Məhkəmə qərarları › İş №e-2-2(113)-486/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-486/2023

07.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-486/2023 07.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Duman Sinan, nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə3, nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı «pul» tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh Paşa-İnşaat” MMC-yə (bundan sonra – cavabdeh) qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında 06 mart 2020-ci il taixində Bakı şəhərində bağlanmış “Yerli büdcə əsaslı 1362/SC-0093_LOA saylı Ticarət Müqaviləsinə cavabdeh tərəfindən verilmiş xitamın ləğvi, habelə işlədiyimiz 9 aya görə 1.089.000 ABŞ dolları, mal-materiallların qiymət artımına görə çəkilmiş 1.524.904,10 ABŞ dolları, keyfiyyətli materialların istifadəsinə görə çəkilmiş 315.991,01 ABŞ dolları, ümumilikdə 2.929.895,11 ABŞ dolları, habelə məhkəməyə qədərki hüquqi yardıma görə vəkilə ödənilmiş 2000 manat və məhkəmədə göstəriləcək hüquqi yardıma görə ödənilmiş 3000 manat məbləğində xidmət haqqının, ödənilmiş 400 manat mediasiya xərci və 3282 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödnəilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflər Məhkəməyə tərəflər arasında imzalanmış barışıq sazişini təqdim edərək, ayrı-ayrılıqda sazişin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini, bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Barışıq sazişinin məzmununa görə: X11 (bundan sonra - “Barışıq Sazişi” adlandırılacaq) 15 mart 2023-cü il tarixdə Bakı şəhərində aşağıdakı tərəflər arasında bağlanmışdır: (i) Azərbaycan Respublikasının qanunları əsasında ********** qeydiyyat nömrəsi (VÖEN) ilə təsis olunmuş, öz nizamnaməsi əsasında fəaliyyət göstərən və Direktoru Qanuni nümayəndə1 tərəfindən təmsil olunan Cavabdeh MMC (bundan sonra - Paşa İnşaat); və (ii) Azərbaycan Respublikasının qanunları əsasında ********** qeydiyyat nömrəsi (VÖEN) ilə təsis olunmuş, öz nizamnaməsi əsasında fəaliyyət göstərən və direktoru Sinan Duman tərəfindən təmsil olunan "xxxx" MMC (bundan sonra - AZ- MEP) Paşa İnşaat və AZ-MEP bundan sonra ayrılıqda Tərəf, birlikdə Tərəflər adlandırıla bilər. Nəzərə alaraq ki: (1) 6 mart 2020-ci il tarixdə Paşa İnşaat ilə AZ-MEP arasında 1362/SC-0093 LOA saylı Yerli büdcə əsaslı müqavilə (bundan sonra - “Podrat Müqaviləsi” adlandırılacaq) imzalanmışdır; (2) Podrat Müqaviləsinə əsasən, "xxxx" ASC AZ-MEP-in Podrat Müqaviləsi üzrə öhdəliklərinin təminatı qismində ümumi məbləği 3.744.000,00 ABŞ dolları olan qarantiyaları (bundan sonra - “Mövcud Qarantiyalar” adlandırılacaq) Paşa İnşaata təqdim etmişdir; (3) 13 iyul 2022-ci il tarixdə X16-MEP tərəfindən Podrat Müqaviləsi üzrə öhdəliklərin pozulması səbəbindən Podrat Müqaviləsinə xitam vermişdir; (4) AZ-MEP 7 dekabr 2022-ci il tarixli iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsində qaldırılmış e-2-2(113)-486/2023 nömrəli məhkəmə işi üzrə X8 İnşaat tərəfindən verilmiş xitamın ləğv edilməsi, Podrat Müqaviləsi üzrə işlədiyi əlavə 9 aya görə 1.089.000,00 ABŞ dolları, mal-materiallların qiymət artımına görə çəkilmiş 1.524.904,10 ABŞ dolları, keyfiyyətli materialların istifadəsinə görə çəkilmiş 315.991,01 ABŞ dolları daxil olmaqla ümumilikdə 2.929.895,11 ABŞ dolları və məhkəməyə qədər hüquqi yardıma görə vəkilə ödənilmiş 2.000 manat və məhkəmədə göstəriləcək hüquqi yardıma görə ödənilmiş 3.000 manat məbləğində xidmət haqqının, ödənilmiş 400 manat mediasiya xərci və 3.282 manat məbləğində dövlət rüsumu da daxil olmaqla ümumilikdə 8.682 manat məbləğində vəsaitin Paşa İnşaat tərəfindən AZ-MEP-ə ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir; (5) Paşa İnşaat Bakı Kommersiya Məhkəməsinə 30 yanvar 2023-cü il tarixli etiraz ərizəsi təqdim edərək, AZ-MEP-in tələblərinin əsassız olduğunu bildirmiş və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. (6) Az-Mep və X16-Mep-in 7 dekabr 2022-ci il tarixli iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsində qaldırmış e-2-2(113)-486/2023 nömrəli məhkəmə işi üzrə malik olduğu tələbləri də daxil olmaqla, lakin bununla məhdudlaşmadan, Podrat Müqaviləsindən irəli gələn, X14 imzalanması məqamında Tərəflərə məlum olan (məlum olmalı olan) və ya məlum olmayan istənilən və bütün hüquq, iddia və tələbləri qarşılıqlı güzəştlər yolu ilə həll etmək və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə müvafiq olaraq AZ-MEP tərəfindən 7 dekabr 2022-ci il tarixli iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsində qaldırılmış e-2-2(113)-486/2023 nömrəli məhkəmə işi üzrə icraata xitam vermək niyyətindədirlər. X15 Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 881-ci maddəsinin X5, Tərəflər aşağıdakı kimi Razılaşırlar:

1. X3 1.1. Paşa İnşaat və AZ-MEP 6 mart 2020-ci il tarixdə Paşa İnşaat ilə AZ-MEP arasında imzalanmış 1362/SC-0093_LOA saylı Yerli büdcə əsaslı müqavilə (bundan sonra - “Podrat Müqaviləsi” adlandırılacaq) üzrə aralarında mövcud olan bütün mübahisələrin, iddia və tələblərin tam qarşılıqlı razılaşma və barışıq yolu ilə həll edilməsi məqsədilə X11ni imzalayırlar. 1.2. Tərəflər hazırki Barışıq Sazişi ilə eyni vaxtda Barışıq Sazişinin 1 nömrəli əlavəsini təşkil edən və onun ayrılmaz tərkib hissəsi hesab edilən yekun haqq-hesab şəhadətnaməsini imzalayırlar (bundan sonra - “Yekun Haqq-hesab Şəhadətnaməsi” adlandırılacaq). 1.3. Tərəflər təsdiq edir ki, Podrat Müqaviləsinə əsasən AZ-MEP tərəfindən yerinə yetirilmiş faktiki işlərin ümumi dəyəri 13.000.000,00 ABŞ dolları, Podrat Müqaviləsi üzrə yerinə yetirilmiş işlərə görə Paşa İnşaat tərəfindən AZ-MEP-ə ödənilən faktiki məbləğ 13.537.525,57 ABŞ dolları və beləliklə Podrat Müqaviləsi üzrə Paşa İnşaat tərəfindən AZ-MEP-ə ödənilən artıq ödəniş məbləği 537.525,57 ABŞ dolları təşkil edir (bundan sonra - adlandırılacaqdır). 1.4. AZ-MEP öhdəsinə götürür ki, Barışıq Sazişinin təsdiq edilməsi və Məhkəmə İşi üzrə icraata xitam verilməsi barədə Bakı Kommersiya Məhkəməsinin qərardadı (bundan sonra - “Qərardad” adlandırılacaq) qüvvəyə mindikdən sonra 3 (üç) iş günündən gec olmayaraq X12 Paşa İnşaata ödəyəcək. X9 Paşa İnşaata ödənilməsi ilə eyni vaxtda Paşa İnşaat "xxxx" ASC tərəfindən AZ-MEP-in Podrat Müqaviləsi üzrə öhdəliklərinin təminatı qismində əvvəllər təqdim edilmiş ümumi məbləği 3.744.000,00 ABŞ dolları olan bütün qarantiyalar üzrə hüquqlarından birdəfəlik imtina etmiş və Mövcud Qarantiyaları "xxxx" ASC-yə qaytarmış hesab olunur. 1.5. AZ-MEP təsdiq edir və öhdəsinə götürür ki, Podrat Müqaviləsi ilə nəzərdə tutulan İşlərdə, onların kim tərəfindən yerinə yetirilməsindən asılı olmayaraq, 31 dekabr 2023-cü il tarixədək aşkarlana bilən bütün qüsurların (bundan sonra - “Qüsurlar” adlandırılacaq) aradan qaldırılması üçün məsuliyyət daşıyır. “Qüsur” dedikdə X6 ilə nəzərdə tutulmuş və razılaşdırılmış tələblərə uyğun gəlməməsi nəzərdə tutulur. AZ- MEP-in bu bənddə nəzərdə tutulmuş öhdəliklərinin icrası "xxxx" ASC tərəfindən X14 imzalandığı tarixdə verilmiş və X9 Paşa İnşaata ödənilməsi tarixində qüvvəyə minən BGO/150323/001SS1 nömrəli bank qarantiyası ilə təmin edilir (bundan sonra - “Yeni Qarantiya” adlandırılacaq). 1.6. AZ-MEP təsdiq edir və öhdəsinə götürür ki, bu X7 tam və qəti nizama salınması hesab edilir və Barışıq Sazişi qüvvəyə mindiyi andan AZ-MEP-in Barışıq Sazişinin şərtlərinin yerinə yetirilməsi ilə əlaqədar malik ola biləcəyi tələblər istisna olmaqla, Paşa İnşaata və X1rşı Tələbləri olmayacaq, AZ-MEP hər hansı belə Tələblərə istinad etməyəcək, habelə hər hansı belə Tələbləri irəli sürməkdən imtina edəcək və heç bir üçüncü tərəfin, o cümlədən AZ-MEP-in Aidiyyəti Şəxslərinin belə Tələbləri irəli sürməsinə səbəb olmayacaq, icazə verməyəcək, təşviq etməyəcək, asanlaşdırmayacaq və ya köməklik etməyəcək və belə Tələblərin irəli sürülməməsini təmin edəcək. 1.7. AZ-MEP Qərardad qüvvəyə mindikdən sonra Podrat Müqaviləsi ilə əlaqədar və ya ümumiyyətlə X14 imzalandığı tarixə qədər görülmüş işlər və əməkdaşlıqla bağlı Paşa İnşaatın korporativ nüfuzuna xələl gətirə biləcək hər hansı hərəkət etməyəcəyi barədə təminat verir. 1.8. Paşa İnşaat təsdiq edir və öhdəsinə götürür ki, bu X7 tam və qəti nizama salınması hesab edilir və AZ-MEP-in Yeni Qarantiya ilə təmin olunan öhdəlikləri üzrə Paşa İnşaatın tələbləri və X11nin şərtlərinin yerinə yetirilməsi ilə əlaqədar Paşa İnşaatın malik ola biləcəyi tələblər istisna olmaqla, Barışıq Sazişi qüvvəyə mindiyi andan Paşa İnşaatın AZ-MEP-ə və AZ-MEP-in Aidiyyəti Şəxslərinə qarşı Tələbləri olmayacaq, Paşa İnşaat hər hansı belə Tələblərə istinad etməyəcək, habelə hər hansı belə Tələbləri irəli sürməkdən imtina edəcək və heç bir üçüncü tərəfin, o cümlədən X10 Şəxslərinin ("xxxx" ASC istisna olmaqla) belə Tələbləri irəli sürməsinə səbəb olmayacaq, icazə verməyəcək, təşviq etməyəcək, asanlaşdırmayacaq və ya köməklik etməyəcək və belə Tələblərin irəli sürülməməsini təmin edəcək. 1.9. X13 qüvvəyə mindikdən sonra Podrat Müqaviləsi ilə əlaqədar və ya ümumiyyətlə X14 imzalandığı tarixə qədər görülmüş işlər və əməkdaşlıqla bağlı AZ-MEP-in korporativ nüfuzuna xələl gətirə biləcək hər hansı hərəkət etməyəcəyi barədə təminat verir. 1.10. X14 məqsədləri üçün “Aidiyyət Şəxs” dedikdə müvafiq Tərəfə münasibətdə, Tərəfə birbaşa və dolayısı ilə nəzarət edən, birbaşa və ya dolayısı ilə Tərəfin nəzarətində olan və/ və ya Tərəf ilə birlikdə ümumi nəzarət altında olan şəxs(lər), habelə Tərəfin hazırkı, keçmiş və gələcək payçıları (səhmdarları), idarəetmə orqanlarının üzvləri, vəzifəli şəxsləri, işçiləri və məsləhətçiləri başa düşülür. 1.11. X14 məqsədləri üçün “Tələblər” dedikdə Podrat Müqaviləsindən irəli gələn və bu Sazişin imzalanması məqamında məlum olan (məlum olmalı olan) və ya məlum olmayan istənilən və bütün, o cümlədən işgüzar nüfuza xələl gətirə bilən hüquq, iddia və tələblər nəzərdə tutulur. 1.12. X14 məqsədləri üçün “İşlər” termini Podrat Müqaviləsinin 1.32-ci bəndində nəzərdə tutulan mənanı ifadə edir.

2. TƏZMİNAT 2.1. Hər bir Tərəf X11 üzrə üzərinə götürdüyü öhdəliklərinin pozuntusu ilə əlaqədar digər Tərəfin məruz qala biləcəyi bütün növ iddia, zərər, itki və xərclərə görə məsuliyyət daşıyır, digər Tərəfi bu cür iddia, zərər, itki və xərclərdən qoruyur və bu cür iddia, zərər, itki və xərclərə görə digər Tərəfə tam həcmdə kompensasiya ödəməyi öhdəsinə götürür.

3. Təsdiqlər 3.1. Tərəflər təsdiq edir ki, X11nin mətnini oxumuş və tam anlamışlar, Barışıq Sazişini imzalamazdan əvvəl onun hüquqi və faktiki nəticələri barədə müstəqil peşəkar hüquqşünas məsləhəti almışlar və Barışıq Sazişini tam məlumatlı və könüllü şəkildə imzalayırlar. 3.2. Tərəflər həmçinin təsdiq edir ki, Barışıq Sazişinin imzalanması üçün müvafiq səlahiyyətlərə malikdirlər və qanunvericiliklə və öz nizamnamələri ilə tələb olunan bütün razılıqları almışlar.

4. MƏXFİLİK 4.1. X4 mövcudluğunu və məzmununu, o cümlədən Barışıq Sazişinin imzalanması ilə bağlı Tərəflər arasında aparılan danışıqların məzmununun məxfiliyini təmin etməli və hazırkı Barışıq Razılaşması üzrə öhdəliklərinin yerinə yetirilməsi və/ yaxud Barışıq Sazişinin icrasının təmin edilməsi üçün tələb oluna bilən açıqlama halları və qanunvericiliklə tələb olunan hallar istisna olmaqla, bu məlumatları hər hansı üçüncü tərəflərə açıqlamamalıdırlar.

5. MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏSİ 5.1. X11 ilə bağlı Tərəflər arasında yaranan mübahisəyə Azərbaycan Respublikasının qanunvericiliyi əsasında Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılacaqdır.

6. YEKUN MÜDDƏALAR 6.1. Barışıq Sazişi və Yekun Haqq-hesab Şəhadətnaməsi Qərardad qüvvəyə mindiyi tarixdən qüvvəyə minir. 6.2. X11 hər biri bərabər qüvvəyə malik olan 3 (üç) nüsxədə imzalanır. Tərəflərdən hər biri Barışıq Sazişinin bir nüsxəsini əldə edir. Barışıq Sazişinin bir nüsxəsi isə təsdiq edilmək üçün Bakı Kommersiya Məhkəməsinə təqdim edilir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 15 mart 2023-cü il tarixli yekun haqq-hesab şəhadətnaməsindən görünür ki, yekun ödənilməli qalıq (ƏDV xaric) 537525,56 ABŞ dolları təşkil edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

QƏRARA ALDİ:

İddiaçı MMC və cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin aşağdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: Barışıq sazişinin məzmununa görə: X11 (bundan sonra - “Barışıq Sazişi” adlandırılacaq) 15 mart 2023-cü il tarixdə Bakı şəhərində aşağıdakı tərəflər arasında bağlanmışdır: Azərbaycan Respublikasının qanunları əsasında ********** qeydiyyat nömrəsi (VÖEN) ilə təsis olunmuş, öz nizamnaməsi əsasında fəaliyyət göstərən və Direktoru Qanuni nümayəndə1 tərəfindən təmsil olunan Cavabdeh MMC (bundan sonra - Paşa İnşaat); və Azərbaycan Respublikasının qanunları əsasında ********** qeydiyyat nömrəsi (VÖEN) ilə təsis olunmuş, öz nizamnaməsi əsasında fəaliyyət göstərən və direktoru Sinan Duman tərəfindən təmsil olunan "xxxx" MMC (bundan sonra - AZ- MEP) Paşa İnşaat və AZ-MEP bundan sonra ayrılıqda Tərəf, birlikdə Tərəflər adlandırıla bilər. Nəzərə alaraq ki:

1. 6 mart 2020-ci il tarixdə Paşa İnşaat ilə AZ-MEP arasında 1362/SC-0093 LOA saylı Yerli büdcə əsaslı müqavilə (bundan sonra - “Podrat Müqaviləsi” adlandırılacaq) imzalanmışdır;

2. Podrat Müqaviləsinə əsasən, "xxxx" ASC AZ-MEP-in Podrat Müqaviləsi üzrə öhdəliklərinin təminatı qismində ümumi məbləği 3.744.000,00 ABŞ dolları olan qarantiyaları (bundan sonra - “Mövcud Qarantiyalar” adlandırılacaq) Paşa İnşaata təqdim etmişdir;

3. 13 iyul 2022-ci il tarixdə X16-MEP tərəfindən Podrat Müqaviləsi üzrə öhdəliklərin pozulması səbəbindən Podrat Müqaviləsinə xitam vermişdir;

4. AZ-MEP 7 dekabr 2022-ci il tarixli iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsində qaldırılmış e-2-2(113)-486/2023 nömrəli məhkəmə işi üzrə X8 İnşaat tərəfindən verilmiş xitamın ləğv edilməsi, Podrat Müqaviləsi üzrə işlədiyi əlavə 9 aya görə 1.089.000,00 ABŞ dolları, mal-materiallların qiymət artımına görə çəkilmiş 1.524.904,10 ABŞ dolları, keyfiyyətli materialların istifadəsinə görə çəkilmiş 315.991,01 ABŞ dolları daxil olmaqla ümumilikdə 2.929.895,11 ABŞ dolları və məhkəməyə qədər hüquqi yardıma görə vəkilə ödənilmiş 2.000 manat və məhkəmədə göstəriləcək hüquqi yardıma görə ödənilmiş 3.000 manat məbləğində xidmət haqqının, ödənilmiş 400 manat mediasiya xərci və 3.282 manat məbləğində dövlət rüsumu da daxil olmaqla ümumilikdə 8.682 manat məbləğində vəsaitin Paşa İnşaat tərəfindən AZ-MEP-ə ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir;

5. Paşa İnşaat Bakı Kommersiya Məhkəməsinə 30 yanvar 2023-cü il tarixli etiraz ərizəsi təqdim edərək, AZ-MEP-in tələblərinin əsassız olduğunu bildirmiş və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Az-Mep və X16-Mep-in 7 dekabr 2022-ci il tarixli iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsində qaldırmış e-2-2(113)-486/2023 nömrəli məhkəmə işi üzrə malik olduğu tələbləri də daxil olmaqla, lakin bununla məhdudlaşmadan, Podrat Müqaviləsindən irəli gələn, X14 imzalanması məqamında Tərəflərə məlum olan (məlum olmalı olan) və ya məlum olmayan istənilən və bütün hüquq, iddia və tələbləri qarşılıqlı güzəştlər yolu ilə həll etmək və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə müvafiq olaraq AZ-MEP tərəfindən 7 dekabr 2022-ci il tarixli iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsində qaldırılmış e-2-2(113)-486/2023 nömrəli məhkəmə işi üzrə icraata xitam vermək niyyətindədirlər.

X15 Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 881-ci maddəsinin X5, Tərəflər aşağıdakı kimi Razılaşırlar:

1. X3 1.1 Paşa İnşaat və AZ-MEP 6 mart 2020-ci il tarixdə Paşa İnşaat ilə AZ- MEP arasında imzalanmış 1362/SC-0093_LOA saylı Yerli büdcə əsaslı müqavilə (bundan sonra - “Podrat Müqaviləsi” adlandırılacaq) üzrə aralarında mövcud olan bütün mübahisələrin, iddia və tələblərin tam qarşılıqlı razılaşma və barışıq yolu ilə həll edilməsi məqsədilə X11ni imzalayırlar. 1.2 Tərəflər hazırki Barışıq Sazişi ilə eyni vaxtda Barışıq Sazişinin 1 nömrəli əlavəsini təşkil edən və onun ayrılmaz tərkib hissəsi hesab edilən yekun haqq-hesab şəhadətnaməsini imzalayırlar (bundan sonra - “Yekun Haqq-hesab Şəhadətnaməsi” adlandırılacaq). 1.3 Tərəflər təsdiq edir ki, Podrat Müqaviləsinə əsasən AZ-MEP tərəfindən yerinə yetirilmiş faktiki işlərin ümumi dəyəri 13.000.000,00 ABŞ dolları, Podrat Müqaviləsi üzrə yerinə yetirilmiş işlərə görə Paşa İnşaat tərəfindən AZ-MEP-ə ödənilən faktiki məbləğ 13.537.525,57 ABŞ dolları və beləliklə Podrat Müqaviləsi üzrə Paşa İnşaat tərəfindən AZ-MEP-ə ödənilən artıq ödəniş məbləği 537.525,57 ABŞ dolları təşkil edir (bundan sonra - adlandırılacaqdır). 1.4 AZ-MEP öhdəsinə götürür ki, Barışıq Sazişinin təsdiq edilməsi və Məhkəmə İşi üzrə icraata xitam verilməsi barədə Bakı Kommersiya Məhkəməsinin qərardadı (bundan sonra - “Qərardad” adlandırılacaq) qüvvəyə mindikdən sonra 3 (üç) iş günündən gec olmayaraq X12 Paşa İnşaata ödəyəcək. X9 Paşa İnşaata ödənilməsi ilə eyni vaxtda Paşa İnşaat "xxxx" ASC tərəfindən AZ-MEP-in Podrat Müqaviləsi üzrə öhdəliklərinin təminatı qismində əvvəllər təqdim edilmiş ümumi məbləği 3.744.000,00 ABŞ dolları olan bütün qarantiyalar üzrə hüquqlarından birdəfəlik imtina etmiş və Mövcud Qarantiyaları "xxxx" ASC-yə qaytarmış hesab olunur. 1.5 AZ-MEP təsdiq edir və öhdəsinə götürür ki, Podrat Müqaviləsi ilə nəzərdə tutulan İşlərdə, onların kim tərəfindən yerinə yetirilməsindən asılı olmayaraq, 31 dekabr 2023-cü il tarixədək aşkarlana bilən bütün qüsurların (bundan sonra - “Qüsurlar” adlandırılacaq) aradan qaldırılması üçün məsuliyyət daşıyır. “Qüsur” dedikdə X6 ilə nəzərdə tutulmuş və razılaşdırılmış tələblərə uyğun gəlməməsi nəzərdə tutulur. AZ-MEP-in bu bənddə nəzərdə tutulmuş öhdəliklərinin icrası "xxxx" ASC tərəfindən X14 imzalandığı tarixdə verilmiş və X9 Paşa İnşaata ödənilməsi tarixində qüvvəyə minən BGO/150323/001SS1 nömrəli bank qarantiyası ilə təmin edilir (bundan sonra - “Yeni Qarantiya” adlandırılacaq). 1.6 AZ-MEP təsdiq edir və öhdəsinə götürür ki, bu X7 tam və qəti nizama salınması hesab edilir və Barışıq Sazişi qüvvəyə mindiyi andan AZ- MEP-in Barışıq Sazişinin şərtlərinin yerinə yetirilməsi ilə əlaqədar malik ola biləcəyi tələblər istisna olmaqla, Paşa İnşaata və X1rşı Tələbləri olmayacaq, AZ-MEP hər hansı belə Tələblərə istinad etməyəcək, habelə hər hansı belə Tələbləri irəli sürməkdən imtina edəcək və heç bir üçüncü tərəfin, o cümlədən AZ-MEP-in Aidiyyəti Şəxslərinin belə Tələbləri irəli sürməsinə səbəb olmayacaq, icazə verməyəcək, təşviq etməyəcək, asanlaşdırmayacaq və ya köməklik etməyəcək və belə Tələblərin irəli sürülməməsini təmin edəcək. 1.7 AZ-MEP Qərardad qüvvəyə mindikdən sonra Podrat Müqaviləsi ilə əlaqədar və ya ümumiyyətlə X14 imzalandığı tarixə qədər görülmüş işlər və əməkdaşlıqla bağlı Paşa İnşaatın korporativ nüfuzuna xələl gətirə biləcək hər hansı hərəkət etməyəcəyi barədə təminat verir. 1.8 Paşa İnşaat təsdiq edir və öhdəsinə götürür ki, bu X7 tam və qəti nizama salınması hesab edilir və AZ-MEP-in Yeni Qarantiya ilə təmin olunan öhdəlikləri üzrə Paşa İnşaatın tələbləri və X11nin şərtlərinin yerinə yetirilməsi ilə əlaqədar Paşa İnşaatın malik ola biləcəyi tələblər istisna olmaqla, Barışıq Sazişi qüvvəyə mindiyi andan Paşa İnşaatın AZ-MEP-ə və AZ-MEP-in Aidiyyəti Şəxslərinə qarşı Tələbləri olmayacaq, Paşa İnşaat hər hansı belə Tələblərə istinad etməyəcək, habelə hər hansı belə Tələbləri irəli sürməkdən imtina edəcək və heç bir üçüncü tərəfin, o cümlədən X10 Şəxslərinin ("xxxx" ASC istisna olmaqla) belə Tələbləri irəli sürməsinə səbəb olmayacaq, icazə verməyəcək, təşviq etməyəcək, asanlaşdırmayacaq və ya köməklik etməyəcək və belə Tələblərin irəli sürülməməsini təmin edəcək. 1.9 . X13 qüvvəyə mindikdən sonra Podrat Müqaviləsi ilə əlaqədar və ya ümumiyyətlə X14 imzalandığı tarixə qədər görülmüş işlər və əməkdaşlıqla bağlı AZ-MEP-in korporativ nüfuzuna xələl gətirə biləcək hər hansı hərəkət etməyəcəyi barədə təminat verir. 1.10 X14 məqsədləri üçün “Aidiyyət Şəxs” dedikdə müvafiq Tərəfə münasibətdə, Tərəfə birbaşa və dolayısı ilə nəzarət edən, birbaşa və ya dolayısı ilə Tərəfin nəzarətində olan və/ və ya Tərəf ilə birlikdə ümumi nəzarət altında olan şəxs(lər), habelə Tərəfin hazırkı, keçmiş və gələcək payçıları (səhmdarları), idarəetmə orqanlarının üzvləri, vəzifəli şəxsləri, işçiləri və məsləhətçiləri başa düşülür. 1.11 X14 məqsədləri üçün “Tələblər” dedikdə Podrat Müqaviləsindən irəli gələn və bu Sazişin imzalanması məqamında məlum olan (məlum olmalı olan) və ya məlum olmayan istənilən və bütün, o cümlədən işgüzar nüfuza xələl gətirə bilən hüquq, iddia və tələblər nəzərdə tutulur. 1.12 X14 məqsədləri üçün “İşlər” termini Podrat Müqaviləsinin 1.32ci bəndində nəzərdə tutulan mənanı ifadə edir. 2 TƏZMİNAT 2.1 Hər bir Tərəf X11 üzrə üzərinə götürdüyü öhdəliklərinin pozuntusu ilə əlaqədar digər Tərəfin məruz qala biləcəyi bütün növ iddia, zərər, itki və xərclərə görə məsuliyyət daşıyır, digər Tərəfi bu cür iddia, zərər, itki və xərclərdən qoruyur və bu cür iddia, zərər, itki və xərclərə görə digər Tərəfə tam həcmdə kompensasiya ödəməyi öhdəsinə götürür. 3 Təsdiqlər 3.1. Tərəflər təsdiq edir ki, X11nin mətnini oxumuş və tam anlamışlar, Barışıq Sazişini imzalamazdan əvvəl onun hüquqi və faktiki nəticələri barədə müstəqil peşəkar hüquqşünas məsləhəti almışlar və Barışıq Sazişini tam məlumatlı və könüllü şəkildə imzalayırlar. 3.2 Tərəflər həmçinin təsdiq edir ki, Barışıq Sazişinin imzalanması üçün müvafiq səlahiyyətlərə malikdirlər və qanunvericiliklə və öz nizamnamələri ilə tələb olunan bütün razılıqları almışlar. 4 MƏXFİLİK 4.1 X4 mövcudluğunu və məzmununu, o cümlədən Barışıq Sazişinin imzalanması ilə bağlı Tərəflər arasında aparılan danışıqların məzmununun məxfiliyini təmin etməli və hazırkı Barışıq Razılaşması üzrə öhdəliklərinin yerinə yetirilməsi və/ yaxud Barışıq Sazişinin icrasının təmin edilməsi üçün tələb oluna bilən açıqlama halları və qanunvericiliklə tələb olunan hallar istisna olmaqla, bu məlumatları hər hansı üçüncü tərəflərə açıqlamamalıdırlar. 5 MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏSİ 5.1 X11 ilə bağlı Tərəflər arasında yaranan mübahisəyə Azərbaycan Respublikasının qanunvericiliyi əsasında Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılacaqdır. 6 YEKUN MÜDDƏALAR 6.1 Barışıq Sazişi və Yekun Haqq-hesab Şəhadətnaməsi Qərardad qüvvəyə mindiyi tarixdən qüvvəyə minir. 6.2 X11 hər biri bərabər qüvvəyə malik olan 3 (üç) nüsxədə imzalanır. Tərəflərdən hər biri Barışıq Sazişinin bir nüsxəsini əldə edir. Barışıq Sazişinin bir nüsxəsi isə təsdiq edilmək üçün Bakı Kommersiya Məhkəməsinə təqdim edilir. İddiaçı MMC və cavabdeh "xxxx" MMC-yə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar