Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4928/2022 02.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, İddiaçı2n nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı2 Cavabdeh İB-yə qarşı əsassız yazılmış borcun silinməsi, yeni müqavilənin imzalanması və yeni sayğacın qoşulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı2 cavabdeh “Azəriqaz" İstehsalat Birliyinə qarşı əsassız yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı2nə akta əsasən yazılmış 14.846,15 manat əsassız yazılmış borcun silinməsi, yeni müqavilənin imzalanması və yeni sayğacın qoşulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, İddiaçı2 Cavabdeh İB-yə qarşı əsassız yazılmış borcun silinməsi, yeni müqavilənin imzalanması və yeni sayğacın qoşulması tələbinə dair iddia ərizəsinin Cavabdeh İB ilə yeni müqavilənin imzalanması və yeni sayğacın qoşulmasına dair hissəsində iddia tələblərini geri götürərək, həmin hissədə iddia tələblərinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin Cavabdeh İB ilə yeni müqavilənin imzalanması və yeni sayğacın qoşulmasına dair hissəsində iddia tələblərini geri götürərək, həmin hissədə iddia tələblərinin baxılmamış saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə verdiyindən, cavabdeh isə məhkəmə iclasına gəlmədiyindən və işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasının tələb edilməsinə dair məhkəməyə heç bir vəsatət təqdim etmədiyindən Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsi həmin hissədə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı2n Cavabdeh İB-yə qarşı əsassız yazılmış borcun silinməsi, yeni müqavilənin imzalanması və yeni sayğacın qoşulması tələbinə dair iddia ərizəsi yeni müqavilənin imzalanması və yeni sayğacın qoşulması hissəsində baxılmamış saxlanılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4928/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4928/2022
02.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver