Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4268/2025 07.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) “müqavilə üzrə pul” tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı "pul" tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi/vəkili Nümayəndə2 və nümayəndəsi X4, Cavabdehin nümayəndəsi/vəkili Nümayəndə3 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) “müqavilə üzrə pul” tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı "pul" tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İlkin iddia üzrə iddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC və "xxxx" MMC arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, GEMİ/ADOG- 01/24 saylı subpodrat müqaviləsi üzrə ƏDV-siz 521 700 (beş yüz iyirmi bir min yeddi yüz) manat məbləğində pul vəsaitinin, həmin məbləğə hesablanmış 93 906 (doxsan üç min doqquz yüz altı) məbləğində ƏDV-nin və 906 (doqquz yüz altı) manat dövlət rüsumunun əvəzinin cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və "xxxx" MMC (hazırki Cavabdeh MMC) arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, GEMİ/ADO-G-01/24 saylı subpodrat müqaviləsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əsas bazasındakı liman kompleksində yerləşən mövcud “SLİP” (Gəmilərin sudan çıxarılması üçün maili yol) qurğusunun uzadılması başa çatmış və layihədə nəzərdə tutulmuş bütün işlər yekunlaşmışdır. Cavabdeh "xxxx" MMC-nin müqavilə üzrə bizə ƏDV-siz 521 700 manat məbləğində borcu vardır. Müqaviləyə əsasən həmin məbləğin 481 700 manat hissəsi təhvil-təslim sənədləri (Təhvil-Təslim aktları, Forma 2, Forma 3) əsasında “SLİP” qurğusunun ilkin sınağınadək, qalan 40 000 manat hissəsi isə qurğunun ilkin sınağından sonra 5 (beş) iş günü müddətində "xxxx" MMC-yə ödənilməlidir. Belə ki, Müqavilə üzrə bütün işlərin yekunlaşmasına və müvafiq təhvil-təslim sənədlərinin (Təhvil-Təslim aktları, Forma 2, Forma 3) təsdiq edilməsinə, "xxxx" MMC-yə müvafiq elektron qaimələrin təqdim edilməsinə baxmayaraq cavabdeh "xxxx" MMC tərəfindən Müqavilənin 5.3.1-ci maddəsində göstərilmiş ƏDV-siz 650 000 manat məbləğin 481 700 manat hissəsi bu günədək "xxxx" MMC-nə ödənilməmişdir. Halbuki, həmin maddənin tələbinə əsasən 650 000 (altı yüz əlli min) manat və həmin məbləğə hesablanmış ƏDV məbləği "xxxx" MMC tərəfindən faktiki yerinə yetirilmiş işlərə görə tərtib olunmuş təhvil-təslim sənədləri (Təhvil- Təslim aktları, Forma 2, Forma 3) əsasında Təhvil-Təslim sənədlərinin imzalandığı tarixdən etibarən 5 (beş) iş günü ərzində "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına köçürülməlidir. Bununla yanaşı, tərəfimizdən İşlərin başa çatması, İşlərin son təhvil-təslimə (son təhvil-təslim aktının imzalanmasına) hazır olması, qurğunun sınaqlarının aparılması üçün nəzərdə tutulmuş gəminin təmin olunması və ilkin (təhviltəslim) sınaqlarının təşkil olunmasına dair cavabdeh "xxxx" MMC-yə 225 saylı, xx.xx.2024cü il tarixli məktub göndərilmişdir. Bununla da Müqavilənin 7.2.7-ci maddəsinə uyğun olaraq İşlərin xx.xx.2024-cü il tarixdən tərəfimizdən "xxxx" MMC-yə təhvil verilməsi təsdiq olunur və Müqavilənin 7.2.5-ci maddəsinə əsasən qurğunun ilkin sınağı ən geci xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən təşkil edilməli idi. Lakin, cavabdeh "xxxx" MMC tərəfindən Müqavilənin 7.2.5-ci maddəsində göstərilmiş müddətlər ötürülərək xx.xx.2024- cü il tarixdə ("xxxx" MMC ilə işgüzar münasibətlərin pozulmaması üçün müqavilənin 7.2.5-ci maddəsində göstərilmiş müddətləri nəzərə almadan tərəfimizdən razılıq verilərək) təşkil olunmaqla Sahil Mühafizəsi Xidmətinin “Şah Dağ” gəmisinin sudan çıxarılması və suya endirilməsi əməliyyatı həyata keçirilərək gəmilərin sudan çıxarılması üçün nəzərdə tutulmuş maili yolunun birinci sınağı uğurla həyata keçirilsə də, Sahil Mühafizəsi Xidmətinin “Tufan” gəmisinin sudan çıxarılması və suya endirilməsi ilə maili yolun sonuncu sınağı bizdən asılı olmayan səbəblərə və "xxxx" MMC-nin təqsirinə görə (Müqavilə üzrə qurğunun ilkin sınaq olunmasının təşkil olunması və ilkin sınaq üçün tələb olunan avadanlıqlar, nəqliyyat vasitələri və s. təşkil və təmin edilməsi məhz "xxxx" MMCnin vəzifəsidir) qurğunun qaldırma – endirmə mexanizmindəki çatışmamazlıqlarla əlaqədar olaraq baş tutmamışdır. Tərəfinizdən qurğunun sınaq olunmasından ötrü yeni qaldırma – endirmə mexanizminin təmin ediləcəyi bizə bildirilmişdi. Lakin, xx.xx.2024-cü il tarixdən etibarən cavabdeh "xxxx" MMC tərəfindən qurğunun ilkin sınaq olunmasından ötrü heç bir addım atılmadığından, yenə də qarşılıqlı işgüzar və hörmət münasibətlərinin pozulmaması üçün müqavilənin 7.2.5-ci maddəsində göstərilmiş müddətləri nəzərə almadan qurğunun ilkin sınaq olunmasından ötrü tərəfimizdən və öz vəsaitimiz hesabına yeni qaldırma – endirmə mexanizmi təşkil edilmiş və xx.xx.2025-ci il tarixdə qurğu uğurla sınaq olunmuşdur və bizim texnika və avadanlıqlar cavabdeh "xxxx" MMC-nin razılığı ilə xx.xx.2025-ci il tarixdə işlərin yerinə yetirildiyi ərazidən çıxarılmışdır. Lakin, "xxxx" MMC göstərdiyimiz hörmət münasibətlərini heçə sayaraq, müqavilə üzrə qalan borc məbləğini hələ də ödəməmişdir. Müqavilənin 7.2.5-ci maddəsinə əsasən qurğunun ilkin sınağı İşlərin tərəfimizdən cavabdeh "xxxx" MMC-yə təhvil verildiyi tarixdən etibarən 10 (on) gün müddətində hər iki Tərəfin səlahiyyətli nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Qurğunun ilkin sınaq olunmasının təşkil edilməsi və ilkin sınaq üçün tələb olunan avadanlıqlar, nəqliyyat vasitələri və s. "xxxx" MMC-nin vəsaiti hesabına və onun tərəfindən həyata keçirilir. "xxxx" MMC-nin təqsirindən qurğunun ilkin sınaq olunması bu maddədə nəzərdə tutulmuş müddətdən əlavə 10 (on) gündən artıq müddətə gecikdirildiyi təqdirdə qurğu ilkin sınaqdan uğurla keçmiş hesab olunur və "xxxx" MMC bu Müqavilənin 5.3.2-ci bəndində nəzərdə tutulmuş müddətdə, yəni 5 (beş) iş günü müddətində həmin maddədə nəzərdə tutulmuş məbləği, yəni 40 000 manat məbləğində pul vəsaitini "xxxx" MMC-yə ödəməli idi. Göründüyü kimi, Müqavilənin 7.2.7-ci maddəsinə uyğun olaraq İşlər xx.xx.2024-cü il tarixdən tərəfimizdən "xxxx" MMCyə təhvil verilmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-yə təhvil-təslim aktının göndərilməsinə baxmayaraq, hələ də "xxxx" MMC tərəfindən Müqavilənin 5.3.1-ci maddəsində göstərilmiş ƏDV-siz 650 000 manat məbləğ4in81 700 manat hissəsi və ona hesablanmış ƏDV məbləği "xxxx" MMC-yə ödənilməmişdir. Eyni zamanda, qurğunun sınaq olunması Müqavilənin 7.2.5-ci maddəsində göstərilmiş müddətlərdə (xx.xx.2024-cü il tarixdən hesablanmaqla ən geci 20 gün müddətində - ən geci xx.xx.2024-cü il tarixdə) "xxxx" MMC-nin təqsirindən baş tutmadığından həmin maddəyə əsasən qurğu xx.xx.2024-cü il tarixdən ilkin sınaqdan uğurla keçmiş hesab olunmuşdur və xx.xx.2024-cü il tarixdən hesablanmaqla 5 (beş) iş günü müddətində Müqavilə üzrə qalan 40 000 manat məbləğində pul vəsaiti "xxxx" MMCnə ödənilməli idi. Lakin həmin məbləğin ödənilməsi də gecikmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəllənin 21ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin, pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin (əldən çıxmış fayda) ödənilməsini tələb edə bilər.
3. Daha sonra ilkin iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC və Cavabdeh MMC arasında bağlanılmış GEMİ/ADO-G- 01/24-02 saylı, xx.xx.2024-cü il tarixli subpodrat müqaviləsi İzə ƏDV ilə birlikdə 41 536 (qırx bir min beş yüz otuz altı) manat məbləğində əsas borcun, həmin müqavilə üzrə əsas borca hesablanmış 88 679,36 (səksən sə ckiz min altı yüz yetmiş doqquz manat otuz altı qəpik) manat məbləğində cərimənin, GEMİ/ADO-G-01/24- saylı, xx.xx.2024-cü il tarixli subpodrat müqaviləsi üzrə ƏDV ilə birlikdə 574070 (beş yüz yetmiş dörd min yetmiş) manat məbləğində əsas borcun həmin müqavilə üzrə əsas borca hesablanmış 694 624,70 manat (altı yüz dovşan dörd min altı yüz iyirmi dörd manat yetmiş qəpik) məbləğində cərimənin, çəkilmiş xərclərin ə əzi olaraq tərəfimizdən məhkəməyə ödənilmiş 1491 (bir min dörd yüz doxsan bir) manat məbləğində dövlət rüsumunun əvəzinin və 350 (üç yüz əlli) manat məbləğində vəkil bürosuna ödənilmiş xidmət haqqının əvəzinin Cavabdeh MMCdən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Dəqiqləşmə ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və "xxxx" MMC (hazırki Cavabdeh MMC) arasında GEM/ADO-01/24 saylı, xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi, GEMİ/ADO-G-01/24 saylı, xx.xx.2024-cü il tarixli subpodrat müqaviləsi və GEMİ/ADO-G-01/24-02 saylı, xx.xx.2024-cü il tarixli subpodrat müqaviləsi bağlanmışdır. GEM/ADO-Ol/24 saylı, xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi üzrə Cavabdeh MMC "xxxx" MMC-yə 75 000 (yetmiş beş min) manat məbləğində ödəniş etmişdir və həmin müqavilə üzrə cavadehin iddiaçıya borcu yoxdur. GEMİ/ADO-G-01/24-02 saylı, xx.xx.2024-cü il tarixli subpodrat müqaviləsinə əsasən Cavabdeh MMC-nin "xxxx" MMC-yə ƏDV ilə birlikdə 41536 (qırx bir min beş yüz otuz altı) manat məbləğində əsas borcu vardır. Belə ki, həmin müqaviləyə əsasən tərəflərindən işlər tam icra edilərək 01 saylı, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə cavabdehə təhvil verilsə də, cavabdeh tərəfindən müqavilə şərtləri pozularaq bu günədək həmin borc iddiaçıya ödənilməmişdir. GEMİ/ADO-G-Ol/24 saylı, xx.xx.2024-cü il tarixli subpodrat müqaviləsinin ümumi dəyəri ƏDV ilə birlikdə ******* manat təşkil edir. Həmin müqaviləyə əsasən Cavabdeh MMC-nin "xxxx" MMC-yə ƏDV ilə birlikdə 574 070 (beş yüz yetmiş dörd min yetmiş) manat məbləğində əsas borcu vardır və cavabdeh tərəfindən müqavilə şərtləri pozularaq bu günədək həmin borc ödənilməmişdir. Belə ki, həmin müqaviləyə əsasən, ƏDV ilə birlikdə 574 070 (beş yüz yetmiş dörd min yetmiş) manat əsas borcun 526 870 (beş yüz iyirmi altı min səkkiz yüz yetmiş) manat hissəsi təhvil-təslim sənədləri (Təhvil-Təslim aktları, Forma 2, Forma 3) əsasında “SLİP” qurğusunun ilkin sınağınadək, qalan 47 200 (qırx yeddi min iki yüz) manat hissəsi isə qurğunun ilkin sınağından sonra 5 (beş) iş günü müddətində "xxxx" MMC-yə ödənilməli idi. Məhkəmənin nəzərinə çatdırır ki, tərəflərindən GEMİ/ADO- G-01/24 saylı, xx.xx.2024-cü il tarixli subpodrat müqaviləsi üzrə işlərin başa çatması, işlərin son təhvil-təslimə (son təhvil-təslim aktının imzalanmasına) hazır olması, qurğunun sınaqlarının aparılması üçün nəzərdə tutulmuş gəminin təmin olunması və ilkin (təhviltəslim) sınaqlarının təşkil olunmasına dair Cavabdeh MMC-yə 225 saylı, xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir. Bununla da Müqavilənin 7.2.7-ci maddəsinə uyğun olaraq İşlərin xx.xx.2024-cü il tarixdən tərəfimizdən "xxxx" MMC-yə təhvil verilməsi təsdiq olunur və Müqavilənin 7.2.5-ci maddəsinə əsasən qurğunun ilkin sınağı ən geci xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC tərəfindən təşkil edilməli idi. Lakin, Cavabdeh MMC tərəfindən Müqavilənin 7.2.5-ci maddəsində göstərilmiş müddətlər ötürülərək xx.xx.2024-cü il tarixdə (Cavabdeh MMC ilə işgüzar münasibətlərin pozulmaması üçün müqavilənin 7.2.5-ci maddəsində göstərilmiş müddətləri nəzərə almadan tərəflərindən razılıq verilərək) təşkil olunmaqla Sahil Mühafizəsi Xidmətinin “Şah Dağ” gəmisinin sudan çıxarılması və suya endirilməsi əməliyyatı həyata keçirilərək gəmilərin sudan çıxarılması üçün nəzərdə tutulmuş maili yolunun birinci sınağı uğurla həyata keçir isə də, Sahil Mühafizəsi Xidmətinin “Tufan” gəmisinin sudan çıxarılması və suva endirilməsi ilə maili yolun sonuncu sınağı iddiaçıdan asılı olmayan səbəblərə və Cavabdeh MMC-nin təqsirinə görə (Müqavilə üzrə qurğunun ilkin sınaq olunmasının təşkil olunması və ilkin sınaq üçün tələb olunan avadanlıqlar, nəqliyyat vasitələri və s. təşkil və təmin edilməsi məhz Cavabdeh MMC-nin vəzifəsidir) qurğunun qaldırma - endirmə mexanizmindəki çatışmamazlıqlarla əlaqədar olaraq baş tutmamışdır. Cavabdeh tərəfindən qurğunun sınaq olunmasından ötrü yeni qaldırma - endirmə mexanizminin təmin ediləcəyi iddiaçıya bildirilmişdi. Lakin, xx.xx.2024cü il tarixdən etibarən Cavabdeh MMC tərəfindən qurğunun ilkin sınaq olunmasından ötrü heç bir addım atılmadığından, yenə də qarşılıqlı işgüzar və hörmət münasibətlərinin pozulmaması üçün müqavilənin 7.2.5-ci maddəsində göstərilmiş müddətləri nəzərə almadan qurğunun ilkin sınaq olunmasından ötrü tərəflərindən və öz vəsaitləri hesabına yeni qaldırma - endirmə mexanizmi təşkil edilmiş və xx.xx.2025-ci il tarixdə qurğu uğurla sınaq olunmuşdur və iddiaçıın texnika və avadanlıqları Cavabdeh MMC-nin razılığı ilə xx.xx.2025-ci il tarixdə işlərin yerinə yetirildiyi sahədən çıxarılmışdır. Eyni zamanda cavabdehə tərəflərindən xx.xx.2025-ci il tarixdə sonuncu xəbərdarlıq da göndərilmişdir. Lakin, Cavabdeh MMC iddiaçının göstərdiyi hörmət münasibətlərini heçə sayaraq, müqavilə üzrə qalan borc məbləğini hələ də ödəməmişdir. Müqavilənin 7.2.5-ci maddəsinə əsasən qurğunun ilkin sınağı İşlərin tərəflərindən Cavabdeh MMC-yə təhvil verildiyi tarixdən etibarən 10 (on) gün müddətində hər iki Tərəfin səlahiyyətli nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Qurğunun ilkin sınaq olunmasının təşkil edilməsi və ilkin sınaq üçün tələb olunan avadanlıqlar, nəqliyyat vasitələri və s. Cavabdeh MMC-nin vəsaiti hesabına və onun tərəfindən həyata keçirilir. Cavabdeh MMC-nin təqsirindən qurğunun ilkin sınaq olunması bu maddədə nəzərdə tutulmuş müddətdən əlavə 10 (on) gündən artıq müddətə gecikdirildiyi təqdirdə qurğu ilkin sınaqdan uğurla keçmiş hesab olunur və Cavabdeh MMC bu Müqavilənin 5.3.2-ci bəndində nəzərdə tutulmuş müddətdə, yəni 5 (beş) iş günü müddətində həmin maddədə nəzərdə tutulmuş məbləği, yəni 40 000 manat məbləğində pul vəsaitini “ADO-G İnşaat Təchizat və Quraşdırma’" MMC-yə ödəməli idi. Göründüyü kimi, Müqavilənin 7.2.5-ci maddəsinə uyğun olaraq İşlər xx.xx.2024-cü il tarixdən iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə cavabdehə təhvil-təslim aktının göndərilməsinə baxmayaraq, cavabdeh hələ də "xxxx" MMC-yə ƏDV ilə birlikdə 574 070 (beş yüz yetmiş dörd min yetmiş) manat məbləğində əsas borcunu ödəməmişdir. Bununla yanaşı, hər iki müqavilə şərtlərinə əsasən, Cavabdeh MMC müqavilə üzrə ödənişləri gecikdirdiyi halda, hər gecikdirilmiş günə görə ödənilməsi gecikdirilmiş məbləğin 5%-i miqdarında "xxxx" MMC-yə cərimə ödəyir. Belə ki, GEMİ/ADO- C -01 1.4-02 saylı, xx.xx.2024-cü il tarixli subpodrat müqaviləsi üzrə işlərin xx.xx.2024-əü il tarixdə tərəflərindən cavabdehə təhvil verildiyini nəzərə alaraq, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr (427 gün) üzrə həmin müqavilənin 10.2-ci maddəsinə əsasən cavabdehdən 88 679,36 manat məbləğində cərimə (41536 manat x 0.5% x 427 gün) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. GEMİ/ADO-G-Ol/24 sayli, xx.xx.2024cü il tarixli subpodrat müqaviləsi üzrə İşlərin xx.xx.2024-cü il tarixdə tərəflərindən cavabdehə təhvil verilmiş hesab olunduğunu nəzərə alaraq, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr (242 gün) üzrə hənin müqavilənin 10.2-ci maddəsinə əsasən cavabdehdən 694 624,70 manat məbləğin cərimə (574 070 manat x 0.5% x 242 gün) cavabdehdən tutularaq iddiaçya ödənilməlidir.
5. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli, GEMİ/ADO-G-01/24 nömrəli sııbpodrat müqaviləsinə əsasən gecikdirilmiş müddət üçün 1.362.900 AZN cərimə məbləğinin, ödənilmiş 1473 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, həmçinin qüsurlu icra edilmiş işlərin keyfiyyətli formada ən qısa zamanda iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul etməyinizi xahiş etmişdir.
6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Dövlət Sərhəd Xidmətinin X6 qəsəbəsindəki bazasında “Slip” qurğusunun uzadılması işi ilə bağlı "xxxx" MMC (qarşılıqlı iddia üzrə cavabdeh) və “Gemini Studio" MMC (qarşılıqlı iddia üzrə iddiaçı) arasında müqavilələr imzalanmışdır. Belə ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, GEMİ/ADO-G- 01/24 nömrəli, dəyəri 1.400.000 AZN olan subpodrat müqaviləsi və Tikintinin Layihələndirilməsi üzrə xx.xx.2024-cii il tarixli. GEM/ADO-G-01/24 nömrəli, dəyəri 75 000 AZN olan xidmət müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il larixli, GEMİ/ADO-G-01/24 nömrəli Subpodrat müqaviləsi üzrə cavabdehin öhdəliyi Müqaviləyə Əlavə-də göstərilmiş Layihə tapşırığına uyğun X5 nəzərdə tutulmuş müddətdə və qaydada, qüvvədə olan norma və qaydalara uyğun keyfiyyətlə yerinə yetirməsi, iddiaçının öhdəliyi isə təhvil-təslim aktları. Forma 2, Forma 3 əsasında yerinə yetirilmiş işlərin qəbul edilməsi və dəyərinin ödənilməsidir. Bu Müqavilə üzrə cavabdeh hər iki əsas öhdəliyini lazımınca icra etməmişdir. Belə ki, işlərin tamamlanma müddəti Müqavilənin 4.1-ci maddəsinə əsasən, 120 iş günü olaraq razılaşdırılsa da. cavabdeh ilkin sınaq üçün müraciət zamanı 60 gün gecikməyə yol vermiş, indiyədək də işləri razılaşdırılmış formada təhvil verməmişdir. Bununla yanaşı, xx.xx.2025-cİ il tarixində sınaq keçirilən zaman əhəmiyyətli qüsurlar aşkarlanmışdır. Müvafiq qüsurlar aşağıdakı kimidir: -Cavabdeh tərəfindən köhnə, daha əwəl istifadə edilmiş metal boruların və digər köhnə materialların istifadəsi; - Razılaşdırılmış ölçüdə və bütöv formada olan yeni lövhələrin deyil, kiçik hissələrə bölünərək qaynaq vasitəsilə köhnə lövhələrin birləşdirilməsi və istifadəsi; -Layihədə nəzərdə tutulmuş və əvvəlcədən razılaşdırılmış standartlara, texniki göstəricilərə əmə! olunmaması. Bu qüsurlar barədə dərhal cavabdeh məlumatlandırılsa da, bizə qüsurların aradan qaldırılması müddəti və digər detallar barədə məlumat verilməmiş, bu zaman ərzində qüsurların aradan qaldırılması üçün heç bir tədbir də görülməmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2025-ci tarixində etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər və təhvil-təslim aktlarında qeyd olunan işlər faktiki olaraq görülməmişdir. Aydındır ki, yuxarıdakı tədbirlərə əl atmaqla, cavabdeh daha az xərclə layihəni tamamlamağı planlamış, lakin bu layihənin əhəmiyyətini nəzərə almamış, nəticədə də qüsurlu və istifadəyə yararlı olmayan işlərlə bizdən xeyli miqdarda ödəniş əldə etmək istəmişdir. Cavabdeh iddia ərizəsində ilkin sınaq təklifindən sonra gecikmənin olmasına əsaslansa da, əsas sifarişçinin noyabr ayında iki dəfə iş sahəsinə dəvət təklifinə baxmayaraq, cavabdeh sahəyə gəlməmişdir. Həmçinin ilkin sınaq vaxtında keçirilsə idi belə, yenə də mövcud qüsurların yaranacağı qaçılmaz idi. Çünki bu qüsurlar gecikməyə görə deyil, podratçının - cavabdehin öhdəliyini lazımınca yerinə yetirməməsindən irəli gətir. Növbəti olaraq, cavabdeh qaldırma-endirmə mexanizmindəki texniki qüsurların olduğunu, bu mexanizmin təmin edilməsinin iddiaçının məsuliyyəti olduğunu iddia ərizəsində qeyd etmişdir. Bununla bağlı qeyd edirik ki, Tikintinin Layihələndirilməsi üzrə xx.xx.2024-cii il tarixli, GEM/ADO-G-Ol/24 nömrəli, dəyəri 75 000 AZN olan xidmət müqaviləsi bağlanılarkən iddiaçının əsas vəzifəsi bu layihə üzrə təqdim edilmiş parametrləri araşdırmaq, texniki faktorları mövcud layihə üzrə yoxlayaraq iddiaçıya məlumat vermək idi. Buna baxmayaraq cavabdeh yeni vəziyyəti, yəni “Slip” qurğusunun uzadılmasını düzgün qiymətləndirməmiş, bununla bağlı təmin olunan texnika və avadanlıqlarla bağlı bizə irad bildirməmişdir. Qurğunun dartma, qaldırma gücünün cavabdeh tərəfindən düzgün hesablanmaması və bizə məlumat verilməməsi hazırkı halda iddiaçı üçün məsuliyyət yarada bilməz. Əlavə olaraq, cavabdeh bizə işlərin gecikdirilməsinə görə cərimə ödəməlidir. Subpodrat Müqaviləsinin 10.3-cü maddəsinə əsasən, işlərin gecikdirilməsi halında Podratçı hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0.3 faizi həcmində cərimə ödəməlidir. Bununla da, xidmətlərin təhvil verilməli olduğu gündən hesablanmaqla, Podratçı gecikdirilmiş müddət üçün 1.362.900 AZN (275 gün x 1.652.000 (ƏDV daxil müqavilənin dəyəri) x 0.3 %) məbləğində cərimə ödəməlidir. Cavabdehin tələb etdiyi ödənişə münasibətdə isə qeyd edirik ki, cavabdeh hesablamalar zamanı yanlışlıqlara yol vermiş, dəqiq olmayan hesabalamaların əsaslanmışdır. Hər bir halda bizim tərəfimizdən hər lıansı bir məbləğin ödənilməsi üçün tərəflər yekun təhvil təslim aktları tərtib edib imzalamalı, komissiyanın iştirakı ilə testlər, yoxlamalar keçirilməlidir. Lakin cavabdeh sadəcə özlərinin imzalayıb möhürlədikləri sənədlər əsasında ödənişin edilməsini tələb edir, qüsurlar və icranın gecikdirilməsi barədə bildirişlərimizə əhəmiyyət vermirlər. Yuxarıdakıları ümumiləşdirməklə bir daha bildiririk ki, qüsurların aradan qaldırı İmam ası, işin keyfiyyətsiz görülməsi və yarımçıq saxlanılması ilə cavabdeh öhdəliklərini kobud şəkildə pozmuş, bizim əsas sifarişçi ilə aramızda olan peşəkar münasibətlərə ciddi ziyan vurmaqla yanaşı, gələcəkdə bizi külli miqdarda zərərin ödənilməsi halı ilə üz-üzə qoymuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 cİ maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasım tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1 -ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi hallan İstisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığm tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1 -ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdin lməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
7. Qarşılıqlı iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli, GEMİ/ADO-G-01/24 nömrəli subpodrat müqaviləsinə əsasən gecikdirilmiş müddət üçün 1.302.000 (bir milyon üç yüz iki min) AZN cərimə məbləğinin, ödənilməmiş 1473 (bir min dörd yüz yetmiş üç) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, həmçinin qüsurlu icra edilmiş işlərin keyfiyyətli formada ən qısa zamanda iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GEMİ/ADO-G-01/24 nömrəli subpodrat müqaviləsinin 4.1-ci maddəsinə müvafiq olaraq, Podratçı Müqavilədə nəzərdə tutulmuş işləri ilkin avans ödənişinin həyata keçirildiyi tarixdən hesablanmaqla 120 (yüz iyirmi) iş günü müddətində Müqaviləyə uyğun olaraq təhvil verməlidir. Həmin Müqavilənin 5.1-ci maddəsinə uyğun olaraq, Müqavilə imzalandıqdan sonra Sifarişçi Podratçıya ilkin avans ödəmələrini xx.xx.2024 tarixindən etibarən müəyyən edilmiş qrafikə uyğun olaraq, ümumilikdə 290.000 (iki yüz doxsan min) AZN məbləğində ödəməlidir. Ödəniş tapşırıqlarına əsasən, xx.xx.2025-ci il tarixinədək, ümumilikdə 313.000 (üç yüz on üç min) AZN məbləğində ödəniş Sifarişçi tərəfindən həyata keçirmişdir. Beləliklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2023 tarixli, № 3-17/3-5- 42/2023 saylı qərarı ilə təsdiq edilmiş istehsalat təqviminə müvafiq olaraq tərəflər arasında bağlanış müqavilənin 4.1-ci maddəsində müəyyən edilmiş işlərin təhvil verilməsinə dair 120 iş günlük müddət, ödəniş tapşırıqlarına müvafiq olaraq xx.xx.2024-ci il tarixindən hesablanmaqla, xx.xx.2024 tarixinədək olan müddəti əhatə etməlidir. Buna görə də, gecikmə müddəti xx.xx.2024-cü il tarixindən hesablanmalıdır. Müqavilənin 10.3-cü maddəsinə əsasən, Podratçı Müqavilə üzrə işlərin təhvil verilməsini gecikdirdiyi halda, hər gecikdirilmiş günə görə Müqavilənin dəyərinin 0,3% (sıfır tam onda üç faiz) miqdarında Sifarişçiyə cərimə ödəməlidir. 2024-cü il üzrə təsdiq edilmiş istehsalat təqviminə uyğun olaraq müəyyən edilmiş işlərin təhvil verilmə müddətinin son gününün xx.xx.2024-cü il olduğunu nəzərə alsaq, xx.xx.2024-cü il tarixindən etibarən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin verildiyi xx.xx.2025-ci il tarixinədək işlər 310 gündür təhvil verilmir. Nəticə etibarı ilə, tərəflər arasında bağlanmış müqavilənin 4.1, 5.1 və 10.3-cü maddələrinə müvafiq olaraq cərimə məbləği aşağıdakı qaydada hesablanmalıdır: Təvhil verilməyən işlərin dəyəri 1 400 000 və bu məbləğə hesablanmış günlük gecikmə faizi 0.3 hesablamaq günlük məbləğ 4 200 manat təşkil edir. 4 200 x 310 = 1.302.000 (bir milyon üç yüz iki min) AZN.
II. Tərəflərin mövqeləri:
9. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi/vəkili Nümayəndə2 ilkin iddianın məzmununa uyğun çıxış edərək ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ödənilən 75.000 manatlıq məbləğ birinci müqaviləyə aiddir. Birinci müqavilə layihənin hazırlanması müqaviləsidir. Ödəniş tapşırıqlarında öz əksini tapır və bu müqavilə üzrə mübahisə yoxdur. Qarşı tərəfin qeyd etdiyi 3-cü müqavilə üzrə, yəni 41.536 manatlıq müqavilə üzrə təhviltəslim olduğu üçün qaimə vurulmasa belə ödəniş tələb oluna bilər. Əslində isə bu müqavilə ilə bağlı qaimə may ayından əvvəl vurulmuşdur, sonradan ləğv edilmişdir. Əsas müqavilə üzrə 574.070 manat məbləğində (ƏDV daxil) borc qalmışdır. Üçüncü müqavilə üzrə isə 41.536 manat.
10. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi M.Əlizadə bildirdi ki, 41.536 manatlıq müqavilə üzrə e-qaimənin ləğvini iddiaçıdan qarşı tərəfin direktoru şifahi qaydada tələb etmişdir. 2024-cü il tarixində qaimə vurulmuş və sistem tərəfindən təsdiqlənmişdir. Qarşı tərəf qaimənin ləğv olunmasını tələb etmişdir, lakin sonradan qaimə vurulduqda qarşı tərəf təhvil-təslim aktı olmasına baxmayaraq bir neçə dəfə geri qaytarmışdır. İddianın ikinci tələbi olan müqavilə üzrə ilkin avans məbləği olan 290.000 manat məbləğ xx.xx.2024-cü il tarixində tamamlanmışdır. 120.000 manat ödənilmiş və 290.000-dən artıq ödəniş olaraq müqavilə üzrə məbləğlər tamamlanmışdır.
11. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin/qarşılıqlı iddia üzrə iddaçının nümayəndəsi Nümayəndə3 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək qarşılıqlı iddia ərizəsinin təmin edilməsini, ilkin iddia ərizəsini isə yalnız 574.070 manat hissədə qəbul etdiklərini, qalan hissədə ilkin iddia ərizəsinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, pretenziyada bu tələblə bağlı müddəa öz əksini konkret tapmamışdır. İddia ərizəsi sonradan düzəldilmişdir, ona görə də mötəbər hesab olunmur. Qaimə 13 may tarixində təqdim olunduğu üçün pretenziya ondan sonra müddət gözlənilməklə göndərilməli idi. 29 iyul 2024-cü il tarixində ilkin avans üzrə ödənişlər tamamlanmışdır. Bundan 120 gün sonra işlər təhvil verilməli idi, lakin işlər təhvil verilməmişdir. Qarşı tərəf təhvil-təslim aktı göndərsə də, işlər qüsurlu olduğu üçün imzalanmamışdır.
III.Məhkəmə baxışının hədləri:
12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GEMİ/ADO-G-01/24 saylı subpodrat müqaviləsinə əsasən:
14. Müqavilənin 1-ci bəndinə əsasən "xxxx" MMC və "xxxx" MMC arasında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əsas bazasındakı liman kompleksində yerləşən Mövcud "Slip" (Gəmilərin sudan çıxarılması üçün maili yol) qurğusunun uzadılması ilə bağlı müqavilə bağlanılmışdır.
15. Müqavilənin 2-ci bəndinə əsasən müqavilənin predmetini Podratçı tərəfindən Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilmiş Layihə tapşırığına uyğun Obyektdə İşlərin (Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əsas bazasındakı liman kompleksində yerləşən Mövcud "Slip" (Gəmilərin sudan çıxarılması üçün maili yol) qurğusunun uzadılması) Müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada, qüvvədə olan norma və qaydalara uyğun keyfiyyətlə yerinə yetirməsi, yerinə yetirilmiş işlərin Təhvil-Təslim aktları, Forma 2, Forma 3 əsasında Müqavilədə göstərilmiş qaydada Sifarişçi tərəfindən qəbul edilməsi və İşlərin dəyərinin Sifarişçi tərəfindən vaxtında ödənilməsi təşkil edir.
16. Müqavilənin 3.1-ci bəndinə əsasən bu Müqavilə üzrə işlərin dəyəri ƏDV-siz 1 400 000 AZN (bir milyon dörd yüz min) manat təşkil edir. İşlərin dəyərinə mühəndis-geoloji tədqiqatlar, batimetriya, geodeziya, sonar planalma xərcləri daxil deyil və Sifarişçi tərəfindən əlavə olaraq ödənilir. İşlərin dəyərinin mərhələlər üzrə bölgüsü bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 2-də göstərilir.
17. Müqavilənin 4.1-ci bəndinə əsasən podratçı Müqavilədə nəzərdə tutulmuş işləri ilkin avans ödənişi həyata keçirildikdən sonra hesablanmaqla 120 (bir yüz iyirmi) iş günü müddətində Müqaviləyə uyğun olaraq təhvil verməlidir.
18. Müqavilənin 4.2-ci bəndinə əsasən podratçıdan asılı olmayan səbəblərə görə işləmək mümkün olmadıqda təhvil müddəti işləmək mümkün olmayan günlərin sayı qədər artırılır.
19. Müqavilənin 4.3-cü bəndinə əsasən pis hava şəraiti ilə əlaqəli iş günləri Müqavilədə göstərilən müddətə daxil edilmir.
20. Müqavilənin 4.4-cü bəndinə əsasən işlərin bitirilmə vaxtı Tərəflər arasında son Təhvil-Təslim Aktının imzalandığı tarix hesab olunur.
21. Müqavilənin 4.5-ci bəndinə əsasən podratçı tərəfindən tərtib edilərək Sifarişçiyə təqdim olunan Son Təhvil-Təslim Aktı əgər Sifarişçinin heç bir əsaslı etirazı yoxdursa, ən geci 15 (on beş) iş günü ərzində Sifarişçi tərəfindən imzalanır. Əgər bu Akt Sifarişçi tərəfindən bu müddətdə əsassız olaraq imzalanmazsa Akt Sifarişçi tərəfindən qəbul edilmiş hesab olunur.
22. Müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə imzalandıqdan sonra Sifarişçi aşağıdakı qrafikə uyğun Podratçıya ilkin avans ödəyir: xx.xx.2024-cü il tarixdə 5 000 (beş min) manat və həmin məbləğə hesablanmış ƏDV; xx.xx.2024-cü il tarixdə 100 000 (bir yüz min) manat və həmin məbləğə hesablanmış ƏDV; xx.xx.2024-cü il tarixdə 85 000 (səksən beş min) manat və həmin məbləğə hesablanmış ƏDV; xx.xx.2024-cü il tarixdə 100 000 (bir yüz min) manat və həmin məbləğə hesablanmış ƏDV.
23. Müqavilənin 5.2-ci bəndinə əsasən dövlət ekspertizasından keçirilmiş Müqavilə üzrə işlərin layihəsi və onun smetası Podratçı tərəfindən Sifarişçiyə təqdim edildiyi tarixdən etibarən 15 (on beş) iş günü ərzində Sifarişçi 420 000 (dörd yüz iyirmi min) manat və həmin məbləğə hesablanmış ƏDV məbləğini ikinci avans şəklində Podratçıya ödəyir.
24. Müqavilənin 5.3-cü bəndinə əsasən müqavilə dəyərinin qalan hissəsi, yəni 690 000 (altı yüz doxsan min) manat və həmin məbləğə hesablanmış ƏDV məbləği aşğıdakı qaydada Sifarişçi tərəfindən Podratçıya ödənilir:
25. Müqavilənin 5.3.1-ci bəndinə əsasən 650 000 (altı yüz əlli min) manat və həmin məbləğə hesablanmış ƏDV məbləğini avans məbləğləri çıxılmaqla Podratçı tərəfindən faktiki yerinə yetirilmiş işlərə görə tərtib olunmuş təhvil-təslim sənədləri (Təhvil-Təslim aktları, Forma 2, Forma 3) əsasında Təhvil-Təslim sənədlərinin imzalandığı tarixdən etibarən 5 (beş) iş günü ərzində Sifarişçi tərəfindən Podratçının bank hesabına köçürülür.
26. Müqavilənin 5.3.2-ci bəndinə əsasən müqavilə dəyərinin qalan sonuncu hissəsi, yəni 40 000 (qırx min) manat və həmin məbləğə hesablanmış ƏDV məbləği qurğunun ilkin sınağından sonra 5 (beş) iş günü müddətində Sifarişçi tərəfindən Podratçının bank hesabına köçürülür.
27. Müqavilənin 6.3.3-cü bəndinə əsasən heç bir əsaslı etirazı olmazsa, Podratçının təqdim etdiyi Təhvil-Təslim sənədlərini (Təhvil-təslim aktları, Forma 2, Forma 3) 5 iş (beş) günü ərzində təsdiq etmək.
28. Müqavilənin 7.1.1-ci bəndinə əsasən podratçı İşlərin icra olunmasına Sifarişçi tərəfindən tikinti ərazisi hazır şəkildə Podratçıya təhvil verildikdən sonra başlayır.
29. Müqavilənin 7.1.2-ci bəndinə əsasən podratçı İşləri plan-qrafikə uyğun şəkildə Azərbaycan Respublikasında qüvvədə olan standartlara, təhlükəsizlik qaydalarına, əmək və mülki qanunvericiliyinin tələblərinə əməl edərək yerinə yetirir.
30. Müqavilənin 7.2.1-ci bəndinə əsasən podratçı Sifarişçiyə yerinə yetirilmiş işlər haqqında hesabatları, Təhvil-Təslim aktları və yerinə yetirilmiş işlərə görə elektron qaimələri təqdim edir.
31. Müqavilənin 7.2.2-ci bəndinə əsasən sifarişçi yerinə yetirilmiş işlərin Təhvil-Təslim aktlarını Sifarişçinin rəhbərliyinin və ya səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə 5 (beş) iş günü ərzində təsdiq edir.
32. Müqavilənin 7.2.3-cü bəndinə əsasən əgər təhvil-təslim vaxtı İşlərdə nöqsanlar və ya çatışmamazlıqlar ortaya çıxarsa onda Tərəflər arasında Qüsur aktı tərtib olunur. Bu halda təhvil-təslim sənədləri Podratçı tərəfindən qüsurlar və çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra 3 (üç) gün ərzində imzalanır.
33. Müqavilənin 7.2.4-cü bəndinə əsasən əgər Tərəflər Qüsur aktının tərtib olunmasında və imzalanmasında razılığa gələ bilməsələr qüsurların mövcud olubolmaması haqqında rəyi hər iki tərəfin razılığı ilə dəvət olunmuş sərbəst ekspert verir. Ekspertin rəyi tərəflər üçün məcburidir. Bu halda ekspertiza xərcləri haqlı olmayan Tərəf tərəfindən, əgər heç bir Tərəf tam haqlı deyildirsə, Tərəflərin hər ikisi tərəfindən bərabər həcmdə ödənilir.
34. Müqavilənin 7.2.5-ci bəndinə əsasən son Təhvil-Təslim aktı imzalanmamışdan əvvəl qurğunun ilkin sınaq olunması həyata keçirilir. Qurğunun ilkin sınağı bu Müqavilənin 5.3.2-ci bəndində nəzərdə tutulmuş qaydada İşlərin Sifarişçiyə təhvil verildiyi tarixdən etibarən 10 (on) gün müddətində hər iki Tərəfin səlahiyyətli nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Qurğunun ilkin sınaq olunmasının təşkil edilməsi və ilkin sınaq üçün tələb olunan avadanlıqlar, nəqliyyat vasitələri və s. Sifarişçinin vəsaiti hesabına və onun tərəfindən həyata keçirilir. Sifarişçinin təqsirindən qurğunun ilkin sınaq olunması Müqavilənin 7.2.5-ci bəndində nəzərdə tutulmuş müddətdən əlavə 10 (on) gündən artıq müddətə gecikdirildiyi təqdirdə qurğu ilkin sınaqdan uğurla keçmiş hesab olunur və Sifarişçi bu Müqavilənin 5.3.2,-ci bəndində nəzərdə tutulmuş müddətdə həmin bənddə nəzərdə tutulmuş məbləği Podratçıya ödəyir. Podratçı İşlərin yerinə yetirilməsi ilə bağlı aralıq sənədləri, Layihəni və smeta sənədlərini Sifarişçiyə təqdim edir.
35. Müqavilənin 7.2.6-cı bəndinə əsasən son Təhvil-Təslim aktı Müqavilədə nəzərdə tutulmuş bütün işlər bitirildikdən sonra imzalanır.
36. Müqavilənin 7.2.7-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş bütün işlər başa çatdıqdan sonra Podratçı rəsmi şəkildə Sifarişçiyə İşlərin təhvil-təslimə hazır olması haqqında bildiriş göndərir. Sifarişçi öz növbəsində bildirişi aldığı vaxtdan 5 (beş) gün ərzində komissiya təşkil edir. Komissiya Podratçının nümayəndəsi ilə birlikdə yoxlama işlərini həyata keçirir.
37. Müqavilənin 8.1-ci bəndinə əsasən podratçı qarantiya verir ki, Müqavilədə nəzərdə tutulmuş İşləri Müqavilənin şərtlərinə uyğun şəkildə Texniki tapşırığa, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik, norma və standartlarına, bu müqavilənin Əlavə 1-də göstərilən iş həcmlərinə uyğun yerinə yetirəcək və İşlərin həyata keçirilməsi zamanı Əməyin təhlükəsizliyi Qaydalalarına əməl edəcəkdir. Podratçı hazırladığı qurğuya bir il müddətinə istismar keyfiyyət qarantiyası verir.
38. Müqavilənin 9.1-ci bəndinə əsasən podratçı Müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmək üçün göstəriciləri uyğun gələn, təcrübəli və bacarıqlı personalı işə cəlb edir.
39. Müqavilənin 9.2-ci bəndinə əsasən podratçı öz təqsiri nəticəsində öz personalının zədələnməsi ilə bağlı yaranan cavabdehliyi Podratçı özü daşıyır və xərclərini özü qarşılayır. Podratçının təqsiri ucbatından Sifarişçiyə dəyən zərərin əvəzini Podratçı ödəyir.
40. Müqavilənin 10.1-ci bəndinə əsasən hər bir Tərəf hazırkı Müqavilə üzrə öhdəliklərini pozduqlarına görə Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş tam həcmdə məsuliyyət daşıyır.
41. Müqavilənin 10.2-ci bəndinə əsasən sifarişçi Müqavilə üzrə ödənişləri gecikdirdiyi halda, hər gecikdirilmiş günə görə ödənilməsi gecikdirilmiş məbləğin 0.5 %-i miqdarında Podratçıya cərimə ödəyir.
42. Müqavilənin 10.3-cü bəndinə əsasən podratçı Müqavilə üzrə işlərin təhvil verilməsini gecikdirdiyi halda, hər gecikdirilmiş günə görə Müqavilənin dəyərinin 0.3 %-i miqdarında Sifarişçiyə cərimə ödəyir.
43. Qeyd edilən müqaviləyə xx.xx.2024-cü il tarixli 2 saylı Əlavəyə əsasən görüləcək işlərin cəmi dəyəri (ƏDV-siz) ******* manat təşkil etmişdir.
44. "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GEMİ/ADOG-01/24-02 saylı subpodrat müqaviləsinə əsasən:
45. Müqavilənin 1-ci bəndinə əsasən “İşlər“ dedikdə, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əsas bazasındakı liman kompleksində yerləşən Mövcud “Slip” (Gəmilərin sudan çıxarılması üçün maili yol) qurğusunun uzadılması işlərinin yerinə yetirilməsindən ötrü tələb olunan mühəndis-geoloji tədqiqatlar, batimetriya, geodeziya, sonar planlama isləri nəzərdə tutulur. Həmçinin “Gemini Studio“ MMC və “İCSS“ MMC arasında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əsas bazasındakı liman kompleksində yerləşən Mövcud “Slip“ (Gəmilərin sudan çıxarılması üçün maili yol) qurğusunun uzadılması ilə bağlı müqavilə bağlanılmışdır.
46. Müqavilənin 2-ci bəndinə əsasən müqavilənin predmetini X2 uyğun X5 nəzərdə tutulmuş müddətdə və qaydada, qüvvədə olan norma və qaydalara uyğun keyfiyyətlə yerinə yetirməsi, yerinə yetirilmiş işlərin Təhvil-Təslim aktları, Forma 2, Forma 3 əsasında Müqavilədə göstərilmiş qaydada Sifarişçi tərəfindən qəbul edilməsi və İşlərin dəyərinin Sifarişçi tərəfindən vaxtında ödənilməsi təşkil edir.
47. Müqavilənin 3.1-ci bəndinə əsasən bu Müqavilə üzrə işlərin dəyəri ƏDV-siz 32500 AZN (otuz iki min beş yüz) manat təşkil edir.
48. Müqavilənin 4.1-ci maddəsinə əsasən podratçı Müqavilədə nəzərdə tutulmuş işləri Müqavilənin imzalandığı tarixdən etibarən 2 (iki) ay müddətində Müqaviləyə uyğun olaraq təhvil verməlidir.
49. Müqavilənin 4.2-ci bəndinə əsasən podratçıdan asılı olmayan səbəblərə görə işləmək mümkün olmadıqda təhvil müddəti işləmək mümkün olmayan günlərin sayı qədər artırılır.
50. Müqavilənin 4.3-cü bəndinə əsasən pis hava şəraiti ilə əlaqəli iş günləri Müqavilədə göstərilən müddətə daxil edilmir.
51. Müqavilənin 4.4-cü bəndinə əsasən işlərin bitirilmə vaxtı Tərəflər arasında son Təhvil-Təslim Aktının imzalandığı tarix hesab olunur.
52. Müqavilənin 4.5-ci bəndinə əsasən podratçı tərəfindən tərtib edilərək Sifarişçiyə təqdim olunan Son Təhvil-Təslim Aktı əgər Sifarişçinin heç bir əsaslı etirazı yoxdursa, ən geci 15 (on beş) iş günü ərzində Sifarişçi tərəfindən imzalanır. Əgər bu Akt Sifarişçi tərəfindən bu müddətdə əsassız olaraq imzalanmazsa Akt Sifarişçi tərəfindən qəbul edilmiş hesab olunur.
53. Müqavilənin 5.1-ci bəndinə əsasən işlərin dəyəri İşlər Sifarişçiyə təhvil verildikdən sonra Podratçının Sifarişçiyə təqdim etdiyi elektron qaimə əsasında onun təqdim olunduğu tarxdən etibarən 5 (beş) iş günü ərizndə Sifarişçi tərəfindən Podratçıya ödənilir.
54. Müqavilənin 7.1.1-ci bəndinə əsasən podratçı İşlərin icra olunmasına Sifarişçi tərəfindən tikinti ərazisi hazır şəkildə Podratçıya təhvil verildikdən sonra başlayır.
55. Müqavilənin 7.1.2-ci bəndinə əsasən podratçı İşləri plan-qrafikə uyğun şəkildə Azərbaycan Respublikasında qüvvədə olan standartlara, təhlükəsizlik qaydalarına, əmək və mülki qanunvericiliyinin tələblərinə əməl edərək yerinə yetirir.
56. Müqavilənin 7.2.1-ci bəndinə əsasən podratçı Sifarişçiyə yerinə yetirilmiş işlər haqqında hesabatları, Təhvil-Təslim aktları və yerinə yetirilmiş işlərə görə elektron qaimələri təqdim edir.
57. Müqavilənin 7.2.2-ci bəndinə əsasən sifarişçi yerinə yetirilmiş işlərin Təhvil-Təslim aktlarını Sifarişçinin rəhbərliyinin və ya səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə 5 (beş) iş günü ərzində təsdiq edir.
58. Müqavilənin 7.2.3-cü bəndinə əsasən əgər təhvil-təslim vaxtı İşlərdə nöqsanlar və ya çatışmamazlıqlar ortaya çıxarsa onda Tərəflər arasında Qüsur aktı tərtib olunur. Bu halda təhvil-təslim sənədləri Podratçı tərəfindən qüsurlar və çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra 3 (üç) gün ərzində imzalanır.
59. Müqavilənin 7.2.4-cü bəndinə əsasən əgər Tərəflər Qüsur aktının tərtib olunmasında və imzalanmasında razılığa gələ bilməsələr qüsurların mövcud olubolmaması haqqında rəyi hər iki tərəfin razılığı ilə dəvət olunmuş sərbəst ekspert verir. Ekspertin rəyi tərəflər üçün məcburidir. Bu halda ekspertiza xərcləri haqlı olmayan Tərəf tərəfindən, əgər heç bir Tərəf tam haqlı deyildirsə, Tərəflərin hər ikisi tərəfindən bərabər həcmdə ödənilir.
60. Müqavilənin 7.2.5-ci bəndinə əsasən son Təhvil-Təslim aktı Müqavilədə nəzərdə tutulmuş bütün İşlər billrildlkdən sonra imzalanır.
61. Müqavilənin 7.2.6-cı bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş bütün işlər başa çatdıqdan sonra Podratçı rəsmi şəkildə Sifarişçiyə İşlərin təhvil-təslimə hazır olması haqqında bildiriş göndərir. Sifarişçi öz növbəsində bildirişi aldığı vaxtdan 5 (beş) gün ərzində komissiya təşkil edir. Komissiya Podratçının nümayəndəsi ilə birlikdə yoxlama işlərini həyata keçirir.
62. Müqavilənin 8.1-ci bəndinə əsasən podratçı qarantiya verir ki, Müqavilədə nəzərdə tutulmuş İşləri Müqavilənin şərtlərinə uyğun şəkildə Texniki tapşırığa, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik, norma və standartlarına, X1 uyğun yerinə yetirəcək və İşlərin həyata keçirilməsi zamanı Əməyin təhlükəsizliyi Qaydalalarına əməl edəcəkdir. Podratçı hazırladığı qurğuya bir il müddətinə istismar keyfiyyət qarantiyası verir.
63. Müqavilənin 9.1-ci bəndinə əsasən podratçı Müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmək üçün göstəriciləri uyğun gələn, təcrübəli və bacarıqlı personalı işə cəlb edir.
64. Müqavilənin 9.2-ci bəndinə əsasən podratçı öz təqsiri nəticəsində öz personalının zədələnməsi ilə bağlı yaranan cavabdehliyi Podratçı özü daşıyır və xərclərini özü qarşılayır. Podratçının təqsiri ucbatından Sifarişçiyə dəyən zərərin əvəzini Podratçı ödəyir.
65. Müqavilənin 10.1-ci bəndinə əsasən hər bir Tərəf hazırkı Müqavilə üzrə öhdəliklərini pozduqlarına görə Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş tam həcmdə məsuliyyət daşıyır.
66. Müqavilənin 10.2-ci bəndinə əsasən sifarişçi Müqavilə üzrə ödənişləri gecikdirdiyi halda, hər gecikdirilmiş günə görə ödənilməsi gecikdirilmiş məbləğin 0.5 %-i miqdarında Podratçıya cərimə ödəyir.
67. Müqavilənin 10.3-cü bəndinə əsasən podratçı Müqavilə üzrə işlərin təhvil verilməsini gecikdirdiyi halda, hər gecikdirilmiş günə görə Müqavilənin dəyərinin 0.3 %-i miqdarında Sifarişçiyə cərimə ödəyir.
68. İlkin iddia üzrə iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə görülmüş işlərə dair xx.xx.2024-cü il tarixli EBED seriyalı 434418 nömrəli e-qaimə üzrə 84075 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2407 seriyalı 11825515 nömrəli e-qaimə üzrə 704847,05 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2407 seriyalı 11893756 nömrəli e-qaimə üzrə 19498,32 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2409 seriyalı 12024843 nömrəli e-qaimə üzrə 120318,57 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 seriyalı 11860850 nömrəli e-qaimə üzrə 273220,24 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2409 seriyalı 12024843 nömrəli e-qaimə üzrə 120318,57 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 seriyalı 11860850 nömrəli e-qaimə üzrə 273220,24 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2411 seriyalı 12730897 nömrəli e-qaimə üzrə 260488,54 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2411 seriyalı 12730897 nömrəli e-qaimə üzrə 260488 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT2504 seriyalı 11895832 nömrəli e-qaimə üzrə 41536 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT2504 seriyalı 11889254 nömrəli e-qaimə üzrə 143851,93 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT2504 seriyalı 11895832 nömrəli e-qaimə üzrə 41536 manat məbləğində e-qaimə fakturalar göndərilmişdir.
69. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GEMİ/ADO-G-01/24 saylı müqaviləyə əsasən göstərilmiş işlər üzrə xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktına əsasən ƏDV daxil 41.536 manat məbləğində işlər "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
70. Cavabdeh MMC (əvvəlki adı "xxxx" MMC) tərəfindən "xxxx" MMC-nin hesabına xx.xx.2024-cü il tarixli, GEMİ/ADO-G-01/24 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixli Ödəniş tapşırığına əsasən ƏDV borcu üzrə 3600 manat məbləğində, xx.xx.2024-cü il tarixli Ödəniş tapşırığına əsasən ƏDV borcu üzrə 11700 manat məbləğində, xx.xx.2024-cü il tarixli Ödəniş tapşırığına əsasən ƏDV borcu üzrə 16200 manat məbləğində, xx.xx.2024cü il tarixli Ödəniş tapşırığına əsasən ƏDV borcu üzrə 14400 manat məbləğində, xx.xx.2024-cü il tarixli Ödəniş tapşırığına əsasən ƏDV borcu üzrə 13500 manat məbləğində, xx.xx.2024-cü il tarixli Ödəniş tapşırığına əsasən hesab fakturaya əsasən bir hissəsin ƏDV borcu üzrə 540 manat məbləğində, xx.xx.2024-cü il tarixli Ödəniş tapşırığına əsasən MT**********15 üzrə 21600 manat məbləğində, xx.xx.2024-cü il tarixli Ödəniş tapşırığına əsasən ƏDV borcu üzrə 15480 manat məbləğində, xx.xx.2024-cü il tarixli Ödəniş tapşırığına əsasən ƏDV borcu üzrə 15210 manat məbləğində, xx.xx.2024-cü il tarixli Ödəniş tapşırığına əsasən ƏDV borcu üzrə 13500 manat məbləğində, xx.xx.2024-cü il tarixli Ödəniş tapşırığına əsasən ƏDV borcu üzrə 5580 manat məbləğində, xx.xx.2024cü il tarixli Ödəniş tapşırığına əsasən ƏDV borcu üzrə 28620 manat məbləğində, xx.xx.2024-cü il tarixli Ödəniş tapşırığına əsasən ƏDV borcu üzrə 18000 manat məbləğində ödəniş tapşırığı göndərilmişdir.
71. xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin hesabına 75000 manat məbləğində, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən 3000 manat məbləğində, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən 90000 manat məbləğində, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən 80000 manat məbləğində, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən 65000 manat məbləğində, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən 120000 manat məbləğində, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən 86000 manat məbləğində, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən 84500 manat məbləğində avans, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən 75000 manat məbləğində, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən 100000 manat məbləğində ödəniş edilmişdir.
72. 04 noyabr 2024-cü il tarixli "xxxx" MMC tərəfindən Cavabdeh MMC-nin direktoruna göndərilmiş məktubda bildirilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GEMİ/ADO-G-Ol/24 saylı subpodrat müqaviləsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əsas bazasındakı liman kompleksində yerləşən mövcud "SLİP" (Gəmilərin sudan çıxarılması üçün maili yol) qurğusunun uzadılması başa çatmış və layihədə nəzərdə tutulmuş bütün işlər yekunlaşmışdır. Bununla bildirmək istəyirlər ki, qurğu sınaqlara hazırdır.Tez bir zamanda qurğunun sınaqlarının aparılması üçün nəzərdə tutulmuş gəminin təmin olunmasını və təhvil-təslim sınaqlarının təşkil olunmasını xahiş edilmişdir. Qeyd etmək istəyirlər ki, təhvil-təslim sınaqlarının aparılmasının gecikdirildiyi hər gün müəssisələrinin tikinti avadanlıqlarının və işçi personalının boş dayanmasına və gündəlik 20000 AZN (İyirmi min manat) vəsait itkisinə səbəb olur ki, bu itkinin ödənilməsini onlardan tələb etmək məcburiyyətində qalacaqlarını bildirmişlər. Poçt xəbərnaməsindən görünür ki, Cavabdeh MMC qeyd edilən məktubu qəbul etməkdən imtina etmişdir.
73. 16 yanvar 2025-ci il tarixli müşahidə komissiyasının Aktına əsasən Sahil Mühafizəsinin nümayəndələrinin, Franklin Offşor şirkətinin nümayəndəsi və ADOG şirkətinin nümayəndələrinin iştirakı ilə baxış keçirilmiş, arabanın tam suya enmiş vəziyyətdə arxa kilbloklarının reyslər üzərində müşahidə edilmiş və Geodeziya topoqrafik aparatı vasitəsi ilə ölçüləri çıxardılmışdır. Ölçülər aparılan zaman arabanın sağ qolunun sol qolundan 30 sm aşağı olması müşahidə edilmişdir. Araba orta vəziyyətə gətirildikdə isə qabaq sol qolun sağ qoldan 9 sm aşağı olması müəyyən edilmişdir.
74. 03 fevral 2025-ci il tarixli müşahidə komisiyasının Aktına əsasən 03 fevral 2025-ci il tarixli aktda göstərilmiş iradlar "xxxx" MMC tərəfindən tam aradan qaldırılmışdır. Arabacıq maili yolla sona kimi suya endirilmiş və sudan təkrar tam quruya tam axıra kimi çıxarılmışdır. Franklin Offşor şirkətinin direktoru, baş meneceri, layihə meneceri və “ADO- G İnşaat Təchizat və Quraşdırma" MMC-nin nümayəndəsi tərəfindən təsdiq edilmişdir ki, arabacığın sınağı uğurla keçmiş və iradlar olmamışdır.
75. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə e-mail vasitəsi ilə xx.xx.2024-cü il tarixli, GEMİ/ADO-G-01/24 saylı müqavilə üzrə xx.xx.2025-ci il tarixli Təhvil-təslim Aktı göndərilmişdir (həmin e-mail məktuba hər-hansı cavab verilməmişdir).
76. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 171 №-li Maliyyə arayışına əsasən Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli, GEMİ/ADOG-01/24-02 saylı subpodrat müqaviləsi üzrə əsas borc məbləği 41536 manat, xx.xx.2024-cü il tarixli, GEMİ/ADO-G-01/24 saylı subpodrat müqaviləsi üzrə əsas borc məbləği 574070 manat müəyyən edilmişdir.
77. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 195 №-li Maliyyə arayışına əsasən Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə avans olaraq xx.xx.2024-cü il tarixindən – xx.xx.2024-cü il tarixinə kimi cəmi əsas məbləğ üzrə 378000 manat, ƏDV məbləği üzrə 68040 manat olmaqla, cəmi 446040 manat məbləğində ödəniş edilmişdir.
78. Azərbaycan Respublikasının Dövlət Sərhət Xidməti İstintaq və Təhqiqat İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda bidirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə “X7” LTD arasında bağlanmış xx.xx.2023-cü il tarixli K/155 nömrəli müqavilənin (“Gəmi inşası və təmiri mərkəzi”nin fəaliyyətinin bərpası üçün dəniz akvatoriyasının dibdərinləşdirilməsi və hidrotexniki qurğuların təmiri (tikinti) işləri) bütün bəndləri üzrə işlərin icrası şirkət tərəfindən təmin edilmişdir. Sahil Mühafizəsinin aidiyyəti şəxsləri və şirkət nümayəndələrinin iştirakı ilə qurğunun sınağı keçirilmiş və təhvil-təslimə dair akt tərtib edilmişdir. Həmçinin qeyd olunur ki, Dövlət Sərhəd Xidməti tərəfindən "xxxx" və Cavabdeh MMC arasında sözügedən işlərin yerinə yetirilməsi ilə əlaqədar heç bir müqavilə bağlanılmamışdır.
79. Azərbaycan Respublikasının Dövlət Sərhət Xidməti İstintaq və Təhqiqat İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktuba qoşma kimi əlavə edilmiş xx.xx.2025-ci il tarixli “Gəmi inşası və təmiri mərkəzinin” gəmilər dənizə enmə-qalxma zolağının sınağının keçirilməsinə və təhvil-təsliminə dair 01 №-li Akta əsasən imza edənlər təsdiq etmişdirlər ki, Dövlət Sərhəd Xidməti və X3 PTE LTD şirkətinin Azərbaycan Respublikasındakı Franklın Offshore Kaspıan LTD Nümayəndəliyi MMC arasında bağlanmış 23 dekabr 2023-cü il tarixli K/155 nömrəli müqavilənin 16-cı bəndinin icrasının təmin edilməsi məqsədi ilə Sahil Mühafizəsi rəisinin xx.xx.2024 cu il tarixli 249 №-li əmrinə əsasən 06.12 2024-cüil tarixdə Şahdağ tipli 301 nömrəli gəminin və xx.xx.2025-ci il tarixli 42 №-li əmrinə əsasən xx.xx.2025-ci il tarixində Tufan tipli 201 nömrəli gəminin slip qurğusunun dənizə enmə-qalxma zolağında gəmilərin dənizdən qaldırma və endirilmə sınaqları keçirilmiş sınaqlar zamanı nöqsanlar aşkar olunmamışdır.
80. Məhkəmə iş materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin olunmalı, qarşılıqlı iddia tələbi isə rədd olunmalıdır.
81. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
82. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
83. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;
84. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
85. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
86. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
87. 756.1-ci maddəsinə əsasən əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur.
88. 756.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir.
89. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
90. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
91. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əsas bazasındakı liman kompleksində yerləşən Mövcud "Slip" (Gəmilərin sudan çıxarılması üçün maili yol) qurğusunun uzadılması məqsədi ilə sifarişçi Dövlət Sərhəd Xidməti və baş podratçı X3 PTE LTD şirkətinin Azərbaycan Respublikasındakı Franklın Offshore Kaspıan LTD Nümayəndəliyi olmuş, daha sonra X3 PTE LTD şirkətinin Azərbaycan Respublikasındakı Franklın Offshore Kaspıan LTD Nümayəndəliyi sifarişçi olmaqla "xxxx" MMC podratçı olmaqla müqavilə bağlanmış, daha sonra "xxxx" MMC sifarişçi Cavabdeh MMC podratçı olmaqla müqavilə bağlanmış, ən sonda isə Cavabdeh MMC sifarişçi, "xxxx" MMC subpodratçı olmaqla subpodrat müqaviləsi bağlanmışdır (işin mübahisəsiz halıdır.)
92. İlkin iddia üzrə əsaslandırma:
93. İlkin iddia üzrə tələb xx.xx.2024-cü il tarixli GEMİ/ADO-G-01/24 saylı və xx.xx.2024-cü il tarixli, GEMİ/ADO-G-01/24-02 saylı subpodrat müqavilələri üzrə əsas və cərimə məbləğinin tutulmasından ibarətdir.
94. xx.xx.2024-cü il tarixli, GEMİ/ADO-G-01/24-02 saylı subpodrat müqaviləsi üzrə 41536 manat pulun tutulması tələbini məhkəmə əsaslı hesab edərək qeyd edir ki, tələb edilən məbləğ tərəflər arasında bağlanmış müqavilə və təhvil-təslim aktı ilə öz təsdiqini tapdığı üçün, bu hissədə iddia ərizəsi təmin edilməlidir. Cavabdehin (müqavilənin nömrəsi GEMİ/ADO-G-01/24-02 olduğu halda təhvil-təslim aktında müqavilənin nömrəsi kimi GEMİ/ADO-G-01/24 göstərilmişdir və həmin müqavilə üzrə qeyd edilən məbləğə dair iddiaçı tərəfindən cavabdehə e-qaimə göndərilməmişdir) etiraz argumentlərinə gəldikdə isə məhkəmə qeyd edir ki, nəzərə alsaq ki, tərəflər arasında bağlanmış bütün müqavilələrin nömrələri bir-birinə oxşayır, təhvil-təslim aktında yol verilmiş texniki yalnışlıq anlaşılan olmalı, ikincisi, cavabdeh tərəf əgər 41536 manat dəyərində işlər GEMİ/ADO-G- 01/24-02 saylı müqavilə üzrə deyil, başqa müqavilə üzrə görülmüşdürsə, hansı müqavilə üzrə olduğunu əsaslandıra bilməmişdir, üçüncüsü iddiaçının təqdim etdiyi sənədlərdən və izahatından müəyyən olunur ki, 41536 manatlıq e-qaimə cavabdehə göndərilmişdir və sistem tərəfindən təsdiq edilmişdir, lakin cavabdehin xahişi ilə iddiaçı həmin qaiməni ləğv etmiş, sonradan təkrar göndərildiyi halda e-qaimə cavabdeh tərəfindən təsdiq edilməmişdir, dördüncüsü, e-qaimənin mövcüd olmaması işlərin görülməməsi anlamına gəlməməli, 41536 manatlıq təhvil-təslim aktı hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
95. xx.xx.2024-cü il tarixli GEMİ/ADO-G-01/24 saylı subpodrat müqaviləsi üzrə 574070 manat pulun tutulması tələbini də məhkəmə əsaslı hesab edərək aşağıdakıları qeyd edir.
96. Qeyd edilən müqavilə üzrə görüləcək işlərin cəmi dəyəri 1.400.000 manat (ƏDVsiz) olması və bu müqavilə üzrə ƏDV daxil 574070 manat ödənişin cavabdeh tərəfindən edilməməsi işin mübahisəsiz halıdır. Cavabdehin nümayəndəsi iddianın bu hissəsinə də etiraz edərək bildirmişdir ki, tərəflər arasında müqavilənin təhvil-təsliminə dair hər-hansı sənəd mövcüd olmadığı üçün, işlərin qüsursuz və tam təhvil verilmiş kimi giymətləndirilə bilməz, ona görə də həmin hissədə də iddianın rədd edilməsini xahiş edir.
97. Məhkəmə cavabdehin bu arqumentləri ilə razılaşmayaraq qeyd edir ki, Müqavilənin 6.3.3-cü bəndinə əsasən heç bir əsaslı etirazı olmazsa, Podratçının təqdim etdiyi Təhvil-Təslim sənədlərini (Təhvil-təslim aktları, Forma 2, Forma 3) 5 iş (beş) günü ərzində təsdiq etmək sifarişçinin öhdəliklərindən biridir. Müqavilənin 7.2.5-ci maddəsinə əsasən son Təhvil-Təslim aktı imzalanmamışdan əvvəl qurğunun ilkin sınaq olunması həyata keçirilir. Qurğunun ilkin sınağı bu Müqavilənin 5.3.2-ci bəndində nəzərdə tutulmuş qaydada İşlərin Sifarişçiyə təhvil verildiyi tarixdən etibarən 10 (on) gün müddətində hər iki Tərəfin səlahiyyətli nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Qurğunun ilkin sınaq olunmasının təşkil edilməsi və ilkin sınaq üçün tələb olunan avadanlıqlar, nəqliyyat vasitələri və s. sifarişçinin vəsaiti hesabına və onun tərəfindən həyata keçirilir. Sifarişçinin təqsirindən qurğunun ilkin sınaq olunması Müqavilənin 7.2.5-ci bəndində nəzərdə tutulmuş müddətdən əlavə 10 (on) gündən artıq müddətə gecikdirildiyi təqdirdə qurğu ilkin sınaqdan uğurla keçmiş hesab olunur və Sifarişçi bu Müqavilənin 5.3.2,-ci bəndində nəzərdə tutulmuş müddətdə həmin bənddə nəzərdə tutulmuş məbləği Podratçıya ödəyir. Podratçı İşlərin yerinə yetirilməsi ilə bağlı aralıq sənədləri, Layihəni və smeta sənədlərini Sifarişçiyə təqdim edir.
98. İş materialları ilə müəyyən edilir ki, iddiaçı 04 noyabr 2024-cü il tarixində Cavabdeh MMC-nin direktoruna məktub göndərərək tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GEMİ/ADO-G-Ol/24 saylı subpodrat müqaviləsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əsas bazasındakı liman kompleksində yerləşən mövcud "SLİP" (Gəmilərin sudan çıxarılması üçün maili yol) qurğusunun uzadılmasının başa çatdığını və layihədə nəzərdə tutulmuş bütün işlərin yekunlaşdığını, qurğunun sınaqlara hazır olduğunun bildirmişdir. Lakin, cavabdeh həmin məktubu almaqdan imtina etmişdir. Daha sonra iddiaçı gördüyü işləri üst podratçıya təhvil vermək məcburiyyətində qalmış, hətta sınaq işlərinin aparılması üçün Müqavilənin 7.2.5-ci maddəsinə əsasən Cavabdeh MMC-nin görməli olduğu hazırlıq işlərini belə iddiaçı özü görmüşdür. Sınaqlar keçirilmiş, qüsurlar aradan qaldırılmış və işlər (Azərbaycan Respublikasının Dövlət Sərhət Xidməti İstintaq və Təhqiqat İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktuba qoşma kimi əlavə edilmiş xx.xx.2025-ci il tarixli “Gəmi inşası və təmiri mərkəzinin” gəmilər dənizə enmə-qalxma zolağının sınağının keçirilməsinə və təhvil-təsliminə dair 01 №-li Akt) tam icra edilmiş hesab edilmişdir.
99. İş materialları ilə müəyyən edilən hal ondan ibarətdir ki, hazırkı iş üzrə iddiaçının səylərinə baxmayaraq cavabdeh-sifarişçi işlərin qəbulundan yayınmışdır. Cavabdehin nümayəndəsinin “xx.xx.2024-cü il tarixli məktubunun Cavabdeh MMC-yə göndərilməməsi/almaması” arqumentləri əsaslı hesab edilsə belə, yenə də iş materiallarında olan cavabdehə e-mail vasitəsi ilə göndərilən təhvil-təslim aktının cavabsız qoyulması, müqavilənin işlərin ilkin avans məbləği ödənildikdən sonra 120 iş günü müddətində təhvil verilməsi şərtinin mövcüdluğu və bu müddət ərzində (işlər görülməmişdirsə və ya qüsurlu görülmüşdürsə) cavabdehin iddiaçıya hər hansı tələb/pretenziya/iradın bildirilməməsi və nəhayət baxmayaraq ki, qarşılıqlı iddiada Cavabdeh MMC-nin tələblərindən biri qüsurlu icra edilmiş işlərin keyfiyyətli formada təhvil verilməsi olmasına baxmayaraq məhkəmə araşdırılması zamanı qüsurlu işlərin nədən ibarət olmasını cavablandıra bilməməsi məhkəmə üçün o nəticəyə gəlməyə əsas verir ki, işlər iddiaçı tərəfindən qüsursuz yerinə yetirilib və təhvil verilmişdir.
100. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli GEMİ/ADO-G-01/24 saylı subpodrat müqaviləsi üzrə 574070 manat pul vəsaiti ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir.
101. İlkin iddia tələbinin digər hissəsi - GEMİ/ADO-G-01/24-02 saylı, xx.xx.2024-cü il tarixli subpodrat müqaviləsi üzrə əsas borca hesablanmış 88 679,36 manat məbləğində cərimənin və GEMİ/ADO-G-01/24 saylı, xx.xx.2024-cü il tarixli subpodrat müqaviləsi üzrə əsas borca hesablanmış 694624,70 manat məbləğində cərimənin tutulması təşkil edir. İddia tələbini bu hissədə məhkəmə qismən əsaslı hesab edərək aşağıdakıları qeyd edir.
102. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
103. Məhkəmə hesab edir ki, cavabdehin ödənişləri gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
104. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
105. Belə olan halda məhkəmə tələb olunan müqavilələr üzrə dəbbə pulunun əsas borc məbləğlərinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan, tutulacaq dəbbə pulu azaldılaraq xx.xx.2024-cü il tarixli, GEMİ/ADOG-01/24-02 saylı subpodrat müqaviləsi üzrə 1662 manat məbləğində, xx.xx.2024-cü il tarixli, GEMİ/ADO-G-01/24 saylı subpodrat müqaviləsi üzrə 22963 manat məbləğində müəyyən edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
106. Qarşılıqlı iddia üzrə əsaslandırma:
107. Qarşılıqlı iddia üzrə tələblər iddiaçı Cavabdeh MMC cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli, GEMİ/ADO-G-01/24 nömrəli subpodrat müqaviləsinə əsasən gecikdirilmiş müddət üçün 1.302.000 AZN cərimə məbləğinin tutulması və qüsurlu icra edilmiş işlərin keyfiyyətli formada ən qısa zamanda iddiaçıya təhvil verilməsindən ibarətdir.
108. 1.302.000 manat cərimə məbləğinin "xxxx" MMC-dən tutulması tələbini məhkəmə əsassız hesab edərək aşağıdakıları qeyd edir.
109. Belə ki, qarşılıqlı iddiaçı bildirir ki, xx.xx.2024-cü il tarixli, GEMİ/ADO-G-01/24 nömrəli subpodrat müqaviləsinin 4.1-ci maddəsinə müvafiq olaraq, Podratçı Müqavilədə nəzərdə tutulmuş işləri ilkin avans ödənişinin həyata keçirildiyi tarixdən hesablanmaqla 120 iş günü müddətində Müqaviləyə uyğun olaraq təhvil verməlidir. Həmin Müqavilənin 5.1-ci maddəsinə uyğun olaraq, Müqavilə imzalandıqdan sonra Sifarişçi Podratçıya ilkin avans ödəmələrini xx.xx.2024 tarixindən etibarən müəyyən edilmiş qrafikə uyğun olaraq, ümumilikdə 290.000 AZN məbləğində ödəməlidir. Ödəniş tapşırıqlarına əsasən, xx.xx.2025-ci il tarixinədək, ümumilikdə 313.000 AZN məbləğində ödəniş Sifarişçi tərəfindən həyata keçirmişdir. Beləliklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2023 tarixli, № 3-17/3-5-42/2023 saylı qərarı ilə təsdiq edilmiş istehsalat təqviminə müvafiq olaraq tərəflər arasında bağlanış müqavilənin 4.1-ci maddəsində müəyyən edilmiş işlərin təhvil verilməsinə dair 120 iş günlük müddət, ödəniş tapşırıqlarına müvafiq olaraq xx.xx.2024-ci il tarixindən hesablanmaqla, xx.xx.2024 tarixinədək olan müddəti əhatə etməlidir. Buna görə də, gecikmə müddəti xx.xx.2024-cü il tarixindən hesablanmalıdır.
110. Müqavilənin 4.1-ci bəndinə əsasən podratçı Müqavilədə nəzərdə tutulmuş işləri ilkin avans ödənişi həyata keçirildikdən sonra hesablanmaqla 120 iş günü müddətində Müqaviləyə uyğun olaraq təhvil verməlidir. Müqavilənin 5.1-ci bəndinə əsasən ilkin avans məbləği ƏDV-siz 290.000 manat təşkil edir. Qarşılıqlı iddiaçı bildirsə də ki, ilkin avans ödənişi xx.xx.2024-cü il tarixində tamamlanmışdır, lakin məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, avans ödənişi xx.xx.2024-cü il tarixində tamamlanmışdır. Və həmin tarixdən 120 iş günü hesablandığı halda (bayram günləri nəzərə alınmadan belə) işlərin təhvil verilməli tarix təxminən xx.xx.2025-ci il tarixinə təsadüf edir. Lakin, məhkəmə hazırkı qətnamənin 96-100 §-rında qeyd edilənləri bir daha nəzərdən kerirərək hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdehin işlərin gecikdirilməsi halı müəyyən edilmir. Belə ki, qarşılıqlı iddia üzrə cavabdeh xx.xx.2024-cü il tarixində işləri qarşılıqlı iddiaçıya təhvil verməyə hazır idi. Və hətta qüsurlar müəyyən edilmiş olseydı belə xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinə kimi də onları tamamlayıb, qüsursuz təhvil vermək imkanını da mövcüd idi. Lakin, işin hallarından müəyyən edilir ki, qarşılıqlı iddiaçı işlərin vaxtında təhvil alınmasından özü yayınmışdır, hərəkətsiz qalmışdır (xx.xx.2024-cü il tarixli məktubun qəbulundan imtina etmiş, göndərilən təhvil-təslim aktına ümumiyyətlə münasibət bildirməmiş, keçən müddət ərzində işlərin vəziyyəti ilə maraqlanmamış, hər hansı irad/etiraz/tələb bildirməmiş və s.), belə olan halda qarşılıqlı cavabdeh hətta baş podratçıya işləri təhvil vermək üçün müqavilə üzrə onun öhdəliklərinə aid olmayan işləri belə icra etmək məcburiyyətində qalmışdır. (MM-nin 756.1-ci maddəsinə əsasən əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır).
111. Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə xx.xx.2024-cü il tarixli, GEMİ/ADO-G-01/24 nömrəli subpodrat müqaviləsinə əsasən üçün 1.302.000 AZN cərimə məbləğinin qarşılıqlı cavabdeh "xxxx" MMC-dən tutulması tələbi təmin edilə bilməz.
112. Qarşılıqlı iddianın - qüsurlu icra edilmiş işlərin keyfiyyətli formada ən qısa zamanda iddiaçıya təhvil verilməsi tələbini də məhkəmə əsassız hesab edərək, rədd edilməli qənayətinə gəlir.
113. Belə ki, birincisi, qarşılıqlı iddiaçı qüsurlu işlərin nədən ibarət olmasını məhkəmə araşdırılması zamanı bildirə bilməmiş, ikincisi, Azərbaycan Respublikasının Dövlət Sərhət Xidməti İstintaq və Təhqiqat İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, işlər tam icra edilərək qüsursuz başa çatdırılmışdır.
114. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
115. Məhkəmə xərclərinə dair məhkəmə aşağıdakıları qeyd edir:
116. İş materiallarından göründüyü kimi, ilkin iddiaçı 1491 manat məbləğində dövlət rüsumu, hüquqi yardım xərci olaraq 350 manat, qarşılıqlı iddia üzrə iddiaçı isə 1473 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
117. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
118. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
119. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
120. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
121. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 931 manat məbləğində dövlət rüsumu və vəkil xərcinin əvəzi olaraq 350 manat ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir.
122. Qarşılıqlı iddia tələbi rədd edildiyindən dövlət rüsumu olaraq ödənilmiş 1473 manat məbləğində məhkəmə xərci qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının özünə aid edilməlidir. V. Nəticə:
123. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İlkin iddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli, GEMİ/ADOG-01/24-02 saylı subpodrat müqaviləsi üzrə ədv daxil 41536 manat əsas borc, 1662 manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli, GEMİ/ADOG-01/24 saylı subpodrat müqaviləsi üzrə ədv daxil 574070 manat əsas borc və 22963 manat dəbbə pulu olmaqla, cəmi 640231 manat borc məbləği, dövlət rüsumunun əvəzi olaraq 931 manat və vəkil xərcinin əvəzi olaraq 350 manat tutularaq ilkin iddia üzrə iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qalan hissədə ilkin iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı "pul və s." tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunu qarşılıqlı iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova