Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-45/2024 07.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ziyanın, hüquqi yardıma görə ödənilmiş xidmət haqqının və dövlət rüsumunun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin sığorta müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyə əsasən “Fregat” restoran və otel binasına yanğın nəticəsində vurulan 48.227 manat məbləğində ziyanın, hüquqi yardıma görə ödənilmiş 2.200 manat xidmət haqqının və mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 202 manatın 101 manat hissəsinin, məhkəməyə ödənilən 220 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin sığorta müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əsasən “Fregat” restoran və otel binasına yanğın nəticəsində vurulan 48.227 manat ziyanın, hər gecikdirilmiş gün üçün 365 gün olmaqla 17.602 manat dəbbə pulunun, hüquqi yardıma görə ödənilmiş 2.200 manat xidmət haqqının və mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 202 manatdan 101 manatının, məhkəməyə ödənilən 220 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutulması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh məhkəməyə barışıq sazişi təqdim edilməklə, iddiaçı ilə aralarında bağlanmış sazişinin təsdiq edilməsini, işin icraatına xitam verilməsini xahiş etmiş və barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin onlara aydın olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil barışıq sazişinin təsdiq edilməsinin MPM-in 191-ci maddəsində nəzərdə tutulmuş nəticələrinin onlara aydın olduğunu bildirmişdir. Hər iki tərəf barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə yazılı ərizələr təqdim etmişlər Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 27 may 2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər (iddiaçı və cavabdeh) aşağıdakı şərtlərlə barışığa gəlmişlər:
1. Sazişin məqsədi və predmeti: 1.1 Bu sazişin məqsədi tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsidir.
2. Tərəflərin öhdəlikləri: 2.1 İddiaçı: - 28000 (iyirmi səkkiz min) manat sığorta ödənişi ilə və həmin məbləğin hazırkı sazişin 2 2-ci bəndi ilə nəzərdə tutulan qaydada ödənilməsi ilə razılaşır; - qeyd edilən məbləğ ödənildikdən sonra Cavabdehə qarşı olan iddiasından imtina edir və sözügedən sığorta hadisəsi ilə əlaqədar iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu, dəbbə pulu və əldən çıxmış fayda ilə bağlı tələbi olmayacaq. - "Fregat" restoran-hotel və ona aid olan digər qeyri-yaşayış obyektlərini “Azsığorta" ASC-də 8000 (səkkiz min) manat sığorta haqqı müqabilində sığortalayacağını öhdəsinə götürür. 2.2 Cavabdeh: - ünvan 1 ünvanında yerləşən “daşınmaz əmlakın icbari sığortası’ müqaviləsinə əsasən “Azsığorta" ASC-də sığortalanmış daşınmaz əmlaka 14 oktyabr 2021-cı ıl tarixində baş vermiş yanğın hadisəsi nəticəsində dəymiş maddi ziyana görə iddiaçıya 28.000 (iyirmi səkkiz min) manat sığorta ödənişinin ödənilməsini öhdəsinə götürür.
3. SAZİŞDƏN İRƏLİ GƏLƏN MÜNASİBƏTLƏRİN TƏNZİMLƏNMƏSİ: 3.1. Tərəflər bu müqavilədən irəli gələn mübahisələrin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə nail olacaqlar 3.2. Əgər mübahisələr qarşılıqlı anlaşma və razılıq yolu ilə həll olunmazsa, tərəflər məhkəməyə müraciət edə bilərlər. 3.3. Tərəflər arasında bu müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll edilir.
4. SAZİŞƏ XİTAM VERİLMƏSİ: 4.1. İddiaçı və Cavabdeh bu müqavilə üzrə öhdəliklərini tam həcmdə yerinə yetirdikdən sonra müqaviləyə xitam veriləcək.
5. YEKUN MÜDDƏALAR: 5.1. Bu müqavilə 3 (üç) nüsxədə tərtib olunur və bir nüsxəsi iddiaçıya, bir nüsxəsi cavabdehə, bir nüsxəsi isə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına təsdiq edilmək uçun təqdim edilir. Daha sonra cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinə təqdim olunan İddiaçı ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2024-cü il tarixli "Barışıq sazişi"ndə qeyd olunan "Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası" ifadəsinin və xx.xx.2024-cü il tarixli "barışıq sazişinin təsdiq edilməsi barədə ərizə"də istifadə olunmuş "Bakı Apellyasiya Məhkəməsi" ifadəsinin "Bakı Kommersiya Məhkəməsi" ifadəsi ilə əvəz edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı da ərizə ilə məhkəməyə müraciət edərək, "Barışıq sazişi"ndə Bakı Apellyasiya Məhkəməsinə texniki olaraq səhv yazıldığından, onu Bakı Kommersiya Məhkəməsi kimi nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ziyanın, hüquqi yardıma görə ödənilmiş xidmət haqqının və dövlət rüsumunun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 27 may 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.
1. Sazişin məqsədi və predmeti: 1.1 Bu sazişin məqsədi tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsidir.
2. Tərəflərin öhdəlikləri: 2.1 İddiaçı: - 28000 (iyirmi səkkiz min) manat sığorta ödənişi ilə və həmin məbləğin hazırkı sazişin 2 2-ci bəndi ilə nəzərdə tutulan qaydada ödənilməsi ilə razılaşır; - qeyd edilən məbləğ ödənildikdən sonra Cavabdehə qarşı olan iddiasından imtina edir və sözügedən sığorta hadisəsi ilə əlaqədar iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu, dəbbə pulu və əldən çıxmış fayda ilə bağlı tələbi olmayacaq. - "Fregat" restoran-hotel və ona aid olan digər qeyri-yaşayış obyektlərini “Azsığorta" ASC-də 8000 (səkkiz min) manat sığorta haqqı müqabilində sığortalayacağını öhdəsinə götürür. 2.2 Cavabdeh: - ünvan 1 ünvanında yerləşən “daşınmaz əmlakın icbari sığortası’ müqaviləsinə əsasən “Azsığorta" ASC-də sığortalanmış daşınmaz əmlaka 14 oktyabr 2021-cı ıl tarixində baş vermiş yanğın hadisəsi nəticəsində dəymiş maddi ziyana görə iddiaçıya 28.000 (iyirmi səkkiz min) manat sığorta ödənişinin ödənilməsini öhdəsinə götürür.
3. SAZİŞDƏN İRƏLİ GƏLƏN MÜNASİBƏTLƏRİN TƏNZİMLƏNMƏSİ: 3.1. Tərəflər bu müqavilədən irəli gələn mübahisələrin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə nail olacaqlar 3.2. Əgər mübahisələr qarşılıqlı anlaşma və razılıq yolu ilə həll olunmazsa, tərəflər məhkəməyə müraciət edə bilərlər. 3.3. Tərəflər arasında bu müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll edilir.
4. SAZİŞƏ XİTAM VERİLMƏSİ: 4.1. İddiaçı və Cavabdeh bu müqavilə üzrə öhdəliklərini tam həcmdə yerinə yetirdikdən sonra müqaviləyə xitam veriləcək.
5. YEKUN MÜDDƏALAR: 5.1. Bu müqavilə 3 (üç) nüsxədə tərtib olunur və bir nüsxəsi iddiaçıya, bir nüsxəsi cavabdehə, bir nüsxəsi isə Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinə təsdiq edilmək uçun təqdim edilir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Leyla Əliyeva