Məhkəmə qərarları › İş №e-2-2(113)-471/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-471/2020

12.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-471/2020 12.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "aa” aa Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "aa” publik hüquqi şəxsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət İmtahan Mərkəzinin fasiləsiz səmərəli fəaliyyətini davam etdirməsini təmin etmək məqsədilə Cavabdeh MMC-nin Cavabdeh ödəmə terminalları və məntəqələri vasitəsilə yığılmış pul vəsaitlərinin (22186,00 manat əsas borc), ziyan və dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə Dövlət İmtahan Mərkəzinin hesablaşma hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət İmtahan Mərkəzinin tələbə qəbulu və dövlət qulluğu ilə bağlı keçirdiyi imtahanlar ödənişlidir və həmin ödənişli xidmətlərin tarifləri müvafiq olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2017-ci il 6 mart tarixli 3 nömrəli və 2017-ci ilin 23 may tarixli 5 nömrəli qərarları ilə müəyyən edilmişdir. Qeyd edilən tariflər müəyyən edilərkən ümumdövlət və ictimai əhəmiyyət daşıyan bu imtahanların təşkili və keçirilməsi ilə bağlı çəkilən bütün xərclər, o cümlədən test imtahanının məzmununun hazırlanması ilə bağlı cəlb edilmiş ekspertlərin, imtahan və zal nəzarətçilərinin əməyinin ödənişi nəzərə alınmışdır. Qeyd edilən imtahanlarda iştirak etmək istəyən şəxslərin həmin xidmətlər üzrə ödəmələri həyata keçirmək üçün bir neçə üsuldan istifadə etmək imkanları var, bu üsullardan biri də terminallardan, postterminallardan istifadə etməklə ödənişlərin həyata keçirilməsidir. Qeyd edilən ödənişli xidmətlər üzrə ödəmələrin yığılması və yığılmış pul vəsaitlərinin Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi hesablaşma hesabına köçürülməsi ilə bağlı xidmətlərin göstərilməsi məqsədilə Cavabdeh ilə xx xxxxxx 2017-ci il tarixdə EDİM/01-2017 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh MMC Dövlət İmtahan Mərkəzinin xidmətlərindən yararlanmaq istəyən şəxslərin və ya onların adından digər ödəyicilərin etdiyi pul ödəmələrinin ona məxsus Cavabdeh ödəmə məntəqələri vasitəsilə yığılması və yığılmış həmin pul vəsaitlərinin Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi hesablaşma hesabına köçürülməsi ilə bağlı xidmətlər göstərməyi, Dövlət İmtahan Mərkəzi isə göstərilən xidmətin müqabilində tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilmiş xidmət haqqını Cavabdeh MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Bağlanmış müqaviləyə əsasən Cavabdeh Ödəmə terminalları vasitəsilə xx xxxxxx 2019 və xx xxxxxx 2019 tarixləri arası ödənişlərin yığımı haqqında xx xxxxxx 2019-cu il tarixdə tərtib edilmiş X1 əsasən avqust ayının sonuna qalıq 22186,00 (iyirmi iki min yüz səksən altı manat 00 qəpik) (o cümlədən, qeyd edilən dövr ərzində sistemə daxil olan nəzərə alınacaq məbləğ 599,00 (beş yüz doxsan doqquz manat, 00 qəpik) təşkil etmişdir. Cavabdeh ödəmə terminalı vasitəsilə ödəniş etmiş şəxslər üçün imtahanlar artıq keçirilmiş, həmin imtahanların təşkili və keçirilməsi ilə bağlı bütün xərclər çəkilmiş, o cümlədən test imtahanının məzmununun hazırlanması ilə bağlı cəlb edilmiş ekspertlərin, imtahan və zal nəzarətçilərinin əməyi ödənilmiş, eyni zamanda həmin əmək haqlarından dövlət sosial müdafiə fonduna ayırmalar ödənilmişdir. Cavabdeh MMC Dövlət İmtahan Mərkəzinin xidmətlərindən istifadə edən şəxslərdən Cavabdeh ödəmə məntəqələri vasitəsilə pul vəsaitlərini yığmış, lakin yığılmış pul vəsaitlərini Dövlət İmtahan Mərkəzinin hesablaşma hesabına köçürməməklə özgəsinin pul vəsaitini qanunsuz saxlamış, həmin vəsaitin ödənilməsini gecikdirmişdir. Sonradan iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət İmtahan Mərkəzinin fasiləsiz səmərəli fəaliyyətini davam etdirməsini təmin etmək məqsədilə Cavabdeh MMC-nin Cavabdeh Ödəmə terminalları və məntəqələri vasitəsilə yığılmış pul vəsaitlərinin - 22186 manat əsas borc və müqavilənin 5.2-ci bəndinə uyğun olaraq bu məbləğin 5 faizi, yəni 1109 manat cərimə olmaqla, cəmi 23295 manat məbləğin Dövlət İmtahan Mərkəzinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, "aa” publik hüquqi şəxsi (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında xx.xx.2017-ci il tarixdə EDİM/01-2017 saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən sifarişçinin xidmətlərindən yararlanmaq istəyən şəxslər və ya onların adından digər ödəyicilərin etdiyi pul ödəmələrinin icraçı tərəfindən Cavabdeh ödəmə terminalları, veb saytları vasitəsilə yığılması və yığılmış həmin pul vəsaitlərinin sifarişçinin hesablaşma hesabına köçürülməsi ilə bağlı xidmətlərin göstərilməsi, sifarişçi tərəfindən isə həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan 01 saylı əlavədə göstərilən müvafiq xidmət haqqının icraçıya ödənilməsi ilə bağlı tərəflər arasında yaranacaq hüquq münasibətlərinin tənzimlənməsi müqavilənin predmetini təşkil edir. Müqavilənin 5.2-ci bəndinə görə icraçı həftə ərzində toplanan pul vəsaitlərini həmin müqavilənin 2.1.9-cu bəndində görstərilən müddətdə sifarişçinin hesabına köçürülməsini təmin etmədikdə icraçıya qarşı hər gecikdirilmiş təqvim gününə görə ödənişi gecikdirilmiş pul vəsaitinin 0,05%-i miqdarında maksimum məbləğ 5% olmaqla cərimə tətbiq olunur. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2019-xx.xx.2019 tarixləri arası məlumatlar haqqında xx.xx.2019-cu il tarixli qarşılıqlı üzləşmə aktı ilə təsdiq edilmişdir ki, ayın əvvəlinə qalıq 21587 manat, ayın sonuna qalıq borc 22186 manat təşkil etmişdir. Üzləşmə aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. "aa” publik hüquqi şəxsi xx.xx.2019-cu il tarixli pretenziya qaydasında məktubla Cavabdeh MMC-yə müraciət edərək,2019-cu ilin avqust ayı ərzində tərəflərindən yığılmış, amma "aa” publik hüquqi şəxsinə köçürülməmiş 22186 manat pul vəsaitini qısa müddət ərzində hesablaşma hesabına köçürülməsini xahiş etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqlarını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "aa” publik hüquqi şəxsi (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında xx.xx.2017-ci il tarixdə EDİM/01-2017 saylı müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçının müştərilərinin və ya onların adından digər ödəyicilərin Cavabdeh ödəmə terminalları vasitəsilə etdikləri iddiaçıya ünvanlanmış ödənişlərin yığılaraq iddiaçının hesabına köçürülməsi xidmətlərini göstərməyi öhdəsinə götürsə də, xx.xx.2019-xx.xx.2019 tarixləri ərzində yığılmış, iddiaçıya məxsus olan 22186 manat məbləğində pul vəsaitlərini iddiaçının hesabına köçürməmiş, bununla həmin müqavilə öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin” 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinəəsasənöhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, cavabdehin müqavilənin şərtlərinə əsasən göstərilmiş xidmətin dəyərini - 22186 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 22186 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı həmçinin 22186 manat məbləğində borcun ödənilməsinin gecikdirilməsinə görə 1109 manat cərimənin cavabdehdən tutulmasına dair tələb irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimənin ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimə ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulması tələb olunan dəbbə pulu azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 600 manat məbləğində müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinəəsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 29,30 manat dövlət rüsumu cavabdehdən dövlət gəlirlərinə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdehndən 22186 (iyirmi iki min yüz səksən altı manat) məbləğində əsas borc, 600 (altı yüz) manat məbləğində cərimə olmaqla, cəmi 22786 (iyirmi iki min yeddi yüz səksən altı manat) manat məbləğində pul tutularaq "aa” publik hüquqi şəxsinə ödənilməli, 29,30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. NƏTİCƏ HİSSƏSİ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 22186 (iyirmi iki min yüz səksən altı manat) məbləğində əsas borc, 600 (altı yüz) manat məbləğində cərimə, cəmi 22786 (iyirmi iki min yeddi yüz səksən altı manat) manat məbləğində pul tutularaq "aa” publik hüquqi şəxsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən 29,30 (iyirmi doqquz manat otuz qəpik) manat dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar