Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4911/2022 22.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbi ilə bağlı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 1750 manat məbləğində pulun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 12-ci bəndində qeyd edilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunan məlumatdan görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti həyata keçirən şəxs deyil (VÖEN yoxdur), "xxxx" MMC-nin ( VÖEN **********) isə hüquqi ünvanı: ünvan 1ibkarlıq subyekti olduğu təqdirdə həmin tələblərə kommersiya mübahisəsi ilə bağlı mülki icraat qaydasında kommersiya məhkəməsində baxılmalıdır. Hazırki iddia ərizəsi üzrə iddiaçı sahibkarlıq fəaliyyəti həyata keçirən şəxs olmadığına görə hazırki tələbə Bakı Kommersiya Məhkəməsində deyil, hüquqi şəxsin ünvanının olduğu yer üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalıdır. Odur ki, qeyd olunanları nəzərə alaraq, hesab edirəm ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbi ilə bağlı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbi ilə bağlı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzlə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. İddiaçı izah edilsin ki, cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbi ilə bağlı iddia ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilməlidir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-4911/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4911/2022
22.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver