Məhkəmə qərarları › İş №e-2-2(113)-470/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-470/2023

26.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-470/2023 26.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının qanuni təmsilçisi X6, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (X16 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, A.Məmmədov küçəsində inşa edilmiş 1 girişli yaşayış binasında yerləşən 1.400 kv.m. (o cümlədən binanın 6-cı mərtəbə yerləşən sahəsi 138 kv.m. 3 otaqlı, sahəsi 97 kv.m. olan 2 otaqlı mənzil, 8-ci mərtəbəsində yerləşən sahəsi 106 kv.m. olan 2 otaqlı mənzil, 10-cu mərtəbədə yerləşən hər birinin sahəsi 138 kv.m. 2 ədəd 3 otaqlı, 90 kv.m. 2 otaqlı mənzil, 14-cü mərtəbəsində yerləşən sahəsi 106 kv.m. olan 2 otaqlı, sahəsi 97 kv.m. olan 2 otaqlı, sahəsi 98 kv.m. olan 2 otaqlı mənzilin) yaşayış sahəsinin İddiaçı MTK-ya təhvil verilməsinə, həmçinin mediasiya xidməti və dövlət rüsumu üçün ödənilmiş 100 manat cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tikinti aparan olaraq, tikinti layihə sahibi İddiaçı MTK arasında 20 may 2014-cü il tarixdə podrat müqaviləsi, daha sonra da həmin müqavilədən irəli gələn razılaşmaya əlavə olaraq 27 may 2015-ci il tarixdə “Hündür mərtəbəli yaşayış binasının tikintisinə dair” əməkdaşlıq müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən İddiaçı MTK özünə aid olan bir bloklu binanın tikinti layihənin reallaşdırılmasını Cavabdeh MMC-yə həvalə edir, Cavabdeh MMC ona həvalə edilmiş Bakı şəhəri, A.Məmmədov küçəsində təsdiq edilmiş layihə əsasında çoxmərtəbəli 1 girişli yaşayış binasının tikilməsini və ona güzəşt edilmiş tikinti layihə sahələrin əvəzində İddiaçı MTK-ya 1.400 kv.m. yaşayış sahəsinin verilməsini öhdəsinə götürmüşdür. Podrat müqaviləsinin 2.1-ci bəndinə əsasən, adıçəkilən 19 mərtəbəli yaşayış binasının tikintisini Cavabdeh MMC bu müqavilə təsdiq edildiyi tarixdən 3 il 6 ay müddətində geç olmayaraq başa çatdırılmasını, müqavilənin 3.1- ci bəndində tikiləcək binanın yaşayış və qeyriyaşayış sahələrinin 50%-ni İddiaçı MTK-ya verəcəyini, 3.7-ci bəndində isə sərəncamla sifarişçiyə ayrılmış bir girişli binanın tikintisinin hazır vəziyyətə gətirilməsi ilə əlaqədar digər bütün işləri Cavabdeh MMC-nin öhdəliyinə aid edilmişdir. Tərəflər arasında 27 may 2015ci il tarixdə bağlanmış “Hündür mərtəbəli yaşayış binasının tikintisinə dair” əməkdaşlıq müqaviləsinin 2.1-ci bəndində qeyd edilən razılaşma şərtinə əsasən İddiaçı MTK-ya podrat müqaviləsində veriləcəyi müəyyən edilmiş tikilinin 50 %-i, konkret sahə ilə ifadə edilməklə azaldılıb 1.400 kv.m. yaşayış sahəsinin verilməsi ilə razılaşdırılmışdır. Bu razılaşdırılmış sahəyə podrat müqaviləsi bağlanılana kimi keçmiş müddətlərdə İddiaçı MTK tərəfindən barəsində müqavilə bağlanmaqla özgəninkiləşdirilmiş mənzillər daxil edilməklə, nəzərə alınmışdır. Çünki podrat müqaviləsində sonrakı sahələrin satılması hüququ Cavabdeh MMC-yə ötürülmüşdür. Verilməli olan sahələr aşağıdakı kimi müəyyən edilmişdir. 6-cı mərtəbə yerləşən sahəsi 138 kv.m. 3 otaqlı, sahəsi 97 kv.m. olan 2 otaqlı mənzil, 8-ci mərtəbəsində yerləşən sahəsi 106 kv.m. olan 2 otaqlı mənzil, 10-cu mərtəbədə yerləşən hər birinin sahəsi 138 kv.m. 2 ədəd 3 otaqlı, 90 kv.m. 2 otaqlı mənzil, 14-cü mərtəbəsində yerləşən sahəsi 106 kv.m. olan 2 otaqlı, sahəsi 97 kv.m. olan 2 otaqlı, sahəsi 98 kv.m. olan 2 otaqlı mənzilin hər birinə öncədən MTK tərəfindən müqavilələr yazılmışdır. Verilməsi razılaşdırılmış 1.400 kv.m. mənzil sahəsindən yerdə qalan hissəsinə də İddiaçı MTK-nın icraçı direktoru Müslət Nəcəfovun ölümündən sonra Cavabdeh MMC tərəfindən onun həyat yoldaşı X7 adına yazılıb verilmişdir. Lakin qeyd olunan sahələrin verilməsini cavabdeh müxtəlif bəhanələrlə təmin etmir. Bu müddətlər ərzində müqavilə öhdəliklərinə vaxtında və lazımı qaydada icra edilməsi cavabdehə dəfələrlə təklif olunsa da nəticəsi olmamışdır. Tərəflər arasında tikinti və sahələrin bölgüsü ilə bağlı mövcud podrat və əməkdaşlıq müqavilə münasibətlərindən irəli gələn və iddiaçıya verilməsi cavabdehin öhdəliyinə daxil edilmiş, tikintidən 1.400 kv.m. yaşayış sahəsi cavabdehdən tam şəkildə tələb olunmalıdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X16 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi X11 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. N.İsmayılov izahatında həmçinin bildirmişdir ki, mübahisəli tikintinin aparıldığı torpaq sahəsini İddiaçınə verən Cəlil Əliyevdir. Torpaq sahəsi C.Əliyevin istifadəsində idi. Torpaq sahəsi sərəncam əsasında C.Əliyevə verilib, sonradan onlara verilib. İddiaçı müqavilə əsasında "xxxx" MTK ilə müqavilə bağlayıb və layihələri hazırlayıb, daha sonra həmin layihələri təsdiqləmişlər, su və qaz xəttini ərazidən köçürmüşlər. Daha sonra işıq sisteminin texniki şərti iddiaçı tərəfindən alınıb. Binanın (5-ci blokun) katlavanı qazılıb, geodeziya işləri görülüb. Bu gördükləri işlərin cavabdehə təhvil verilməsi barədə sübutları yoxdur. Binanın tikintisi ilə bağlı tərəflərindən Dövlət Vergi orqanlarına vergi ödənilib. 2015-ci ildən cavabdeh binada mənzillər satıb. 2020-ci ildə binaya qazın verilməsi üçün təhvil aktını onlar almışlar. 2020ci ildə yoxlama aparılıb, baxış keçirilib. Binaya işıq və su verilməsi də onların xidmətləridir. Eyni zamanda kommunal xərclər üzrə onlar ödəniş etmişlər. Bununla bağlı qəbzlər var. N.İsmayılov məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, binanın 4 bloku bir-birinə bitişik yerləşir. Mübahisəsi gedən axırıncı – 5-ci blok sonradan tikilib və evə bitişik deyil. Binanın 4 bloku tərəflərindən tikilmiş, 5-ci blokun tikilməsi ilə bağlı cavabdeh ilə müqavilə bağlamışlar. Tikinti işləri fərqli şəxslər tərəfindən aparılıb. Əvvəl İlham adlı şəxs binanın təməlini qazıb. Sonra 2012-2013-cü ildə maddi problemlər olması ilə bağlı tikinti işləri dayandırılıb. Sonra su və qaz xətti məsələsi həll edilib. Daha sonra başqa şirkət ilə danışıqlar gedib və layihə hazırlanıb. Artıq qazılmış vəziyyətdə, 2014-cü ildə Cavabdeh ilə podrat müqaviləsi bağlanıb və daha sonra üçtərəfli müqavilə bağlanıb. Üçtərəfli müqavilə əsasında onlar tərəfindən sərəncam təqdim edilib, layihə hazırlanıb, FHN-dən rəylər alınıb, katlavan qazılmışdır. Onların tikintini aparmaq hüquqları olmadığı üçün tikintinin aparılması cavabdehə tapşırılmışdır. Təməl işlərinin tərəflərindən aparılmasını təsdiq edən sübutları yoxdur. Mübahisəli müqaviləyə əsasən onlara heç bir yaşayış sahəsi təhvil verilməyib. Onlar birinci podrat müqaviləsi əsasında pay almalı idilər. Üçüncü şəxs ilə müqavilə bağlamaqlarının səbəbi ondan ibarətdir ki, Cəlil Əliyev cavabdehin özündən payını almaq istəyirdi. Torpaq sahəsinin ayrılması ilə bağlı sərəncam mövcuddur. xx.xx.2014-cü il tarixdə bağlanan əməkdaşlıq müqaviləsi əsasında onların mənzil satmaq hüquqları yox idi. Mənzilləri 2014-cü ildən əvvəl satmışlar. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 izahatında bildirimişdir ki, əməkdaşlıq müqaviləsi üzrə iddiaçının üzərinə düşən öhdəlik icra edilməyib. M.İsmayılov məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, tərəf öhdəliklərini yerinə yetirməyib. Layihə təqdim edilməyib. Onlar podrat müqaviləsi üzrə tikintiyə başlayan vaxtı tikili mövcud olmamış, həmin vaxt sahədə qaz borusu keçirdi. Əməkdaşlıq müqaviləsi podrat müqaviləsinin davamı idi. Layihələndirmə işlərini onlar həyata keçirmişlər. Layihə onların sifarişləri əsasında hazırlanıb. Müqaviləni pozmaqlarının səbəbi o idi ki, qarşı tərəfə 5-ci blokun tikilməsi ilə bağlı icazə verilməmişdir. İddiaçı sərəncamda “dörd” blok sözünü “beş” sözünə dəyişdirmişdir. Onlar da icazənin alınması üçün müstəqil müraciət emişlər¸öz adlarına sərəncam almışlar. İddiaçı qeyri-qanuni layihə hazırlayıb və həmin qanunsuz layihə əsasında müqavilə bağlanıb. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin qanuni təmsilçisi X3 izahatında iddia tələbini qəbul etmədiklərini bildirərək qeyd etmişdir ki, binanın inşası ilə bağlı Cavabdehnə sərəncam verilib. İddiaçı MTK-nın qeyd etdiyi 5-ci blok yoxdur, onların tikdikləri bina birgirişlidir. Tikinti başa çatıb, mənzillər satılıb və payçılar onlara düşən payı alıblar. 4 ədəd binanı İddiaçı MTK tikib, 1 binanı isə onlar inşa etmişlər. C.Məmmədov məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, ilkin razılaşma zamanı İddiaçı MTK Cavabdeh MMC-ni aldadıb. Sərəncamda 4 bloku silib 5 edib. Daha sonra tikinti işlərinin aparılması üçün onlara sərəncam verilib. 2016-cı ildə layihəni onlar sərəncam əsasında hazırlayıb, təsdiq etmişlər. İddiaçı onların xəbərləri olmadan Fövqəladə Hallar Nazirliyinə müraciət alıb və öz adına rəy alıb. Tikinti sərəncam əsasında 2016-cı ildə başlayıb. Sərəncamda binanın layihələnməsi ilə bağlı göstəriş yer alıb. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X16 izahatında bildirmişdir ki, əvvəl mübahisəli torpaq sahəsində ona məxsus yarımçıq tikili var idi. Lakin torpaq sahəsi mülkiyyətində deyildi və bu səbəblə əmlakı tikməyə davam etmədi. Daha sonra İddiaçınə əmlakın tikintisini yekunlaşdırması üçün müqavilə bağlamağı təklif etdi. Aralarındakı razılığa əsasən inşa edilən mənzillərin bir hissəsi ona verilməli idi. Müqavilə bağladıqdan sonra İddiaçı köhnə rəhbəri Rüfət adlı şəxs ona dedi ki, torpaq sahəsi ona aid deyil və Cavabdeh torpağı özəlləşdirib. C.Əliyev məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, müqavilə üzrə ona binada yaşayış sahəsi verilməyib. Ona şifahi olaraq bildirilmişdi ki, Cavabdeh MMC torpaq sahəsini mülkiyyətinə keçirib və bu səbəblə onlara heç nə çatmayacaq. MTK-nın sədri ona bildirmilşdir ki, torpaq sahəsinə dair hüququ olmadığından ona heç nə verilməməlidir. O, torpaq sahəsini ƏMDX-nin hərracında əldə etmişdir. Sonradan tikinti aparması üçün əmlakı iddiaçıya vermişdir. Üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1994-cü il tarixli 1119 nömrəli torpaq sahəsinin ayrılması haqqında sərəncamı ilə “Azərelektroterm” Birliyinin məktubu nəzərə alınaraq, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonun şimal-şərq hissəsində çoxmərtəbəli yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahəsində 2 ədəd 18 mərtəbəli yaşayış evinin əvəzinə 267 nömrəli orta məktəbin şimal-qərb hissəsindəki ərazidə dörd (5) bloklu 18 mərtəbəli yaşayış evinin layihələşdirilməsi və tikintisinə icazə verilmiş və binanın yerləşdirilməsi üçün əlavə torpaq sahəsi ayrılmışdır. İddiaçı (sifarişçi) ilə Cavabdeh (podratçı) arasında xx.xx.2014-cü il tarixli podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 1119 saylı sərəncamı ilə İddiaçı MTK-ya verilmiş Bakı şəhəri, A.Məmmədov küçəsində təsdiq edilmiş layihə əsasında çoxmərtəbəli 1 girişli yaşayış binasının Cavabdeh MMC tərəfindən tikilməsi və təhvil verilməsi nəzərdə tutulur. 2.1-ci bəndinə əsasən təsdiq edilmiş layihə əsasında 1 girişli, 19 mərtəbəli yaşayış binasının tikintisinin Cavabdeh MMC tərəfindən tərəflər arasında hazırki müqavilə təsdiq edildiyi vaxtdan 10 gündən gec olmayaraq başlanılması, 3 il 6 aydan gec olmayaraq başa çatdırılması nəzərdə tutulur. 2.2-ci bəndinə əsasən podratçının fəaliyyəti üçün İddiaçı MTK ona bütün sənədləri, o cümlədən layihə-smeta sənədlərinin tikinti sahəsini təqdim etməyi, tikintinin başlanıb aparılması üçün şərait yaradılmasını öhdəsinə götürür. 2.3-cü bəndinə əsasən mənzil və qeyri yaşayış sahəsinin satışı yalnız Cavabdeh MMC-yə məxsusdur. Cavabdeh MMC maliyə əməliyyatlarını nəğd pul və ya bank hesabı ilə aparır. 2.4-cü bəndinə əsasən mənzillərin satışı maya dəyəri nəzərə alınmaqla nəğd pul, köçürmə və barter yolu ilə Cavabdeh MMC tərəfindən aparılır. İddiaçı MTK-nın mənzil satmaq hüququ yoxdur. Əgər elə hal baş verərsə həmin mənzil və qeyri yaşayış sahəsinə yazılmış müqavilə etibarsız sayılır. İddiaçı MTK-nm payına düşən mənzillər və ya qeyri yaşayış sahəsi Cavabdeh MMC tərəfindən tam yazılıb veriləndən sonra sifarişçi podratçı təşkilatının işlərinə müdaxilə edə bilməz. 3.1-ci bəndinə əsasən podratçı sifarişçinin ona təqdim etdiyi layihə sənədləri əsasında bir girişli 19 mərtəbəli binanı tam istismara yararlı vəziyyətə çatdırılmaqla tikintisini, binanın ərazisindəki abadlıq işlərini, kommunikasiya (su, qaz, kanalizasiya, elektrik) işlərini öz materiallar hesabına həyata keçirir, bunun müqabilində sifarişçi tikinti üçün öz mülkiyyətindəki torpaq sahəsinə dair sənədləri təqdim edir, bundan başqa torpaq üzrəində tikiləcək yaşayış və qeyri-yaşaış sahələrinin 50%-İ İddiaçı MTK-ya verilir. 3.7-ci bəndinə əsasən Bakı şəhər İcra Hakimiyyətinin başçısının 1119 saylı sərəncamı ilə sifarişçiyə ayrılmış bir girişli binanm tikintisini podratçı həyata keçirir və tikintinin hazır vəziyyətə gətirilməsi ilə əlaqədar digər bütün işləri öz üzərinə götürür. 5-ci bəndinə görə müqavilə imzalandığı və notarius tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir və qüvvəsini tərəflər öz öhdəliklərini tam həcmdə yerinə yetirənə kimi saxlayır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. "xxxx" MMC tərəfindən 2014-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsi, ev 10-da 5 girişli, 19 mərtəbəli yaşayış binasının 5-ci girişinin eskiz layihəsi tərtib edilmişdir. Sifarişçisi İddiaçı MTK olan ünvan 1-da layihələndirilən 18 mərtəbəli yaşayış binasının işçi layihəsi "xxxx" MMC tərəfindən 2014-cü ildə hazırlanmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu Mühəndisi-Geoloji Mərkəzi tərəfindən ünvan 1 ünvanında 2 mərtəbə yeraltı zirzəmili, 18 mərtəbəli yaşayış binasının layihələndirilməsi məqsədi ilə aparılmış mühəndis-geoloji işlər üzrə xx.xx.2015-ci il tarixli rəy tərtib edilmişdir. X16 (1-ci tərəf), İddiaçı (2-ci tərəf) və Cavabdeh MMC (3-cü tərəf) arasında xx.xx.2015-ci il tarixli hündür mərtəbəli yaşayış binasının tikilməsinə dair əməkdaşlıq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən “1-ci tərəf” ünvan 2 ünvanda yerləşən mülkiyyət hüququ tanınmış yarımçıq tikilinin tikintisini başa çatdırmaq üçün “2-ci tərəfə” və “3-cü tərəfə” təhvil verir. 1.2-ci bəndinə əsasən “3-cü tərəf” 18 ay müddətində yarımçıq qalmış beş bloklu yaşayış binasını (4 bloku əvvəlcədən inşa edilmiş), 5-ci bloku yenidən inşa edərək tikinti quraşdırma işlərinin görülməsi üçün tələb olunan xərclərin görülməsini, “2-ci tərəf”in adından dövlət qurumlarına təhvil verilməsini, istismara qəbul edilməsini öz üzərinə götürür. 1.3-ci bəndinə əsasən tikintisi başa çatdırılacaq yaşayış binasının ümumi sahəsi 14.700 kv.metr, yəni yaşayış sahəsi (mənzillər) 12.000 kv.metr, qeyri-yaşayış sahəsi 2.000 kv. metr, mansardın sahəsi 700 kv.metr təşkil edir.

2. Tərəflərin pay bölgüsü. 2.1-ci bəndinə əsasən tərəflərin hazır binanın yaşayış və qeyri yaşayış sahələrində payı aşağıdakı qaydada müəyyən edilir: “1-ci tərəf” - 3.600 kv.metr yaşayış sahəsi; “2-ci tərəf” - 1.400 kv.metr yaşayış sahəsi; “3-cü tərəf” – 7.000 kv.metr yaşayış sahəsi və 2.000 kv.metr qeyri-yaşayış sahəsi və 700 kv.mansard sahəsi. 2.2-ci bəndinə əsasən “2-ci tərəf” və “3-cü tərəf” bina tikintisi başlandığı andan “1-ci tərəf”ə payına uyğun olaraq 3.600 kv.metr yaşayış sahəsini rəsmiləşdirərək təhvil verirlər. 2.3-cü bəndinə əsasən gələcəkdə əmələ gələcək nəzərdə tutulmamış xərclər ödənilməsi üçün “1-ci tərəf” və “2-ci tərəf”in payına düşən yaşayış sahəsindən 700 kv.metr (“1-ci tərəf”in payından 400 kv.metr, “2-ci tərəf”in payında 300 kv.metr) “3-cü tərəf”in balansına verilir. Bu xərclər olmadıqda, “3-cü tərəf” qeyd olunan yaşayış sahəsini “1-ci tərəf”ə və “2-ci tərəf”ə qaytaracaq. 3.1.1-ci bəndinə əsasən “1-ci tərəf” göstərilən ünvanda hündür mərtəbəli yanmtikili yaşayış binasını tikintisini davam etdirmək üçün “3-cü tərəf”ə təhvil verir. 3.2.1-ci bəndinə əsasən “3-cü tərəf” “1-ci tərəf”ə məxsus yarımçıq tikilini inşa olunacaq hündür mərtəbəli yaşayış binasını müvafiq “inşaat norması və qaydalarına” riayət olunmaqla tikilib başa çatdırmalıdır. Müqavilə tərəflərin imzası və 2-ci və 3-cü tərəfin möhürü ilə təsdiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanmış 22 iyun 2016-cı il tarixli 1174 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən icarəyə verən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, 3169-cu məhəllə, A.Məmmədov və H.Seyidzadə küçələrinin kəsişməsində ayrılmış torpaq sahəsini 49 il müddətinə icarəyə vermişdir. Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2016-cı il tarixli 288 nömrəli Cavabdeh MMC-yə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi və şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi haqqında sərəncamı ilə Cavabdeh MMCnin xx.xx.2016-cı il tarixli, 20 saylı müraciəti nəzərə alınaraq, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, 3169-cu məhəllə, A.Məmmədov küçəsi ilə H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin MMC-yə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş istifadəyə (icarəyə) verilən torpaq sahələrinin ayrıc aktından və xx.xx.2016-cı il tarixli 16/82 saylı aktdan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 288 saylı sərəncamı ilə Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən ərazidə 0,1775 hektar yaşayış binasının tikintisinin alyihələndirilməsi üçün Cavabdeh MMC-yə verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Eskpertiza İdarəsinin xx.xx.2016-cı il tarixli ER-15/578 nömrəli ekoloji ekspertiza rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-ci mikrorayon, 3169-cu məhəllə, Adil Məmmədov və Hüseyn Seyidzadə küçələrinin kəsişməsində yerləşən 0,1775 ha torpaq sahəsinin (mövcud istifadə vəziyyətində) yaşayış binası tikintisinin layihələndirilməsi məqsədilə Cavabdeh MMC-nin istifadəsinə ayrılmasına rəydə qeyd olunan şərtlər daxilində etiraz olmamışdır (razılıq yalnız layihələndirmə işləri üçün əsasdır). Bakı şəhəri, ünvan 4 ünvanında Cavabdeh MMC tərəfindən inşa ediləcək yaşayış binasının istilik təchizatı üçün "xxxx" ASC tərəfindən xx.xx.2016-cı il tarixdə 07/146-01 nömrəli texniki şərt təsdiq edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 9-cu mikrorayon, 3169-cu məhəllə ünvanında Cavabdeh MMC tərəfindən inşa ediləcək yaşayış binasının inşaat pasportu üçün qaz təchizatı üçün SOCAR “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xx.xx.2016-cı il tarixdə 1309 nömrəli texniki şərt təsdiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər ərazisinin tikinti planlaşdırma idarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə təsdiq edilmiş 13194 nömrəli torpaq sahəsinin ayrılmasına və tikintinin layihələndirilməsinə dair inşaat pasportundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 3169-cu məhəllə, A.Məmmədov və H.Seyidzadə küçələrinin kəsişməsində inşa ediləcək yaşayış binasının sifarişçisi Cavabdeh MMC-dir. Bakı şəhəri, ünvan 4 ünvanında inşa ediləcək yaşayış binasının istehlakçının su təchizat və kanalizasiya şəbəkələrinə qoşulması üçün "xxxx" ASC tərəfindən xx.xx.2016-cı il tarixdə 04/03-3/6/13086 nömrəli texniki şərtlər təsdiq edilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ödənilmiş vergilər haqqında məlumatından görünür ki, vergi orqanında olan uçot məlumatlarına əsasən İddiaçı MTK tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr ərzində dövlət büdcəsinə 120.008 manat vergi məbləği ödənilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-960/2018 nömrəli 28 dekabr 2018-ci il tarixli hökmünə əsasən Cavabdeh MMC-nin təsisçisi və direktoru olmuş X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 213.3 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Hökmlə müəyyən edilmişdir ki, Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 7 ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ev 200 olan, Cavabdeh 'Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) (VÖEN: **********) təsisçisi olmaqla həmin cəmiyyətin direktoru vəzifəsində işləyərkən, 14 aprel 2009-cu il tarixdə təsdiq olunmuş cəmiyyətin nizamnaməsinə əsasən, maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürməklə, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmək və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.4, 16.1.6, 16.1.7, 17.3, 53.1, 71.1, 71.2, 72, 77.3, 78.1, 82, 149.1, 149.2, 149.3, 218, 219, 220 və 221-ci maddələrinin tələblərini pozaraq bəyannamə təqdim etməməklə ümumilikdə xüsusilə külli miqdar təşkil edən 1,130.377,88 manat məbləğində vergiləri vahid niyyətlə dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 X17 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli rəydən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, 3169-cu məhəllə, A.Məmmədov küçəsi ilə H.Seyidzadə küçəsinin kəsişməsində Cavabdeh MMC (İddiaçı MTK) tərəfindən inşa olunmuş 1 girişli, 2 səviyyəli, zirzəmili, 18+mansard mərtəbəli yaşayış binasının (5-ci giriş) yükdaşıyan konstruksiyaları qazın verilməsi baxımından möhkəmlik və dayanıqlıq tələblərini ödəyir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu “Bina və X4 Sınağı” Laboratoriyası tərəfindən Bakı şəhəri, 9-cu mikrorayon, A.Məmmədov 10 küçəsində yerləşən yüksək mərtəbəli binanın elektrik təchizatı sisteminin 2021-ci il tarixli müayinə protokolu tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-571/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin xx.xx.2020-ci il tarixli, 1080 nömrəli rəyində qeyd edilir ki, binanın 4 girişi inşa edilmişdir. Lakin, binanın 5-ci girişi yeni normativlərə uyğun işlənərək baxılması üçün ekspertizaya təqdim olunmuşdur. Təqdim olunan baş plana əsasən bina 18 mərtəbəlidir. Binanın planında yeraltı avtodayanacaqlar, texniki otaqlar, panduslar, 1-ci və 2-ci mərtəbələrində ticarət sahələri, giriş meydançaları, 3-17-ci mərtəbələrdə 1,2 və 3 otaqlı mənzillər, eyvanlar, texniki mərtəbəsi isə liftin maşın şöbəsi, texniki sahə və eyvan nəzərdə tutulmuşdur. Binanın 1-ci mərtəbəsi qeyri-yaşayış, 2-18+mansard mərtəbələri isə yaşayış mənzilləri kimi inşa edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 10/2977 saylı rəyində qeyd olunmuşdur ki, faktiki vəziyyətdə mövcud olan bina ilə İddiaçı MTK-nın eskiz layihəsi arasında uyğunsuzluğun mövcud olduğu, həmçinin çoxmərtəbəli yaşayış binasının "xxxx" MMC-yə məxsus eskiz layihəsinə uyğun inşa edildiyi müəyyən olunmuşdur. Eləcə də, eskiz layihəsi faktiki mövcud olan binaya uyğun gələn "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış müqavilədə cavabdehə satılan mənzilin mərtəbəliliyinin hansı qaydada müəyyən olunması (0 nöqtəsindən yuxarıda yerləşən qeyri-yaşayış sahəsinin mərtəbə olaraq nəzərə alınıb-alınmaması) barədə məlumat təqdim edilmədiyinə bu barədə də tədqiqat mümkün olmamışdır. Həmçinin, ekspert 1-ci mənzillə 2-ci mənzilin eyni olmasını da tədqiq edə bilməmişdir. Həmin rəyin tədqiqat hissəsində qeyd olunmuşdur ki, ekspert tədqiqatına təqdim edilən İddiaçı MTK-nın və "xxxx" MMC-nin eskiz layihələri müqayisə olunan zaman hər iki eskiz layihənin “Baş plan” bölməsində binanın yerləşmə vəziyyətinin, eyni zamanda “Təkrarlanan mərtəbənin planı” bölməsində mənzillərin və mənzillərin otaqlarının yerləşmə vəziyyətinin eynilik təşkil etdiyi müəyyən olundu. Lakin layihələrin “kəsik hissəsinə” baxılan zaman İddiaçı MTK-nın eskiz layihəsində ilk 4 mərtəbənin qeyri-yaşayış sahəsi, növbəti 15 mərtəbənin yaşayış mərtəbəsi olduğu, "xxxx" MMC-nin eskiz layihəsində isə ilk 3 mərtəbənin qeyri-yaşayış sahəsi, növbəti 17 mərtəbənin yaşayış mərtəbəsi müəyyən olundu. İddiaçı MTK tərəfindən pretenziya məktubu ilə Cavabdehnə müraciət edilərək müqavilədə nəzərdə öhdəliyin 10 gün müddətində yerinə yetirilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

Əsaslandırıcı hissə:

Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı (sifarişçi) ilə Cavabdeh (podratçı) arasında xx.xx.2014-cü il tarixli podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilədə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 1119 saylı sərəncamı ilə İddiaçı MTK-ya verilmiş Bakı şəhəri, A.Məmmədov küçəsində təsdiq edilmiş layihə əsasında çoxmərtəbəli 1 girişli yaşayış binasının Cavabdeh MMC tərəfindən tikilməsi və təhvil verilməsi nəzərdə tutulmuşdur. Müqavilənin şərtlərinə əsasən Cavabdeh MMC İddiaçı MTK-nın ona təqdim etdiyi layihə sənədləri əsasında birgirişli 19 mərtəbəli binanı tam istismara yararlı vəziyyətə çatdırılmaqla tikintisini, binanın ərazisindəki abadlıq işlərini, kommunikasiya (su, qaz, kanalizasiya, elektrik) işlərini öz materiallar hesabına həyata keçirməli, bunun müqabilində İddiaçı MTK tikinti üçün öz mülkiyyətindəki torpaq sahəsinə dair sənədləri təqdim etməli, bundan başqa torpaq üzərində tikiləcək yaşayış və qeyri-yaşayış sahələrinin 50%-i İddiaçı MTK-ya verilməli idi. Bundan sonra həmin binanın tikintisini başa çatdırmaq məqsədilə X16 (1-ci tərəf), İddiaçı (2-ci tərəf) və Cavabdeh MMC (3-cü tərəf) arasında xx.xx.2015-ci il tarixli hündür mərtəbəli yaşayış binasının tikilməsinə dair əməkdaşlıq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X16 ünvan 2 ünvanda yerləşən mülkiyyət hüququ tanınmış yarımçıq tikilinin tikintisini İddiaçınə və “3-Cavabdeh MMC-yə təhvil verməyi, Avro Qrand” MMC isə 18 ay müddətində yarımçıq qalmış beş bloklu yaşayış binasını (4 bloku əvvəlcədən inşa edilmiş), 5-ci bloku yenidən inşa edərək tikinti quraşdırma işlərinin görülməsi üçün tələb olunan xərclərin görülməsini, İddiaçı MTK-nın adından dövlət qurumlarına təhvil verilməsini, istismara qəbul edilməsini öz üzərinə götürmüşdür. Bunun müqabilində hazır binanın yaşayış və qeyri-yaşayış sahələri tərəflər arasında bölüşdürülməli, 3.600 kv.metr yaşayış sahəsi X13, .400 kv.metr yaşayış sahəsi İddiaçı MTK-ya, 7.000 kv.metr yaşayış sahəsi və 2.000 kv.metr qeyri-yaşayış sahəsi və 700 kv.mansard sahəsi Cavabdeh MMCyə verilməli idi. Hazırda İddiaçı MTK mübahisəli yaşayış binasının tikintisinə dair Cavabdeh MMC ilə bağladığı podrat və əməkdaşlıq müqavilələrinə əsasən binanın tikinti işlərinin Cavabdeh MMC tərəfindən başa çatdırıldığını, lakin cavabdehin əməkdaşlıq müqaviləsinin şərtlərinə əsasən tikilmiş binada ona verilməli olan 1.400 kv.m. yaşayış sahəsini təqdim etməkdən imtina etdiyini əsas göstərərək sözügedən yaşayış sahələrinin cavabdeh tərəfindən ona verilməsini tələb edir. Cavabdeh MMC iddiaya etiraz edir və mübahisəli müqavilələr bağlanarkən iddiaçı tərəfindən onlara tikintinin aparılacağı torpaq sahəsinə dair hüquqlara malik olması barədə səhv məlumat verildiyini, eləcə də iddiaçının mübahisəli müqavilələr üzrə heç bir öhdəliyini icra etmədiyini, o cümlədən tikintinin aparılması üçün layihə-smeta sənədlərini və digər zəruri sənədləri onlara təqdim etmədiyini bildirərək iddianın rədd edilməsini xahiş edir. Göründüyü kimi, hazırkı halda iddiaçı tərəflər arasında mübahisəli binanın tikintisinə dair bağlanmış podrat və əməkdaşlıq müqavilələri üzrə öhdəliyin (yaşayış sahələrini iddiaçıya təqdim edilməsinə dair) cavabdeh tərəfindən icra edilməsi tələbini irəli sürür. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisəli öhdəliyin əsasında yaranması iddia edilən müqavilələrin məzmunundan göründüyü kimi hər iki müqavilə kommersiya məqsədilə bağlanmaqla əvəzli xarakter daşıyır. Əvəzli müqavilənin əsas xarakterik cəhəti isə ondan ibarətdir ki, həmin müqavilənin bir tərəfi öz öhdəliklərinin icra edilməsi müqabilində qarşı tərəfdən haqq və ya qarşılıqlı icra alır. Hazırkı halda mübahisəli binanın tikintisi ilə bağlı podrat müqaviləsi ilkin olaraq İddiaçı MTK və Cavabdeh MMC arasında bağlanmış, həmin müqavilədə tikintinin həyata keçiriləcəyi torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə İddiaçı MTK-ya ayrıldığı göstərilmiş və Cavabdeh MMC məhz İddiaçı MTK tərəfindən torpaq sahəsinə dair sənədlərin, təsdiq edilmiş layihə-smeta sənədlərinin və tikinti sahəsinin təqdim edilməsi müqabilində tikəcəyi binada yaşayış sahəsinin İddiaçı MTK-yə verilməsini öhdəsinə götürmüşdür. İddiaçı MTK, Cavabdeh MMC və X16 arasında bağlanmış əməkdaşlıq müqaviləsində isə yarımçıq tikilmiş binanın X13 məxsus olması göstərilmiş və yarımçıq tikilinin sonuncu tərəfindən Cavabdeh MMC-yə təqdim edilməsi müqabilində tikiləcək binadan yaşayış sahələrinin İddiaçı MTK və X13 verilməsi nəzərdə tutulmuşdur. Beləliklə, həmin müqavilələrə əsasən iddiaçının icra edilməsini tələb etdiyi - tikilmiş binada İddiaçı MTK-ya yaşayış sahələrinin verilməsi öhdəliyinin icrası İddiaçı MTK-nın və X12 həmin müqavilələr üzrə "xxxx" MMC qarşısındakı öhdəliklərini icra etməsi, o cümlədən MTK-nın və C.Əliyevin onlara bina tikintisi üçün ayrılmasını iddia etdikləri torpaq sahəsini, həmin torpaq sahəsinə dair hüquqlarını təsdiq edən sənədləri, eləcə də tikiləcək binanın layihə-smeta və digər sənədlərini təqdim etmələri ilə şərtləndirilmişdir. Mülki Məcəllənin: 441.1-ci maddəsinə görə tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2-ci maddəsinə görə mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Hazırkı halda İddiaçı MTK mübahisəli əməkdaşlıq müqaviləsindən irəli gələn qarşılıqlı icranın həyata keçirilməsinin tələb etsə də, şərtləşdirilmiş öhdəliyin icra etməsini sübuta yetirə bilməmişdir. O cümlədən məhkəməyə İddiaçı MTK-nın və ya X12 mübahisəli binanın tikildiyi torpaq sahəsinə dair hər hansı hüquqlarının olmasını təsdiq edən sənədlər, eləcə də tikintinin İddiaçı MTK-nın Cavabdeh MMC-yə təqdim etdiyi layihə sənədləri əsasında aparılmasını təsdiq edən sənədlər təqdim edilməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Əksinə iş materiallarına əsasən müəyyən edilir ki, binanın yerləşdiyi torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanmış 22 iyun 2016-cı il tarixli 1174 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Cavabdeh MMC-yə icarəyə verilmiş, eyni zamanda Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2016-cı il tarixli 288 nömrəli sərəncamı ilə “Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, 3169-cu məhəllə, A.Məmmədov küçəsi ilə H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün Cavabdeh MMC-yə icazə verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 1119 saylı sərəncamına münasibətdə isə qeyd edilməlidir ki, həmin sərəncama əsasən “Azərelektroterm” Birliyinə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonun şimal-şərq hissəsində çoxmərtəbəli yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahəsində 2 ədəd 18 mərtəbəli yaşayış evinin əvəzinə 267 nömrəli orta məktəbin şimalqərb hissəsindəki ərazidə dörd bloklu 18 mərtəbəli yaşayış evinin layihələşdirilməsi və tikintisinə icazə verilmişdir. Odur ki, həmin sənədin İddiaçı MTK-ya, eləcə də X13 hər hansı aidiyyətinin olması müəyyən edilmir və həmin sənədə sözügedən şəxslərin mübahisəli yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində hər hansı hüquqa malik olmasını təsdiq edən sənəd kimi qiymət verilməsi üçün əsas yoxdur. Binanın eskiz layihəsinə gəldikdə İddiaçı MTK onun sifarişi ilə tikiləcək binanın layihəsinin hazırlanmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etsə də, iş materiallarına əsasən həmin layihənin Cavabdeh MMC-yə təqdim edilməsi və Cavabdeh MMC tərəfindən tikintinin məhz həmin layihə əsasında aparılması müəyyən edilmir. Belə ki, Cavabdeh MMC tərəfindən də məhkəməyə mübahisəli binanın onun sifarişi ilə hazırlanmış eskiz layihəsi təqdim edilmişdir. Bundan əlavə digər məhkəmə mübahisəsi üzrə məhkəmə araşdırması gedişində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 10/2977 saylı rəyinə əsasən (rəyə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-571/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsində istinad edilir) faktiki vəziyyətdə mövcud olan bina ilə İddiaçı MTK-nın eskiz layihəsi arasında uyğunsuzluğun mövcud olduğu, həmçinin çoxmərtəbəli yaşayış binasının "xxxx" MMC-yə məxsus eskiz layihəsinə uyğun inşa edildiyi müəyyən olunmuşdur. Göstərilən hallar ona dəlalət edir ki, mübahisəli yaşayış binasının tikintisi əməkdaşlıq və podrat müqavilələrinə əsasən İddiaçı MTK-nın təqdim etdiyi sənədlər (o cümlədən torpaq sahəsinə dair sənədlər) əsasında deyil, Cavabdeh MMC tərəfindən müstəqil olaraq alınmış eskiz layihəsi əsasında və Cavabdeh MMC-nin icarəsində olan torpaq sahəsində inşa edilmişdir. İddiaçı MTK-nın mübahisəli müqavilələrə əsasən öhdəliklərini icra etməsini təsdiq etmək üçün istinad etdiyi binanın tikintisi ilə bağlı tətbiq edilmiş vergiləri və kommunal xərcləri ödəməsini təsdiq edən arayışlara münasibətdə məhkəmə qeyd edir ki, Lokal Gəlirlər Baş İdarəsinin verdiyi arayışda İddiaçı MTK-nın yalnız müəyyən dövr aralığında ödədiyi vergilərin məbləği müəyyən edilib, vergi borclarının yaranması əsasları isə konkretləşdirilməmişdir. Odur ki, arayışda qeyd olunan MTK tərəfindən ödənilmiş vergilərin mübahisəli yaşayış binasının tikintisi iıə bağlılığı müəyyən edilmir. İddiaçı tərəfindən baxış iclasında təqdim edilmiş "xxxx" ASC-nin arayışına dair isə qeyd edilməlidir ki, birincisi, iddiaçı sözügedən sübutunun məhkəməı baxışında təqdim edilməsini əsaslandırmamışdır, Digər tərəfdən isə həmin arayışda İddiaçı MTK tərəfindən Adil Məmmədov 10 ünvanına dair ödənilmiş elektrik enerjisinə görə ödənişlərin məbləğləri qeyd edilmişdir. Cavabdeh MMC tərəfindən inşa edilmiş mübahisəli yaşayış binası ilə yanaşı İddiaçı MTK tərəfindən inşa edilmiş 4 bloklu yaşayış binasının da həmin ünvanda yerləşməsini nəzərə alsaq sözügedən işin mübahisəyə aid olan sübut qismində nəzərə alınması üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı MTK və X16 podrat və əməkdaşlıq müqaviləsi üzrə şərtləndirilmiş öhdəliklərini icra etmədiyindən Cavabdeh MMC həmin müqavilələr üzrə qarşılıqlı icradan imtina etməkdə haqlı olmuşdur. Odur ki, İddiaçı MTK-nin yaşayış sahələrinin təqdim edilməsi tələbinə dair iddiası isə əsassız olduğundan rədd edilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri – hazırkı halda iddia verilərkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı Cavabdehnə qarşı yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar