Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4920/2024 29.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “borc” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, öhdəliyin icra edilməməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “borc” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi, daha sonra isə iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında xx.xx.2022-ci il tarixli AP 22/0322 saylı subpodrat müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya verilməli olan 494768 məbləğində borcun, vəkilə hüquqi xidmətə görə ödənilmiş 320 manatın, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 785 manat dövlət rüsumunun cavabdehdən tulularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixli AP 22/0322 saylı Subpodrat müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında İddiaçı MMC tərəfindən müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilən işləri yerinə yetirməyi, başa çatdırmağı və sifarişçiyə tam hazır vəziyyətdə təhvil verməyi, Sifarişçi isə subpodratçının gördüyü işin müqabilində bu müqavilədə razılaşdırılmış haqqı odəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh tərəfindən müqavilə əsasında görülmüş işlərə görə İddiaçı MMC-yə ümumilikdə 494.768 manat məbləğində borc yaranmışdır. Bunula bağlı hər iki təşkilatın səlahiyyətli şəxsləri tərəfindən dəfələrlə görüşlər keçirilmiş və həmin borcun ödəniləcəyi barədə vəd verilsə də bu günə qədər borc ödənilməmişdir. Cavabdeh, qanunvericilikdə göstərildiyi kimi, öz öhdəsinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, müqavilənin və mövcud qanunvericiliyin tələblərini aşkar və kobud şəkildə pozmuşdur. Cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməməsi müvafiq hüquqi məsuliyyətə səbəb olmaqla yanaşı, həmçinin müqavilə üzrə ödənilməmiş və ödənilməli 15000 manat məbləğində pulun geri qaytarılması ilə bərabər öhdəliyin icra edilməməsi ilə bağlı cavabdehin mənə vurduğu digər zərəri ödəmək vəzifəsini də əmələ gətirmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 324.1, 324.2, 331.1, 442, 443.1, 445.1, 445.7, 446.1, 448.1, 448.2, 739.1, 739.2-ci maddələrinə istinad olunmuşdur. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlaraq, üzrlü səbəbdən məhkəmənin baxış iclasında iştirak edə bilməyəcəyini, məhkəmənin baxış iclasını onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: "xxxx" ASC (Sifarişçi) ilə İddiaçı MMC (İcraçı) arasında bağlanmış 01 mart 2022-ci il tarixli AP 22/0322 nömrəli subpodrat müqaviləsindən görünür ki, subpodratçı, mühəndisin tələblərinə əsasən və Smetada razılaşdırılmış həcmlər və qiymətlər üzrə Sifarişçinin təsdiq etdiyi və/və ya təqdim etdiyi layihəyə uyğun bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə(lər)də göstərilən işləri (bundan sonra “İşlər” adlandırılacaq) yerinə yetirməyi, başa çatdırmağı və Sifarişçiyə tam hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə subpodratçının gördüyü işin müqabilində bu Müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən işlərin başlanılmasından əvvəl təqdim edilməli və sifarişçi tərəfindən təsdiq edilməli olan iş proqramına uyğun şəkildə işlər subpodratçı tərəfindən icra ediləcək, başa çatdırılacaq və sifarişçiyə təhvil veriləcəkdir. Müqavilənin 2.2-ci bəndinə əsasən əgər bu Müqavilə üzrə İşlərin həcmi obyektiv qaydada artarsa (Subpodratçının səhvləri, nöqsanları, ehtiyatsızlığı və/və ya məsuliyyətsizliyi nəticəsində artması istisna olaraq). Tərəflərin qarşılıqlı razılığı ilə müqavilənin qiyməti artırıla bilər. Müqavilənin 3.1-ci bəndinə əsasən xidmətlərin dəyəri ƏDV daxil olmaqla 5908500,43 AZN (beş milyon doqquz yüz səkkiz min beş yüz manat, 43 qəpik) təşkil edir. Müqavilə üzrə ödəmələr faktiki görülmüş işlərin aktların (Forma 2, Forma 3) əsasında bank köçürmə yolu ilə həyata keçirilir. Müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə imzalandıqdan sonra Subpodratçı 1 (bir) gün ərzində texnika, mal-material və iş qüvvəsinin mobilizasiyasını həyata keçirərək işlərin yerində icrasına başlamalıdır. Müqavilənin 6.1-ci bəndinə əsaəsn işlərin təhvil verilməsi hər iki tərəfdən ən azı iki nəfər səlahiyyətli şəxsin imzası ilə və tərəflərin möhürləei ilə təsdiq edilən Təhvil-təslim aktına əsasən həyata keçirilir. Təhviltəslim aktında mühəndisin imzası da olmalıdır. Müqavilənin 14.1-ci bəndinə əsasən subpodratçı qarşısıalınmaz qüvvənin (fors-major) təsiri istisna olmaqla Müqavilədə göstərilən işləri müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirdikdə), Sifarişçi diğər hüquqlara ziyan vurmadan bu bənddə nəzərdə tutulmuş cərimə sanksiyalarını (dəbbə pulu) tətbiq edə bilər. Dəbbə pulunun məbləğinin yuxarı həddi müqavilənin qiymətinin 20%-dən çox olmamalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş maksimum həddə çatdıqdan sonra Sifarişçi müqaviləni ləğv edə bilər. EBBZ seriyalı, 111168 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 588771,27 manat məbləğində görülmüş işlərin dəyəri İddiaçı MMC tərəfindən "xxxx" ASCyə ödənilməsi üçün təqdim edilmişdir. 01 iyul 2024-cü il tarixli 306 saylı maliyyə arayışına əsasən 01 mart 2022-ci il tarixli, № AP 22/0322 saylı müqavilə əsasında "xxxx" ASC-nin sifarişi əsasında “Salyan və Sabirabad rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması” layihəsi üzrə İddiaçı MMC (VÖEN **********) ilə Sub-podrat müqaviləsi və onun №1 saylı Əlavəsi üzrə işlər görülmüş və təhvil təslim aktları (dörd ədəd) hazırlanmış və elektron vergi qaimələrinin 2-si tam ödənmiş və 2-si isə qismən ödənərək borc qalmışdır, cəmi 2141799,77 manat dəyərində iş görülmüş və bunun müqabilində 1647031,13 manat dəyərində pul ödənmiş və 494768,64 (dörd yüz doxsan dörd min yeddi yüz altmış səkkiz manat 64 qəpik) manat ödənməmiş vəsait qalmışdır. 01 mart 2022-ci il tarixli AP 22/0322 nömrəli subpodrat müqaviləsi üzrə 01 iyul 2022-ci il tarixli 4 nömrəli subpodratçının görülmüş işlərə dair qəbul aktına əsasən xx.xx.2022-xx.xx.2022-ci il dövrü üzrə İddiaçı MMC tərəfindən 588771,27 manat dəyərində işlər görülmüşdür. Hər iki tərəf aktı imza və möhürü ilə təsdiq etmişdir. Salyan və Sabirabad rayonlarında yerləşən qış otlaqlarında suvarma və drenaj obyektlərinin tikintisi işlərinin qəbulu Aktına əsasən 2022-ci ilin iyun ayında yerinə yetirilmiş işlərin dəyəri 588771,26 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə 18009 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə 126015,13 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə 18018 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə 4568,27 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə 36063 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə 63000 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2022-ci il tarixli 120İNTL221680024 saylı kredit haqqında bildiriş sənədindən görünür ki, "xxxx" ASC tərəfindən 500000 manat məbləğində vəsait İddiaçı MMC-yə ödənilmişdir. xx.xx.2022-ci il tarixli 120İNTL221680517 saylı kredit haqqında bildiriş sənədindən görünür ki, "xxxx" ASC tərəfindən 100065,97 manat məbləğində vəsait İddiaçı MMC-yə ödənilmişdir. xx.xx.2022-ci il tarixli 120İNTL221680544 saylı kredit haqqında bildiriş sənədindən görünür ki, "xxxx" ASC tərəfindən 100090,26 manat məbləğində vəsait İddiaçı MMC-yə ödənilmişdir. xx.xx.2022-ci il tarixli 120İNTL221680539 saylı kredit haqqında bildiriş sənədindən görünür ki, "xxxx" ASC tərəfindən 100150 manat məbləğində vəsait İddiaçı MMC-yə ödənilmişdir. xx.xx.2022-ci il tarixli 120İNTL221680533 saylı kredit haqqında bildiriş sənədindən görünür ki, "xxxx" ASC tərəfindən 100200 manat məbləğində vəsait İddiaçı MMC-yə ödənilmişdir. xx.xx.2022-ci il tarixli 120İNTL221680531 saylı kredit haqqında bildiriş sənədindən görünür ki, "xxxx" ASC tərəfindən 100050 manat məbləğində vəsait İddiaçı MMC-yə ödənilmişdir. xx.xx.2022-ci il tarixli 120İNTL221680517 saylı kredit haqqında bildiriş sənədindən görünür ki, "xxxx" ASC tərəfindən 49229,69 manat məbləğində vəsait İddiaçı MMC-yə ödənilmişdir. xx.xx.2022-ci il tarixli 120İNTL221680030 saylı kredit haqqında bildiriş sənədindən görünür ki, "xxxx" ASC tərəfindən 100100 manat məbləğində vəsait İddiaçı MMC-yə ödənilmişdir. xx.xx.2022-ci il tarixli 120İNTL221680028 saylı kredit haqqında bildiriş sənədindən görünür ki, "xxxx" ASC tərəfindən 100018,08 manat məbləğində vəsait İddiaçı MMC-yə ödənilmişdir. xx.xx.2022-ci il tarixli 1201NTL222030502 saylı kredit haqqında bildiriş sənədindən görünür ki, "xxxx" ASC tərəfindən 350000 manat məbləğində vəsait İddiaçı MMC-yə ödənilmişdir. 772925395 saylı xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən Kredo Vəkil bürosuna 320 manat ödəniş edilmişdir. 01 iyul 2024-cü il tarixli ********** saylı mədaxil İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 50 manat dövlət rüsumu ödənilmişdir. 12 iyun 2024-cü il tarixli ********** saylı mədaxil İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 735 manat dövlət rüsumu ödənilmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı müqavilədə nəzər tutulmuş xidmətləri göstərsə də, cavabdeh tərəfindən nəzərdə tutulmuş xidmət haqqı iddiaçıya ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, şərtləşdirilmiş xidmət haqqını ödəməmişdir. Bu fakt e-qaimələrlə də öz təsdiqini tapır, çünki mübahisə yaranan dövr və ondan əvvəlki müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində bu cür işgüzar adət, praktika və öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu formalaşmışdır ki, əvvəllərdə iddiaçı tərəfindən görülən işlərlə bağlı verilmiş eqaimələr əsasında cavabdeh tərəfindən müxtəlif ödənişlər edilmişdir. Həmçinin təhvilqəbul aktları ilə də cavabdehin iddiaçıya 494768 manat borcunun olması təsdiq olunur. Cavabdeh iddiya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının icra etdiyi işin müqabilində cavabdehdən xidmət haqqının ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, təhvil alınan xidmətlərə görə 494768 manat məbləğində pul vəsaitini ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu, tərəflər arasındakı işgüzar adəti, təhvil aktını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 494768 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə vəkil üçün tələb edilən xidmət haqqının ağlabatan olduğunu və iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, 320 manat xidmət haqqı və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 785 manat məbləğində dövlət rüsmunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 494768 (dörd yüz doxsan dörd min yeddi yüz altmış səkkiz) məbləğində borc, vəkilin xidmətlərindən istifadəyə görə çəkilmiş xərc qismində 320 (üç yüz iyirmi) manatın və ödənilmiş 785 (yeddi yüz səksən beş) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4920/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4920/2024
29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver