Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-480/2023 14.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Vəkil1 və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 160000 manat borcun, 450 manat məbləğində dövlət rüsumunun və vəkilə çəkilən 200 manatın alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və bu Nizamnamə əsasında həyata keçirir. Cəmiyyətin Nizamnamə kapitalı Cəmiyyətin səhmdarı tərəfindən əldə edilmiş səhmlərinin nominal dəyərindən təşkil olunur. Cəmiyyətin Nizamnamə kapitalı 10 manat həcmdədir, bir səhmdən ibarətdir. Cəmiyyət hüquqi şəxsdir. Nizamnamə şərtlərinə əsasən Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Bildiririk ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Abşeron rayonu, Müşviqabad qəsəbəsindən Sabunçu rayonu, Balaxanı ərazisində yerləşən Asfaltzavoda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin maşınları ilə 16 ton 5x10, 108479 ton 5x15, 5318.95 ton 16x22 ölçülü qırma daş (şeben) və 5933,5 ton otsepin daşınma xidmətini göstərmişdir. Daşınma xərci ümumilikdə 329660,70 manat təşkil etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təqdim olunmuş vəsaitlə razılaşmış müqavilə bağlanacağını vəd etmiş və ilkin ödəniş olaraq 170000 manat vəsait ödəmiş, lakin qalıq borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üzərinə düşən öhdəliyini yerinə yetirməkdən boyun qaçırmış və qalıq borc məbləğini ödəməkdən yayınmışdır. Göründüyü kimi, cəmiyyət üzərinə düşən öhdəliklərini yəni aralarındakı razılaşmaya görə cədvəldə göstərilən qırma daş, otsepi təyinatı üzrə məntəqəyə çatdırılması üçün tam yerinə yetirmiş, lakin cavabdeh isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 160000 manat vəsaiti ödəməmiş, üzərinə düşən öhdəliyi icra etməmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Vəkil2 iddia ərizəsinə etiraz vermiş və etirazında bildirmişdir ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı hazırki iş üzrə qaldırdığı iddia tələblərini cavabdeh tərəf qəbul etmir. Belə ki, iddiaçının bu iddia tələblərinə dair ərizəsində yazılanlar cəfəngiyyatdır. Bildiririk ki, ümumiyyətlə iddiaçı ilə cavabdeh arasında iddia ərizəsində qeyd edilən işlərin görülməsi ilə bağlı heç bir rəsmi və faktiki öhdəlik razılaşması mövcud deyildir. Cavabdeh tərəfindən heç bir vaxt iddiaçıya 170000 manat məbləğində pul ödənilməmişdir. Belə ki, hər iki tərəf hüquqi şəxsdir və tərəflər arasında əgər hər hansısa rəsmi razılaşma mövcud olsaydı, yalnız bu zaman rəsmi qaydada pul köçürmələri ola bilərdi. Bildiririk ki, bu günə kimi iddiaçı ilə cavabdeh arasında olan əsas mübahisə cavabdehin vaxtilə iddiaçının müvafiq bank hesabına səhvən köçürdüyü 60000 manatı məhkəmə müstəvisində tələb etməsinə dair işdir ki, həmin iddianı cavabdeh iddiaçıya qarşı məhkəmədə irəli sürdükdən sonra, hazırki iş üzrə iddiaçı əsassız və heç bir sübuta söykənməyən hazırki iddiasını cavabdehə qarşı irəli sürmüşdür. Bu haqda məhkəmə qərardadları e-kabinet vasitəsilə məhkəməyə təqdim edilmişdir. Bildiririk ki, tərəflər arasında olan 60000 manat əsassız varlanmaya görə iddia tələbinin qarşısını almaq məqsədilə hazırki iddiaçı məhz əsassız iddiasını məhkəmədə irəli sürmüşdür. Cavabdeh tərəf olaraq bildiririk ki, hazırda sizə təqdim edilmiş iddiaya dair iddiaçı tərəf hər hansısa bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, heç bir rəsmi və mötəbər sübuta söykənməyən iddia ərizəsi əsaslı və qanuni sayıla bilməz və cavabdehdən hazırda əsas tələb olaraq 160000 manat pul vəsaitinin də tələb edilməsi tamamilə yolverilməzdir. Belə ki, bir daha bildiririk ki, tərəflər arasında hüquqi şəxs olaraq hazırki vaxta kimi iddia ərizəsində qeyd edilən işlərin görülməsi ilə bağlı cavabdeh hər hansısa rəsmi öhdəlik götürməmiş, cavabdeh hüquqi şəxs olaraq iddiaçıya 170000 manat pul köçürməmiş və cavabdehin ümumiyyətlə iddiaçıya əsas borc olaraq 160000 manat dəyərində borcu mövcud deyil. Ölkədə nağdsız X1 var. Bildiririk ki, iddiaçının öz iddia tələbində qeyd etdiyi işlərin görülməsi ilə bağlı öhdəliklər tərəflər arasında bağlanmalı olan rəsmi müqaviləsazişlər əsasında həyata keçirilməli və bütün pul hesablaşmalarıda elektron qaydada qöndərilmiş e-qaimələrə əsasən rəsmi olaraq bank köçürmə vəsitələri ilə həyata keçirilməlidir. Lakin iddiaçının hazırki iddia ərizəsindən görünür ki, iddiaçı güya bu işləri cavabdehlə şifahi razılıq əsasında həyata keçirmişdir və güya iddiaçı təşkilata cavabdeh olan hüquqi şəxs nağd qaydada 170000 manat pul ödəmişdir. Bütün bu deyilənlər ağ yalandır, cavabdeh hüquqi şəxs tərəfindən iddiaçıya iddia ərizəsində qeyd edilən işlərin görülməsi heç bir vaxt tapşırılmamış və cavabdeh hüquqi şəxs tərəfindən iddiaçıya heç bir manat belə pul vəsaiti nağd şəkildə verilməmişdir. İddiaçının bu əsassız irəli sürdüyü iddia tələbinin əsas səbəbi məhz cavabdehin ondan 60000 manat əsassız varlanmaya görə tələb etdiyi pul məbləği ilə bağlıdır. Odur ki, yuxarıda qeyd edilənləri və MPM-nin 154-cü maddəsini əsas tutaraq iddiaçının hazırki iddia tələbinə Etiraz edirik və heç bir mötəbər sübuta söykənməyən iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş edirik. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Vəkil2 etiraza uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, iddia ərizəsində İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 16 ton 5x10, 108479 ton 5x15, 5318,95 ton 16x22 ölçülü qırma daş və 5933,50 ton otsepin daşınma xidməti göstərilməsi, həmçinin görülən işlərə görə cavabdeh tərəfindən iddiaçıya 170000 manat vəsait ödənilməsi qeyd olunsa da, bununla bağlı iddiaçı məhkəməyə heç bir sübut təqdim edilməmiş, belə ki, tərəflərin arasında bağlanılan müqavilə, görülmüş işləri əks etdirən sənəd, təhvil-təslim aktı, elektron qaimə və iddiaçının istinad etdiyini daşınma xidmətlərinə görə 170000 manat məbləğində vəsaitin ödənilməsini əks etdirən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, cavabdeh "xxxx" MMC ilə İddiaçı MMC arasında heç bir müqavilə münasibətləri olmadığından, cavabdehə heç bir xidmətlər göstərilmədiyindən, "xxxx" MMC tərəfindən iddiaçının istinad etdiyi, hazırki tələblə bağlı 170000 manat məbləğində vəsaitin iddiaçıya ödənilmədiyini nəzərə alan məhkəmə hesab edir ki, İddiaçı MMC-nin əsassız olan iddiası rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 160000 manat borcun, 450 manat məbləğində dövlət rüsumunun və vəkilə çəkilən 200 manatın xeyrinə tutulması barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddiaçı MMC-nin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 160000 manat borcun, 450 manat məbləğində dövlət rüsumunun və vəkilə çəkilən 200 manatın xeyrinə tutulması barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-480/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-480/2023
14.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver