Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-507/2023 16.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndələri X2 və X1, Cavabdeh nümayəndəsi (direktoru) X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış 19-NWC-KBR- 1330 saylı, xx.xx.2019-cu il tarixli Subpodrat müqaviləsi əsasında yaranmış 118.567,84 manat məbləğində pulun, müqavilədən irəli gələn, gecikdirilmiş borc məbləğinin məhkəmə qərarının qəbul edildiyi günə olan Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi uçot dərəcəsi ilə faizinin hesablanaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış 19-NWC-KBR- 1330 saylı, xx.xx.2019-cu il tarixli Subpodrat müqaviləsi əsasında yaranmış 118.567,84 manat məbləğində pulun, müqavilədən irəli gələn, gecikdirilmiş borc məbləğinin məhkəmə qərarının qəbul edildiyi günə olan Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi uçot dərəcəsi ilə faizinin hesablanaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 19-NWC- KBR-1330 saylı, xx.xx.2019-cu il tarixli Subpodrat müqaviləsi imzalanmışdır. Müqavilə şərtləri əsasında iddiaçı tərəfindən cavabdehə 151.004,64 manat məbləğində ilkin ödəniş ödənilmişdir. Lakin sonradan cavabdeh tərəfindən müqavilə şərtləri kobud şəkildə pozularaq, işlər icrası dayandırılmış, 118.567,84 manat avans məbləğinin qalığı iddiaçıya geri qaytarılmamışdır. Müqavilə əsasında Podratçı olaraq iddiaçı üzərinə düşən öhdəlik olaraq, ilkin (avans) ödənişi icra etmişdir. Lakin cavabdeh subpodratçı olaraq, öhədliklərini kobud şəkildə pozmuş, işlərin icrasından yayınmış, ödənilmiş məbləğin geri qaytarılmasını təmin etməmişdir. Yaranmış borc məbləğinin geri qaytarılması ilə bağlı cavabdehə dəfələrlə pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh tərəfindən həmin məktublara hər hansı cavab verilməmişdir. İddia ərizəsinə ilkin məbləğin ödənilməsini təsdiq edən xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli ödəniş tapşırıqlarının surətləri əlavə edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin maddələri, qanunvericiliyin tələbləri, praktiki işgüzar adətlər, işgüzar etika cavabdeh tərəfindən kobud şəkildə pozularaq, yaranmış mübahisənin həlli, pul öhdəliyin icrası üçün hər hansı əməli addımlar atılmır. Tərəflər arasında imzalanmış, yuxarıda adıçəkilən müqavilə predmetinə görə və mahiyyətçə podrat müqaviləsidir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsini müdafiə etdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi (direktoru) X6 məhkəmə iclasında əsas borcu etiraf edərək, faiz borcuna etiraz edərək, izahatında bildirdi ki, borcu ödəyəcəkdir. Sonda cavabdehin nümayəndəsi (direktoru) iddianın əsas borc hissəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 19-NWC-KBR-1330 saylı xx.xx.2019-cu il tarixli Subpodrat müqaviləsindən görünür ki, cavabdeh iddiaçının tələblərinə əsasən və Smetada razılaşdırılmış həcmlər və qiymətlər üzrə metal işlərini (müqavilənin ayrılmaz təıkib hissəsi sayılan Əlavə 1-də göstərilən) yerinə yetirməyi, işi başa çatdırmağı və iddiaçıya tam hazır vəziyyətdə təhvil verməyi, iddiaçı isə cavabdehin gördüyü işin müqabilində bu Müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə 132613,32 manat, xx.xx.2020-ci il tarixdə 18391,32 manat olmaqla ümumilikdə 151004,64 manat məbləğində cavabdehin hesabına avans ödənilmişdir. xx.xx.2020-ci il tarixli 002 saylı Aylıq icra bəyannaməsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 151004,64 manat məbləğində avans ödənilmiş, cavabdeh tərəfindən 40148,54 manat dəyərində işlər icra olunmuş, ödəmədən 4014,85 manat və 3696,89 manat kəsintilər çıxılmış, ödənilmiş avans üzrə 118567,84 manat (151004,64 – 32436,8 (40148,54 – 7711,74 (4014,85 + 3696,89) = 118567,84) qalıq qalmışdır. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 19- NWC-KBR-1330 saylı xx.xx.2019-cu il tarixli Subpodrat müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh iddiaçının tələblərinə əsasən və Smetada razılaşdırılmış həcmlər və qiymətlər üzrə metal işlərini (müqavilənin ayrılmaz təıkib hissəsi sayılan Əlavə 1-də göstərilən) yerinə yetirməyi, işi başa çatdırmağı və iddiaçıya tam hazır vəziyyətdə təhvil verməyi, iddiaçı isə cavabdehin gördüyü işin müqabilində bu Müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə 151004,64 manat məbləğində avans ödənilmiş, cavabdeh tərəfindən 40148,54 manat dəyərində işlər icra olunmuş, ödəmədən 4014,85 manat və 3696,89 manat kəsintilər çıxılmış, ödənilmiş avans üzrə 118567,84 manat (151004,64 – 32436,8 (40148,54 – 7711,74 (4014,85 + 3696,89) = 118567,84) qalıq qalmışdır. Lakin cavabdeh tərəfindən işlərin qalan hissəsi icra olunmamış və avansın qalıq hissəsi olan 118567,84 manat iddiaçıya geri qaytarılmamışdır. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, avans ödənilmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyindən ödənilmiş avansın 118567,84 manat məbləğində qalıq hissəsi cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iddia tələbinin faizin tutulması hissəsinə münasibətdə qeyd edir ki, göstərilən iddia tələbi qeyri-müəyyən olmaqla, həmin tələblə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia göstərilən hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı ilə cavabdeh arasında bağlanmış 19- NWC-KBR-1330 saylı, xx.xx.2019-cu il tarixli Subpodrat müqaviləsi əsasında yaranmış 118.567,84 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19-NWC-KBR-1330 saylı, xx.xx.2019-cu il tarixli Subpodrat müqaviləsi əsasında yaranmış 118.567,84 manat məbləğində borc Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-507/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-507/2023
16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver