Məhkəmə qərarları › İş №e-2-2(113)-4701/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4701/2021

16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4701/2021 16.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 21350 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 19203,35 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, onunla Cavabdeh MMC arasında bağlanılmış AGCX 82/2020 saylı, 05 avqust 2020-ci il tarixli müqaviləyə əsasən Xocasən qəsəbəsi ərazisində zəruri sosial-texniki strukturlu olan 810 ailə üçün yeni yaşayış məhəlləsində 9 mərtəbəli 12 nömrəli və 13 nömrəli binaların və Abşeron ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 51 və 52 nömrəli binaların tikintisi, damdakı havalandırma şaxtalarının metal prokatla çərçivələndirilməsi, mərtəbə yük boşaltma meydançasının hazırlanması və quraşdırılmasının icra edilməsini öz üzərinə götürmüşdür. Həmin müqaviləyə 4 əlavə müqavilə də daxil edilmişdir. Müqavilədə göstərilən bütün öhdəlikləri onun tərəfindən tam və qüsursuz şəkildə həyata keçirilmişdir. İşləri həyata keçirildikdən sonra 19203,35 manat cavabdeh şirkətin ona borcu yaranmışdır. Dəfələrlə cavabdeh şirkətə müraciət etməsinə baxmayaraq bu günə kimi ona olan pul öhdəliklərini yerinə yetirilməmişdir. Göndərilmiş pretenziya məktubunda və mediasiya vasitəsilə də iş öz həllini tapmamışdır. Sonda iddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, həqiqətən də Cavabdeh MMC ilə İddiaçı arasında müqavilə bağlanmış, müəyyən işlər görülmüş və ödənişlər aparılmışdır. Lakin iddiaçının təqdim etdiyi sənədlər əsasında borcun dəqiq məbləğini müəyyən etmək mümkün deyildir. İş materiallarında olan: - İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış AGCX 82/2020 saylı, 05 avqust 2020-ci il tarixli Xocasən qəsəbəsi ərazisində zəruri sosial-texniki strukturlu olan 810 ailə üçün yeni yaşayış məhəlləsində 9 mərtəbəli 12 nömrəli və 13 nömrəli binaların tikintisi, damdakı havalandırma şaxtalarının metal prokatla çərçivələndirilməsi, mərtəbələrdə yük boşaltma meydançasının hazırlanması və quraşdırılmasına dair subpodrat müqaviləsinə əsasən X4 podratçının tələblərinə əsasən və smeta razılaşdırılmış həcmlər və qiymətlər üzrə Xocasən qsəbəsi ərazisində zəruri sosial-texniki strukturlu olan 810 ailə ümün yeni yaşayış məhəlləsində 9 mərtəbəli 12 nömrəli və 13 nömrəli binaların tikintisi damdakı havalandırma şaxtalarının metal prokatla çərçivələndirilməsi, mərtəbələrdə yük boşaltma meydanşasının hazırlanması və quraşdırılması və s. işləri yerinə yetirməyi, işi başa çatdırmağı və podratçıya tam hazır vəziyyətdə təhvil verməyi, podratçı isə subpodratçının gördüyü işin müqabilində müqavilədə razılaşdırılmış haq ödəməyi öhdəsinə götürmüşdür. - 05 avqust 2020-ci il tarixli podrat müqaviləsinə 1 saylı əlavə ilə müqavilənin dəyəri 7366.95 manat, 15.09.2021-ci il tarixli, 2 saylı əlavə ilə 36652,85 manat, 10.11.2020-ci il tarixli, 3 saylı əlavə ilə 40866,51 manat və 15.03.2021-ci il tarixli 4 saylı əlavə ilə 41506,37 mnata müəyyən edilmişdir. - 30.12.2020-ci il tarixli 321 saylı ödəniş tapşırığına əsasən İddiaçı hesabına AGCX 82/2020 saylı müqavilə üzrə 7461,54 manat, 13.04.2021-ci il tarixli 285445 saylı ödəniş tapşırığına əsasən 6000 manat, 17.06.2021-ci il tarixli, 303733 saylı ödəniş tapşırığı üzrə 2500 manat məbləğində pul vəsaiti ödənilmişdir. - "xxxx" ASC-nin 6 saylı filialın tərəfindən AZ11GUNA******************** saylı hesab nömərisinin 10.08.2018-ci il tarixdən 01.12.2021-ci il tarixə kimi olan dövriyyəsindən göründüyü kimi İddiaçı AGCX 82/2020 saylı müqavilə üzrə 13.10.2020-ci il tarixə 3500 manat, 04.12.2020-ci il tarixdə 6000 manat, 30.12.2020-ci il tarixdə 7461,54 manat. 13.04.2021-ci il tarixdə 6000 manat və 17.06.2021-ci il tarixdə 2500 manat pul ödənilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İddia ərizəsinin və əlavə olunmuş sənədlərin məzmunundan görünür ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış AGCX 82/2020 saylı, 05 avqust 2020-ci il tarixli Xocasən qəsəbəsi ərazisində zəruri sosial-texniki strukturlu olan 810 ailə üçün yeni yaşayış məhəlləsində 9 mərtəbəli 12 nömrəli və 13 nömrəli binaların tikintisi, damdakı havalandırma şaxtalarının metal prokatla çərçivələndirilməsi, mərtəbələrdə yük boşaltma meydançasının hazırlanması və quraşdırılmasına dair subpodrat müqaviləsinə əsasən X4 podratçının tələblərinə əsasən və smeta razılaşdırılmış həcmlər və qiymətlər üzrə Xocasən qsəbəsi ərazisində zəruri sosial-texniki strukturlu olan 810 ailə ümün yeni yaşayış məhəlləsində 9 mərtəbəli 12 nömrəli və 13 nömrəli binaların tikintisi damdakı havalandırma şaxtalarının metal prokatla çərçivələndirilməsi, mərtəbələrdə yük boşaltma meydanşasının hazırlanması və quraşdırılması və s. işləri yerinə yetirməyi, işi başa çatdırmağı və podratçıya tam hazır vəziyyətdə təhvil verməyi, podratçı isə subpodratçının gördüyü işin müqabilində müqavilədə razılaşdırılmış haqq ödəməyi öhdəsinə götürmüş, o cümlədən 05 avqust 2020-ci il tarixli podrat müqaviləsinə 1 saylı əlavə ilə müqavilənin dəyəri 7366,95 manat, 15.09.2021-ci il tarixli, 2 saylı əlavə ilə 36652,85 manat, 10.11.2020-ci il tarixli, 3 saylı əlavə ilə 40866,51 manat və 15.03.2021-ci il tarixli 4 saylı əlavə ilə 41506,37 mnata müəyyən edilmişdir. Mübahisə predmeti olan müqavilənin 3.1.1-ci yarımbəndinə əsasən müqavilə üzrə subpodtarçıya ödəniləcək məbləğin qalan hissəsi hər ay subpodratçı tərəfindən hazırlanmış və podratçı tərəfindən təsdiqlənmiş faktiki görülmüş işlərin katları (Forma-2 və Forma 3) əsasında ödəniləcəyi qeyd olunmuşdur. Həmçinin subpodtratçı görülmüş işlərə dair aktlar (Forma 2 və Forma 3) təqdim etdiyi gündən etibarən podratçı 5 iş günü ərzində həmin aktlara münasiəti bildirməlidir. Görülmüş işlərə dair aktlar (Forma-2 və Forma-3) podratçı tərəfdən təsdiqləndiyi təqdirdə, aktların təsdiq olunduğu gündən etibarən 0 iş günü ərzində müvafiq oaraq subpodratçıya ödəniş edilməsini təmin etməli olduğu, podatçının 5 iş günü ərzində həmin aktlara münasibət bidirmədiyi təqdirdə akların təsdiq edilmiş hesab ediləcəyi qeyd olunmuşdur. İşin hallarından və işdə olan iddiaçının istinad etdiyi və sübut kimi məhkəməə təqdim etdiyi forma 2 və forma 3 aktlatından göründüyü kimi iddiaçı müqaviə üzrə nəzərdə tutulmuş işləri görmüş və buna dair tərtib edilmiş aktları cavabdeh cəmiyyətə təqdim etmişdir. Müqavilənin bəndindən də nəzərdə tutulduğu kimi cavabdeh tərəfindən həmin aktlar imza möhürlə təsdiq edilmiş, iddiaçıya müəyyən ödənişlər edilmişdir. İş materiallarında olan sübutlarla təsdiq olunur ki, mübahisə predmeti olan 05 avqust 2020-ci il tarixli, AGCX 82/2020 saylı müqavilə və həmin müqaviləyə əlavələr üzrə görülmüş işlərin dəyəri 91905,28 manat təşkil etmiş, 72702,08 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilməmiş, qalan 19203,35 manat məbləğində hissə isə ödənilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə 19203,35 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı heç bir sübut təndim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, 19203,35 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiası təmin edilsin. 19203,35 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar