Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4454/2024 25.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: özgə işlərini tapşırıqsız aparma) Bakı Kommersiya Məhkəməsinin hakimi X3, İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 352 manat məbləğində pulun və ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onun əsaslandırılmışdır ki, İddiaçı MMC ilə lizinq alan X4 arasında bağlanmış 17 may 2023-cü il tarixli ALY-1896 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Chevrolet Nexia” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq cavabdeh İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Nexia” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili şirkətə geri qaytarmışdır. Həmçinin cavabdeh gecikdirilmiş lizinq ödənişlərini ödəmiş və tərəflər arasında “Daxili lizinq” müqavilənin ləğv olunmasına dair razılıq əldə edilmişdir. Lizinq obyekti olan “Chevrolet Nexia” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilinmüqavilə üzrə lizinq alan X1 müvəqqəti sahibliyində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü Cavabdeh AR X8 İdarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: Cavabdeh idarə edərkən 1. EQ 15266110 saylı protokola görə 64 manat; 2. EQ 15314359 saylı protokola görə 32 manat, 3. EQ 15960760 saylı protokola görə 32 manat, 4. EQ 16719678 saylı protokola görə 16 manat, 5. EQ 16719679 saylı protokola görə 64 manat, 6. EQ 16883729 saylı protokola görə 16 manat, 7. İXP ******* saylı protokola görə 128 manat ödənilmişdir. Mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəfimizdən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X5 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. X5 Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsinin görəyol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən əməkdaş nəqliyyat vasitəsini idarə edən şəxslərdən nəqliyyat vasitəsini dayandırmağı tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)”. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1099.1, 1108.1-ci maddələrinə istinad olunmuşdur. 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar: İş materiallarından görünür ki, İddiaçı MMC ilə X4 arasında imzalanmış 17 may 2023-cü il tarixli ALY-1896 saylı daxili lizing müqaviləsindən görünür ki, bu Müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu Müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən müqavilənin əsas məbləğini 23685 manat təşkil edir. Lizinq Alan, bu müqavilə imzalandığı gün 0 manat məbləğində lizinq ödənişini Lizinq Verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 0 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 24 ay müddətində illik 18% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Ödəniş günü qeyriiş gününə təsadüf etdikdə,ödəniş qeyri-iş günündən qabaq olan son iş günündə edilməlidir. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə qüvvədə olduğu bütün müddət ərzində və həmçinin bu müqavilə hər hansı bir səbəbdən ləğv və ya xitam edilərsə, lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. Müqavilənin 2.6-cı bəndinə əsasən lizinq alan lizinq obyektindən istifadəni lizinq verən tərəfindən verilmiş etibarnamələr əsasında həyata keçirir. Bu zaman etibarnamələr lizinq alana heç bir xidmət haqqı ödənilmədən verilir. Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır. Seriya nömrəsi BB408484 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Chevrolet Nexia SX” markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı MMC qeyd olunmuşdur. 17 may 2023-cü il tarixli Təhvil-təslim aktına əsasən İddiaçı MMC 17 may 2023-cü il tarixli ALY-1896 saylı daxili lizing müqaviləsi üzrə **-AU-*** dövlət qeydiyyat nişanlı XWBTD69V9PA135770 BAN nömrəli ağ rəngdə “Chevrolet Nexia” markalı avtomobil X2 təhvil vermişdir. İddiaçı MMC tərəfindən Cavabdeh verilmiş xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, ona İddiaçı MMC ilə X4 arasında imzalanmış 17 may 2023-cü il tarixli ALY- 1896 saylı daxili lizing müqaviləsi əsasında “Chevrolet Nexia SX” markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili yalnız Azərbaycan Respublikası ərazisində idarə etmək üçün səlahiyyət verilmişdir. Etibarnamənin müddəti xx.xx.2023-cü il tarixinədək müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh verilmiş xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, ona İddiaçı MMC ilə X4 arasında imzalanmış 17 may 2023-cü il tarixli ALY- 1896 saylı daxili lizing müqaviləsi əsasında “Chevrolet Nexia SX” markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili yalnız Azərbaycan Respublikası ərazisində idarə etmək üçün səlahiyyət verilmişdir. Etibarnamənin müddəti xx.xx.2023-cü il tarixinədək müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh verilmiş xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, ona İddiaçı MMC ilə X4 arasında imzalanmış 17 may 2023-cü il tarixli ALY- 1896 saylı daxili lizing müqaviləsi əsasında “Chevrolet Nexia SX” markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil yalnız Azərbaycan Respublikası ərazisində idarə etmək üçün səlahiyyət verilmişdir. Etibarnamənin müddəti xx.xx.2023-cü il tarixinədək müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh verilmiş xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, ona İddiaçı MMC ilə X4 arasında imzalanmış 17 may 2023-cü il tarixli ALY- 1896 saylı daxili lizing müqaviləsi əsasında “Chevrolet Nexia SX” markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil yalnız Azərbaycan Respublikası ərazisində idarə etmək üçün səlahiyyət verilmişdir. Etibarnamənin müddəti xx.xx.2023-cü il tarixinədək müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh verilmiş xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, ona İddiaçı MMC ilə X4 arasında imzalanmış 17 may 2023-cü il tarixli ALY- 1896 saylı daxili lizing müqaviləsi əsasında “Chevrolet Nexia SX” markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil yalnız Azərbaycan Respublikası ərazisində idarə etmək üçün səlahiyyət verilmişdir. Etibarnamənin müddəti xx.xx.2023-cü il tarixinədək müəyyən edilmişdir. EQ15266110 nömrəli protokola əsasən Cavabdeh xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən 64 manat məbləğində cərimə olunmuşdur. EQ15314359 nömrəli protokola əsasən Cavabdeh xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən 32 manat məbləğində cərimə olunmuşdur. EQ15960760 nömrəli protokola əsasən Cavabdeh xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən 32 manat məbləğində cərimə olunmuşdur. EQ16719678 nömrəli protokola əsasən Cavabdeh xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsinə əsasən 16 manat məbləğində cərimə olunmuşdur. EQ16719679 nömrəli protokola əsasən Cavabdeh xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən 64 manat məbləğində cərimə olunmuşdur. EQ16883729 nömrəli protokola əsasən Cavabdeh xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsinə əsasən 16 manat məbləğində cərimə olunmuşdur. İXP5714749 nömrəli protokola əsasən Cavabdeh xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən 128 manat məbləğində cərimə olunmuşdur. EPUL.az vasitəsilə ödənilmiş 53519010 nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən EQ15266110 nömrəli protokola əsasən hesablanmış 64 manat cərimə məbləği ödənilmişdir. EPUL.az vasitəsilə ödənilmiş 53519133 nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən EQ15314359 nömrəli protokola əsasən hesablanmış 32 manat cərimə məbləği ödənilmişdir. EPUL.az vasitəsilə ödənilmiş 53518865 nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən EQ15960760 nömrəli protokola əsasən hesablanmış 32 manat cərimə məbləği ödənilmişdir. EPUL.az vasitəsilə ödənilmiş 53518644 nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən EQ16719679 nömrəli protokola əsasən hesablanmış 64 manat cərimə məbləği ödənilmişdir. EPUL.az vasitəsilə ödənilmiş 53518710 nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən EQ16883729 nömrəli protokola əsasən hesablanmış 16 manat cərimə məbləği ödənilmişdir. EPUL.az vasitəsilə ödənilmiş 53519262 nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən İXP5714749 nömrəli protokola əsasən hesablanmış 128 manat cərimə məbləği ödənilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu ödəmişdir Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 1087.1-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. 1090-cı maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur(1090.1). İşlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər(1090.2). İşlərin tapşırıqsız aparılmasında sahibkarın mənafeyi və ehtimal olunan istəyi o halda nəzərə alınmır ki, belə işlərin aparılması sahibkarın ictimai vəzifələrinin və ya digər tələblərinin yerinə yetirilməsi ilə bağlı olsun(1090.3). Məhkəmənin mövqeyi: Beləliklə də, işdə olan materiallardan və işin faktiki hallarından görünür ki, tərəflər arasında 17 may 2023-cü il tarixli ALY-1896 saylı daxili lizing müqaviləsindən irəli gələn özgə işlərini tapşırıqsız aparma münasibətləri əmələ gəlmişdir. Cavabdeh İddiaçı MMC tərəfindən verilmiş müvafiq etibarnamələrə əsasən “Chevrolet Nexia SX” markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun istifadəsində olarkən yol verilmiş inzibati xətalara görə ona hesablanmış cərimələri ödəmədiyindən, İddiaçı MMC onun əvəzinə həmin cərimələri ödəmişdir. Göründüyü kimi İddiaçı MMC tərəfindən 352 manat cərimə məbləği ödənilməklə, cavabdehin yerinə yetirməli olduğu ictimai vəzifə icra olunduğundan, nəticədə iddiaçının MM-in 1090.3-cü maddəsinə əsasən həmin məbləğin geri ödənilməsini tələb etmək hüququ yaranmışdır. Bu səbəbdən iddiaçının 352 manat cərimə məbləğinin ödənilməsi tələbini əsaslı hesab edirəm və iddia tələbinin təmin olunması qənaətinə gəlirəm. Qeyd edilənlərdən əlavə MPM-in 119-cu maddəsinə əsasən hesab edirəm ki, iddia tam təmin olunduğundan ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin edilsin. Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 352 (üç yüz əlli iki) manat məbəğində pulun və ödənilmiş 30 (otuz) manat 40 (otuz) qəpik dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4454/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4454/2024
25.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver