Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4843/2022 16.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X30 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh MMC-yə və Cavabdeh MMC-nin Kürdəmir, Ucar, Qazax, Ağstafa, Gədəbəy filiallarına qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdehlər Cavabdeh MMC, X15, X29, X28, X19 və X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh MMC-dən və X1 müqavilə üzrə ödənilməli olan 25.160 manat məbləğində, cavabdehlər Cavabdeh MMC-dən və X16 müqavilə üzrə ödənilməli olan 32.067,92 manat məbləğində, cavabdehlər Cavabdeh MMC-dən və X12 müqavilə üzrə ödənilməli olan 166.995,14 manat məbləğində, cavabdehlər Cavabdeh MMC-dən və X3 müqavilə üzrə ödənilməli olan 286.797,16 manat məbləğində, cavabdehlər Cavabdeh MMC-dən və X4 müqavilə üzrə ödənilməli olan 64.093,45 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Cavabdeh MMC-nin Ağstafa, Qazax, Gədəbəy, Şəmkir, Ucar və Masallı rayonlarının Telekommunikasiya Qovşaqları ilə İddiaçı MMC arasında boştutumların doldurulması üçün rabitə kabellərinin çəkilməsi və quraşdırılması işlərinin görülməsi barədə müqavilələr bağlanmışdır. X19 ilə bağlanmış 19, 20 və 21 saylı müqaviləyə əsasən rayonun Həsənsu kəndində; 21 saylı müqaviləyə əsasən Sadıxlı kəndində, 16, 17, 18 saylı müqaviləyə əsasən Köçəsgər kəndində, X28 ilə bağlanmış 23, 24, 25 saylı müqaviləyə əsasən rayonun Çaylı kəndində, 26 saylı müqaviləyə əsasən Daş-Salahlı kəndində, X20 ilə bağlanmış, 31 saylı müqaviləyə əsasən rayon mərkəzində, X24 ilə bağlanmış, 28 və 29 saylı müqaviləyə əsasən rayonun Qasım- İsmayılov kəndində, 30 saylı müqaviləyə əsasən Qaralar kəndində, X13 ilə bağlanmış, rayonun Qızılburun kəndində 34 saylı müqaviləyə əsasən, Muğan kəndində 35 saylı müqaviləyə əsasən, X21 ilə bağlanmış, rayonun kənd EATS-ləri üzrə daxili telefon şəbəkəsinin genişləndirilməsi üçün kabel və quraşdırma işləri görərək, müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmişlər. Sifarişçi təşkilat gördükləri işləri bəyənərək, 2013-cü ilin dekabr ayında, F-2, F-3 və işin təhvil-qəbul aktları ilə işləri təhvil götürmüşdür. 8 ildən artıq vaxt keçməsinə baxmayaraq, yuxarıda göstərilən telekommunikasiya qovşaqları, görülmüş işlərin dəyərinin ödənilməsi barədə müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Halbuki aralarında bağlanmış müqavilələrin şərtlərinə əsasən sifarişçi təşkilat müqavilədə göstərilmiş məbləğin 50%-ni əvvəlcədən ödəməli idi. Dəfələrlə rayonlarda olub Telekommunikasiya Qovşaqlarının rəisləri ilə görüşüb, görülmüş işlərin dəyərinin ödənilməsini tələb etmişlər. Onlar isə hər dəfə müxtəlif bəhanələr gətirərək gah Cavabdeh MMC-nin rəhbərliyinin dəyişməsi gah da Baş Prokurorluqda müvafiq araşdırmanın aparılması və onun nəticələrinin gözləməklərini bildirmişlər. Yuxarıda sadalanan xüsusatlardan göründüyü kimi, sözügedən bir cox müqavilələr üzrə tərəflərindən bütün öhdəliklər tam olaraq icra olunsa da, icra etdikləri işlərin dəyəri bu günədək ödənilməmişdir. Digər müqavilələr üzrə isə işlərin 50%-i görülmüşdür. Onu da qeyd etməyi zəruri hesab edirlər ki, hazırkı vaxtadək məhkəməyə müraciət etməməklərinin səbəbi hər dəfə onlara yaxın zamanlarda pulun ödənilməsini təmin olunacağı barədə verilmiş vədlər olmuşdur. Cavabdehlər tərəfindən həmin pulun ödənilməməsi səbəbindən cəmiyyətin işgüzar fəaliyyətinə çox ağır zərbə vurulmuş, cəmiyyətin maliyyə vəziyyəti iflic vəziyyətinə düşmüşdür. Məlum edirlər ki, X5 rəisi M.Fərhadov ilə İddiaçı MMC-nin direktoru R.Hüseynov arasında 25 noyabr 2013-cü il tarixdə baş podrat müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən İddiaçı MMC 25 noyabr 2013cü il tarixli, 49 saylı baş podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, bunun qarşılığında isə X15 46.975,92 manat müqavilə qiymətindən bir qismini ödəməli idi. Lakin X5 basdırılmış (d102mm L-6m) dəmir dirəklər üzrə 25.160 manat borcu qalmışdır. Hal-hazırda X5 İddiaçı MMC-yə olan borcu 25.160 manat təşkil edir. Bundan əlavə, X22 rəisi Z.İsrafilov ilə İddiaçı MMC-nin direktoru R.Hüseynov arasında 25 oktyabr 2013-cü il tarixdə baş podrat müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən İddiaçı MMC 25 oktyabr 2013-cü il tarixli, 32 saylı baş podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, bunun qarşılığında isə X29 32.067,92 manat qabaqcadan şərti müqavilə qiymətini ödəməlidir. 27 dekabr 2013-cü il tarixli təhvil-qəbul aktına əsasən Ucar rayonu Bağman kəndinin daxili telefon şəbəkəsinin və birləşdirici FO-8 kabel xəttinin çəkilməsi üçün tikinti və quraşdırma işləri bütün texniki normalara uyğun olaraq 32.067,92 manat həcmində yerinə yetirilərək təhvil verilmişdir. Hal-hazırda X22 İddiaçı MMC-yə olan borcu 32.067,92 manat təşkil edir. Bundan əlavə, X17 rəisi N.Məmmədov ilə İddiaçı MMC-nin direktoru R.Hüseynov arasında 19 noyabr 2013-cü il tarixdə baş podrat müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən İddiaçı MMC 19 noyabr 2013-cü il tarixli, 23, 24, 25, 26, 61, 62, 63, 64, 65, 66, 67, 69 saylı baş podrat müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, bunun qarşılığında isə X28 şərti müqavilə qiymətlərini ödəməlidir. 26 iyun və 27 iyun 2013-cü il tarixli təhvil-qəbul aktına əsasən Qazax rayonu, Daş Salahlı kəndinin daxili telefon şəbəkəsinin genişləndirilməsi üçün tikinti və quraşdırma işləri bütün texniki normalara uyğun olaraq 134.509,86 manat həcmində yerinə yetirilərək təhvil verilmişdir. Həmçinin X17 basdırılmış (d102mm L-6m ) dəmir dirəklər üzrə 32.486 manat borcu qalmışdır. Ümumilikdə, X17 hal-hazırda X17 İddiaçı MMC-yə olan borcu 166.995,86 manat təşkil edir. Bundan əlavə, X7 rəisi M.Mahmudov ilə İddiaçı MMC-nin direktoru R.Hüseynov arasında 19 noyabr 2013-cü il tarixdə baş podrat müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən İddiaçı MMC 19 noyabr 2013-cü il tarixli, 18, 20/1, 22, 53, 54, 55, 56, 57, 58 saylı baş podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, bunun qarşılığında isə X19 şərti müqavilə qiymətlərini ödəməlidir. 28 iyun 2013-cü il tarixli təhvilqəbul aktına əsasən Ağstafa rayonu, Sadıxlı kəndinin daxili telefon şəbəkəsinin genişləndirilməsi üçün tikinti və quraşdırma işləri bütün texniki normalara uyğun olaraq 39.659,45 manat həcmində yerinə yetirilərək təhvil verilmişdir. 2013-cü il tarixli təhvil-qəbul aktına əsasən Ağstafa rayonu, Köçəsgər kəndinin daxili telefon şəbəkəsinin genişləndirilməsi üçün tikinti və quraşdırma işləri bütün texniki normalara uyğun olaraq 39.111,57 manat həcmində yerinə yetirilərək təhvil verilmişdir. 2013-cü il tarixli təhvil-qəbul aktına əsasən Ağstafa rayonu, Vurğun EATS-dən Həsənsu EATS-yə birləşdirici magistral FO-12 kabelinin çəkilişi və quraşdırma işləri bütün texniki normalara uyğun olaraq 10.909,10 manat həcmində yerinə yetirilərək təhvil verilmişdir. 28 iyun 2013-cü il tarixli təhvil-qəbul aktına əsasən Ağstafa rayonu, Köçəsgər kəndinin daxili telefon şəbəkəsinin genişləndirilməsi üçün tikinti və quraşdırma işləri bütün texniki normalara uyğun olaraq 36.430,97 manat həcmində yerinə yetirilərək təhvil verilmişdir. Hal-hazırda X7 İddiaçı MMC-yə olan borcu 254.755,16 manat təşkil edir. Həmçinin X7 basdırılmış (d102mm L-6m ) dəmir dirəklər üzrə 32.042 manat borcu qalmışdır. Ümumilikdə, X8 İddiaçı MMC-yə olan borcu 286.797,16 manat təşkil edir. Bundan əlavə, X9 rəisi R.Məmmədov ilə İddiaçı MMCnin direktoru R.Hüseynov arasında 20 noyabr 2013-cü il tarixdə baş podrat müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən İddiaçı MMC 20 noyabr 2013-cü il tarixli, 31, 59, 60 saylı Baş Podrat Müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, bunun qarşılığında isə X20 şərti müqavilə qiymətlərini ödəməlidir. 2013-cü il tarixli Təhvil-qəbul aktına əsasən Gədəbəy rayon Mərkəzinin daxili telefon şəbəkəsinin genişləndirilməsi üçün tikinti və quraşdırma işləri bütün texniki normalara uyğun olaraq 38.637,45 manat həcmində yerinə yetirilərək təhvil verilmişdir. Hal-hazırda X9 İddiaçı MMC-yə olan borcu 64.093,45 manat təşkil edir. Onu da qeyd etməyi zəruri hesab edirlər ki, hazırkı vaxtadək məhkəməyə müraciət etməmələrinin səbəbi hər dəfə onlara yaxın zamanlarda pulun ödənilməsini təmin olunacağı barədə verilmiş vədlər olmuşdur. Hazırda isə yenə də həmin vədlər verilsə də, onlar artıq həmin pulun ödənilməməsi səbəbindən cəmiyyətin işgüzar fəaliyyətinə çox ağır zərbə vurulmuş, cəmiyyətin maliyyə vəziyyəti iflic vəziyyətinə düşmüşdür. Bu səbəbdən hazırda tərəflərindən X10 xəbərdarlıq (pretenziya) məktubu göndərilərək, yaranmış 46.975,92 manat borc məbləğinin ödənilməsini təmin etmələri xahiş olunsa da, X15 yenə də müqavilə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Həmçinin hazırda tərəflərindən X27 xəbərdarlıq (pretenziya) məktubu göndərilərək, yaranmış 32.067,92 manat borc məbləğinin ödənilməsini təmin etmələri xahiş olunsa da, X29 yenə də müqavilə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Həmçinin hazırda tərəflərindən X23 xəbərdarlıq (pretenziya) məktubu göndərilərək, yaranmış 166.995,14 manat borc məbləğinin ödənilməsini təmin etmələri xahiş olunsa da, X28 yenə də müqavilə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Eləcə də hazırda tərəflərindən X14 xəbərdarlıq (pretenziya) məktubu göndərilərək, yaranmış 286.797,16 manat borc məbləğinin ödənilməsini təmin etmələri xahiş olunsa da, X19 yenə də müqavilə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Həmçinin hazırda tərəflərindən X11 xəbərdarlıq (pretenziya) məktubu göndərilərək, yaranmış 64.093,45 manat borc məbləğinin ödənilməsini təmin etmələri xahiş olunsa da, X20 yenə də müqavilə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Cavabdeh MMC iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının məhkəməyə təqdim etdiyi təhvil-qəbul aktları 2013-cü ili əhatə etdiyindən iddia müddətinin buraxıldığını bildirmiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə (tələbin dəqiqləşdirilməsi barədə) verərək, cavabdehlər Cavabdeh MMC-dən və Cavabdeh MMC-nin Kürdəmir filialından müqavilə üzrə ödənilməli olan 25.160 manat məbləğində, cavabdehlər Cavabdeh MMC-dən və və Cavabdeh MMC-nin Ucar filialından müqavilə üzrə ödənilməli olan 32.067,92 manat məbləğində, cavabdehlər Cavabdeh MMC-dən və Cavabdeh MMC-nin Qazax filialından müqavilə üzrə ödənilməli olan 166.995,14 manat məbləğində, cavabdehlər Cavabdeh MMC-dən və Cavabdeh MMC-nin Ağstafa filialından müqavilə üzrə ödənilməli olan 286.797,16 manat məbləğində, cavabdehlər Cavabdeh MMC-dən və Cavabdeh MMC-nin Gədəbəy filialından müqavilə üzrə ödənilməli olan 64.093,45 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Nümayəndə və Vəkil əlavə olaraq qeyd etmişdir ki, elektron qaimələrin mövcudluğu Cavabdeh MMC-nin onlara 2018-ci ildə ödəniş etdiyini təsdiqləyir. Bir müddət ödəniş etdikdən sonra cavabdeh borcunu ödəməyəcəyini bildirdi. İddiaçı hüquqlarının pozulduğu ona məlum olan vaxtdan qarşı tərəfdən məhkəmə qaydasında məbləği tələb edir. Beləliklə, onlar iddia müddətini ötürməmişlər. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X31 izahatında iddia tələbini qəbul etmdəklərini, podrat müqaviləsi üzrə görülmüş işlərin dəyərinin ödənildiyini, iddiaçıya borclarının olmadığını, eyni zamanda təqdim edilən təhvil-qəbul aktlarının 2013cü ilə aid olduğunu, borc məbləği üzrə iddia müddətinin iddiaçı tərəfindən buraxıldığını qeyd edərək, iddia müddətinin tətbiqi barədə verdiyi ərizənin nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etdi. Nümayəndə əlavə olaraq qeyd etmişdir ki, telekommunikasiya qovşağları hüquqi şəxs deyil, Cavabdeh MMC-nin struktur bölmələridir. Elektron qaimə əsasında ödəniş edilməsi hər hansı sənəd ilə öz təsdiqini tapmır. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (icraçı) müvafiq olaraq (sifarişçilər) X15 ilə 23 saylı, X29 ilə 32 saylı, X28 ilə 23, 24, 25, 26, 61, 62, 63, 64, 65, 66, 67, 69 saylı, X19 ilə 18, 20/1, 22, 53, 54, 55, 56, 57, 58 saylı və X20 ilə 31, 59, 60 saylı 19.11-xx.xx.2013-ci il tarixləri əhatə edən dövr ərzində müxtəlif dəyərlərdə işlərin görülməsi barədə baş podrat müqavilələri bağlanmışdır. Həmin müqavilələrin: 1.1-ci bəndinə əsasən icraçı göstərilən tikinti işləri əsasında öz gücü hesabına müqavilələrdə nəzərdə tutulan işlərin (daxili telefon şəbəkəsinin genişləndirilməsi üçün kabel və quraşdırma işlərinin görülməsi və s.) görülməsini və onun sifarişçi təşkilatın nümayəndəsinin iştirakı ilə təhvil verilməsi öhdəliklərini öz üzərinə götürür. 2.2-ci bəndinə əsasən görüləcək xidmətlərin dəyəri işin gedişi zamanı işlərin qəbulu aktları əsasında dəqiqləşdiriləcək. Müqavilələr İddiaçı MMC-nin (direktor Rafiq Hüseynov) və qeyd edilən telekommunikasiya qovşaqlarının nümayəndələrinin imzaları və möhürləri ilə təsdiq edilmişdir. xx.xx.2013-ci ildə təsdiq edilmiş təhvil-qəbul aktına əsasən Ucar rayonu Bağman kəndinin daxili telefon şəbəkəsinin və birləşdirici FO-8 kabel xəttinin çəkilməsi üçün tikinti və quraşdırma işləri bütün texniki normalara uyğun olaraq 32.067,92 (18% ƏDV daxil) həcmində yerinə yetirilərək təhvil verilmişdir. Akt İddiaçı MMC-nin və qeyd edilən telekommunikasiya qovşağının nümayəndəsinin imzaları və möhürləri ilə təsdiq edilmişdir. xx.xx.2013-ci ildə təsdiq edilmiş təhvil-qəbul aktına əsasən həqiqətən Qazax rayonu Daş-Salahlı kəndinin daxili telefon şəbəkəsinin genişləndirilməsi üçün tikinti və quraşdırma işləri bütün texniki normalara uyğun olaraq 23.156,32 (18% ƏDV daxil) həcmində yerinə yetirilərək təhvil verilmişdir. Akt İddiaçı MMC-nin və qeyd edilən telekommunikasiya qovşağının nümayəndəsinin imzaları və möhürləri ilə təsdiq edilmişdir. xx.xx.2013-ci ildə təsdiq edilmiş təhvil-qəbul aktına əsasən həqiqətən Qazax rayonu Çaylı kəndinin daxili telefon şəbəkəsinin genişləndirilməsi üçün tikinti və quraşdırma işləri bütün texniki normalara uyğun olaraq 45.399,56 (18% ƏDV daxil) həcmində yerinə yetirilərək təhvil verilmişdir. Akt İddiaçı MMC-nin və qeyd edilən telekommunikasiya qovşağının nümayəndəsinin imzaları və möhürləri ilə təsdiq edilmişdir. xx.xx.2013-ci ildə təsdiq edilmiş təhvil-qəbul aktına əsasən həqiqətən Qazax rayonu Çaylı kəndinin daxili telefon şəbəkəsinin genişləndirilməsi üçün tikinti və quraşdırma işləri bütün texniki normalara uyğun olaraq 20.650 (18% ƏDV daxil) həcmində yerinə yetirilərək təhvil verilmişdir. Akt İddiaçı MMC-nin və qeyd edilən telekommunikasiya qovşağının nümayəndəsinin imzaları və möhürləri ilə təsdiq edilmişdir. 2013-ci ildə təsdiq edilmiş təhvil-qəbul aktına əsasən həqiqətən Ağstafa rayonu Vurğun EATS-dan Həsənsu EATS-a birləşdirici magistral FO-12 kabelinin çəkilişi və quraşdırma işləri bütün texniki normalara uyğun olaraq 10.919,10 (18% ƏDV daxil) həcmində yerinə yetirilərək təhvil verilmişdir. Akt İddiaçı MMC-nin və qeyd edilən telekommunikasiya qovşağının nümayəndəsinin imzaları və möhürləri ilə təsdiq edilmişdir. xx.xx.2013-ci ildə təsdiq edilmiş təhvil-qəbul aktına əsasən həqiqətən Ağstafa rayonu Sadıxlı kəndinin daxili telefon şəbəkəsinin genişləndirilməsi üçün tikinti və quraşdırma işləri bütün texniki normalara uyğun olaraq 39.659,45 (18% ƏDV daxil) həcmində yerinə yetirilərək təhvil verilmişdir. Akt İddiaçı MMC-nin və qeyd edilən telekommunikasiya qovşağının nümayəndəsinin imzaları və möhürləri ilə təsdiq edilmişdir. 2013-ci ildə təsdiq edilmiş təhvil-qəbul aktına əsasən həqiqətən Ağstafa rayonu Köçəsgər kəndinin daxili telefon şəbəkəsinin genişləndirilməsi üçün tikinti və quraşdırma işləri bütün texniki normalara uyğun olaraq 39.111,57 (18% ƏDV daxil) həcmində yerinə yetirilərək təhvil verilmişdir. Akt İddiaçı MMC-nin və qeyd edilən telekommunikasiya qovşağının nümayəndəsinin imzaları və möhürləri ilə təsdiq edilmişdir. xx.xx.2013-ci ildə təsdiq edilmiş təhvil-qəbul aktına əsasən həqiqətən Ağstafa rayonu Köçəsgər kəndinin daxili telefon şəbəkəsinin genişləndirilməsi üçün tikinti və quraşdırma işləri bütün texniki normalara uyğun olaraq 36.430,97 (18% ƏDV daxil) həcmində yerinə yetirilərək təhvil verilmişdir. Akt İddiaçı MMC-nin və qeyd edilən telekommunikasiya qovşağının nümayəndəsinin imzaları və möhürləri ilə təsdiq edilmişdir. 2013-ci ildə təsdiq edilmiş təhvil-qəbul aktına əsasən həqiqətən Gədəbəy rayon Mərkəzinin daxili telefon şəbəkəsinin genişləndirilməsi üçün tikinti və quraşdırma işləri bütün texniki normalara uyğun olaraq 38.637,45 (18% ƏDV daxil) həcmində yerinə yetirilərək təhvil verilmişdir. Akt İddiaçı MMC-nin və qeyd edilən telekommunikasiya qovşağının nümayəndəsinin imzaları və möhürləri ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən ƏDV daxil 9.651,30 manat dəyərində işlərin görülməsinə (Altıağac-Xızı EATS-ları arasında FO-12 kabelinin çəkilişi) dair xx.xx.2018-ci il tarixli, EAAK seriyalı, 678928 saylı; ƏDV daxil 256.253,18 manat dəyərində işlərin görülməsinə (tikinti işləri) dair xx.xx.2018-ci il tarixli, EAAK seriyalı, 678378 saylı və ƏDV daxil 75.933 manat dəyərində işlərin görülməsinə (Ucar rayonu Qaracallı kənd EATS daxili xətt şəbəkəsinin tikintisi) dair xx.xx.2018-ci il tarixli, EAAK seriyalı, 678467 saylı elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir. AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini Cavabdeh MMC-nin 12 may 2020-ci il tarixli 34, 41, 57, 58 və 70 saylı əmrləri ilə Cəmiyyətin hüquqi şəxs olmayan struktur bölmələri olan Gədəbəy, Kürdəmir, Ucar, Ağstafa və X6 bazasında Cəmiyyətin müvafiq olaraq Gədəbəy, Kürdəmir, Ucar, Ağstafa və Qazax filialları yaradılmışdır. xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli arayışları ilə təsdiq edilir ki, müvafiq olaraq Gədəbəy, Kürdəmir, Ucar, Ağstafa və Qazax filialları olduğu yerlər üzrə uçota alınmışdır. İddiaçı MMC tərəfindən pretenziya məktubu ilə X15, X29, X28, X19 və X11 müraciət edilərək borcun 7 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, 19.11-xx.xx.2013-ci il tarixləri əhatə edən dövr ərzində İddiaçı MMC ilə Cavabdeh MMC-nin hüquqi şəxs olmayan struktur bölmələri - X15 ilə 23 saylı, X29 ilə 32 saylı, X28 ilə 23, 24, 25, 26, 61, 62, 63, 64, 65, 66, 67, 69 saylı, X19 ilə 18, 20/1, 22, 53, 54, 55, 56, 57, 58 saylı və X20 ilə 31, 59, 60 saylı baş podrat müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən icraçı İddiaçı MMC göstərilən müqavilələrdə nəzərdə tutulan işlərin (daxili telefon şəbəkəsinin genişləndirilməsi üçün kabel və quraşdırma işlərinin görülməsi və s.) görülməsini və onun sifarişçi təşkilatın nümayəndəsinin iştirakı ilə təhvil verilməsini, sifarişçilər isə görülmüş işlərin dəyərinin ödənilməsini üzərinə götürmüşdür. xx.xx.2020-ci ildə Cavabdeh MMC-nin struktur bölmələri olan Gədəbəy, Kürdəmir, Ucar, Ağstafa və X6 bazasında müvafiq olaraq Cəmiyyətin Gədəbəy, Kürdəmir, Ucar, Ağstafa və Qazax filialları yaradılmışdır. Hazırda İddiaçı MMC mübahisəli müqavilələr üzrə cavabdehlər Cavabdeh MMC-dən və Cavabdeh MMC-nin Kürdəmir filialından 25.160 manat; Cavabdeh MMC-dən və Cavabdeh MMC-nin Ucar filialından 32.067,92 manat; Cavabdeh MMC-dən və Cavabdeh MMC-nin Qazax filialından 166.995,14 manat, Cavabdeh MMC-dən və Cavabdeh MMCnin Ağstafa filialından 286.797,16 manat və Cavabdeh MMC-dən və Cavabdeh MMC-nin Gədəbəy filialından 64.093,45 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsini tələb edir. Cavabdeh MMC isə mübahisəli podrat müqavilələri üzrə görülmüş işlərin dəyərinin ödənildiyini və iddiaçıya borclarının olmadığını iddia edir. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisəli müqavilələr üzrə borcun tutulması barədə hazırkı iddia tələbi Cavabdeh MMC ilə yanaşı Cavabdeh MMC-nin Kürdəmir, Ucar, Qazax, Ağstafa, Gədəbəy filiallarına qarşı yönəldilmişdir. Mülki Məcəllənin: 43.1-cü maddəsinin tələblərinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 44.1-ci maddəsinə görə hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. 53.2-ci maddəsinə görə hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. 53.3-cü maddəsinə əsasən, nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Mülki Məcəllənin yuxarıda istinad olunan normalarının məzmunundan da göründüyü kimi hüquqi şəxsin filialı onun struktur bölməsi olmaqla hüquqi şəxs statusuna malik deyil. Filial hüquqi şəxs olmadığından onun özünəməxsus mülki hüquq qabiliyyəti yoxdur, yəni o, müstəqil olaraq həyata keçirdiyi mülki hüquqlara, o cümlədən öz əmlakına, eləcə də hüquqi şəxs tərəfindən onun balansına verilmiş əmlak üzərində sərəncam vermək hüququna malik deyil, eləcə də müstəqil olaraq mülki vəzifələr, o cümlədən müqavilə öhdəliklərini icra etmək vəzifəsi daşımır. Filial mülki dövriyyədə müstəqil şəkildə iştirak edə bilmədiyindən filialın fəaliyyəti nəticəsində əldə olunan bütün hüquqlar filialın aid olduğu hüquqi şəxsə məxsusdur, eləcə də yaranan bütün öhdəliklər həmin hüquqi şəxs tərəfindən icra edilməlidir. Hazırkı halda mübahisəli müqavilələrdə tərəf qismində Cavabdeh MMC-nin Kürdəmir, Ucar, Qazax, Ağstafa, Gədəbəy telekommunikasiya qovşaqları göstərilsə də, qovşaqlar həmin müqavilələri mülki dövriyyənin müstəqil iştirakçısı qismində deyil, Cavabdeh MMC-nin struktur bölmələri qismində, yəni Cavabdeh MMC-nin adından bağlamışlar (Qovşaqların MMC-nin adından müqavilə bağlamaq səlahiyyəti Cavabdeh MMC tərəfindən mübahisələndirilməmişdir). Odur ki, həmin müqavilələr üzrə sifarişçi tərəfin öhdəliklərini icra etməli olan şəxs Cavabdeh MMC-dir. Telekommunikasiya Qovşaqlarının bazasında yaradılmış Cavabdeh MMC-nin Kürdəmir, Ucar, Qazax, Ağstafa, Gədəbəy filialları isə hazırkı iddiaya cavab verməli şəxslər olmadıqlarından onlara münasibətdə iddia rədd edilməlidir. İddiaçının Cavabdeh MMC-yə qarşı olan hissəsinə münasibətdə məhkəmə qeyd eidr ki, iddiaçı mübahisəli podrat müqavilələrinə əsasən cavabdeh üçün işlərin görülməsini və görülmüş işlərə görə cavabdehlərin onlara borcunun mövcud olmasını sübuta yetirmək üçün 2013-ci ilin noyabr-dekabr ayları üzrə Ucar rayonunun Bağman kəndinin daxili telefon şəbəkəsinin və birləşdirici FO-8 kabel xəttinin çəkilməsi üçün 32.067,92 (18% ƏDV daxil) manat dəyərində, Qazax rayonu Daş-Salahlı kəndinin daxili telefon şəbəkəsinin genişləndirilməsi üçün 23.156,32 (18% ƏDV daxil) manat dəyərində, Qazax rayonu Çaylı kəndinin daxili telefon şəbəkəsinin genişləndirilməsi üçün 45.399,56 (18% ƏDV daxil) manat dəyərində, Qazax rayonu Çaylı kəndinin daxili telefon şəbəkəsinin genişləndirilməsi üçün 20.650 (18% ƏDV daxil) manat dəyərində, Ağstafa rayonu Vurğun EATS-dan Həsənsu EATS üçün birləşdirici magistral FO-12 kabelinin çəkilişi üçün 10.919,10 (18% ƏDV daxil) manat dəyərində, Ağstafa rayonu Sadıxlı kəndinin daxili telefon şəbəkəsinin genişləndirilməsi üçün 39.659,45 (18% ƏDV daxil) manat dəyərində, Ağstafa rayonu Köçəsgər kəndinin daxili telefon şəbəkəsinin genişləndirilməsi üçün 39.111,57 (18% ƏDV daxil) manat dəyərində, Ağstafa rayonu Köçəsgər kəndinin daxili telefon şəbəkəsinin genişləndirilməsi üçün 36.430,97 (18% ƏDV daxil) manat dəyərində tikinti və quraşdırma işlərinin və Gədəbəy rayon Mərkəzinin daxili telefon şəbəkəsinin genişləndirilməsi üçün 38.637,45 (18% ƏDV daxil) manat dəyərində tikinti və quraşdırma işlərinin yerinə yetirilərək təhvil verilməsinə dair təhvil-təslim aktlarını, eləcə də ƏDV daxil 9.651,30 manat dəyərində görülmüş işlərə (Altıağac-Xızı EATS-ları arasında FO-12 kabelinin çəkilişi) dair xx.xx.2018-ci il tarixli, EAAK seriyalı, 678928 saylı; ƏDV daxil 256.253,18 manat dəyərində görülmüş işlərə (tikinti işləri) dair xx.xx.2018-ci il tarixli, EAAK seriyalı, 678378 saylı və ƏDV daxil 75.933 manat dəyərində görülmüş işlərə (Ucar rayonu Qaracallı kənd EATS daxili xətt şəbəkəsinin tikintisi) dair xx.xx.2018-ci il tarixli, EAAK seriyalı, 678467 saylı elektron qaimələri məhkəməyə təqdim etmişdir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Təqdim edilmiş elektron qaimələrə münasibətdə məhkəmə ilkin növbədə qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlər əsasında sözügedən elektron qaimələrin 2013-cü ildə bağlanmış mübahisəli müqavilələr üzrə tərtib edilib-edilməməsini, eləcə də həmin qaimələrin məhkəməyə təqdim edilmiş təhvil-təslim aktlarında qeyd olunmuş işlərlə bağlı tərtib edilib-edilmədiyini, yəni qaimələrin ümumiyyətlə hazırkı mübahisəyə aid olubolmadığını müəyyən etmək mümkün deyil. Digər tərəfdən sözügedən elektron qaimələrin mübahisəli müqavilələr üzrə görülmüş və təhvil-təslim aktları ilə əhatə olunmamış işlərlə bağlı tərtib edildiyini ehtimal etsək belə, iddiaçı həmin elektron qaimələrdə qeyd edilmiş işlərin həqiqətən də görülməsinə dəlalət edən əlavə sübutları (məsələn, təhvil-təslim aktlarını, qaimələr üzrə qismən ödəniş edilməsi barədə sənədləri və s.) məhkəməyə təqdim etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları” nın: 1.2-ci bəndinə görə elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. 1.3-cü bəndinə görə bəndinə görə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. 2.2-ci bəndinə görə elektron qaimə-fakturada həmin fakturanın verilməsi əsası (qaimələr, qəbzlər, çeklər, müqavilələr, təhvil-təslim aktları, ödəniş sənədləri, malların alınması üçün vəkalətnamə və s.) əks etdirilməldir. 3.7-ci bəndinə görə vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.), elektron qaimə-fakturanın dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Dəqiqləşdirilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilir. Dəqiqləşdirilmiş elektron qaimə-faktura təqdim edildikdən sonra alıcı tərəfindən təsdiq edilməlidir. Alıcı tərəfindən dəqiqləşdirilmiş elektron qaimə-fakturanın təqdim edildiyi ayın sonuncu gününə kimi təsdiq edilmədiyi halda dəqiqləşdirilmiş elektron qaimə-faktura proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır. Yuxarıda göstərilən müddəaların məzmunundan da göründüyü kimi elektron qaiməfakturalar malların (işlərin, xidmətlərin) təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Odur ki, hazırkı halda mübahisəli elektron qaimələr əsasında işlərin görülməsinə dair hər iki tərəfin təsdiq etdiyi təhvil-təslim aktları və ya digər ilkin sənədlər durmadığından həmin qaimə-fakturalar müvafiq qaimələrdə göstərilmiş işlərin görülməsi faktının təsdiq edilməsi üçün kifayət etmir. Beləliklə, iş materiallarında olan təhvil-təslim aktlarına əsasən İddiaçı MMC tərəfindən mübahisəli podrat müqavilələri üzrə Cavabdeh MMC-nin X29 (hazırda Ucar filialı) üçün 32.067,92 manat məbləğində, Cavabdeh MMC-nin X28 (hazırda Qazax filialı) üçün 89.205,88 manat məbləğində, Cavabdeh MMC-nin X19 (hazırda Ağstafa filialı) üçün 126.121,09 manat məbləğində və Cavabdeh MMC-nin X20 (hazırda Gədəbəy filialı) üçün 38.637,45 manat məbləğində işlərin görüldüyü müəyyən edilir, həmin işlərin dəyərinin cavabdeh tərəfindən ödənilməsini təsdiq edən sübutlar isə məhkəməyə təqdim edilməmişdir. Yuxarıda göstərilən halları nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, X29 üçün görülmüş işlərə görə 32.067,92 manat məbləğində borcun, X28 üçün görülmüş işlərə görə 89.205,88 manat və X19 üçün görülmüş işlərə görə 126.121,09 manat və X20 üçün görülmüş işlərə görə 38.637,45 manat məbləğində borcun Cavabdeh MMC-dən tutulması hissəsində iddia tələbi əsaslıdır. Digər tərəfdən cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək mübahisəyə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Göstərilən ərizəyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.2, 377.3-cü, 375.2-ci və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İş materiallarına əsasən isə müəyyən edilir ki, iddiaçının ödənilməsini tələb etdiyi borc 2013-cü ilin noyabr-dekabr aylarında görülərək təhvil verilmiş işlərə görə yaranmışdır. Müqavilələrdə görülmüş işlərin dəyərinin ödənilməsi öhdəliklərinin icrası müddətinin nəzərdə tutulmaması, bu halda isə iddia müddətinin axımının iddiaçının hüquqlarının pozulmasını bildiyi və ya bilməli olduğu gündən hesablanmalı olması barədə dəlillərinə gəldikdə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə görə icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır. Odur ki, hazırkı halda iddia müddətinin axımı iddia müddətinin axımı iddiaçının öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi vaxtdan – yəni iddiaçı tərəfindən görülmüş işlər cavabdehə təhvil verildiyi andan (sonuncu təhvil-təslim aktı xx.xx.2013-cü il tarixlidir), yəni ən geci 2013-cü ilin dekabrın 28dən başlamalıdır. Həmçinin, iddiaçı podrat müqavilələri üzrə görülmüş işlərə görə cavabdehə göndərilmiş xx.xx.2018-ci il tarixli elektron qaimələrin cavabdeh tərəfindən həmin tarixdə ödənişlərin edilməsini təsdiq etdiyini bildirsə də, yuxarıda da qeyd edildiyi kimi nə sözügedən qaimələrin 2013-cü ildə bağlanmış mübahisəli podrat müqavilələri üzrə görülmüş işlərlə bağlı tərtib edilməsi, nə də həmin elektron qaimələr üzrə hər hansı ödəniş edilməsi barədə sübutları məhkəməyə təqdim edə bilmişdir. Odur ki, həmin qaimələrin borcu etiraf edici hərəkət kimi qəbul edilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir. Bundan əlavə qaimələr borcu etiraf edici hərəkət kimi qəbul edilsə belə, həmin hərəkət hazırkı mübahisə üzrə iddia müddəti artıq bitdikdən sonra (2013-cü ilin dekabrında başlamış iddia müddəti 2016-cı ilin dekabrında bitmişdir) edildiyindən hər bir halda artıq bitmiş iddia müddətinin kəsilməsinə səbəb ola bilməzdi. Beləliklə, işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapır ki, İddiaçı MMC isə hazırkı iddianı 2022-ci ilin avqust ayının 18-də verməklə müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxmışdır. Odur ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə xərclərinə gəldikdə Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən isə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 391 manat dövlət rüsumu və 400 manat məbləğində mediasiya xərcləri iddiaçıya aid edilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh MMC-yə və Cavabdeh MMC-nin Kürdəmir, Ucar, Qazax, Ağstafa, Gədəbəy filiallarına qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4843/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4843/2022
16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver