) 9732 manat təşkil edir. xx.xx.2017-ci il tarixli ********** sifariş əmrindən (puchase order) görünür ki, (5740 manat + 4250 manat + 2175 manat = 12165 – 2433 ƏDV xaric) 9732 manat dəyərində ofis üçün konteynerlərin icarəyə verilməsi Cavabdeh Şirkəti tərəfindən sifariş edilmişdir. DR031217 nömrəli təslim aktından (delivery note) görünür ki, İddiaçı ilə Cavabdeh Şirkəti arasında xx.xx.2017-xx.xx.2017-ci il tarixləri arası Sanqaçal Landfall ərazisi üçün konteynerlərin icarəsi ilə bağlı təhvil aktı imzalanmış, akt Cavabdeh Şirkətinin nümayəndəsi tərəfindən təsdiq edilmişdir. İddiaçı tərəfindən 034/BH17 nömrəli invoysa (invoice) əsasən ümumilikdə 45652 manat dəyərində görülmüş işlərə (o cümlədən DR031217 nömrəli təslim aktına (delivery note) əsasən 9732 manat dəyərində xx.xx.2017-xx.xx.2017-ci il tarixlərində Sanqaçal Landfall ərazisi üçün konteynerlərin icarəsi haqqısı daxil) görə EAAE seriyalı, 851715 nömrəli, xx.xx.2017-ci il tarixli elektron qaimə və HR seriyalı, 008734 nömrəli, xx.xx.2017-ci il tarixli elektron vergi hesab fakturası tərtib edilərək Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə elektron sistem vasitəsi ilə göndərilmişdir. "xxxx" ASC-nin 120OCAZ180730009 nömrəli 14 mart 2018-ci il tarixli debit haqqında bildirişi (ödəniş tapşırığı) ilə təsdiq edilir ki, (034/BH17 nömrəli invoysa əsasən) 45652 manat məbləğində pul vəsaiti Cavabdeh Şirkəti tərəfindən İddiaçı hesabına ödənilmişdir. xx.xx.2017-ci il tarixli Q098/BH17 nömrəli qiymət təklifindən (quotation) görünür ki, İddiaçı tərəfindən Cavabdeh Şirkətinə verilmiş Sanqaçal Landfall ərazisi üçün konteynerlərin MPİ inspeksiyası və sertifikatlaşdılmasının ümumilikdə dəyəri (1500 manat + 2000 manat + 1000 manat = 4500 – 900 ƏDV xaric) 3600 manat təşkil edir. xx.xx.2018-ci il tarixli ********** sifariş əmrindən (puchase order) görünür ki, (1500 manat + 2000 manat + 1000 manat = 4500 – 900 ƏDV xaric) 3600 manat dəyərində konteynerlərin MPİ inspeksiyası və sertifikatlaşdılması Cavabdeh Şirkəti tərəfindən sifariş edilmişdir. DR020318 nömrəli təslim aktından (delivery note) görünür ki, Sanqaçal Landfall ərazisi üçün konteynerlərin MPİ inspeksiyası və sertifikatlaşdılması xidmətləri İddiaçı tərəfindən Cavabdeh Şirkətinə təhvil verilmiş, akt Cavabdeh Şirkətinin adından M.Sergey tərəfindən imzalanmışdır. xx.xx.2017-ci il tarixli Q118/BH17 nömrəli qiymət təklifindən (quotation) görünür ki, 25.11-25.12 tarixlərində İddiaçı tərəfindən Cavabdeh Şirkətinə Sanqaçal Landfall ərazisindəki icarəyə verilmiş ofis üçün konteynrlərin ümumilikdə icarə haqqı dəyəri (5740 manat + 4250 manat + 2175 manat = 12165 – 2433 ƏDV xaric) 9732 manat təşkil edir. xx.xx.2018-ci il tarixli ********** sifariş əmrindən (puchase order) görünür ki, (5740 manat + 4250 manat + 2175 manat = 12165 – 2433 ƏDV xaric) 9732 manat dəyərində ofis üçün konteynerlərin icarəyə verilməsi Cavabdeh Şirkəti tərəfindən sifariş edilmişdir. DR0161217 nömrəli təslim aktından (delivery note) görünür ki, İddiaçı ilə Cavabdeh Şirkəti arasında xx.xx.2017-xx.xx.2017-ci il tarixləri arası dövrdə Sanqaçal Landfall ərazisi üçün konteynerlərin icarəsi təhvil təslim aktı imzalnamış, akt Cavabdeh Şirkətinin nümayəndəsi tərəfindən təsdiqlənmişdir. İddiaçı tərəfindən 001/BH18 nömrəli invoysa (invoice) əsasən ümumilikdə 53100 manat dəyərində görülmüş işlərə (o cümlədən DR0161217 nömrəli nömrəli təslim aktına (delivery note) əsasən 9732 manat dəyərində xx.xx.2017-xx.xx.2017-ci il tarixlərində Sanqaçal Landfall ərazisi üçün konteynrlərin icarəsi haqqısı daxil) görə EAAG seriyalı, 408158 nömrəli, xx.xx.2018-ci il tarixli elektron qaimə və HR seriyalı, 322506 nömrəli, xx.xx.2018-ci il tarixli elektron vergi hesab fakturası tərtib edilərək Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə elektron sistem vasitəsi ilə göndərilmişdir. "xxxx" ASC-nin 120OCAZ181350001 nömrəli 15 may 2018-ci il tarixli debit haqqında bildirişi (ödəniş tapşırığı) ilə təsdiq edilir ki, (001/BH18 nömrəli invoysa əsasən) 53100 manat məbləğində pul vəsaiti Cavabdeh Şirkəti tərəfindən İddiaçı hesabına ödənilmişdir. xx.xx.2017-ci il tarixli Q119/BH17 nömrəli qiymət təklifindən (quotation) görünür ki, xx.xx.2017-xx.xx.2018-ci il tarixlərində İddiaçı tərəfindən Cavabdeh Şirkətinə Sanqaçal Landfall ərazisindəki icarəyə verilmiş ofis üçün konteynrlərin ümumilikdə icarə haqqı dəyəri (5740 manat + 4250 manat + 2175 manat = 12165 – 2433 ƏDV xaric) 9732 manat təşkil edir. xx.xx.2018-ci il tarixli ********** sifariş əmrindən (puchase order) görünür ki, (5740 manat + 4250 manat + 2175 manat = 12165 – 2433 ƏDV xaric) 9732 manat dəyərində ofis üçün konteynrlərin icarəyə verilməsi Cavabdeh Şirkəti tərəfindən sifariş edilmişdir. DR030118 nömrəli təslim aktından (delivery note) görünür ki, xx.xx.2017-xx.xx.2018ci il tarixlərində Sanqaçal Landfall ərazisi üçün konteynrlərin icarəsi İddiaçı tərəfindən Cavabdeh Şirkətinə təhvil verilmiş, akt Cavabdeh Şirkətinin nümayəndəsi tərəfindən imzalanmışdır. İddiaçı tərəfindən 02/BH18 nömrəli invoysa (invoice) əsasən ümumilikdə 53680 manat dəyərində görülmüş işlərə (o cümlədən DR030118 nömrəli nömrəli təslim aktına (delivery note) əsasən 9732 manat dəyərində xx.xx.2017-xx.xx.2018-ci il tarixlərində Sanqaçal Landfall ərazisi üçün konteynrlərin icarəsi haqqısı daxil) görə EAAH seriyalı, 264173 nömrəli, xx.xx.2018-ci il tarixli elektron qaimə və HR seriyalı, 802071 nömrəli, xx.xx.2018-ci il tarixli elektron vergi hesab fakturası tərtib edilərək Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə elektron sistem vasitəsi ilə göndərilmişdir. "xxxx" ASC-nin 120OCAZ181630501 nömrəli 12 iyun 2018-ci il tarixli debit haqqında bildirişi (ödəniş tapşırığı) ilə təsdiq edilir ki, (002/BH18 nömrəli invoysa əsasən) 53680 manat məbləğində pul vəsaiti Cavabdeh Şirkəti tərəfindən İddiaçı hesabına ödənilmişdir. xx.xx.2018-ci il tarixli Q019/BH18 nömrəli qiymət təklifindən (quotation) görünür ki, xx.xx.2018-xx.xx.2018-ci il tarixlərində İddiaçı tərəfindən Cavabdeh Şirkətinə Sanqaçal Landfall ərazisindəki icarəyə verilmiş ofis üçün konteynerlərin ümumilikdə icarə haqqı dəyəri (5.739,99 manat + 4250 manat + 2175 manat = 12.164,99 – 2.432,99 ƏDV xaric) 9.731,99 manat təşkil edir. xx.xx.2018-ci il tarixli ********** sifariş əmrindən (puchase order) görünür ki, (5.739,99 manat + 4250 manat + 2175 manat = 12.164,99 manat – 2.432,99 ƏDV xaric) 9.731,99 manat dəyərində ofis üçün konteynerlərin icarəyə verilməsi Cavabdeh Şirkəti tərəfindən sifariş edilmişdir. DR060318 nömrəli təslim aktından (delivery note) görünür ki, xx.xx.2018-xx.xx.2018ci il tarixlərində Sanqaçal Landfall ərazisi üçün konteynrlərin icarəsi İddiaçı tərəfindən Cavabdeh Şirkətinə təhvil verilmiş, akt Cavabdeh Şirkətinin adından M.Sergey tərəfindən imzalanmışdır. UİS AZ MMC-nin xx.xx.2017-ci il tarixli MT-320/07 nömrəli yoxlama hesabatından (NTD report) görünür ki, C280894 seriya nömrəli (20 funt ölçüdə) tualet qismində istifadə edilən konteynerlə bağlı yoxlama aparılarkən qeyd edilməsi zəruri olan hal aşkar edilməmişdir. UİS AZ MMC-nin xx.xx.2017-ci il tarixli MT-320/09 nömrəli yoxlama hesabatından (NTD report) görünür ki, 203776 seriya nömrəli (20 funt ölçüdə) konteynerlə bağlı yoxlama aparılarkən qeyd edilməsi zəruri olan hal aşkar edilməmişdir. UİS AZ MMC-nin xx.xx.2017-ci il tarixli MT-320/10 nömrəli yoxlama hesabatından (NTD report) görünür ki, CBHU967913 seriya nömrəli (40 funt ölçüdə) konteynerlə bağlı yoxlama aparılarkənqeyd edilməsi zəruri olan hal aşkar edilməmişdir. UİS AZ MMC-nin xx.xx.2017-ci il tarixli MT-373/01 nömrəli yoxlama hesabatından (NTD report) görünür ki, 10-462402 5 seriya nömrəli konteynerlə bağlı yoxlama aparılarkən qeyd edilməsi zəruri olan hal aşkar edilməmişdir. UİS AZ MMC-nin xx.xx.2017-ci il tarixli MT-420/01 nömrəli yoxlama hesabatından (NTD report) görünür ki, S4/01-234/86 seriya nömrəli (20 funt ölçüdə) konteynerlə bağlı yoxlama aparılarkən qeyd edilməsi zəruri olan hal aşkar edilməmişdir. UİS AZ MMC-nin xx.xx.2017-ci il tarixli MT-420/02 nömrəli yoxlama hesabatından (NTD report) görünür ki, HDUL-85 seriya nömrəli (40 funt ölçüdə) konteynerlə bağlı yoxlama aparılarkən qeyd edilməsi zəruri olan hal aşkar edilməmişdir. UİS AZ MMC-nin xx.xx.2017-ci il tarixli MT-420/03 nömrəli yoxlama hesabatından (NTD report) görünür ki, 03M09673 seriya nömrəli modul tipli yeməkxana (konteyner) bağlı yoxlama aparılarkən qeyd edilməsi zəruri olan hal aşkar edilməmişdir. Foto-şəkillərdən də müxətlif konteynrlərin yerləşdiyi görünür. V6368 nömrəli (Vertex) arayış xarakterli sənəddən görünür ki, 40 funt ölçülü ofis tipli boş konteynerin 1 ədədinin qiyməti 21.087,50 manat, 20 funt ölçülü standart konteynerin 1 ədədinin qiyməti 16.362,50 manat təşkil edir. 10-462402 5 (20 funt ölçüdə) seriyalı konteyner. Sertifikat (NDT Report) tarixi və nömrəsi: T.: xx.xx.2017; № MT-373/01. 1.2. C280894 (20 funt ölçüdə)/tualet qismində istifadə edilən konteyner. Sertifikat (NDT Report) tarixi və nömrəsi: T.: xx.xx.2017; № MT-320/07. xx.xx.2018-ci il tarixli Q026/BH18 nömrəli qiymət təklifindən (quotation) görünür ki, İddiaçı tərəfindən Cavabdeh Şirkətinə Sanqaçal landfall bazasının tərxisetmə işlərinin ümumi dəyəri (7930-1586 manat 20% endirim) 6344 manat (o cümlədən 3 ədəd 40 fut ölçülü ofis konteynerlərinin sökülməsi və yerləşməsinə görə 1200 manat (-240 manat 20% endirim), 4 ədəd 20 fut ölçülü ofis konteynerlərinin sökülməsi və yerləşməsinə görə 1500 manat (-300 manat 20% endirim) və 2ədəd 20 fut ölçülü ofis konteynerlərinin sökülməsi və yerləşməsinə görə 750 manat (-150 manat 20% endirim)) təşkil edir. xx.xx.2018-ci il tarixli ********** satınalma sifarişindən (puchase order) görünür ki, çatdırılma şərtləri: CPT çatdırılma, ödəniş şərtləri: xalis ödənişlə 90 gün ərzində olmaqla (7930-1586 manat 20% endirim) 6344 manat dəyərində Sanqaçal landfall bazasının tərxisetmə işləri (o cümlədən 3 ədəd 40 fut ölçülü ofis konteynerlərinin sökülməsi və yerləşməsinə görə 1200 manat (-240 manat 20% endirim), 4 ədəd 20 fut ölçülü ofis konteynerlərinin sökülməsi və yerləşməsinə görə 1500 manat (-300 manat 20% endirim) və 2 ədəd 20 fut ölçülü ofis konteynerlərinin sökülməsi və yerləşməsinə görə 750 manat (-150 manat 20% endirim)) Cavabdeh Şirkəti tərəfindən sifariş edilmişdir. DR050418 nömrəli təslim aktından (delivery note) görünür ki, Sanqaçal landfall bazasının tərxisetmə işləri (o cümlədən 3 ədəd 40 fut ölçülü ofis konteynerlərinin sökülməsi və yerləşməsi, 4 ədəd 20 fut ölçülü ofis konteynerlərinin sökülməsi və yerləşməsi və 2 ədəd 20 fut ölçülü ofis konteynerlərinin sökülməsi və yerləşməsi) İddiaçı tərəfindən Cavabdeh Şirkətinə təhvil verilmiş, akt Cavabdeh Şirkətinin adından M.Sergey tərəfindən imzalanmışdır. İddiaçı tərəfindən 005/BH18 nömrəli invoysa (invoice) əsasən ümumilikdə 54784 manat dəyərində görülmüş işlərə (o cümlədən DR060318 nömrəli nömrəli təslim aktına (delivery note) əsasən 9732 manat dəyərində xx.xx.2018-xx.xx.2018-ci il tarixlərində Sanqaçal Landfall ərazisi üçün konteynerlərin icarəsi haqqısı, 6344 manat dəyərində Sanqaçal landfall bazasının tərxisetmə işləri daxil) görə EAAJ seriyalı, 210422 nömrəli, xx.xx.2018-ci il tarixli elektron qaimə və HS seriyalı, 884112 nömrəli, xx.xx.2018-ci il tarixli elektron vergi hesab fakturası tərtib edilərək Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə elektron sistem vasitəsi ilə göndərilmişdir. xx.xx.2018-ci il tarixli 005/BH18 saylı invoysdan (invoice) görünür ki, İddiaçı tərəfindən görülmüş işlərin (o cümlədən DR060318 nömrəli nömrəli təslim aktına (delivery note) əsasən 9731,99 manat dəyərində xx.xx.2018-xx.xx.2018-ci il tarixlərində Sanqaçal Landfall ərazisi üçün konteynerlərin icarəsi haqqısı, 6344 manat dəyərində Sanqaçal landfall bazasının tərxisetmə işləri daxil) ümumi dəyəri 54.783,99 manat təşkil edir (müştəri Cavabdeh Şirkətidir (BHİ). "xxxx" ASC-nin 120OCAZ182560509 nömrəli 13 sentyabr 2018-ci il tarixli debit haqqında bildirişi (ödəniş tapşırığı) ilə təsdiq edilir ki, (005/BH18 nömrəli invoysa əsasən) 54.783,99 manat məbləğində pul vəsaiti Cavabdeh Şirkəti tərəfindən İddiaçı hesabına ödənilmişdir. xx.xx.2018-ci il tarixli Q025/BH18 nömrəli qiymət təklifindən (quotation) görünür ki, xx.xx.2018-xx.xx.2018-ci il tarixlərində İddiaçı tərəfindən Cavabdeh Şirkətinə Sanqaçal Landfall ərazisindəki icarəyə verilmiş ofis üçün konteynrlərin ümumilikdə icarə haqqı dəyəri (2900 manat + 2150 manat + 1100 manat = 6150 – 1230 ƏDV xaric) 4920 manat təşkil edir. xx.xx.2018-ci il tarixli ********** sifariş əmrindən (puchase order) görünür ki, (2900 manat + 2150 manat + 1100 manat = 6150 – 1230 ƏDV xaric) 4920 manat dəyərində ofis üçün konteynrlərin icarəyə verilməsi Cavabdeh Şirkəti tərəfindən sifariş edilmişdir. DR070318 nömrəli təslim aktından (delivery note) görünür ki, xx.xx.2018-xx.xx.2018ci il tarixlərində Sanqaçal Landfall ərazisi üçün konteynerlərin icarəsi İddiaçı tərəfindən Cavabdeh Şirkətinə təhvil verilmiş, akt Cavabdeh Şirkətinin nümayəndəsi tərəfindən imzalanmışdır. İddiaçı tərəfindən təslim aktlarına (delivery note) o cümlədən DR070318 nömrəli təslim aktlarına (delivery note) eləcə də 007/BH18 nömrəli invoysa (invoice) əsasən ümumilikdə 50.475,99 manat dəyərində görülmüş işlərə (o cümlədən 4920 manat dəyərində xx.xx.2018-xx.xx.2018-ci il tarixlərində Sanqaçal Landfall ərazisi üçün konteynerlərin icarəsi haqqısı daxil) görə EAAK seriyalı, 754255 nömrəli, xx.xx.2018-ci il tarixli elektron qaimə və HT seriyalı, 779860 nömrəli, xx.xx.2018-ci il tarixli elektron vergi hesab fakturası tərtib edilərək Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə elektron sistem vasitəsi ilə göndərilmişdir. "xxxx" ASC-nin 120OCAZ183190507 nömrəli 15 noyabr 2018-ci il tarixli debit haqqında bildirişi (ödəniş tapşırığı) ilə təsdiq edilir ki, (007/BH18 nömrəli invoysa əsasən) 50.475,99 manat məbləğində pul vəsaiti Cavabdeh Şirkəti tərəfindən İddiaçı hesabına ödənilmişdir. xx.xx.2018-ci il tarixli Q043/BH18 nömrəli qiymət təklifindən (quotation) görünür ki, İddiaçı tərəfindən Cavabdeh Şirkətinə sürücülərin gecə yerləşdirilməsi üçün 20 futluq konteynerin təchiz edilməsinin ümumi dəyəri (4500 manat + 900 manat + 600 manat + 1100 manat + 200 manat = 7300 – 1460 ƏDV xaric) 5840 manat təşkil edir. xx.xx.2019-cu il tarixli ********** sifariş əmrindən (puchase order) görünür ki, (4500 manat + 900 manat + 600 manat + 1100 manat + 200 manat = 7300 – 1460 ƏDV xaric) 5840 manat dəyərində sürücülərin gecə yerləşdirilməsi üçün 20 futluq konteynerin təchiz edilməsi Cavabdeh Şirkəti tərəfindən sifariş edilmişdir. xx.xx.2019-cu il tarixli 006/BH19 saylı invoysdan (invoice) görünür ki, İddiaçı tərəfindən görülmüş işlərin (o cümlədən DR070219 nömrəli nömrəli təslim aktına (delivery note) əsasən 5840 manat dəyərində sürücülərin gecə yerləşdirilməsi üçün 20 futluq konteynerin təchiz edilməsi daxil) ümumi dəyəri 54616 manat təşkil edir (müştəri Cavabdeh Şirkətidir (BHİ). xx.xx.2020-ci il tarixli ********** sifariş əmrindən (puchase order) görünür ki, (9.790 manat -1958 manat ƏDV xaric) 7.832 manat dəyərində işlərin görülməsi Cavabdeh Şirkəti tərəfindən sifariş edilmişdir. xx.xx.2020-ci il tarixli ********** sifariş əmrindən (puchase order) görünür ki, (9.790 manat -1958 manat ƏDV xaric) 7.832 manat dəyərində işlər Cavabdeh Şirkəti tərəfindən sifariş edilmişdir. Məhkəməyə təqdim edilmiş mart 2018-sentyabr 2020-ci il tarixli dövrləri əhatə edən qiymət təkliflərindən (quotation), sifariş əmrlərindən (puchase order), invoyslardan (invoice), təslim aktlarından (delivery note), ödəniş tapşırıqalrı, elektron qaimə (o cümlədən EBCG seriyalı, 763824 nömrəli xx.xx.2022-ci il tarixli) və elektron vergi hesab fakturasından görünür ki, həmin dövlərdə Cavabdeh Şirkətinin sifarişi əsasında İddiaçı tərəfindən müxəlif işlər (ofis konteynerlərinin, konteynerlər üzərindən split kondisionerlərinin sökülməsi beton plitələrin və kanalizasiya sisteminin quraşdırılması, sement kəsmə qurğusunda hazrlıq işləri, bazada müntəzəm təmir işləri, Təzə PP bazasının ofisində kommunikasiyaların quraşdırılması, betonun tökülməsi, betonlama, anbarların inşası, çınqılların döşənməsi, hasarının quraşdırılması, kimyəvi saxlama anbarı üçün sürüşmə qapılarının çatdırılması və quraşdırılması 1 və 2 və s.) görülmüş və həmin dövrlərdə Cavabdeh Şirkəti tərəfindən müxtəlif ödənişlər edilmişdir. DR110920 nömrəli təslim aktından (delivery note) görünür ki, kimyəvi saxlama anbarı üçün sürüşmə qapılarının çatdırılması və quraşdırılması 3, 4, 5 və 6 işləri İddiaçı tərəfindən Cavabdeh Şirkətinə təhvil verilmiş, akt Cavabdeh Şirkətinin adından Pərviz Hüseynov tərəfindən imzalanmışdır. DR130920 nömrəli təslim aktından (delivery note) görünür ki, kimyəvi saxlama anbarı üçün sürüşmə qapılarının çatdırılması və quraşdırılması 7, 8, 9 və 10 işləri İddiaçı tərəfindən Cavabdeh Şirkətinə təhvil verilmiş, akt Cavabdeh Şirkətinin adından Pərviz Hüseynov tərəfindən imzalanmışdır. DR130920 nömrəli təslim aktından (delivery note) görünür ki, kimyəvi saxlama anbarı üçün sürüşmə qapılarının çatdırılması və quraşdırılması 11, 12 və 13 işləri İddiaçı tərəfindən Cavabdeh Şirkətinə təhvil verilmiş, akt Cavabdeh Şirkətinin adından Pərviz Hüseynov tərəfindən imzalanmışdır. DR0120CS nömrəli təslim aktından (delivery note) görünür ki, İddiaçı tərəfindən Cavabdeh Şirkətinə bir çox işlər (dayaqların, polad çərçivələrin, polad profillərin quraşdırılması və s.) o cümlədən X8 kimyəvi anbarın tikintisi (66x15x5m) işləri təhvil verilmiş, akt Cavabdeh Şirkətinin adından Pərviz Hüseynov tərəfindən imzalanmışdır. İddiaçı tərəfindən DR110920 nömrəli DR130920 nömrəli və DR0120CS nömrəli təslim aktına (delivery note) o cümlədən 001/BH22 nömrəli invoysa (invoice) əsasən ümumilikdə 153.709,60 manat dəyərində görülmüş işlərə (kimyəvi saxlama anbarı üçün sürüşmə qapılarının çatdırılması və quraşdırılması 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 və 13 işləri, dayaqların, polad çərçivələrin, polad profillərin quraşdırılması və s. işlər, o cümlədən X8 kimyəvi anbarın tikintisi (66x15x5m) işləri) görə EBBZ seriyalı, 882616 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə tərtib edilərək Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə elektron sistem vasitəsi ilə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri, Salyan şossesi 22-ci kilometrliyində yerləşən qeyri-yaşayış obyektinin yerləşdiyi ərazinin yerində müayinə edilməsi qərara alınmışdır. Yerində müayinə zamanı aşkar edilmişdir ki, mübahisə predmeti olan qeyri-yaşayış obyektinin yerləşdiyi ərazi hasarlanmışdır. Yerində müayinə zamanı: İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş yerin süni peyklərindən və ya yerüstü izləmə stansiyalarından əldə olunmuş Bakı şəhəri, Salyan şossesi 22-ci kilometrliyində yerləşən (Cavabdeh Şirkətinə məxsus) qeyri-yaşayış obyektinin (yeni sement bazası) yerləşdiyi ərazinin koordinasiyalarını əks etdirən xəritə (sxem) üzrə hasarın daxilində Cavabdeh Şirkətinin əməlyyatlar üzrə meneceri Aydın Məmmədovun müşayiəti ilə hərəkət edərək: - həmin sxemdə göstərilən əraziyə girişdən sonra solda PPS binası (emalatxana) və sağda yeni sement bazasının emalatxanası (xəritədə yeni PP kimi qeyd olunmuşdur) arasında sahənin tam betonlandığı, - təzə PP və PPS arasındakı sahədə sağ tərəfdə dəyişmə otaqları və yeməkxananın altında ikiqat betonun qoyulduğu, - irəlidə iki tərəfdən yuma sahəsinin yerləşdiyi, həmin sahənin hər iki tərəfin hasarlar olduğu, kanalizasiya sisteminin quraşdırıldığı və həmin sahənin də tam betonlandığı, - Sağda yerləşən yeni sement bazası emalatxanasına (sxemdə təzə PP binası) daxil olduqdan sonra: sağ tərəfdə emalatxana içərisində ehtiyat hissələri anbarının N 3/E (15x15), - emalatxana binasından çıxarkən bir qədər irəlidə sağ tərəfdə kimyəvi anbarın (storage) (66x15x5m), - həmin kimyəvi anbardan irəlidə kimyəvi saxlama üçün əlavə hissənin N 4/F (15x15m), - irəlidə sol tərəfdən kimya anbarının N 5/G (24x20m) mövcud olduğu, - kimyəvi anbar, əlavə sahə, kimya anbarı, silos arası ərazinin, o cümlədən N 1/C (33x25m) və N 2/D (17x21m) sahələrin tam betonlandığı, Emalatxana, silos, kimya anbarı arxasındakı 3-5 metr (müxtəlif hissələrində) eni, 80 metr uzunluğu olan xəttin betonlandığı müəyyən edilmişdir. Eyni zamanda həmin sxemdə göstərilən X8 açıq sahələrdə; - yeni yuyucu üçün kimyəvi anbarın arxasında beton plitələrin quraşdırılması və kanalizasiya sisteminin quraşdırılması N 7/İ (81x30m), - Kimyəvi anbarın və kimya anbarından irəlidə yeni sementləmə sahəsində beton plitələrin quraşdırılması N 6/H (107x41m) işlərinin görüldüyü, Kimyəvi anbarına arxasında ərazinin (yeni yuma sahəsinin betonlandığı, kanalizasiya sisteminin quraşdırıldığını N7 İ (81x30m) və hasarlandığı N10/L; - Yeni yuma sahəsinin yanında (“Lay down area”) N9/k (107x51m) və arxasında N 8/J (81x8m) sahələrində çınqılların döşəndiyi müəyyən edilmişdir. İddiaçı tərəf qeyd edilən işlərin onlar tərəfindən görüldüyünü bildirdilər. Cavabdehin nümayəndəsi və vəkili işlərin iddiaçı tərəfindən görüldüyünü qəbul etsə də, işlərə görə heç bir borclarının olmadığını bildirdi. Daha sonra iddiaçı iddia ərizəsində göstərdiyi və icarəyə götürdüyü 9 ədəd müxtəlif ölçülü konteynerlərin (Cavabdeh Şirkətinə məxsus) qeyri-yaşayış obyektinin (yeni sement bazası) yerləşdiyi ərazidə olub-olmadığını müəyyən etmək üçün sözügedən ərazidə müşahidə apararaq; - Girişdən sol tərəfdə 200 metrlik məsafədə yolun sol tərəfində birka nömrəsi 10- 462402 5 olan 1 ədəd və birka nömrəsi olmayan iddiaçının deməsinə görə onlara məxsus 1 ədəd, - 300-400 metrliyində hasara bitişik yerdə birka nömrəsi C280894 olan 1 ədəd konteynerin olduğu müəyyən edildi. İddiaçının nümayəndəsi X7 digər 6 ədəd konteynerlərin hasarlanmış ərazisində olduğunu bildirdi. Lakin qapı bağlı olduğundan və hazırda məsul əməkdaşlar işdə olmadığından həmin əraziyə daxil olmaq mümkün olmadı. Yerində müayinənin iştirakçıları (iddiaçı və cavabdeh tərəf) sözügedən 7 ədəd konteynerlərin yerləşdiyi yeri müəyyən etmək üçün yaxın müddət ərzində hasarlanmış ərazisinə baxış keçirəcəkləri və baxış zamanı aşkar olunmuş konteynerlərin fotolarını məhkəməyə təqdim edəcəkləri barədə razılaşdıqlarını bildirirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 oktyabr 2023-cü il tarixli, 10/4393 saylı ekspert rəyindən görünür ki: Qərardadın birinci sualı üzrə: Bakı şəhəri, Salyan şossesi 22-ci kilometrliyində yerləşən qeyri-yaşayış obyektinin yerləşdiyi ərazidə görülmüş a) X8 kimyəvi anbarın tikintisi (66x15x5m)b) emalatxana arxasına beton plitələrinin quraşdırılması (33x25m), c) anbar və emalatxana arasında beton plitələrin (17x21 m) quraşdırılması, d) ehtiyat hissələri anbarının inşa edilməsi(15x15m), f) kimya anbarının (24x20m) inşa edilməsi, h) yeni yuyucu üçün (81x30m) kimyəvi anbarın arxasında beton plitələrin və kanalizasiya sisteminin (2430 kv.m.) quraşdırılması, i) yeni yuma sahəsi arxasında çınqılların (81x8m) döşənməsi,) yerləşdirmə sahəsində (“Lay down area”) çınqılların (5.008 kv.m.) döşənməsi və k) yeni yuma sahəsi hasarının quraşdırılması (60x3m) işlərinin sahəsi (həcmi) iddia ərizəsində və iş materiallarında olan smetada göstərilən sahələrə və həcmlərə uyğun olduğu müəyyən edildi. İddia ərizəsində e) kimyəvi anbar üçün əlavə sahənin ölçüsü 15x15m, və g) yeni sementləmə sahəsində beton plitələrin quraşdırma işlərinin sahəsi (həcmi) 4387 kv.m. göstərilsədə, faktiki olaraq e) kimyəvi anbar üçün əlavə sahənin ölçüsü 15x11 m və g) yeni sementləmə sahəsində beton plitələrin quraşdırma işlərinin sahəsi 4477 kv.m. təşkil etdiyi müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə: Birinci sualda göstərilən faktiki yerinə yetirlmiş işlərin həcimlərinə uyğun (malmaterialların dəyəri və işçilik haqqı daxil olmaqla və ayrı-ayrılıqda göstərilməklə) tərəflərin təsdiq etdikləri oxşar smetalarda müəyyən edilmiş qiymətlər əsas götürülməklə dəyəri 1.002.284 ƏDV-siz) manat məbləğində müəyyən olunur. Qeyd: tərəflərin təsdiq etdikləri oxşar smetalarda müəyyən edilmiş qiymətlər 4-cü və 5ci cilddlərdə ətraflı göstərilmişdir. Qərardadın üçüncü sualı üzrə: Bakı şəhəri, Salyan şossesi 22-ci kilometrliyində yerləşən qeyri-yaşayış obyektinin yerləşdiyi ərazidə görülmüş tikinti işlərinin icra olunduğu dövrün (2019-cu il) bazar qiymətlərinə uyğun dəyəri 994.351 (ƏDV-siz) manat məbləğində müəyyən olunur. Qərardadın dördüncü sualları üzrə: İddiaçı tərəfindən təqdim edilmiş Project № 3 (Materials for spare parts at new cementing 15 m x 15 m/ X8 ehtiyat hissələri anbarının tikintisi), Project № 4 (additional part for chemical storage 15 m x 15 m/kimyəvi saxlama anbarı üçün əlavə hissənin inşası 15 m x 11 m), Project № 5 (building of the chemical warehouse 24 m x 20 m/kimya anbarının inşası 24 m x 20 m), Project № 7 (tallation of concrete sla b at the behind chemical storage for new washing bay 81 m x 30 m and tallation of sewage system/kimya anbarı arxasında yeni yuyucu üçün beton plitənin quraşdırılması 81 m x 30 m) və kanalizasiya sisteminin quraşdırılması və Project № 10 (fencing at new wash bay 60 m x 3 m, yeni yuma ərazisində hasarının quraşdırılması 60 m x 3 m) adlı siyahılarda göstərilən işlərin dəyəri (tərəflərin təsdiq etdikləri oxşar smetalarda müəyyən edilmiş qiymətlər əsas) 317099 manat, faktiki görülmüş işlərin dəyəri (icra olunduğu dövrdəki bazar qiymətlərinə əsas) 314289 manat məbləğində müəyyən olunur. Həmin işlərin materialların miqdarı ilə faktiki görülmüş işlərə sərf edilmiş materiallar arasında fərq olmadığı müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.
Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırkı mübahisə xarici elementli olduğundan (cavabdeh xarici ölkədə təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxs olduğundan) məhkəmə tərəfindən ilk növbədə AR məhkəmələrinin həmin mübahisəyə baxmağa səlahiyyətli olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; 443.0.2. xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda; 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə. 450.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. 450.2-ci maddəsinə əsasən tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər. Məhkəmə əvvəla qeyd edir ki, hazırkı mübahisə İddiaçı ilə Cavabdeh Şirkəti (müqaviləyə 5 saylı əlavə ilə Cavabdeh Şirkət həmin şirkətin AR nümayəndəliyi ilə əvəz edilmişdir) arasında bağlanmış xx.xx.2012-ci il tarixli BHİ-FM/2012/01 saylı müqavilədən irəli gəlir. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən tərəflər müqavilə ilə bağlı yaranacaq mübahisələrin AR məhkəmələrində həll edilməsi ilə bağlı razılaşmışlar. Bununla yanaşı hazırkı iş üzrə İddiaçı Azərbaycan Respublikasında qeydiyyata alınmış və fəaliyyət göstərən hüquqi şəxsidir. Cavabdeh Şirkətinin isə AR-də nümayəndəliyi mövcuddur. Bundan əlavə tərəflər arasında bağlanmış müqavilə tamamilə AR-da icra edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər hazırkı mübahisəyə Azərbaycan məhkəmələrində baxılmalı olması barədə razılığa gəldiklərindən AR MPM-in müvafiq normalarında əsasən AR məhkəmələri hazırkı mübahisəyə baxmaqda haqlıdırlar. Müəyyən edilməli olan ikinci məsələ xarici elementli mübahisəyə hansı hüququn tətbiq edilməli olması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər mübahisəli müqavilədə həmin müqavilələrin AR qanunvericiliyi ilə tənzimlənməsi barədə şərt nəzərdə tutulmuşdur. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir. Göründüyü kimi hazırkı halda müqavilə tərəfləri arasında həmin müqaviləyə AR qanunvericiliyinin tətbiq edilməli olması barədə razılaşmışlar. Odur ki, məhkəmə tərəfindən mübahisəyə AR qanunvericiyi tətbiq edilməlidir. Mübahisənin mahiyyətinə gəldikdə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı (podratçı) ilə Cavabdeh Şirkətinin (şirkət) AR nümayəndəliyi arasında bağlanmış xx.xx.2012-ci il tarixli BHİ-FM/2012/01 saylı müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən iddiaçı nümayəndəliyə məxsus olan obyektlərdə tikinti-təmir işləri görmüş, eləcə də avadanlıqlar icarəyə vermişdir, mallar təqdim etmişdir. Görülmüş işlərə, təqdim eidlmiş mallara, avadanlığın icarəyə verilməsinə görə cavabdeh tərəfindən ödənişlər edilmişdir. Hazırda iddiaçı görülmüş 11 adda podrat işinə görə muzdun, cavabdehin təqdim edilərəkən kimyəvi saxlama anbarına quraşdırılmış 11 ədəd sürüşmə qapısının dəyərinin cavabdeh tərəfindən ödənilmədiyini, eləcə də müqavilə əsasən iddiaçı tərəfindən cavabdehin icarəsinə 9 ədəd konteyner icarəyə verildiyini, lakin icarə münasibətlərinə 2018-ci ilin mart ayında xitam verilməsinə baxmayaraq konteynerlərin hal-hazıradək qaytarılmadığını əsas göstərərək 11 adda podrat işinin, 11 ədəd sürüşmə qapısının dəyərinin və həmin öhdəliklərinin ödənilməsinin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin, eləcə də konteynerin qaytarılmasına görə aprel 2018-noyabr 2023-ci ili əhatə edən 66 aylıq dövr üçün icarə haqqı həcmində dəymiş zərərin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə iddiaçı tərəfindən mübahisəli tikinti-təmir işlərinin görülməsini inkar etməsə də, görülmüş işlərin dəyərinin tam olaraq ödənildiyini, quraşdırılmış 11 ədəd sürüşmə qapılarının keyfiyyətsiz olduğundan quraşdırıldıqdan 2 ay sonra - 2020-ci ilin fevral ayında baş vermiş külək nəticəsində yararsız vəziyyətə düşdüyünü, eləcə də icarəyə verilmiş konteynerlərin 2018-ci ilin martında iddiaçıya qaytarıldığını, bununla yanaşı konteynerlərlə bağlı tələbin bir hissəsi üzrə iddia müddətinin iddiaçı tərəfindən buraxıldığını əsas göstərərək iddianın rədd edilməsini xahiş edir. Müqaviləyə 5 saylı əlavəyə əsasən müqavilənin cavabdehin AR-dəki nümayəndələyi ilə bağlandığı halda tələbinin şirkətin özünə yönəldilməsi məsələsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin: 43.1-cü maddəsinin tələblərinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 44.1-ci maddəsinə görə hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. 53.2-ci maddəsinə görə hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. 53.3-cü maddəsinə əsasən, nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Mülki Məcəllənin yuxarıda istinad olunan normalarının məzmunundan da göründüyü kimi hüquqi şəxsin nümayəndəliyi onun struktur bölməsi olmaqla hüquqi şəxs statusu yoxdur. Nümayəndəlik hüquqi şəxs olmadığından özünəməxsus mülki hüquq qabiliyyətinə malik deyil. Nümayəndəlik mülki dövriyyədə müstəqil olaraq iştirak edə bilmədiyindən nümayəndəliyin fəaliyyəti nəticəsində əldə olunan bütün hüquqlar nümayəndəliyin aid olduğu hüquqi şəxsə məxsusdur, eləcə də daşıdığı bütün vəzifələr də həmin hüquqi şəxs tərəfindən icra edilməlidir. Beləliklə, hazırkı halda mübahisəli podrat müqaviləsi üzrə tərəf qismində Cavabdeh şirkətinin AR nümayəndəliyi tərəfindən imzalansa da, nümayəndəlik hüquqi şəxsin struktur bölməsi qismində, yəni Cavabdeh şirkətinin adından bağlamışdır. Odur ki, İddiaçı MMC həmin müqaviləyə əsaslanan iddia tələblərini nümayəndəliyinin öhdəliklərinə görə cavab verməli olan hüquqi şəxsə - Cavabdeh Şirkətinə qarşı yönəltməkdə haqlıdır. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçının irəli sürdüyü iddia tələbi 3 hissədən ibarətdir.
1. Kimyəvi anbarda quraşdırılmış 11 əsas sürüşmə qapılarının dəyərinin və həmin ödənişin gecikdirilməsinə görə faizlərin gecikdirilməsi Həmin tələblə bağlı məhkəmə qeyd edir ki, cavabdehin sifarişinə əsasən 11 ədəd sürüşmə qapılarının iddiaçı tərəfindən təqdim edilərək quraşdırılması, həmin qapılara görə cavabdehin ödəniş etməməsi, eləcə də 11 qapının razılaşdırılmış qiymətinin 86.152 manat təşkil etməsi işin mübahisəsiz hallarıdır. Həmin tələblə bağlı mübahisəli hal isə təqdim edilmiş qapıların lazımi keyfiyyətdə olub-olmaması və keyfiyyətsiz olması səbəbindən quraşdırıldıqdan iki ay sonra yararsız vəziyyətə düşməsi ilə bağlıdır. Sözügedən hallarla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış mübahisəli müqavilə müxtəlif müqavilələrin ünsürlərini birləşdirən qarışıq müqavilədir. Odur ki, cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən sürüşmə qapılarının təqdim edilməsi və quraşdırılmasına dair həmin müqavilədən irəli gələn münasibətlər mahiyyət etibarilə alqı-satqı münasibətləri olduğundan həmin hissədə tərəflər arasında münasibətlərə alqı-satqı müqaviləsinə dair normalar tətbiq edilməlidir. Mülki Məcəlləsinin: 390.4-cü maddəsinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 588.1-ci maddəsinə görə əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Göründüyü kimi qanunverici əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəlməsini sübuta yetirmək vəzifəsini alıcıya aid etdiyi halda mübahisəli hüquq münasibətlərində alıcı qismində çıxış edən cavabdeh sürüşmə qapılarının quraşdırılmasından 2 ay sonra yararsız vəziyyətə düşməsinin məhz əşyanın lazımi keyfiyyət tələblərinə cavab verməməsi səbəbindən baş verməsini sübuta yetirə bilməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Əksinə iş materiallarından görünür ki, qapılar 07-10 fevral 2020-ci il tarixdə baş vermiş qasırğa zamanı sıradan çıxmış və həmin dövrdə qapılar cavabdehin sahibliyində olmasına baxmayaraq cavabdeh qapıların yararsız vəziyyətdə düşməsi səbəbinin müəyyən edilməsi məqsədilə mütəxəssis rəyi almamış, odur ki, hazırda qapıların qasırğa zamanı yararsız vəziyyətə düşməsinin qapıların keyfiyyəti və ya qarşısıalınmaz qüvvə ya da ki cavabdeh tərəfindən qapılardan düzgün istifadə edilməsi nəticəsində baş verməsini (iddiaçı tərəf qapıların yararsız vəziyyətə düşməsini cavabdeh tərəfindən qasırğa zamanı qapıların açıq vəziyyətdə saxlaınılması ilə izah edir) müəyyən etmək mümkün deyil. İkincisi, Mülki Məcəllənin 587.1-ci maddəsinə görə əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Hazırkı halda cavabdeh keyfiyyət tələblərinə cavab verməyən əşyanın təqdim edilməsi ilə bağlı qanunvericilikdə alıcı üçün müəyyən edilmiş yuxarıda göstərilən müdafiə vasitələrindən heç birindən istifadə etməməklə yanaşı qapılar 2020-ci ilin fevralında sıradan çıxdıqdan sonra 2020-ci ilin martında həmin qapıların təhvil aktını imzalamış və təqdim edilmiş 13 qapıdan ikisinin dəyərini ödəmişdir. Odur ki, məhkəmə hesab edir ki, qapıların dəyərinin ödənilməsi hissəsində iddia əsaslı olduğundan təmin edilməlidir. Ödənişin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə 5 saylı əlavəyə əsasən şirkət müqavilə üzrə ödənişlərini düzgün hazırlanmış hesabın şirkət mühasibatlığı tərəfindən alınmasından doxsan təqvim günü həyata keçirməlidir. Hazırkı halda qapıların təqdim edilməsinə görə iddiaçı tərəfindən cavabdehə hesab təqdim edilməmiş, yalnız 14 iyul 2022-ci il tarixdə cavabdeh şirkətin AR nümayəndiyinə elektron qaimə göndərilmişdir. Məhkəmə hesab edir ki, belə olan halda cavabdehin qapıların dəyərinin ödənilməsinə görə gecikdirmə müddəti elektron qaimə təqdim edildikdən 90 gün sonrakı müddət üçün, yəni 12 oktyabr 2022-ci il tarixdən hesablanmalı və 01 dekabr 2023-cü il tarixədək olan 415 gün müddət üçün 4.897,68 manat (86. 86.152x5%/365 gün*415 gün) məbləğində müəyyən edilməlidir. Mülki Məcəllənin 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
2. Təmir-tikinti işlərinə görə muzdun tutulması tələbi. Cavabdeh iddiaçının ödənilməsini tələb etdiyi 11 adda təmir-tikinti işlərinin görülməsi faktını inkar etməsə də, iddianı həmin hissədə qəbul etməmiş və iddiaya etirazını 3 dəlillə əsaslandırmışdır. A) Mübahisəli işlərin dəyəri ödənilmişdir. Cavabdeh iddiaçının ödənilməsini tələb etdiyi işlərin dəyərinin ödənilməsini sübuta yetirmək üçün məhkəməyə müxtəlif adda podrat işlərinin görülməsi ilə bağlı iddiaçı tərəfindən tərtib edilərək cavabdehə göndərilmiş və cavabdeh tərəfindən ödənilmiş invoysları məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin təqdim etdiyi ödənilmiş invoyslarda əks olunmuş işlər – beton plitələrin quraşdırılması, yeni yuma sahəsinin hasarlanması, kanalizasiya sisteminin qurulması, kimyəvi anbarın inşası və a. iddiaçının ödənilməsini tələb etdiyi işlərlə eynilik təşkil etmir. Belə ki, beton plitələrnin quraşdırılması hissəsində cavabdehin istinad etdiyi sifariş orderləri və invoyslarda plitələrin quraşdırıldığı ərazilərin sahələri və yerləşdiyi yerin adı ilə hazırda ödənilməsi tələb edilən betonlama işlərinin aparıldığı ərazinin adı və sahəsi fərqlidir. Cavabdehin təqdim etdiyi invoyslarda qeyd edilən işlərlə hazırda ödənilməsi tələb edilən işlərin fərqli olması məhkəmə tərəfindən ərazinin yerində müayinəsi keçirilərkən də müəyyən edilmiş, belə ki, yerində müayinə zamanı həm cavabdeh tərəfindən dəyəri ödənilmiş işlər, həm də cavabdeh tərəfindən ödənilməmiş, yəni hazırda ödənilməsi tələb edilən betonlama işləri iddiaçı tərəfin nümayəndələri tərəfindən yerində göstərilmiş və yerində müayinə iştirakçıları tərəfindən müşahidə edilmişdir. Yuma sahəsində görülmüş işlərə münasibətdə isə qeyd edilməlidir ki, cavabdehin təqdim etdiyi invoyslarda işlərin adı ilə hazırda ödənilməsi tələb olunan işlərin adı eyni olsa da, yerində müayinə zamanı ərazidə iki yuma sahəsinin mövcud olduğu, hər iki yuma sahəsinin iddiaçı tərəfindən hasarlandığı və kanalizasiya sisteminin qurulduğu müşahidə olunmuşdur. Odur ki, yuma sahəsi ilə bağlı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş invoysların köhnə yuma sahəsində görülmüş işləri əhatə etməklə yeni yuma sahəsində görülmüş və hazırda ödənilməsi tələb edilən işlərə aidiyyətinin olmaması öz təsdiqini tapmışdır. Kimyəvi anbarın inşası (66x15x5m) işlərinə gəldikdə məhkəmə qeyd edir ki, ödənilməsi tələb edilən digər işlərdən fərqli olaraq həmin işin görülməsini təsdiq edən DR0120CS nömrəli təslim aktı da mövcuddur. Cavabdeh isə həmin təhvil-təslim aktı əsasında ödəniş edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əvvəlki dövrlər üçün invoyslarda eyni ölçüdə kimyəvi anbarın inşası işinin görülməsinin əks olunması və həmin işin dəyərinin ödənilməsi barədə cavabdehin dəlilinə gəldikdə, məhkəmə araşdırması zamanı cavabdehin sifarişi ilə iddiaçı tərəfindən eyni ölçüdə kimyəvi anbarın əvvəllər başqa ərazidə quraşdırılması, sonradan isə həmin anbarın sökülərək sökülmüş polad profillərdən istifadə edilməklə anbarın yeni ərazidə quraşdırılması öz təsdiqini tapmışdır. Sonuncu məhkəmə iclasında cavabdehin nümayəndəsi də kimyəvi anbar inşa edilərkən əvvəlki anbarda quraşdırılmış polad profillərdən istifadə edildiyini bildirmiş, yəni faktiki olaraq cavabdeh tərəfindən fərqli dövrlərdə iki eyni ölçüdə kimyəvi anbar inşa etdiyini dolayı şəkildə təsdiq etmişdir. Odur ki, cavabdehin məhkəməyə təqdim etdiyi sənədlər daha əvvəl görülmüş kimyəvi anbarın inşası işlərinin dəyərinin cavabdeh tərəfindən ödənilməsini sübuta yetirməklə kimyəvi anbarın ikinci dəfə fərqli ərazidə quraşdırılması ilə bağlı işlərin ödənilməsinə dəlalət etmir. B) İddiaçinin ödənilməsini tələb etdiyi işlərin həcmi və dəyəri düzgün müəyyən edilməmişdir. Göstərilən dəlilin aydınlaşdırılması üçün iş üzrə kompleks məhkəmə-tikintitexniki-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə işlərin həcmi və tərəflər arasında oxşar smetalarda müəyyən edilmiş qiymətlər əsas götürülməklə dəyəri müəyyən edilmişdir. MPM-in 206.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Beləliklə, məhkəmə ekspert rəyini məhkəmə iclasında tədqiq edərək və digər sübutlarla qiymətləndirərək hesab edir ki, məhkəmənin həmin rəylə razılaşmaması üçün əsasların mövcudluğu müəyyən edilmir. Odur ki, mübahisəku iddiaçı tərəfindən görülmüş, lakin cavabdeh tərəfindən ödənilməmiş podrat işlərinin dəyəri ekspert rəyinə əsasən müəyyən edilməlidir. Ekspert rəyində kimyəvi anbarın tikintisi (66x15x5m)) işlərinin 7-ci sətrində tərəflər arasında təhvil-təslim aktı ilə təsdiq edilməyən işin (profnastil vərəqələrinin çatdırılması) əlavə edilməsi barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, ödənilməsi iddia olunan podrat işlərinin böyük əksəriyyəti cavabdeh tərəfindən təhvil alınmadığından ekspert qarşısında yalnız təhvil alınmış işlərin deyil, faktiki mövcud olan işlərin qiymətləndirilməsi barədə suallar qoyulmuşdur. Odur ki, istinad edilən hal eskpert rəyinin əsaslılığınl şübhə altına almır. C) İddiaçının ödənilməsini tələb etdiyi işlər smetalarda nəzərdə tutulmamış əlavə işlər olmuş və cavabdeh tərəf həmin işlərin görülməsinə razılıq verməmişdir. Mülki Məcəllənin: 753.3-ci maddəsinə görə əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 753.4-cü maddəsində müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Cavabdehin göstərilən dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, podratda əlavə işlər dedikdə tələb olunan nəticəni əldə etmək üçün zəruri olan, lakin sifarişçinin planlaşdırmadığı və müqavilə bağlanarkən görülməsni tapşırmadığı işlər başa düşülür. İşlərin əlavə iş olub-olmadığını müəyyənləşdirərkən üç hal müəyyən edilməlidir:
1. İşlər texniki sənədlərdə (məsələn, smetalarda) nəzərdə tutulmamışdır.
2. İşlərin görülməsi zəruriliyi podratçı müqavilənin icrasına başladıqdan sonra aşkarlamışdır.
3. Əlavə işlərlə əsas işlər arasında birbaşa əlaqə mövcuddur, yəni əlavə işlər görülmədən planlaşdırılmış nəticəni almaq mümkün deyil. Hazırkı halda iddiaçının ödənilməsini tələb etdiyi işlərə nəzər saldıqda aydın görünür ki, həmin işlər “əlavə işlər” anlayışına uyğun gəlmir. Belə ki, həmin işlər adlarından da göründüyü kimi (kimyəvi anbar tikintisi, yuma sahəsinin kanalizasiyasının quraşdırılması və s.) müqavilə üzrə cavabdeh tərəfindən yazılı sifariş edilmiş əsas işlərlə birbaşa bağlılığı olmayan, sadəcə eyni ərazidə yerinə yetirilən müstəqil işlərdir. Digər tərəfdən o da qeyd edilməlidir ki, hazırkı müqavilə üzrə icra edilmiş işlərlə bağlı smetalar ümumiyyətlə tərtib edilməmiş, işlər sifariş orderləri əsasında icra edilmişdir. Odur ki, hazırkı halda cavabdehin “əsas iş” adlandırdığı işlərlə hazırda ödənilməsi tələb edilən işlər arasında yeganə fərq sonuncu işlərin görülməsi ilə bağlı yazılı sifarişin olmamasıdır. Göstərilən hal isə ödənilməsi tələb edilən işlərin əlavə iş olması barədə nəticəyə gəlmək üçün kifayət etmir. Ödənilməsi tələb edilən işlərin görülməsinə razılıqlarının olmaması barədə cavabdehin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, mübahisəli işlərin cavabdehin istifadəsində olan ərazidə görülməsi, cavabdehin işlərin görülməsindən keçən müddət ərzində razılığı olmadan görülməsini iddia etdiyi işlərlə ilə bağlı iddiaçıya hər hansı formada irad bildirməməklə illər ərzində görülmüş işlərin nəticələrindən faydalanması həmin dəlillərin əsaslı olması ehtimalını istisna edir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli tikinti-təmir işlərinin görülməsinə görə muzdun ekspert rəyində müəyyən edilmiş qiymətlər nəzərə alınmaqla cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia əsaslıdır. Tikinti-təmir işlərinə görə ödənişlərin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7ci maddəsinə əsasən faizin tutulmasına dair iddia tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin hissədə iddia qismən əsaslıdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi tərəflər arasında bağlanmış qarışıq müqavilənin şərtlərinə görə ödənişlər hesab təqdim edildikdən 90 gün sonra ödənilməli olduğundan, kimyəvi anbar tikintisi ilə bağlı elektron qaimə 14 iyul 2022-ci il tarixdə cavabdehə göndərildiyindən, eyni zamanda hər iki tərəfin nümayəndələri digər podrat işləri ilə bağlı elektron qaimələrin xx.xx.2022-ci il tarixdə göndərilməsini təsdiq etdiklərindən, kimyəvi anbar tikintisi işlərinin ödənilməsinin gecikdirilməsinə görə faizlər 12 oktyabr 2022ci il tarixdən (xx.xx.2022+90 gün) 01 dekabr 2023-cü il tarixədək olan müddətə, yəni 415 günlük müddət üçün, digər podrat işləri üzrə isə xx.xx.2023-cü il tarixdən (xx.xx.2022+90 gün) xx.xx.2023-cü il tarixədək olan müddətə, yəni 331 günlük müddət üçün hesablanaraq aşağıdakı kimi müəyyən edilməlidir. Kimyəvi anbarının inşası işlərinə görə 108.820 manat x5%/365günx415 gün=6.186,34 manat. Emalatxana arxasına beton plitələrin quraşdırılması işlərinə görə 60.425 manat x5%/365x331= 2739,82 manat Anbar və emalatxana arasında beton plitələrin quraşdırılması işlərinə görə 26.405 manat x5%/365x331=1197,27 manat Ehtiyat hissələri anbarının inşası işlərinə görə 45.622 manat x5%/365x331=2068,61 manat Kimyəvi anbar üçün əlavə sahənin inşası işlərinə görə 27.305 x5%/365x331=1238,08 manat Kimya anbarının inşası işlərinə görə 67.586 manat əsas borc x5%/365x331= 3064,52 manat Yeni sementləmə sahəsində beton plitələrin quraşdırılması işlərinə görə 358.955 manat əsas borc x5%/365x331= 16.275,9 manat Yeni yuyucu üçün kimyəvi anbarın arxasında beton plitələrin və kanalizasiya sisteminin quraşdırılması işlərinə görə 160.350 manat x5%/365x331=7270,66 manat Yeni yuma sahəsi arxasında çınqılların döşənməsi işlərinə görə 15.240 manat x5%/365x331=691 manat faiz borcu Yerləşmə sahəsində çınqılların döşənməsi işlərinə görə 115.340 manat x5%/365x331= 120.569,8 manat. Yeni yuma sahəsinin hasarının quraşdırılması işlərinə görə 16.236 manat x5%/365x331=736,18 manat
3.Konteynerlərdən istifadəyə görə dəymiş zərərin ödənilməsi. Həmin tələblə bağlı məhkəmə ilk növbədə qeyd edir ki, 9 ədəd konteynerlərin 2017-ci ilin avqustunda iddiaçı tərəfindən cavabdehin icarəsinə verilməsi və 2018-ci ilin mart ayına kimi Sangachal Landfall adlı ərazidə cavabdehin icarəsində olması, sözügedən müddət üçün konteynerlərin icarə haqqısının cavabdeh tərəfindən ödənilməsi işin mübahisəsiz hallarıdır. Hazırda iddiaçı tərəflər arasında icarə münasibətlərinin 2018-ci ilin mart ayında bitməsinə baxmayaraq sözügedən konteynerlərin onlara qaytarılmadığını iddia edir və 2018-ci ilin aprelindən 2023-cü ilin dekabr ayınadək olan müddət üçün konteynerlərdən istifadəyə görə icarə haqqı məbləğində dəymiş zərərin ödənilməsini tələb edir. Cavabdeh isə konteynerlərin 2018-ci ilin mart ayında iddiaçıya qaytarıldığını bildirir. Göründüyü kimi həmin hissədə işin mübahisəli halı icarəyə verilmiş konteynerlərin iddiaçıya qaytarılıb-qaytarılmaması ilə bağlıdır. Bununla bağlı qeyd edilməlidir ki, tərəflər arasında icarəyə verilmiş konteynerlərin icarəyə verənə (iddiaçıya) qaytarılması ilə bağlı təhvil-təslim aktı imzalanmasa da, işin mübahisəsiz hallarından görünür ki, 2018-ci ilin mart ayında cavabdeh tərəfindən Sangachal Landfall adlı ərazidən 9 ədəd mübahisəli konteynerin "sökülməsi və yerləşməsi” (dissemble and locate) işlərinin görülməsi iddiaçıya tapşırılmış və həmin sifariş əsasında 2018-ci ilin mart ayında sözügedən işlər görülmüşdür. Göstərilən işlərin sifariş edilməsi və görülməsi müvafiq olaraqa ********** nömrəli 6 aprel 2018-ci il tarixli sifariş orderi və DR050418 nömrəli təslim aktı ilə təsdiq edilir. İddiaçı 2018-ci ilin mart ayında tərəfindən sifariş orderinə əsasən görülmüş işlərin yalnız konteynerlərin sökülməsindən və daşınmaya hazır vəziyyətə gətirilməsindən ibarət olmasını və konteynerlərin ərazidən daşınmasını həyata keçirməmələrini iddia etsə də, birincisi, sifariş orderində, onun əsasında verilmiş elektron qaimədə və digər sənədlərdə konteynerlərin “yerləşdirilməsi” ifadəsinin göstərilməsi, eləcə də “sifariş orderi”ndə CPT daşınma şərtinin yer alması ona dəlalət edir ki, sökülmüş konteynerlərin daşınması da iddiaçı tərəfindən icra edilmişdir. Digər tərəfdən konteynerin icarəsi ilə bağlı invoysların da məhz konteynerlərin sökülərək Sangachal Landfall adlı yerdən daşındığı vaxtadək göndərilməsi, konteynerlər sökülərək daşındığı vaxtdan hal-hazıradək iddiaçının konteynerlərin qaytarılmasını tələb etməməsi də konteynerlərin söküldükdən sonra iddiaçı tərəfindən aparılmasına dəlalət edən hallardandır. İddiaçının konteynerlərin hal-hazıradək cavabdehin sahiblik və istifadəsində qalmasını sübuta yetirmək üçün istinad etdiyi yerində müayinə zamanı cavabdehin istifadəsində olan ərazidə 3 ədəd konteynerlərin aşkar edilməsi və aşkar edilmiş konteynerlərin ikisinin birka nömrəsinin cavabdehə icarəyə verilmiş mübahisəli konteynerlərdən ikisinin nömrəsinə uyğun gəlməsi barədə dəlillərə gəldikdə qeyd edilməlidir ki, işə cavabdeh tərəfindən əlavə edilmiş sifariş orderləri və invoyslardan görünür ki, iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehə ölçüləri ərazidə aşkar edilmiş konteynerlərin ölçüsünə uyğun gələn 3 ədəd konteyner satılmışdır. Həmin konteynerlərin yalnız biri mübahisəli konteynerlərin Sangachal ərazisində olduğu dövrdə-2018-ci ilin fevralında cavabdehə təhvil verilmişdir. Odur ki, cavabdehə alqı-satqı müqaviləsi əsasında təqdim edilmiş qalan iki konteynerin əvvəllər cavabdehə icarəyə verilmiş konteynerlərdən olması, yəni icarə müddəti bitdikdən və konteynerlər iddiaçıya təhvil verildikdən sonra həmin konteynerlərin alqı-satqı müqaviləsi əsasında cavabdehə təqdim edilməsi istisna olunmur və belə olan halda həmin konteynerlərin hazırda cavabdehin ərazisində yerləşməsi icarəyə verilmiş konteynerlərin qaytarılmaması faktını sübut etmir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, yuxarıda istinad edilən halların məcmusu ilə icarəyə verilmiş konteynerlərin 2018-ci ilin mart ayında cavabdehə qaytarıldığı öz təsdiqi tapır. Odur ki, konteynerlərin saxlanılmasına görə dəymiş zərərin tutulması hissəsində iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, konteynerlərin saxlanmasına görə dəymiş zərərin ödənilməsi hissəsində iddianın əsassız olması müəyyən edildiyindən cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirilməsinə zərurət yoxdur. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 800 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 950 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 1.748,97 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumu mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödədiyi mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən (60%) təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 480 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 570 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 60 manat hissəsi Cavabdeh Şirkətindən, 40 manat hissəsi isə İddiaçı MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.
Nəticə hissəsi
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh Şirkətindən: Kimyəvi saxlama anbarı üçün quraşdırılmış 11 ədəd qapıya görə 86.152 manat əsas borc, 4897,68 manat faiz borcu, cəmi 91.049,68 manat məbləğində pul vəsaiti, Kimyəvi anbarının inşası işlərinə görə 108.820 manat məbləğində əsas borc, 6.186,34 manat məbləğində faiz borcu, cəmi 115.006,34 manat məbləğində pul vəsaiti, Emalatxana arxasına beton plitələrin quraşdırılması işlərinə görə 60.425 manat əsas, 2739,82 manat faiz borcu, cəmi 63.164,82 manat məbləğində pul vəsaiti, Anbar və emalatxana arasında beton plitələrin quraşdırılması işlərinə görə 26.405 manat əsas borc, 1197,27 manat faiz borcu, cəmi 27.602,27 manat məbləğində pul vəsaiti, Ehtiyat hissələri anbarının inşası işlərinə görə 45.622 manat əsas borc, 2068,61 faiz borcu, cəmi 47.690,61 manat məbləğində pul vəsaiti, Kimyəvi anbar üçün əlavə sahənin inşası işlərinə görə 27.305 manat əsas borc, 1238,08 manat faiz borcu, cəmi 28.543,08 manat məbləğində pul vəsaiti, Kimya anbarının inşası işlərinə görə 67.586 manat əsas borc, 3064,52 faiz borcu, cəmi 70.650,52 manat məbləğində pul vəsaiti, Yeni sementləmə sahəsində beton plitələrin quraşdırılması işlərinə görə 358.955 manat əsas borc, 16.275,9 manat faiz borcu, cəmi 375.230,9 manat məbləğində pul vəsaiti, Yeni yuyucu üçün kimyəvi anbarın arxasında beton plitələrin və kanalizasiya sisteminin quraşdırılması işlərinə görə 160.350 manat əsas borc, 7270,66 manat faiz borcu, cəmi 167.620,66 manat məbləğində pul vəsaiti, Yeni yuma sahəsi arxasında çınqılların döşənməsi işlərinə görə 15.240 manat əsas borc, 691 manat faiz borcu, cəmi 15.931 manat məbləğində pul vəsaiti, Yerləşmə sahəsində çınqılların döşənməsi işlərinə görə 115.340 manat əsas borc, 5229,8 manat faiz borcu, cəmi 120.569,8 manat məbləğində pul vəsaiti, Yeni yuma sahəsinin hasarının quraşdırılması işlərinə görə 16.236 manat məbləğində əsas borc, 736,18 manat məbləğində faiz borcu, cəmi 16.972,18 manat məbləğində pul vəsaiti, ümumilikdə 1.140.031,86 manat məbləğində pul vəsaiti, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 480 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 570 manat pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 60 manat hissəsi Cavabdeh Şirkətindən, 40 manat hissəsi isə İddiaçı MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva