Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5096/2024 25.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı "pul" tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, öhdəliyin icra edilməməsi, illik 5 faiz) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı "pul" tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən göstərilmiş təmir və texniki qulluq xidmətlərinə görə Cavabdeh MMC-dən 6460,50 manat, AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 6460,50 manat borc məbləğinə hesablanmış illik beş faiz olan 646 manat pul vəsaiti, həmçinin məhkəmədə hüquqi xidmətlərə görə ödənilmiş 1000 manat məhkəmə xərci, ödənilmiş 102 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, “Hydrotech“ MMC Bakı Olimpiya Stadionu obyektlərində təmir və texniki qulluq xidmətləri göstərməyi, Cavabdeh MMC isə həmin xidmətlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdü. Bundan başqa, iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, “Hydrotech“ MMC SOCAR Tower obyektlərində təmir və texniki qulluq xidmətləri göstərməyi, Cavabdeh MMC isə həmin xidmətlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdü. Həmin müqavilələr üzrə göstərilmiş xidmətlərə görə tərəSlər arasında imzalanmış xx.xx.2022-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən, Cavabdeh MMC-nin “Hydrotech“ MMC-yə borcu 16077,50 manat borcu var idi. İddia məhkəməyə təqdim edilən tarixə qədər Cavabdeh MMC tərəfindən cəmi 9617 manat “Hydrotech“ MMC-yə ödənilmişdir. Hazırda Cavabdeh MMC-nin “Hydrotech“ MMCyə 5475 manat əsas borc, 985.50 manat ƏDV borcu olmaqla, cəmi 6460.50 manat ödənilməmiş borcu vardır. Həmin borcun ödənilməsi ilə bağlı “Hydrotech“ MMC tərəSindən Cavabdeh MMC ilə danışıqlar aparılmış, pretenziya göndərilmişdir, lakin Cavabdeh MMC pretenziyaya cavab verməmiş, 6460.50 manat borcunu İddiaçı MMC-yə ödəməmişdir. Cavabdeh MMC pretenziyanı aldıqdan sonra da 6460.50 manat borcunu ödəmədiyi üçün AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, həmin borc məbləğinin gecikdirildiyi 2 il üçün illik beş faiz ilə hesablanmış olan 646 manat pul vəsaitini də “Hydrotech“ MMC-yə ödəməlidir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 385.1, 390.1, 442.1, 445.7, 752.1, 753.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, qarşılıqlı üzləşmə aktı imzalandıqdan sonra cavabdeh tərəfindən iki dəfə, 2023-cü ilin yayında və 2024-cü ilin fevral ayında ödənişlər edilmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Cavabdeh MMC (Sifarişçi) ilə “Hydrotech“ MMC (İcraçı) arasında bağlanmış 15 aprel 2020-ci il tarixli Socar Tower obyektlərində təmir və istismar xidmətləri üzrə müqavilədən görünür ki, Podratçı Sifarişçinin SOCAR Tower obyektləri üçün Müqavilənin 1 saylı, 2 saylı və 3 saylı Əlavələrində göstərilən sistem və avadanlıqlann həmin Əlavələrdə müəyyən edilən həcmdə müntəzəm təmin və texniki qulluq xidmətlərini göstərməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən Müqavilənin 5.1-ci Maddəsində qeyd edilən istismar və təmir xidmətlərinin illik qiyməti aşağıdakı kimi müəyyən edilmişdir: 1 saylı Əlavədə nəzərdə tutulan xidmətlər üçün illik 4500 manat; 2 saylı Əlavədə nəzərdə tutulan xidmətlər üçün illik 9000 manat; 3 saylı Əlavədə nəzərdə tutulan xidmətlər üçün 5000 manat; illik cəmi 18500 manat. Müqavilənin 7.1-ci bəndinə əsasən Podratçının göstərilmiş xidmətlərlə bağlı hazırladığı təhvil-təslim aktı Sifarişçi tərəfindən təsdiq edildikdən sonra, Podratçı manatla olan hesab- fakturasını hazırlamalı və Sifarişçiyə təqdim etməlidir. 15 aprel 2020-ci il tarixli Socar Tower obyektlərində təmir və istismar xidmətləri üzrə müqaviləyə 1 saylı Əlavədən görünür ki, tərəflər nasoslar və hidroforların çeşidi, miqdarı və xidmətlərin dəyəri üzrə illik xidmət haqqını 4500 manat müəyyən etmişdir. Müqaviləyə əsasən, Podratçı, sifarişçi üçün nasosların və hidroforların ayda bir dəfə texniki vəziyyətinin yoxlanılması ilə bağlı aşağıda göstərilən periodik xidmətləri həyata keçirməyi oz öhdəsinə götürür: Elektrik gərginliyinin ölçülməsi (Volt); Hidroforlann su girişi fikirlərinin təmizlənməsi; Elektrik mühərrikinin cərəyan yükünün yoxlanılması; Hidroforun təzyiq relesinin yoxlanılması; Nasosların kipləşdiricilərinin yoxlanılması; İdarəetmə panelinin yoxlanılması; Nasosların mühərriklərinin yağ tanıması; xarici görünüşün nəzərdən kəçirilməsi; Əksklapanların işlək vəziyyətinin yoxlanılması; TPDE nasoslann PC-Tools programı vasitəsi ilə yoxlanılması və tənzimlənməsi; TPDE nasosların Mİ-201 vasitəsi ilə yoxlanılması və tənzimlənməsi. 15 aprel 2020-ci il tarixli Socar Tower obyektlərində təmir və istismar xidmətləri üzrə müqaviləyə 2 saylı Əlavədən görünür ki, tərəflər qazanların çeşidi, miqdarı və xidmətlərin dəyəri üzrə illik xidmət haqqını 9000 manat müəyyən etmişdir. Müqaviləyə əsasən, Podratçı, Sifarişçi üçün qazanların ayda bir dəfə texniki vəziyyətinin yoxlanılması ilə bağlı aşağıda göstərilən periodik xidmətləri həyata keçirməyi öz öhdəsinə götürür: qaz filtirlərinin təmizlənməsi; xarici görünüşün nəzərdən keçirilməsi; elektrik gərginliyin ölçülməsi (Volt); Elektrik mühərrikinin cərəyan yükünün yoxlanılması; ventilyatorun yoxlanılması; qoruyucu ventillərin yoxlanılması; Alovlayıcı elektrodların təmizlənməsi; qazanın idaraetmə panellərinin kodlaşdırılması və yoxlanılması; genəldici çənlərin havasının yoxlanılması; genəldici çənlərə havasının əlavə olunması; qazanın yanma qutusunun təmizlənməsi; qazanların drenaj borusunun yoxlanılması; Baca və dam qazının yoxlanılması; yataqların yağlanması; qazanın qapağını bərkidilməsi. 15 aprel 2020-ci il tarixli Socar Tower obyektlərində təmir və istismar xidmətləri üzrə müqaviləyə 3 saylı Əlavədən görünür ki, tərəflər elektrik yanğın söndürmə stansiyalarının çeşidi, miqdarı və xidmətlərin dəyəri üzrə illik xidmət haqqını 5000 manat müəyyən etmişdir. Müqaviləyə əsasən, Podratçı, Sifarişçi üçün elektrikli yanğın söndürmə stansiyaiannın ildə iki dəfə texniki vəziyyətinin yoxlanılması ilə bağlı aşağıda göstərilən periodik xidmətləri (bundan sonra "Xidmətlər" adlanacaq) həyata keçirməyi öz öhdəsinə götürür: Nasos mil kipləşdincisinin (Salmastranın) su sızmasına qarşı yoxlanılması; Nasos yastıqlarının işlək vəziyyətdə stetoskopla audi yoxlanılması; Nasos yastıqlarının məməcikləri olan pompaların yağlanması; Nasos ortaq nöqtə tarazlığının yoxlanılması; Nasos təkərinin (impellerin) mexanik sürtünməyə qarşı yoxlanılması. Nasos üzərində giriş - çıxış (ağızlıqda) boru xətti üzərində oían kəpənək və ya mili şaquli qalxan bağlayıcı kranların yoxlanılması; Nasosların işlək vəziyyətdə pompa şassl (oturacaq) titrəməsinin yoxlanılması; Nasos üzəri mexaniki bolüann yoxlanılıb sıxılması; Nasosxana, yanğın nasos ağzı (sovurma-giriş xətti) və nasos çıxış xəttinin (atma ağzı) yanğın boru xətt bağlantılannın su sızmasına qarşı, vizual yoxlanılması; Əkskalpanların, hava təmızləyicilərin və kəpləşdiricilərin yoxlanılması; Mühərriki gəginlik (V= L1- L2 – L3) dəyərinin ölçülməsi; Mühərriki cərəyan (A) axım dəyərinin ölçülməsi; Mühərrikin işləmə anında, stator hərarətinin yoxlanılması; Mühərrik stator sarğılarının, sarğı - gövdə, nisbətinin ölçülməsi; Mühərrik-Pompa, işləmə anında, vibrasiyasının-titrəmənin, yoxlanılması; Mühərrik qidalandırıcı, gərginlik güc kabel ucluq bağlantılarının boşluğa görə yoxlanılması; Panellərin iç kabel bəğlanblarının boşluğa görə yoxlanılması; Panel - BMS siqnallarının yoxlanılması; Panellərin fuksional modullarının yoxlanılması; Panellər üzərində görüntülü siqnal işıq gözlüklərin yoxlanılması; yanğın xəttinin vəziyyətinə uyğun olaraq nasosların avtomatik və əl komandası ilə işləməsinin yoxlanılması; təcili hallarda işləmə siqnalına uyğun olaraq yanğın nasosunun dövrəyə qoşulma halının yoxlanılması; nasosun işlək halında elektrik idarəetmə panelində güc hissələrinin ölçülməsi və yoxlanılması; Sistemin test rejmində işlədilməsi və axının yoxlanılması; yanğın xəttinin vəziyyətinə uyğun olaraq nasosların avtomatik və əl komandası ilə işləməsinin yoxlanılması; təcili hallarda işləmə siqnalına uyğun olaraq yanğın nasosunun dövrəyə qoşulma halının yoxlanılması; Nasosun işlək halında elektrik idarəetmə panelində güc hissələrinin ölçülməsi və yoxlanılması; sistemin test rejmində işlədilməsi və axının yoxlanılması. Cavabdeh MMC (Sifarişçi) ilə “Hydrotech“ MMC (İcraçı) arasında bağlanmış 20 may 2020-ci il tarixli Socar Tower obyektlərində təmir və istismar xidmətləri üzrə müqavilədən görünür ki, Podratçı Sifarişçinin SOCAR Tower obyektləri üçün Müqavilənin 1 saylı, 2 saylı və 3 saylı Əlavələrində göstərilən sistem və avadanlıqların həmin Əlavələrdə müəyyən edilən həcmdə müntəzəm təmin və texniki qulluq xidmətlərini göstərməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən Müqavilənin 5.1-ci Maddəsində qeyd edilən istismar və təmir xidmətlərinin illik qiyməti aşağıdakı kimidir: 1 saylı Əlavədə nəzərədə tutulan xidmətlər üçün illik 10800 (on min səkkiz yüz) manat; 2 saylı Əlavədə nəzərədə tutulan xidmətlər üçün illik 6000 (altı min) manat; 3 saylı Əlavədə nəzərədə tutulan xidmətlər üçün 7000 ( doqquz min) manat; illik cəmi 23800 (iyirmi üç min səkkiz yüz) manatdır. 20 may 2020-ci il tarixli Socar Tower obyektlərində təmir və istismar xidmətləri üzrə müqaviləyə 1 saylı Əlavədən görünür ki, tərəflər nasoslar və hidroforların çeşidi, miqdarı və xidmətlərin dəyəri üzrə illik xidmət haqqını 10800 manat müəyyən etmişdir. Müqaviləyə əsasən, Podratçı, sifarişçi üçün nasosların və hidroforların ayda bir dəfə texniki vəziyyətinin yoxlanılması ilə bağlı aşağıda göstərilən periodik xidmətləri həyata keçirməyi oz öhdəsinə götürür: Elektrik gərginliyinin ölçülməsi (Volt); Hidroforlann su girişi fikirlərinin təmizlənməsi; Elektrik mühərrikinin cərəyan yükünün yoxlanılması; Hidroforun təzyiq relesinin yoxlanılması; Nasosların kipləşdiricilərinin yoxlanılması; İdarəetmə panelinin yoxlanılması; Nasosların mühərriklərinin yağ tanıması; xarici görünüşün nəzərdən kəçirilməsi; Əksklapanların işlək vəziyyətinin yoxlanılması; TPDE nasoslann PC-Tools programı vasitəsi ilə yoxlanılması və tənzimlənməsi; TPDE nasosların Mİ-201 vasitəsi ilə yoxlanılması və tənzimlənməsi. 20 may 2020-ci il tarixli Socar Tower obyektlərində təmir və istismar xidmətləri üzrə müqaviləyə 2 saylı Əlavədən görünür ki, tərəflər qazanların çeşidi, miqdarı və xidmətlərin dəyəri üzrə illik xidmət haqqını 6000 manat müəyyən etmişdir. Müqaviləyə əsasən, Podratçı, Sifarişçi üçün qazanların ayda bir dəfə texniki vəziyyətinin yoxlanılması ilə bağlı aşağıda göstərilən periodik xidmətləri həyata keçirməyi öz öhdəsinə götürür: qaz odluğunun istismar qaydalarına uyğun olaraq istimsarı və təhlükəsizlik elementinə nəzarət edilməsi; qaz odluğu ventilyatoru, motor və hava detektoru, yanacaq və qaz fıltirlərinin təmizlənməsi; Xarici görünüşün nəzərdən kəçirilməsi; Elektrik gərginliyin ölçülməsi (Volt); elektrik mühərrikinin cərəyan yükünün yoxlanılması; Hava axını tənzimləyici qurğusuna nəzarət edilməsi, qazan tüstü borularının təmizlənməsi; Ventilyatorun yoxlanılması; qoruyucu ventillərin yoxlanılması; Alışdırma elektrodlara nəzarət edilməsi və təmizlənməsi; Alov detektorunun vəziyyətinə nəzarət edilməsi və təmizlənməsi; Qazan sistemindəki elektrik avadanlıqları və materiallarına nəzarət edilməsi, idarəetmə panellərinin kodlaşdırılması və yoxlanılması; Genəldici çənlərin havasının yoxlanılması; Genəldici çənlərə havasının əlavə olunması. 20 may 2020-ci il tarixli Socar Tower obyektlərində təmir və istismar xidmətləri üzrə müqaviləyə 3 saylı Əlavədən görünür ki, tərəflər elektrik yanğın söndürmə stansiyalarının çeşidi, miqdarı və xidmətlərin dəyəri üzrə illik xidmət haqqını 7000 manat müəyyən etmişdir. Müqaviləyə əsasən, Podratçı, Sifarişçi üçün elektrikli yanğın söndürmə stansiyaiannın ildə iki dəfə texniki vəziyyətinin yoxlanılması ilə bağlı aşağıda göstərilən periodik xidmətləri (bundan sonra "Xidmətlər" adlanacaq) həyata keçirməyi öz öhdəsinə götürür: Nasos mil kipləşdincisinin (Salmastranın) su sızmasına qarşı yoxlanılması; Nasos yastıqlarının işlək vəziyyətdə stetoskopla audi yoxlanılması; Nasos yastıqlarının məməcikləri olan pompaların yağlanması; Nasos ortaq nöqtə tarazlığının yoxlanılması; Nasos təkərinin (impellerin) mexanik sürtünməyə qarşı yoxlanılması. Nasos üzərində giriş - çıxış (ağızlıqda) boru xətti üzərində oían kəpənək və ya mili şaquli qalxan bağlayıcı kranların yoxlanılması; Nasosların işlək vəziyyətdə pompa şassl (oturacaq) titrəməsinin yoxlanılması; Nasos üzəri mexaniki bolüann yoxlanılıb sıxılması; Nasosxana, yanğın nasos ağzı (sovurma-giriş xətti) və nasos çıxış xəttinin (atma ağzı) yanğın boru xətt bağlantılannın su sızmasına qarşı, vizual yoxlanılması; Əkskalpanların, hava təmızləyicilərin və kəpləşdiricilərin yoxlanılması; Mühərriki gəginlik (V= L1- L2 – L3) dəyərinin ölçülməsi; Mühərriki cərəyan (A) axım dəyərinin ölçülməsi; Mühərrikin işləmə anında, stator hərarətinin yoxlanılması; Mühərrik stator sarğılarının, sarğı - gövdə, nisbətinin ölçülməsi; Mühərrik-Pompa, işləmə anında, vibrasiyasının-titrəmənin, yoxlanılması; Mühərrik qidalandırıcı, gərginlik güc kabel ucluq bağlantılarının boşluğa görə yoxlanılması; Panellərin iç kabel bəğlanblarının boşluğa görə yoxlanılması; Panel - BMS siqnallarının yoxlanılması; Panellərin fuksional modullarının yoxlanılması; Panellər üzərində görüntülü siqnal işıq gözlüklərin yoxlanılması; yanğın xəttinin vəziyyətinə uyğun olaraq nasosların avtomatik və əl komandası ilə işləməsinin yoxlanılması; təcili hallarda işləmə siqnalına uyğun olaraq yanğın nasosunun dövrəyə qoşulma halının yoxlanılması; nasosun işlək halında elektrik idarəetmə panelində güc hissələrinin ölçülməsi və yoxlanılması; Sistemin test rejmində işlədilməsi və axının yoxlanılması; yanğın xəttinin vəziyyətinə uyğun olaraq nasosların avtomatik və əl komandası ilə işləməsinin yoxlanılması; təcili hallarda işləmə siqnalına uyğun olaraq yanğın nasosunun dövrəyə qoşulma halının yoxlanılması; Nasosun işlək halında elektrik idarəetmə panelində güc hissələrinin ölçülməsi və yoxlanılması; sistemin test rejimində işlədilməsi və axının yoxlanılması. Cavabdeh MMC ilə “Hydrotech“ MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən Cavabdeh MMC xx.xx.2022-ci il tarixinə “Hydrotech“ MMC qarşısında 16077,50 manat (ƏDV daxil olmaqla) manat qalıq borcunun olduğunu qəbul etmişdir. xx.xx.2023-cü il tarixli 000İPX1232022BA2 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən “Hydrotech“ MMC-nin Kapital Bank ASC-də olan hesabına 21 iyul 2023-cü il tarixində 4500 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-cü il tarixli 000İPX1240334B0B saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən “Hydrotech“ MMC-nin Kapital Bank ASC-də olan hesabına 02 fevral 2024-cü il tarixində 3650 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən “Hydrotech“ MMC-nin hesabına 810 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən “Hydrotech“ MMC-nin hesabına 657 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-cü il tarixli 102OPX1241850B9B saylı ödəniş tapşırığına əsasən “Hydrotech“ MMC tərəfindən Vəkil Kapital Bank ASC-də olan hesabına 03 iyul 2024-cü il tarixində 1000 manat məbləğində ödəniş olunmuşdur. 05 iyul 2024-cü il tarixli ********** saylı mədaxil “Hydrotech“ MMC tərəfindən dövlət büdcəsinə 102 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı müqavilədə nəzər tutulmuş xidmətləri göstərsə də, cavabdeh tərəfindən nəzərdə tutulmuş xidmət haqqı iddiaçıya tam ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, şərtləşdirilmiş xidmət haqqını ödəməmişdir. Həmçinin qarşılıqlı borcların üzləşmə aktı ilə də cavabdehin iddiaçıya 6460,50 manat borcunun olması təsdiq olunur. Cavabdeh iddiya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının icra etdiyi işin müqabilində cavabdehdən xidmət haqqının ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, təhvil alınan xidmətlərə görə 6460,50 manat məbləğində pul vəsaitini ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu, tərəflər arasındakı üzləşmə aktını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 6460,50 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas məbləğin ödənilməsinin gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla 646 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsini 4 ilə yaxın gecikdirdiyinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır və buna görə də iddia həmin hissədə də təmin olunmalıdır. İddia tələbinin həcminə nisbətdə vəkilə ödənilmiş pulun əvəzi olaraq 1000 manat ağlabatan hesab edilmədiyindən məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində ağlabatan məbləğdə, 500 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Məhkəmə iddianın təmin olunmasını, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən 7106,50 manat iddia tələbi üzrə 91,07 manat dövlət rüsumu ödənilməli olduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş 102 manat rüsumun 91,07 manatının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən 6460,50 manat əsas borc, əsas borc məbləğinə hesablanmış illik beş faiz kimi 646 manat olmaqla cəmi 7106 (yeddi min yüz altı) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti, həmçinin hüquqi yardım üçün ödənilmiş 500 (beş yüz) manatın və ödənilmiş dövlət rüsumunun 91 (doxsan bir) manat 07 (yeddi) qəpik hissəsinin əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-5096/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5096/2024
25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver