Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4335/2023 11.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta müqaviləsi, zərər aktı, dəbbə pulu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ("xxxx" ASC) (bundan sonra – cavabdeh) qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli MİB- MAR-0003-0/13 saylı sığorta müqaviləsi üzrə sığortalanmış “Hyundai Sonata” markalı, ** VM *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 5000 manat məbləğində sığorta ödənişi və 485 manat məbləğində dəbbə pulu məbləği olmaqla,cəmi 5485 manat məbləğində pulun; xx.xx.2014-cü il tarixli, MİB-HO-0384-0/14 saylı sığorta müqaviləsi üzrə sığortalanmış“MitsubishiAttrage” markalı, ** UT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 585,15 manat məbləğində sığorta ödənişi və 56.75 manat məbləğində dəbbə pulu, cəmi 641.9 manat məbləğində pulun; xx.xx.2013-cü il tarixli, MİB-BDMS- 0025-0/13 saylı sığorta müqaviləsi üzrə sığortalanmış“Mitsubishi Outlander” markalı, ** BO *** markalı dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 643.22 manat məbləğində sığorta ödənişi və 62.37 manat məbləğində dəbbə pulu,cəmi 705.59 manat məbləğində pulun; xx.xx.2014-cü il tarixli, MİP-ZM-3474/14 saylı sığorta müqaviləsi üzrə sığortalanmış “Mercedes BenzA 160” markalı, ** UR *** dövlət qeydiyyat nişanlıavtomobilə dəymiş zərərə görə 175 manat məbləğində sığorta ödənişi və 40.25 manat məbləğində dəbbə pulu, cəmi 215.25 manat məbləğində pulun; bütün müqavilələr üzrə cəmi 7047.74 manat məbləğində sığorta ödənişi və dəbbə pulu məbləği, 100 manat məbləğində mediasiya xərcinin və 05 manat poçt xərci olmaqla, ümumilikdə cəmi 7152.74 manat məbləğində plun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdə "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətininin icbari sığortası” növü ilə sığortalanmış “Toyota Prado” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobil X8 tərəfindən idarə edərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış “Hyundai Sonata” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində “Hyundai Sonata” markalı, ** VM *** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı iddiaçı tərəfindən 6863,50 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin sığorta hadisəsi nəticəsində iddiaçı“avtokasko” risklərindən sığortalanmış “Hyundai Sonata” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə 5000 (beş min) manat məbləğində sığorta ödənişi və 485 manat məbləğində dəbbə pulu, cəmi 5485 manat məbləğində pul ödənilməlidir. Belə ki, Azərbaycan Rerspublikası Mülki Məcəlləsinin 934.1-ci maddəsinə və “İcbari Sığortalar” haqqında Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən icbari sığorta ödənişinin ödənilməsinə əsas verən sənədlər sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişiməbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Hazırkı iş üzrə geriyə tələb məktubu sonuncu dəfə xx.xx.2023-cü il tarixdə cavabdehə göndərilmiş və 7 (yeddi) iş günü müddətində - 05 aprel 2023-cü il tarixədək ödəniş edilməmişdir. Bu halda 05 aprel 2023-cü il tarixdən 11 iyul 2023-cü il tarixədək hesablanmış gecikdirmə müddəti 97 təqvim günü təşkil edir. Ödənilməli məbləğin 0.1 faizi 5 (beş) manat təşkil edir və həmin məbləğ gecikdirilmiş günlərin sayına vurulduqda (5x97) dəbbə pulunun məbləği485 (dörd yüz səksən beş) manat təşkiledir. İddia ərizəsinə əlavə edilmiş,“Hyundai Sonata” markalı, ** VM *** qeydiyyat nişanlı avtomobilin xx.xx.2013-cü il tarixli MİB-MAR-0003-0/13 saylı sığorta şəhadətnaməsindən göründüyü kimi, “Hyundai Sonata” markalı, ** VM *** qeydiyyat nişanlıavtonəqliyyat vasitəsi"xxxx" ASC tərəfindən xx.xx.2013-cü il tarixindən xx.xx.2014-ci il tarixinədək, 11766.00 (on bir min yeddi yüzaltmış altı) manat sığorta məbləği olmaqla “avto kasko” qaydaları ilə sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli, CYP 160372 nömrəli inzibati xəta haqqında protokoldan və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayış” dan (forma 4) müəyyən olunur ki, yol-nəqliyyat hadisəsinin törədilməsində “Toyota Prado” markalı, ** SL *** dövlət qeydiyyat nişanlıavtomobilin sürücüsü təqsirli bilinərək, həmin vaxt qüvvədə olan AR İXM-in 151.1cimaddəsi ilə inzibatiməsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş,www.isb.az portalından çıxarışdan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi törədilən vaxt “Toyota Prado” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC (həmin vaxt "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti) tərəfindən “icbarisığorta” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixlizərərin hesablanmasıaktına əsasən hadisə nəticəsində “Hyundai Sonata” markalı, ** VM *** qeydiyyat nişanlıavtomobilə dəymiş zərər 9082 (doqquz min səksən iki) manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli sığorta aktından müəyyən olunur ki, “Hyundai Sonata” markalı, ** VM *** qeydiyyat nişanlıavtomobilə sığorta hadisəsi nəticəsində dəymiş zərər məbləğib həmin avtomobilin sığorta müqaviləsi üzrə razıalşdırılmış bazar dəyəri olmuş 11766 (on bir min yeddi yüz altmış altı) manat məbləğinin 75% dən artıq hissəsini təşkil etdiyi üçün sığorta ödənişi “tam məhv” qaydaları ilə besablanaraq sığorta məbləğindən (bazar dəyəri) 15 % (1764.90 azn) azadolma məbləği və sığortalı avtomobilin qalıq hissələrinin dəyəri olan 3137,60 (üç min yüz otuz yeddi manat, 60 qəpik)çıxılmaqla 6863,50 (altı min səkkiz yüzaltmış üç manat, 50 qəpik) manat məbləğində sığorta ödənişihesablanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, “Hyundai Sonata” markalı, ** VM *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 6863,50 (altımin səkkiz yüzaltmış üç manat 50 qəpik) manat məbləğində sığorta ödənişiedilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BS-S-23/0736 saylı geriyə tələb məktubundan müəyyən olunur ki, cavabdehə borcun ödənilməsi tələbi ilə müraciət edilmiş, lakin mübahisə öz həllini tapmamışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BS-S-23/1573 saylı pretenziya məktubundan və Bakı şəhəri, 14 saylı mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/14/2023-00556 saylıarayışından müəyyən olunur ki, mübahisənin məhkəmədənkənar qaydada həllimümkün olmamışdır. Cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün xx.xx.2023-cü il tarixli, BS-S-23/1573 saylı pretenziya məktubu ilə cavabdehə müraciət etmişik, eynizamanda mübahisənin mediasiya vastəsilə həlli üçün Bakı şəhəri, 14 saylı mediasiya təşkilatına müraciət etmişik, lakin cavabdehlə razılıq əldə edilməsimümkün olmamışdır. İİ. xx.xx.2014-cü il tarixdə "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətininin icbari sığortası” növü ilə sığortalanmış “Vaz 21063” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil X9 tərəfindən idarə edərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə İddiaçıda “avtokasko” risklərindən sığortalanmış “Mitsubishi Attrage” markalı, ** UT *** dövlət qeydiyyat nişanlıavtonəqliyyat vasitəsinə maddizərər dəymişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində “Mitsubishi Attrage” markalı, ** UT ***markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləğindən 350 (üç yüzəllimanat) manat azadolma məbləğiçıxılmaqla 585,15 (beş yüzsəksən beş manat 15 qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində İddiaçı “avtokasko” risklərindən sığortalanmış “Mitsubishi Attrage” markalı, ** UT *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə 585,15 (beş yüz səksən beş manat 15 qəpik) manat məbləğində sığorta ödənişi və 56.75 (əlli altı manat, yetmiş beş qəpik) manat məbləğində dəbbə pulu,cəmi 641.9 (altı yüz qırx bir manat, doxsan qəpik) manat məbləğində pul ödənilməlidir. Bu iş üzrə də tərəfimizdən geriyə tələb məktubu xx.xx.2023-cü il tarixdə göndərildiyi üçün yuxarıda göstərilən qaydada hesablama aparıldıqda dəbbə pulunun məbləği 56.75 (əllialtımanat, yetmiş beş qəpik) manat müəyyən edilir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli, MİB-HO- 0384-0/14 saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “MitsubishiAttrage rkalı, ** UT *** dövlət qeydiyyat nişanlıavtomobil ASC tərəfindən “əmlak sığortası” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tartixli, CYP 266226 saylı inzibati xəta haqqında protokoldan və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayış” dan (forma 4) müəyyən olunur ki, “Mitsubishi Attrage” markalı, **-UT-*** dövlət nömrə nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi törədilmiş, “Vaz 21063” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsüX9 yol-nəqliyyat hadisəsinin yörədilməsində təqsirli bilinərək, həmin vaxt qüvvədə olanAR İXM-in 151.1-cimaddəsi ilə inzibatiməsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş,www.isb.az saytından çıxarışdan göründüyü kimi “Vaz 21063” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücülərinin üçüncü şəxslər qarşısında mülkiməsuliyyəti hadisə baş verən anda "xxxx" ASC tərəfindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixlizərərin hesablanmasıaktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “MitsubishiAttrage” markalı, **-UT-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin məbləği 935.15 (doqquz yüz otuz beş manat, on beş qəpik) manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli 457/14 saylı sığorta aktından və 18 sentyabr 2014-cü il tarixli kassa məxaric orderindən müəyyən olunur “Mitsubishi Attrage” markalı, ** UT ***markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləğindən 350 (üç yüz əlli manat) manat azadolma məbləğiçıxılmaqla 585,15 (beş yüzsəksən beş manat 15 qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BS-S-23/0734 saylı geriyə tələb məktubundan müəyyən olunur ki, cavabdehə borcun ödənilməsi tələbi ilə müraciət edilmiş, lakin mübahisə öz həllini tapmamışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BS-S-23/1573 saylı pretenziya məktubundan və Bakı şəhəri, 14 saylı mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/14/2023-00556 saylıarayışından müəyyən olunur ki, mübahisənin məhkəmədənkənar qaydada həllimümkün olmamışdır. Cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün xx.xx.2023-cü il tarixli, BS-S-23/1573 saylı pretenziya məktubu ilə cavabdehə müraciət etmişik, eynizamanda mübahisənin mediasiya vastəsilə həlli üçün Bakı şəhəri, 14 saylı mediasiya təşkilatına müraciət etmişik, lakin cavabdehlə razılıq əldə edilməsimümkün olmamışdır. İİİ. Cavabdeh "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətininin icbari sığortası” növü ilə sığortalanmış “Toyota Camry” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü il tarixdə X3 tərəfindən idarə edərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə İddiaçıda “avtokasko” risklərindən sığortalanmış “Mitsubishi Outlander” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində “Mitsubishi Outlander” markalı, ** BO ***markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləğindən 350 (üç yüz əlli manat) manat azadolma məbləği çıxılmaqla 643,22 (altı yüz qırx üç manat 22 qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində İddiaçıda “avtokasko” risklərindən sığortalanmış “Mitsubishi Outlander” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə 643,22 (altı yüz qırx üç manat 22 qəpik) manat məbləğində sığorta ödənişi və 62.37 (altmış iki manat, otuz yeddi qəpik) manat məbləğində dəbbə pulu,cəmi 705.59 (yeddi yüz beş manat, əlli doqquz qəpik) manat məbləğində pul ödənilməlidir. Bu iş üzrə də tərəfimizdən geriyə tələb məktubu xx.xx.2023-cü il tarixdə göndərildiyi üçün yuxarıda göstərilən qaydada hesablama aparıldıqda dəbbə pulunun məbləği 62.37 (altmış ikimanat, otuz yeddi qəpik) manat müəyyən edilir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2013-cü il tarixli, MİB-BDMS-0025-0/13 saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Toyota Camry” markalı, ** BX *** dövlət qeydiyyat nişanlıavtomobil ASC tərəfindən “əmlak sığortası” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli, CYP 323190 saylı inzibati xəta haqqında protokoldan və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayış” dan (forma 4) müəyyən olunur ki, “Toyota Camry” markalı, ** BX *** dövlət qeydiyyat nişanlıavtomobil və “Mitsubishi Outlander”markalı, ** BO *** markalı dövlət qeydiyyat nişanlıavtomobilin iştirakı ilə yolnəqliyyat hadisəsi törədilmiş, hadisənin baş verməsində “Toyota Camry” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 təqsirli bilinərək, həmin vaxt qüvvədə olan AR İXM-in 151.1-cimaddəsi ilə inzibatiməsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş,www.isb.az saytından çıxarışdan göründüyü kimi “Toyota Camry” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücülərinin üçüncü şəxslər qarşısında mülkiməsuliyyəti hadisə baş verən anda "xxxx" ASC tərəfindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli zərərin hesablanması aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Mitsubishi Outlander” markalı, ** BO ***markalı dövlət qeydiyyat nişanlıavtomobilə dəymiş zərər 1003.96 (min üç manat, doxsan altı qəpik) manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2014-cü il tarixli, 564/14 saylı sığorta aktı və xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən müəyyən olunur ki,sığorta hadisəsi nəticəsində “Mitsubishi Outlander” markalı, ** BO ***markalı dövlət qeydiyyat nişanlıavtonəqliyyat vasitəsinə dəymiş zərər məbləğindən 350 (üç yüz əlli manat) manat azadolma məbləğiçıxılmaqla 643,22 (altı yüz qırx üç manat 22 qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BS-S-23/0735 saylı geriyə tələb məktubundan müəyyən olunur ki, cavabdehə borcun ödənilməsi tələbi ilə müraciət edilmiş, lakin mübahisə öz həllini tapmamışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BS-S-23/1573 saylı pretenziya məktubundan və Bakı şəhəri, 14 saylı mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/14/2023-00556 saylıarayışından müəyyən olunur ki, mübahisənin məhkəmədənkənar qaydada həllimümkün olmamışdır. Cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün xx.xx.2023-cü il tarixli, BS-S-23/1573 saylı pretenziya məktubu ilə cavabdehə müraciət etmişik, eynizamanda mübahisənin mediasiya vastəsilə həlli üçün Bakı şəhəri, 14 saylı mediasiya təşkilatına müraciət etmişik, lakin cavabdehlə razılıq əldə edilməsimümkün olmamışdır. İV. Cavabdeh "xxxx" ASC-də “Nəqliyyat vasitəsisahiblərinin mülkiməsuliyyətininin icbarisığortası” növü ilə sığortalanmış “Hyundai Sonata” markalı, ** AH *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü il tarixdə X7 tərəfindən idarə edərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə İddiaçıda “avtokasko” risklərindən sığortalanmış “Mercedes Benz A 160” markalı, ** UR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində “Mercedes Benz A 160” markalı, ** UR *** markalı dövlət qeydiyyat nişanlıavtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı tərəfimizdən 175 (bir yüz yetmiş beş manat) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsinin törədilməsində cavabdeh "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətininin icbari sığortası” növü ilə sığortalanmış “Hyundai Sonata” markalı, 90AH 155 dövlət qeydiyyat nişanlıavtomobilin sürücüsü X7 təqsirli bilinərək, həmin vaxt qüvvədə olan AR İXM-in 151.1-cimaddəsi ilə inzibatiməsuliyyətə cəlb edilmişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində İddiaçıda “avtokasko” risklərindən sığortalanmış “Mercedes Benz A 160” markalı, ** UR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə 175 (yüz yetmiş beş) manat məbləğində sığorta ödənişi və 40.25 (qırx manat, iyirmi beş qəpik) manat məbləğində dəbbə pulu,cəmi 215.25 (iki yüz on beş manat, iyirmi beş qəpik) manat məbləğində pul ödənilməlidir. Bu iş üzrə geriyə tələb məktubu xx.xx.2022-ci il tarixdə göndərilmişdir və yuxarıda göstərilən qaydada hesablama apardıqda dəbbə pulunun məbləği 40.25 (qırx manat, iyirmi beş qəpik) manat müəyyən edilir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli, MİP-ZM-3474/14 saylısığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki,“Mercedes BenzA 160” markalı, ** UR *** dövlət qeydiyyat nişanlıavtonəqliyyat vasitəsi ASC tərəfindən “əmlak sığortası” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli, CYP 678138 saylı inzibati xəta haqqında protokoldan və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayış” dan (forma 4) müəyyən olunur ki, “Hyundai Sonata” markalı, ** AH *** dövlət qeydiyyat nişanlıavtomobil və “Mercedes Benz A 160” markalı, ** UR *** dövlət qeydiyyat nişanlıavtomobilin iştirakı ilə yol- qliyyat hadisəsi törədilmiş, hadisənin baş verməsində cavabdeh "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətininin icbari sığortası” növü ilə sığortalanmış “Hyundai Sonata” markalı, ** AH *** dövlət qeydiyyat nişanlıavtomobilin sürücüsü X7 təqsirli bilinərək, həmin vaxt qüvvədə olan AR İXM-in 151.1-cimaddəsi ilə inzibatiməsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş,www.isb.az saytından çıxarışdan göründüyü kimi “Hyundai Sonata” markalı, ** AH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücülərinin üçüncü şəxslər qarşısında mülkiməsuliyyəti hadisə baş verən anda "xxxx" ASC tərəfindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli zərərin hesablanması aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz A 160” markalı, ** UR *** dövlət qeydiyyat nişanlıavtomobilə dəymiş zərər 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli, 743/14 saylı sığorta aktı və xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, “Mercedes Benz A 160” markalı, ** UR *** dövlət qeydiyyat nişanlıavtomobilə dəymiş zərərə görə 175 (yüz yetmiş beş) manat məbləğində sığorta ödənişi edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BS-C-22/5416 saylı geriyə tələb məktubundan müəyyən olunur ki, cavabdehə borcun ödənilməsi tələbi ilə müraciət edilmiş, lakin mübahisə öz həllini tapmamışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BS-S-23/1573 saylı pretenziya məktubundan və Bakı şəhəri, 14 saylı mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/14/2023-00556 saylıarayışından müəyyən olunur ki, mübahisənin məhkəmədənkənar qaydada həllimümkün olmamışdır. Cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün xx.xx.2023-cü il tarixli, BS-S-23/1573 saylı pretenziya məktubu ilə cavabdehə müraciət etmişik, eyni zamanda mübahisənin mediasiya vastəsilə həlli üçün Bakı şəhəri, 14 saylı mediasiya təşkilatına müraciət etmişik, lakin cavabdehlə razılıq əldə edilməsimümkün olmamışdır. Bütün qeyd edilən sığorta müqavilələri üzrə borcların ödənilməsi üçün tərəfimizdən cavabdehə göndərilmiş xx.xx.2023-cü il tarixli, BS-S-23/1573 saylı pretenziya məktubu xx.xx.2023-cü il tarixdə cavabdehin rəsmi qeydiyyat ünvanına çatdırılmışdır (qəbz iddia ərizəsinə əlavə edilir). Bununla yanaşı cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün cavabdehə göndərilmiş xx.xx.2023cü il tarixli, BS-S23/1573 saylı pretenziya məktubu elektron məhkəmə informasiya sistemi vasitəsilə cavabdeh "xxxx" ASC-nin elektron kabinetinə göndərilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi İ.Xəlilov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən təqdim edilmiş qüsur aktları məhkəməyə gec təqdim edilmiş, birtərəfli qaydada tərtib edilmiş, bu da onların ümumiyyətlə əvvəldən mövcud olmasını və mötəbərliyini şübhə altına alır. Belə ki, nə mübahisə yarananda, nə də mediasiya sessiyasında tərəflər arasında danışıqlar dönəmində həmin sənədlər iddiaçıya təqdim edilməmişdir.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi L.Neymətova iddia tələbinə etiraz edərək, bildirdi ki, baş vermiş sığorta hadisələri nəticəsində avtomaşınlara dəymiş zərər onlar tərəfindən iddiaçının müəyyən etdiyi məbləğdən daha aşağı qiymətləndirilmiş, buna görə də onların təqdim etdiyi qüsur aktları nəzərə alınmaqla iddia qismən təmin edilməlidir. Əlavə olaraq bildirdi ki, həmin sənədləri indi əldə etdikləri üçün məhkəməyə təqdim edirlər.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş CYP 678138 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Hyundai Sonata” markalı 90AH155 dövlət nömrə nişanlı avtomobilin sürücüsü X.Məmmədov küçəsi ilə hərəkət edən zaman manevrə qaydasını pozmuş, nəticədə sağ tərəfi ilə hərəkətdə olan Mercedes Benz 160 markalı 90UR764 dövlət nömrə nişanlı avtomaşını sürtmüşdür. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır.
7. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş CYP 160372 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Babək prospekti mərmər qranit mağazasının qarşısında arxadan yüksək surətlə hərəkət edən Hyundai Sonata markalı 90VM094 dövlət nömrə nişanlı avtomobili vurmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır.
8. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş CYP 678138 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Hyundai Sonata” markalı 90AH155 dövlət nömrə nişanlı avtomobilin sürücüsü X.Məmmədov küçəsi ilə hərəkət edən zaman manevrə qaydasını pozmuş, nəticədə sağ tərəfi ilə hərəkətdə olan Mercedes Benz 160 markalı 90UR764 dövlət nömrə nişanlı avtomaşını sürtmüşdür. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır.
9. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktnı təsdiqləyən 14 oktyabr 2014cü il tarixli arayışdan görünür ki, Hyundai Sonata markalı 90AH155 dövlət nömrə nişanlı avtomobilin sürücüsü X7 tərəfindən törədilmiş və əmlaka zərər dəymişdir.
10. İddiaçı tərəfindən verilmiş 05.11.14-cü il tarixli 743/14 CM114/14 nömrəli sığorta aktından görünür ki, sığorta olunmuş “Mercedes Benz A160” (** UR ***) markarlı avtomobil xx.xx.2014-cü il tarixində Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsində yol-nəqliyyat hadisəsinə uğramış və nəticədə avtomobil maddi zərərə məruz qalmışdır. Sığorta ödənişi 175 manat təşkil edir.
11. İddiaçı tərəfindən verilmiş 23.09.14-cü il tarixli 564/14-CM 616/14 nömrəli sığorta aktından görünür ki, sığorta olunmuş “Mitsubishi Outlander” (** BO ***) markalı avtomobil xx.xx.2014-cü il tarixində Abşeron rayon Masazır dairəsində yol-nəqliyyat hadisəsinə uğramışdır və nəticədə avtomobil maddi zərərə məruz qalmışdır. "xxxx" ASC tərəfindən texniki baxışdan keçirilmiş “Mitsubishi Outlander” (** BO ***) markalı avtomobillə bağlı zərər 1003,96 manat məbləğində müəyyən edilmişdir.
12. İddiaçı tərəfindən verilmiş 01.10.14-cü il tarixli 634/14-CM 480/14 nömrəli sığorta aktından görünür ki, sığorta olunmuş “Hyundai Sonata” (** VM ***) markalı avtomobil xx.xx.2014-cü il tarixində Bakı şəhəri Nizami rayonu Babək prospektində yolnəqliyyat hadisəsinə uğramışdır və nəticədə avtomobil maddi zərərə məruz qalmışdır. "xxxx" ASC tərəfindən texniki baxışdan keçirilmiş “Hyundai Sonata” (** VM ***) markalı avtomobillə bağlı zərər 9082 manat məbləğində müəyyən edilmişdir.
13. 25.09.2014-cü il tarixli 14951 nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinini icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilənə halın baş verməsi faktını təsdiqləyən arayışdan görünür ki, xx.xx.2014-cü il tarixdə saat 16:45-də Bakı şəhəri, Babək prospektində yol nəqliyyat hadisəsi baş vermişdir.
14. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş CYP 323190 nömrəi inzibati xəta haqqında protokoldan görünür ki, Masazır dairəsində surətdən və hərəkət şəraitindən asılı olaraq düzgün ara məsafəsi saxlamamış, nəticədə qarşısında gedən Mitsubishi markalı 01BO549 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur.
15. İddiaçı tərəfindən verilmiş fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə MİP-HO-0384-0/14 nömrəli sığorta şəhadətnaməsindən görünür ki, Mitsubishi Attrage markalı 90UT672 dövlət nömrə nişanlı avtombil 13100 manat dəyərində sığorta edilmişdir.
16. İddiaçı tərəfindən verilmiş fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə MİP-ZM-3474/14 nömrəli sığorta şəhadətnaməsindən görünür ki, Mercedes Benz A160 markalı 90UR764 dövlət nömrə nişanlı avtombil 6000 manat dəyərində sığorta edilmişdir.
17. İddiaçı tərəfindən verilmiş fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə MİP-BDMS-0025-0/13 nömrəli sığorta şəhadətnaməsindən görünür ki, Mitsubishi Outlander markalı 99FR264 dövlət nömrə nişanlı avtombil 28900 manat dəyərində sığorta edilmişdir.
18. İddiaçı tərəfindən verilmiş fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə MİB-MAR-0003-0/13 nömrəli sığorta şəhadətnaməsindən görünür ki, Hyundai Sonata markalı 99VM094 dövlət nömrə nişanlı avtombil 11766 manat dəyərində sığorta edilmişdir.
19. İddiaçı tərəfindən verilmiş 01.10.14-cü il tarixli zərərin hesablanması aktından görünür ki, X4 məxsus “Hyundai Sonata” markalı ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2014-cü il tarixində hesablanmış zərər 6802 manat müəyyən edilmişdir.
20. İddiaçı tərəfindən verilmiş 23.09.14-cü il tarixli zərərin hesablanması aktından görünür ki, X5 məxsus “Mitsubishi Outlander” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2014-cü il tarixində hesablanmış zərər 1003,96 manat müəyyən edilmişdir.
21. İddiaçı tərəfindən verilmiş 05.11.14-cü il tarixli zərərin hesablanması aktından görünür ki, X2 məxsus “Mercedes Benz A160” markalı 90UR764 dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2014-cü il tarixində hesablanmış zərər 175 manat müəyyən edilmişdir.
22. İddiaçı tərəfindən verilmiş 06.08.14-cü il tarixli 457/14-CM 487/14 nömrəli sığorta aktından görünür ki, sığorta olunmuş “Mitsubishi Attrage” (** UT ***) markalı avtomobil xx.xx.2014-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Y.Hüseynov küçəsində yol-nəqliyyat hadisəsinə uğramışdır və nəticədə avtomobil maddi zərərə məruz qalmışdır. "xxxx" ASC tərəfindən texniki baxışdan keçirilmiş “Mitsubishi Attrage” (** UT ***) markalı avtomobillə bağlı zərər 935,15 manat məbləğində müəyyən edilmişdir.
23. İddiaçı tərəfindən verilmiş 01.10.14-cü il tarixli qəzaya uğramış avtomobilin qalıq hissəsinin qiymətləndirilməsi aktından görünür ki, xx.xx.2014-cü il tarixdə göstərilən avtomobil yol-nəqliyyat hadisəsinə uğramış və nəticədə avtomobili yararsız vəziyyətə düşmüş ehtiyat hissələrinin və təmir xərclərinin ümumi məbləği 9082 manat təşkil etmişdir. Tərəflərindən avtomobilin qalıq hissəsinin qiymətləndirilməsinə dair müvafiq tədbirlər görülmüş, bütün zərəri araşdırmalar aparılmış və nəticədə avtomobilin qalıq hissəsinin dəyəri 3137,60 manat məbləğində müəyyən edilmişdir.
24. İddiaçı tərəfindən verilmiş 06.08.14-cü il tarixli zərərin hesablanması aktından görünür ki, X10 məxsus “Mitsubishi Attrage” markalı ** UT *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2014-cü il tarixində hesablanmış zərər 935,15 manat müəyyən edilmişdir.
25. İddiaçı tərəfindən verilmiş 01.10.14-cü il tarixli avtomobilin qəza nəticəsində tam zərərə uğramasına dair aktdan görünür ki, xx.xx.2013-cü il tarixli MİB-MAR-0003-0/13 saylı nəqliyyat vasitələrinin Kasko sığortası şəhadətnaməsi ilə sığortalanmış X4 məxsus “Hyundai Sonata” markalı ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirərkən müəyyən edilmişdir ki, həqiqətən də xx.xx.2014-cü il tarixli zərərin hesablanması aktına əsasən 9082 manat zərər dəymiş və həmin məbləğ sığorta dəyərinin 75 %-dən artıq hissəsini təşkil etdiyindən avtomobil tam məhv olmuş hesab edilir.
26. xx.xx.2014-cü il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışdan görünür ki, Y.Hüseynov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Mitsubishi markalı 90UT672 dövlət nömrə nişanlı avtomobilə zərər dəymişdir.
27. xx.xx.2014-cü il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışdan görünür ki, X.Məmmədov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Mercedes A160 markalı 90UR764 dövlət nömrə nişanlı avtomobilə zərər dəymişdir.
28. xx.xx.2014-cü il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışdan görünür ki, Masazır dairəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Mitsubishi Outlander 01BO549 dövlət nömrə nişanlı avtomobilə zərər dəymişdir.
29. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş CYP 266226 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Y.Hüseynov küçəsində qarşıdan özü ilə eyni istiqamətdə hərəkət edən Mitsubishi 90UT672 dövlət nömrə nişanlı maşınla müvafiq ara məsafəsi saxlamamış, nəticədə onun arxa hissəsinə dəyərək toqquşmuşdur.
30. Məhkəmə iddia tələblərinin birinci hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
31. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
32. Həmin Məcəllənin 884.6-cı maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır.
33. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
34. Həmin Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
35. Həmin Məcəllənin 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.
36. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
37. Həmin Məcəllənin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.
38. Həmin Məcəllənin 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.
39. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
40. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
41. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixdə "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətininin icbari sığortası” növü ilə sığortalanmış “Toyota Prado” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobil X8 tərəfindən idarə edərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış “Hyundai Sonata” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymiş, qeyd edilən sığorta hadisəsi nəticəsində “Hyundai Sonata” markalı, ** VM ***markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı iddiaçı tərəfindən 6863,50 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2014-cü il tarixdə "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətininin icbari sığortası” növü ilə sığortalanmış “Vaz 21063” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil X9 tərəfindən idarə edərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə iddiaçıda “avtokasko” risklərindən sığortalanmış “Mitsubishi Attrage” markalı, ** UT *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində “Mitsubishi Attrage” markalı, ** UT *** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləğindən 350 manat azadolma məbləği çıxılmaqla 585,15 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətininin icbari sığortası” növü ilə sığortalanmış “Toyota Camry” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü il tarixdə X3 tərəfindən idarə edərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə iddiaçıda “avtokasko” risklərindən sığortalanmış “Mitsubishi Outlander” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində “Mitsubishi Outlander” markalı, ** BO ***markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləğindən 350 manat azadolma məbləği çıxılmaqla 643,22 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh "xxxx" ASC-də “Nəqliyyat vasitəsisahiblərinin mülki məsuliyyətininin icbari sığortası” növü ilə sığortalanmış “Hyundai Sonata” markalı, ** AH *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü il tarixdə X7 tərəfindən idarə edərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə iddiaçıda “avtokasko” risklərindən sığortalanmış “Mercedes Benz A 160” markalı, ** UR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində “Mercedes Benz A 160” markalı, ** UR *** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı tərəflərindən 175 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
42. Cavabdeh iddiaya etiraz edərək, dəymiş ziyanın “Hyundai Sonata” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə münasibətdə 3451 manat, “Mitsubishi Outlander” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə münasibətdə 510 manat, “Mitsubishi Attrage” markalı, ** UT *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə münasibətdə isə 415 manat olmasını bildirir.
43. Məhkəmə cavabdeh tərəfindən bununla bağlı təqdim edilmiş 3 ədəd qüsur aktını hazırkı iş üzrə sübut qismində qəbul etmir.
44. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
45. Belə ki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclaslarında cavabdehin əvvəlki nümayəndəsi A.Həsənov sığorta hadisələrinin üzərindən uzun müddət keçdiyi üçün arxivlərindən həmin hadisələrlə bağlı sənədlərin tapılmadığını bildirmiş, göstərilən sənədləri (qüsur aktları və sairə) təqdim edə bilməmiş, cavabdehin nümayəndəsi L.Neymətova təqdim etdiyi qüsur aktlarını məhkəmə baxış iclasında (iddia ərizəsi məhkəməyə daxil olduqdan 2 ay sonra) təqdim edilməsinin səbəblərini ağlabatan şəkildə izah edə bilməmişdir.
46. Bundan əlavə, məhkəmə qeyd edir ki, hadisə nəticəsində sığortalanmış avtomobilə dəymiş zərər sığortaçı (iddiaçı) tərəfindən müəyyən edilmiş, sığortalı tərəfindən də mübahisələndirilməmişdir.
47. Belə ki, Mülki Məcəllənin 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.
48. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir.
49. Belə ki, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində sığorta ödənişinin verilməsinin gecikdirilməsinə görə qanunla nəzərdə tutulmuş dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür.
50. Azərbaycan Rerspublikası Mülki Məcəlləsinin 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.
51. Həmin Məcəllənin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişiməbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
52. “İcbari Sığortalar” haqqında Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən icbari sığorta ödənişinin ödənilməsinə əsas verən sənədlər sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi,əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılışəkildə əsaslandırılmış bildiriş verməlidir.
53. Azərbaycan Rerspublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
54. Həmin Məcəllənin 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər.
55. Belə ki, işin araşdırılan halları ilə sığorta ödənişinin verilməsinin gecikdirilməsi halı müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir.
56. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 6403,37 manat sığorta ödənişi, 644,37 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir.
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
58. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
56. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6403,37 manat sığorta ödənişi, 644,37 manat dəbbə pulu, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu, ümumilikdə 7147,74 (yeddi min bir yüz qırx yeddi manat yetmiş dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova