Məhkəmə qərarları › İş №e-2-2(113)-4803/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4803/2025

11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4803/2025 11.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh QSC-yə (bundan sonra - cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair ilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli HİS 11-22 saylı Subpodrat müqaviləsi üzrə əsas borc 70520 manat, gecikdirilmiş vaxt üçün gecikdirilən məbləğə illik 5 (beş) faiz hesablanmaqla 5000 manat, ümumilikdə 75520 manat, habelə 317 manat dövlət rüsumu xərci olmaqla, cəmi 75837 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə Məhkəməyə tərəflər arasında bağlanmış barışıq sazişini təqdim edərək, barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini, bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barışıq sazişinin şərtləri ondan ibarətdir ki:

1. Cavabdeh tərəfindən İddiaçının hesablarına həyala keçirilmiş ödənişləri nəzərə alaraq İddiaçı Cavabdehə qarşı Bakı Kommersiya Məhkəməsində qaldırdığı “müqavilə üzrə borcun ödənilməsi tələbinə (e-2-2(113)-4803/2025 saylı mülki iş) dair iddiasından imlina edir və barışıq sazişindəki şərtləri yerinə yetirməyi öhdəsinə götürür. 1.2. Cavabdeh iddia ərizəsindən sonra İddiaçının hesablaşma və ƏDV depozit hesablarına 36587,58 manat əsas məbləğ, 6585,76 manat ƏDV məbləği olmaqla, ümumilikdə 43173,34 manat (ƏDV daxil) ödəmiş, 27346,68 manat (ƏDV daxil) məbləği isə 4 (ay) ərzində barışıq sazişində göstərilmiş cədvələ (xx.xx.2025-ci il tarixdə 5793,79 manat əsas, 1042,88 manat ƏDV olmaqla, cəmi 6836,67 manat, xx.xx.2025-ci il tarixdə 5793,79 manat əsas, 1042,88 manat ƏDV olmaqla, cəmi 6836,67 manat, xx.xx.2025-ci il tarixdə 5793,79 manat əsas, 1042,88 manat ƏDV olmaqla, cəmi 6836,67 manat, xx.xx.2025-ci il tarixdə 5793,79 manat əsas, 1042,88 manat ƏDV olmaqla, cəmi 6836,67 manat, ümumilikdə ƏDV daxil olmaqla 27346,68 manat) uyğun ödəməyi, habelə barışıq sazişindəki digər şərtləri yerinə yetirməyi öhdəsinə götürür. 2.1. Cavabdeh iddiaçıya bu sazişin 1.2-ci bəndinə göstərilən, ödəməli olduğu əsas məbləği iddiaçının bankdakı hesablaşma hesabına, ƏDV məbləğini isə ƏDV depozit hesabına xx.xx.2025-ci il tarixədək ödəyir... 4.4. Bakı Kkommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-4803/2025 saylı iş üzrə iddiaçı çəkdiyi xərclər (317 manat dövlət rüsumu) tərəflər arasında bərabər şəkildə bölünür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə barışıq sazişinin şərtləri ilə razı olduğunu göstərib sazişin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

QƏRARA ALDİ:

İddiaçı MMC və Cavabdeh QSC arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və iş üzrə icraata xitam verilsin:

1. Cavabdeh tərəfindən İddiaçının hesablarına həyala keçirilmiş ödənişləri nəzərə alaraq İddiaçı Cavabdehə qarşı Bakı Kommersiya Məhkəməsində qaldırdığı “müqavilə üzrə borcun ödənilməsi tələbinə (e-2-2(113)-4803/2025 saylı mülki iş) dair iddiasından imlina edir və barışıq sazişindəki şərtləri yerinə yetirməyi öhdəsinə götürür. 1.2. Cavabdeh iddia ərizəsindən sonra İddiaçının hesablaşma və ƏDV depozit hesablarına 36587,58 manat əsas məbləğ, 6585,76 manat ƏDV məbləği olmaqla, ümumilikdə 43173,34 manat (ƏDV daxil) ödəmiş, 27346,68 manat (ƏDV daxil) məbləği isə 4 (ay) ərzində barışıq sazişində göstərilmiş cədvələ (xx.xx.2025-ci il tarixdə 5793,79 manat əsas, 1042,88 manat ƏDV olmaqla, cəmi 6836,67 manat, xx.xx.2025-ci il tarixdə 5793,79 manat əsas, 1042,88 manat ƏDV olmaqla, cəmi 6836,67 manat, xx.xx.2025-ci il tarixdə 5793,79 manat əsas, 1042,88 manat ƏDV olmaqla, cəmi 6836,67 manat, xx.xx.2025-ci il tarixdə 5793,79 manat əsas, 1042,88 manat ƏDV olmaqla, cəmi 6836,67 manat, ümumilikdə ƏDV daxil olmaqla 27346,68 manat) uyğun ödəməyi, habelə barışıq sazişindəki digər şərtləri yerinə yetirməyi öhdəsinə götürür. 2.1. Cavabdeh iddiaçıya bu sazişin 1.2-ci bəndinə göstərilən, ödəməli olduğu əsas məbləği iddiaçının bankdakı hesablaşma hesabına, ƏDV məbləğini isə ƏDV depozit hesabına xx.xx.2025-ci il tarixədək ödəyir... 4.4. Bakı Kkommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-4803/2025 saylı iş üzrə iddiaçı çəkdiyi xərclər (317 manat dövlət rüsumu) tərəflər arasında bərabər şəkildə bölünür. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar