Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4752/2021 18.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oglunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 oglunun, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı iddiaçı tərəfindən 01.10.2018-ci il tarixli 26 saylı Podrat müqaviləsinə əsasən görülmüş işlərin qalıq dəyəri olan və cavabdehin rəsmi email vasitəsiylə təsdiq edilmiş 147665,64 manat məbləğində pul vəsaitinin, ilkin mediasiya sesiyasında iştirak üçün ödənilmiş 400 manat mediasiya xərcinin, dövlət rüsumu kimi ödənilmiş 30,40 manat vəsaitin, umumilikdə isə 148096,04 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçı tərəfindən 01.10.2018-ci il tarixli 26 saylı Podrat müqaviləsinə əsasən görülmüş işlərin qalıq dəyəri olan və cavabdehin rəsmi email vasitəsiylə təsdiq edilmiş 147665,64 manat məbləğində pul vəsaitinin, ilkin mediasiya sesiyasında iştirak üçün ödənilmiş 400 manat mediasiya xərcinin, dövlət rüsumu kimi ödənilmiş 30,40 manat vəsaitin, umumilikdə isə 148096,04 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, sifarişçi Cavabdeh ilə İddiaçı arasında 01.10.2018-ci il tarixdə 26 saylı Podrat müqaviləsi imzalanmışdır. Həmin podrat müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hazırda fəaliyyət göstərdiyi Bakı şəhəri, Sabunçu rayonu, X2 istehsalat sexində bünovrə, hörgü, döşəmə işləri, su təchizatı və kanalizasiya sistemlərinin qurulması, inzibati hissə və perimetr boyu hörgü, inzibati hissədə istitmə işləri, virtaj altı hörgü, suvaq və boya işləri, sanitar qovşaqlarının boru xətlərinin çəkilməsi, daxili və xarici su-kanalizasiya xətlərinin çəkilməsi işləri tam olaraq görülməsinə baxmayaraq, müqavilənin 3-cü bəndinə əsasən işlər tam yerinə yetirildikdən sonra görülmüş işlərin dəyəri 30 təqvim günü ərzində ödənilməsi nəzərdə tutulsa da, artıq uzun müddət keçməsinə baxmayaraq həmin vəsaitin ödənilməsindən imtina edərək iddiaçıya ünvanladıqları rəsmi sənədlərdə də, həmin müqavilənin sadəcə kağız üzərində imzaladıqlarını bildirirlər. Belə ki, Cavabdeh MMC-yə 11.08.2020-ci il tarixli pretenziya məktubu ilə müraciət etməsinə baxmayaraq həmin pretenziya məktubuna verilmiş 21.08.2020-ci il tarxli cavab məktubunda iddiaçının pretenziya məktubunda qeyd etdiklərinin onların mühasibat sənədlərində öz əksini tapmadığı, qeyd edilən müqaviləni, müqavilə üzrə işlərin görülməsini təsdiq edən sənədləri onlara təqdim etmək tələb edilmişdir. Bundan sonra Cavabdeh MMC-nin qeyd etdikləri sənədlərlə bağlı təkrar olaraq 26.08.2020-ci il tarixdə pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət edərək həmin pretenziya məktubuna 01.10.2018-ci il tarixli 26 saylı podrat müqaviləsini, qiymət cədvəllərini əks etdirən smeta cədvəllərinin surətini, email yazışmasının surətini əlavə edərək təqdim etmişdir. Bundan sonra Cavabdeh MMC tərəfindən iddiaçının təkrar göndərdiyi pretenziyaya verdikləri cavab məktubunda sifarişçi Cavabdeh MMC ilə podratçı İddiaçı MMC arasında Bakı şəhəri, X5 istehsalat sexində işlərin görülməsi məqsədi ilə podrat müqaviləsi bağlandığını, lakin tərəflər arasındakı münasibətlər bundan sonra davam etmədiyini, müqavilənin sadəcə kağız üzərində qaldığını, sifarişçi tərəfindən hər hansı podrat işi həyata keçirilmədiyi, podratçı müqavilə üzrə öhdəlikləri icra etmədiyi, podrat müqaviləsinin bağlanmasının yalnız tərəflər arasında onun imzalanması ilə bitdiyini, həmin işlərin iddiaçı tərəfindən görülmədiyini, iddiaçı tərəfindən hər hansı iş görülmədiyi üçün iddiaçı tərəfindən muzdun ödənilməsi ilə bağlı icra edilməmiş öhdəliklərinin olmamasını bildirmiş, onlara bu məzmunlu pretenziya ilə bir daha müraciət etməməyi qeyd edilmişdir. Halbuki, birinci məktublarında iddiaçı ilə onlar arasında heç bir müqavilənin olmadığını, onların mühasibat sənədlərində qeyd edilənlərin əks edilmədiyini bildirsələr də, həmin sənədləri onlara göndərdikdən sonra həmin sənədlərin sadəcə kağız üzərində qaldığını bildirməklə ziddiyyətli cavablar vermişlər. Bundan sonra 16 dekabr 2019-cu il tarixdə Cavabdeh MMC-nin rəsmi mailto:ravil@profix.azElektron ünvan email elektron poçtu vasitəsi ilə İddiaçı MMC-yə 147665,64 manat məbləğində borcu olduqlarını təsdiq etmişlər. Qeyd edilən elektron sənəd isə Mülki Prosessual Məcələnin 89-cu maddəsinə əsasən yazılı sübut hesab edilir. Bundan əlavə müqavilənin 11.2.3-cü bəndinə əsasən müqaviləyə tərəflərdən birinin təşəbbüsü ilə xitam verildikdə, həmin tərəf digər tərəfi 15 təqvim günü əvvəlcədən bunla bağlı məlumatlandırmalıdır. Lakin müavilə imzalandıqdan sonra Cavabdeh MMC tərəfindən belə bir məlumatlandırma edilməmiş və müqaviləyə xitam verlməmişdir. Bu səbəbdən də müqavilədə göstərilən işlər iddiaçı tərəfindən tam olaraq yerinə yetirilmişdir. Lakin qeyd edilən şəxslər həmin işlərin görülməsi barədə təhvil təslim aktlarının rəsmi qaydada imzalanmasından və görülmüş işlərin dəyərini iddiaçıya ödəməkdən imtina edirlər. Görülmüş işlərin smetası barədə sənədlər Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi Ravil Səidov tərəfindən imzalanaraq təsdiq edilmişdir. Bundan əlavə, Cavabdeh MMC-nin iddiaçıya ünvanladığı cavab məktubunda aralarında bağlanmış podrat müqaviləsinin sadəcə kağız üzərində qaldığını, iddiaçının onlar üçün heç bir iş görmədiyini bildirsələr də, faktiki olaraq iddiaçı tərəfindən qeyd edilən işlər həyata keçirilmiş və gördüyü işlərin dəyəri tam olaraq ödənilməmişdir. Bunu Cavabdeh MMC tərəfindən iddiaçının "xxxx" ASC-də olan hesablaşma hesabına ödənilmiş vəsaitlər də bir daha təsdiq edir. Belə ki, Cavabdeh MMC tərəfindən iddiaçının "xxxx" ASC-də olan hesablaşma hesabına 12.11.2018-ci il tarixdə ödədikləri 10000,00 manat, 04.02.2019-cu il tarixdə ödədikləri 15000,16 manat, 23.04.2019-cu il tarixdə ödədikləri 15000,16 manat vəsaitin ödənilməsi iddiaçının həmin podrat müqaviləsinə uyğun olaraq üzərinə düşən vəzifələrinin icra edildiyini və gördüyü işlərin dəyərinin bir qisminin ödənildiyini bir daha təsdiq edir. Qeyd edilən tarixdən sonra "xxxx" MMC tərəfindən digər işlərin dəyəri ödənilməmiş və Cavabdeh MMC-nin rəsmi Elektron ünvan email elektron poçtu vasitəsiylə İddiaçıMMC-yə 147665,64 manat məbləğində borclarının qaldıqlarını təsdiq etmişlər. İddiaçı MMC tərəfindən qeyd edilən işlərin görülməsini həmin dövrdə cəmiyyətdə işləmiş və bilavasitə həmin işlərin yerinə yetirilməsində şəxsən iştirak etmiş işçiləri də təsdiq edə bilərlər. Belə ki, həmin işlərin yerinə yetirilməsində X1 və X3 şəxsən iştirak etmiş və qeyd edilən işlərin İddiaçı MMC tərəfindən yerinə yetirilməsini həmin şəxslər də şahid qismində məhkəmə prosesində dindirilərək təsdiq edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanuna uyğun olaraq qeyd edilən kommersiya mübahisəsinin mediasiya vasitəsi ilə həll edilməsi üçün Mediasiya Şurasına rəsmi qaydada müraciət edilmiş, Mediasiya Şurası tərəfindən M-00260 nömrəli reyestr nömrəsi ilə qeydiyyata alınmış X4 mediator kimi təyin edilmişdir. Lakin Cavabdeh MMC tərəfindən heç bir səlahiyyətli nümayəndə mediasiya sesiyasında iştirak etmədiyindən mediator tərəfindən “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə 20.09.2021-ci il tarixli PM-C/12/2021 saylı Arayış tərtib edilmiş və ilkin mediasiya sesiyasında iştirak etmək üçün iddiaçı tərəfindən 400 manat mediasiya xərci ödənilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uygun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, qarşı tərəfin iddiası Ravil Sayidov üzərinə qurulmuşdur. X6 adı email adresindən başqa heç bir yerdə qeyd olunmamışdır. Qarşı tərəfin göstərdiyi imzanın Ravil Sayidov tərəfindən imzalanması sübut olunmur, imzalansa belə Ravil Sayidovun həmin sənədi imzalamağa səlahiyyəti olub-olmadığı belə hazırda şübhə altındadır. Müqavilə aralarında bağlanmış, lakin müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Avans kimi cavabdeh pul ödəmiş, lakin tərəf öhdəlikləri yerinə yetirməmişdir. İşdə nə təhvil-təslim aktı nə də başqa sənədlər vardır. Bütün sənədlər birtərəfli qayda da aparılmışdır. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X1 ifadəsində bildirdi ki, İddiaçı təsisçisi olmuş, Cavabdeh ilə münasibəti normal olmuşdur. İddiaçı qarşı tərəflə lahiyə işləmiş və müqavilə bağlamışdır. Smetalar təqdim olunmuşdur ki, hansı işlər görüləcəkdir. 60-70 faiz iş, dəmir beton işləri və sair görülmüşdür. Sonradan qarşı tərəf pulu ödəmədi. Forma 2 tərtib olunmuş, lakin sonra qol çəkərik deyə qol çəkmədilər. Ortaq dostları olduğu üçün 60000 manatlıq lahiyəni 12000 manata görmüşdür. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirdi ki, maliyyə məsələləri ona aid deyil, şirkət müdiri həmin işləri aparırdı. O, kordinasiya işini görmüş, onun vəzifəsi malları vaxtıvaxtında təmin etmək və işlərə nəzarət etmək idi. Cyberspace MMC-də işləmişdir və İddiaçıMMC ilə Cyberspace MMC arasında olan işləri görmüşdür. Tural Rəcəbli və o özü iddiaçının işçiləri deyillər. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında baglanmış 01.10.2018-ci il tarixli 26 saylı Podrat müqaviləsindən görünür ki, iddiaçının cavabdehin tapşırığı ilə hazırkı müqavilənin 1.2-ci bəndində (Müqavilənin 1 saylı Əlavəsində) göstərilmiş işlərin icrasını və işlərin nəticəsini, tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq, cavabdehə təhvil verməyi, Bakı şəhəri. X5 istehsal sexində işlərin görülməsi üzrə Müqavilənin 1 saylı Əlavəsində göstərilən işlərin icrasını, işlərini öz qüvvə, materiallar, avadanlığı, alət və mexanizm ilə icrasını, cavabdeh isə həmin işin nəticəsini qəbul etməyi və ödənilməsini öhdələrinə götürmüşlər. 9 ədəd Smeta sənədlərindən görünür ki, həmin smeta sənədləri yalnız iddiaçı tərəfindən təsdiq edilmişdir. 01.02.2019-cu il tarixli EAAP seriyalı 861167 saylı, 19.04.2019-cu il tarixli EAAT seriyalı 363851 saylı, 31.05.2019-cu il tarixli EAAV seriyalı 231275 saylı və 08.11.2018-ci il tarixli EAAN seriyalı 487193 saylı elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən müvafiq olaraq 17700,19 manat, 17700,30 manat, 23010 manat və 11800 manat dəyərində xidmətlər göstərilmişdir. E-mail yazışmasından görünür ki, e-mail Ravil Səidov adlı şəxs tərəfindən mailto:ravil@profix.azElektron ünvan e-mail vasitəsi ilə Tural Rəcəbli adlı şəxsə göndərilmiş və e-maildə qeyd edilmişdir ki, “İlqar m. təstiq etdiyi işlər üzrə hesabat əlavədədir. Hər-hansı sual olduğu halda, xahş edirəm bildirəsiniz”. Hesabdan çıxarışlardan görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 12.11.2018-ci il tarixdə 10.000 manat, 04.02.2019-cu il tarixdə 15000,16 manat, 23.04.2019-cu il tarixdə 15000,26 manat pul köçürülmüşdür. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələri və vəkillərinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 01.10.2018-ci il tarixli 26 saylı Podrat müqaviləsi baglanmış və müqaviləyə əsasən iddiaçının cavabdehin tapşırığı ilə hazırkı müqavilənin 1.2-ci bəndində (Müqavilənin 1 saylı Əlavəsində) göstərilmiş işlərin icrasını və işlərin nəticəsini, tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq, cavabdehə təhvil verməyi, Bakı şəhəri. X5 istehsal sexində işlərin görülməsi üzrə Müqavilənin 1 saylı Əlavəsində göstərilən işlərin icrasını, işlərini öz qüvvə, materiallar, avadanlığı, alət və mexanizm ilə icrasını, cavabdeh isə həmin işin nəticəsini qəbul etməyi və ödənilməsini öhdələrinə götürmüşlər. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İddiaçı iddia edir ki, müqavilədə göstərilən işlər iddiaçı tərəfindən tam olaraq yerinə yetirilmiş, lakin cavabdeh həmin işlərin görülməsi barədə təhvil təslim aktlarının rəsmi qaydada imzalanmasından və görülmüş işlərin dəyərini iddiaçıya ödəməkdən imtina edir, görülmüş işlərin smetası barədə sənədlər Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi Ravil Səidov tərəfindən imzalanaraq təsdiq edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Eyni zamanda məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Müqavilədən göründüyuü kimi iddiaçı müqaviləyə əsasən göstərilmiş işlərin icrasını və işlərin nəticəsini, tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq, cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı işlərin görüldüyünü qeyd etsə də, bu barədə hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi cavabdeh tərəfindən imzalanmasından imtina edilmiş təhvil-təslim aktlarını məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iş materiallarına əlavə olunmuş görülmüş işlərin smetası barədə sənədlər iddiaçı tərəfindən birtərəfli qaydada təsdiqlənmiş, həmin sənədlərin yuxarı hissəsində çəkilmiş imzanın isə kimə məxsus olması müəyyən olunmur. Yəni həmin sənədlərin iddiaçının iddia etdiyi Cavabdeh MMCnin səlahiyyətli nümayəndəsi Ravil Səidov tərəfindən imzalanaraq təsdiq edilməsi müəyyən olunmadığından həmin sənədlər mötəbər hesab oluna bilməz. Məhkəmə iclası zamanı ifadə vermiş şahidlər işlərin görülməsini bildirsələr də, həmin işlərin görülməsini təsdiq edən hər hansı bir sübutun mövcudluğunu təsdiq edə bilməmişlər. İş materiallarına əlavə olunmuş e-mail yazışmasında isə iddiaçı tərəfindən işlərin görülməsi və cavabdehə təhvil verilməsi müəyyən olunmadığından həmin sənəd də mötəbər sübut hesab oluna bilməz. Eyni zamanda məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, e-mail yazışmasında adları qeyd edilən Tural Rəcəbli və İlqar Abbasov iddiaçının işçiləri deyillər. Beləliklə, iddiaçı tərəfindən işlərin görülməsi və cavabdehə təhvil verilməsi hər hansı bir sübutla təsdiq olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı iddiaçı tərəfindən 01.10.2018-ci il tarixli 26 saylı Podrat müqaviləsinə əsasən görülmüş işlərin qalıq dəyəri olan və cavabdehin rəsmi email vasitəsiylə təsdiq edilmiş 147665,64 manat məbləğində pul vəsaitinin, ilkin mediasiya sesiyasında iştirak üçün ödənilmiş 400 manat mediasiya xərcinin, dövlət rüsumu kimi ödənilmiş 30,40 manat vəsaitin, umumilikdə isə 148096,04 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-4752/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4752/2021
18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver