Məhkəmə qərarları › İş №e-2-2(113)-5021/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5021/2024

10.07.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5021/2024 10.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, Kreditor "xxxx" ASC-nin Borclu MMC-yə qarşı “tutmanın girov predmetinə yönəldilməsi” tələbi barədə əmr icraatı qaydasında verilmiş ərizəni və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor "xxxx" ASC Borclu MMC-yə qarşı “tutmanın girov predmetinə yönəldilməsi” əmr icraatı qaydasında “tutmanın girov predmetinə yönəldilməsi” məhkəməyə müraciət edərək, borclu Bank "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixdə iddiaçı Bank "xxxx" ASC ilə xx.xx.2019-cu il tarixdə iddiaçı Bank "xxxx" ASC ilə SKMFMG-00001-00/19A/1 saylı girov müqaviləsi və xx.xx.2019-cu il tarixdə iddiaçı Bank "xxxx" ASC ilə BKXMG-00015- 00/19U/1 müqaviləsindən irəli gələn girov müqaviləsi əsasında mülkiyyət hüququ üzrə Borclu MMC-yə məxsus olan girov predmetinə (siyahı əlavədə qeyd olunub) tutmanın yönəldilməsi, avadanlığın açıq hərracda satılması və həmin girov ilə təmin edilmiş kredit borcunun girov predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdeh Borclu MMC-dən tutulmasına dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə,ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 276.1. Kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 276.2. Məhkəmə əmri aşağıdakı hallarda verilə bilər: 276.2.1. tələb notariat qaydasında təsdiq edilmiş əqdə əsaslanırsa; 276.2.2. tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa;[378] 276.2.3. tələb ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə dair notarius tərəfindən verilmiş protestə əsaslanırsa; 276.2.4. tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə; 276.2.5. tələb hesablanmış, lakin işçiyə ödənilməmiş əmək haqqı barəsində verilmişdirsə; 276.2.6. tələb polis orqanları tərəfindən cavabdehin və ya borclunun axtarışı üzrə xərclərin alınması haqqında verilmişdirsə; 276.2.7. tələb fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması haqqında verilmişdirsə. 279.2.1. Məhkəmə verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh Borclu MMC-yə qarşı “pul” tələbi barədə məhkəmə əmrinin verilməsi haqqında ərizənin icraata qəbul olunmasından imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268 və 284-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Kreditor "xxxx" ASC-nin Borclu MMC-yə qarşı “tutmanın girov predmetinə yönəldilməsi” tələbi barədə əmr icraatı qaydasında verilmiş ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. İddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz. Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar