Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-479/2023 28.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X3, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Maraqlı şəxs ASC-nin "xxxx" Müəssisəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC olmaqla) “pul” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Azərbaycan Respublikası Maraqlı şəxs ASC-nin "xxxx" Müəssisəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin "xxxx" Müəssisəsindən 96776.17 (doxsan altı min yeddi yüz yetmiş altı manat on yeddi qəpik) manat borcun, 400 manat mediasiya xərcinin, 500 manat digər xərclərin və ödənişin gecikməsinə görə 10.000 (on min) manat cərimə olmaqla 107676.17 (yüz yeddi min altı yüz yetmiş altı manat on yeddi qəpik) manat pulun tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, LWC-2017/30-SBP/04 saylı müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh təşkilat tərəfindən 96776.17 manat ödənilməli, İddiaçı MMC tərəfindən isə Hacıqabul və Şamaxı rayonlarında 10000 hektar və Zərdab rayonunda 10000 hektar ərazinin suvarma suyu ilə təmin edilməsi layihəsinin tamamlanması işləri ilə əlaqədar yenidənqurma və tikinti işləri həyata keçirilməlidir. Müqavilə öhdəlikləri tam icra edilmiş, lakin cavabdeh təşkilat Maraqlı şəxs ASC-nin "xxxx" müəssisəsi öhdəliklərini icra etməmiş, 96776,17 manat borcu hazırki günədək ödəməmişdir. Hətta cavabdeh təşkilatla birlikdə araşdırma aparılmış və borcların üzləşdirilməsi aktı tərtib edilmişdir. Həmin aktda da cavabdeh təşkilatın 96776.17 (doxsan altı min yeddi yüz yetmiş altı manat on yeddi qəpik) manat borcu olduğu sübuta yetirilmişdir. Cavabdehlə dəfələrlə danışıqlar aparılmış, cavabdeh heç bir əməli tədbir görülməmiş, ödəniş həyata keçirilməmiş, borcün qaytarılacağını bildirsədə, hazırki günədək öhdəliklərini icra etmir. Cavabdehə məhkəməqabağı pretenziya göndərilərək, borcunun ödənilməsi tələb edilmişdir. Cavabdeh məhkəməqabağı pretenziyanı almış olsa da bu günə kimi borc ödənilməmişdir. Bundan sonra cavabdehə mediasiya təklifi göndərilmiş, mediasiya prosesi keçirilmiş, lakin tam mediasiya sessiyası keçirilməmiş yəni tərəflər arasında tam razılıq əldə edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyuğun izahat vemiş, əlavə olaraq, iddia tələbinin azaldılması barədə ərizə verərək, cavabdehdən 96.776,17 manat əsas borcun, 400 manat mediasiya xərcinin, 500 manat digər xərclərin tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi qeyd etmişdir ki, ödənişin edilməsindən imtina etməmişlər, lakin ödəniş sistemində problem yarandığından borcun ödənilməsi mümkün olmamışdır. Müqavilə müddəti başa çatdığından cərimə məbləği də hesablanmamlıdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Maraqlı şəxs ASC-nin "xxxx" müəssisəsi və İddiaçı MMC arasında imzalanmış LWC- 2017/30-SBP/04 nömrəli xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən tərəflər təsdiq edirlər ki, podratçı “Azərbaycan Respublikasının dövlət vəsaiti hesabına Hacıqabul və Şamaxı rayonlarında 10000 hektar və Zərdab rayonunda 10000 hektar ərazinin suvarma suyu ilə təmin edilinəsi layihəsinin tamamlanması işləri ilə əlaqədar yenidənqıuna və likinti işləri”nin həyata keçirilinəsi çərçivəsində Maraqlı şəxs ASC ilə "xxxx" müəssisəsi arasında imzalanmış LWC-2017/30 saylı, 11.22 sentyabr 2017-ci il tarixli işlərin satınalma müqaviləsi üzrə “Hacıqabul və Şamaxı rayonlarında 10000 hektar və Zərdab rayonunda 10000 hektar ərazinin suvarma suyu ilə təmin edilməsi layihəsinin tamamlanması işləri ilə əlaqədar yenidənqurma və tikinti işləri (Zərdab rayonu, Bəyimli qəsəbəsimlə meliorasiya nasos stansiyasında quraşdırma işİəri)” (Əlavə № 1) üçün subpodratçının 96776,17 (doxsan altı min yeddi yüz yetmiş altı manat 17 qəpik) manat (ƏDV daxil) məbləğində təklifini qəbul etmişdir. 2.2 bəndə əsasən subpodratçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında podratçıya satın alınan Hacıqabul Şamaxı rayonlarında 10000 hektar və Zərdab rayonunda 10000 hektar ərazinin suvarma suyu ilə təmin edilməsi layihəsinin tamamlanması işləri ilə əlaqədar yenidənquma və tikinti işləri (Zərdab rayonu Bəyimli qəsəbəsində meliorasiya nasos stansiyasında quraşdırma işləri)”nin yerinə yetirilməsini öhdəsinə götürür. Yerinə yetirilmiş işlər subpodratçmm təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, subpodratçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. 2.3. Podratçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin (malların və xidmətlərin subpodratçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Maraqlı şəxs ASC-nin "xxxx" müəssisəsi “sifarişçi” İddiaçı MMC “icraçı” olmaqla LWC-2017/30-SBP/04 xx.xx.2018-ci il tarixli müqavilə əsasında tərtib edilmiş Azərbaycan Respublikası dövlət vəsaiti hesabına Hacıqabul və Şamaxı rayonlarında 1.000 hektar və Zərdab rayonunda 1.000 hektar ərazinin suvarma suyu ilə təmin edilməsi layihəsinin tamamlanması işləri ilə əlaqədar yerinə yetirilmiş işlərin həcmi haqqında xx.xx.2018xx.xx.2022-ci il tarixləri barədə üzləşmə aktında cəmi 96.776,17 manat ödənilməyən məbləğ qeyd olunmuş, üzləşmə aktını hər iki tərəf təsdiq etmişdir. 21 noyabr 2017-ci il tarixli LWC-2017/30-SBP/04 nömrəli müqaviləyə əlavə 1-ə olan qiymətlərin razılaşdırılması protokolunda 82.013,7 manat cəmi məbləğ, 14.762,47 manat ƏDV məbləği olmaqla cəmi 96.776,17 manat yenidənqurma və tikinti işləri ilə bağlı xərc tərəflər arasında razılaşdırılmışdır. Azərbaycan Respublikası Maraqlı şəxs ASC "xxxx" Müəssisəsi tərəfindən İddiaçı MMC-yə göndərilmiş xx.xx.2022 tarixli NM01/5-604 saylı məktubda qeyd edilmişdir ki, “Hacıqabul və Şamaxı rayonlarında 1.000 hektar və Zərdab rayonunda 1.000 hektar ərazinin suvarma suyu ilə təmin edilməsi layihəsinin tamamlanması işləri ilə əlaqədar yenidənqurma və tikinti işlərini yerinə yetirilməsi ilə əlaəqdar "xxxx" müəssisəsi ilə İddiaçı MMC arasında 26 mart 2018-ci il tarixində 96.776,17 manat dəyərində LWC-2017/30- SBP/04 nömrəli subpodrat müqaviləsi bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən işlər yerinə yetirilmiş və İddiaçı MMC-yə 96.776,17 manat məbləğində borc yaranmışdır. 2018ci ildə müəssisə tərəfindən elektron qaimə-faktura sistemi vasitəsilə aparılan ödəniş zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları” barədə qərarına əsasən “bu vergi ödəyicisinin əmtəəsiz maliyyə əməliyyatları və digər risli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” bildirişi əks olunmuşdur. Hazırki dövrədək İnternet Vergi İdarəsi portalında “bu vergi ödəyicisinin əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” bildirişi qalmaqdadır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında yenidənqurma və tikinti işlərinin yerinə yetirilməsi ilə əlaqədar olaraq müqavilə imzalanmış, iddiaçı bu müqavilə əsasında işlərin görülməsi öhdəliyini tam olaraq icra etsə də cavabdeh razılaşdırılmış ödənişi etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Məhkəmə qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını, həmçinin məhkəmə iclasında cavabdehin borc məbləğini mübahisələndirmədiyini də nəzərə alaraq hesab edir ki, müqavilə üzrə ödənilməmiş 96.776,17 manat borc cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Yuxarıda qeyd edilən qanunvericilik normalarını və mediasiya xərcinin işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu nəzərə alıb məhkəmə hesab edir ki, 400 manat mediasiya xərci cavabdehdən tutulmalıdır. Digər tərəfdən iddiaçı iddia tələbində eyni zamanda 500 manat digər xərclərin tutulmasını da tələb etmişdir. MPM-nin 115.0.9 maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir Məhkəmə qeyd edir ki, iddiaçı 500 manat digər xərclərin poçt və yol xərci olduğunu qeyd etsə də qeyd olunan halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bununla bağlı olaraq iddia həmin hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Maraqlı şəxs ASC-nin "xxxx" Müəssisəsindən 96.776,17 (doxsan altı min yeddi yüz yetmş altı manat on yeddi qəpik) manat əsas borc, 400 manat mediasiya xərci İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-479/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-479/2023
28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver