Məhkəmə qərarları › İş №e-2-2(113)-484/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-484/2022

11.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-484/2022 11.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə2, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMCdən 02/21 nömrəli, 01.04.2021-ci il tarixli müqavilə üzrə 29.972,80 (iyirmi doqquz min doqquz yetmiş iki manat səksən qəpik) manat məbləğində pulun, öhdəliyin icrasının gecikdirilməsi nəticəsində hesablanmış 749,32 (yeddi yüz qırx doqquz manat otuz iki qəpik) manat pulun, dövlət rüsumu kimi ödənilmiş 200 (iki yüz) manat pulun və hüquqi xidmətə görə ödənilmiş 210 (iki yüz on) manat pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (icraçı) ilə "xxxx" MMC (sifarişçi) arasında 02/21 nömrəli, 01.04.2021-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən, icraçı ona məxsus olan məhsulları (karton qutu və araqat) sifarişçinin yazılı sifarişi və hər iki tərəfin imzaları ilə təsdiq edilmiş qaimə əsasında şifarişçiyə verməyi öz öhdəsinə götürür. Müqavilə icraçı tərəfindən icra edilmiş və həmin müqavilə əsasında imzalanmış 418047 saylı, 29.05.2021-ci il tarixli elektron qaimə əsasında 9656,26 manat məbləğində karton qutu və araqat sifarişçiyə təhvil verilmiş, 562625 saylı, 01.06.2021-ci il tarixlielektron qaimə əsasında 7620,20 manat məbləğində karton qutu və araqat şifarişçiyə təhvil verilmiş, 641425 saylı, 02.06.2021-ci il tarixli elektron qaimə əsasında 3302,09 manat məbləğində karton qutu və araqat sifarişçiyə təhvil verilmiş, 752634 saylı, 04.06.2021-ci il tarixli elektron qaimə əsasında 9398,25 manat məbləğində karton qutu və araqat sifarişçiyə təhvil verilmiş, bu məqsədlə elekron qaimə təqdim edilmiş və həmin elektron qaimə sifarişçi tərəfindən təsdiq edilmişdir. Alıcı tərəfindən təhvil verilmiş malların dəyəri və onun ƏDV-si ödənilməmişdir. Cavabdeh "xxxx" MMC bu vaxtadək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırmış, ödəniş etməmişdir. Həmçinin cavabdeh "xxxx" MMC MMC-dən 749 manat 32 qəpik, (6 ay gecikdirmə üçün) eləcə də, məhkəməyə müraciət etmək üçün dövlət rüsumu üçün ödənilən 200 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə2, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə ilk öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki iddia tələbində əsas borcun tələb edilməsi hissəsində yuxarıda qeyd olunan maddələrin bütün dispozisiya şərtləri mövcuddur. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında 02/21 nömrəli, 01.04.2021-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, icraçı (İddiaçı) ona məxsus olan məhsulları (karton qutu və araqat) sifarişçinin ("xxxx" MMC) yazılı sifarişi və hər iki tərəfin imzaları ilə təsdiq edilmiş qaimə əsasında şifarişçiyə verməyi öz öhdəsinə götürür. Qiymət razılaşma protokolundan görünür ki, 1 ədəd 30x40 sm ölçüdə karton qutu və araqatın qiyməti 0,6610 manat təşkil edir. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 29.05.2021-ci il tarixdə 9652,26 manat, 01.06.2021-ci il tarixdə 7620,20 manat, 02.06.2021-ci il tarixdə 3302,09 manat, 04.06.2021-ci il tarixdə 9398,25 manat məbləğində məhsulların verilməsinə dair elektron qaimələr göndərilmişdir və qeyd edilən qaimələrə dair də heç bir etiraz daxil olmamışdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri tam icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Beləliklə, "xxxx" MMC-yə 29.972,80 manat məbləğində malın verilməsinə baxmayaraq, sonuncu müqavilə üzrə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda iddia 29.972,80 manat məbləğində borcun tələb edilməsi hissəsində əsaslıdır. Məhkəmə iddianın Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edilməklə 749,32 manat tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin ödənilməsini tələb etməkdə qismən haqlıdır. Eyni zamanda iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyi üçün gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər. İşdən görünür ki, cavabdehə borcun tələb edilməsi ilə bağlı pretenziya məktubu 29.09.2021-ci il tarixdə verilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, illik 5 faiz olmaqla pulun hesablanması həmin tarixdən aparılmalıdır. İddia ərizəsinin 02.12.2021-ci il tarixdə verilməsini nəzərə alaraq qeyd edilməlidir ki, cavabdeh tərəfindən ödənişlərin gecikdirilməsi 65 gün təşkil edir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən gecikdirilmiş 65 gün vaxt üçün illik beş faiz pulun tutulmasını tələb etməkdə haqlıdır. Həmin məbləğ isə 270,58 manat təşkil edir. (29.972,80 x 5% = 1.498,64; 1 ay üçün 1.498,64/12=124,88; 1 gün üçün 124,88/30=4.16, 65 gün üçün 4.16x65=270,58) təşkil edir. Məhkəmə həmçinin hesab edir ki, iddianın 350 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində də iddia təmin edilməlidir. Belə ki, Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, iddiaçının direktoru Qanuni nümayəndə2 hüquqi yardım göstərilməsi üçün 2 saylı Vəkil Bürosunun hesabına 211 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə 211 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması ağlabatandır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 29.972,80 manat, əsas borca illik 5 faiz hesablanmaqla 270,58 manat cəmi 30.243,38 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımın ödənilməsinə görə ödənilmiş pulun əvəzi olaraq 210 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar