Məhkəmə qərarları › İş №e-2-2(113)-5078/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5078/2025

23.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5078/2025 23.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X3 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Akif qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “X2” MMC-yə qarşı “pul”tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X2” MMC-yə qarşı “pul”” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “X1 (PM”CM)MC -dən xx.xx.2021-ci il tarixli 0420/XM003 nömrəli Konsultasiya Xidmət Müqaviləsi əsasən 13500 (on üç min beş yüz) manat borcun, əsas borca görə əlavə 5% hesablanmaqla, 1620 (bir min altı yüz iyirmi) manat məbləğində pul vəsaiti, 5000 (beş min) manat əldən çıxmış fayda, hüquqlarını müdafiə edən vəkilə ödədiyi 300 (üç yüz) manat məbləğində pul vəsaiti, ümumilikdə cəmi 20420 (iyirmi min dörd yüz iyirmi) manat pul məbləğinin və iddia ərizəsinə görə iddiaçı tərəfindən ödənilmiş 152 (bir yüz əlli iki) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsinə dair barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, tərəflərin məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırıldıqları nəzərə alınaraq iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinə uyğun izahat verərək iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumatverilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-cı maddəsində göstərilir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd edir ki,iddia ərizəsində İddiaçı ilə cavabdeh “X1” MMC (VÖEN: **********) arasında xx.xx.2021-ci il tarixli 0420/XM003 nömrəli Konsultasiya Xidmət Müqaviləsinə istinad etsə də iş materiallarına əlavə olunan sübutlar eyni tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli müqaviləyə aiddir (elektron qaimə,ödəniş cədvəli və s.). Bununla bağlı hakim tərəfindən işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadılması üçün kifayət qədər vaxt verilməsi və həmin müddət ərzində həmin nöqsanlar aradan qaldırılmadığı, həmçinin iddiaçının nümayəndəsi üzrsüz səbəbdən məhkəmə iclaslarında iştirak etmədiyi üçün üçün məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “X2” MMC-yə qarşı “pul”tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. **********08 saylı qəbz üzrə ödənilmiş 21 manat və **********82 qəbz üzrə ödənilmiş 131 manat dövlət rüsumu iddiaçıya geri qaytarıslın. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar