Məhkəmə qərarları › İş №e-2-2(113)-4563/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4563/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4563/2024 08.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: rabitə xidməti) X4 Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, İdddiaçı İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək manat məbləğində 77855,10 manat məbləğində əsas borc və 14013,91 manat məbləğində ƏDV – yekun olaraq 91869,01 manatın, gecikdirilməyə görə 37850,03 manat dəbbə pulunun, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə ödənilmiş 320 manatın və 420 manat dövlət rüsumunun ödənilməsinə görə Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 05 fevral 2021ci il tarixli HİS-05-21 saylı və 26 aprel 2023-cü il tarixli 22 saylı xidmət müqavilələri imzalanmışdır. Həmin müqavilələr üzrə İddiaçı Cavabdehnə müəyyən olunmuş xidmətləri göstərməyi, öz növbəsində Cavabdeh isə İddiaçınə müqavilələr üzrə razılaşdırılmış xidmətlərin dəyərini ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Belə ki, iddiaçı 5 fevral 2021-ci il tarixli HİS-05-21 saylı xidmət müqavilənin 1-ci bəndində və 26 aprel 2023-cü il tarixli №22 saylı xidmət müqaviləsinin 1-ci bəndində Cədvəl №1-də və görülmüş işlərin təhvil-təslim aktında nəzərdə tutulmuş xidmətləri lazımınca və vaxtında icra etmişdir. Bu xidmətlərin müqabilində 1. xx.xx.2023-cü il tarixli EBCN 635634 nömrəli elektron faktura-qaiməyə əsasən 32258,84 manat; 2. xx.xx.2023-cü il tarixli EBDF 687148 nömrəli elektron faktura-qaiməyə əsasən 3489,38 manat; 3. xx.xx.2023-cü il tarixli EBDİ 195214 nömrəli elektron faktura-qaiməyə əsasən 14563,74 manat; 4. xx.xx.2023-cü il tarixli EBDK 746551 nömrəli elektron fakturaqaiməyə əsasən 19191,52 manat; 5. xx.xx.2023-cü il tarixli EBDP 315868 nömrəli elektron faktura-qaiməyə əsasən 21240 manat 6. xx.xx.2023-cü il tarixli EBDP 393492 nömrəli elektron faktura-qaiməyə əsasən 16461 manat – cəmi 107204,48 manat məbləğində kreditor borc yaranmışdır. Yuxarıda qeyd olunan borca münasibətdə Cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2024- cü il tarixində 5000 ( beş min) manat məbləğində əsas borc və xx.xx.2024-cü il tarixində 900 ( doqquz yüz) manat məbləğində ƏDV ödənişi həyata keçirilmişdir. İddiaçı tərəfindən müqavilələr üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmiş, lakin cavabdeh “Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müəyyənləşdirilmiş 77855,10 (yetmiş yeddi min səkkiz yüz əlli beş manat on qəpik) manat məbləğində əsas borc və 14013,91 (on dörd min on üç manat doxsan bir qəpik) manat məbləğində ƏDV ödənilməmişdir. xx.xx.2023-cü il tarixindən yaranmış borcun ödənilməməsinə görə iddiaçı şirkət digər şirkətlər qarşısında götürdüyü öhdəliklərini (mal-materialın alınması, xidmətlərin göstərilməsi, işçilərin əmək haqqlarının ödənilməsi) vaxtında və lazımınca yerinə yetirə bilməmiş və buna görə də iddiaçıya qarşı ayrı-ayrı məhkəmələrdə dəymiş ziyan ödənilməsi və digərəsaslarla iddialar qaldırılmışdır. Əlavə olaraq bildiririk ki, 26 aprel 2023-cü il tarixli №22 saylı müqavilənin 8.2-ci bəndinə əsasən sifarişçi öz öhdəliyinin icrasını gecikdirdiyi təqdirdə hər gecikdirilən gün üçün aylıq xidmət haqqının 0.1 faizi həcmində məsuliyyət daşıyır. Buna müvafiq olaraq xx.xx.2023-cü il tarixindən gecikdirilən ƏDV daxil 91869,01 manat borca uyğun olaraq 37850,03manat dəbbə pulu hesablanmışdır. Həmçinin İddiaçı hazırki mübahisənin həlli ilə bağlı 320 (üç yüz iyirmi) manat xərc ( vəkilə ödənilmiş xidmət haqqı), 420manat dövlət rüsumu və digər xərclər çəkmişdir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

8. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 05 fevral 2021-ci il tarixli HİS- 05-21 saylı icarə müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1-ci bəndinə əsasən Müqaviləyə əsasən, Tırtıllı Ekskavator JS330LC markalı texnika ( 2012-ci il buraxılışlı,AZ 10-X-643 dövlət qeydiyyat nişanlı və AZ 10-X060 dövlət qeydiyyat nişanlı ) (şpımtvuranla birgə) Müqavilə obyektinin təyinatına uyğun işlərini yerinə yetirməyi, icarədar isə bunun müqabilində İcarəyəverənə, cədvəldə qeyd edilmiş xidmət haqqını (28 iş günü üçün vergi xaric olmaqla 15 500 manat və 7000 manat) ödəməyi öz öhdəsinə götürür. - 4.2-ci bəndinə əsasən sifarişçi müqavilənin qüvvədə olduğu müddətdə, xidmət haqqının vaxtında dənilməsini təmin edir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

9. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 26 aprel 2023-cü il tarixli 22 saylı xidmət müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1-ci bəndinə əsasən əsasən “icraçı” ona məxsus olan və 1 saylı cədvəldə əks olunmuş texnikaları (1 ədəd ekskovator JCB JB330 (Şpuntla) 10X060 dövlət qeydiyyat nişanlı və 1 ədəd ekskovator JCB JB330 (Koşuşla) 10X060 dövlət qeydiyyat nişanlı) «sifarişçi»- yə xidmət göstərməyə verir, “Sifarişçi" isə Texnikaları təyinatı üzrə istifadə edib, “İcraçi"ya xidmət haqqı ödəyir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

10. İddiaçı ilə cavabdeh arasında imzalanmış üzləşmə aktından görünür ki, xx.xx.2024-cü il tarixində iddiaçının cavabdehə olan borcu 91869,01 manat təşkil edir.

11. “X5" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 22 nömrəli, xx.xx.2023-ci il tarixli xidmət müqaviləsinə əsasən nəqilyyat vasitələri və xüsusi texnikaların "X3" MMC-nin tikinti obyektlərində işləməsi barədə tabeldən görünür ki, 2023-cü ilin avqust ayı üçün 280 iş saatına görə 18000 manat,2023-cü ilin iyun ayı üçün 253 iş saatına görə 16264 manat,2023-cü ilin may ayı üçün 192 iş saatına görə 12343 manat,2023-cü ilin aprel ayı üçün 46 iş saatına görə 2957,1 manat borc müəyyən olunmuşdur. Tabel hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

12. İddiaçı tərəfindən cavabdehə ebcp 393492 nömrəli xx.xx.2023-cü il tarixli 16461 manat, EBDP 315868 nömrəli xx.xx.2023-cü il tarixli 21240 manat,EBDİ 195214 nömrəli xx.xx.2023-cü il tarixli 14564,74 manat,EBDK 746551 nömrəli xx.xx.2023-cü il tarixli 19191,52 manat,EBDF 687148 nömrəli xx.xx.2023-cü il tarixli 3489,38 manat,EBCN 635634 nömrəli xx.xx.2023-cü il tarixli 32258,84 manat məbləğin elektron qaimələr göndərilmişdir.

13. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilərək cavabdehdən müqavilə üzrə öhdəliklərin pozulması nəticəsində yaranmış borcun 5 gün müddətində ödənilməsi trələb edilmişdir.

V. Tətbiq edilən hüquq:

14. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

15. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

16. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

17. . Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

18. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

19. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında icarə müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə müqavilədə göstərilmiş texnikanı cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh icarə (xidmət) haqqını vaxtında ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin 05 fevral 2021-ci il tarixli HİS- 05-21 saylı və 26 aprel 2023-cü il tarixli 22 saylı icarə (xidmət) müqavilələri üzrə İddiaçı MMC -yə olan cəmi borcu 91869,01 manat təşkil edir.

20. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin mübahisəli icarə müqaviləsi üzrə icarəyə verilmiş nəqliyyat vasitələrinə görə icarə haqqını ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının icarə haqqının ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehdən ümumilikdə 91869,01 manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir.

21. Bundan əlavə iddiaçı kredit razılaşması üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə Cavabdeh MMC-yə hesablanmış 37850,03 manat məbləğində cərimə (dəbbə) pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

22. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı iddia ərizəsində göstərilən məbləğdə dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

23. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

24. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdeh lərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından 3892,75 manat məbləğində müəyyən edilməlidir.

25. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 420 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

26. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 378 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

27. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə (müvafiq qəbz iş materiallarına əlavə edilmişdir) cavabdehdən 320 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 91869,01 (doxsan bir min səkkiz yüz altmış doqquz manat bir qəpik) manat əsas borc, 3892,75 ( üş min səkkiz yüz doxsan iki manat yetmiş beş qəpik) manat dəbbə pulu, hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manat və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 378 manat məbləğində dövlət rüsumu, cəmi 96459.76 manat cavabdehdən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar