Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-501/2021 01.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “barışıq sazişinin ləğv edilməsi”tələbinə dair kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarxli Barışıq Sazişinin (Borcun ödənilməsinə dair) ləğv edilməsi və 10 (on) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "İddiaçı" ASC ilə "Cavabdeh" MMC arasında xx.xx.2018-ci il tarixində Barşq Sazişi (Borcun ödənilməsinə dair) bağlanmışdır. Müqaviləyə əsasən, “Cavabdeh" MMC-nin 384000 (üç yüz səksən dörd min) manat ümumi borcundan 70000 (yetmiş min) manat vəsaiti xx.xx.2018-ci il tarixinədək, qalan 314000 (üç yüz on dörd min) manat məbləği isə xx.xx.2019-cu il tarixədək tam şəkildə gecikdirməmək şərti ilə “İddiaçı" ASC ödəməyi öhdəliyə götürür. Lakin "Cavabdeh" MMC tərəfindən xx.xx.2018-ci il tarixli Barşq Sazişinin (Borcun ödənilməsinə dair) müddəaları pozularaq, öhdəliklər icra edilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, "İddiaçı" ASC tərəfindən qaldırılan iddia ərizəsində tələbin əsaslandırılması üçün hər hansı sübut təqdim etməmişdir."İddiaçı" ASC ilə "Cavabdeh" MMC arasında barışıq sazişi imzalanarkən, artıq tərəflər arasında kredit borcu üzrə mübahisə var idi və bu mübahisənin həlli üçün barışıq sazişi imzalanmışdır. Bu barışıq sazişi üzrə də "Cavabdeh" MMC tərəfindən 120000 manat ödəniş edilmişdir. Deməli artıq müqavilə üzrə ödənişlər edilib və iddiaçı tərəfindən də həmin ödənişlər qəbul edilib. İş materiallarındaəlavə edilmiş xx.xx.2018-ci il tarixli barışıq sazişindən (borcun ödənilməsi) görünür ki,birinci tərəf:"İddiaçı" ASC-nin İdarə Heyətinin rəisi X2, ikinci tərəf: "Cavabdeh" MMC adından X6 barışıq sazişini imzalamışlar. Qeyd olunan Saziş Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusun tərəfindən saziş təsdiq edilmişdir. Həmin Sazişin 1.1.1-ci bəndinə əsasən Cavabdeh "Muganbank" Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 647.465,25 manat kredit borcu vardır.Lakin MMC və bank qarşılıqlı razılaşmaya əsasən göstərilən borcu silərək 384000 AZN məbləğində müəyyən edir. Banka olan 384000 AZN ümumi borcundan borclu 70000 AZN vəsaiti xx.xx.2018-ci il tarixinədək, yerdə qalan 314000 AZN məbləği isə xx.xx.2019-cu il tarixədək tam şəkildə gecikdirməmək şərti ilə banka ödəməyi öhdəliyinə götürür.Öhdəlik tam icra edildikdən sonra həmin öhdəliklə bağlı olan ipoteka müqavilələri ləğv edilir. Həmin Sazişin 1.1.2-ci bəndinə əsasən eyni zamanda "İddiaçı" ASC gələcəkdə "Cavabdeh" MMC-nin öhdəliklərini təm yerinə yetirdiyi halda mövcud kredit müqavilələri üzrə bank tərəfindən məhkəmə instansiyalarında heç bir iddia tələbi irəli sürməyəcəyi və mövcud qətnamələr üzrə tələblərini icra mərhələsindən geri çəkəcəyi barədə öhdəlik götürür. Həmin Sazişin 2.1.1-ci bəndinə əsasənbu sazişə əlavələr, dəyişikliklər və düzəlişlər tərəflər arasında yazılı əlavənin bağlanması yolu ilə həyata keçirilir. Həmin Sazişin 2.1.2-ci bəndinə əsasən hazırki Sazişlə öhdəlik götürmüş tərəflər, bu Sazişin 1.1. və 1.2.bəndində qeyd edilmiş şərtlər üzrə öhdəliklərinin olmasını təsdiq edirlər və borcun icrasına dair öhdəlik götürürlər. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin Nəsimi Filialı tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli mədaxil orderlərindən görünür ki, "Cavabdeh" MMC tərəfindənİddiaçı ASC-yə ümumilikdə 120000 manat ödənilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli M/11-6514 nömrəli bildirişdən görünür ki, xx.xx.2018-ci il tarixli Barışıq Sazişi (Borcun ödənilməsinə dair) göstərilən öhdəlikləri 3 (üç) iş günü ərzində icra edilməsi, əks halda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunacağı qeyd olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında barışıq sazişi bağlanmışdır. Sazişə əsasən iddiaçı "Cavabdeh" MMC tərəfindən Banka olan 384000 AZN ümumi borcundan borclu 70000 AZN vəsaiti xx.xx.2018-ci il tarixinədək, yerdə qalan 314000 AZN məbləği isə xx.xx.2019-cu il tarixədək tam şəkildə gecikdirməmək şərti ilə banka ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh İddiaçı ASC tərəfindən isə öhdəlik tam icra edildikdən sonra həmin öhdəliklərlə bağlı olan ipoteka müqavilələri ləğv edilməlidir. Hazırda iddiaçı bağlanmış saziş üzrə cavabdeh tərəfindən götürülmüş öhdəliklər yerinə yetirilmədiyindən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mübahisə predmeti olan barışıq sazişi yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğun tərtib edilmiş və təsdiq olunmuşdur. İddia tələbi üzrə aparılmış məhkəmə araşdırmasından məlum olur ki, tərəflər arasında bağlanmış saziş üzrə müəyyən edilmiş qalıq borcunun cavabdeh tərəfindən ödənilməsinintəmin edilmədiyindən iddiaçı qeyd olunan sazişin ləğv edilməsi ilə bağlı iddia qaldırmışdır. Lakin tərəflər arasından (borcun ödənilməsinə dair) bağlanmış sazişdə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməməsi hallarında növbəti öhdəliklər razılaşdırılmışdır. Belə ki tərəflər arasında bağlanmış sazişin 3.5-ci bəndinə əsasən «İcra haqqında» Qanunun 6-cı maddəsində icra sənədlərinin siyahısı verilmişdir. Həmin Qanunun 6.1.1-ci maddəsinə görə Azərbaycan Respublikası məhkəmələri tərəfindən çıxarılmış qərarlar icra sənədi sayılır. MPM-in 15.1 və Qanunun 6.1.1-ci maddələrinin müqayisəli təhlilindən görünür ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. «İcra haqqında» Qanunun icra sənədi kimi qəbul etdiyi Azərbaycan Respublikası məhkəmələrinin qərarları özündə həm məhkəmə qətnaməsini, həm də qərardadı ehtiva edir. Buna görə də barışıq sazişi bağlanmaqla icraatına xitam verilmiş işlər üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərardadları digər məhkəmə aktları ilə eyni hüquqi qüvvəyə malik olmaqla MPM-in 15.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının bütün ərazisində məcburi icra olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2018-ci il tarixli barışıq sazişi üzrə cavabdeh tərəfin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbindən həmin sazişin ləğv edilməsi barədə iddiası əsassızdır. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısının 1-ci bəndinə əsasən pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlərə dair icra qeydinin verilməsi müəyyən edilmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış barışıq sazişi üzrə öhdəliklərin yerinə yetirilməməsi halında qanunverici icra üsulu müəyyən etmişdir. Qeyd olunan barışıq sazişinin ləğvi sözügedən icra üsulu kimi müəyyən edilməmişdir. İddiaçı tərəfindən bunun əksini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən ödənilmiş 10 manatdövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan halları, sadalanan maddi hüququ normalarına tələblərinə əsasən belə qənaətə gəlir ki, İddiaçı ASC-nin Cavabdeh MMCyə qarşı “barışıq sazişinin ləğv edilməsi” barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “barışıq sazişinin ləğv edilməsi” barədə iddiası əsassız olduğundan təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-501/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-501/2021
01.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver