Məhkəmə qərarları › İş №e-2-2(113)-432/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-432/2023

27.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-432/2023 27.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbi barədə kiçik iddialar üzrə sadələşdirilmiş icraatla bağlı kommersiya mübahisələrinə dair işə məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 581,95 manat sığorta haqqı borcunu, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 40 manat haqqın İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, İddiaçı Sığorta Şirkəti ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində **********73 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbarisığorta müqaviləsi” və həmin müqavilə üzrə əlavələr imzalanmışdır. Cavabdeh **********73 saylı sığorta müqaviləsi üzrə 581,95 manat məbləğində sığorta haqqı borcu mövcuddur. Mübahisənin həlli ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə uyğun olaraq kommersiya mübahisəsi üzrə ilkin mediasiya sessiyasında iştirak məqsədilə Mediasiya təşkilatına müraciət edilmişdir. Cavabdeh tərəf sessiyada iştirak etmədiyi üçün təşkilat tərəfindən “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” təqdim olunub. Qanunla müəyyən edilmiş müddətdə Cavabdeh qeydiyyatda olduğu ünvanına hazırki tələblə bağlı rəsmi qaydada bildiriş göndərildiyinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsasında işə baxılmasını məqsədə müvafiq hesab edirəm. İş materiallarına əlavə edilmiş: xx.xx.2020-ci il tarixli **********73 nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsindən görünür ki, Cavabdeh “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanununun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan və bu müqavilədə razılaşdırılmış müvafiq sığorta tarifləri əsasında hesablanan və bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində onunla bağlanmış əmək və ya mülki-hüquqi müqavilə əsasında işlər və ya xidmətin həyata keçirilməsinə cəlb edilmiş fiziki şəxslərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanununun 18-ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyini götürür. xx.xx.2020-ci il tarixli EBAG seriyalı 667284 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh sözügedən elektron qaimə üzrə İddiaçı Sığorta Şirkəti ASC-yə 492 manat məbləğində sığorta haqqı ödəməlidir. xx.xx.2020-ci il tarixli 34,52 manat məbləğində, xx.xx.2020-ci il tarixli 58,44 manat məbləğində, xx.xx.2020-ci il tarixli 2,61 manat məbləğində, xx.xx.2020-ci il tarixli 104,46 manat məbləğində, xx.xx.2020-ci il tarixli 41,90 manat məbləğində “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə əlavələrdən görünür ki, həmin əlavələr üzrə ödənilməli olan sığorta haqqı ümumilikdə 241,93 manat təşkil edir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC ilkin mediasiya sessiyasının keçirilməsi üçün müəyyən olunmuş 40 manat məbləğində mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci və 903.1-ci maddələrinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanununun 7.2.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək sığortalının vəzifəsidir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi, İddiaçı Sığorta Şirkəti ASC ilə Cavabdeh arasında icbari sığorta müqaviləsi bağlanmış və Cavabdeh 733,93 manat (492+241,93) məbləğində yaranmış sığorta haqqının bir hissəsini ödəsə də, 581,95 manat məbləğində borcu ödəməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının İddiaçı Sığorta Şirkəti ASCnin 581,95 manat və 40 manat mediasiya xərci tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan işin faktiki hallarını qiymətləndirən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən sığorta haqqı olan 581,95 manat və 40 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, Q Ə T E T D İ M: İddia təmin edilsin. Cavabdehndən sığorta haqqı olan 581,95 manat və 40 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar