Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-472/2024 12.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Sen Mesut, Cavabdeh2 MMC və Cavabdeh4 MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, əldən çıxmış fayda) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə2, Cavabdeh2 MMC və Cavabdeh4 MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə2, Cavabdeh2 MMC və Formes.Group.Az” MMC-yə (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə xx.xx.2021-ci il tarixli podrat müqaviləsi əsasında Samux rayonu, Kolayır kəndi ərazisində yerləşən torpaq sahəsində istixana kompleksinin tikilməsi üçün avans olaraq ödədiyi ümumilikdə 277780 ABŞ dollarının kursu ilə 472226 manat edən puldan görülmüş işin dəyəri hesab etdiyi 110000 ABŞ dollarının kursu ilə 187000 manat çıxılmaqla, yerdə qalan hissəsi, yəni əsas məbləğ üzrə 167780 ABŞ dollarının bu günə olan kursu ilə 285226 manat və bu məbləğin Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsi ( 9%) ilə hesablanmış 18921 manat faiz borcu, ümumilikdə isə əsas və faiz borcu üzrə 304147 manat və 594.15 manat ödədiyi dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Bakı şəhərində cavabdehlərlə podrat münasibətləri üzrə müqavilə bağlamışdır. Podrat müqaviləsinə əsasən, xx.xx.2021-ci il tarixdən hesablanan altı ay müddətində Sifarişçinin Samux rayonu, Kolayır kəndi ərazisində yerləşən 1.5 hektar torpaq sahəsi üzərində İcraçı 18 seksiyadan, hər seksiyası metal konstruksiyalı karkasdan, xüsusi təyinatlı selofan örtükdən ibarət müxtəlif çeşidli tərəvəz məhsullarının yetişdirilməsi üçün istixana kompleksinin və eyni zamanda daxili suvarma (nasos və filtrlər daxil olmaqla), eləcədə istilik (qazan və forsunkalar daxil olmadan) sisteminin quraşdırılması işlərini yerinə yetirməyi və istismara tam hazır vəziyyətdə 2021-ci ilin altıncı ayının axırında (müqavilənin 5.1.-ci bəndi) təhvil verməyi öhdəsinə götürmüşdür. Sifarişçi olaraq iddiaçı işləri qəbul edib dəyərini (qiymətini) müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlərlə danışıqlarda, razılaşmalarda, haqq-hesabda ilk gündən bu günədək birgə fəaliyyət göstərdiklərini bildirən Cavabdeh1 və Türkiyə Respublikasının vətəndaşı olan, özünü Podratçı "xxxx" MMC-nin məsul şəxsi kimi təqdim edən Şen Mesut adlı şəxs iştirak ediblər. İlk müqaviləni Podratçı "xxxx" MMC-nin direktoru Cavabdeh1 imzalamışdır. Müqavilə qiyməti 225000 (iki yüz iyirmi beş min) ABŞ dolları razılaşdırılmışdır. 2021-ci ilin fevral ayının dördündən başlayaraq görülmüş işlərin haqqı kimi hissələrlə 110000 (yüz on min) ABŞ dolları, tam hazır işin təhvil verilməsi nəzərdə tutulduğu 2021-ci ilin iyul ayının üçündə isə 115000 (yüz on beş min) ABŞ dollarının ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödənilmiş 30000 (otuz min) ABŞ dolları kimi hesablanmış 51000 (əlli bir min) manata görə Bakı şəhərində xx.xx.2021-ci il tarixdə nömrəsiz kassa mədaxil orderinə Cavabdeh1 imza atmışdır və bu pul ona və "xxxx" MMC-nin məsul şəxsi Şen Mesut adlı Türkiyə vətəndaşına verilmişdir. İkinci ödənilmiş 20000 (iyirmi min) ABŞ dolları kimi hesablanmış 34000 (otuz dörd min) manata görə Bakı şəhərində xx.xx.2021-ci il tarixdə 196 nömrəli kassa mədaxil orderinə Qanuni nümayəndə2 adlı Türkiyə vətəndaşı imza atmışdır və bu pul ona və "xxxx" MMC-nin direktoru Cavabdeh1 verilmişdir. Üçüncü dəfə 20000 (iyirmi min) ABŞ dolları kimi hesablanmış 34000 (otuz dörd min) manat bir neçə gün sonra yenə də Bakı şəhərində Şen Mesut adlı Türkiyə vətəndaşı tərəfindən tarixi xx.xx.2021-ci il göstərilmiş 197 nömrəli mədaxil orderi imzalamaqla ona və "xxxx" MMC-nin direktoru Cavabdeh1 ödənilmişdir. Dördüncü dəfə ödənilmiş 4700 (dörd min yeddi yüz) ABŞ dolları kimi hesablanmış 7990 (yeddi min doqquz yüz doxsan) manat xx.xx.2021-ci il tarixdə Bakı şəhərində nömrəsiz kassa mədaxil orderi Şen Mesut adlı Türkiyə vətəndaşı tərəfindən imzalanmaqla onun və Cavabdeh4 MMC-nin direktoru Cavabdeh1 verilmişdir. Beşinci ödəniş olan 8500 (səkkiz min beş yüz) ABŞ dolları kimi hesablanmış 14450 (on dörd min dörd yüz əlli) manat yenə də Bakı şəhərində Şen Mesuta və "xxxx" MMC-nin direktoru Cavabdeh1 xx.xx.2021-ci il tarixdə verilmişdir. Nömrəsiz kassa mədaxil orderi Qanuni nümayəndə2 tərəfindən imzalanmışdır. Altıncı dəfə, 2021-cı ilin iyul ayının əvvəlində iddiaçı 39500 (otuz doqquz min) ABŞ dolların kursu ilə hesabladıqları 67150 (altmış yeddi min yüz əlli) manatı Cavabdeh2 MMC-nin direktoru Şen Mesuta və Cavabdeh1 Bakı şəhərində ödəmişdir. Lakin bu ödəniş xx.xx.2022-ci il tarixində edilmiş ödəniş kimi qeyd edilmişdir. A4 formatında adi kağızda Şen Mesut öz xətti ilə qəbz tərtib etmişdir, imzalamışdır və Cavabdeh2 MMC-nin möhürü ilə təsdiqləmişdir. Nəticədə, 2021-ci ilin iyul ayının əvvəlinə ümumilikdə 122700 (yüz iyirmi iki min yeddi yüz) ABŞ dollarının kursu ilə 208590 (iki yüz səkkiz min beş yüz doxsan) manat ödənildiyinə baxmayaraq, cavabdehlər tərəfindən heç bir iş görülməmişdir, heç bir material, avadanlıq tikinti meydançasına gətirilməmişdir. Yəni, müqavilə şərtlərinə görə (müqavilənin 2.1.-ci bəndi) müqavilə bağlandıqdan sonra hesablanan 5-ci ayın sonuna tamamlanmalı olan iş, demək olar ki, heç başlamamışdır. Belə ki, bu müddətdə iddiaçı özü pulunu ödədiyi texnika ilə yalnız tikinti meydançasında planlaşdırma işləri aparılmışdır və dirəklərin təməli basdırılmışdır. Bundan sonra, cavabdehlər bildirmişlər ki, əvvəlki müqaviləyə xitam verilməlidir və yeni firma ilə yenidən müqavilə bağlanmalıdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh4 MMC ilə olan müqaviləyə xitam verildiyi bildirilmişdir. İlkin müqavilənin üstündən xətt çəkilib xitam olunduğu təsdiqləndikdən sonra, "xxxx" MMC –nin direktoru Şen Mesut ilə arxa tarix olan xx.xx.2021-ci il tarixə yeni podrat müqaviləsi bağlanmışdır. Hər iki müqavilənin şərtləri eynidir, fərq yalnız ondadır ki, təzə müqavilənin 6.2.-ci bəndində dəyişiklik olunub və bu iddiaçıya yalnız məhkəməyə sənədlərin hazırlığı vaxtı məlum olubdur. Belə ki, Cavabdeh4 MMC ilə bağlanmış müqavilənin 6.2.-ci bəndində nəzərdə tutulub ki, “Sifarişçi “İcraçı” tərəfindən öhdəliklərin pozulduğu halda onu 3 (üç) gün əvvəlcədən yazılı sürətdə xəbərdar etməklə bu Müqaviləni birtərəfli qaydada xitam edə bilər. Bu halda “Sifarişçi” müqavilə xitam olunmazdan əvvəl yerinə yetirilmiş və qəbul edilmiş işlərin dəyərini ödəməməlidir”. "xxxx" MMC ilə imzalanmış müqavilənin 6.2.-ci bəndində isə tam əksinə olaraq deyilir ki, “Sifarişçi” “İcraçı” tərəfindən öhdəliklərin pozulduğu halda onu 3 (üç) gün əvvəlcədən yazılı surətdə xəbərdar etməklə bu müqaviləni birtərəfli qaydada xitam edə bilər. Bu halda “Sifarişçi” müqavilə xitam olunmazdan əvvəl yerinə yetirilmiş və qəbul edilmiş işlərin dəyərini ödəməlidir”. Yəni, İcraçı tərəfindən öhdəliklərin pozulduğu bir halda məsuliyyət daşımadığı haqda müqaviləyə qeyd yerləşdirilmişdir. Hər bir halda, iddiaçı bildirir ki, Cavabdeh4 MMC ilə bağladığı müqavilənin 3.1.9-cu bəndində qeyd olunub ki, “İşlərin icrası zamanı “İcraçı” “Sifarişçi”nin yazılı razılığı əsasında digər “İcraçı”dan istifadə edə bilər, lakin bu zaman digər “İcraçı”nın görmüş olduğu işin nəticələrinə görə “Sifarişçi” qarşısında müstəqil məsuliyyət daşıyır.” Bu ödənişlərdən sonra, cavabdehlər heç bir iş görmədikləri üçün ödəniş etməmişdir, lakin cavabdehlər tərəfindən pul ödənildiyi təqdirdə işə başlayacaqları vədlərinə görə və əvvəldən etdiyi ödənişləri nəzərə alaraq çıxılmaz vəziyyətdə qalıb yenə də onlara pul ödəmişdir. Belə ki, 2022-ci ilin sentyabr, oktyabr, dekabr aylarında ümumilikdə 88235 (səksən səkkiz min iki yüz otuz beş) ABŞ dollarının ekvivalenti olan 150000 (yüz əlli min) manatı iddiaçı bankdan kredit alıb ödəniş tapşırıqları ilə ikinci Podratçı Cavabdeh2 MMC-nin hesabına köçürmüşdür. Belə ki, xx.xx.2022-ci il tarixdə 60000 (altmış min) manat, xx.xx.2022-ci il tarixdə 20000 (iyirmi min) manat, xx.xx.2022-ci il tarixdə 70000 (yetmiş min) manat ödəniş etmişdir. Bundan sonra işlərin bir hissəsi yalnız 2022-ci ilin aprel ayında yerinə yetirilmişdir və sonra iş yarı-yarımçıq qalmışdır, işçilər də pulları ödənilmədiyi səbəbdən işləməkdən imtina edib dağılışmışlar. Həmin vaxtdan indiyədək heç bir əhəmiyyətli iş görülməmişdir. Hər dəfə iddiaçının çoxsaylı tələblərindən sonra cavabdehlər ara bir fəhlələr göndərib xırda işləri gördürüblər və yenə də iddiaçını aldadaraq mütəmadi qaydada pul tələb edib alıblar. Görülmüş işlər də, avadanlıqlar, materiallar şərtləşdirilmiş keyfiyyətə malik deyillər. Belə ki, cavabdehlərin gördükləri iş özlərinin təqdim etdikləri fotoalbomda olanlardan fərqlidir (müqavilənin 1.2.-ci bəndi). İstixana zavod üsulu ilə paslanmaz metaldan hazırlanmış yığılmağa hazır konstruksiya olması haqda razılaşmaqlarına baxmayaraq, istixananın dəmir karkası yerli metal materiallarının tikinti meydançasında kəsilib qaynaq etmək üsulu ilə quraşdırılmışdır. Hətta, iddiaçı özü onların Sumqayıtda olan dəmir sexlərini soraqlaşaraq tapmışdır. Görmüşdür ki, dəmir materialları kustarcasına orada hazırlayırlar. Aralarındakı şərtəri isə belə olmamışdır. Bu üsulla iddiaçı özü də fəhlə tutub iş gördürə bilərdi və bu qədər pulu cavabdehlərə ödəməzdi heç vaxt. İddiaçıya regionda nümunəvi istixananın quraşdırılmasına söz verilmişdir. Bu günə görülməli işlərin təxminən 20 faizi yerinə yetirilib. İşlərin və gətirilmiş, lakin quraşdırılmamış müəyyən avadanlıqların qiyməti, hesab edir ki, cəmi 110000 (yüz on min) ABŞ dollarından, yəni 187000 (yüz səksən yeddi min) manatdan artıq deyil. İşlər yarı-yarımçıq qalıb deyə, heç bir təhvil-təslim işləri olmayıb. İstifadə olunmuş materiallara, avadanlıqlara xərclənmiş və gömrük xərcləri adı ilə iddiaçıdan alınmış vəsaitlərə dair heç vaxt heç bir təsdiqedici sənəd iddiaçıya təqdim edilməmişdir. Belə ki, iddiaçı istifadəyə hazır istixananı qəbul edib şərtləşdirilmiş pulun tam ödənişi haqda razılaşmışdır. İddiaçının vəzifəsi pulu ödəmək və tikinti meydançasında maneəsiz iş görülməsini təmin etmək olub. Daha sonra, müqavilə şərtlərinə riayət etməyərək heç bir iş görülmədiyinə baxmayaraq, hissə-hissə cavabdehlərin tələbləri ilə 2023-cü ilin may ayının sonunadək material və gömrük ödənişləri adı ilə onlara əlavə olaraq 66845 (altmış altı min səkkiz yüz qırx beş) ABŞ dollarının kursu ilə hesablandıqda 113636 (yüz on üç min altı yüz otuz altı) manat ödəmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhərində cavabdehlərə 17000 (on yeddi min) ABŞ dolları təşkil etdiyini hesab etdiyi 28900 (iyirmi səkkiz min doqquz yüz) manat pulu vermişdir. Bu məbləğ də əvvəlki A4 formatlı kağızda tərtib edilmiş qəbzə Şen Mesut tərəfindən əlavə olaraq yazılmışdır. xx.xx.2023-cü il tarixdə Şen Mesut tərəfindən imzalanmış və möhürü ilə təsdiqlənmiş nömrəsiz kassa mədaxil orderi əsasında istixananın örtülməsi üçün sellofanın alınmasına iddiaçı 15000 (on beş min) ABŞ dolları, yəni kursla hesablanmış 25500 (iyirmi beş min beş yüz) manatı ödəmişdir. Yalnız bu material söz verildiyi müddətdə gətirilmişdir, lakin halhazırda tikinti meydançasında digər bəzi avadanlıqlar kimi istifadəsiz və baxımsız qalmışdır. Qiyməti və keyfiyyəti haqda iddiaçıya heç bir təsdiqedici sənəd göstərilməmişdir. Lakin, artıq iddiaçıdan pul ala bilmədiklərinə əmin olandan sonra və mübahisənin həlli üçün məhkəməyə müraciət edəcəyini biləndən sonra, cavabdehlər münasibətlərini alqı-satqıya bənzətmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə 177000.00 (yüz yetmiş yeddi min) manatlıq avadanlıqlara görə iddiaçıya Cavabdeh2 MMC-nin adından 591597 nömrəli elektron qaimə göndəriblər. Bu qaimədə sadalanan avadanlıqların nə olduğunu iddiaçı bilmir və ayrı-ayrılıqda bunlar ona lazım deyil. xx.xx.2023-cü il tarixdə gömrük və nəqliyyat xərcləri adı ilə iddiaçıdan cavabdehlər 18800 (on səkkiz min səkkiz yüz) ABŞ dolları alıblar. Bu məbləğ də Şen Mesutun imzası və möhürü ilə nömrəsiz kassa mədaxil orderində qeyd olunmaqla təsdiqlənmişdir. Pul manatla ödənilmişdir və 31960 (otuz bir min doqquz yüz altmış) manat təşkil etmişdir. Pulun alınmasında həmişəki kimi Şen Mesutun şəriki olaraq Cavabdeh1 da iştirak etmişdir. xx.xx.2023-cü il tarixdə bir daha iddiaçıdan gömrük xərcləri adı ilə 11900 (on bir min doqquz yüz) ABŞ dolları hesabladıqları 20230 (iyirmi min iki yüz otuz) manat pul alınmışdır. Nömrəsiz kassa mədaxil orderi tərtib edilmişdir və Şen Mesutun imzası və direktoru olduğu firmanın möhürü ilə təsdiqlənmişdir. Bu qəbzdə əlavə olaraq cavabdehlərin əvəzinə fəhlələrə ödədiyi 1000 (bir min) manat da yazılmışdır (545 ABŞ dolları). Qeyd edir ki, işlərin görülməsi əsasən yerli sakinlər olan qeyri peşəkar işçilərə həvalə edilmişdir. Halbuki, müqavilə şərtlərinə əsasən, işlərin yerinə yetirilməsi üçün cəlb edilmiş əməkdaşların ixtisas və peşə dərəcələri haqda məlumatlar iddiaçıya təqdim edilməli idi (müqavilənin 3.1.4.-cü bəndi). 2023-cü ilin may ayında bəzi xırda işlərə görə fəhlələrə cavabdehlərin əvəzinə yenə də iddiaçı pul ödəməli olmuşdur. Ödədiyi məbləğ 3600 (üç min altı yüz) ABŞ dolları kimi nəzərə alınmış 6120 (altı min yüz iyirmi) manat etmişdir. Bu məbləğ də əvvəl Şen Mesutun A4 formatında kağızda tərtib etdiyi qəbzə əlavə yazılmışdır. Beləliklə də, bu günə qədər iddiaçı podrat münasibətləri üzrə cavabdehlərə hesabla 277780 (iki yüz yetmiş yeddi min yeddi yüz səksən) ABŞ dolları edən 472226 (dörd yüz yetmiş iki min iki yüz iyirmi altı) manat pul ödəmişdir. Bu isə müqavilədə göstərdikləri 225000 (iki yüz iyirmi beş min) ABŞ dollarından 52780 (əlli iki min yeddi yüz səksən) ABŞ dollar artıq ödəniş deməkdir. 277780 (iki yüz yetmiş yeddi min yeddi yüz səksən) ABŞ dollarının 77000 (yetmiş yeddi min) ABŞ dolları (130900 AZN) iddiaçıdan gömrük xərcləri adı ilə alınıb, halbuki, yalnız bir dəfə Türkiyə Respublikasından bir maşın avadanlıq gəlibdir. Onun da yalnız bir hissəsi bilavasitə iddiaçıya aid olubdur. Nəqliyyat xərcini iddiaçı ödəmişdir. Müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduqlarına baxmayaraq, cavabdehlər Cavabdeh2 MMC-nin adından direktoru Şen Mesut tərəfindən imzalanmış 09 mart 2023-cü il tarixli Məktubla rəsmi qaydada ona yazaraq birtərəfli qaydada təzə qrafik tərtib etdiklərini və müqavilə qiymətinin dəyişdiyini bildirərək onlara əlavə 100900 (yüz min doqquz yüz) ABŞ dolları ödənilməli olduğunu və əks halda heç bir öhdəliklərinin olmadığını bildirmişlər. İddiaçı bu yeni şərtlərə qəti razı olmadığını bildirəndə Şen Mesut demişdir ki, bu formal bir müraciətdir, şirkətlərinin sənədləşmə işlərinə aiddir. Məktubda cavabdehlərin özləri qeyd ediblər ki, iddiaçı 30 iyul 2021-ci il tarixə qədər 117500 dollar ödəmişdir. Halbuki, o 2021-ci ilin iyul ayının əvvəlinə 122700 (yüz iyirmi iki min yeddi yüz) ABŞ dollarının kursu ilə 208590 (iki yüz səkkiz min beş yüz doxsan) manat ödəniş etmişdir. İddiaçı 2021-ci ilin yeddinci ayına kursla 110000 ABŞ dolları ödəməli olduğu halda, 12700 (on iki min yeddi yüz) ABŞ dolları edən manatla artıq pul ödəmişdir. Həmin tarixə artıq tamamlama işləri aparılmalı olduğuna baxmayaraq, heç bir işə başlanmamışdır. Lakin, buna baxmayaraq, cavabdehlər görülməyən işə görə yerdə qalan 115000 ABŞ dolları müqavilədə göstərildiyi kimi 2021-ci ilin 5-ci ayının tamamında tələb etmişdilər və verilmədiyi təqdirdə heç bir iş görülməyəcəyini bildirmişlər. Lakin, müqaviləyə əsasən, sonuncu ödənişin edilməsinin şərti ümumi işlərin tamamlanma ərəfəsinə çatmasıdır. Yəni, bu quraşdırılmış istixana kompleksinin istismara hazırlığının yoxlanılması ərəfəsi deməkdir. Qeyd edir ki, Müqavilənin 2.1.-ci bəndində 5-ci ayda işlərin yekunlaşması, təhvil verilməsi və ödənişin edilməsi şərti ilə müqaviləyə əlavədə xx.xx.2021-ci il tarixdə işlərin yekunlaşması və yerdə qalan 115000 ABŞ dolların ödənilməsi şərtləri eyni tarixləri nəzərdə tutur. Belə ki, bir halda müqavilənin imzalandığı tarixdən, digər sənəddə isə 2021-ci ilin əvvəlindən tarix hesablanıb. Cavabdehlər Məktubda qeyd ediblər ki, iddiaçı 31 dekabr 2022-ci il tarixə qədər 102240 dollar ödəniş etmişdir. Bu məbləğin 48000 dollarını nəqliyyat xərci kimi qeyd ediblər. Halbuki, müqavilədə (2.1.-ci bəndi) yalnız gömrük xərclərinin müqavilə qiymətindən ayrı ödənilməsi nəzərdə tutulub, ancaq sonradan birtərəfli qaydada nəqliyyat xərcləri və vergi xərcləri də əsassız olaraq iddiaçıya aid edilib. Anlaya bilmir ki, cavabdehlərə özü pulu ödəyəndən sonra, onların öz adları ilə aldıqları avadanlıqlara görə vergi borclarını nəyə görə özü ödəməlidir. Yuxarıda göstərdiyi kimi, əvvəl verdiyi pullardan başqa, iddiaçı 2022-ci ilin sentyabr, oktyabr və dekabr aylarında köçürmə yolu ilə 150000 manat (88235 dollar) ödəmişdir. Ödəniş tapşırıqlarında birmənalı olaraq göstərilib ki, bu ödənişlər “xx.xx.2021-ci il tarixli Müqaviləyə əsasən istixananın əsas vəsaitin alınması üçün köçürülür”. Bu 150000 manatın 90000 (doxsan min) manatını cavabdehlər isti su borularının alınması adı ilə iddiaçıdan alıblar. Lakin, bu günədək heç bir istilik borusunu o görməmişdir. Hətta, o özü onlara həmin avadanlığın ucuz yerini tapıb alınmasını təklif etsə də, cavabdehlər bundan imtina etmişlər. Yəni, ondan pulu alıb başqa bir məqsədlərə xərcləyiblər. xx.xx.2022-ci il tarixdə ödədiyi 17000 ABŞ dolları qədər manatla pulun da qəbzdə nəqliyyat xərcləri adı ilə alındığına baxmayaraq bu məqsədlə ödənildiyi qəbzdə qeyd edilməyib. Ümumilikdə isə, xx.xx.2022-ci ilədək iddiaçı cavabdehlərə 102240 dollar yox, 105235 (yüz beş min iki yüz otuz beş) dollar ödəniş etmişdir. Əlavə şərtlər haqda məktub ona göndərildiyi xx.xx.2023cü il tarixə ümumilikdə 221935 ABŞ dollarının kursu ilə cavabdehlərə manatla pul ödənilib. Şərtlər qoyulduğu məktubda 9 mart 2023-cü il tarixə 219740 ABŞ dollarının ödənildiyi bildirilib. Baxmayaraq ki, məktubdakı şərtləri qəbul etməmişdir və cavabdehlər əks təqdirdə öhdəlik daşımadıqlarını bildirmişlər, onlar bundan sonra da müqavilənin qiyməti əsasında ödədiyi pulları qəbul ediblər. Həmin tarixdən sonra ödədiyi ödənişlər də nəzərə alınmaqla, ümumilikdə cavabdehlərə 277780 ABŞ dollarının kursu ilə manatla pul vermişdir. Məktubda cavabdehlər avadanlıqlara, quraşdırma işlərinə yeni qiymətlər təyin ediblər, halbuki işin müqavilə müddətlərində yerinə yetirilməməyinin təqsiri onların üzərindədir. Müqaviləyə və mülki qanunvericiliyə əsasən, podratçı üzərinə götürdüyü işi qurtarıb təhvil verməlidir ki, Sifarişçi şərtləşdirilmiş qiyməti ödəsin. Digər tərəfdən, Podratçı kimi müqaviləni mənimlə onunla imzalayan şirkətlər qeyri-rezident olmadıqları bir halda, onunla xarici valyuta ilə müqavilə qiymətini şərtləşdirdikdə məqsədləri manatın qiymətinin düşə bilməsi və materialların qiymət artımından sığortalanmaq olmuşdur. Yəni, şərtləşdirilmiş qiymətin birtərəfli qaydada artırılacağını nəzərə ala bilmədiyi və müqavilədə bu haqda heç bir şərtin olmadığı üçün, quraşdırma işlərinin yarımçıq qoyacaqları haqda rəsmi xəbərdarlıqlarından sonra hesab edir ki, indiyədək cavabdehlərə ödəniş etdiyi vəsaitin görülmüş işlərin dəyərindən artıq olan hissəsini cavabdehlər əsassız olaraq özlərində saxlamaqla faydalanmışlar. Bildirir ki, görülmüş işlərin ona heç bir faydası yoxdur. Faktiki olaraq, cavabdehlərin hərəkətləri ona hesablanıb ki, iddiaçı çıxılmaz vəziyyətə düşdüyü üçün yeni şərtləri əsasında onlara ödənişlər edəcək. Müqavilənin şərtlərinə görə, yalnız razılaşdırılmamış hər hansı bir iş aşkar edildikdə, əlavə işlərin görülməsi tələbi olunduqda əlavə pul vəsaiti Sifarişçidən tələb oluna bilər müqavilənin 1.3.1.-ci bəndi). Hesab edir ki, cavabdehlər Podratçı kimi müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozublar və öhdəliklərindən birtərəfli qaydada imtina edəcəkləri hədəsi ilə heç bir müqavilə əsası olmadan, qiymətlərin artımı adı ilə ondan yenə də pul tələb edirlər. Hesab edir ki, qiymətlərin artıb-düşə bilməsinin ona heç bir aidiyyəti yoxdur. Bunun riski Podratçıların üzərindədir. Yuxarıdakılara əsasən, belə nəticəyə gəlir ki, cavabdeh tərəf xx.xx.2021 - ci il tarixli Podrat müqaviləsini faktiki olaraq birtərəfli qaydada icra etməkdən imtina edibdir. Ona görə də, xx.xx.2021 -ci il tarixdən bu günədək hissə-hissə ümumilikdə avans olaraq ödədiyi 277780 (iki yüz yetmiş yeddi min yeddi yüz səksən) ABŞ dolları edən 472226 (dörd yüz yetmiş iki min iki yüz iyirmi altı) manat puldan görülmüş işin dəyəri çıxılmaqla yerdə qalan hissəsi və gömrük xərcləri adı ilə ondan alınmış 77000 (yetmiş yeddi min) ABŞ dolları, yəni 130900 manatı cavabdehlər ona qaytarmalıdırlar. Görülmüş işin dəyərini ümumilikdə 110000 (yüz on min) ABŞ dolları, yəni 187000 (yüz səksən yeddi min) manatdan artıq hesab etmir. Əksinin sübut olunması cavabdehlərin üzərindədir. Beləliklə də, hesab edir ki, cavabdehlər ümumilikdə 167780 (yüz altmış yeddi min yeddi yüz səksən) ABŞ dollarını ödəniş gününə manatla hesablayaraq ona qaytarmalıdırlar. Bu da ki, dolların bu günə olan kursu ilə 285226 (iki yüz səksən beş min iki yüz iyirmi altı) manat təşkil edir. Yuxarıda qeyd etdiyi kimi, podrat münasibətləri və bağladıqları müqavilənin mahiyyətinə görə, görülmüş işin haqqı cavabdehlərə hissə-hissə gördükləri işin müqabilində işin yekununda isə bütün şərtləşdirilmiş məbləğ ödənilməli idi. Lakin cavabdehlər öhdəliklərini tam yerinə yetirmədikləri səbəbdən onlara gördükləri işin dəyərindən artıq əvvəlcədən etdiyi ödənişlər avans və ya beh kimi qəbul edilməlidir. Bundan başqa, işlərin tam görülüb qurtarılması və təhvil verilməsi vaxtı kimi şərtləşdirilmiş 2021-ci ilin yeddinci ayının sonundan (müqavilənin əhəmiyyətli şərti) hesablanaraq görülmüş işlərin dəyərindən artıq avans şəklində hissə-hissə ödədiyi məbləğlərin Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsi ( 9%) ilə hesablanmış faizlərini də cavabdehlər iddiaçıya ödəməlidirlər. Belə ki, 01.07.22 ödənilmiş 61150 manatın 21500 manatına görə - 2311.40 AZN; 26.09.22 ödənilmiş 60000 manata gərə - 5163.28 AZN; 13.10.22 ödənilmiş 20000 manata görə - 1637.26 AZN; 08.12.22 ödənilmiş 70000 manata görə - 4763.84 AZN; 31.12.22 ödənilmiş 28900 manata görə - 1808.50 AZN; 14.03.23 ödənilmiş 25500 manata görə - 1131.78 AZN; 31.03.23 ödənilmiş 31960 manata görə - 1284.53 AZN; 10.05.23 ödənilmiş 20230 manata görə - 613.55 AZN; 15.05.23 ödənilmiş 1000 manata görə - 29.10 AZN; 15.05.23 ödənilmiş 6120 manata görə - 178.07 AZN cəmi 18921 manat faiz borcu təşkil edir.
3. İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbinin həcminin artırılması barədə xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərə xx.xx.2021-ci il tarixli podrat müqaviləsi əsasında Samux rayonu, Kolayır kəndi ərazisində yerləşən torpaq sahəsində istixana kompleksinin tikilməsi üçün avans olaraq ödədiyi ümumilikdə 277780 (iki yüz yetmiş yeddi min yeddi yüz səksən) ABŞ dollarının kursu ilə 472226 (dörd yüz yetmiş yeddi min iki yüz iyirmi altı) manat edən puldan görülmüş işin və avadanlıqların bazar qiyməti ilə hesablanmış 133139 (yüz otuz üç min yüz otuz doqquz) manat dəyəri çıxılmaqla yerdə qalan hissəsi, yəni əsas məbləğ üzrə 339087 (üç yüz otuz doqquz min səksən yeddi) manat və bu məbləğin Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi bu günə olan bank uçot dərəcəsi (7.25%) ilə hesablanmış 37829 (otuz yeddi min səkkiz yüz iyirmi doqquz) manat faiz borcu, ümumilikdə isə əsas və faiz borcu üzrə 376916 (üç yüz yetmiş altı min doqquz yüz on altı) manat, əmlakın qiymətləndirilməsi üçün ödədiyi 1100 (min yüz) manat, 594.15 (beş yüz doxsan dörd) manat ödədiyi dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh4ndən (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN:**********), fiziki şəxslər Cavabdeh1 və Türkiyə Respublikasının vətəndaşı Şen Mesutdan (MYİ №: ******) alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ona məxsus torpaq sahəsində istixananın inşa edilməsi ilə bağlı ilk olaraq Cavabdeh4 MMC ilə podrat müqaviləsi bağlanmış, lakin həmin müqavilə qarşılıqlı razılıqla ləğv edilmiş, daha sonra eyni işlərin icrası ilə bağlı onunla digər Cavabdeh2 MMC arasında podrat müqaviləsi bağlanmış, nəzərdə tutulan işlərin bir qismi həmin MMC tərəfindən görülmüş, lakin işlər yekunlaşdırılmış, həmin işlərin yekunlaşdırılması üçün ondan dəfələrlə əlavə vəsaitlərin ödənilməsi tələb edilmişdir. Belə olduğunu gördükdə, aldadıldığını bilmiş, müqavilədən imtina edərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən cavabdehlərə ümumilikdə 472226 manat vəsait ödənilmiş, həmin vəsaitin müqabilində podrat müqaviləsi üzrə Cavabdeh2 MMC tərəfindən görülmüş işlərin dəyəri ekspert tərəfindən 133139 manat müəyyən edilmişdir, rəydə göstərilməsə də, əlavə olaraq Cavabdeh2 MMC tərəfindən iddiaçıya ümumi dəyəri 15210 manat dəyərində olan sellofanın təhvil verilməsi faktını qəbul edirlər, iddia etdikləri məbləğdən çıxılmasına etiraz etmirlər. Göstərilən vəsaitlərin bir qismi Cavabdeh2 MMC-nin bank hesabına köçürülsə də, bəzi ödənişləri nağd qaydada iddiaçıdan Qanuni nümayəndə2, Cavabdeh1 qəbul etmiş, bəzi qəbzlərə isə Cavabdeh4 MMC-nin möhürü vurulmuşdur. Həmin ödənişlərin rəsmi olaraq Cavabdeh2 MMC-yə mədaxil edilməsi barədə sübut olmadığı üçün hesab edirlər ki, vəsait cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
6. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə yazılı vəsatət ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı ilə (Sifarişçi) ilə "xxxx" MMC (İcraçı) arasında bağlanmış 04 fevral 2021-ci il tarixli müqaviləyə əsasən İcraçı Sifarişçinin Samux Rayonu Kolayır kəndi ərazisində yerləşən 1.5 hektar torpaq sahəsi üzərində 18 seksiyadan, hər seksiyası metal konstruksiyalı karkasdan, xüsusi təyinatlı sellofan örtükdən ibarət müxtəlif çeşidli tərəvəz məhsullarının yetişdirilməsi üçün istixana kompleksinin montajını və eyni zamanda suvarma (nasos ve filterlər daxil olmaqla), eləcə də istilik (qazan və forsunkalar daxil olmadan) sisteminin quraşdırılması işlərini yerinə yetirməyi, "Sifarişçi" isə "İcraçı"nın yerinə yetirdiyi işləri qəbul edib dəyərini (qiymətini) bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öhdəsinə götürür.
10. Müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin ümumi dəyəri "Tərəflər"in qarşılıqlı razılığı əsasında 225000 (iki yüz iyirmi beş min) ABŞ dolları müəyyən olunur. (Azərbaycan Respublikası gömrük rüsumları xaric) və müqavilə imzalandığı andan ilkin ödəniş formasında "sifarişçi" 30000 (otuz min) ABŞ dolları məbləğində ödəniş edir. Ödənişin qalıq hissəsini 4 (dörd) ay müddətində hər növbəti ayın 1-i üçün 20000 (iyirmi min) ABŞ dolları, 5-ci ayın tamamında isə işlərin başa çatmaq ərəfəsində 115000 (yüz on beş min) ABŞ dolları məbləğində "Sifarişçi" tərəfindən pul vəsaiti ödənir.
11. Müqavilənin 2.2-ci maddəsinə əsasən müqavilə üzrə işlərin yerinə yetirilməsi zamanı icraçı tərəfindən müqavilədə razılaşdırmadığı hər hansı bir iş aşkar etdikdə və bununla əlaqədar ödəniləcək pul vəsaitinin miqdarında dəyişiklik edilməli olduqda o, həmin işi icra etməzdən əvvəl bu barədə qabaqcadan Sifarişçiyə məlumat verməlidir.
12. Müqavilənin 2.3-cü maddəsinə əsasən müqavilənin icrası zamanı Sifarişçi bu müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb etdikdə “tərəflər” həmin işlərin görülməsinə görə əlavə pul vəsaiti ödənilib ödənilməyəcəyini, əgər pul vəsaiti ödənəcəksə onun miqdarını əvvəlcədən razılaşdırmalıdırlar.
13. İddiaçı ilə (Sifarişçi) ilə Cavabdeh4 MMC (İcraçı) arasında bağlanmış 04 fevral 2021-ci il tarixli müqaviləyə əsasən “İcraçı” “Sifarişçi”nin Samux rayonu, Kolayır kəndi ərazisində yerləşən 1.5 hektar torpaq sahəsi üzərində 18 seksiyadan, hər seksiyası metal konstruksiyalı karkasdan, xüsusi təyinatlı sellofan örtükdən ibarət müxtəlif çeşidli tərəvəz məhsullarının yetişdirilməsi üçün istixana kompleksinin montajını və eyni zamanda daxili suvarma (nasos ve filterlər daxil olmaqla) eləcə də istilik (qazan və forsunkalar daxil olmadan) sisteminin quraşdırılması işlərini yerinə yetirməyi, "Sifarişçi" isə "İcraçı"nın yerinə yetirdiyi işləri qəbul edib dəyərini (qiymətini) bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öhdəsinə götürür.
14. Müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin ümumi dəyəri "Tərəflər"in qarşılıqlı razılığı əsasında 225000 (iki yüz iyirmi beş min) ABŞ dolları müəyyən olunur. (Azərbaycan Respublikası gömrük rüsumları xaric) və müqavilə imzalandığı andan ilkin ödəniş formasında "sifarişçi" 30000 (otuz min) ABŞ dolları məbləğində ödəniş edir. Ödənişin qalıq hissəsini 4 (dörd) ay müddətində hər növbəti ayın 1-i üçün 20000 (iyirmi min) ABŞ dolları, 5-ci ayın tamamında isə işlərin başa çatmaq ərəfəsində 115000 (yüz on beş min) ABŞ dolları məbləğində "Sifarişçi" tərəfindən pul vəsaiti ödənir.
15. Müqavilənin 2.2-ci maddəsinə əsasən müqavilə üzrə işlərin yerinə yetirilməsi zamanı icraçı tərəfindən müqavilədə razılaşdırmadığı hər hansı bir iş aşkar etdikdə və bununla əlaqədar ödəniləcək pul vəsaitinin miqdarında dəyişiklik edilməli olduqda o, həmin işi icra etməzdən əvvəl bu barədə qabaqcadan Sifarişçiyə məlumat verməlidir.
16. Müqavilənin 2.3-cü maddəsinə əsasən müqavilənin icrası zamanı Sifarişçi bu müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb etdikdə “tərəflər” həmin işlərin görülməsinə görə əlavə pul vəsaiti ödənilib ödənilməyəcəyini, əgər pul vəsaiti ödənəcəksə onun miqdarını əvvəlcədən razılaşdırmalıdırlar.
17. İddiaçı ilə (Sifarişçi) ilə "xxxx" MMC (İcraçı) arasında bağlanmış 04 fevral 2021-ci il tarixli müqavilənin 6.2-ci bəndinə görə "Sifarişçi" "İcraçı" tərəfindən öhdəliklərin pozulduğu halda onu 3 (üç) gün öncədən yazılı surətdə xəbərdar etməklə bu müqaviləni birtərəfli qaydada xitam edə bilər və bu halda "Sifarişçi " müqavilə xitam olunmazdan əvvəl yerinə yetirilmiş və qəbul edilmiş işlərin dəyərini ödəməli olmasına baxmayaraq, İddiaçı ilə (Sifarişçi) ilə Cavabdeh4 MMC (İcraçı) arasında bağlanmış 04 fevral 2021-ci il tarixli müqavilənin 6.2-ci maddəsinə görə isə Sifarişçi" "İcraçı" tərəfindən öhdəliklərin pozulduğu halda onu 3 (üç) gün öncədən yazılı surətdə xəbərdar etməklə bu müqaviləni birtərəfli qaydada xitam etdiyi halda "Sifarişçi " müqavilə xitam olunmazdan əvvəl yerinə yetirilmiş və qəbul edilmiş işlərin dəyərini ödəməli deyildir.
18. Cavabdeh4 MMC-yə məxsus 04 fevral 2021-ci il tarixli kassa mədaxil orderindən görünür ki, 04 fevral 2021-ci il tarixli müqaviləyə əsasən 30000 (otuz min) ABŞ dolları qarşılığı olan 51000 (əlli bir min) manat məbləğində pul İddiaçı tərəfindən verilmiş, Qanuni nümayəndə2 tərəfindən qəbul edilmiş və kassaya mədaxil edilmişdir.
19. Cavabdeh4 MMC-yə məxsus 11 aprel 2021-ci il tarixli, 196 nömrəli kassa mədaxil orderindən görünür ki, 04 fevral 2021-ci il tarixli müqaviləyə əsasən 20000 (iyirmi min) ABŞ dolları məbləğində pul İddiaçı tərəfindən verilmiş, Qanuni nümayəndə2 tərəfindən qəbul edilmiş və kassaya mədaxil edilmişdir.
20. Cavabdeh4 MMC-yə məxsus 22 aprel 2021-ci il tarixli, 197 nömrəli kassa mədaxil orderindən görünür ki, 04 fevral 2021-ci il tarixli müqaviləyə əsasən 20000 (iyirmi min) ABŞ dolları məbləğində pul İddiaçı tərəfindən verilmiş, Qanuni nümayəndə2 tərəfindən qəbul edilmiş və kassaya mədaxil edilmişdir.
21. Cavabdeh4 MMC-yə məxsus 02 iyun 2021-ci il tarixli kassa mədaxil orderindən görünür ki, 4700 (dörd min yeddi yüz) ABŞ dolları məbləğində pul İddiaçı tərəfindən verilmiş, Cavabdeh4 MMC tərəfindən qəbul edilmiş və kassaya mədaxil edilmişdir.
22. 08 iyun 2021-ci il tarixli kassa mədaxil orderindən görünür ki, 8500 (səkkiz min beş yüz) ABŞ dolları məbləğində pul İddiaçı tərəfindən verilmiş, Qanuni nümayəndə2 tərəfindən qəbul edilmişdir.
23. İş materiallarında olan xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli kassa mədaxil orderlərindən görünür ki, müvafiq olaraq 15000 (on beş min) ABŞ dolları məbləğində pul, gömrük rüsumları və nəqliyyat xərcləri qarşılığı kimi 18800 (on səkkiz min səkkiz yüz) ABŞ dolları qarşılığı olan 31960 (otuz bir min doqquz yüz altmış) manat məbləğində pul və 11900 (on bir min doqquz yüz) ABŞ dolları qarşılığı olan 20230 (iyirmi min iki yüz otuz) manat məbləğində pul, habelə 1000 manat (usta ödənişi olaraq) pul vəsaitləri 04 fevral 2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı tərəfindən verilmiş, Cavabdeh2 MMC tərəfindən qəbul edilmiş və kassaya mədaxil edilmişdir.
24. İş materiallarında olan xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli kassa mədaxil orderlərindən görünür ki, müvafiq olaraq 39500 ABŞ dolları və 17000 ABŞ dolları, habelə 3000 ABŞ dolları (usta haqqı) 04 fevral 2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı tərəfindən verilmiş, Cavabdeh2 MMC tərəfindən qəbul edilmiş və kassaya mədaxil edilmişdir.
25. "xxxx" ASC-nin Xətai Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına görə 60000 (altmış min) manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına görə 20000 (iyirmi min) manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına görə isə 70000 (yetmiş min) manat məbləğində pul İddiaçı tərəfindən Cavabdeh2 MMC-yə ödənilmiş və ödənişlərin xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən istixananın əsas vəsaitinin alınması üçün köçürüldüyü qeyd olunmuşdur.
26. Cavabdeh2 MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə İddiaçı öz öhdəliklərini tam icra etmədiyi, müqavilə bağlandıqdan sonra ödənişlərin bir qismini vaxtında ödəmədiyi, qalıq borcunun 45900 manat təşkil etdiyini, ödənişləri uzun müddət ödəmədiyi üçün bazarda qiymət artımlarının olması nəzərə alınmaqla nəticədə MMC-yə 62628 manat vurulmuş zərərin ödənilməsi tələb edilmişdir.
27. Cavabdeh2 MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü tarixli məktubda göstərilmişdir ki, tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə iddiaçı tərəfindən MMC-yə xx.xx.2021-ci il tarixə qədər 117500 ABŞ dolları, xx.xx.2022-ci il tarixə qədər 102240 ABŞ dolları, ümumilikdə 219740 ABŞ dolları ödəniş edilmiş, müqavilə üzrə qiymətlər tərəflərindən yenidən hesablanmış, müqavilə üzrə iddiaçının əlavə olaraq 100000 ABŞ dolları vəsaiti xx.xx.2024-cü il tarixə qədər beş dəfə olmaqla ödənilməsi, işlərin tərəflərindən xx.xx.2024-cü il tarixədək tamamlanması təklif edilmişdir.
28. "xxxx" MMC tərəfindən verilmiş LP-012/2024 nömrəli, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə görə Samux rayonu, Kolayır kəndi ərazisində yerləşən İddiaçı məxsus 1.5 ha torpaq sahəsində quraşdırılmalı olan istixanaya aid avadanlıqların 2021-ci ilə olan orta bazar qiyməti 130761 (yüz otuz min yeddi yüz altmış bir) manat təşkil edir.
29. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-472/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1523 nömrəli ekspert rəyinə əsasən Samux rayonu, Kolayır kəndi ərazisində yerləşən İddiaçı məxsus torpaq sahəsində quraşdırılmış istixanalar üzrə aparılmış işlərin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 72200 manat məbləğində olduğu və tədqiq olunan istixanaların yerləşdiyi ərazidə mövcud olan, lakin istifadə edilməmiş materialların bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 60939 manat məbləğində olduğu müəyyən olunmuşdur.
30. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
31. Belə ki, iddia tələbləri iki hissədən ibarətdir: 1. 339087 manat vəsaitin müştərək qaydada cavabdehlərdən tutulması; 2. Bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanmış 37829 manat əldən çıxmış faydanın ödənilməsi.
32. Məhkəmə iddia tələbini birinci hissədə qismən, Cavabdeh2 MMC-yə aid olan hissədə əsaslı hesab edir.
33. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
34. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
35. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
36. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilk öncə podrat müqaviləsini (Samux rayonu, Kolayır kəndi ərazisində yerləşən ona məxsus 1.5 ha torpaq sahəsində istilikxananın tikintisi ilə bağlı) Cavabdeh4 MMC ilə bağlamış, daha sonra həmin müqavilə tərəflərin qarşılıqlı razılığı ilə ləğv edilmiş, həmin işlərin görülməsi Cavabdeh2 MMC-yə həvalə edilmiş, bununla əlaqədar olaraq tərəflər arasında 04 fevral 2021-ci il tarixli podrat müqaviləsi bağlanmışdır.
37. Samux rayonu, Kolayır kəndi ərazisində yerləşən ona məxsus 1.5 ha torpaq sahəsində istilikxananın tikintisi ilə bağlı görülmüş işlərin Cavabdeh2 MMC tərəfindən icra edilməsi məhkəmə iclasında iddiaçının özünün izahatı, habelə Cavabdeh2 MMC tərəfindən iddiaçıya ünvanlanmış materiallarda olan (c.1, i.v.152-156) məktublar, habelə əvvəlki məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə izahatı ilə təsdiqlənmişdir.
38. Materiallardan görünür ki, podrat müqaviləsi üzrə işlərin icrası ilə bağlı iddiaçı tərəfindən ümumilikdə 472226 manat vəsait ödənilmiş, xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/1523 nömrəli ekspert rəyinə əsasən Samux rayonu, Kolayır kəndi ərazisində yerləşən İddiaçı məxsus torpaq sahəsində quraşdırılmış istixanalar üzrə aparılmış işlərin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 72200 manat və tədqiq olunan istixanaların yerləşdiyi ərazidə mövcud olan, lakin istifadə edilməmiş materialların bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 60939 manat məbləğində olduğu müəyyən olunmuşdur.
39. Məhkəmə hesab edir ki, Cavabdeh2 MMC tərəfindən podrat müqaviləsi üzrə görülmüş işlərin, təhvil verilmiş materialların dəyəri həmin rəy əsas götürülməklə müəyyən edilməlidir.
40. Belə ki, həmin rəyin mötəbərliyi tərəflər tərəfindən mübahisələndirilməmişdir.
41. Bununla yanaşı, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə əvvəlki məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş, lakin rəydə öz əksini tapmayan poietilen örtüklər sahəyə gətirilmiş, istidafə edilmiş, bir hissəsi də saxlanc məqsədilə iddiaçıya tədim edilmişdir. Ekspert tərəfindən çəkilmiş və işə əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi sahədə - istixanada polietilen örtüklər vardır, lakin onların dəyəri rəydə əks olunmamışdır.
42. İddiaçı izahatında həmin polietilen örtüklərin də Cavabdeh2 MMC tərəfindən ona təhvil verildiyini təsdiq etmiş, mütəxəssis rəyində müəyyən edilmiş dəyərinin tələb edilən vəsaitdən çıxılmasına etiraz etmədiyini göstərmişdir.
43. Materiallarda olan "xxxx" MMC tərəfindən verilmiş LP-012/2024 nömrəli, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə görə iddiaçıya təhvil verilmiş 65 ədəd (52 kq) sellofanın ümumi dəyəri 15210 manat təşkil edir.
44. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya təhvil verilmiş sellofanın dəyəri olan 15210 manat vəsait iddia tələbindən çıxılmalıdır.
45. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi 323877 manat (podrat müqaviləsi üzrə ödənişlərin cəmi olan 472226 manat – görülmüş işlərin dəyəri olan 72200 manat – təhvil verilib, istifadə edilməmiş materialların dəyəri olan 76149 manat) məbləğində pul podratçı olan Cavabdeh2 MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.
46. Məhkəmə iddia tələbini qalan cavabdehlərə aid olan hissədə isə əsassız hesab edir.
47. Belə ki, materiallardan görünür ki, podrat müqaviləsi üzrə bəzi vəsaitlər (xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə) cavabdehlər Cavabdeh4 MMC-yə, bəzi ödənişlər Qanuni nümayəndə2 və Cavabdeh1 ödənilsə də, həmin ödənişlər Samux rayonu, Kolayır kəndi ərazisində yerləşən ona məxsus 1.5 ha torpaq sahəsində istilikxananın tikintisi ilə bağlı olmuş, həmin ödənişlərin Cavabdeh2 MMC-yə daxil olması sonuncunun iddiaçıya ünvanlamış olduğu məktublarda da (c.1, i.v.152-156) təsdiq edilmişdir.
48. Bundan əlavə, kommersiya qurumlarının dövlət reyestrindən çıxarışlara əsasən Qanuni nümayəndə2 Cavabdeh2 MMC-nin, Cavabdeh1 isə Cavabdeh4 MMC-nin qanuni təmsilçisidir.
49. Belə ki, Mülki Məcəllənin 91-2.5-ci maddəsinə əsasən kənar idarəçi icra orqanı kimi cəmiyyətə münasibətdə idarəetməni qeyri-qənaətbəxş həyata keçirməsi nəticəsində və üçüncü şəxslərə ziyan vurduğu zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
50. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir.
51. İddiaçı hazırda cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə2 vurulmuş zərəri deyil, iddiaçı ilə Cavabdeh2 MMC MMC arasında bağlanmış podrat müqaviləsi üzrə ödənilmiş olan vəsaiti geri tələb edir.
52. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh4 MMC, Cavabdeh1 və Qanuni nümayəndə2 aid hissədə təmin edilə bilməz, bu baxımdan məhkəmə vurğulayır ki, adı çəkilən cavabdehlərin qeyd edilən hissədə iddiaçının iddia tələbinə cavab verməli olan subyektlər kimi qəbul edilməsi mümkün deyildir; hər hansı iddia tələbi isə məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər.
53. Məhkəmə iddia tələbini ikinci hissədə əsassız hesab edir.
54. Belə ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə bank uçot dərəcəsi (7,25 faiz) nəzərə alınmaqla hesablanmış 37829 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
55. Belə ki, iddiaçının həmin tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir.
56. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
57. Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. ...Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”.
58. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir.
59. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehlərdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz.
60. Bundan başqa iddia ərizəsində mütəxəssisə ödənilmiş 1100 manat xidmət haqqının cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərci bu hissədə Cavabdeh2 MMC-yə aid edilməlidir.
61. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli kassa mədaxil orderinə əsasən onun tərəfindən "xxxx" MMC-yə aparılmış qiymətləndirmə işi ilə əlaqədar olaraq 1100 manat vəsait ödənilmişdir.
62. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
63. Bundan əlavə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iş üzrə ödənilmiş 594,15 manat dövlət rüsumu Cavabdeh2 MMC-yə, qalan 74 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
64. İş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.
65. Məhkəmə qeyd edir ki, ekspertiza xərci Cavabdeh2 MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
66. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 MMC-dən 323877 manat məbləğində pul, 1100 manat xidmət haqqı, 594,15 manat dövlət rüsumu, ümumilikdə 325571,15 (üç yüz iyirmi beş min beş yüz yetmiş bir manat on beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 74 (yetmiş dörd) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh2 MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova