Məhkəmə qərarları › İş №e-2-2(113)-4439/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4439/2022

13.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4439/2022 13.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, HX 008/0319 saylı subpodrat müqaviləsinə əsasən icraçı tərəfindən yerinə tam yetirilmiş xidmətlərə görə sifarişçi tərəfindən ödənilməmiş 290427,50 manat (18% ƏDV-si daxil) manat borc,mediasiya xidmətinə görə 400 manat və dövlət rüsumu kimi ödənilmiş 190,43 manat məbləğində pulun cavabdeh " X1 Company" MMC-dən alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "X1 Company" MMC arasında xx.xx.2019-cu il tarixli, HX 008/0319 saylı subpodrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi yəni "X1 Company" MMC-nin tapşırığı əsasənda icraçı yəni İddiaçı MMC “Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması” layihəsi çərçivəsində ASY1,ASY2,ASY3,ASY4,ASY3-1,ASY3-2 kanallarının qazılması, paylayıcı dəmi/beton kanallarının əsasının qurulması üçün torpağın daşınması və qafrilənmiş d160-d110 mm-lik dren polietilen borularının və dəmir beton quyuların layihəyə uyğun quraşdırılması işlərini həyata keçir. Sifarişçi isə göstərilən işlərin razılaşdırılmış dəyərini icraçıya ödəyir. Müqaviləyə əsasən xidmətlər sifarişçi tərəfindən təhvil-təslim Asktları (Forma-2 və Forma- 3) əsasında qəbul olunduqdan sonra icra edilmiş sayılır. Görülən işlərin müqabilində Təhvil-təslim aktları (Forma-2 və Forma-3) əsasında elektron qaimələr tərtib edilımiş və tərəflər tərəfindən imzalanmışdır. Sifarişçiyə təqdim edilərək təsdiqlənmiş EBAH seriyalı, 029882 nömrəli, xx.xx.2020-ci il tarixli Elektron Qaimə üzrə 184080,00 manat, EBAİ seriyalı, 278053 nömrəli, xx.xx.2020-ci il tarixli Elektron Qaimə üzrə 229164,26 manat, EBAJ seriyalı, 328048 nömrəli, xx.xx.2020-ci il tarixli Elektron Qaimə üzrə 300081,08 manat,EBAK seriyalı, 544373 nömrəli, xx.xx.2020-ci il tarixli Elektron Qaimə üzrə 103330,24 manat,EBAL seriyalı, 782666 nömrəli, xx.xx.2020-ci il tarixli Elektron Qaimə üzrə 29913,00 manat olmaqla ümumi məbləği (18 % ƏDV-s idaxil) 846568,58 manatlıq işlər görülmüşdür. Elektron Qaimələr üzrə sifarişçi tərəfindən icraçıya ƏDV 556141,08 manat ödənilmiş və sifarişçi tərəfindən icraçıya ƏDV daxil 290427,50 manat məbləğində ödənilməmiş pul borcu qalmışdır (təqdim olunmuş Elektron Qaimələr ilə, təhvil-təslim aktı, həyata keçirilən ödənişlər və ödənilməyən borclar barəsində ətraflı məlumat arayış formasında hazırki iddia ərizəsinə əlavə olunur). Beləliklə, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, HX 008/0319 saylı Subpodrat müqaviləsi üzrə 246125,00 manat əsas borc, 44302,50 manat məbləğində ƏDV-si ilə birlikdə 290427,50 manat ödənilməmiş qalır. Qeyd edilmiş mübahisənin məhkəməyə qədər nizama salınması üçün cavabdehdən dəfələrlə pulun ödənilməsi tələb olunmuş, bundan əlavə xx.xx.2022-ci il tarixdə müqavilədən irəli gələn öhdəlkiklərin icrası barədə pretenziya məktubu göndərilmiş yaranmış borcun ödənilməsi tələb edilmiş və öhdəliyin icrası üçün 10 gün müddət təyin edilmişdir. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq, müqavilə ilə onun üzərinə düşən öhdəliklərin icrasından yayınır və müqavilə əsasında ödəməli olduğu pul məbləğini ödəmir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, HX 008/0319 nömrəli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış subpodrat müqaviləsindən görünür ki, İddiaçı MMC "X1 Company" MMC-nin təsdiq etdiyi və/və ya təqdim etdiyi iş layihəyə uyğun olaraq “Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması” layihəsi çərçivəsində ASY1,ASY2,ASY3,ASY4,ASY3-1,ASY3-2 kanallarının qazılması, paylayıcı dəmir/beton kanallarının əsasının qurulması üçün torpağın daşınması işlərini bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən iş həcmlərinə və vahid qiymətlərə uyğun yerinə yetirməyi, başa çatdırmağı və Cavabdeh MMC ilə birlikdə İddiaçı MMC-yə təhvil verməyi, Cavabdeh MMC isə İddiaçı MMC-nin gördüyü işin müqabilində bu müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürür. xx.xx.2020-ci il tarixli EBAH seriyalı 029882 nömrəli, xx.xx.2020-ci il tarixli EBAİ seriyalı 278053 nömrəli, xx.xx.2020-ci il tarixli EBAJ seriyalı 328048 nömrəli, xx.xx.2020-ci il tarixli 544373 nömrəli və xx.xx.2020-ci il tarixli 782666 nömrəli elektron qaimə və subpodradçının görülmüş işlərə dair qəbul aktlarında görünür ki, İddiaçı MMC “Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması” layihəsi çərçivəsində ümumilikdə 713325,34 manat məbləğində işlər görülməklə xidmət göstərilmiş, həmçinin görülən işlər subpodradçı tərəfindən təhvil verilərək, podradçı tərəfindən qəbul edilmişdir. 02 iyun 2022-ci il tarixli MŞB/4-01170 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və 400 manat məbləğində mediasiya xərcini ödəmişdir. xx.xx.2022-ci il tarixli ********* nömrəli dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı 190,43 manat məbləğində dövlət rüsumu ödəmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatoru barədə çıxarışdan görünür ki, iddia qiyməti 290428 manat məbləğində olan iddialar üçün ödənilməli olan rüsumun məbləği 580,43 manatdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh MMC arasında “Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması” layihəsi çərçivəsində subpodrat müqaviləsi bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh göstərilən xidmətlərə görə ƏDV daxil qalıq borc olan 290427,50 manat məbləğində pulu İddiaçı MMC-yə ödəməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin ƏDV daxil 290427,50 manat əsas borc və 400 manat mediasiya xərci tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə 190,43 manat məbləğində iddia tələbinin dövlət rüsumu hissəsi ilə bağlı isə qeyd edir ki, həmin tələb qismən təmin edilməlidir, belə ki, dövlət rüsumunun hesablanması kalkulyatoru barədə çıxarışdan göründüyü kimi, iddia qiyməti 290428 manat məbləğində olan iddialar üçün 580,43 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda iddiaçı mediasiya xərci olaraq 400 manat, dövlət rüsumu olaraq isə 190,43 manat cəmi 590,43 manat məbləğində pul ödədiyindən həmin tələb yalnız 180,43 manat hissədə təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən ƏDV daxil 290427,50 manat əsas borc, 400 manat mediasiya xərci və 180,43 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil 290427,50 manat əsas borc, 400 manat mediasiya xərci və 180,43 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar