Məhkəmə qərarları › İş №e-2-2(113)-4539/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4539/2025

12.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4539/2025 12.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Elektrikquraşdırma müəssisəsinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Elektrikquraşdırma müəssisəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, NEO CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 177.000 (yüz yetmiş yeddi min)anat pulun və ödənilmiş 467 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçı "xxxx" Müəssisəsinə (VÖEN: **********) verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sisteminə barışıq sazişi təqdim etmiş, onun təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş, 07 avqust 2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər Biz, bir tərəfdən iddiaçı Elektrikquraşdırma Müəssisəsi (bundan sonra: iddiaçı) və digər tərəfdən Cavabdeh (bundan sonra: cavabdeh) Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatında olan 2-2(113)-4539/2025 saylı kommersiya işi üzrə aşağıdakılar barədə ümumi razılığa gələrək bu sazişi bağlayırıq:

1. Cavabdeh iddiaçıya ödəməli olduğu 177000 (yüz yetmiş yeddi min) manat məbləğində puldan 50000 (əlli min) manatını iddiaçıya ödəmişdir.

2. Cavabdeh öhdəsinə götürür ki, iddiaçıya 127000 (yüz iyirmi yeddi min) manat məbləğində pulu hər ay 21167 (iyirmi bir min yüz altmış yeddi) manat olmaqla, 06 (altı) ay müddətinə ödəyəcək.

3. İddiaçı öz öhdəsinə götürür ki, cavabdehin bank hesablarının üzərinə qoyulmuş həbsin götürülməsi ilə əlaqədar İcra İdarəsinə müraciət edəcəkdir.

4. Tərəflərdən hər hansı biri gələcəkdə barışıq sazişinin şərtlərini icra etmədiyi halda tərəflər barışıq sazişinin mıcburi icrası üçün məhkəməyə müraciət edə bilərlər. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Elektrikquraşdırma müəssisəsi ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunda olan 07 avqust 2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin: Biz, bir tərəfdən iddiaçı Elektrikquraşdırma Müəssisəsi (bundan sonra: iddiaçı) və digər tərəfdən Cavabdeh (bundan sonra: cavabdeh) Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatında olan 2-2(113)-4539/2025 saylı kommersiya işi üzrə aşağıdakılar barədə ümumi razılığa gələrək bu sazişi bağlayırıq:

1. Cavabdeh iddiaçıya ödəməli olduğu 177000 (yüz yetmiş yeddi min) manat məbləğində puldan 50000 (əlli min) manatını iddiaçıya ödəmişdir.

2. Cavabdeh öhdəsinə götürür ki, iddiaçıya 127000 (yüz iyirmi yeddi min) manat məbləğində pulu hər ay 21167 (iyirmi bir min yüz altmış yeddi) manat olmaqla, 06 (altı) ay müddətinə ödəyəcək.

3. İddiaçı öz öhdəsinə götürür ki, cavabdehin bank hesablarının üzərinə qoyulmuş həbsin götürülməsi ilə əlaqədar İcra İdarəsinə müraciət edəcəkdir.

4. Tərəflərdən hər hansı biri gələcəkdə barışıq sazişinin şərtlərini icra etmədiyi halda tərəflər barışıq sazişinin mıcburi icrası üçün məhkəməyə müraciət edə bilərlər. Elektrikquraşdırma müəssisəsinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar