Məhkəmə qərarları › İş №e-2-2(113)-4627/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4627/2023

20.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4627/2023 20.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022 tarixli kredit müqaviləsi üzrə 22815 manat əsas, 3037,66 manat faiz və 385,54 manat cərimə borcunun və ödənilmiş 205 manat dövlət rüsumunun tutulması sonuncudan iddiaçının xeyrinə tutulması, tələbin Cavabdeh2 məxsus olan Bakı şəhəri, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsində yerləşən 39 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi, eyni zamanda ipoteka predmeti olan mənzildə yaşayan Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 əmlakdan çıxarılması və əmlakı boşaldaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə barışıq sazişi təqdim etmişdir. Məhkəmənin baxış iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirak etməmiş, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi və cavabdehlər Cavabdeh3 və Cavabdeh2 barışıq sazişininin təsdiqlənməsini məhkəmədən xahiş etdilər. Məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 barışıq sazişininin təsdiqlənməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə barışıq sazişini mülki və mülki prosessual qanunvericiliyin tələbləri baxımından yoxlayıb hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş iddiaçı (bank qismində) ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: – Cavabdeh X2 RM/18557/88/25 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin şərtlərini tam olaraq qəbul edir. Həmin müqavilə üzrə yaranmış 22815 (iyirmi iki min səkkiz yüz on beş) manat əsas borc, 2820,87 (iki min səkkiz yüz iyirmi manat səksə yeddi qəpik) manat faiz və 385,54 (üç yüz səksən beş manat əlli dörd qəpik) manat cərimə borcunu etiraf edir; – Cavabdeh X2 ilkin olaraq 5000 (beş min) manat ödənilməklə, saziş imzalandıqdan sonra bir il ərzində hər ay üçün 400 manat, növbəti illərdə isə aylıq 700 manat olmaqla borc tam bağlanana qədər ödənişləri həyata keçirəcəyini öhdəsinə götürür; – Bank borclular tərəfindən sazişin şərtlərinə əməl ediləcəyi təqdirdə, kredit borcunun cərimə məbləğini, yəni 385,54 (üç yüz səksən beş manat əlli dörd qəpik) manatı tam güzəşt etməyi öhdəsinə götürür; – Cavabdehlər tərəfindən bu sazişin şərtlərinə əməl edilməzsə, 385,54 (üç yüz səksən beş manat əlli dörd qəpik) manat cərimə borcu bərpa edilir və qalıq borc tam olaraq ödənilir; – Cavabdehlər üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməzsə, kredit borcunu ödəməkdən yayınarsa, borcun ödənilməsi məqsədilə ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evi açıq hərracda satılır və əldə olunan vəsait hesabına yuxarıda göstərilmiş borc məbləği ödənilir, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsi mümkün olmadıqda borcun qalıq hissəsi borcludan tutulur. Ev satıldıqdan sonra borclu və onun ailə üzvləri 1 ay ərzində oranı tərk etməlidir; – Tərəflər öhdələrinə götürürlər ki, mülki mübahisə üzrə tərəflərin çəkdikləri xərclər özlərinə aid ediləcəkdir və bu barədə qarşı tərəfə qarşı hər hansı iddia irəli sürməyəcəklər; – X6 məhkəmə tərəfindən təsdiq olunduğu andan hüquqi qüvvəyə minir. Məhkəmə müəyyən edir ki, barışıq sazişini imzalayan iddiaçının nümayəndəsi X3 verilən xx.xx.2023-cü il tarixli 043 E nömrəli etibarnamədə barışıq sazişi bağlamaq səlahiyyəti verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Məhkəmə hesab edir ki, adıçəkilən barışıq sazişində tərəflərin çəkdikləri xərclərin özlərinə aid edilməsi ilə bağlı (məhkəmə xərclərinin bölüşdürülməsi barədə) razılıq ifadə edildiyindən, həmin razılığa uyğun olaraq da qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bank qismində) ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 arasında bağlanmış aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: - Cavabdeh X2 RM/18557/88/25 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin şərtlərini tam olaraq qəbul edir. Həmin müqavilə üzrə yaranmış 22815 (iyirmi iki min səkkiz yüz on beş) manat əsas borc, 2820,87 (iki min səkkiz yüz iyirmi manat səksə yeddi qəpik) manat faiz və 385,54 (üç yüz səksən beş manat əlli dörd qəpik) manat cərimə borcunu etiraf edir; - Cavabdeh X2 ilkin olaraq 5000 (beş min) manat ödənilməklə, saziş imzalandıqdan sonra bir il ərzində hər ay üçün 400 manat, növbəti illərdə isə aylıq 700 manat olmaqla borc tam bağlanana qədər ödənişləri həyata keçirəcəyini öhdəsinə götürür; - Bank borclular tərəfindən sazişin şərtlərinə əməl ediləcəyi təqdirdə, kredit borcunun cərimə məbləğini, yəni 385,54 (üç yüz səksən beş manat əlli dörd qəpik) manatı tam güzəşt etməyi öhdəsinə götürür; - Cavabdehlər tərəfindən bu sazişin şərtlərinə əməl edilməzsə, 385,54 (üç yüz səksən beş manat əlli dörd qəpik) manat cərimə borcu bərpa edilir və qalıq borc tam olaraq ödənilir; - Cavabdehlər üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməzsə, kredit borcunu ödəməkdən yayınarsa, borcun ödənilməsi məqsədilə ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsində yerləşən 39 nömrəli fərdi yaşayış evi açıq hərracda satılır və əldə olunan vəsait hesabına yuxarıda göstərilmiş borc məbləği ödənilir, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsi mümkün olmadıqda borcun qalıq hissəsi borcludan tutulur. Ev satıldıqdan sonra borclu və onun ailə üzvləri 1 ay ərzində oranı tərk etməlidir; - Tərəflər öhdələrinə götürürlər ki, mülki mübahisə üzrə tərəflərin çəkdikləri xərclər özlərinə aid ediləcəkdir və bu barədə qarşı tərəfə qarşı hər hansı iddia irəli sürməyəcəklər; - X6 məhkəmə tərəfindən təsdiq olunduğu andan hüquqi qüvvəyə minir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar