Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-488/2021 29.01.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil oğlunun, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı "İddiaçı" MMC-nin Cavabdeh qarşı xidmət müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı xidmət müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh istifadəsində olan qeyri-yaşayış sahəsinə İddiaçı MMC tərəfindən göstərilmiş servis xidmətlərinə görə yaranmış 4937,66 manat xidmət haqqı borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası ilə təsdiqlənmiş xx xxxxxx 2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: 1.1. Bu Saziş ilə Tərəflər İddiaçı Cavabdeh qarşı HM400-000974 saylı xx xxxx 2017ci il tarixli Xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərlə bağlı yaranmış 4937,66 manat xidmət haqqı borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması tələblərinə dair hazırda Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2-(113)- 488/2021 saylı iş üzrə mübahisəni qarşılıqlı güzəştlər və danışıqlar yolu ilə həll edirlər. 2.1. Tərəflər hazırki iddia tələbi ilə bağlı ümumi borc məbləğinin 4.000 (dörd min) manat olması barədə razılığa gəlirlər. 2.2. Cavabdeh bu saziş üzrə aşağıdakıları öhdəsinə götürür: 2.2.1.bu saziş üzrə razılaşdırılmış 4.000 (dörd min) manat borcun 400 (dörd yüz) manatını xx.xx.2021-ci il tarixə qədər "İddiaçı" MMC-yə ödəyir; 2.2.2. ilkin ödənişdən sonra qalan 3600 (üç min altı yüz) manat hissəni isə ən geci hər növbəti ayın 13-nə qədər aylıq 600 (altı yüz) manat olmaqla bu saziş bağlanan tarixdən 6 (altı) ay ərzində "İddiaçı" MMC-yə ödəyir. 2.3. "İddiaçı" MMC bu saziş üzrə aşağıdakıları öhdəsinə götürür: 2.3.1.bu Saziş üzrə razılaşdırılmış 400 (dörd yüz) manat ödəniş Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixə qədər ödənildikdən sonra sazişin 1.1-ci bəndində göstərilən iddia tələbinin qalan hissələrindən imtina edir. 3.1. Tərəflər Sazişin şərtlərini pozduqda, "İddiaçı" MMC məhkəməyə müraciət edərək Sazişin şərtlərinin məcburi icrası ilə bağlı icra sənədi almaq hüququna malikdir. 3.2. Bu Sazişdə göstərilməyən hallar Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. 3.3. Bu Saziş 3 nüsxədə tərtib edildi, onlardan biri məhkəmədə, digərləri isə Tərəflərdə saxlanılır və bütün nüsxələri eyni hüquqi qüvvəyə malikdir. 3.4. Bu Sazişdə göstərilməyən hallar Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir 3.5. Bu Saziş 3 nüsxədə tərtib edildi, onlardan biri məhkəmədə, digərləri isəTərəflərdə saxlanılır və bütün nüsxələri eyni hüquqi qüvvəyə malikdir. Məhkəmə iclasında tərəflərin nümayəndələri ayrı-ayrılıqda bağlanmış barışıq sazişinin təsdiq edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı xidmət müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisə üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: 2.1. Tərəflər hazırki iddia tələbi ilə bağlı ümumi borc məbləğinin 4.000 (dörd min) manat olması barədə razılığa gəlirlər. 2.2. Cavabdeh bu saziş üzrə aşağıdakıları öhdəsinə götürür: 2.2.1.bu saziş üzrə razılaşdırılmış 4.000 (dörd min) manat borcun 400 (dörd yüz) manatını xx.xx.2021-ci il tarixə qədər "İddiaçı" MMC-yə ödəyir; 2.2.2. ilkin ödənişdən sonra qalan 3600 (üç min altı yüz) manat hissəni isə ən geci hər növbəti ayın 13-nə qədər aylıq 600 (altı yüz) manat olmaqla bu saziş bağlanan tarixdən 6 (altı) ay ərzində "İddiaçı" MMC-yə ödəyir. 2.3. "İddiaçı" MMC bu saziş üzrə aşağıdakıları öhdəsinə götürür: 2.3.1.bu Saziş üzrə razılaşdırılmış 400 (dörd yüz) manat ödəniş Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixə qədər ödənildikdən sonra sazişin 1.1-ci bəndində göstərilən iddia tələbinin qalan hissələrindən imtina edir. 3.1. Tərəflər Sazişin şərtlərini pozduqda, "İddiaçı" MMC məhkəməyə müraciət edərək Sazişin şərtlərinin məcburi icrası ilə bağlı icra sənədi almaq hüququna malikdir. 3.2. Bu Sazişdə göstərilməyən hallar Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. 3.3. Bu Saziş 3 nüsxədə tərtib edildi, onlardan biri məhkəmədə, digərləri isə Tərəflərdə saxlanılır və bütün nüsxələri eyni hüquqi qüvvəyə malikdir. 3.4. Bu Sazişdə göstərilməyən hallar Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir 3.5. Bu Saziş 3 nüsxədə tərtib edildi, onlardan biri məhkəmədə, digərləri isə tərəflərdə saxlanılır və bütün nüsxələri eyni hüquqi qüvvəyə malikdir. Məhkəmə iclasında tərəflərin nümayəndələri ayrı-ayrılıqda bağlanmış barışıq sazişinin təsdiq edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Bu Saziş mübahisəyə baxan məhkəmə tərəfindən təsdiq edilməsi barədə qərardad qəbul edildiyi andan qüvvəyə minir. Barışıq Sazişi məhkəmə tərəfindən qərardadla təsdiq edildikdən sonra tərəflər üçün məcburi xarakter daşımaqla, bu Saziş üzrə öhdəliklərin gələcəkdə icrasını tələb etmək üçün əsas hesab edilir. Bu Sazişdə göstərilən məhkəmə mübahisəsinə dair işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-488/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-488/2021
29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver