Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5009/2022 09.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2nə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat, tapşırıq, hesabat, akt, layihə, tender) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2nə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) və Cavabdeh2nə (bundan sonra Cavabdeh2 MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 97000 manat məbləğində pul vəsaitinin və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. İddiaçı 2017-ci ilin sonlarından Bakı şəhəri, Yasamal rayonu, 1033-cü məhəllə, Tbilisi prospekti, 35 ünvanında yerləşən ofis binasında icarə müqaviləsi əsasında fəaliyyət göstərməyə başlamışdır. 2018-ci ilin əvvəllərində yuxarıda qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (ofis binası) mülkiyyətçisi dəyişərək cavabdeh “ASK“ ASC olmuşdur. Həmçinin Bakı şəhəri, Yasamal rayonu, 1033-cü məhəllə, Tbilisi prospekti, 35 ünvanının yaxınlığında yerləşən Yasamal rayonu, 1033-cü məhəllə, Tbilisi prospekti, 33 ünvanındakı qeyri-yaşayış binası da cavabdeh “ASK“ ASC-yə məxsusdur. Tbilisi prospekti, 35 ünvanında yerləşən ofis binasında ofis sahəsinin icarəsi ilə bağlı iddiaçı və cavabdeh “ASK“ ASC arasında müxtəlif tarixlərdə icarə müqavilələri bağlanmışdır. Bundan sonra, iddiaçı və cavabdeh “ASK“ ASC arasında inam və işgüzar münasibətlər formalaşmışdır. 2.2. İddiaçının əsas fəaliyyət sahəsi təmir tikinti işlərinin həyata keçirilməsindən ibarətdir. Məhz bu səbəbdən "xxxx" ASC və onun törəmə şirkəti olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) ilə 2018-2019-cu illərdə bir neçə dəfə xidmət müqavilələri imzalanmış, həmin xidmət müqavilələrinə əsasən iddiaçı cavabdeh “ASK“ ASC-yə məxsus olan qeyri-yaşayış binasında təmir-tikinti işləri həyata keçirmişdir. Bu təmir-tikinti işləri həyata keçirildikdən sonra xidmət haqqı cavabdeh “ASK“ ASC-nin törəmə şirkəti tərəfindən tam olaraq ödənilmişdir. Bu münasibətlərin nəticəsində iddiaçının cavabdeh “ASK“ ASC-yə olan inamı daha da artmışdır. 2.3. 2018-ci ilin əvvəllərində cavabdeh “ASK“ ASC iddiaçıya müraciət edərək Bakı şəhəri, Yasamal rayonu,1033-cü məhəllə, Tbilisi prospekti, 35 ünvanında yerləşən yaşayış binasının təyinatının dəyişdirilməsi ilə əlaqədar layihə işlərinin həyata keçirilməsi üçün qiymət təklifi verməsini xahiş etmişdir. Həmin müraciət əsasında iddiaçı qiymət təklifi hazırlayaraq cavabdeh “ASK“ ASC-yə təqdim etmiş, cavabdeh tərəfindən həmin qiymət təklifi qəbul edilmişdir. Qiymət təklifinin qəbul edilməsi ilə bağlı cavabdeh “ASK“ ASC tərəfindən xx.xx.2018-ci il tarixli 02\04-289 nömrəli məktub da göndərilmişdir. Bununla əlaqədar, iddiaçı və cavabdeh “ASK“ ASC arasında Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 35 ünvanında yerləşən yaşayış binasının ofis binasına dəyişdirilməsi ilə əlaqədar layihə işlərinin görülməsi üçün 17 may 2018-ci il tarixli, 12 saylı satınalma müqaviləsi bağlanmışdır. Qeyd olunan satınalma müqaviləsinin dəyəri cavabdeh “ASK“ ASC tərəfindən hissəvi olaraq, 2018-ci ilin avqust və 2019-cu ilin yanvar ayları aralığında ödənilmişdir. 2.4. İddiaçı və cavabdeh “ASK“ ASC arasında qarşılıqlı inam və işgüzar münasibətlər mövcud olduğundan cavabdeh “ASK“ ASC göstərilən ünvanda təmir-tikinti işlərinin tez zamanada görülməyə başlanılmasını iddiaçıdan xahiş etmiş, iddiaçı isə buna etiraz etməmişdir. Bu minvalla həmin ünvanda iddiaçı tərəfindən təmir-tikinti işlərinin görülməsinə 2018-cil ilin iyun ayında başlanılmışdır. Qeyd olunan ünvanda iddiaçı tərəfindən görülən təmir-tikinti işlərinə nəzarət “ASK“ ASC tərəfindən iş üzrə ikinci cavabdeh olan “Ximekspress“ MMC-yə həvalə edilmişdir. Eyni zamanda “Ximekspress“ MMC tərəfindən də həmin ünvanda müəyyən işlər görülmüşdür. 2.5. İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 33 ünvanında yenidənqurma işlərinin görülməsi xx.xx.2018-ci il tarixli akt, iddiaçı və cavabdeh “Ximekspress“ MMC-nin məsul əməkdaşları tərəfindən tərtib olunmuş “binada kəsilmiş şaxtaların hesabati barədə“ Forma 2-lər, iddiaçı və cavabdeh “Ximekspress“ MMC-nin məsul əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixinədək “təmir tikinti işlərinin görülməsi barədə“ Forma 2, iddiaçı və cavabdeh “Ximekspress“ MMC-nin məsul əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018 – xx.xx.2018-ci il tarixləri arasında “təmir tikinti işlərinin görülməsi barədə“ Forma 2, xx.xx.2019-cu il tarixli təhvil təslim aktı, iddiaçı və cavabdeh “Ximekspress“ MMC-nin məsul əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019 – xx.xx.2019-cu il tarixləri arasında “təmir tikinti işlərinin görülməsi barədə” Forma 2, iddiaçı ilə fərdi sahibkar X2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli xidmət müqaviləsi, iddiaçı ilə Megaplus firması arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi, iddiaçı və cavabdeh “Ximekspress“ MMC-nin məsul əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018 – xx.xx.2019-cu il tarixləri arasında görülmüş ümumi təmir tikinti işlərinin nəticəsində cavabdehin iddiaçıya olan borcunu təsdiq edən aktla sübut olunur. 2.6. İddia ərizəsinə əlavə edilən xx.xx.2019-cu il tarixli və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən iddiaçı qeyd olunan ünvanda işlərin görülməsi üçün üçüncü şəxsləri cəlb etmişdir. Buradan aydın aydın olur ki, iddiaçı cavabdehlərin razılığı olmadan cavabdeh "xxxx" ASC-yə məxsus olan əmlakda işlərin görülməsinə digər şəxsləri cəlb edə bilməzdi. İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında etibarlı işgüzar münasibətlər olduğundan, tərəflər razılaşmışlar ki, bütün ödənişlər cavabdehlər tərəfindən iddiaçıya nağd qaydada ödənəcəkdir. Cavabdehlər iddiaçıya ödənilməli olan 510 626,90 manat məbləğində pul vəsaitindən 413 626,90 manat ödənişi müxtəlif vaxtlarda ödəmiş, cavabdehlərin iddiaçı qarşısında 97000 manat məbləğində ödənilməmiş pul vəsaiti qalmışdır. İddiaçı cavabdeh “ASK“ ASC ilə icarə münasibətlərində olduğundan cavabdehlərin ona ödəməli olduğu pul vəsaitinin ödəniləcəyindən narahatçılığı olmamışdır. Həmin təmir tikinti işləri görülüb qurtardıqdan sonra, cavabdeh iddiaçını borcun ödəniləcəyinə inandırmaq üçün, “ASK“ ASC-nin törəmə şirkəti olan “ASK Xidmət“ MMC tərəfindən 2019-cu ilin iyul ayında iddiaçı ilə yenidən xidmət müqaviləsi imzalamış, lakin heç bir xidmət göstərilməmişdir. Cavabdeh “AS K“ ASC həmin müqavilə ilə iddiaçının onunla arasında olan işgüzar münasibətlərin davam edəcəyinə inandırmağa çalışırdı və iddiaçı buna inanaraq cavabdehlərdən pul tələb etməyib. 2.7. 2020-ci ilin fevral ayında iddiaçı icarə münasibətlərinə xitam vermək qərarına gəlmiş və bununla bağlı iddiaçı ilə cavabdeh “ASK“ ASC arasında xx.xx.2020-ci il tarixli xx.xx.2019-cu il tarixli 11-İC-AX-19 saylı icarə müqaviləsininin ləğvinə dair saziş imzalanmışdır. Həmin sazişdə iddiaçının cavabdeh “ASK“ ASC-yə icarə müqaviləsi üzrə borcunun olması barədə qeyd olmamışdır. İcarə müqaviləsi üzrə aylıq ödənilməli olan məbləğ 5725,50 manat təşkil edirdi. İddiaçı cavabdehə sonuncu dəfə 2019-cu ilin oktyabr ayı üzrə olan icarə haqqını ödəmişdir. İddiaçı ilə cavabdeh “ASK“ ASC arasında olan şifahi razılaşmaya əsasən, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dörd aylıq icarə haqqı cavabdehlərin iddiaçıya olan 97.000 manat məbləğində borcundan çıxılmalı idi. Eyni zamanda cavabdehlərdən “ASK“ ASC iddiaçını əmin etmişdir ki, onlar arasında daimi işgüzar münasibətlər mövcuddur və yeni layihələr olacaqdır, həmin layihələr üzrə işlərin görülməsi də məhz iddiaçıya həvalə ediləcəkdir. Həmin qalıq borc məbləği (97.000- 23.000=74.000) qısa zamanda cavabdehlər tərəfindən iddiaçıya ödənilməli idi. Lakin ödənişlər gecikdirildikdə iddiaçı cavabdehlərin rəhbər şəxsləri ilə dəfələrlə görüşmüş və müzakirələr aparmış, cavabdehlər iddiaçını yenə də əmin etmişlər ki, borc qısa müddət ərzində ödəniləcək, hətta yeni layihələr üzrə işlərin görülməsi də iddiaçıya həvalə ediləcəkdir. 2020-ci ildə baş tutan sonuncu görüşdən sonra ölkədə hökm sürən pandemiya səbəbindən iddiaçı məcbur olaraq bununla razılaşmış və qısa müddət səbr edib gözləməyə məcbur olmuşdur. 2.8. Lakin cavabdeh “ASK“ ASC öz vədinə əməl etməyərək xx.xx.2021-ci il tarixli pretenziya məktubu ilə iddiaçıya müraciət edərək, xx.xx.2019-cu il tarixli 11-İC-AX-19 saylı icarə müqaviləsi üzrə ödənilməli olan icarə haqqını tələb etmişdir. Belə ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən həmin icarə haqqı cavabdehlərin iddiaçıya olan borcundan çıxılmalı idi. Bundan sonra xx.xx.2021-ci il tarixdə iddiaçı cavabdeh “ASK“ ASC-yə pretenziya məktubu ünvanlayaraq, görülmüş təmir tikinti işləri nəticəsində yaranmış borcun ödənilməsini tələb etmişdir. Bununla əlaqədar, iddiaçı və cavabdehlər arasında yenidən danışıqlar baş tutmuş, müvəqqəti olsa da, razılıq əldə edilmişdir. Lakin cavabdeh “ASK“ ASC yenidən öz vədinə əməl etməyərək xx.xx.2019-cu il tarixli 11-İC-AX-19 saylı icarə müqaviləsi üzrə məhkəməyə müraciət etmişdir. 2.9. Bundan sonra iddiaçı əmin olmuşdur ki, cavabdehin ona borcunu ödəmək niyyəti yoxdur. Bu səbəbdən iddiaçı pretenziya məktubu ilə hər iki cavabdehə müraciət etmiş və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış almışdır. Hazırkı iş üzrə cavabdeh “ASK“ ASC iddiaçıdan icarə haqqını tələb etdiyindən, cavabdehlərin iddiaçı qarşısında 97.000 manat məbləğində ödənilməmiş borcu mövcuddur.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.2, 385.1, 425.1, 442, 1091.1-ci maddələri göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahatlar vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 1033-cü məhəllə, Tbilisi prosepkti, 33 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus binada təmirtikinti işləri "xxxx" ASC-nin şifahi sifarişi əsasında İddiaçı MMC tərəfindən görülmüş, Cavabdeh2 MMC "xxxx" ASC-nin göstərişi ilə işlərə ümumi nəzarəti həyata keçirmiş, işlərin nəticəsini qəbul etmişdir. İddiaçıya ödənişləri "xxxx" ASC-nin göstərişi əsasında Cavabdeh2 MMC nağd qaydada etmişdir.
5. Cavabdeh tərəf məhkəməyə yazılı ərizə (izahat) təqdim edərək bildirmişdir ki, iddiaçının tələbinin əsası kimi çıxış edən işlər iddiaçı tərəfindən görülməmişdir. Belə ki, iddiaçı ilə "xxxx" ASC arasında Bakı şəhəri, Tbilisi prospekti, 35 ünvanında yerləşən yaşayış binasının ofis binasına dəyişdirilməsi ilə əlaqədar layihə işlərinin satın alınması ilə əlaqədar xx.xx.2018-ci il tarixli 12 nömrəli müqavilə imzalanmışdır. Sözügedən müqavilənin icrası ilə bağlı olaraq "xxxx" ASC və iddiaçı arasında imzalanmış 11 dekabr 2018-ci il tarixli təhvil-təslim aktına əsasən Bakı şəhəri, Yasamal rayonu, 1033-cü məhəllə, Tbilisi prosepkti, 33 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus ofis binasının layihələri "xxxx" ASC-yə təhvil verilmişdir. Bununla əlaqədar olaraq "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixli elektron qaimə-fakturaya əsasən iddiaçıya görülmüş işlərin dəyəri olaraq 47.242,28 manat məbləğində ödəniş edilmişdir. İddiaçı ilə "xxxx" ASC arasında bağlanan xx.xx.2018-ci il tarixli 12 nömrəli müqavilədə "xxxx" ASC-nin ünvanının “Tbilisi prospekti, 35” kimi qeyd olunması texniki səhv olaraq qəbul edilməlidir. Belə ki, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktından da göründüyü kimi iddiaçının layihələndirmə ilə bağlı görülən işlər Bakı şəhəri, Yasamal rayonu, 1033-cü məhəllə, Tbilisi prospekti, 33 ünvanında yerləşən daşınmaz əmlaka aiddir. İddiaçı tərəfindən "xxxx" ASC-nin borcunu sübut edən sənədlər qismində məhkəməyə yalnız xx.xx.2018-ci il tarixli akt və xx.xx.2018ci il tarixli qüsur aktı təqdim olunmuşdur. xx.xx.2018-ci il tarixli aktda "xxxx" ASC-nin əməkdaşlarının adı qeyd olunsa da, həmin sənəd adı göstərilən şəxslərdən biri, Qalina Əhmədova, tərəfindən imzalanmamış, digər şəxs, Novruz Səfərov, ümumiyyətlə, "xxxx" ASC-nin əməkdaşı deyildir. Bundan əlavə, qeyd edilən sənəd müvafiq səlahiyyətli şəxslər tərəfindən imzalanmaqla yanaşı, hüquqi şəxsin möhürü ilə də təsdiq olunmalıdır, lakin qeyd olunan şərt ödənilmədiyindən bu sənəd rəsmi olaraq "xxxx" ASC tərəfindən təsdiqlənməmiş hesab olunmalıdır. Həmçinin xx.xx.2018-ci il tarixli qüsur aktı xx.xx.2018-ci il tarixli 12 nömrəli Müqavilədə nəzərdə tutulan layihə işləri ilə əlaqədar olaraq aktda göstərilən işləri smetalaşdırmaq üçün tərtib olunmuşdur. Belə ki, təhvil-təslim aktından da göründüyü kimi smeta sənədləri hər iki hüquqi şəxs "xxxx" ASC-nin və iddiaçının nümayəndələri tərəfindən təsdiqlənərək təhvil alınmışdır. Odur ki, sözügedən qüsur aktı iddia predmetinə aidiyyəti olmayan müqavilə ilə əlaqədardır və hazırkı iddia tələbinə dair "xxxx" ASC üçün hər hansı bir öhdəlik yaratmır. Bundan başqa, iddiaçı tərəfindən işlərin şifahi razılıq əsasında görüldüyü bildirilmişdir. "xxxx" ASC-nin Nizamnaməsinin 1.2-ci bəndinə əsasən Cəmiyyətin təşkilati-hüquqi forması açıq səhmdar cəmiyyətidir və bütün səhmləri dövlətə məxsusdur. Bu səbəbdən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin “Malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının açıq tender və kotirovkalar sorğusu üsulları ilə aparılması üçün minimum məbləğlərin və satınalınan xidmətlər barədə bildirişin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi üçün məbləğin müəyyən edilməsi barədə” xx.xx.2013-cü il tarixli Q-12 nömrəli Qərarının 2-ci bəndinə əsasən dövlət satınalmalarının açıq tender üsulu ilə aparılması üçün malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin minimum məbləği 50,0 (əlli) min manat müəyyən edilmişdir. Həmçinin “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 34 nömrəli Qərarı ilə satınalma müqaviləsinin nümunəvi forması təsdiq edilmişdir. Qeyd olunan müddəaların əlaqəli şəkildə təhlilindən də aydın olur ki, tərəflər arasında sözügedən işlərin görülməsi ilə əlaqədar müqavilə olduğu təqdirdə, həmin müqavilə mütləq şəkildə yazılı olmalıdır. Digər tərəfdən iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixli akt və xx.xx.2018-ci il tarixli qüsur aktı 2018-ci il tarixində tərtib olunduğundan mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddəti sonuncu tərəfindən ötürülmüşdür və iddia tələbi təmin edilməməlidir. İddiaçı tərəfindən təqdim edilən sənədlərin 2018-ci ilə aid olduğunu nəzərə alaraq, iddianın irəli sürülməsi üçün müddət 2021-ci ildə bitir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddiaya etiraz etmiş, qeyd olunan ərizənin məzmununa uyğun izahat vermiş və bildirmişlər ki, Bakı şəhəri, Yasamal rayonu, 1033-cü məhəllə, Tbilisi prospekti, 33 ünvanında yerləşən binada təmirtikinti işlərinin görülməsi üçün "xxxx" ASC tərəfindən tender keçirilmiş, tenderin qalibi "xxxx" Firması olmuş, bütün işlər "xxxx" Firması tərəfindən görülmüş və "xxxx" ASC-yə təhvil verilmişdir. "xxxx" ASC tərəfindən isə görülmüş işlərin dəyəri ödənilmişdir.
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
8. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 MMC-yə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə məktub təqdim etmişdir. Məhkəmə Cavabdeh2 MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Pulun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. Məhkəmə bildirir ki, hazırkı mübahisə üzrə sübutetmə predmetinə daxil olan ilk hal İddiaçı MMC ilə "xxxx" ASC arasında podrat müqaviləsinin bağlanıb-bağlanmamasıdır. Yalnız tərəflər arasında podrat müqaviləsinin bağlandığı təsdiq olunduğu halda, müqavilə üzrə hansı işlərin görülməsinin razılaşdırıldığı, razılaşdırılmış işlərin görülüb-görülməməsi, cavabdehə təhvil-verilib verilməməsi, işlərin dəyərini ödəmək öhdəliyininin pozulubpozulmamasının müəyyən olunması sübut edilməli hal kimi məhkəmə araşdırmasının predmeti ola bilər.
13. İddiaçı cavabdeh "xxxx" ASC ilə aralarında şifahi podrat müqaviləsinin bağlandığı və Bakı şəhəri, Yasamal rayonu, 1033-cü məhəllə, Tbilisi prospekti, 33 ünvanında yerləşən binada təmir-tikinti işlərinin iddiaçı tərəfindən həyata keçirildiyini bildirir və iddiasının əsası kimi istinad etdiyi halları təsdiq edən sübut qismində məhkəməyə xx.xx.2018-ci il tarixli akt, xx.xx.2018-ci il tarixinədək təmir-tikinti işlərinin hesabatı, xx.xx.2018-ci il tarixli qüsur aktı, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək təmir-tikinti işlərinin hesabatı, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı, kəsilmiş şaxtaların hesabatı, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək görülmüş işlərlə bağlı Cavabdeh2 MMC-nin İddiaçı MMC-yə olan borcunu əks etdirən sənədi (akt), xx.xx.2018-ci il tarixli xidmət müqaviləsini və həmin müqaviləyə dair görülmüş işin hesabatını, xx.xx.2019-cu il tarixli icarə müqaviləsini və icarə predmetinin təhvil-təslim aktını təqdim etmişdir.
14. Cavabdeh iddiaya etiraz etmiş və Bakı şəhəri, Yasamal rayonu, 1033-cü məhəllə, Tbilisi prospekti, 33 ünvanında yerləşən binada iddiaçının təmir-tikinti işi görmədiyini, işlərin "xxxx" Firması tərəfindən görüldüyünü bildirmişdir və etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübut qismində məhkəməyə layihə işlərinin satın alınması üçün İddiaçı MMC tərəfindən təsdiq olunan xx.xx.2018-ci il tarixli tender təklifinin forması (Forma 1) və görüləcək işlərin əks olunduğu cədvəli, layihə sənədlərinin xx.xx.2018-ci il tarixli təhvil-təslim aktını, Bakı şəhəri, Yasamal rayonu, 1033-cü məhəllə, Tbilisi prospekti, 33 ünvanında yerləşən "xxxx"ın ofis binasının təmir və tikinti işlərinin satın alınmasına dair təkliflər sorğusunun 2018-ci il tarixli əsas şərtlər toplusunu, tender komissiyasının xx.xx.2018-ci il tarixli Y-23 nömrəli yekun protokolunu, işlərin satın alınması haqqında xx.xx.2018-ci il tarixli 26 nömrəli müqaviləni, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktını təqdim etmişdir.
15. Məhkəmə bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi qiymətləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin hüquqi əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin tələbinin hüquqi əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin hüquqi əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin hüquqi əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi qiymətləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Bu zaman əlavə olaraq irəli sürülən sübutların araşdırılmasına ehtiyac qalmır, çünki mübahisənin həlli üçün bu araşdırmanın əhəmiyyəti yoxdur.
16. Hazırkı iş üzrə iddianın hüquqi əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
17. Məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin hüquqi əsasının dispozisiya əlamətləri ilə uzlaşmır.
18. İddiaçının təqdim etdiyi xx.xx.2018-ci il tarixinədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək təmir-tikinti işlərinin hesabatı, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı, kəsilmiş şaxtaların hesabatı, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək görülmüş işlərlə bağlı Cavabdeh2 MMC-nin İddiaçı MMC-yə olan borcu barədə sənəddən görünür ki, qeyd olunan sənədlərdə Cavabdeh2 MMC-nin mühəndisi, baş mühəndisi və İddiaçı MMC-nin baş mühəndisi kimi qeyd olunan şəxslərin adlarının qarşısında imzalar çəkilmişdir.
19. Qeyd olunan sənədlərlə bağlı məhkəmə qeyd edir ki, iddiaçı sifarişçinin "xxxx" ASC olduğunu, yəni "xxxx" ASC ilə podrat münasibətində olduğunu qeyd etsə də, qeyd olunan sənədlər "xxxx" ASC-nin səlahiyyətli şəxsləri tərəfindən imzalanmamış, təsdiq olunmamışdır. Bundan başqa, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək görülmüş işlərlə bağlı borc məbləğini əks etdirən sənəddən (aktdan) görünür ki, İddiaçı MMC-yə borcu olan şəxs kimi Cavabdeh2 MMC qeyd olunmuşdur. İddiaçı Cavabdeh2 MMC-nin "xxxx" ASC-nin adından işlərə nəzarət etdiyini və işlərin nəticəsini qəbul etdiyini bildirsə də, məhkəməyə Cavabdeh2 MMC ilə "xxxx" ASC arasında olan münasibətlərin xarakterini aydınlaşdıracaq mötəbər sübut təqdim etməmiş, qeyd olunan halların təsdiq olunması üçün şahidlərin dindirilməsini məhkəmədən xahiş etmişdir.
20. İddiaçının vəsatəti əsasında məhkəmə iclasında şahid qismində xx.xx.2018-ci il tarixli aktda "xxxx" ASC-nin işçisi kimi adı qeyd olunan X3, İddiaçı MMC-nin işçisi olduğunu bildirilən X4, təqdim olunmuş akt, hesabat və s. sənədlərdə "xxxx" MMC-nin işçiləri qismində adları qeyd olunan X8 və X5 dindirilmişlər.
21. Şahid qismində dindirilmiş X3 məhkəməyə ifadəsində bildirmişdir ki, "xxxx" ASCnin işçisi olmamış, xidmət müqaviləsi əsasında "xxxx" ASC-də məsləhətçi və nəzarətçi kimi fəaliyyət göstərmiş, 2018-ci ilin sentyabr ayında "xxxx" ASC ilə xidmət müqaviləsi bağlamış, oktyabr ayında işdən çıxmış, təxminən 1 ay 5-10 gün işləmişdir. Xidmət müqaviləsi isə onda yoxdur. "xxxx" ASC-nin inzibati binası ilə bağlı təmirdə podratçı qismində gələnləri ona yönəltmişlər, o da təmir-tikinti qiymətlərini İlqara ("xxxx" ASC-də müavin) vermiş, sonra "xxxx" ASC-nin rəhbərliyi həmin məsələlərlə məşğul olmuşdur. O işə başlayanda İddiaçı MMC artıq orada fəaliyyət göstərmiş, elektrik, kondisioner, pəncərə-qapı işləri istisna olmaqla, tikinti, söküntü, təmir və s. kimi işləri icra etmişdir. Şahid həmçinin qeyd etmişdir ki, akt olanda imza etmiş, orada ümumi işə nəzarət etmiş, lakin daimi nəzarət etməmişdir. O olan müddətdə tamamlanmış iş olmamış, tamamlanmış iş olmadığından onun tərəfindən iş qəbul edilməmişdir. Bundan başqa bildirmişdir ki, "xxxx" MMC həmin binada işi götürməli idi, ona görə də 1-2 nümayəndəsi gəlib-gedirdi, hansı işlərin görüldüyünə baxır, ölçüb-biçirdilər, lakin "xxxx" MMC tenderdə qalib olmamışdır.
22. Şahid qismində dindirilmiş X4 məhkəməyə ifadəsində bildirmişdir ki, 2018-2019cu illərdə İddiaçı MMC-də iş icraçısı kimi işləmiş, "xxxx" ASC-nin binasında söküntü, hörgü, malyar, suvax işlərini icra etmiş, həmin işlərə Qalina xanım nəzarət etmiş, işin nəticəsini Qalina xanım qəbul etmiş, akta o imza etmişdir. Həmçinin şahid ünvanlanmış suallara cavab olaraq qeyd etmişdir ki, Cavabdeh2 MMC baş podratçı olmuş, işlər icra edilərkən həm "xxxx" ASC-nin, həm də Cavabdeh2 MMC-nin nümayəndələri mütəmadi olaraq gəlibgetmiş, işləri təhvil verən səlahiyyətli şəxs qismində isə İddiaçı MMC-nin müdiri Elnur bəy çıxış etmişdir.
23. Şahid qismində dindirilmiş X8 məhkəməyə ifadəsində qeyd etmişdir ki, "xxxx" Firmasında betonun texniki istehsalat şöbəsində mühəndis kimi 2018-2020-ci illərdə işləmişdir. Həmin dövrdə "xxxx" ASC-nin binasında bütün söküntü işlərini İddiaçı MMC görmüş, işləri o qəbul etmişdir. "xxxx" ASC tərəfindən söküntü işlərinə kimin nəzarət etməsi barədə məlumatı olmamışdır. Söküntü işlərini İddiaçı MMC görmüş, tikinti işlərini isə "xxxx" Firması görməli idi. Belə ki, iş onlara verilməli, tikinti-quraşdırma işlərini onlar görməli idi. Eyni zamanda bildirmişdir ki, İddiaçı MMC pəncərənin quraşdırılması kimi quraşdırma işləri də görmüşdür. İşlərin nəticəsinin qəbul edilməsi "xxxx" ASC-nin rəhbərliyi tərəfindən şifahi olaraq ona tapşırılmış, "xxxx" ASC-nin nümayəndələri gəlib işlərə baxmamış, Qalina xanım onlar tərəfindən yerinə yetirilmiş işlərin nəticəsini qəbul etmişdir. Qiymətləndirmə səlahiyyəti ona verilməmiş, pul hesabatı aparmamış, görülmüş iş həcminə nəzarət etmişdir. Həmçinin bildirmişdir ki, İddiaçı MMC ilə podrat münasibətləri olmamış, işləri qəbul etmək səlahiyyətini ona işlədiyi şirkətin rəhbəri vermişdir. Həmçinin şahid bildirmişdir ki, Cavabdeh2in İddiaçı MMC-yə borcu olduğunu eşitmiş, lakin dəqiq məlumatı olmamış, İddiaçı MMC Cavabdeh2in sifarişi ilə iş görməmişdir. Eyni zamanda bildirmişdir ki, Cavabdeh2 MMC-nin İddiaçı MMC-yə olan borcunun olduğu barədə aktı o imzalamış, borc tikinti-quraşdırma işlərinə görə olmuşdur. Cavabdeh2 MMC ilə "xxxx" arasında müqavilə olub-olmamasını bilməmişdir.
24. Şahid qismində dindirilmiş X5 məhkəməyə ifadəsində qeyd etmişdir ki, 2018-ci ilin oktyabr ayından Cavabdeh2 MMC-də əvvəl texniki-nəzarətçi kimi, daha sonra sahə rəisi kimi işləmişdir. İddiaçı MMC orada söküntü, arakəsmə divarların hörülməsi, bəzi daxili bəzək işlərinin görülməsi işlərini icra etmişdir. Sənədləşmə işlərinə o qarışmamış, imza etməmişdir. İddiaçı MMC işləyən dövrdə işlərə formal olaraq, elə-belə nəzarət etmiş, İddiaçı MMC getdikdən sonra sahə rəisi kimi fəaliyyət göstərmiş və forma 2 sənələrinə o imza etmişdir. Baş podratçı qismində Cavabdeh2 çıxış etmişdir. Eyni zamanda bildirmişdir ki, onlar gələndə İddiaçı MMC tərəfindən söküntü işlərinin 60-70%-i icra olunmuş, sonuncu həm söküntü, həm tikinti, həm də betonlama işlərini həyata keçirmişdir. Şahid həmçinin bildirmişdir ki, görülən işlərə baş podratçı kimi nəzarət etmişlər. Həmin işləri 2019-cu ilin yanvar ayında qəbul edib sənədləşdirmişlər.
25. Məhkəmə qeyd edir ki, iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlərdən X3 "xxxx" ASC ilə aralarında mülki müqavilə bağlandığını bildirmiş, müqavilənin onda olmadığını qeyd edərək məhkəməyə təqdim etməmiş, əvvəllər İddiaçı MMC-nin işçisi olduğunu qeyd edən X4 və Cavabdeh2 MMC-nin işçisi olduğunu bildirən X5 məhkəməyə qeyd olunan hüquqi şəxslərin işçiləri olduqlarını təsdiq edəcək sənədlər təqdim etməmişdir. X8 isə "xxxx" Firmasının işçisi olduğunu bildirmişdir.
26. Bundan başqa, məhkəmə qeyd edir ki, şahidlər İddiaçı MMC-nin qeyd olunan binada işlədiyini bildirsələr də, Cavabdeh2 MMC ilə "xxxx" ASC, Cavabdeh2 MMC ilə İddiaçı MMC arasında olan münasibətin xarakterinə (tərəflər arasında podrat münasibətinin olub-olmaması), hansı işlərin görüldüyünə (söküntü, tikinti, quraşdırma), işlərə kim tərəfindən nəzarətin edilməsinə ("xxxx" ASC, Cavabdeh2 MMC, “Ximekspress 2000”), işlərin nəticəsinin qəbulu, işlərin dəyərinin müəyyən olunması, işlərin nəticəsinin sənədləşdirilməsi ilə bağlı səlahiyyətlərinin olmasına və həmin səlahiyyətlərin kim tərəfindən verilməsinə dair ziddiyyətli ifadələr vermişlər. Qeyd olunan sənədlərdə adı qeyd olunan X8 isə "xxxx" Firmasının işçisi olduğunu qeyd etmişdir.
27. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
28. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
29. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Məhkəmə yuxarıda qeyd olunan sənədləri və şahidlərin ifadələrini birlikdə qiymətləndirərək bildirir ki, həmin sənədlər və şahid ifadələri iddiaçının iddiasının faktiki əsası kimi istinad etdiyi halı, yəni iddiaçı ilə "xxxx" ASC arasında şifahi podrat münasibətlərinin olmasını və Cavabdeh2 MMC-nin "xxxx" ASC-nin tapşırığı əsasında işlərə nəzarət etdiyini təsdiq edən mötəbər sübut qismində nəzərə alına bilməz.
31. İddiaçının təqdim etdiyi xx.xx.2018-ci il tarixli qüsur aktından görünür ki, Tbilisi prospekti, 33 ünvanında yerləşən "xxxx" ASC-nin ofis binasına baxış keçirərək tərəflər (İddiaçı MMC və "xxxx" ASC) söküntü üzrə iş həcmləri müəyyən etmişlər və akt "xxxx" ASC-nin möhürü ilə təsdiq olunmuşdur.
32. Cavabdeh tərəf qeyd olunan sənədin tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən layihə işlərinin görülməsi ilə bağlı tərtib olunmuş smeta sənədi olduğunu bildirir. İddiaçının nümayəndəsi və vəkili bununla razılaşmayaraq layihə işlərinin xarakterinin fərqli olduğunu, iş həcmlərinin müəyyən olunmasının layihə işləri çərçivəsində həyata keçirilməsinin mümkün olmadığını bildirir.
33. Məhkəmə tərəflərin izahatı və təqdim olunmuş sənədlər əsasında müəyyən edir ki, layihə işləri Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 33 ünvanında yerləşən bina ilə bağlı görülmüş, müqavilədə texniki səhvə yol verilərək Tbilisi prospekti, 35 ünvanı qeyd olunmuşdur.
34. İddiaçı onun tərəfindən görülmüş layihə işlərinin nədən ibarət olması ilə bağlı xx.xx.2018-ci il tarixli müqavilədə qeyd olunan sənədləri (əsas şərtlər toplusu, tender təklifi, əlavə 1, təhvil-təslim aktı) məhkəməyə təqdim etməmişdir.
35. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş tender təklifinin əlavəsindən (İddiaçı MMC tərəfindən təsdiq olunmuş) görünür ki, layihə işlərinə layihələrin hazırlanması, hesablamaların aparılması, smetanın tərtib edilməsi və hazırlanması daxildir. Layihə işlərinin xx.xx.2018-ci il tarixli təhvil-təslim aktından isə görünür ki, görülmüş işlərin nəticəsi kimi xx.xx.2018-ci il tarixli yekun smeta sənədi də təhvil verilmişdir.
36. Görülmüş layihə işlərinə smetanın tərtib edilməsinin də daxil olduğunu, təmirtikinti işlərinin layihə işləri hazır olduqdan sonra görülə biləcəyini, layihə işlərinin nəticəsinin isə xx.xx.2018-ci il tarixdə təhvil verildiyini nəzərə alan məhkəmə xx.xx.2018-ci il tarixli aktın tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən layihə işlərinin görülməsi ilə bağlı tərtib olunmuş sənəd olduğu ilə bağlı cavabdehin mövqeyini əsaslı sayır və hesab edir ki, həmin sənəd iddiaçı ilə "xxxx" ASC arasında podrat münasibətlərinin olduğunu təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.
37. Məhkəmə qeyd edir ki, xx.xx.2018-ci il tarixli xidmət müqaviləsi və xx.xx.2019-cu il tarixli icarə müqaviləsi iddiaçı ilə "xxxx" ASC arasında podrat münasibətlərinin olmasını təsdiq edə biləcək birbaşa sübut olmadığından digər sübutlarla birlikdə qiymətləndirilməlidir.
38. Bundan başqa, iş materiallarında olan sənədlərdən görünür ki, tərəflər arasında olmuş layihə işlərinin görülməsi ilə bağlı podrat münasibətləri, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı icarə münasibətləri və icarə müqaviləsinə xitam verilməsi ilə bağlı münasibətlər yazılı müqavilənin bağlanması və hüquqi şəxslərin möhürü ilə təsdiq olunmaqla ilə rəsmiləşdirilmiş, İddiaçı MMC tərəfindən təsdiq olunmuş hesab-fakturalar təqdim olunmuş, "xxxx" ASC tərəfindən hesab-fakturalarda qeyd olunan məbləğlər nağdsız qaydada köçürmə yolu ilə ödənilmişdir.
39. Məhkəmə qeyd edir ki, qiymətinin daha aşağı olduğu adıçəkilən müqavilələr yazılı qaydada bağlanılaraq rəsmiləşdirildiyi halda, qiymətinin 510 626,90 manat olduğu iddia olunan podrat müqaviləsi üzrə münasibətləri tərəflərin lazımi qaydada rəsmiləşdirməyib, şifahi müqavilə əsasında münasibətə daxil olmaları ağlabatan deyildir.
40. Bundan başqa, iddiaçı görülmüş işlərə görə "xxxx" ASC-nin göstərişi əsasında Cavabdeh2 MMC tərəfindən 413 626,90 manat ödəniş edildiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübut da məhkəməyə təqdim etməmişdir.
41. Cavabdeh tərəfindən təqdim olunmuş Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 33 ünvanında yerləşən "xxxx" ASC-nin ofis binasının təmir və tikinti işlərinin satın alınmasına dair təkliflər sorğusunun əsas şərtlər toplusundan görünür ki, "xxxx" ASCnin vəsaiti hesabına maliyyələşdiriləcək təmir və tikinti işlərinə söküntü, tikinti, təmir-bərpa, yenidən qurma və s. işlər daxil olmuşdur. xx.xx.2018-ci il tarixli Y-23 nömrəli yekun protokoldan görünür ki, "xxxx" Firması tender nəticəsində birinci yeri tutumuşdur. "xxxx" ASC ilə "xxxx" Firması arasında bağlanmış (tərəfərin möhürləri ilə təsdiq olunmuş) işlərin satın alınması haqqında xx.xx.2018-ci il tarixli 26 nömrəli müqavilədən görünür ki, təkliflər sorğusunun əsas şərtlər toplusunda göstərilən təmir və tikinti işlərinin yerinə yetirilməsi barədə tərəflər razılığa gəlmişlər. "xxxx" ASC və "xxxx" Firmasının səlahiyyətli nümayəndələri tərəfindən tərtib olunmuş (tərəfərin möhürləri ilə təsdiq olunmuş) xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, görülməsi razılaşdırılmış işlər "xxxx" Firması tərəfindən "xxxx" ASC-yə təhvil verilmişdir. Eyni zamanda görünür ki, iddiaçı tərəfindən "xxxx" ASC-nin sifarişi əsasında gördüyünü bildirərək təqdim etdiyi sənədlərdə qeyd olunan işlər "xxxx" Firması tərəfindən görülmüşdür.
42. Göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 33 ünvanında yerləşən yaşayış binasının qeyri-yaşayış binasına çevrilməsi ilə bağlı layihə işlərinin nəticəsi İddiaçı MMC tərəfindən xx.xx.2018-ci il tarixdə "xxxx" ASC-yə təhvil verildikdən sonra xx.xx.2018-ci il tarixdə "xxxx" ASC tərəfindən tender elan olunmuş, tenderin qalibi olmuş "xxxx" Firması ilə müqavilə bağlanmış, işlər onun tərəfindən yerinə yetirilmişdir.
43. Məhkəmə sübut kimi təqdim olunmuş məlumatlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıb ağlabatan mühakimə əsasında qiymət verərək qeyd edir ki, iddiaçının "xxxx" ASC ilə podrat münasibətində olması, tərəflər arasında şifahi podrat müqaviləsinin bağlanması təqdim olunmuş sübutlarla öz təsdiqini tapmır. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən məhkəmə belə qənaətə gəlir ki, "xxxx" ASCyə münasibətdə iddia tələbi əsassızdır və təmin oluna bilməz.
44. İddiaçı işlərə nəzarətin və işlərin nəticəsinin qəbulunun "xxxx" ASC tərəfindən Cavabdeh2 MMC-yə tapşırıldığını qeyd edərək iddiaya cavab verməli olan şəxs qismində Cavabdeh2 MMC-ni də qoymuşdur. İddiaçı tərəfindən Cavabdeh2 MMC-dən pulun tələb olunmasının əsasının iddiaçı ilə "xxxx" ASC arasında mövcud olduğu iddia edilən podrat münasibətlərinin təşkil etdiyini nəzərə alan məhkəmə qeyd edir ki, iddiaçının tələbi qeyd olunan hissədə əsassız olduğundan və Cavabdeh2 MMC-yə qarşı olan tələb iddia edilən podrat münasibətlərindən irəli gəldiyindən iddia Cavabdeh2 MMC-yə münasibətdə də əsassız olmaqla təmin oluna bilməz.
45. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının Cavabdeh2 MMC-yə aid hissədə iddiasının əsası kimi qeyd etdiyi münasibətlər tapşırıq münasibətlərinə aiddir ki, mülki qanunvericilikdə vəkalət alanın vəkalət verənin hərəkət və ya hərəktsizliyi üçün məsuliyyəti nəzərdə tutulmamışdır.
46. İddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddia müddəti institutu mülki qanunvericilikdə iddia tələbi əsaslı olduğu, lakin qanunda qeyd olunan müddətlərdə irəli sürülmədiyi halda məhkəmənin iddianın rədd olunması barəsində qərar çıxarması üçün əsas kimi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə isə iddia tələbi əsaslı olmadığından iddia müddətinin tətbiqi barədə ərizə də təmin oluna bilməz.
47. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
b) Mediasiya xərcinin tutulması tələbi ilə bağlı
48. İddiaçı mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat pulun cavabdehdən tutulması tələbini irəli sürmüşdür.
49. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
50. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.
51. Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
52. Göründüyü kimi, kommersiya mübahisələri üzrə mediasiya prosesində iştirak qanunun tələbinə əsasən məcburidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
53. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
54. Hazırkı iş üzrə iddia tələbi təmin olunmadığından məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc iddiaçıya aid edilməlidir.
V. Nəticə:
55. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2nə qarşı “pulun tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova