Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4654/2024 03.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X2, İddiaçı Cavabdehnə qarşı borc tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək “Az-İn saat" MMC (direktoru X3) ilə onun arasında bağlanmış xidmət müqaviləsinin şərlərini kobud şəkildə pozaraq hər ay ödəniləcək əmək haqqını ödəmədiyi üçün borclu olduğu 55000 manat borcun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa hakimin icraatında iş olduğundan ərizənin qəbulundan imtina edilməlidir. Çünki eyni tələb üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi X1 icraatında iş vardır. Belə ki, həmin iş üzrə iddiaçı tələbində “Az-İn saat" MMC (direktoru X3) ilə onun arasında bağlanmış xidmət müqaviləsinin şərlərini kobud şəkildə pozaraq hər ay ödəniləcək əmək haqqını ödəmədiyi üçün borclu olduğu 55000 manat borcun və 20000 manat zərərin, cəmi 75000 manatın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, hazırda isə iddia tələbi həcmini azaltmışdır. Lakin iddiaçı ərizəni həmin iş üzrə elektron kabinetə yerləşdirmək əvəzinə, ayrıca iddia ərizəsi formasında Elektron Məhkəmə informasiya sisteminə yerləşdirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa hakimin icraatında iş olduğuna görə hesab edirəm ki, iddiaçının hazırkı ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268 və 269–cu maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdehnə qarşı borc tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4654/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4654/2024
03.07.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver