Məhkəmə qərarları › İş №e-2-2(113)-461/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-461/2021

12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-461/2021 12.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması və s. tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu 5626.33 Azn borc ödənişinin ödənilməməsinə görə 2 faiz bəndi əlavə edilməklə bank üçot dərəcəsi ilə 6.5+2=8.5 faiz həcmidə olan 478.24 qəpik ödənilməsi təmin edilməsi, 5626.33 Azn borcun ödənilməməsinə görə illik 5 faiz həcminin, 8 aylıq müddəti üçün 281.67 qəpik maddi ziyan və ona əlavə olaraq ödənilmiş 30 azn dövlət rüsumun, cəmi 6386.24 azn ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin direktoru X2 məhkəməyə ərizə göndərərək iddiadan imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci madddəsində iddiaçının iddiadan imtina etməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Həmin Məcəllənin 261.0 və 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə hesab edir ki, iddiadan imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması və s. tələbi barədə İddiaçı MMC-nin iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar