Məhkəmə qərarları › İş №e-2-2(113)-452/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-452/2024

28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-452/2024 28.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, Cavabdeh MMC-nin direktoru X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbin’ dair kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli AZT/SHB/1605 nömrəli müqavilə üzrə ödənilməyən 14017,18 manat əsas, 16973,6 manat cərimə məbləğinin və 200 manat mediasiyaya təşkilatına ödənilmiş rüsumun cavabdehdən xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli AZT/SHB/1605 nömrəli xidmət müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, icraçı İddiaçı MMC sifarişçinin tapşırığına əsasən, Laçın rayonu ərazisində sifarişçinin tapşırdığı yerdə ekskavator yükləyici ilə qazıntı və torpaq işlərini icra etməyi, sifarişçi isə icraçı tərəfindən icra edilmiş işi təhvil alıb müqabilində müqavilə ilə müəyyən edilmiş xidmət haqqını icraçıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən, sifarişçi icraçının gördüyü işlərin dəyərini bu müqavilə ilə nəzərdə tutulan müddət ərzində ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, xidmət haqqı hər xidmət ayının son iş günündən gec olmayaraq Sifarişçi tərəfindən ödənilməlidir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, yerinə yetirilmiş işlərin təhvil verilməsi və qəbul edilməsi Tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən təsdiq olunan Təhvil-təslim aktı və ya elektron-qaimə əsasında rəsmiləşdirilir. Təhvil-təslim aktı və ya elektron-qaimə Müqavilənin şərtlərinə uyğun olaraq İcraçı tərəfindən Sifarişçi üçün görülmüş işlərin lazımi qaydada yerinə yetirildiyini təsdiq edən sənəddir. Qeyd olunmalıdır ki, işin hallarından da göründüyü kimi, tərəflər arasında elektron-qaimələr də xidmətin görüldüyünü təsdiq edir. 049770 saylı elektron qaimə (xx.xx.2023 13:50:06) üzrə 12253,67 (ədv daxil) manat məbləğində, №: 015736 saylı elektron qaimə üzrə ( xx.xx.2023 14:26:53) 7034,51 ödəniş etməli idiniz. Lakin tərəfinizdən hər iki elektron-qaimə üzrə ödənilməli olan məbləğ gecikdirilir. Hal-hazırda tərəfinizdən ödənilməli olan əsas borc məbləği 14017,18 təşkil edir. Sözügedən müqavilənin 4.2-ci maddəsinə əsasən, müqavilə üzrə ödəniş gecikdirildikdə Sifarişçi gecikdirilmiş hər gün üçün ödənilməli olan məbləğin 1 faizi miqdarında İcraçıya cərimə ödəməlidir. Gecikdirilən günlərin sayı isə 88 gündür. Bu səbəbdən müqavilə üzrə gecikdirilmə ilə bağlı cərimənin ümumi məbləği 16973,6 azn təşkil edir. Yuxarıda göstərilən borcun ödənilməsi ilə əlaqədar qarşı tərəflə dəfələrlə əlaqə saxlanılmağa çalışılmış, xəbərdarlıq (pretenziya) məktubu göndərilmişdir. Lakin məsələ həllini tapa bilməmişdir. (Xəbərdarlıq məktubunun qarşı tərəfə göndərilməsinə dair sənəd əlavədə sizə təqdim olunur.) Mediasiya haqqında qanunun tələblərinə uyğun olaraq kommersiya mübahisələrdin X2nın zəruriliyi nəzərə alınmış və yuxarıda göstərilən borcun ödənilməməsi ilə bağlı ilkin olaraq qarşı tərəfə mediasiya prosesində iştirakla bağlı təklif göndərilmiş, sonrasında isə müvafiq qaydada Mediasiya təşkilatına ərizə ilə müraciət edilmişdir. Bakı 18 saylı Mediasiya təşkilatı tərəfindən 24 oktyabr 2023-cü il tarixində X2 keçirilmişdir. Lakin Cavabdeh Mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdeh MMC iddia ərizəsinə etiraz və etiraza əlavə qeyd etmişdir ki, SHB İNŞAAT” MMC ilə iddiaçı ”AZ Technocon Group” MMC arasında xx.xx.2023-cü il tarixli AZT/SHB/1605 nömrəli xidmət müqaviləsi imzalanmışdır. İmzalanmış həmin müqaviləyə əsasən iddiaçıya məxsus Hyundai 210 martalı təkərli ekskovator Laçın rayonu Bozlu kəndindən Ermənislan Respublikası ilə sərhəddə yerləşən Azərbaycan Respublikasının silahlı qüvvolərinin yerləşdiyi postlara gedən təminat yollarının inşasında istifadə olunmuşdur (15 May 2023-cü il tarixdən etibarən). İddiaçının səlahiyyətli nümayəndəsi kimi özünü təqdim edən (faktiki olaraq mexanizmin sahibi kimi təqdim olunan) Rafiq adli şəxslə şifahi (telefon vasitısi ilə) müqavilənin şərtləri barədə danışan zaman həmin şəxs işlərin aylıq hesabat dövrü və ödənişlərin aparılması tarıxı barədə məlumatlandırılmışdır. Belə ki, aylıq hesabat dövrünün hər ayın 19-u tarıxdə bağlandığı və pul vəsaitinin növbəti ayın 15-25 tarıxındə aparıdığım həmən şəxsin nəzərinə çatdırılmışdır. Buna baxmayaraq 2023- cü ilin May ayının sonunda iddiaçı tərəflndən müvafiq ayın 31 tarıxınə kimi göstərilmiş xidmətlər üçün elektron qaimə 7034.51 ( yeddi min otuz dörd manat əlli bir qəpik) manat qoyulmuşdur. Tərəflmizdən hesabat dövrünə uyğun olaraq iddiaçıya 1731.00 (Bir yüz oyuz bir) manat) 24 İyun 2023-cü iltarixdə ödənilmişdir. Həmən ayın 27 tarıxındə iddiaçının nümayəndəsi Rafıq tərəfmdən (faktiki olaraq mexanizmin sahibi kimi təqdim olunan) zəng olunaraq növbəti ödənişlərin ay sonuna kimi aparılması tələb olunmuşdur. Cavab olaraq onun nəzərinə bir daha çatdırılmışdır ki, hesabat dövrü müvafıq ayın 19-u tarıxıdır və növbəti ödənişin iyul ayı ərzində olacaqdır. Bundan sonra mexanizmi çıxaracağını bildirərək faktiki olaraq 1 gün sonra 28 iyun 2023-cü il tarıxdən etibarən ekskovatoru tikinti sahəsindən aparmışdır. Araşdırmamız nəticəsində məlum olmuşdur ki, müvafıq ekskovator əvvəlcədən planlaşdırılmış şəkildə birbaşa başqa tikinti sahəsinə bağlanmış müqaviləyə uyğun aparılmışdır. İddiaçı tərəfı ilə bağlanmış müqavilənin 6-cı bəndinin 6.2 maddəsinə uyğun olaraq müqavilənin şərtlərinin dəyişdirilməsi və ya müqaviləyə xitam verilməsi üçün qarşı tərəfə ən azı 30 gün əvvəlcədən rəsmi xəbərdarlıq edilməlidir. Hər bir tikinti sahəsinin iş prosesləri ərazidə olan mexanizimlərin komplekləşdirilməsi nəticəsində aparılır. Müvafıq ekskovatorun effekli işləməsini təmin etmək üçün məlız həmən ekskovatura bağlı bir frontal yükləyici, üç ədəd özüboşaldan avtomobil, bir ədəd avtoqrayder və bir ədəd silindir tikinti s'ahısində işləyirdilər. Belə ki ekskovatorun yüklədiyi qrunt özüboşaldanlarlə tikinti sahəsinə gətirildikdən sonra göstəriləıı mcxanizimlor müvafıq qruntu yayaraq kiploşdirir. Buna görə də ekskovator tikinti sahəsini tərk ctdikdən sonra göstərilən maşın və mexanizimlər işsiz qalmışdır. Bu da Avtoqreyder üçün gündəlik 566.40 azn, silindir tiçün 285.90azn , frontal yükləyici iiçün 242.30 azn və 3 ədəd özüboşaldan avtomaşınlar üçün 692.30 azn (hər bir özüboşaldan üçün 230.77 azn MMC-yə ziyan doymişdir. Tikinti sahəsino ycni ckskovatorun gətirilməsi (Bakı şəhərindən) ən azı 10 gün olduğunu, əlavə daymana 2500 azn xərc çəkildiyini və həmən ckskovatoru cəmi 45 gün əvvəl Laçın şəhərindən 35 km məsafəyə gətirilməsi üçün ərazidoki daymana tərəfımizdən 400 manat nağd pul verildiyini də nəzərə alsaq iddiaçı tərəfindən bizə 20769 manat ziyan vurulmuşdur. Əlavə olaraq bildirmək istəyirik ki, tikinti işlərinin aparılması üçün bağlanmış müqaviləyə əsasən tikinti işlərinin hərbi əhəmiyyətli olduğunu və 30 ildən artıq torpaqlarımızı işğal altında saxlayan Ermənistan silahlı qüvvələrinin bir daha torpaqlarımıza daxil olmasının qarşısını alan silahlı qüvvələrimizin təminat yollarının olduğunu nəzərə alsaq tikinti sahəsindən əvvəlcədən xəbərdarlıq etmədən mexanizmlərin çıxarılması qəbuledilməzdir. "xxxx" MMC ilə iddiaçı "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli AZT/SHB/1605 nömrəli xidmət müqavilə 1 il müddətinə imzalanmışdır. Müqavilənin 6 ci maddəsinin 6.2 bəndi məhz bir il müddətinə şamil olunur və hər hansı bir dəyişiklik mütləq 6.2-ci bəndə uyğun olaraq icra olunmalıdır. Əvvəlki etiraz məktubumuzda göstərdiyimiz müqavilələrə uyğun olaraq bir daha qeyd etmək istəyirik ki, məhz tikinti sahəsindən ekskovatorun çıxarılması ilə tikiti prosesi pozulmuş və gostərdiyimiz mexanizimlər boş dayanmışdır. Bu da boşdayanmalara görə əlavə ödənişlərə (etiraz məktubunda göstərilən) və zərərə səbəb olmuşdur. Etiraz məktubunda göstərilən müqavilələrin həqiqiliyini təsdiq edən may, iyun, iyul ayları üçün elektron qaimələri və onlara uyğun olaraq pul vəsaitinin ödənişlərini təsdiq edən sənədləri əlavə edilmiş qoşmalarda sizə gondəririk. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin direktoru X3 etiraza uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi sistemə ərizə yükləyərək işə onların iştirakı olmadan baxılmasını və tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış müqavilədən görünür ki, icraçı müqavilənin qüvvədə olduğu müddət ərzində sifarişçinin tapşırığına əsasən Laçın rayonu ərazisində sifarişçinin tapşırdığı yerdə ekskavator yükləyici ilə qazıntı və torpaq işlərini icra etməyi, sifarişçi isə icraçı tərəfindən icra edilmiş işi təhvil alıb müqabilində müqavilə ilə müəyyən edilmiş xidmət haqqını icraçıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.2-ci maddəsinə əsasən, müqavilə üzrə ödəniş gecikdirildikdə Sifarişçi gecikdirilmiş hər gün üçün ödənilməli olan məbləğin 1 faizi miqdarında İcraçıya cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixli EBDJ seriyalı 049770 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə 12253,67 manat məbləğində xidmət təhvil vermişdir. xx.xx.2023-cü il tarixli EBDH seriyalı 015736 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə 7034,51 manat məbləğində xidmət təhvil vermişdir. xx.xx.2023-cü il tarixli, 01413 nömrəli X2nda iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC 200 manat mediasiya xərci ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 752.1 və 467-ci maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X2nda tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X2nda üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, sifarişçi Cavabdeh MMC-nin tapşırığına əsasən icraçı İddiaçı MMC-nin ekskavatorunun torpaq və qazıntı işləri görməsi, sifarişçinin isə bunun müqabilində icraçıya xidmət haqqını ödəməsi ilə bağlı tərəflərin arasında xx.xx.2023-cü il tarixdə xidmət müqaviləsi bağlanmış və İddiaçı MMC tərəfindən 19288,18 manat məbləğində iş görülüb təhvil verilmiş, Cavabdeh MMC isə borcun bir hissəsini ödəsə də, 14017,18 manat məbləğində vəsaiti ödəməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının 14017,18 manat əsas borc və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində vəsaitin cavabdehdən tutulması hissəsində tələb əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 582,82 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə cavabdehin etirazda istinad etdikləri ilə bağlı qeyd edir ki, Cavabdeh MMC-nin ziyanın tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Odur ki, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh MMC-dən 14017,18 manat məbləğində əsas borc, 582,82 manat cərimə borcu, cəmi 14600 manat və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində vəsait tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 14017,18 manat məbləğində əsas borc, 582,82 manat cərimə borcu, cəmi 14600 manat və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində vəsait tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar