Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5043/2022 22.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ("xxxx" QSC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 121540 (yüz iyirmi bir min beş yüz qırx) manat məbləğində pulun, yol xərci üçün 100 manat və mediasiya prosesi üçün ödənilmiş 400 (dörd yüz) manat ödənişin alınaraq Sumqayıt şəhər İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05 oktyabr 2020-ci il tarixində Sumqayıt şəhər İddiaçı ilə "xxxx" QSC arasında 05/10-20 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 6-cı maddəsinə əsasən Sumqayıt şəhər İddiaçı 77 ədəd köhnə liftin sökülməsini təmin etməli, şaxtalarda təmir-tikinti işlərini icra etməli, 77 ədəd yeni liftin quraşdırılmasını, avadanlıqların mühafizəsini təşkil etməli, sifarişçi "xxxx" QSC isə hazırkı müqavilənin şərtlərinə uyğun ödənişləri yerinə yetirməyi təmin etməli, liftlər üzrə görülən işlərin icrasına və keyfiyyətinə ümumi nəzarəti həyata keçirməli və müvafiq narazılıq və tövsiyələrini verməli idi. Sumqayıt şəhər İddiaçı ilə "xxxx" QSC arasında bağlanmış 05/10- 20 saylı müqavilə üzrə müəyyən olunan işlərin ümumi dəyəri ƏDV 18% daxil olmaqla 184763 (bir yüz səksən dörd min yeddi yüz altmış üç) manat təşkil edir. xx.xx.2021 – xx.xx.2021-ci il tarixinə İddiaçı ilə "xxxx" QSC arasında debitor-kreditor borcların üzləşməsi məlumat aktı tərtib edilmiş və 119000 (yüz on doqquz min) manat qalıq borc müəyyən edilmiş, ƏDV üzrə artıq ödəniş isə 2540 (iki min beş yüz qırx) manat təşkil etmişdir. Müqavilə şərtlərinin pozulması nəticəsində iddiaçı tərəfindən Mediasiya Şurasına müraciət olunmuş, lakin ““ QSC ilə barışıq əldə olunmamış, tam mediasiya prosesinə keçid baş tutmamışdır. Mediasiya prosesi üçün iddiaçı tərəfindən 400 (dörd yüz) manat mediasiya prosesinin tətbiqi üçün ödəniş edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - “İcraçı” qismində "Lift Servis” Birliyi ilə “Sifarişçi” qismində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında 05 oktyabr 2020-ci il tarixli, 05/10-20 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı Sumqayıt şəhəri 3-cü mkr., 9-cu mkr., 10-cu mkr., 13-cü mkr və 47-ci məhəllə ünvanlarında 77 (yetmiş yeddi) ədəd köhnə liftlərin sökülməsi, şaxtalarda təmir tikinti işlərinin görülməsi və Mogilov Belarusiya istehsalı olan yeni sərnişin liftlərinin quraşdırılmasını, işəsalma-sazlama işlərini yerinə yetirməyi və sifarişçiyə təhvil verilməsini öz üzərinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən sifarişçi göstərilən işlərin dəyərini bu müqavilənin şərtlərinə uyğun ödəməyi və işlər üzrə nəzarəti həyata keçirməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə müəyyən olunan işlərin ümumi dəyəri ƏDV 18% daxil olmaqla 184763,81 (bir yüz səksən dord min yeddi yuz altmış üç manat səksən bir qəpik) manat təşkil edir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin ümumi qiymətinə 77 (yetmiş yeddi) ədəd köhnə sərnişin liftlərinin sökülməsi, həmin şaxtalarda təmir tikinti işlərinin görülməsi və yeni sərnişin liftlərinin təyinatı üzrə mövcud şaxtalarda quraşdırılması, sazlanması və işə buraxılması xərcləri daxildir. Müqavilənin 2.3-cü bəndinə əsasən görüləcək işlərin ölçüsündə hər hansı bir dəyişiklik halları baş verməzsə, müqavilə qiyməti dəyişilməz olaraq qalır. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin qiyməti sifarişçi tərəfindən aşağıdakı şərtlərlə ödənilir: 100% həcmində - sökmə-quraşdırma işləri başa çatdıqdan və liftlər sifarişçiyə təhvil verildikdən sonra ödənilir. - "Lift Servis” Birliyi ilə "xxxx" QSC arasında bağlanmış 05 oktyabr 2020-ci il tarixli, 05/10-20 nömrəli müqaviləyə 22 iyun 2021-ci il tarixli Razılaşma Protokolu adlı 1 saylı Əlavədə qeyd edilmişdir ki, Sumqayıt şəhəri 3-ci, 9-cu, 10-cu, 13-cü mikrorayon və 47 məhəllə ünvanlarında 77 ədəd köhnə liftlərin sökülməsi, şaxtalarda təmir tikinti işlərinin görülməsi, yeni sərnişin liftlərinin quraşdırılması və işəsalma - sazlama işlərinin görülərək tam təhvil verlməsi ilə əlaqədar bağlanmış müqavilə üzrə 103000 (yüz üç min) manatı sifarişçi tərəf 2021-ci il iyul ayından başlayaraq hər ay üçün 10000 (on min) manatdan az olmayaraq ödənilməsini öhdəsinə götürür. Müqavilə üzrə 77 ədəd köhnə liftlərin sökülməsi, şaxtalarda təmir tikinti işlərinin görülməsi, yeni sərnişin liftlərinin quraşdırılması və işəsalma - sazlama işlərinin görülərək tam təhvil verlməsinin son icra müddəti 22 iyul 2021-ci il tarix müəyyən edilir. Müqavilənin 6-cı bəndinin 6.1-ci hissəsinin axırıncı abzasının tələblərinə müvafiq olaraq sifarişçi Liftlərin Azərbaycan Respublikası FHN X2 Görülməsi və Dağ Mədən nəzarəti Dövlət Agentliyində qeydiyyata alınaraq istismara buraxılması üçün “X1 İstismarı Qaydaları”na uyğun lazımı sənədləri icraçıya təqdim etməyi öhdəsinə götürür. - “İcraçı” qismində "Lift Servis” Birliyi ilə “Sifarişçi” qismində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında 05 sentyabr 2019-cu il tarixli, 05/09 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı Gəncə şəhərində mövcud yaşayış binalarında istismara yararsız 85 (səksən beş) ədəd köhnə liftlərin sökülməsi, Mogilov Belarusiya istehsalı olan 400 kq yükqaldırma qabiliyyətli yeni sərnişin liftlərinin quraşdırılması, işəsalma-sazlama işlərinin yerinə yetirilməsi və sifarişçiyə təhvil verilməsini öz üzərinə götürür. - “İcraçı” qismində "Lift Servis” Birliyi ilə “Sifarişçi” qismində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında 01 noyabr 2021-ci il tarixli, 145 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı Sumqayıt şəhəri 6-cı mkr., 9-cu mkr və 10-cu mkr ünvanlarında cəmi 38 (otuz səkkiz) layihə-smeta sənədlərinə uyğun olaraq sərnişin liftlərində əsaslı təmir işlərinin görülməsi və sifarişçiyə təhvil verilməsini öz üzərinə götürür. - xx.xx.2019-cu il tarixli, EAAT seriyalı, 703352 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən "xxxx" QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 16520 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2019-cu il tarixli, EAAU seriyalı, 636298 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən "xxxx" QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 59000 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2019-cu il tarixli, EAAY seriyalı, 332612 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən "xxxx" QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8260 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2019-cu il tarixli, EBAA seriyalı, 828014 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən "xxxx" QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 59000 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2019-cu il tarixli, EBAB seriyalı, 719842 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən "xxxx" QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 35400 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2019-cu il tarixli, EBAD seriyalı, 517816 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən "xxxx" QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 59000 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2019-cu il tarixli, EBAE seriyalı, 403188 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən "xxxx" QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 42480 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2019-cu il tarixli, EBAE seriyalı, 530958 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən "xxxx" QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 236000 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAV seriyalı, 412559 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən "xxxx" QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 153400 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAV seriyalı, 609254 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən "xxxx" QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 59000 manat (ƏDV daxil) təşkil edir. - İş materiallarına müxtəlif tarixlərdə yerinə yetirilmiş işlərin qəbul aktları əlavə edilmişdir. Sözügedən aktları hər iki tərəfin imzaları ilə təsdiq edilmişdir. - xx.xx.2019-xx.xx.2019-cu il tarixinə İddiaçı ilə "xxxx" QSC arasında debitor-kreditor borcların üzləşməsi barədə məlumatdan görünür ki, "xxxx" QSC-nin İddiaçınə 174000 manat məbləğində ödənilməmiş borcu vardır. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - xx.xx.2020-xx.xx.2020-ci il tarixinə İddiaçı ilə "xxxx" QSC arasında debitor-kreditor borcların üzləşməsi barədə məlumatdan görünür ki, "xxxx" QSC-nin İddiaçınə 130000 manat məbləğində ödənilməmiş borcu vardır. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - xx.xx.2021-xx.xx.2021-ci il tarixinə İddiaçı ilə "xxxx" QSC arasında debitor-kreditor borcların üzləşməsi barədə məlumatdan görünür ki, "xxxx" QSC-nin İddiaçınə 119000 manat məbləğində ödənilməmiş borcu vardır. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı tərəfindən "xxxx" QSC-yə ünvanlanmış 17 may 2022-ci il tarixli, 47 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. İddia tələbinin bir hissəsini cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindan 121540 (yüz iyirmi bir min beş yüz qırx) manat məbləğində pulun məbləğində əsas borcun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını və xx.xx.2021-xx.xx.2021-ci il tarixinə İddiaçı ilə "xxxx" QSC arasında debitor-kreditor borcların üzləşməsi barədə sənədi nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində qismən təmin edilməli və cavabdehdən əsas borca görə 119000 (yüz on doqquz min) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini yol xərci üçün 100 manat məbləğində pulun cavabdehdən tutulması təşkil edir. İddia tələbinin bu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı yol xərci üçün 100 manat məbləğində pulu tələb etsə də, lakin bununla bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı bir hər mötəbər sübut təqdim edilməmişdir. İddiaçı 400 (dörd yüz) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 119000 (yüz on doqquz min) manat əsas borc, 400 (dörd yüz) manat mediasiya xərci olmaqla, cəmi 119400 (yüz on doqquz min dörd yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-5043/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5043/2022
22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver