Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4412/2022 09.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbi barədə kiçik iddialar üzrə sadələşdirilmiş icraatla bağlı kommersiya mübahisələrinə dair işə məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında bağlanmış tərəflərin azad iradəsini ifadə edən 07 dekabr 2020-ci il tarixli, FCA- XM-438- 01/2020 saylı avtomobillərə texniki xidmətin göstərilməsi və onların təmiri haqqında müqavilənin müvafiq şərtlərinə uyğun olaraq 1130 manat borcun və ödənilmiş dövlət rüsumunun müqavilənin digər tərəfi olan cavabdeh kimi çıxış edən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, iddia tərəfi Azərbaycan Respublikasının qanunverciliyinə əsasən yaradılmış və fəaliyyət göstərən, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ********** olan, İddiaçı MMC avtomobil satışı ilə məşğuldur. Qeyd edək ki, İddiaçı MMC (icraçı) və cavabdeh tərəf, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ********** olan, Cavabdeh MMC (sifarişçi) arasında 07 dekabr 2020-ci il tarixində, FCAXM-4xx-xx/2020 saylı Avtomobillərə texniki xidmətin göstərilməsi və onların təmiri haqqında müqaviləsi (bundan sonra “Müqavilə”) bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən, icraçı bu müqavilə ilə nəzərdə tutulan qaydada və şərtlərlə özünün və ya sifarişçinin ehtiyat hissələrindən istifadə etməklə, sifarişçiyə məxsus olan nəqliyyat vasitələrinə texniki xidmətin göstərilməsi öhdəliyi götürür. Həmin müqavilənin 4.3.1-ci maddəsinə əsasən, “Sifarişçi bu müqavilənin 2.8-ci bəndində nəzərdə tutulan sifariş ərizəsini təqdim etdikdən sonra icraçı tərəfindən sifariş qəbul edilir və 1500 manat ekvivalentində sifarişçiyə aylıq limit təyin edilir. Xidmət zamanı müəyyən səbəblərə görə sifarişi qeyd edilmiş limiti aşarsa, hesab faktura icraçı tərəfindən sifarişçiyə təqdim edildiyi tarixdən 30 gün ərzində ödəniş icraçıya ödənilməlidir. Sifarişçinin avtomobilləri ödəniş həyata keçirilənədək xidmət mərkəzindən buraxılmayacaqdır.” Bu müqavilə əsasında, sifarişçi 07 dekabr 2020-ci il sifariş ərizəsi əsasında ƏDV daxil 1050 manatlıq dəyərində ********** nömrəli İş kartında qeyd edilmiş xidmətlər və 03 fevral 2021-ci il tarixli sifariş ərizəsi əsasında isə ƏDV daxil 80 manatlıq dəyərində ********** nömrəli iş kartında qeyd edilmiş xidmətlər göstərilmişdir. Cəmi ƏDV daxil 1130 manatlıq xidmət göstərilmişdir. Lakin sifarişçi bu məbləği artıq 1 il 6 aydan çox müddət keçməsinə baxmayaraq ödəməmişdir. sifarişçinin sifariş ərizələrinin, xidmətlərin göstərilməsinə dair iş kartlarının, elektron qaimələrin surətləri iddia ərizəsinə qoşulur. Mövcud vəziyyətlə əlaqədar olaraq, 2021-ci ilin avqust ayından başlayaraq dəfələrlə qeyd olunan borcun ödənilməsi üçün yazılı və şifahi müraciətlər edilmişdir, lakin cəhdlərimiz heç bir nəticə verməmişdir. Müraciət məktublarının surəti iddia ərizəsinə qoşulur. Qanunla müəyyən edilmiş müddətdə cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanına hazırki tələblə bağlı rəsmi qaydada bildiriş göndərildiyinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsasında işə baxılmasını məqsədə müvafiq hesab edirəm. İş materiallarına əlavə edilmiş: 07 dekabr 2020-ci il tarixli FCAXM-4xx-xx/2020 nömrəli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış avtomobillərə texniki xidmətin göstərilməsi və onların təmiri haqqında müqavilədən görünür ki, İddiaçı MMC bu müqavilə ilə nəzərdə tutulan qaydada və şərtlərlə özünün və ya Cavabdeh MMC ehtiyat hissələrindən istifadə etməklə, Cavabdeh MMC məxsus olan nəqliyyat vasitələrinə texniki xidmətin göstərilməsi öhdəliyini götürür. 07 dekabr 2020-ci il tarilxi və 03 fevral 2021-ci il tarixli Cavabdeh MMC-nin balansında olan avtomobillərə texniki xidmət və təmir üçün sifariş ərizələrindən görünür ki, müvafiq olaraq cavabdehin balansında olan **-JT-*** dövlət qeydiyyat nişanlı, X2 markalı avtomobilə və **-PS-*** dövlət qeydiyyat nişanlı X1 minik avtomobilə texniki xidmət və təmir işləri görülmüşdür. xx.xx.2021-ci il tarixli EBAW seriyalı 217570 nömrəli və xx.xx.2021-ci il tarixli EBAX seriyalı 042815 nömrəli elektron qaimələrdən görünür ki, İddiaçı MMC müqavilə üzrə 1130 manat məbləğində texniki xidmət və təmir işləri aparmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 386.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh MMC arasında avtomobillərə texniki xidmətin göstərilməsi və onların təmiri haqqında müqavilə bağlanmış, iddiaçı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh avtomobillərə göstərilmiş xidmət və onların təmiri üçün nəzərdə tutulmuş borcunu tam olaraq ödəməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, hesab edirəm ki, iddiaçının 1130 manat əsas borc tələbi əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin dövlət rüsumu hissəsi ilə əlaqədar qeyd edirəm ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən görünür ki, iddiaçı hazırki tələb üzrə dövlət rüsumu ödəməmişdir və bu səbəbdən həmin tələb təmin edilə bilməz. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 1130 manat məbləğində əsas borc tutularaq iddiaçı Avtolüks Azərbaycan” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, Q Ə T E T D İ M: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 1130 manat məbləğində əsas borc tutularaq iddiaçı Avtolüks Azərbaycan” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-4412/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4412/2022
09.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver